Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısının təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

"Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar 2001-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

 

Bakı şəhəri, 4 yanvar 2001-ci il

4

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2001-ci il 4 yanvar tarixli 4 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin

SİYAHISI[1]

 

1. Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin güzəşt hüququ aşağıdakı sənədlər əsasında müəyyənləşdirilir:

1.1. Azərbaycan Respublikasının Milli Qəhrəmanları:

Azərbaycan Respublikası Milli Qəhrəmanlarının təltif edilmə barədə vəsiqəsi;

1.2. Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanları:

Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanlarının təltif edilmə barədə vəsiqəsi;

1.3. "Şöhrət" ordeninin hər üç dərəcəsi ilə təltif edilmiş şəxslər:

"Şöhrət" ordeninin hər üç dərəcəsi ilə təltif edilmə barədə vəsiqə;

1.4. I və II qrup müharibə əlilləri:

I və II qrup müharibə əlilinin vəsiqəsi;

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi;

rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzinin arayışı:

1.5. həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadları (ərləri):

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi;

rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzinin arayışı;

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin arayışları;

1.6. 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslər:

orden və medallarla təltif olunma haqqında vəsiqələr;

1.7. qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteran adı almış şəxslər:

müharibə veteranı vəsiqəsi;

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin arayışı;

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin arayışları:

1.8. Çernobıl AES-də qəza, mülki və ya hərbi təyinatlı atom obyektlərində, digər radiasiya qəzaları nəticəsində, habelə nüvə qurğularının hər hansı növləri, o cümlədən nüvə silahı və kosmik texnika ilə bağlı olan sınaqlar, təlimlər və başqa işlər nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər:

tibbi-sosial ekspert komissiyasının rəyi və ya arayışı;

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Ədliyyə Nazirliyinin və Daxili İşlər Nazirliyinin arayışları:

1.9. I və II qrup əlillər (müharibə əlillərindən başqa) və ya sağlamlıq imkanları məhdud uşaqlar:[2]

rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzinin arayışı;

tibbi-sosial ekspert komissiyasının rəyi və ya arayışı;

1.10. həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin valideynləri, habelə vəzifələrinin icrası zamanı həlak olmuş dövlət qulluqçularının valideynləri və arvadları (ərləri):

rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzinin arayışı;

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Ədliyyə Nazirliyinin və Daxili İşlər Nazirliyinin arayışları;

1.11. 1990-cı il yanvarın 20-də SSRİ qoşunlarının müdaxiləsi nəticəsində, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı həlak olmuş şəxslərin valideynləri və arvadları (ərləri):

rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzinin arayışı;

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, hərbi hissənin arayışları;

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin arayışları;

1.12. Əfqanıstana və döyüş əməliyyatları aparılan başqa ölkələrə göndərilmiş hərbi qulluqçular və təlim-yoxlama toplanışlarına çağırılmış hərbi vəzifəlilər:

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin arayışı;

hərbi hissənin, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisənin arayışları;[3]

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin arayışları;

1.13. daimi qulluq tələb edən sağlamlıq imkanları məhdud uşağa və ya I qrup əlilə baxan və onunla birlikdə yaşayan valideynlərdən biri (özlərinin istəyi ilə), arvad (ər), himayəçi və ya qəyyum;[4]

himayədə olma faktı barədə məhkəmə orqanlarının qərarı:

ər və arvaddan birinin güzəştdən istifadə edib-etməməsi barədə onların əmək kitabçasının olduğu işəgötürənin arayışı;

uşağın doğulması haqqında şəhadətnamənin surəti:

birgə yaşamaq haqqında mənzil-kommunal istismar sahələrinin yaxud icra hakimiyyəti nümayəndəliklərinin arayışları;

rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzinin arayışı;

1.14. məcburi köçkünlərə və onlara bərabər tutulan şəxslər:

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qaçqın və ya məcburi köçkün statusu haqqında vəsiqəsi;[5]

1.15. himayədə olanlara görə əmək haqqından tutulan gəlir vergisindən güzəşt aşağıdakı sənədlərə əsasən verilir:

ər və arvaddan birinin güzəştdən istifadə edib-etməməsi barədə onların əsas iş yerindən işəgötürənin arayışı;

Azərbaycan Respublikası Vergilər Nazirliyinin təsdiq etdiyi formada yerli icra hakimiyyəti və ya bələdiyyə tərəfindən verilmiş arayışları.

2. Güzəşt hüququna malik olan şəxslər yuxarıda adları çəkilən sənədlərdən birini təqdim etməlidirlər.

 

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

1.       20 avqust 2008-ci il tarixli 192 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 8, maddə 787)

2.       29 mart 2010-cu il tarixli 53 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 3, maddə 264)

3.       25 iyun 2010-cu il tarixli 125 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 6, maddə 569)

4.       2 oktyabr 2013-cü il tarixli 279 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan qəzeti, 4 oktyabr 2013-cü il, 219)

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI



[1] 2 oktyabr 2013-cü il tarixli 279 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan qəzeti, 4 oktyabr 2013-cü il, 219) ilə Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısının 1.4-cü bəndinin üçüncü abzasında, 1.5-ci bəndinin ikinci abzasında, 1.7-ci, 1.8-ci, 1.10-cu və 1.11-ci bəndlərinin üçüncü abzaslarında, 1.12-ci bəndinin ikinci abzasında hərbi komissarlığın sözləri Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sözləri ilə, 1.12-ci bəndinin üçüncü abzasında hərbi təhsil sözləri hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil sözləri ilə əvəz edilmişdir.

 

[2] 20 avqust 2008-ci il tarixli 192 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 8, maddə 787) ilə 1.9-cu bəndin birinci abzasında əlillər (müharibə əlillərindən başqa) sözlərindən sonra və ya sağlamlıq imkanları məhdud uşaqlar sözləri əlavə edilmişdir.

 

[3] 29 mart 2010-cu il tarixli 53 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 3, maddə 264) ilə 1.12-ci bəndinin üçüncü abzasında hərbi-tədris sözləri hərbi təhsil sözləri ilə əvəz edilmişdir.

 

[4] 20 avqust 2008-ci il tarixli 192 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 8, maddə 787) ilə 1.13-cü bəndin birinci abzasında uşaqlıqdan sözü sağlamlıq imkanları məhdud uşağa sözləri ilə əvəz edilmişdir.

 

[5] 25 iyun 2010-cu il tarixli 125 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 6, maddə 569) ilə təsdiq edilmiş Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısının 1.14-cü bəndinin ikinci abzasından qaçqın və ya sözləri çıxarılmışdır.