«Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin («Hərbi-həkim ekspertizasının təşkili və aparılması Qaydası» və «Hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya müqavilə (kontrakt) üzrə hərbi qulluğa daxil olan vətəndaşların sağlamlığının vəziyyətinə dair tələblər»in) təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

«Əhalinin sağlamlığının qorunması haqqında» və «Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında» Azərbaycan  Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə», «Hərbi xidmətkeçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə»  Azərbaycan Respublikasının Qanunlarına uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 1. «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə» («Hərbi-həkim ekspertizasının təşkili və aparılması Qaydası» və «Hərbi qulluqçuların,  hərbi xidmətə çağırılan və ya müqavilə (kontrakt) üzrə hərbi qulluğa daxil olan vətəndaşların sağlamlığının vəziyyətinə dair tələblər») təsdiq  edilsin.

 2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

 Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ.

Bakı şəhəri, 24 sentyabr 1999-cu il

¹ 154

 

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin

 1999-cu il 24 sentyabr tarixli 154 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 Hərbi-həkim ekspertizası haqqında

Əsasnamə

 

 Bu Əsasnamə «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan  Respublikası Prezidentinin Fərmanına, «Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında» və «Hərbi xidmətkeçmə  haqqında» Əsasnamənin təsdiq edilməsi barədə» Azərbaycan Respublikasının qanunlarına müvafiq olaraq hərbi-həkim ekspertizasının  təşkili və aparılması qaydasını, hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya müqavilə (kontrakt) üzrə hərbi qulluğa daxil olan  vətəndaşların sağlamlığının vəziyyətinə dair tələbləri müəyyən edir.

I. Hərbİ-həkİm ekspertİzasının təşkİlİ və aparılması qaydası

 1. Hərbi-həkim ekspertizası dinc və müharibə dövründə Azərbaycan Respublikası Silahlı Qüvvələrində, həmçinin sərhəd qoşunlarında,  daxili qoşunlarda və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış digər silahlı birləşmələrdə (bundan sonra —  digər qoşunlar), Milli Təhlükəsizlik Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Hərbi Əks-Kəşfiyyat Xidməti və Ali Dövlət  Hakimiyyəti və İdarəetmə Orqanları Baş Mühafizə İdarəsi orqanlarında (bundan sonra — orqanlar) Azərbaycan Respublikası  vətəndaşlarının (bundan sonra — vətəndaşlar) səhhətinə görə hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq dərəcəsini, həbelə  vətəndaşların yaralanmalarının (travmaların, xəsarətlərin, kontuziyaların) və xəstəliklərinin hərbi xidmət (hərbi toplanış) və orqanlarda  xidmət keçmələri ilə səbəb əlaqəsini (bundan sonra — yaralanmaların (xəsarətlərin, kontuziyaların, travmaların) və xəstəliklərin səbəb  əlaqəsi) təyin etmək məqsədilə keçirilir.

 2. Hərbi-həkim ekspertizası keçirmək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrində, digər qoşunlarda və orqanlarda, çağırış  məntəqələrində ştatlı və ya ştatdankənar hərbi-həkim komissiyaları (bundan sonra — HHK) və həkim-uçuş komissiyaları (bundan sonra —  HUK) yaradılır.

 Bəzi hallarda, Səhiyyə Nazirliyi ilə razılaşdırılmaqla, hərbi-həkim ekspertizası ilə əlaqədar məsələlərin həlli hərbi xidmətə könüllü daxil olmuş  və çağırış üzrə hərbi xidmət keçən şəxslərin (bundan sonra — hərbi qulluqçular) və orqanlarda xidmət edən şəxslərin tibbi müayinə və  müalicəsinin aparıldığı dövlət tibb müəssisələrində də həyata keçirilə bilər.

 3. HHK-lara həvalə olunur:

 a) aşağıda göstərilən şəxslərin tibbi şəhadətləndirilməsinin (bundan sonra — şəhadətləndirilmə) təşkili və keçirilməsi:

 ilkin hərbi qeydiyyata götürülən və hərbi xidmətə çağırılan vətəndaşların;

  orqanlara xidmətə qəbul edilən vətəndaşların;

  hərbi xidmətə könüllü daxil olan şəxslərin;

  hərbi qulluqçuların;

  orqanlarda xidmət edən şəxslərin;

  hərbi-tədris müəssisələrinə daxil olan vətəndaşların;

  orqanların ali və orta ixtisas təhsili müəssisələrinə (bundan sonra — tədris müəssisələri) daxil olan vətəndaşların;

  dövlət ali təhsil müəssisələrinin nəzdindəki hərbi kafedralarda ehtiyatda olan zabitlərin hazırlanması proqramı üzrə təhsil alan  vətəndaşların;

  Silahlı Qüvvələrin, orqanların ehtiyatında olan vətəndaşların;

  hərbi toplanışa çağırılan vətəndaşların;

  hərbi toplanış keçən vətəndaşların;

  hərbi xidmət keçmiş vətəndaşların;

  orqanlarda xidmət keçmiş vətəndaşların;

  hərbi toplanış keçmiş vətəndaşların;

  hərbi qulluqçuların (çağırış üzrə müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçulardan başqa) ailə üzvlərinin;

  orqanlarda xidmət edən şəxslərin ailə üzvlərinin;

 b) hərbi qulluqçuların, orqanlarda xidmət edən şəxslərin tibbi müayinəsinin, müalicəsinin və şəhadətləndirilməsinin, habelə ilkin  hərbi-qeydiyyata götürülən və hərbi xidmətə çağırılan vətəndaşların tibbi müayinəsinin (müşahidəsinin) və müalicəsinin aparıldığı  Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və orqanların hərbi tibb müəssisələrində, hərbi hissələrində (gəmilərində),  müəssisələrində və təşkilatlarında müalicə-diaqnostika işinin təşkilinə, həyata keçirilməsinə və nəticələrinə nəzarət;

 c) hərbi qulluqçuların, orqanlarda xidmət edən şəxslərin, hərbi toplanış keçən vətəndaşların, hərbi xidmət və ya hərbi toplanış keçmiş  vətəndaşların, orqanlarda xidmət keçmiş vətəndaşların yaralanmalarının (travmaların, kontuziyaların, xəsarətlərin) və xəstəliklərinin,  habelə hərbi qulluqçuların, orqanlarda xidmət edən şəxslərin ölümü ilə nəticələnmiş yaralanmaların (travmaların, kontuziyaların,  xəsarətlərin) və xəstəliklərin səbəb əlaqəsinin müəyyən edilməsi;

 ç) vətəndaşların, hərbi xidmətdən, orqanlarda xidmətdən tərxis olunduqları vaxtda səhhətinə görə hərbi xidmətə orqanlarda xidmətə  yararlılığının müəyyən edilməsi;

 d) hərbi-həkim ekspertizası problemlərinin elmi araşdırılması;

 e) hərbi-həkim ekspertizası üzrə həkim-mütəxəssislərin hazırlanması;

 4. Şəhadətləndirilmə dedikdə, vətəndaşların hərbi xidmətə, hərbi qeydiyyat ixtisası üzrə təhsilə (xidmətə), orqanlarda xidmətə yararlılığının  müəyyən edilməsi məqsədilə, yazılı rəy çıxarmaqla onların, şəhadətləndirilmə anında səhhətinin və fiziki inkişafının öyrənilməsi və  qiymətləndirilməsi, bu Əsasnamədə nəzərdə tutulmuş digər məsələlərin həll edilməsi başa düşülür.

 Bu Əsasnamədə nəzərdə tutulmuş hallardan başqa, qiyabi şəhadətləndirilmə qadağandır.

 5. Azərbaycan Respublikası Silahlı Qüvvələrində, digər qoşunlarda və orqanlarda, çağırış məntəqələrində HHK-ların (HUK-ların)  yaradılması qaydası, onların hüquq və vəzifələri, bu Əsasnamənin tətbiqi qaydası, habelə HHK-ların (HUK-ların) rəylərinin  rəsmiləşdirilməsi, baxılması və təsdiq olunması qaydası bu Əsasnamənin 1-ci bəndində göstərilən orqanlar və təşkilatlar tərəfindən müəyyən  edilir. Ştatdankənar HHK-nin, şəhadətləndirilənin hərbi xidmətə (orqanlarda xidmətə) yararlılıq dərəcəsini dəyişdirən qərarları ştatlı HHK  tərəfindən təsdiq olunmalıdır.

 6. HHK-ların (HUK-ların) rəyləri «Xəstəliklər cədvəlinə» və vətəndaşların səhhətinə əlavə tələblər cədvəlinə (bundan sonra — ƏTS) uyğun  olaraq HHK-nin (HUK-in) iclasda iştirak edən üzvlərinin səs çoxluğu ilə qəbul olunur.

 Azərbaycan Respublikası Silahlı Qüvvələri aviasiyasının, digər qoşunlar və orqanların uçuş heyəti, Silahlı Qüvvələrin ehtiyatında olan uçuş  heyəti, uçuş heyətinin hazırlanması üzrə hərbi-tədris müəssisələrinin kursantları, belə hərbi tədris müəssisələrinə daxil olan vətəndaşlar,  «Azərbaycan Respublikası Silahlı Qüvvələri aviasiyasının uçuş heyətinin tibbi şəhadətləndirilməsi haqqında Əsasnamə»yə uyğun olaraq,  HUK-larda şəhadətləndirilirlər.

 7. Vətəndaş HHK-nin (HUK-un) onun barəsindəki rəyindən məhkəməyə şikayət verə bilər. Məhkəmənin qərarı ilə vətəndaş nəzarəti  müayinəyə və təkrar şəhadətləndirilməyə göndərilə bilər.

 HHK-nin (HUK-un) rəyi, həmin rəydə başqa hal nəzərdə tutulmamışsa, şəhadətləndirilmə vaxtından etibarən bir ildən artıq olmayan  müddətə qüvvədədir. Əgər HHK-nin (HUK-un) rəyi həyata keçirilməmişsə və ya şəhadətləndirilmiş şəxsin səhhətində əvvəl qəbul edilmiş  rəyə yenidən baxmaq üçün əsas ola biləcək dəyişikliklər baş vermişsə, HHK (HUK) təkrar şəhadətləndirilmə keçirir. Belə hallarda təkrar  şəhadətləndirilmə müvafiq ştatlı HHK-ların göndərişinə əsasən aparılır.

 Qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olunmaqla, dövlət orqanları, ictimai təşkilatlar, ayrı-ayrı vətəndaşlar, o cümlədən vəzifəli  şəxslər tərəfindən hərbi-həkim ekspertizası üzrə HHK-nin (HUK-un) qərar qəbul etməsinə müdaxilə edilməsi yolverilməzdir.

 8. İlkin hərbi qeydiyyata götürülən, hərbi xidmətə (hərbi toplanışa) çağırılan vətəndaşların, hərbi xidmətdə olmayan və hərbi xidmətə  könüllü daxil olan şəxslərin, C. Naxçıvanski adına hərbi litseyə və hərbi-tədris müəssisələrinə daxil olan vətəndaşların, Azərbaycan  Respublikası Silahlı Qüvvələrinin ehtiyatında olan vətəndaşların şəhadətləndirilməsinin keçirilməsi üçün yerli icra hakimiyyəti orqanı  başçısının rayon (şəhər) hərbi komissarlığının təqdimatı əsasında qəbul etdiyi qərarı ilə dövlət tibb müəssisələrinin həkim mütəxəssisləri və  orta tibb işçiləri cəlb edilirlər.

 9. Hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar vətəndaşların şəhadətləndirilməsinin maliyyələşdirilməsi, Azərbaycan  Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

 10. İlkin hərbi qeydiyyata götürülən vətəndaşların, hərbi xidmətə könüllü daxil olan şəxslərin, C. Naxçıvanski adına hərbi litseyə və hərbi  tədris müəssisələrinə daxil olan vətəndaşların, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatında olan vətəndaşların səhhətinə  tələblər bu Əsasnaməyə əlavədə verilmiş «Xəstəliklər cədvəlinə» və vətəndaşların səhhətinə əlavə tələblər cədvəlinə (ƏTC) daxil edilir.

 Vətəndaşların səhhətinə tələblər dedikdə, onların sağlamlığının və fiziki inkişafının vəziyyətini xarakterizə edən və hərbi xidmətə yararlılıq  kateqoriyasının müəyyən edilməsinin əsası olan tibbi göstəricilər başa düşülür.

İlkİn hərbİ qeydİyyat və hərbİ xİdmətə çağırış vaxtı vətəndaşların şəhadətləndİrİlməsİ

 11. İlkin hərbi qeydiyyata götürülərkən vətəndaşların şəhadətləndirilməsinin təşkil edilməsi, vətəndaşların hərbi qeydiyyata götürülməsi  rayon (şəhər) çağırış məntəqələrinə, hərbi xidmətə çağırılarkən isə rayon (şəhər) çağırış komissiyasına həvalə olunur.

 12. Vətəndaşların ilkin hərbi qeydiyyata götürülərkən şəhadətləndirilməsinə qədər, onlara hər il tibbi baxış keçirilir, müayinə (müşahidə),  habelə müalicə-sağlamlıq tədbirləri və profilaktik peyvəndlər edilir.

 13. Tibbi baxışların, müayinənin (müşahidənin), müalicə-sağlamlıq tədbirlərinin və profilaktik peyvəndlərin təşkili və keçirilməsi dövlət  səhiyyə sisteminin idarəetmə orqanlarına və tibbi müəssisələrinə həvalə olunur.

 14. Təşkilati-hüquqi formasından asılı olmayaraq, tibb müəssisələri hərbi komissarlıqların sorğularına əsasən, vətəndaşların səhhətini  xarakterizə edən tibbi sənədləri (ambulator xəstələrin tibbi vərəqələri, stasionar xəstələrin tibbi vərəqələri, rentgenoqramlar, xüsusi müayinə  metodlarının protokolları və s.) və digər məlumatları 10 gün müddətində hərbi komissarlığa təqdim edirlər.

 Hərbi komissarlıqlar, vətəndaşların şəhadətləndirilməsi başa çatdıqdan sonra, 10 gün müddətində tibbi sənədləri müvafiq tibb müəssisələrinə  qaytarırlar.

 15. Hərbi komissarlıqların göndərişinə əsasən, vətəndaşlar şəhadətləndirilmədən əvvəl məcburi diaqnostik müayinələrdən keçirlər.

 16. İlkin hərbi qeydiyyata götürülərkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsini cərrah, terapevt, nevropatoloq,  psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq və zərurət olduqda digər ixtisaslardan olan həkim-mütəxəssislər keçirirlər.

 Dövlət tibb müəssisələrinin rəhbərləri ilə razılaşdırılmış, həkim-mütəxəssislərin və orta tibb işçilərinin fərdi tərkibi rayon (şəhər) hərbi  komissarlıqlarının təqdimatı ilə müvafiq yerli icra hakimiyyəti orqanının başçısı tərəfindən təsdiq olunur.

 17. İlkin hərbi qeydiyyata götürülərkən və hərbi xidmətə çağırılarkən vətəndaşın şəhadətləndirilməsi nəticəsində onun hərbi xidmətə  yararlılığı haqqında çağırış komissiyası aşağıdakı kateqoriyalar üzrə rəy verir:

 «A» — həqiqi hərbi xidmətə yararlıdır;

  «B» — sıradankənar həqiqi hərbi xidmətə yararlıdır;

  «C» — dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır;

  «Ç» — həqiqi hərbi xidmətə müvəqqəti yararsızdır;

  «D» — hərbi uçotdan çıxarılmaqla, həqiqi hərbi xidmətə yararsızdır.

 Həqiqi hərbi xidmətə yararlı və ya sıradankənar həqiqi hərbi xidmətə yararlı hesab edilmiş vətəndaşlar üçün «Xəstəliklər cədvəlinə» və  vətəndaşların səhhətinə əlavə tələblər cədvəlinə müvafiq olaraq həqiqi hərbi xidmət keçmək üçün təyinat göstəricisi müəyyən edilir.

 18. Vətəndaşların ilkin hərbi qeydiyyata götürülməsi zamanı, rayon (şəhər) çağırış komissiyalarının təyinatı ilə, onların hərbi-uçot ixtisasları  üzrə təhsil almağa, habelə nəqliyyat vasitələrini idarə etməyə yararlılığı müəyyən edilə bilər.

 19. Rayon (şəhər) çağırış komissiyasının qərarı ilə, vətəndaş, xəstəlik diaqnozunun dəqiqləşdirilməsi, yaxud müalicə məqsədi ilə dövlət  səhiyyə sisteminin tibb müəssisələrinə ambulator və ya stasionar müayinəyə və müalicəyə göndərilə bilər.

 Vətəndaşın tibbi müayinəsi (müalicəsi) başa çatdıqdan sonra, müəyyən edilmiş formada onun səhhətinin müayinə olunması haqqında akt  tərtib olunur.

 20. İlkin hərbi qeydiyyata götürülərkən və ya hərbi xidmətə çağırılarkən, vətəndaşın uzunmuddətli (3 aydan artıq) tibbi müayinəyə  (müalicəyə) ehtiyacı olması aşkar edilərsə, onun 6 aydan 12 aya qədər (müharibə dövründə — 3 aydan 12 aya qədər) müddətə hərbi xidmətə  müvəqqəti yararsız olması haqqında rəy çıxarılır. Tibbi müayinə (müalicə) başa çatdıqdan sonra vətəndaş təkrar şəhadətləndirilmədən keçir  və hərbi xidmətə çağırıla bilər. Vətəndaşın tibbi müayinəsini (müalicəsini) rayon (şəhər) çağırış komissiyasının işi qurtarana qədər başa  çatdırmaq mümkün olduqda, onun hərbi xidmətə müvəqqəti yararsızlığı haqqında rəy çıxarılmır. Belə halda, həkim-mütəxəssis, təkrar  şəhadətləndirilməyə gəlmə vaxtını göstərməklə, vətəndaşın tibbi müayinəyə (müalicəyə) ehtiyacı olması haqqında rəy çıxarır.

 Vətəndaşın hərbi xidmətə müvəqqəti yararsızlığının müddəti keçdikdən sonra, onun hərbi xidmətə yararlılıq kateqoriyası haqqında yekun  rəy çıxarılır.

 21. İlkin hərbi qeydiyyata götürülərkən və ya hərbi xidmətə çağırılarkən, hərbi xidmətə müvəqqəti yararsız hesab edilmiş vətəndaş tibbi  müayinədən (müalicədən) imtina etdikdə və ya yayındıqda təkrar şəhadətləndirilməlidir. Əgər təkrar şəhadətləndirilmə zamanı vətəndaşın  səhhətinin pisləşməsi əlamətləri aşkar edilməzsə, yaxud onun hərbi xidmətə çağırılmasına mane ola biləcək yaralanma (travma, kontuziya,  xəsarət) və ya xəstəliyin aşkar əlamətləri yoxdursa, o, sıradankənar hərbi xidmətə yararlı hesab edilir.

 22. Hərbi xidmətə çağırılmış vətəndaşlar, səhhətinə görə hərbi xidmətə çağırılmalı olmayan şəxslərin hərbi xidmətə çağırılması hallarını  istisna etmək məqsədilə, bilavasitə xidmət yerinə göndərilməzdən əvvəl tibbi baxışdan və şəhadətləndirilmədən keçirlər.

 Hərbi xidmətə çağırılmış vətəndaşların xidmət yerinə göndərilməzdən əvvəl tibbi baxışının və şəhadətləndirilməsinin təşkili, səhhətinə görə  hərbi xidmətə çağırışdan azad olunmuş vətəndaşların, hərbi xidmətə yararlılıq kateqoriyası haqqında çağırış komissiyasının onlar barəsində  çıxdığı qərarlarla razı olmadıqlarını bildirən vətəndaşların nəzarəti şəhadətləndirilməsi Respublika Çağırış Komissiyasına həvalə olunur.

 Tibbi baxışı və şəhadətləndirilməni keçirmək üçün cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq,  dermatoveneroloq və zəruri hallarda, digər ixtisaslı həkim-mütəxəssislər cəlb olunurlar.

 Xidmət yerinə göndərilməzdən əvvəl tibbi baxış və ya nəzarəti şəhadətləndirilmə zamanı vətəndaşın səhhətində onun hərbi xidmətə yararlılıq  kateqoriyasını dəyişəcək uyğunsuzluqlar aşkar edildikdə, Respublika Çağırış Komissiyası rayon (şəhər) çağırış komissiyasının müvafiq  qərarını ləğv edir, bu barədə vətəndaşa və qərarı ləğv edilmiş komissiyaya məlumat verir.

Azərbaycan Respublİkası sİlahlı qüvvələrİnə və dİgər qoşunlara hərbİ xİdmətə könüllü daxİl olan şəxslərİn şəhadətləndİrİlməsİ

 23. Hərbi xidmət keçməyən və hərbi xidmətə könüllü daxil olan şəxslərin şəhadətləndirilməsinin təşkili hərbi komisssarlıqlara və bu  Əsasnamənin 1-ci bəndində göstərilən orqanlara həvalə olunur.

 Hərbi xidmətə könüllü daxil olan şəxs, xəstəlik diaqnozunun dəqiqləşdirilməsi üçün ambulator və ya stasionar tibbi müayinəyə göndərilə  bilər. Həmin şəxslərin göstərilən diaqnostik müayinələri, habelə onların tibbi müayinəsi dövlət səhiyyə sisteminin tibb müəssisələrində və  hərbi tibb müəssisələrində keçirilir.

 24. Hərbi xidmətə könüllü daxil olan şəxslərin şəhadətləndirilməsini cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq,  stomatoloq, dermatoveneroloq və zəruri hallarda digər ixtisaslardan olan həkim-mütəxəssislər keçirirlər.

 25. Hərbi xidmətə könüllü daxil olan şəxsin hərbi xidmətə yararlılıq kateqoriyası haqqında rəy, bu Əsasnamənin 17-ci bəndinə uyğun olaraq  çıxarılır. Zərurət olduqda HHK, həmçinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müəyyən növündə və ya müəyyən qoşun növündə  hərbi xidmətə yararlılıq haqqında, yüksək dağlıq rayonlarda və əlverişsiz iqlim şəraiti olan yerlərdə hərbi xidmət keçmək haqqında da rəy  çıxarır.

 Hərbi xidmət keçməyən və hərbi xidmətə könüllü daxil olan şəxslərdə «Xəstəliklər cədvəlində» hərbi xidmətə yararlılığın fərdi  qiymətləndirilməsi nəzərdə tutulan xəstəlik olduqda, HHK hərbi xidmətə yararlılıq haqqında «C» kateqoriyası (dinc dövrdə hərbi xidmətə  yararsız, müharibə dövründə məhdud yararlıdır) üzrə rəy çıxarır.

C. Naxçıvanskİ adına hərbİ lİtseyə, hərbİ tədrİs müəssİsələrİnə daxİl olan vətəndaşların şəhadətləndİrİlməsİ

 26. Hərbi xidmət keçməmiş və hərbi tədris müəssisələrinə daxil olan vətəndaşların şəhadətləndirilməsinin təşkili hərbi komissarlıqlara və  orqanlara həvalə olunur.

 Hərbi komissarlıqların göndərişi ilə vətəndaşlar şəhadətləndirilənə qədər məcburi diaqnostik müayinələrdən keçirlər.

 C. Naxçıvanski adına hərbi litseyə, hərbi tədris müəssisələrinə daxil olan vətəndaşlar, xəstəlik diaqnozunun dəqiqləşdirilməsi üçün  ambulator və ya stasionar tibbi müayinəyə göndərilə bilərlər.

 C. Naxçıvanski adına hərbi litseyə, hərbi tədris müəssisələrinə daxil olan vətəndaşların göstərilən diaqnostik müayinələri və onların tibbi  müayinəsi dövlət səhiyyə sisteminin tibb müəssisələrində və hərbi tibb müəssisələrində keçirilir.

 27. C. Naxçıvanski adına hərbi litseyə, hərbi tədris müəssisələrinə daxil olan vətəndaşların şəhadətləndirilməsini cərrah, terapevt,  nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq, dermatoveneroloq və zəruri hallarda digər ixtisaslardan olan  həkim-mütəxəssislər keçirirlər.

 28. C. Naxçıvanski adına hərbi litseydə təhsil alan vətəndaşlar səhhətinə görə hərbi tədris müəssisələrinə daxil olmağa yararsız olduqları  halda, həmin məktəbdə təhsil almağa yararsız hesab edilirlər.

Hərbİ qulluqçuların şəhadətləndİrİlməsİ

 29. Hərbi qulluqçuların hərbi xidmətə yararlılıq kateqoriyası haqqında rəyi HHK bu Əsasnamənin 17-ci bəndinə uyğun olaraq çıxarır.

 Hərbi xidmətə könüllü daxil olmuş əsgərlərdə, matroslarda, çavuşlarda və hərbi tədris müəssisələrinin kursantlarında (buraxılış kursunda  təhsil alanlardan başqa) «Xəstəliklər cədvəlində» hərbi xidmətə yararlılığın fərdi qiymətləndirilməsi nəzərdə tutulan xəstəliklər olduqda,  HHK hərbi xidmətə yararlılıq haqqında «C» kateqoriyası (dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır) üzrə  rəy çıxarır.

 Sıradankənar hərbi xidmətə yararlı və ya dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmiş zabitlər,  gizirlər, miçmanlar, əgər «xəstəliklər cədvəlində» başqa hal nəzərdə tutulmayıbsa, hava-desant qoşunlarında (bundan sonra — HDQ), üzən  heyətlərdə (bundan sonra — ÜH), dəniz piyadasında (bundan sonra — DP) və xüsusi qurğularda (bundan sonra — XQ) xidmətə yararsız  hesab olunurlar.

 Sıradankənar hərbi xidmətə yararlı hesab edilmiş, hərbi xidmətə könüllü daxil olmuş əsgərlər, matroslar, çavuşlar və hərbi tədris  müəssisələrinin kursantları, əgər «Xəstəliklər cədvəlində» başqa hal nəzərdə tutulmayıbsa, HDQ-də, ÜH-də, dəniz piyadasında və XQ-də  xidmətə yararsız hesab olunurlar.

 30. Hərbi xidmətə könüllü daxil olmuş və yeni müqavilə (kontrakt) bağlamaq istəyən hərbi qulluqçuların şəhadətləndirilməsi hərbi hissə  komandirinin qərarına əsasən keçirilir.

 31. Hərbi qulluqçuların xəstəliyə görə məzuniyyətə və ya hərbi xidmət vəzifələrinin icrasından azad edilməyə (bundan sonra — azad edilmə)  ehtiyacı olması haqqında rəy, «Xəstəliklər cədvəlində» hərbi xidmətə müvəqqəti yararsızlıq nəzərdə tutulan hallarda çıxarılır.

 Dinc dövrdə HHK, hərbi qulluqçuların xəstəliyə görə məzuniyyətə ehtiyacı olması haqqında rəyi o halda çıxarır ki, hərbi qulluqçunun hərbi  xidmət vəzifələrinin icrasına başlanmasına qədər keçəcək müddət 15 gündən az olmasın.

 Müharibə dövründə, əgər hərbi qulluqçunun hərbi xidmət vəzifələrinin icrasına başlaya biləcəyinə qədər keçəcək müddət 3 aydan artıq  deyilsə, HHK, hərbi qulluqçunun sağalanların taboruna (komandasına) göndərilməsi, bu müddət 3 aydan artıq olduqda, 6 — 12 aydan  sonra təkrar şəhadətləndirilməklə hərbi xidmətə müvəqqəti yararsızlığı haqqında rəy çıxarır.

 Hərbi xidmət vəzifələrini icra etmək imkanının bərpa olunmayacağına şübhəsiz əsaslar olduqda, hərbi qulluqçunun xəstəliyə görə  məzuniyyətə ehtiyacı olması və ya onun hərbi xidmətə müvəqqəti yararsızlığı haqqında HHK-nın rəyi çıxarılmır, həmin hərbi qulluqçunun  hərbi xidmətə yararlılıq məsələsi həll edilir.

 32. HHK xəstəliyə görə məzuniyyət müddətini yaralanmanın (travmanın, kontuziyanın, xəsarətin) xəstəliyin xarakterindən və ağırlığından  asılı olaraq müəyyən edir.

 Dinc dövrdə, hərbi qulluqçuya xəstəliyə görə məzuniyyət 15 gündən 60 günə qədər müddətə verilir.

 Çağırış üzrə hərbi xidmət keçən hərbi qulluqçunun xəstəliyə görə məzuniyyəti ayrı-ayrı hallarda, 60 gündən artıq olmayaraq, uzadıla bilər.

 «Xəstəliklər cədvəlinin» III qrafası ilə şəhadətləndirilən hərbi qulluqçunun xəstəliyə görə məzuniyyəti hər dəfə 30 gündən artıq olmamaqla  uzadıla bilər. Fasiləsiz müalicədə olmanın ümumi müddəti, xəstəliyə görə məzuniyyətdə olma müddəti də daxil olmaqla, 6 aydan artıq  olmamalıdır (vərəm xəstəliyinə tutulmuşlar üçün — 12 ay). Zəruri hallarda müalicədə olma müddəti, «Hərbi xidmətkeçmə haqqında»  Əsasnaməyə müvafiq olaraq uzadıla bilər.

 Müalicədə və xəstəliyə görə məzuniyyətdə olmanın son müddəti bitdikdən sonra hərbi xidmətə yararlılıq məsələsini həll etmək üçün,  «Xəstəliklər cədvəlinin» III qrafası üzrə hərbi xidmət keçən hərbi qulluqçuların şəhadətləndirilməsi keçirilir.

 Hərbi qulluqçu qadınlara hamiləliyə və doğuma görə məzuniyyət HHK-nın rəyi əsasında Azərbaycan Respublikası qanunvericiliyi ilə  müəyyən edilmiş müddətə verilir.

 33. Bu Əsasnamənin 31-ci bəndinin 2-ci abzasında nəzərdə tutulmayan hallarda HHK hərbi qulluqçunun 7 gündən 15 günə qədər müddətə  hərbi xidmət vəzifələrinin icrasından azad etməyə ehtiyacı olması haqqında rəy çıxarır.

 HHK hərbi qulluqçunun azad edilməyə ehtiyacı olması haqqında təkrar rəy çıxara bilər, lakin azad edilmənin ümumi müddəti 30 gündən  artıq olmamalıdır.

 34. «Xəstəliklər cədvəlinin» III qrafası üzrə şəhadətləndirilən hərbi qulluqu hərbi xidmətdən buraxılarkən, onların xəstəliyə görə  məzuniyyətə ehtiyacı olmaları haqqında rəy çıxarılmır.

 Əgər «Xəstəliklər cədvəlinin» III qrafası üzrə şəhadətləndirilən hərbi qulluqçular hərbi xidmətə yararsız hesab edilməzsə və hərbi xidmətdən  buraxılmanın rəsmiləşdirilməsi dövründə hərbi xidmət vəzifələrini səhhətinə görə icra edə bilmirsə, HHK hərbi xidmətə yararsızlıq haqqında  rəylə eyni zamanda, onun, hərbi xidmətdən buraxılmanın rəsmiləşdirilməsi üçün zəruri olan müddətə, lakin 60 gündən artıq olmamaqla,  azad edilməyə ehtiyacı olması haqqında rəy çıxarır.

 Hərbi qulluqçular xəstəliyə görə məzuniyyətə, bilavasitə, müayinə və müalicə olunduqları hərbi-tibb müəssisələrindən (hərbi-tibb  hissələrindən) buraxılırlar. Bu barədə onların xidmət etdikləri hərbi hissə komandirlərinə, yazılı şəkildə məlumat verilir.

 35. Hərbi toplanış keçmə dövründə yaralanma (travma, kontuziya, xəsarət) almış, xəstələnmiş hərbi qulluqçuların, hərbi toplanış keçən  vətəndaşların şəhadətləndirilməsi yalnız yaralanmanın (travmanın, kontuziyanın, xəsarətin), xəstəliyin nəticəsi aydın olduqda keçirilir.

 36. Vətənin müdafiəsi, hərbi xidmət vəzifəsinin icrası, fövqəladə vəziyyət və hərbi münaqişələr şəraitində vəzifələrin yerinə yetirilməsi zamanı  yaralanma (travma, kontuziya, xəsarət) almış hərbi qulluqçuların və xaricdə, döyüş əməliyyatları aparılmış dövlətlərdə hərbi xidmətkeçmə,  xaricdə kəşfiyyat və əks-kəşfiyyat işində olan dövrdə və ya fövqəladə vəziyyət və hərbi münaqişələr şəraitində vəzifələrin yerinə yetirilməsi  zamanı xəstələnmiş hərbi qulluqçuların şəhadətləndirilməsi stasionar müalicə başa çatdıqdan sonra keçirilir.

 37. Hərbi toplanışa çağırılmış və hərbi toplanış keçmə dövründə yaralanma (travma, kontuziya, xəsarət) almış vətəndaşın  şəhadətləndirilməsi onun hərbi xidmətə yararlılıq kateqoriyasının dəyişilib-dəyişilməməsindən asılı olmayaraq keçirilir, hərbi toplanış keçmə  dövründə xəstələnmiş vətəndaşın şəhadətləndirilməsi isə yalnız o halda keçirilir ki, xəstəlik onun hərbi xidmətə yararlılıq kateqoriyasını  dəyişsin, yaxud onun hərbi xidmətə yararsızlığına (o cümlədən müvəqqəti yararsızlığına) gətirib çıxarsın.

 38. HHK hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçulardan başqa) və onun ailə üzvlərinin müalicəni davam  etdirmək üçün bir tibbi müəssisədən başqa tibbi müəssisəyə keçirilməyə, habelə hərbi xidmətdə olmanın son yaş həddinə çatması, səhhəti və  ya təşkilati-ştat tədbirləri ilə əlaqədar hərbi xidmətdən buraxılan, 20 il və daha artıq (güzəştli hesablamada) hərbi xidmət keçmiş zabitin  stasionar müalicəyə, əgər bu müalicə yerinə yetməklə bağlıdırsa, ehtiyacı olması haqqında rəy çıxarır.

 39. Əgər hərbi xidmətə könüllü daxil olmuş hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçulardan başqa) və onun  ailə üzvlərinin, 20 il (güzəştli hesablamada) hərbi xidmətdə olmuş və hərbi xidmətdə olmanın son yaş həddinə çatması, səhhəti və ya  təşkilat-ştat tədbirləri ilə əlaqədar hərbi xidmətdən buraxılmış zabitin dövlət səhiyyə sisteminin tibb müəssisələrinə, hərbi-tibb müəssisələrinə,  digər qoşun və orqanların tibb müəssisələrinə və sanatorya-kurort müəssisələrinə müalicəyə getməsi ilə, habelə hərbi qulluqçunun xəstəliyə  görə məzuniyyətə və ya ehtiyata (istefaya) buraxıldıqdan sonra yaşayış yerinə getməsi ilə əlaqədar, müşayiətçiyə ehtiyacı olarsa, HHK  müşayiətçilərin sayını da göstərir.

 Şəhadətləndirilmiş şəxsin səhhətindən, tibbi xidmətə və başqasının qayğısına ehtiyacı olmasından asılı olaraq, HHK onun və onu müşayiət  edən şəxslərin hava, dəmir yolu (plaskart və ya kupe vaqonda, ali zabitlər üçün isə «XV» kateqoriyalı vaqonda) və ya su nəqliyyatı ilə  getməsi haqqında rəy çıxarıla bilər.

 HHK təcrid olunması tələb edilən xəstələrin və onları müşayiət edən şəxslərin sürət və ya sərnişin qatarının kupe vaqonunun ayrıca  kupesində, III kateqoriyalı kayutda və ya nəqliyyat xətlərinin II kateqoriyalı yerlərində getməsi haqqında rəy çıxarır.

Azərbaycan Respublİkası sİlahlı qüvvələrİnİn ehtİyatında olan vətəndaşların şəhadətləndİrİlməsİ

 40. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatında olan vətəndaşların şəhadətləndirilməsinin təşkili hərbi komissarlıqlara həvalə  olunur.

 Vətəndaşlar şəhadətləndirilməyə qədər hərbi komissarlıqların göndərişi ilə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, müəyyən etdiyi  qaydada və həcmdə məcburi diaqnostik müalicələrdən keçirlər.

 Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatında olan vətəndaşlar xəstəliyin diaqnozunun dəqiqləşdirilməsi üçün ambulator və ya  stasionar tibbi müayinəyə göndərilə bilərlər.

 Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatında olan vətəndaşların göstərilən diaqnostik müayinələri və onların tibbi müayinəsi  dövlət səhiyyə sisteminin tibb müəssisələrində keçirilir.

 41. Hərbi xidmətə çağırış zamanı dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmiş və bununla əlaqədar  ehtiyata keçirilmiş vətəndaşların 27 yaşa çatana qədər 3 ildən bir şəhadətləndirilməsi məcburidir.

 Birinci və ikinci dərəcə ehtiyatda olan və əvvəllər dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmiş  zabitlərin, ehtiyatda olan HDQ-nin, ÜN-in hərbi-uçot ixtisasları üzrə qeydiyyatda olan vətəndaşların, ehtiyatda olan və təyin olunması  şəhadətləndirilmə tələb edən vəzifələr üçün nəzərdə tutulmuş vətəndaşların şəhadətləndirilməsi 5 ildən bir keçirilir.

 42. Hərbi xidmətə yararsız hesab edilmiş vətəndaşlar, dövlət səhiyyə sisteminin tibb müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən  edilmiş xəstəlik diaqnozu dəyişdirildiyi və ya sağlam hesab edildiyi halda təkrar şəhadətləndirilə bilərlər.

Hərbİ qulluqçuların, hərbİ toplanışa çağırılmış vətəndaşların, orqanlarda xİdmət keçən şəxslərİn, hərbİ xİdmət (hərbİ toplanış) və orqanlarda xİdmət keçmİş vətəndaşların yaralanmalarının (travmaların, kontuzİyaların, xəsarətlərİn), xəstəlİklərİnİn səbəb əlaqəsİnİn təyİn edİlməsİ

 43. Hərbi qulluqçuların, orqanlarda xidmət edən şəxslərin, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, əgər onlara  diaqnoz müəyyən edilmişsə, həmin şəxslərin istintaq (məhkəmə) altında olması halları istisna olmaqla, HHK onların aldığı yaralanmaların  (travmaların, kontuziyaların, xəsarətlərin), xəstəliklərin səbəb əlaqəsini təyin edir.

 HHK hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş vətəndaşların yaralanmalarının (travmalarının, kontuziyalarının,  xəsarətlərinin), xəstəliklərinin səbəb əlaqəsini sənədlər üzrə o halda müəyyən edir ki, vətəndaş hərbi xidmət (hərbi toplanış), orqanlarda  xidmətkeçmə dövründə:

 a) HHK tərəfindən şəhadətləndirilmiş olsun;

 b) stasionar müalicədə olsun;

 c) hərbi xidmətdən, orqanlarda xidmətdən xəstəliyə görə buraxılmış olsun;

 ç) vətəndaşda hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə alınmış bədən xəsarətlərinin aşkar nəticələri olsun.

 Vətəndaşda olan aşkar bədən xəsarətlərinin xarakteri və müddəti məhkəmə-tibbi ekspertiza tərəfindən təyin edilir.

 Keçmiş hərbi qulluqçuların və orqanlarda xidmət etmiş şəxslərin hərbi xidmət (xidmət) dövründə keçirdikləri kəskin xəstəliklərə və ya  xroniki xəstəliklərin kəskinləşməsinə aid səbəb əlaqəsi haqqında qərar yalnız həmin xəstəliklərin nəticələrinə görə tibbi sosial ekspertiza  orqanları tərəfindən vətəndaşa əlillik dərəcəsi təyin olunandan sonra qəbul edilə bilər.

 44. HHK-nin yaralanmaların (travmaların, kontuziyaların, xəsarətlərin), xəstəliklərin səbəb əlaqəsi haqqında rəyi aşağıdakı ifadələrlə  çıxarılır:

 a) «Hərbi travma Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır»

 b) «Hərbi travma SSRİ-nin müdafiəsi zamanı alınmışdır»

 c) «Hərbi travma hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır»

 ç) «Xəstəlik (yaralanma, travma, kontuziya, xəsarət) hərbi xidmət dövründə alınmışdır»

 d) «Xəstəlik Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır»

 e) «Ümumi xəstəlik»

 a) «Hərbi travma Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» ifadəsinə aşağıdakılar aiddir:

 əgər şəhadətləndirilən şəxs yaralanmanı (travmanı, kontuziyanı, xəsarəti) Azərbaycan Respublikasının ərazi bütövlüyünü,  müstəqilliyini və konstitusional quruluşunu müdafiə edərkən, cəbhədə olduğu dövrdə hərbi xidmət vəzifələrini (xidməti vəzifələri)  yerinə yetirərkən, dövlət sərhəddini müdafiə edərkən;

 xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və əks-kəşfiyyatla bağlı vəzifələri yerinə  yetirərkən, hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa;

  əgər şəhadətləndirilən şəxsin xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olan dövrdə, aktiv döyüş əməliyyatları  aparan hərbi hissələrin tərkibində xidmət edən dövrdə, kəşfiyyat və əks-kəşfiyyatla bağlı tapşırıqları yerinə yetirərkən yaranmışsa,  yaxud bu xəstəliyin başlanğıcını həmin şəxsin cəbhədə olduğu dövrdə, kəşfiyyat və əks-kəşfiyyatla bağlı tapşırığı yerinə yetirdiyi dövrə  aid etməyə imkan verən sənədlər varsa;

  əgər şəhadətləndirilən şəxs yaralanmanı (travmanı, kontuziyanı, xəsarəti), xəstəliyi əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü  olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən Vətənə qarşı cinayət törətməmişsə) almışsa.

 b) «Hərbi trama SSRİ-nin müdafiəsi zamanı alınmışdır» ifadəsinə aşağıdakılar aiddir:

 əgər şəhadətləndirilən şəxs yaralanmanı (travmanı, kontuziyanı, xəsarəti) Vətəni müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə, başqa  hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) icra edərkən, həbelə dinc dövrdə dövlət sərhəddini mühafizə edərkən almışsa;

  əgər şəhadətləndirilən şəxsin xəstəliyi cəbhədə olan dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik cəbhədə olan dövrdə  şəhadətləndirilən şəxsin hərbi xidmətlə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişən və ya yararsızlığına o cümlədən müvəqqəti  yararsızlığına) gətirib çıxaran dərəcəyə çatmışsa, habelə şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu  xəstəliyin başlanğıcını həmin şəxsin cəbhədə olduğu dövrə aid etməyə imkan verən sənədlər varsa;

  əgər şəhadətləndirilən şəxsin xəstəliyi xaricdə, döyüş əməliyyatları aparılan dövlətlərdə hərbi xidmətdə olan dövrdə və ya onun xaricdə  kəşfiyyat və əks-kəşfiyyat işində olması dövründə yaranmışsa, yaxud göstərilən dövrdə şəhadətləndirilən şəxsin hərbi xidmətə,  orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişən və ya yararsızlığına (o cümlədən müvəqqəti yararsızlığına) gətirib çıxaran dərəcəyə  çatmışsa, habelə şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanmasını həmin şəxsin xaricdə,  döyüş əməliyyatları aparılan dövlətlərdə xidmət keçmə dövründə və ya onun xaricdə kəşfiyyat və əks-kəşfiyyat işində olması dövrünə  aid etməyə imkan verən tibbi sənədlər varsa;

  əgər şəhadətləndirilən şəxs yaralanmanı (travmanı, kontuziyanı, xəsarəti), xəstəliyi Vətəndaş müharibəsi və Böyük Vətən müharibəsi  illərində, 1929-cu ildə Çin-Şərq dəmir yolunda, 1939 — 1940-ci illərdə Sovet-Fin müharibəsi zamanı, 1939-cu ildə Qərbi Belorusiyada  və Qərbi Ukraynada döyüş əməliyyatları dövründə, 1938-ci ildə Xasan qolu ətrafında və 1939-cu ildə Xalxin-Qol çayı üzərində  döyüşlərdə, 1945-ci ildə Yaponiya ilə müharibə zamanı, habelə 1944-cü il 1 yanvardan 1951-ci il 31 dekabra qədər Ukrayna SSR,  Belorusiya SSR, Latviya SSR, Litva SSR və Estoniya SSR ərazilərində milliyyətçi gizli ünsürlərin (banditizmin) ləğv edilməsi üzrə  döyüş əməliyyatlarında döyüşən ordunun tərkibində olan dövrdə (müharibə iştirakçısı vəsiqəsi olduqda), fövqəladə vəziyyət və silahlı  münaqişə şəraitində vəzifələrin yerinə yetirilməsi zamanı (pensiya təyin edilməsi üçün xidmət illərinin güzəştli — bir ay müddətinin 3 ay  hesablandığı halda), əsirlikdə olduğu zaman (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən Vətənə qarşı  cinayət törətmişsə) almışsa, yaxud göstərilən hadisələrdən əvvəl yaranmış xəstəlik həmin hadisələrdə iştirak dövründə şəhadətləndirilən  şəxsin hərbi xidmətə, SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin — SSRİ Dövlət Təhlükəsizliyi Nazirliyinin, SSRİ Daxili İşlər Nazirliyinin  orqanlarında xidmətə yararlılıq kateqoriyasını dəyişmiş və ya yararsızlığına (o cümlədən müvəqqəti yararsızlığına) gətirib çıxarmışsa,  habelə şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduqda, bu xəstəliyin başlanğıcını göstərilən hadisələrdə iştirak etmə  dövrünə aid etməyə imkan verən tibbi sənədlər varsa.

 c) «Hərbi trama hərbi xidmət vaəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır» ifadəsinə aşağıdakılar aiddir:

 əgər şəhadətləndirilən şəxs yaralanmanı (travmanı, kontuziyanı, xəsarəti) «a» bəndində göstərilən hallar istisna olmaqla, hərbi xidmət  vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə radioaktiv maddələrin, ionlaşdırıcı şüa mənbələrinin, raket yanacağı  komponentlərinin və digər yüksək toksiki maddələrin, elektromaqnit sahələri mənbələrinin və optiki kvant generatorlarının təsirinə  məruz qalmaq nəticəsində almışsa.

ç) «Xəstəlik (yaralanma, travma, kontuziya, xəsarət) hərbi xidmət dövründə alınmışdır» ifadəsinə aşağıdakılar aiddir:

 əgər xəstəlik şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçməsi dövründə yaranmışsa, habelə  şəhadətləndirilən şəxsin hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına və ya hərbi xidmətə, orqanlarda xidmətə könüllü daxil olmasına  qədər yaranmış xəstəliyi hərbi xidmət (hərbi toplanış) və həmin orqanlarda xidmət dövründə onun hərbi xidmətə, orqanlarda xidmətə  yararlılıq kateqoriyasını dəyişən və ya yararsızlığına (o cümlədən müvəqqəti yararsızlığına) gətirib çıxaran dərəcəyə çatmışsa;

  əgər xəstəlik şəhadətləndirilən şəxsin döyüşən ordunun tərkibinə daxil olmayan hərbi hissədə hərbi xidmət (hərbi toplanış) keçməsi  dövründə və ya döyüşən ordunun tərkibinə daxil olmayan orqanlarda xidmət keçməsi dövründə, yaxud onun xaricə, döyüş  əməliyyatları aparılan dövlətə getməsinə qədər yaranmışsa və bu dövlətdə xidmət onda olan xəstəliyə və onun hərbi xidmətə,  orqanlarda xidmətə yararlılıq kateqoriyasına təsir etməmişsə;

  əgər şəhadətləndirilən şəxs yaralanmanı (travmanı, kontuziyanı, xəsarəti) hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə  bilavasitə bağlı olmayan bədbəxt hadisə nəticəsində almışdırsa;

  əgər yaralanma (travma, kontuziya, xəsarət) hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə alınmışsa, lakin  şəhadətləndirilmə anında yaralanmanın (travmanın, kontuziyanın, xəsarətin) alınma şəraiti haqqında sənədlər yoxdursa.

 d) «Xəstəlik Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır» ifadəsi aşağıdakı halda  işlədilir:

 əgər hərbi qulluqçu, hərbi toplanışa çağırılmış vətəndaş, orqanlarda xidmət edən şəxs Çernobıl AES-də qəzanın nəticələrinin aradan  qaldarılması üzrə işləri yerinə yetirərkən xəstəlik almışdırsa.

 e) «Ümumi xəstəlik» ifadəsi aşağıdakı hallarda işlədilir:

 əgər şəhadətləndirilən şəxsdə yaralanma (travma, kontuziya, xəsarət), xəstəlik onun hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına, hərbi  xidmətə, orqanlarda xidmətə könüllü daxil olmasına qədər yaranmışsa və hərbi xidmət (hərbi toplanış), həmin orqanlarda xidmət  dövründə onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişəcək və ya yararsızlığına (o cümlədən müvəqqəti  yararsızlığına) gətirib çıxaracaq dərəcəyə çatmamışsa;

  əgər şəhadətləndirilən şəxsin yaralanması (travma, kontuziya, xəsarət) xəstəliyi hərbi xidmətdən yayınmaq məqsədi ilə özünə sui-qəsd  nəticəsində alınmışdırsa.

 45. HHK yaralanmanın (travmanın, kontuziyanın, xəsarətin) səbəb əlaqəsi haqqında rəyi vətəndaşın yaralanma (travma, kontuziya, xəsarət)  aldığı anda xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, digər qoşunlar və orqanların, təşkilatların, müəssisələrin rəhbəri  tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda yaralanmanın (travmanın, kontuziyanın, xəsarətin) alınma  şəraiti, habelə yaralanmanın (travmanın, kontuziyanın, xəsarətin) hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin icrası ilə əlaqədar  olub-olmaması göstərilir).

 46. Hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə yaralanma (travma, kontuziya, xəsarət) almış, lakin bu yaralanmanın  (travmanın, kontuziyanın, xəsarətin) alınma şəraiti haqqında arayışı olmayan vətəndaşların şəhadətləndirilməsi zamanı HHK yaralanmanın  (travmanın, kontuziyanın, xəsarətin) səbəb əlaqəsi haqqında rəyi yaralanmanın (travmanın, kontuziyanın, xəsarətin) alınma səbəbini əks  etdirən başqa sənədlər əsasında çıxara bilər.

 Vətəndaşın yaralanma və ya travma almasının şəraiti haqqında şahid ifadəsi HHK tərəfindən yalnız onda aşkar bədən xəsarətləri olduğu  halda və bu şərtlə qəbul edilə bilər ki, ifadə, şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş iki və  daha artıq şahid tərəfindən verilmiş olsun. Şahidlərin şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət keçməsi faktı şəhadətləndirilən şəxsin  hərbi xidmət (hərbi toplanış) orqanlarında xidmət keçdiyi hərbi hissənin komandiri, həmin orqanların rəhbəri və ya şahidlərin yaşayış yeri  üzrə hərbi komissar tərəfindən təsdiq olunur.

 Şahid ifadələri hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş vətəndaşın xəstəlik və ya kontuziya keçirməsi faktının təyin edilməsi  üçün əsas deyil.

 47. Hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş vətəndaşlarda olan yaralanmaların (travmaların, kontuziyaların, xəsarətlərin),  xəstəliklərin səbəb əlaqəsi HHK tərəfindən vətəndaşların, sosial müdafiə orqanlarının, hərbi komissarlıqların, digər qoşunlar və orqanların  pensiya (kadr) orqanlarının müraciəti ilə təyin edilir (yenidən baxılır).

 48. Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması üzrə işlərin yerinə yetirilməsi ilə əlaqədar xəstəliklərin səbəb əlaqəsi haqqında  HHK-nin rəyi ili razılaşmayan vətəndaş, məsələyə təkrar baxılması haqqında xahişlə Çernobıl AES-də qəzanın nəticələrinin aradan  haldırılması üzrə işlərin yerinə yetirilməsi ilə əlaqədar xəstəliklərin və əlilliyin səbəb əlaqəsinin müəyyən edilməsi üzrə Azərbaycan  Respublikasının müvafiq ekspert şurasına müraciət etmək hüququna malikdir.

İİ. Hərbİ qulluqçuların, hərbİ xİdmətə çağırılan və ya müqavİlə (kontrakt) üzrə hərbİ qulluğa daxİl olan vətəndaşların sağlamlığının vəzİyyətİnə daİr tələblər

 «Xəstəliklər cədvəlinin» qrafaları aşağıdakı kateqoriyalı vətəndaşların səhhətinə tələbləri nəzərdə tutur:

 I qrafa — ilkin hərbi qeydiyyata götürülən, hərbi xidmətə çağırılan vətəndaşların;

  II qrafa — çağırış üzrə hərbi xidmət keçən hərbi qulluqçuların;

  III qrafa — zabitlərin, miçmanların və onlara bərabər olan hərbi qulluqçuların, hərbi xidmət keçməmiş, ehtiyatda olan zabitlər, hərbi  xidmətə və hərbi toplanışa çağırılanda, hərbi xidmətə könüllü daxil olan və hərbi xidmət keçən şəxslərin.

 «Xəstəliklər cədvəlində» hərbi xidmətə yararlılığın aşağıdakı kateqoriyaları göstərilmişdir:

 «A» — həqiqi hərbi xidmətə yararlıdır;

  «B» — sıradankənar həqiqi hərbi xidmətə yararlıdır;

  «C» — dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır;

  «Ç» — həqiqi hərbi xidmətə müvəqqəti yararsızdır;

  «D» — hərbi uçotdan çıxarılmaqla, həqiqi hərbi xidmətə yararsızdır.

 «Xəstəliklər cədvəlində» aşağıdakı ixtisarlardan istifadə olunmuşdur:

 Fərdİ — hərbi xidmətə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin növündə, qoşun növündə, Azərbaycan Respublikası Silahlı  Qüvvələrinin hərbi tədris müəssisələrinə daxil olmağa yararlılıq fərdi müəyyən olunur;

  YS — Azərbaycan Respublikası Silahlı Qüvvələrinin növündə, qoşun növündə, ayrı-ayrı hərbi uçot ixtisasları üzrə xidmətə,  Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi tədris müəssisələrinə daxil olmağa yararsızdır;

  HDQ — hava-desant qoşunları;

  ÜH — Hərbi Dəniz Qüvvələrinin üzən heyəti;

  DP — dəniz piyadası;

  XQ — xüsusi qurğular;

  RM — radioaktiv maddələr;

  İŞM — ionlaşdırıcı şüalanma mənbələri;

  RYK — raket yanacağı komponentləri, digər yüksək toksiki maddələr;

  EMS — 30 KHS-dən üç yüz KHS-dək tezliklər diapozonunda elektromaqnit sahəsi, optiki kvant generatorları;

  ƏTC — vətəndaşların səhhətinə əlavə tələblər cədvəli.

 

 

 «Xəstəliklər cədvəli»nin maddələrinin tətbiqinə dair

İZAHATLAR

Yoluxucu və parazitar xəstəliklər

Maddə 1

 «a» bəndi yoluxucu xəstəliklərin müalicə olunmayan və ya çətin müalicə olunan xroniki residivli formalarını nəzərdə tutur.

 12 aydan az müddətdə bruselyozun kəskin formasını keçirmiş, «Xəstəliklər cədvəlinin» I qrafası üzrə şəhadətləndirilənlər, remissiyanın  davamlığını qiymətləndirmək üçün «b» bəndi üzrə hərbi xidmətə müvəqqəti yararsız hesab edilirlər. Çağırış üzrə hərbi xidmət keçən hərbi  qulluqçulara bruselyozun kəskin formasından sonra 45 gündən 60 günə qədər xəstəliyə görə məzuniyyət verilir.

 Xroniki bruselyoz tez-tez residiv verəndə (ildə 2 dəfə və daha artıq) və müvafiq orqan və sistemlərdə onların funksiyasının pozulması ilə  müşayiət olunan, davamlı qalıq dəyişiklikləri olduqda «Xəstəliklər cədvəlinin» I, II qrafaları üzrə şəhadətləndirilənlər barəsində rəy «a»  bəndi üzrə çıxarılır.

 Bruselyozun kliniki təzahürləri olmadan müsbət seroloji və ya allergeloji reaksiyaların (Rayt, Xeddelson, Bürne reaksiyaları) olması hərbi  xidmətə müvəqqəti yararsızlıq və ya hərbi xidmətə məhdud yararlılıq haqqında rəy çıxarılması üçün əsas ola bilməz.

 Çağırış üzrə hərbi xidmət keçən, xroniki dizenteriyadan əziyyət çəkən, habelə qarın yatalağı, paratif və salmonell bakteriyaların daşıyıcısı  olan hərbi qulluqçular stasionarda müalicə olunmalıdırlar. 3 aydan artıq müddətdə davamlı bakteriya daşıyıcılığı halında onlar «a» bəndi  üzrə dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilirlər. «Xəstəliklər cədvəlinin» I qrafası üzrə  şəhadətləndirilənlər isə müalicə olunmaq üçün «b» bəndi üzrə 6 ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız hesab edilirlər. Sonralar,  laboratoriya müayinələri ilə təsdiq olunmuş bakteriya daşıyıcılığı davam etdikdə, onlar «a» bəndi üzrə şəhadətləndirilirlər.

 Tifo-paratifoz xəstəliklərinin, dizenteriya və salmonellezin törədicilərini xroniki ifraz edən, «Xəstəliklər cədvəlinin» III qrafası ilə  şəhadətləndirilən hərbi qulluqçuların yararlılıq dərəcəsi «a» bəndinə əsasən fərdi təyin edilir.

 Digər kəskin və xroniki yoluxucu və parazitar xəstəliklər (exinokokkoz, trixosefalez, toksoplazmoz, hemorragik qızdırmalar və s.) olduqda  hərbi qulluqçuların hərbi xidmətə yararlılıq kateqoriyası müalicə qurtardıqdan sonra, orqanların və sistemlərin funksiyalarının  vəziyyətindən asılı olaraq təyin edilir. Daxili orqanlarında orqanın bir seqmenti və daha böyük həcmdə parazitar kistası olan şəxslər,  «Xəstəliklər cədvəlinin» I və II qrafası ilə «a» bəndinə görə şəhadətləndirilirlər. Hərbi qulluqçuların cərrahi müalicəsi tibbi  şəhadətləndirilmədən sonra aparılır.

 Virus hepatiti xəstəliyi keçirmiş, çağırış üzrə hərbi xidmət keçən hərbi qulluqçular RYK ilə işə və XQ-lərdə xidmətə yararsız hesab edilirlər,  «xəstəliklər cədvəlinin» III qrafası ilə şəhadətləndirilən hərbi qulluqçular və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mülki işçiləri isə 6  aydan sonra təkrar şəhadətləndirilməklə RYK ilə işə və XQ-lərdə xidmətə müvəqqəti yararsız hesab edilirlər. HDQ-də hərbi xidmət keçən və  virus hepatiti, qarın yatalağı, paratiflərin fəsadlaşmamış yüngül və orta ağır formalarını keçirmiş hərbi qulluqçular 6 aydan sonra təkrar  şəhadətləndirilməklə, paraşütlə tullanmağa müvəqqəti yararsız sayılırlar. Həmin müddət keçdikdən sonra göstərilən şəxslər qara ciyərin və  həzm aparatının funksiyalarının pozuntusu olmadıqda, paraşütlə tullanmağa buraxılırlar. Ağır forma virus hepatiti, qarın yatalağı, paratiflər  və ya ləng gedişli (2 aydan artıq) hepatit keçirmiş, HDQ-də çağırış üzrə hərbi xidmət keçən hərbi qulluqçular HDQ-də xidmətə yararsız  hesab edilirlər. «Xəstəliklər cədvəlinin» III qrafası ilə şəhadətləndirilən hərbi qulluqçuların HDQ-də xidmətə yararlığı fərdi təyin edilir.

 A virus hepatiti (fəsadlaşmamış yüngül və orta ağırlıqlı forması), qarın yatalağı və paratiflər keçirmiş dalğıclar, 3 — 6 aydan sonra təkrar  şəhadətləndirilməklə, dalğıclıq işlərinə yararsız sayılırlar. Təkrar şəhadətləndirilmə zamanı qara ciyərin və həzm aparatının funksional  pozuntuları olmadığı halda, onlar 60 metrə qədər dərinliklərdə dalğıclıq işlərinə yararlı hesab edilirlər. Bununla belə, dərin su dalğıcları 60  metrdən artıq dərinliyə enməklə dalğıclıq işlərinə, müalicə qurtardıqdan ən azı bir il sonra yararlı hesab edilə bilərlər.

 Çağırış üzrə hərbi xidmət keçən hərbi qulluqçulardan olan, istənilən ağırlıq formasında virus hepatiti, qarın yatalağı və ağır formada  paratiflər keçirmiş dalğıclar, dalğıclıq işlərinə yararsız hesab edilirlər.

 «Xəstəliklər cədvəlinin» III qrafası ilə şəhadətləndirilən hərbi qulluqçulardan olan, ağır formada V, S və ya A virus hepatiti, qarın yatalağı və  paratiflər keçirmiş dalğıclar 12 aydan sonra təkrar şəhadətləndirilməklə, dalğıclıq işlərinə yararsız hesab edilirlər. Qara ciyərin və həzm  aparatının funksiyası normal olduqda, təkrar şəhadətləndirilmədən sonra, onlar 60 metrə qədər dərinliklərdə dalğıclıq işlərinə yararlı hesab  edilə bilərlər.

 İstənilən ağır formada V və ya S virus hepatiti, qarın yatalağı və paratiflər keçirmiş və «Xəstəliklər cədvəlinin» I qrafası üzrə  şəhadətləndirilənlər dalğıclıq ixtisası üzrə təhsilə yararsız hesab edilirlər.

 A virus hepatiti keçirmiş, «Xəstəliklər cədvəlinin» I qrafası üzrə şəhadətləndirilənləri, əgər müalicədən sonra ən azı 12 ay keçmişsə və qara  ciyərin funksiyalarının pozuntusu yoxdursa, fərdi qiymətləndirmə qaydasında dalğıclıq ixtisası üzrə təhsilə yararlı hesab etmək olar.

 V virus hepatiti səthi (Avstraliya) antigeninin daşıyıcılığı, qara ciyərin gizli keçən xroniki xəstəliyinin istisna edilməsi məqsədilə müfəssəl  müayinə aparılması üçün əsasdır.

 Virus hepatiti, qarın yatalağı, paratiflər keçirmiş hərbi qulluqçular, C. Naxçıvanski adına hərbi litseyin məzunları, vətəndaşlar, onlarda qara  ciyərin və həzm aparatının funksiyalarının pozuntusu olmadıqda, stasionar müalicənin qurtarmasından sonra, 6 aydan tez olmayaraq, hərbi  tədris müəssisələrinə daxil olmağa yararlı hesab edilirlər.

 Komplementin toksoplazma aptigeni ilə birləşmə reaksiyası və toksoplazminlə dərialtı allergiya sınağı ilə təsdiq olunmuş xroniki  toksoplazmozun (subfebrilitet, limfadenopatiya, qara ciyərin böyüməsi, uveitlər və xorioretinitlər, beyində və əzələlərdə kalisifikatlar) kliniki  təzahürləri olan şəhadətləndirilənlər barəsində rəy «a» bəndi üzrə çıxarılır.

 Yoluxucu virus və parazitar xəstəliklərin sinir sistemi, digər orqan və sistemlərin funksiyalarının pozulmaqla zədələnməsi ilə müşayiət olunan  nəticələri olduqda şəhadətləndirilmə «Xəstəliklər cədvəlinin» müvafiq maddələri üzrə keçirilir.

 Kəskin yoluxucu və parazitar xəstəliklər keçirdikdən sonra müvəqqəti funksional pozuntular olduqda və stasionar müalicə başa çatdıqdan  sonra xəstədə ümumi astenizasiya, zəifləmə, qeyri-kafi qidalanma saxlandıqda, «b» bəndinə əsasən qərar qəbul edilir. Xəstəliyə görə  məzuniyyətə ehtiyac olması haqqında rəy, xəstəliyin ağır, orta ağır və fəsadlaşmış hallarında, qalıq dəyişikliklərinin davamlılığını  qiymətləndirmək və şəhadətləndirilənin hərbi xidmət vəzifələrini icra etmək qabiliyyətinin tam bərpa olunması üçün on beş gündən az  olmayan müddət tələb olunduqda çıxarılır.

 Yoluxucu xəstəliklərin (virus hepatiti, qarın yatalağı, paratiflər, hemorragik qızdırmalar və s.) yüngül formasını keçirmiş hərbi qulluqçulara  xəstəliyə görə 20 günə qədər məzuniyyət verilir.

 Stasionar müalicə qurtardıqdan sonra astenizasiya vəziyyəti qaldığı zaman hepatitin, qarın yatalağının, paratiflərin ağır və orta ağır  formalarını keçirmiş hərbi qulluqçular barəsində, habelə kəskin dövrün təzahür dərəcəsindən asılı olmayaraq, xəstəliyin ağır fəsadlaşmaları  inkişaf etdikdə (bağırsaq perforasiyası, bağırsaq qanaxması, miokardit, pnevmoniya, parapnevmanik plevrit), hospital müalicəsindən sonra  xəstəliyə görə məzuniyyətə ehtiyac olması haqqında rəy çıxarılır.

 Ayrı-ayrı hallarda qarın yatalağının, paratiflərin, virus hepatitinin ağır və orta ağır formalarını keçirmiş «Xəstəliklər cədvəlinin» III qrafası  ilə şəhadətləndirilən hərbi qulluqçular, reabilitasiya üçün 24 günlük pulsuz göndəriş ilə hərbi sanatoriyaya göndərilə bilərlər.

 Hərbi tədris müəssisələrinin kursantları və dinləyiciləri virus hepatitinə, qarın yatalağına, paratiflərə görə hospital müalicəsindən sonra  reabilitasiya mərkəzlərinə göndərilmir, hərbi hissəyə yazılırlar.

 Virus hepatiti, qarın yatalağı, paratiflər keçirmiş vətəndaşlar hərbi xidmətə çağırıldığı və ya könüllü hərbi xidmətə daxil olduğu zaman,  stasionar müalicədən sonra, 6 ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız hesab edilirlər.

Maddə 2

 «a» bəndinə bakteriya ifrazetmə və dağılma fazasında tənəffüs orqanlarının aktiv vərəminin bütün formaları, plevranın empiyeması, ağ  ciyərlərin və plevranın divararasının yerdəyişməsi ilə nəticələnən böyük qalıq dəyişiklikləri, habelə, cərrahi müalicənin III dərəcəli tənəffüs  (ağ ciyər) çatışmazlığı ilə müşayiət olunan nəticələri, bronxların fistulez (deşikli) zədələnmələri aiddir.

 «b» bəndinə stasionar müalicə nəticəsində təyin edilmiş, vərəm mikrobakteriyalarının ifrazı və dağılma fazası olmadan, tənəffüs orqanlarının  aktiv vərəminin bütün formaları, müalicə prosesində transformasiya olmuş nazik divarlı kistayabənzər boşluqlar (kavernanın açıq tipli  bitişməsi), habelə II dərəcəli tənəffüs (ağ ciyər) çatışmazlığı ilə müşayiət olunan cərrahi müalicənin nəticələri aiddir.

 Müalicə səmərəsiz olduqda və ya ondan imtina olunduqda, «Xəstəliklər cədvəlinin» I və II qrafasına görə hərbi qulluqçular «a» və ya «b»  bəndi üzrə şəhadətləndirilirlər.

 «c» bəndinə uzunmüddətli hospital və sanatorya müalicəsi nəticəsində təyin olunmuş tənəffüs orqanlarının zəifləşən aktiv,  klinik-rentgenoloji sağalma ilə nəticələnmiş vərəmi: intoksikasiya simptomlarının yox olması, bakteriya ifrazının kəsilməsi, kavernanın  sağalması, ağ ciyərlərdə infiltrasiyanın sorulub getməsi və plevra boşluğunda mayenin rezorbsiyası halları aiddir. Bu bəndə həmçinin, ağ  ciyərlərin və plevranın böyük qalıq dəyişiklikləri də aiddir.

 Böyük qalıq dəyişiklikləri ilkin vərəm kompleksinin çoxlu (5-dən artıq) xırda (1 sm-ə qədər) və tək-tək (5-ə qədər) iri (1 sm-dən artıq)  komponentləri və ya dəqiq təsvir olunan sahələr, ağ ciyərlərin yayılmış (1 seqmentdən artıq) fibroz-sirrotik dəyişiklikləri, icmal  rentgenoqramlarla və tomoqramlarla sənədləşdirilmiş iri (1 sm-dən artıq qalınlıqda) plevral qalınlaşmaları hesab olunurlar.

 Ekssudativ plevrit və vərəm etiologiyalı digər serozitlərin (perikardit, poliserozit və s.) diaqnozu sitoloji, immunoloji, mikrobioloji müayinə  metodları, zəruri hallarda isə həm də punksiya biopsiyası və bronxoloji (bronxoskopiya) müayinəsi ilə təsdiq edilməlidir. Quru plevritlərin  vərəm etiologiyası, vərəm diaqnostikası və immunoloji diaqnostika metodları, sınaq müalicə və laborator müayinələrinin dinamikası ilə  sübut olunurlar. «Xəstəliklər cədvəlinin» III qrafası ilə şəhadətləndirilənlərin 60 günə qədər xəstəliyə görə məzuniyyətə ehtiyacı olması  haqqında qərar qəbul edilir. Məzuniyyətdən sonra, xəstəliyin aktivliyi qeyd edilmirsə, tənəffüs çatışmazlığının dərəcəsindən asılı olaraq, «b»,  «c» və ya «ç» bəndi üzrə qərar çıxarılır.

 Həmçinin vətəndaşlar ilkin hərbi qeydiyyata götürülərkən və hərbi xidmətə çağırılarkən, əsas müalicə kursu başa çatdıqdan sonra yaxın 3 il  müddətində (ağ ciyərlərin və plevranın qalıq dəyişiklikləri olması ilə vərəmin keçirilməsi sübut olunarsa), habelə I (birinci) dərəcəli tənəffüs  (ağ ciyər) çatışmazlığı ilə müşayiət olunan və ya onsuz, cərrahi müalicədən sonra bu bənd üzrə şəhadətləndirilirlər. Əsas müalicə kursuna,  ümumi müddəti 9 — 12 aydan az olmamaqla, hospital, sanatoriya və ambulatoriya mərhələləri daxildir. «Xəstəliklər cədvəlinin» II qrafası  üzrə şəhadətləndirilənlər stasionar müalicə başa çatdıqdan sonra, «Xəstəliklər cədvəlinin» III qrafası üzrə şəhadətləndirilənlər isə  sanatoriyada və ya stasionar müalicə başa çatdıqdan sonra HHK-ya təqdim olunurlar.

 «Xəstəliklər cədvəlinin» III qrafası ilə şəhadətləndirilən hərbi qulluqçular barəsində, hospital müalicəsi başa çatdıqdan sonra, funksiyanın  bərpa olunması üçün 1 — 2 aydan az olmayaraq vaxt zəruri olduqda, ftiziatrın müşahidəsi altında ambulator şəraitdə müalicəni davam  etdirmək üçün, məzuniyyət başa çatdıqdan sonra HHK-da şəhadətləndirilməklə xəstəliyə görə təkrar məzuniyyətə ehtiyac olması haqqında  rəy çıxarmağa icazə verilir.

 «ç» bəndinə kliniki müalicə olunmuş, vərəm qrupunda müşahidə başa çatdıqdan və dispanser qeydiyyatından çıxarıldıqdan sonra (ağ ciyər  vərəminin stasionar müalicəsi başa çatdıqdan 3 il sonra), tənəffüs orqanlarının keçirilmiş vərəminin (o cümlədən, spontan müalicə olunmuş)  kiçik qalıq dəyişiklikləri aiddir.

 Ağ ciyərlərdə və döş qəfəsi daxili limfa düyünlərində tək-tək xırda petrirkatların olması bu müddətin tətbiqi üçün əsas deyil, hərbi  xidmətkeçməyə, hərbi tədris müəssisələrinə və C. Naxçıvanski adına hərbi litseyə daxil olmağa mane olmur.

 Tənəffüs orqanlarının vərəmindən müalicə olunmuş zabitlərin peşə reabilitasiyası məqsədilə təkrar şəhadətləndirilməsi əsas müalicə  kursunun başa çatmasından sonra 3 ildən tez olmayaraq, hospitalların pulmonologiya şöbəsində müayinə olunduqdan sonra keçirilir.

 ««Xəstəliklər cədvəlinin» III qrafası» ilə şəhadətləndirilən, bu maddənin «ç» bəndində göstərilən dəyişikliklərə malik olan hərbi  qulluqçuların qeyri-vərəm sanatoriyalarına göndərilməsi tibbi göstəricilər üzrə ümumi əsaslarla həyata keçirilir.

Maddə 3

 «a» bəndinə aiddir:

 gedişinin xarakterindən, müddətindən və nəticəsindən asılı olmayaraq, müxtəlif orqanların və sistemlərin əlaqəli zədələnməsilə  generasiya olunmuş vərəm;

  onurğanın, boruşəkilli sümüklərin və oynaqların sızıb yığılmış abseslər və fistullarla müşayiət olunan şiddətlənən aktiv vərəmi;

  sidik-cinsiyyət orqanlarının və döş qəfəsindən kənar digər nahiyələrin dağılma fazasında və bakteriya ifrazı ilə müşayiət olunan vərəmi;

  gözlərin görmə funksiyalarının getdikcə artan zəifləməsi ilə müşayiət olunan vərəmi, dəri vərəminin yayılmış və dərini eybəcərləşdirən  formaları;

  ürək kisəsinin, peritonun və peritondaxili limfa düyünlərinin, mədənin, bağırsağın, qara ciyərin, dalağın, qulaq-burun-boğaz  orqanlarının şiddətlənən vərəmi;

  metatuberkulez nefrosklerozu, keçirilmiş, sidik-ifrazat sistemi orqanları vərəminin qalıq dəyişiklikləri və nəticələri, çıxarıldıqdan sonra  bir böyrəyin olmaması (qalan böyrəyin funksiyası pozulduqda), böyrəklərin və sidik-ifrazat yollarının digər cərrahi müalicəsinin  nəticələri (xroniki böyrək çatışmazlığı və ya ifrazat funksiyasının kəskin pozuntusu olduqda);

  sidik ifrazının kəskin pozulması ilə sidik kisəsinin çapıqlı dəyişiklikləri, vərəmə görə ikitərəfli kastrasiyadan sonra xayaların olmaması.

 «b» bəndinə aiddir:

 onurğanın, sümüklərin və oynaqların, sidik-cinsiyyət orqanlarının və döş qəfəsindən kənar nahiyələrin əsas kurs dövründə sızıntılarsız  və fistullarsız, periferik limfa düyünlərinin dağılma fazasız, fistulsuz, bakteriya ifrazatı olmadan aktiv məhdud vəziyyəti;

  böyrəklərin ifrazat funksiyasının və sidik ifrazının mülayim pozulması ilə müşayiət olunan sidik-ifrazat yollarının cərrahi müalicəsinin  nəticələri;

  başqa orqanların vərəminin cərrahi müalicəsinin onların funksiyalarının mülayim pozuntusuna gətirmiş nəticələri.  «c» bəndinə döş qəfəsindən kənar nahiyələrin 3 — 5 il müddətində xüsusi terapiyanın əsas kursunun başa çatmasından sonra sönmüş  vərəmi aiddir.

 Ayrı-ayrı hallarda «Xəstəliklər cədvəlinin» III qrafası ilə şəhadətləndirilən, hərbi xidmətkeçmənin son yaş həddinə çatmamış hərbi  qulluqçular, müxtəlif orqanların və sistemlərin əlaqəli zədələnməsilə generasiya olunmuş vərəmdən müalicə yaxşı səmərə verdikdə, orqan və  sistemlərin funksiyalarının pozulması olmadıqda, «Xəstəliklər cədvəlinin» 3-cü maddəsinin «ç» bəndi üzrə hərbi xidmətə yararlı hesab edilə  bilərlər.

 «ç» bəndinə döş qəfəsindən kənar nahiyələrin, müalicə başa çatdıqdan 3 il (onurğanın, boruşəkilli sümüklərin və oynaqların vərəmi olduqda  — 5 il) sonra aktivlik əlamətləri olmayan və vərəm dispanserində qeydiyyatdan çıxarılmış, qeyri-aktiv vərəmi aiddir.

 Vərəm sanatoriyasına göndərilmə və HHK-da şəhadətləndirilmə eyni ilə ağ ciyər vərəmi xəstəliklərində olan göstəricilər üzrə keçirilir.

 Döş qəfəsindən kənar nahiyələrin vərəmindən müalicə olunmuş zabitlərin peşə reabilitasiyası məqsədilə təkrar şəhadətləndirilməsi Mərkəzi  Hərbi Kliniki Hospitalda stasionar müayinədən sonra, lakin əsas müalicə kursunun başa çatmasından 3 ildən (onurğanın, boruşəkilli  sümüklərin və oynaqların vərəmi üçün 5 il) tez olmayaraq keçirilir.

 Döş qəfəsindən kənar nahiyələrin vərəmi olan şəxslər barəsində HHK-nın rəyi həm də zədələnmiş orqanların funksiyasının vəziyyətindən  asılı olaraq, «Xəstəliklər cədvəlinin» müvafiq maddələri əsasında çıxarılır.

Maddə 4

 Cüzam diaqnozu təyin edildiyi halda hərbi qulluqçular hərbi xidmətə yararsız hesab edilirlər. Müvafiq səhiyyə orqanı tərəfindən qeydiyyata  götürülmüş cüzama tutulan xəstənin ailəsindən olan vətəndaşlar ilkin hərbi qeydiyyata götürülərkən və hərbi xidmətə çağırılarkən, habelə  belə ailələrdən olan hərbi qulluqçular hərbi xidmətə yararsız hesab edilirlər. Anamnezində qeyri-ailə təması olan şəxslər, müayinəyə  göndərilirlər və yoluxma əlamətləri olmadıqda, hərbi xidmətə yararlı hesab edilirlər.

Maddə 5

 Qanyaratma sisteminin, digər orqanların patoloji dəyişiklikləri ilə müşayiət olunan anadangəlmə və qazanılma xarakterli immun çatışmazlığı  halları olduqda, hərbi xidmətə, hərbi-uçot ixtisasları üzrə xidmətə yararlılıq kateqoriyası zədələnmiş orqanın və ya orqanlar sisteminin  funksiyalarının pozulması dərəcəsindən asılı olaraq, «Xəstəliklər cədvəlinin» müvafiq maddələri üzrə təyin edilir.

Maddə 6

 İlkin hərbi qeydiyyata götürülərkən, hərbi xidmətə çağırılarkən, könüllü hərbi xidmətə daxil olarkən vətəndaşlarda, habelə hərbi  qulluqçularda zöhrəvi xəstəliklər aşkar olunduqda, onlar müalicə edilməlidirlər. Belə şəxslər sağalma ilə nəticələnən müalicədən sonra hərbi  xidmətə yararlıdırlar.

 Xroniki və ya ağırlaşmış formalı zöhrəvi uretritlərin müalicəsinin başa çatması üçün 3 aydan artıq müddət tələb olunursa, hərbi xidmətə  çağırılarkən və ya könüllü hərbi xidmətə daxil olarkən, vətəndaşlar 6 ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız, ilkin, təkrar və ya gizli  sifilis olduqda isə 12 ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız hesab edilirlər.

 Süzənək və sifilisin müalicə olunub qurtarması meyarı zöhrəvi xəstəliyin klinik əlamətlərinin yox olması və laboratoriya yoxlaması zamanı  üçqat mənfi nəticənin alınması hesab olunur. Əgər sifilisin tam müalicəsindən 12 ay sonra klassik seroloji reaksiyaların mənfiləşməsi baş  verməmişsə, şəhadətləndirilmə «b» bəndi üzrə keçirilir.

 Daxili orqanlar, sümüklər, sinir sistemi sifilislə zədələndikdə onların funksiyalarının pozulması dərəcəsindən asılı olaraq, şəhadətləndirilmə  həm də «Xəstəliklər cədvəlinin» müvafiq maddələri üzrə keçirilir.

Maddə 7

 Mikrosporiya, trixofitiya xəstəliyi olan vətəndaşlar müalicə olunmalıdırlar. Hərbi xidmətə çağırılarkən və ya könüllü hərbi xidmətə daxil  olarkən onlar 6 ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız hesab olunurlar.

 Dermatofitiyadan əziyyət çəkən hərbi qulluqçular müalicə olunmalıdırlar. Müalicə başa çatdıqdan sonra onlar hərbi xidmətə yararlı hesab  olunurlar.

 Mikoz diaqnozu laboratoriya müayinələri ilə təsdiq olunmalıdır.

Yenİtörəmələr

Maddə 8

 «a» bəndinə sümüklərin və oynaqların, yayılması və mərhələsindən asılı olmayaraq, bədxassəli yenitörəmələri, digər orqanların və sistemlərin  uzaq metastazlarla və ya qeyri-radikal cərrahi müalicədən sonra bədxassəli yenitörəmələri, şişin mərhələsindən və yayılmasından aslılı  olmayaraq, xəstənin bədxassəli yenitörəmənin müalicəsindən imtina etməsi halları aiddir.

 «b» bəndinə digər orqanların və sistemlərin bədxassəli yenitörəmələrinin, o cümlədən regional metastazlarla yenitörəmələrin kökündən  müalicəsindən sonrakı vəziyyətlər, alt dodağın və ya dərinin bədxassəli şişlərinin kökündən müalicəsindən sonrakı çapıqlar aiddir.

 «b» bəndində göstərilmiş bədxassəli yenitörəmələr olan xəstələrin stasionar müalicəsi başa çatdıqdan sonra HHK qarşısında hərbi xidmətə  yararlılıq kateqoriyasının təyin edilməsi məsələsi qoyulmadıqda, «Xəstəliklər cədvəlinin» III qrafası üzrə şəhadətləndirilənlərə «c» bəndi üzrə  xəstəliyə görə məzuniyyət verilir.

 «Xəstəliklər cədvəlinin» III qrafası ilə şəhadətləndirilən və hərbi xidmətkeçmənin son yaş həddinə çatan, habelə, təşkilat-ştat tədbirləri ilə  əlaqədar, başqa səbəblərə görə hərbi xidmətdən buraxılmalı olan hərbi qulluqçular bədxassəli prosesin nahiyəsindən, mərhələsindən və  yayılmasından, habelə xəstəliyin başlanğıcından keçən vaxtdan asılı olmayaraq, «a» bəndi üzrə şəhadətləndirilirlər. Alt dodağın və dərinin  metastazsız xərçənginin radikal müalicə olunub aradan qaldırılması halları istisna təşkil edir ki, bu kateqoriya ilə şəhadətləndirilənlər üçün  «b» bəndi tətbiq olunur.

Maddə 9

 «a» bəndinə keçirilən müalicənin səmərəsi olmadıqda və ya müvəqqəti xarakter daşıdıqda, qanın və qanyaratma orqanlarının bədxassəli  xəstəlikləri aiddir.

 Tədricən şiddətlənən, müalicəsi uzunmüddətli səmərə verən, ildə bir dəfədən artıq olmayaraq kəskinləşən və hərbi xidmət vəzifələrini icra  etmək imkanı saxlanılan xəstəlik olduqda şəhadətləndirilmə «b» bəndi üzrə keçirilir.

 «c» bəndinə qanın və qanyaratma orqanlarının bədxassəli xəstəliklərinə görə şüa və sitostatik terapiyadan sonrakı vəziyyətlər aiddir.  Xəstəliyə görə məzuniyyət yalnız şüa və sitostatik terapiyanın birinci kursundan sonra verilir.

 «Xəstəliklər cədvəlinin» III qrafası ilə şəhadətləndirilən və hərbi xidmətkeçmənin son yaş həddinə çatan, habelə, təşkilati-ştat tədbirləri ilə  əlaqədar, başqa səbəblərə görə hərbi xidmətdən buraxılmalı olan hərbi qulluqçular bədxassəli prosesin nahiyəsindən, mərhələsindən və  yayılmasından, habelə xəstəliyin başlanğıcından keçən müddətdən asılı olmayaraq, «a» bəndi üzrə şəhadətləndirilirlər.

Maddə 10

 Xoşxassəli yenitörəmələrə görə şəhadətləndirilənlərə müalicə təklif olunur. Bu maddə müalicənin qeyri-qənaətbəxş nəticələri olduğu və ya  müalicədən imtina etdiyi hallarda tətbiq olunur.

 «a» bəndinə dərinin, dərialtı toxumaların, qan və ya limfa damarlarının hərbi geyim forması və ya sursat gəzdirməyə imkan verməyən  yenitörəmələri, burun-udlağın getdikcə şiddətlənən fibromaları, mühüm dərəcəli kliniki təzahürlərlə (ətraf orqanlarının, habelə döş qəfəsinin  digər yanaşı orqanlarının yerdəyişməsi, sıxışdırılması, dağıdılması) divararasının fibromaları, ağ ciyər — bronx aparatının qan hayxırma,  bronxostenoz və ya hatelektazla müşayiət olunan yenitörəmələri, həzm orqanlarının udma aktını və qida keçməsini mühüm dərəcədə  çətinləşdirən və qidalanmanın zəifləməsi ilə müşayiət olunan yeni törəmələri, daxili sekresiya vəzilərinin endokrin pozuntusuz, yanaşı  orqanların funksiyalarının pozulmasına (yerdəyişməsinə, sıxışdırılmasına) səbəb olan yenitörəmələri, sidik kisəsinin mühüm dərəcədə ifadə  olunan dizurik pozuntulu və ya qanaxma ilə müşayiət olunan geniş və ya çoxsaylı papillomaları aiddir.

 «b» bəndinə dərinin, dərialtı toxumaların, qan və ya limfa damarlarının hərbi geyim forması və ya sursat gəzdirilməsini çətinləşdirən  yenitörəmələri, orqanların funksiyasının pozulması ilə müşayiət edilən divararası yenitörəmələrin, ağ ciyər — bronx aparatının mülayim  dərəcədə kliniki təzahürlərlə yenitörəmələri, həzm orqanlarının, qidalanmanın zəifləməsi olmadan yenitörəmələri, sidik kisəsinin mülayim  dərəcədə dizurik pozuntulu papillomaları aiddir.

 Bu bəndə, həmçinin süd vəzisinin və qadın cinsiyyət orqanlarının fon vəziyyətləri və şişqabağı xəstəlikləri: süd vəzisinin displaziyası və atipik  hiperplaziyası, anemiyaya gətirib çıxaran qanaxma, habelə qan təchizatı pozuntusu ilə submukoz və ya subseroz düyünlər olduqda, yüksək  artımla (bir il ərzində şişin 5 həftəlik hamiləliyə və daha böyük ölçüyə uyğun gəlməsi) müşayiət olunan 12 həftəlik hamiləliyə uyğun gələn və  daha böyük ölçüdə uşaqlığın miomaları, vəzikistoz hiperplaziya, polipoz, adenomatoz endometriya, uşaqlığın adenomiozunun  xoriorezistent formaları, uşaqlıq boynunun eroziyaları və diş displaziyaları, servikal kanalın polipləri, bartolin vəzilərin funksiyasını pozan  kistaları, vulvanın klaurozu, uşaqlıq yolunun kista və fibromları da aiddir.

 «c» bəndinə həzm orqanlarının dispeptik pozuntularla müşayiət olunan yenitörəmələri, qadın cinsiyyət orqanlarının cərrahi müalicə tələb  edən yenitörəmələri, uşaqlığın 11 həftəlik hamiləliyə uyğun gələn ölçüdə, klinik təzahürlərsiz miomaları, yanaşı orqanların zədələnməsi  olmadıqda, konservativ müalicədən yaxşı kliniki səmərə olduqda uşaqlığın adenomiozu, bartolin vəzilərin simptomsuz kistası və uşaqlıq  yolunun simptomsuz kista və fibroması aiddir.

 «ç» bəndi üzrə xəstəliyə görə məzuniyyət döş qəfəsi və ya heriton boşluğunun xoşxassəli yenitörəmələrinin cərrahi müalicəsindən sonra,  stasionar müalicənin başa çatmasından sonra hərbi xidmətə yararlılıq kateqoriyası dəyişmədikdə və funksiyaların tam bərpa olunması üçün  bir aydan az olmayan vaxt zəruri olduqda verilir.

 Hərbi geyim forması, ayaqqabı geyilməsi və ya sursat gəzdirilməsini çətinləşdirməyən xoşxassəli yenitörəmələrə — lipomatoz,  hemangiomalar, çoxsaylı ziyilli və piqmentli nevuslar, dermoid kistalar, xondromalar, habelə uşaqlıq boynunun eroziya və displaziyasının,  servikal kanalın poliplərinin, bartolin vəzilərinin kistalarının, uşaqlıq yolunun kista və fibromalarının radikal cərrahi müalicəsinin  funksiyasının pozulması ilə müşayiət olunmayan nəticələri bu maddənin tətbiq edilməsi üçün əsas deyil, hərbi xidmətkeçməyə, hərbi tədris  müəssisələrinə və C. Naxçıvanski adına hərbi litseyə daxil olmağa mane olmur.

 Baş və onurğa beyninin xoşxassəli yenitörəmələri olan şəxslər «Xəstəliklər cədvəlinin» 25-ci maddəsi üzrə, periferik sinir sisteminin xoşxassəli  yenitörəmələri olanlar isə 26-cı maddəsi üzrə şəhadətləndirilirlər.

Qanın və qanyaratma orqanlarının xəstəlİklərİ

Maddə 11

 «a» bəndinə ixtisaslaşmış stasionarda müayinə zamanı təyin edilmiş qanaxmalarla və qansızmalarla müşayiət olunan hipoplastik və ya  aplastik anemiyalar, trombositopatiyaların irsi formaları, hemofiliyalar, kalqulopatiyalar, habelə tez-tez yoluxucu fəsadlaşmalarla müşayiət  olunan qazanılma və ya anadangəlmə davamlı immun çatışmazlığı halları (insanın immun çatışmazlığı virusunun törətdiyi xəstəlikdən  başqa) aiddir.

 Çağırış üzrə hərbi xidmət keçən hərbi qulluqçular yalnız qlukokortikoid terapiya ilə remissiyaya nail olunduqda «c» bəndi üzrə, yaxşı  səmərə ilə splenektomiya keçənlər, «v» bəndi üzrə, aparılmış müalicənin kifayət dərəcədə səmərəsi olmadıqda isə «a» bəndi üzrə  şəhadətləndirilirlər.

 Qlukokortikoid terapiyadan və ya splenektomiyadan yaxşı səmərə ilə autoimmun trombositopenik purpuranın epizodunu keçirmiş,  «Xəstəliklər cədvəlinin» III qrafası ilə şəhadətləndirilən hərbi qulluqçular «ç» bəndi üzrə şəhadətləndirilirlər. Hemorragik təzahürlər  olmadan, tədricən şiddətlənən xroniki gedişli mülayim dərəcədə ifadə olunmuş trombositopeniya ilə və köməkedici hormonal terapiyaya  (splenektomiyadan sonra və ya onsuz) zərurət olmadıqda şəhadətləndirilmə «c» bəndi üzrə, splenektomiyadan cüzi səmərə olduqda və ya  səmərə olmadıqda isə «a» bəndi üzrə keçirilir.

 Villebrand xəstəliyi olduqda, şəhadətləndirilmə funksiyaların pozulması dərəcəsindən və xəstəliyin gedişindən asılı olaraq, «a», «b» və ya «c»  bəndi üzrə keçirilir.

 İkincili anemiyalara görə «b» və ya «c» bəndi üzrə şəhadətləndirilmə anemiyaya gətirib çıxaran əsas xəstəlik üzrə keçirilir.

 Qanın sistem xəstəliklərinə aid olmayan, qidalanmanın zəifləməsi və iş qabiliyyətinin aşağı düşməsi ilə müşayiət olunmayan müxtəlif  etiologiyalı mülayim dərəcədə ifadə olunmuş anemiya, leykopeniya və trombositopeniya olduqda şəhadətləndirilmə «ç» bəndi üzrə keçirilir.

 Xəstəliya görə məzuniyyətə ehtiyacı olması haqqında qərar yalnız o hallarda qəbul edilir ki, əmək qabiliyyətinin tam bərpa olunması və  hematoloji göstəricilərin normallaşması üçün bir aydan az olmayan vaxt tələb olunsun. (İfadə olunma dərəcəsinə görə yüngül dərəcəli  (hemoqlobin 90 q/l-dən artıq), orta dərəcəli (hemoqlobin 90 q/l-dən 70 q/lə qədər) və ağır dərəcəli (hemoqlobin 70 q/l-dən az) anemiyalar  fərqləndirilir).

Endokrİn xəstəlİklər, qİdalanmanın və maddələr mübadİləsİnİn pozuntuları

Maddə 12

 Bu maddə ilə şəhadətləndirilənlərə cərrahi müalicə təklif olunur. Müalicənin qeyri-qənaətbəxş nəticələri olduğu hallarda və ya yanaşı  orqanların funksiyalarının pozulmasına səbəb olan və ya hərbi geyim forması geyilməsini çətinləşdirən zoba görə, cərrahi əməliyyatdan  imtina edildikdə, şəhadətləndirilmə «a» və ya «b» bəndi üzrə keçirilir. I, II dərəcəli eutireoid zobu olanlar hərbi xidmətə yararlı sayılır.

 Cərrahi müalicədən sonra şəhadətləndirilmə «Xəstəliklər cədvəlinin» 13-cü maddəsinin «ç» bəndinə əsasən keçirilir.

 Davamlı endokrin pozuntular olduqda şəhadətləndirilmə «Xəstəliklər cədvəlinin» 13-cü maddəsi üzrə keçirilir.

Maddə 13

 İlkin hərbi qeydiyyata götürülərkən, hərbi xidmətə çağırılarkən və ya könüllü hərbi xidmətə daxil olarkən vətəndaşların, habelə çağırış üzrə  hərbi xidmət keçən hərbi qulluqçuların şəhadətləndirilməsi yalnız stasionar müayinə və müalicədən sonra keçirilir. «Xəstəliklər cədvəlinin»  III qrafası ilə şəhadətləndirilən hərbi qulluqçular ambulator müayinədən sonra şəhadətləndirilə bilərlər.

 «a» bəndinə düyünlü və diffuz toksiki zobun ağır formaları (bədən kütləsinin xəstəliyin əvvəlindəki bədən kütləsinin 50 faizinə qədər  azalması, adinamiya, ifadə olunmuş ekzoftalm, sakit vaxtı təngnəfəslik, nəbz döyüntülərinin 1 dəqiqədə 120 və daha tez-tez olması, əsas  mübadilələrin 50 faiz və daha çox artması, müxtəlif visseral fəsadlaşmalar), habelə şəkərli diabetin ağır forması (karbohidrogen  mübadiləsinin kompensasiyası üçün sutkada 60 vahid və daha çox insulin tələb olunur, asetonuriya, ketoz) ilə şərtlənən mühüm dərəcədə  ifadə olunmuş davamlı pozuntuları aiddir.

 Şəkərli diabetin ağır forması olan xəstələrə, həmçinin o şəxslər aid edilir ki, onlarda hiperqlikemiyanın səviyyəsindən və müalicənin  xarakterindən asılı olmayaraq, mühüm dərəcədə ifadə olunmuş retinopatiya, nefropatiya, periferik nevropatiya, angiopatiya vardır.

 Bu bəndə həmçinin daxili sekresiya vəzilərinin (hipofizin, böyrəküstü vəzilərin, qalxanabənzər, qalxanabənzərətrafı və cinsiyyət vəzilərinin),  onların funksiyalarının kəskin pozulması və əvəzedici terapiyadan səmərənin olmaması ilə nəticələnən xəstəlikləri, habelə IV dərəcəli  alimentar piylənmə də aiddir.

 «b» bəndinə endokrin vəzilərinin orta ağırlıq dərəcəsində xəstəlikləri ilə şərtlənən mülayim dərəcədə ifadə olunmuş davamlı pozuntuları  aiddir. Orta ağırlıq dərəcəsində şəkərli diabet zamanı karbohidrogen mübadiləsinin kompensasiyasına daimi dietoterapiya fonunda şəkəri  aşağı salan preparatların peroral qəbulu və ya sutkada 60 vahid insulin daxil edilməsi ilə nail olunur. Mülayim dərəcədə ifadə olunmuş  retinopatiya, nefropatiya, periferik nefropatiya, angiopatiya olan şəkərli diabet xəstələri də bu bənd üzrə şəhadətləndirilirlər. III dərəcəli  alimentar piylənmə də bu bəndə aiddir.

 Yarıkəskin, xroniki fibrozlu autoimmun tireoiditi olan şəxslər qalxanabənzər vəzinin funksiyasından asılı olaraq, «a» və ya «b» bəndi üzrə  şəhadətləndirilirlər.

 «c» bəndinə diffuz toksiki zobun yüngül qarşısı alına bilən formaları (yüngül nevroza bənzər simptomatika, fiziki ağırlıqlara dözümlülüyün  zəifləməsi, nəbz döyüntülərinin dəqiqədə 100-ə qədər olması, qalxanabənzər vəzinin I — II dərəcəli böyüməsi zamanı əsas mübadilə  artımının 30 faizdən çox olmaması, həmçinin şəkərli diabetin qlikemiyanın səviyyəsi bir sutka ərzində 8,9 mmol litr-dən (160 milliqram-faiz)  çox olmayan və pəhrizlə asan normallaşan şəkərli diabet formaları aiddir.

 «c» bəndinə qalxanabənzər vəzidə və digər endokrin vəzilərdə cərrahi müdaxilədən sonrakı hallar, habelə kəskin tireoditlərin müalicəsindən  sonrakı hallar aiddir. Hərbi xidmətə çağırılarkən vətəndaşlar həmin səbəblərdən 6 ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız hesab  edilirlər.

 Digər orqanların və sistemlərin zədələnməsi olduqda şəhadətləndirilmə həmçinin «Xəstəliklər cədvəlinin» müvafiq maddələri üzrə də keçirilir.

Ruhİ pozuntular

Maddə 14

 Bu maddə baş beyinin travmaları, şişləri, ensefalit, meningit, beyin sifilisi nəticəsində yaranan psixozlar və digər ruhi pozuntular, həmçinin  qocalıq və qocalıqönü psixozları, damar, degenerativ və baş beyinin digər üzvi xəstəliklərini və zədələnmələrini nəzərdə tutur.

 Vətəndaşların ilkin hərbi qeydiyyata alınması, hərbi xidmətə çağırılması, hərbi xidmətə könüllü daxil olması və hərbi qulluqçuların  şəhadətləndirilməsi stasionar müayinədən sonra aparılır.

 «a» bəndinə kəskin dərəcədə ifadə olunmuş, davamlı psixotik vəziyyətlər, həmçinin ifadə olunmuş intellektual-mnestik və ya davamlı  şəxsiyyət dəyişmələri ilə özünü biruzə verən üzvi-ruhi pozuntular aid edilir.

 «b» bəndinə sinir sisteminin üzvi zədələnməsi ilə davamlı emosional-iradi, endokrin və ya vegetativ pozuntularla müşayiət edilən xoş gedişli  orta dərəcəli psixotik vəziyyətlər, həmçinin baş beyinin üzvi xəstəliyindən (zədələnmələrindən) sonrakı davamlı astenik vəziyyətlər  (serebrasteniya), nevroza bənzər və ya psixopatabənzər sindromlar aid edilir.

 «c» bəndinə mərkəzi sinir sisteminin sağalma ilə və ya cüzi dərəcədə ifadə olunmuş asteniya ilə nəticələnən baş beynin kəskin zədələnməsi və  ya üzvi xəstəliyin nəticəsində yaranmış, keçib-gedən, qısamüddətli psixotik və ya qeyri-psixotik pozuntular aid edilir. Bu bənd ilə, birinci  dəfə, «Xəstəliklər cədvəlinin» I və II qrafası ilə şəhadətləndirilənlər 28-ci maddə əsasında, hərbi xidmətə müvəqqəti yararsız sayılırlar.

 «ç» bəndinə pozuntusuz, ancaq, bəzi yayılan üzvi nişanələri görünən ruhi pozuntu və mərkəzi sinir sisteminin üzvi əlamətləri olmadan, baş  beynin kəskin xəstəliyi və ya zədələnmələrindən sonrakı davamlı kompensasiya olunmuş (1 ildən az olmayaraq) vəziyyətlər aid edilir.

Maddə 15

 Bu maddə ilə, ilkin hərbi qeydiyyata götürülərkən, hərbi xidmətə çağırılarkən, hərbi xidmətə könüllü daxil olarkən, vətəndaşların və hərbi  qulluqçuların şəhadətləndirilməsi stasionar müayinədən sonra aparılır.

 «a» bəndinə şizofreniyanın bütün formaları, maniakal-depressiv psixozun və siklotomiyanın tez-tez təkrarlanan fazalarla kəskin dərəcədə  ifadə olunmuş və davamlı formaları aid edilir.

 «b» bəndinə ancaq tam ruhi sağlamlıqla müşayiət edilən, tək-tək tutmalı və uzunmüddətli fasiləli (bir neçə il) maniakal-depressiv psixozun və  siklotomiyanın yüngül formaları aid edilir.

Maddə 16

 Bu maddə ümumi infeksiyalar, intoksikasiyalar, müxtəlif mənşəli somatik xəstəliklər, doğuş, klimaks, maddələr mübadiləsi pozuntuları və  başqa səbəblərlə əlaqələnən psixoz və digər ruhi pozuntuları nəzərdə tutur. RM*, İŞM*, RYK*, EMS* mənbələri və digər amillərin təsiri ilə  əlaqədar meydana çıxan ruhi pozuntular da buraya aid edilir.

 Anamnezində yuxarıda göstərilən ruhi pozuntular olan və daxili orqanlar və ruhi-əsəb sferası tərəfindən patologiya olmadıqda  şəhadətləndirilmə bu maddənin «ç» bəndi üzrə aparılır. Belə ruhi pozuntuların sağalmaqla nəticələnməsi tibb müəssisələrində müayinə ilə  təsdiq olunmalıdır.

 Müayinə və şəhadətləndirilmənin nəticələri haqqında sənədlərdə ruhi pozuntunun inkişafına səbəb olan əsas xəstəlik göstərilməlidir.

 «a» bəndinə kəskin kliniki əlamətlərlə ifadə olunmuş və ya davamlı gedişli şəxsiyyətin ifadə olunmuş dəyişməsi ilə müşayiət edilən psixotik  vəziyyətlər aid edilir.

 «b» bəndinə üzvi tipli şəxsiyyət dəyişkənliyinə səbəb olan orta dərəcəli və ya təkrarlanan psixotik və qeyri-psixotik vəziyyətlər və ya kəskin  dərəcədə ifadə olunmuş (3 aydan artıq) asteniya (serebrasteniya), o cümlədən mərkəzi sinir sisteminin üzvi zədələnməsi əlamətləri ilə ifadə  olunan hallar aid edilir.

 Xəstəlik əlamətlərinin davamlı kompensasiyası ilə nəticələnən xoş gedişli xəstəliklər olan hallarda zabitlər, gizirlər, miçmanlar sıradankənar  hərbi xidmətə «b» bəndi ilə yararlı sayıla bilərlər.

 «c» bəndinə, keçirilmiş infeksiyadan sonra, mərkəzi sinir sisteminin üzvi zədələnməsi əlamətləri olmadan, orta dərəcəli, uzun müddət (3 aya  qədər) davam edən astenik vəziyyətlər aid edilir. Bu bənd ilə, birinci dəfə, «Xəstəliklər cədvəlinin» I və II qrafası ilə şəhadətləndirilənlər 28-ci  maddə əsasında hərbi xidmətə müvəqqəti yararsız sayılırlar.

 Alkohol və ya narkotik (toksiki) maddələrlə kəskin zəhərlənmə keçirmiş şəxslərə xəstəliyə görə məzuniyyət verilmir.

 «ç» bəndinə kəskin xəstəliklər nəticəsində baş verən, yüngül və qısamüddətli (2-3 həftəyədək) asteniya ilə cərəyan edən və sağalma ilə  qurtaran ruhi pozuntular aid edilir.

Maddə 17

 Bu maddə stressə qarşı kəskin reaksiyaları və psixotravmatik amilərin təsiri nəticəsində adaptasiya pozuntularını nəzərdə tutur.

 «a» bəndinə uzunmüddətli reaktiv psixozlar (psixogen paranoid psixoz, düşüncə pozuntusu ilə müşayiət edilən psixozlar, reaktiv depressiya  və i.a.), həmçinin müalicəsi səmərəsiz olan kəskin dərəcədə ifadə edilmiş nevrotik pozuntular aid edilir.

 «b» bəndinə xoş gedişli reaktiv psixozlar, həmçinin tətbiq edilən patogenetik müalicəyə baxmayaraq, müayinə edilən şəxsin hərbi xidmət  vəzifələrini yerinə yetirməyi çətinləşdirən orta dərəcəli, uzunmüddətli və ya təkrarlanan nevrotik pozuntular aid edilir. Dinc dövrdə hərbi  xidmətə yararsızlıq haqqında qərar, xəstənin bir aydan az olmayaraq, stasionar şəraitində müalicəsinin uğursuzluğundan sonra qəbul edilir.

 «c» bəndinə orta dərəcəli, qısamüddətli nevrotik pozuntular aid edilir. Bu bəndlə, həmçinin, qısamüddətli, xoş xassəli reaktiv psixoz və ya  yüngül asteniya ilə nəticələnən orta dərəcəli nevrotik pozuntu keçirmiş, «Xəstəliklər cədvəlinin» III qrafası üzrə hərbi qulluqçular  şəhadətləndirilirlər. Xəstəliyə görə məzuniyyət və ya xidməti vəzifələrin yerinə yetirilməsindən azad edilmə müddəti başa çatdıqdan sonra,  lazım gələrsə, təkrar tibbi şəhadətləndirmə aparılmalıdır.

 «ç» bəndinə, müalicədən sonra sağalma ilə nəticələnən, əsasən emosional-iradi, vegetativ pozuntularla səciyyələndirilən cüzi dərəcədə ifadə  olunmuş nevrotik pozuntular edilir.

Maddə 18

 Bu maddə psixopatiyaları, şəxsiyyətin patoloji inkişafını, ruhi infantilizmi (onun bütün formalarını) və digər pozuntuları nəzərdə tutur.

 Şəxsiyyət pozuntularının diaqnostikası üçün obyektiv anamnestik məlumatlar, həmçinin psixiatriya stasionarı şəraitində hərtərəfli müayinə  tələb olunur. Hərbi qulluqçuların şəhadətləndirilməsi şəxsi işlərin, xidməti və tibb xasiyyətnamələrin öyrənilməsindən sonra aparılmalıdır.

 «a» bəndinə kəskin dərəcədə ifadə olunmuş, kompensasiya olmayan nüvə forması adlanan psixopatiyalar və hərbi xidmət vəzifələrini uzun  müddət icra etməyə imkan verməyən, dərin və davamlı xəstəlik əlamətləri ilə xarakterizə edilən şəxsiyyətin patoloji inkişafı (paranoyal,  opsessiv-fobik və digər) pozuntuları aid edilir.

 «b» bəndinə affektiv tutmalar, asanlıqla reaktiv hallara səbəb olan, vegetativ əsəb sisteminin aydın görünən qeyri-sabitlik əlamətləri ilə  təzahür edən, orta dərəcəli şəxsiyyət pozuntuları, psixopatiyalar və şəxsiyyətin patoloji inkişafı kimi formalar aid edilir.

 «c» bəndinə, tibb müəssisələri, təhsil müəssisələri və iş yerinin sənədləri ilə təsdiq edilən, psixopatiya səviyyəsinə çatmayan, davamlı (3 ildən  çox) emisional-iradi və digər patoloji əlamətlər verməyən, ruhi infantilizm və digər şəxsiyyət pozuntuları (tranzitor, parsial) aid edilir.

 Konkret xarici zərərli amillərlə (infeksiyalar, intoksikasiyalar, travmalar və i.a.) əlaqədar yaranan psixopatobənzər vəziyyətlər, həmçinin  meyl pozuntuları olan şəxslər «Xəstəliklər cədvəlinin» əsəb-ruhi pozuntularının müvafiq nozoloji formalarına uyğun olaraq tibbi  şəhadətləndirilirlər.

 Şəxsiyyətin patoloji xüsusiyyətlərindən irəli gəlməyən, qondarma, qəsdən yaradılan davranış və intizamsızlıq əlamətləri kimi hallar şəxsiyyət  pozuntuları kimi qiymətləndirilə bilməz.

Maddə 19

 Bu maddə narkotik maddələr və digər toksik maddələrdən sui-istifadə nəticəsində yaranan ruhi pozuntuları, o cümlədən alkohol  (metalkohol) və intoksikasiya psixozları nəzərdə tutur.

 Vətəndaşların ilkin hərbi qeydiyyata alınması, hərbi xidmətə çağırılması, hərbi xidmətə könüllü daxil olması zamanı və hərbi qulluqçuların  şəhadətləndirilməsi stasionar müayinədən sonra aparılır.

 «a» bəndinə kəskin dərəcədə ifadə edilmiş şəxsiyyətin dəyişməsi ilə, intellektualmnestik pozuntularla təzahür edən xroniki alkoholizm, o  cümlədən uzunmüddətli və ya təkrarlanan alkohol (metalkohol) psixozları, narkomaniya və toksikomaniyalar aid edilir.

 «b» bəndinə şəxsiyyətin orta dərəcədə dəyişməsi, özünə tənqidin enməsi, müalicəyə müsbət meylin olmaması, həmçinin stasionar müalicənin  uğursuzluğu ilə nəticələnən narkomaniya və toksikomaniyalar aid edilir.

 «c» bəndinə şəxsiyyət pozuntuları, reaktivliyin dəyişməsi halları və fiziki asılılığın olmadığı xroniki alkoholizmin başlanğıc mərhələsi aiddir.  Zabitlər, müalicəyə qəti meylli olduqda, komandanlığın rəyi nəzərə alınmaqla, hərbi xidmətə yararlı sayıla bilərlər. Hərbi xidmətə könüllü  daxil olmuş gizirlər, miçmanlar, əsgərlər, matroslar və çavuşlar dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı  sayılırlar.

 Ruhi pozuntu yoxsa, ara-sıra və ya epizodik narkotik və ya digər toksiki maddələrin qəbul edilməsi bu maddənin tətbiq edilməsi üçün əsas  ola bilməz.

Maddə 20

 «a» bəndinə ağır və orta dərəcəli kəmağıllıq, həmçinin kəskin dərəcədə ifadə olunmuş debillik aid edilir. İntellektin xeyli və aşkar görünən  qüsurlarına görə, «Xəstəliklər cədvəlinin» I qrafasına əsasən, şəhadətləndirilənlərin hərbi xidmətə yararlılığı stasionar müayinə aparılmadan  təyin edilə bilər.

 «b» bəndinə orta və yüngül dərəcəli debillik aiddir. Bu diaqnoz təyin edilərkən, həkim müayinəsinin nəticələri ilə şəxsin məişətdə,  istehsalatda, hərbi bölmədə və digər şəraitdə, davranışını xarakterizə edən məlumatlar uyğun gəlmədikdə, mütləq stasionar müayinəsi  aparılmalıdır.

Maddə 21

 Bu maddə mərkəzi sinir sisteminin generalizə olunmuş və ya parsial tutmalarla, ruhi ekvivalentlərlə və ya spesifik şəxsiyyət dəyişmələri ilə  müşayiət edilən xroniki xəstəliyi — epilepsiyanı nəzərdə tutur.

 Simptomatik epilepsiya bu maddəyə aid edilmir. Belə hallarda tibbi yoxlama qıcolma sindromunun inkişafına səbəb olan xəstəliyə görə  aparılır.

 Tutmanın olması stasionar şəraitində həkim müşahidəsinə əsasən təsdiq edilməlidir. Stasionar şəraitində müşahidə müddəti 1 aydan az  olmamalıdır. Bir sıra hallarda təsvir olunan tutma və tutmadan sonrakı vəziyyət, onun epileptik tutma olmasını qəbul etməyə əsas verərsə,  qeyri-tibbi heyət tərəfindən imzalanan və komandirlərin (rəislərin) təsdiq etdiyi aktlar nəzər alına bilər.

 Şübhəli hallarda, yaşayış, təhsil, iş və hərbi xidmət yerində məlumat tələb etmək lazımdır.

 Tez-tez baş verən tutmalar (ildə 3 və daha çox) və ya qıcolma tutmalarının ruhi ekvivalentləri, həmçinin psixikanın getdikcə pisləşən  pozuntuları olduqda, tibbi şəhadətləndirilmə «a» bəndinə müvafiq aparılır.

 Nadir (ildə 3 dəfədən az) baş verən tutmalar, o cümlədən ekvivalentsiz və epilepsiya üçün xarakterik olan digər ruhi pozuntular olmadan  qıcolma ilə müşayiət olunmayan paroksizmlərlə şəhadətləndirilmə «b» bəndinə müvafiq aparılır.

 Tibb müəssisələrinin sənədləri ilə keçmişdə epilepsiya tutmaları təsdiq edilərsə, ancaq son 5 ildə tutma müşahidə edilməyibsə, lakin  elektroensefaloqrafiyada, sakit şəraitdə, funksional yük altında spesifik epileptik fəallıq (zirvələr, kəskin dalğalar, zirvə-dalğa komplekslər,  cəld zirvələr və ya kəskin dalğalar seriyası) aşkar edilərsə, şəhadətləndirilmə «b» bəndinə müvafiq aparılır.

 Keçmişdə müşahidə edilmiş istənilən xarakterli yeganə tutma (epileptik reaksiya) və ya zəif ifadə olunan və nadir hallarda baş verən kiçik  tutmalarda, qıcolmasız praksizmlərdə və ya əhval-ruhiyyənin spesifik pozuntuları olduqda, lakin elektroensefaloqrafiyada sakit şəraitdə və  ya funksional yük altında qeyri-spesifik dəyişikliklər (ritm və digər dəyişikliklər) aşkar edilərsə, hərbi xidmətə yararlılıq dərəcəsi yalnız  stasionar müayinədən sonra həll edilir.

Sİnİr sİstemİ xəstəlİklərİ

Maddə 22

 Bu maddə birincili və ikincili ensefalitləri və ensefalomiyelitləri, meningitləri, metastatik və ya kontakt yolla əmələ gələn baş və onurğa  beynində əmələ gələn iltihabi xəstəlikləri (meninqokokk meningiti, seroz meningitləri, poliomielit, gənə və ağcaqanad virus ensefalitləri,  dağınıq skleroz və s.), həmçinin vərəm, sifilis və s. zamanı sinir sisteminin zədələnməsini nəzərdə tutur.

 «a» bəndinə dərin iflic və ya parezlə, kəskin parkinsonizmlə, tez-tez baş verən epileptik tutmalarla, kəskin yayılmış hiperkinezlərlə, tez-tez  Kojevnikov və ya Cekson epilepsiya tutmaları ilə, ataktik pozuntularla, kəskin hidrosefaliya ilə, kəskin likvor hipertenziyası ilə müşayiət  olunan sinir xəstəlikləri, görmə pozuntusu ilə optiko-xiazmal araxnoidit, həmçinin iflic və ya kəskin parezlə müşayiət olunan keçirilmiş  mielitin qalığı və s. aid edilir. Bu bəndə həm də erkən və gec neyrosifilis zamanı sinir sistemi zədələnmələrinin ağır formaları, sinir sisteminin  parazitar zədələnmələri aid edilir.

 «b» bəndinə o xəstəliklərin qalıq əlamətləri və nəticələri aid edilir ki, mərkəzi sinir sisteminin funksiyalarının pozulma dərəcəsi hərbi  xidmətkeçmə imkanını məhdudlaşdırır, lakin onu tam inkar etmir (enzefalitin qalıq əlamətləri, zəif hemiparezlə ifadə olunmuş araxnoidit,  mülayim dərəcəli hidrozefaliya, kəskin dərəcəli likvor hipertenziyası).

 «c» bəndinə funksiyaların cüzi dərəcədə pozuntusu ilə müşayiət olunan mərkəzi sinir sistemi zədələnmələrinin qalıq əlamətləri və nəticələri  aid edilir — zəif dərəcəli likvor hipertenziyası, kiçik ocaqlı üzvi əlamətlər və davamlı zəif astenonevrotik təzahürlərlə müşayiət olunan  araxnoidit.

 Vərəm meningiti keçirən şəxslər mərkəzi sinir sistemi funksiyalarının pozulma dərəcəsindən asılı olaraq, «a», «b» və ya «c» bəndi ilə  şəhadətləndirirlər.

 «ç» bəndinə hərəki, hissi, koordinasiya və sinir sisteminin digər funksiyalarının pozuntusu ilə müşayiət olunmayan, zəif dərəcəli likvor  hipertenziyası, zəif astenizasiya təzahürləri, vegetativ-damar davamsızlığı və ayrı-ayrı davamlı dağınıq üzvi əlamətlər şəklində sinir sisteminin  zədələnmələrinin qalıq təzahürləri və nəticələri aid edilir.

 Bu maddədə göstərilən pozuntuların mövcudluğu, tibbi sənədlərlə təsdiq olunmalı, göstərilən pozuntuların əmək qabiliyyətinə və ya hərbi  xidmət vəzifələrinin icrasına təsirini xarakterizə edən, iş, tədris və ya hərbi xidmət yerinin məlumatlarında əks olunmalıdır. Diaqnoz isə klinik  və xüsusi müayinələrin nəticələri ilə obyektivləşdirilməlidir. İlkin hərbi qeydiyyat və hərbi xidmətə çağırış zamanı, hərbi xidmətə könüllü  daxil olarkən, vətəndaşların hərbi xidmətə yararlılıq kateqoriyası haqqında nəticə stasionar müayinədən sonra çıxarılır.

 Kəllədaxili təzyiq sindromunun dərəcəsi qiymətləndirilərkən, onurğa beyni mayesinin təzyiqi göstəricisindən əlavə, xəstəliyin klinikası, göz  dibində durğunluq əlamətləri, pnevmoensefaloqrammada və ya kompyuter tomoqrafiyası müayinəsində aşkar edilən beyin-mədəcik  sisteminin genişlənmə dərəcəsi nəzərə alınmalıdır.

 Keçirilmiş baş beynin üzvi zədələnmələri, infeksion xəstəliklər və intoksikasiyalar nəticəsində əmələ gələn emosional-iradə və ya  intellektual-mnestik pozuntusu olan şəxslər «Xəstəliklər cədvəlinin» 14-cü maddəsinə əsasən şəhadətləndirilirlər.

Maddə 23

 Bu maddə baş və onurğa beyni travmalarının erkən və uzaq nəticələrini (travma alınmasından bir il sonra və ya bir ildən yuxarı əmələ gələn  xəstəlik hallarını), mərkəzi sinir sisteminin travmatik zədələnmələrinin, həmçinin partlayış nəticəsində hava dalğalarının və digər xarici  amillərin təsirindən əmələ gələn travmaların nəticələrini nəzərdə tutur.

 «a» bəndinə travmatik zədələnmə nəticəsində baş və onurğa beyni funksiyalarının ağır pozuntuları (davamlı, iflic və ya dərin parezə, çanaq  orqanları funksiyasının pozuntularına gətirib çıxaran beyin əzilməsi və beyinə təzyiq), həmçinin beyin maddəsinin zədələnməsi nəticəsində  beyin qabığı funksiyalarının pozuntularına (afaziya, aqnoziya, apraksiya və s.) səbəb olan vəziyyətlər aid edilir.

 Bu bəndə həm də, travma nəticəsində inkişaf edən və kəllədaxili təzyiqin kəskin dərəcədə artmasına gətirib çıxaran travmatik araxnoidit,  həmçinin tez-tez baş verən epileptiform tutmalar (ildə 3 dəfə və daha artıq) aid edilir.

 «b» bəndinə «a» bəndində nəzərdə tutulan dərəcəyə çatmayan ocaqlı simptomlar və funksiya pozuntuları olan baş və onurğa beyni  travmalarının nəticələri aid edilir (ətrafın funksiyasını əhəmiyyətli dərəcədə məhdudlaşdırmayan parez, yerişin davamsızlığı, nistaqm,  hissiyyat pozuntuları şəklində mülayim dərəcədə beyincik pozuntuları, hidrosefaliya, kəllədaxili təzyiqin kəskin dərəcədə artması, nadir (ildə  3 dəfədən az) epileptiform tutmalarla müşayiət olunan travmatik araxnoidit).

 «c» bəndinə baş və onurğa beyninin travmatik zədələnmələrinin nəticələri, nevroloji statusda mikroocaqlı üzvi əlamətlər aşkar edilən və  davamlı, mülayim dərəcədə ifadə olunmuş astenonevrotik vəziyyətlə müşayiət olunan, kəllədaxili təzyiqin zəif dərəcədə artması ilə keçən  travmatik araxnoidit aid edilir. Bu bəndə həm də mexaniki təzyiq nəticəsində kəllənin içəri basılmış sınıqları aid edilir.

 «ç» bəndinə hərəki, koordinasiya və sinir sisteminin digər funksiyalarının pozuntusu olmayan, ayrı-ayrı dağınıq üzvi əlamətlər, vegetativ  damar davamsızlığı və əhəmiyyətsiz astenizasiya təzahürləri ilə keçən baş və onurğa beyni travmalarının uzaq nəticələri aid edilir.

 Baş və onurğa beyninin travması ilə əlaqədar müalicə faktı və onun anamnezdə nəticəsi tibbi sənədlərlə, travmanın nəticəsinin əmək  qabiliyyətinə və ya hərbi xidmət vəzifələrinin icrasına təsiri isə iş, tədris və ya hərbi xidmət yerindən olan məlumatlarla təsdiq olunmalıdır.

 Kəllə əsasının sınığı olan şəxslər, funksiyanın pozulma dərəcəsindən asılı olaraq, «a» və ya «b» bəndi ilə şəhadətlənirlər.

 Baş beyin travması nəticəsində əmələ gələn, hərbi xidmət vəzifələrinin icrasını çətinləşdirən emosional-iradə və intellektual-mnestik  pozuntuları olan şəxslər, «Xəstəliklər cədvəlinin» 14-cü maddəsinə əsasən şəhadətlənirlər.

 Xarici amillərin təsirindən (şüa, aşağı və yüksək temperatur, işıq, hava və suyun yüksək və aşağı təzyiqi və s.) mərkəzi sinir sisteminin  zədələnməsinin nəticələri, mərkəzi sinir sisteminin funksiyalarının pozulma dərəcəsindən asılı olaraq, bu maddənin «a», «b», «c» və ya «ç»  bəndi ilə şəhadətləndirilirlər.

 Kəllə sümüklərinin zədələnməsi və qüsuru olan hallarda, bu maddədən əlavə, «Xəstəliklər cədvəlinin» 81-ci maddəsinin müvafiq bəndləri  tətbiq edilir.

 Baş və onurğa beyninin kəskin travmasını keçirən şəxslər «Xəstəliklər cədvəlinin» 28-ci maddəsi ilə şəhadətləndirilirlər.

Maddə 24

 «a» bəndinə funksiyaların pozulma dərəcəsindən asılı olmayaraq təkrar insultlar, həmçinin baş və onurğa beyni qan dövranının kəskin  pozuntusu nəticəsində baş verən sinir sistemi funksiyalarının davamlı əksilməsi, III mərhələ dissirkulyator ensefalopatiya (hemiplegiya, dərin  parezlər, nitq, yaddaş, təfəkkür pozuntuları, parkinsonizm təzahürləri, epileptiformalı tutmalar, çanaq funksiyası pozuntuları və s.) aid edilir.

 «b» bəndinə qan dövranından kənarlaşdırılan çoxsaylı anevrizmalar, embollaşmadan sonrakı arteriovenoz anevrizmalar, sün`i tromblaşma  və ya intrakranial kənarlaşdırmalar, xoş gedişli və mülayim ocaqlı əlamətlərlə ifadə olunmuş baş və onurğa beyin damar zədələnmələri aid  edilir.

 Bu bəndə həm də serebral ateroskleroz nəticəsində II mərhələ dissirkulyator ensefalopatiya (ürək zəifliyi, baş gicəllənmə, baş ağrıları, yuxu  pozuntusu, hərbi xidmət vəzifələrinin yerinə yetirilmə bacarığının aşağı düşməsi, mərkəzi sinir sisteminin ayrı-ayrı davamlı üzvi əlamətlərinin  mövcudluğu şəraitində emosional-iradə pozuntuları, dəqiq anizorefleksiya, bəbəklərin işığa ləng reaksiyası, piramid əlamətlər və s.)  hipertoniya xəstəliyinin II mərhələsində baş beynin qan dövranı pozuntuları aid edilir.

 «c» bəndinə kəllədaxili kipləşdirmə və ya balonlaşdırma və ya sün`i tromblaşdırma ilə qan dövranından kənarlaşdırılan tək-tək arterial  anevrizmalar, ətrafların funksiyalarının əhəmiyyətsiz dərəcədə pozulması ilə spinal qan dövranı pozuntularının nəticələri aid edilir.

 «Xəstəliklər cədvəlinin» I-II qrafası ilə şəhadətləndirilənlər, keçirilmiş spontan (qeyri-travmatik) subaraxnoidal qansızmalardan sonrakı  vəziyyətlərlə «a» bəndinə aid edilir. «Xəstəliklər cədvəlinin» III qrafası ilə şəhadətləndirilənlərin hərbi xidmətə yararlılıq kateqoriyası «b»  bəndi ilə təyin olunur, təkrar subaraxnoidal qansızmalara görə (etiologiyasından asılı olmayaraq), şəhadətləndirilmə «a» bəndinə əsasən  aparılır.

 Baş beyin damarlarının anevrizmalarından əmələ gələn beyin qan dövranı pozulmalarına görə cərrahi müdaxilənin aparılması mümkün  olmadıqda və ya cərrahi müdaxilədən imtina edildikdə, şəhadətləndirilmə beyinin qan dövranı pozuntusunun qalıq əlamətləri dərəcəsindən  və sinir sistemi funksiyalarının vəziyyətindən asılı olmayaraq, «a» bəndinə əsasən aparılır.

 Baş beyin damarlarının anevrizmaları, baş və ya onurğa beyninin digər damar zədələnmələri ilə əlaqədar cərrahi müdaxilə aparılmış  şəxslərin hərbi xidmətə yararlılıq kateqoriyası təyin edilərkən, cərrahi müdaxilənin radikallığı, onun effektliyi, kəllə sümüklərinin cərrahi  əməliyyatdan sonrakı qüsurunun ölçüləri, pozulmuş funksiyaların bərpasının dinamikası nəzərə alınır. Cərrahi müdaxilədən sonra,  «Xəstəliklər cədvəlinin» I, II qrafaları ilə şəhadətləndirilənlər haqqında bu maddənin «a» bəndinə əsasən, III qrafa ilə şəhadətləndirilənlər  haqqında isə «a», «b» və ya «c» bəndlərinə əsasən qərar çıxarılır. Kəllə sümüklərinin defekti olan şəxslərə «Xəstəliklər cədvəlinin» 81-ci  maddəsinin müvafiq bəndləri tətbiq edilir.

 «ç» bəndinə baş beynin qan dövranının keçici pozuntusu, xroniki baş beyin qan dövranı çatışmazlığının ilkin təzahürləri, I mərhələ xroniki  dissirkulyator ensefalopatiya, ildə 3 dəfə və daha çox stasionar müalicə tələb edən tez-tez (ildə 3 dəfə və daha çox) və uzun sürən (bir sutka  və daha uzun) tutmalarla keçən miqrenin müxtəlif formaları aid edilir.

 Baş beynin qan dövranının keçici tipli pozuntusundan sonra və ya mərkəzi sinir sisteminin funksiyalarının tam bərpası ilə nəticələnən  hallarda, «Xəstəliklər cədvəlinin» III qrafası ilə şəhadətləndirilən hərbi qulluqçulara 28-ci maddəyə müvafiq olaraq məzuniyyət verilə bilər və  ya onlar hərbi xidmət vəzifələrinin yerinə yetirilməsindən müvəqqəti azad oluna bilərlər.

 «b» bəndinə baş beynin kəskin qan azlığı ilə təzahür edən (sadə və qıcolma bayılmaları), tez-tez krizlərlə keçən (ayda 1 dəfə və daha çox) və  tibbi sənədlərlə təsdiq edilmiş vegetativ-damar distoniyaları aid edilir. Bayılmaları olan şəxslər dərin müayinə və müalicə olunmalıdırlar.  Vegetativ-damar distoniyası diaqnozu, yanlız o hallarda təyin edilir ki, məqsədyönlü müayinə vegetativ sinir sisteminin pozuntusu ilə  müşayiət olunan digər xəstəlikləri aşkar etmir.

 Başqa xəstəliklər və ya pozuntular nəticəsində (infeksiyalar, travmalar, intoksikasiyalar) bayılmaları olan ilkin hərbi qeydiyyata alınan  vətəndaşlar, hərbi xidmətə çağırılanlar, hərbi xidmətə könüllü daxil olan şəxslər və hərbi qulluqçular «Xəstəliklər cədvəlinin» müvafiq  maddələrinə əsasən şəhadətləndirilirlər. Bayılmaları olan şəxslər nəqliyyat vasitələrini idarə etməyə, hündürlükdə hərəkət edən  mexanizmlərin, su mənbələri və od yaxınlığında işləməyə yararsızdırlar.

 Kəskin hiperhidroz və nevrotik təzahürlərlə müşayiət olunan vegetativ-damar distoniyası olan şəxslər, «Xəstəliklər cədvəlinin» 17-ci  maddəsinin «b» bəndinə əsasən şəhadətləndirilirlər.

Maddə 25

 «a» bəndinə, öz xarakterinə görə, sinir sisteminin ağır, anadangəlmə anomaliyaları (inkişaf qüsurları) və xəstəlikləri, həmçinin sürətlə  şiddətlənən və ya funksiyaların kəskin dərəcədə pozuntusu ilə keçən xəstəliklər (baş və ya onurğa beynin şişləri, kəskin dərəcədə trofiki  pozuntularla müşayiət olunan sirinqomieliya, yan amiotrofik skleroz, miasteniya, nevral amiotrofiya, Fridreyx spinal ataksiyası, Pyer-Mari  beyincik ataksiyası, uşaq serebral iflici və s.) aid edilir.

 «b» bəndinə tədrici gedişli, simptomların uzun müddət ərzində (bir ildən az olmayaraq) artması ilə səciyyələnən xəstəliklər (miopatiyaların  tədrici proqressivləşən formaları, miotoniyaların ağır formaları, mülayim dərəcədə əzələ atrofiyası və hiss pozuntusu ilə sirinqomieliya,  kəllədaxili hipertenziya sindromu ilə kraniostenoz və s.) aid edilir.

 «s» bəndinə miotoniyaların yüngül formaları, həmçinin obyektiv əlamətləri əhəmiyyətsiz dərəcədə ifadə olunmuş və ya xəstəliyin  simptomları uzun müddət eyni vəziyyətdə qalan, həddən artıq tədrici proqressivləşən sinir sistemi xəstəlikləri (hissiyyatın dissosiasiya  olunmuş pozuntuları, qeyri-kəskin dərəcədə ifadə olunmuş, əhəmiyyətsiz dərəcədə əzələ atrofiyası, trofiki pozuntularla müşayiət olunan  sirinqomieliya) aid edilir.

 Baş və onurğa beynin xoşxassəli qişa şişləri radikal müdaxilə ilə kənar edilmiş şəxslər bu maddənin «a», «b» və ya «c» bəndinə müvafiq,  funksiyaların pozuntu dərəcəsindən asılı olaraq şəhadətləndirilirlər.

Maddə 26

 Bu maddə kranial (II və VIII kəllə sinirlərindən başqa), spinal sinirlərin, kökcük və qanqlionların xəstəlik və zədələnmələrini, həmçinin  intoksikasiya, fəqərə sütunu və yumşaq toxumaların dəyişiklikləri və s. nəticəsində onların ikincili zədələnmələrini nəzərdə tutur.

 «a» bəndinə hərəkətin, hissiyyatın və trofikanın mühüm dərəcədə pozuntusu ilə müşayiət olunan iltihabi və intoksikasiya mənşəli  polinevritlər, polinevropatiyalar, pleksitlər, periferik sinirlərin şişləri aid edilir («Xəstəliklər cədvəlinin» 27-ci maddəsinin «a» bəndinə  müvafiq izahatlara əsasən).

 Bu bəndə həm də ağır və davamlı ağır sindromu, hərəki və vegetativ-trofiki pozuntularla keçən, uzunmüddətli stasionar müalicə tələb edən  (4-6 ay) tez-tez kəskinləşən (ildə 2 dəfə və daha çox) və uzun sürən radikulitlər, müvəffəqiyyətsiz müalicə olunan pleksitlər və üçlü sinirin ağır  formalı nevralgiyaları aid edilir.

 «b» bəndinə əsas funksiyanın mülayim dərəcədə pozuntusu: mimiki əzələlərin davamlı iflici, əllərin funksiyasının pozulması, əlin yuxarı  qalxmasının məhdudlaşması və s. ilə keçən periferik sinir və sinir kələflərinin xəstəlikləri (kəskinləşmə dövründə bədənin məcburi vəziyyəti,  sinirlər boyunca ağrı və s. ilə müşayiət olunan və 2-3 ay stasionar müalicəsi tələb edən xroniki residivləşən radikulitlər, pleksitlər,  nevropatiyalar və nevritlər) aid edilir.

 «c» bəndinə hərəki, hiss və trofiki pozuntuların artmasına meyilsiz, nadir hallarda kəskinləşən periferik sinir və sinir kələflərinin residivli  xəstəlikləri, həmçinin ətrafın funksiyasını əhəmiyyətsiz dərəcədə pozan, əvvəllər keçirilmiş kəskinləşmənin cüzi dərəcəli qalıq əlamətləri aid  edilir.

 «ç» bəndinə ətrafların funksiyalarını pozmayan, əhəmiyyətsiz dərəcədə hissi pozuntu, cüzi atrofiya və ya əzələ gücünün zəifləməsi şəklində  sinirlərin xəstəliklərinin qalıq təzahürləri aid edilir.

 Periferik sinir sisteminin ikincili zədələnmələrində həmçinin, «Xəstəliklər cədvəlinin» müvafiq maddələri tətbiq olunur.

Maddə 27

 «a» bəndinə, mühüm dərəcəli və davamlı hərəki, hissi, trofiki pozuntuların mövcudluğu şərti ilə sinir kökləri və sinir kələflərinin travmaları  və ya yaralanmalarının nəticələri (birtərəfli proseslərdə kəskin dərəcəli əzələ atrofiyaları: bazu — 4 sm-dən çox, said — 3 sm-dən çox, bud —  8 sm-dan çox, baldır — 6 sm-dən çox: xroniki trofiki yaralar, yataq yaraları və s.), həmçinin güclü ağrı sindromu ilə müşayiət olunan  zədələnmələrin nəticələri aid edilir.

 «b» bəndinə, əzələ qrupunda və ayrı-ayrı əzələlərdə parezlə əlaqədar ətrafın əsas funksiyasının mülayim dərəcədə pozulması müşahidə edilən  sinir kələflərinin zədələnməsinin nəticələri aid edilir. Bu bəndə üz sinirinin əsas kötüyünün və ya iri şaxələrinin zədələnməsi nəticəsində  mimiki əzələlərin iflici də aid edilir.

 «c» bəndinə ətrafın funksiyasının əhəmiyyətsiz dərəcədə pozuntusu ilə müşiyiət olunan, sinir və sinir kələflərinin zədələnmələrinin nəticələri  aid edilir (əlin açıcı əzələlərinin gücünün zəifləməsi və arxa fleksiyanın məhdudlaşması ilə müşayiət olunan təkcə mil və ya dirsək sinirinin  zədələnməsi və s.).

 «ç» bəndinə funksiyası tam bərpa olan zədələnmələrin nəticələri və praktiki olaraq, ətrafın funksiyasını məhdudlaşdırmayan, zədələnmiş  sinirin innervasiya sahəsində əhəmiyyətsiz dərəcədə hissi pozuntu və ya yüngül dərəcədə əzələ zəifliyi şəklində cüz`i qalıq təzahürləri aid  edilir.

 Periferik sinirlərin travmasından və ya cərrahi müalicədən sonra hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi qabiliyyətinin tam bərpası üçün  1 aydan az olmayaraq vaxt tələb olunursa, şəhadətləndirilmə «Xəstəliklər cədvəlinin» 28-ci maddəsinə əsasən aparılır.

Maddə 28

 Bu maddəyə kəskin infeksiya, parazitar və digər xəstəliklərdən, sinir sisteminin intoksikasiya zədələnmələri və travmalarından, həmçinin baş  və onurğa beynin kəskin damar xəstəliklərindən sonrakı vəziyyətlər aid edilir.

 Hərbi qulluqçunun, xəstəliklə əlaqədar, məzuniyyətə ehtiyacı olması haqqında HHK-nın qərarı, astenik vəziyyətlə nəticələnən keçirilmiş  kəskin seroz meningit, gənə ensefalitinin meningeal forması, meninqokokk infeksiyasının generalizə olunmuş formaları (meningit,  meninqoensefalit, meninqokokksemiya), poliradiakulonevritlərin qarışıq formalarının müalicəsi qurtardıqdan və likvor sanasiya  olunduqdan sonra çıxarılır. Meninqokokk meningitində likvorun sanasiyasının meyarı, limfasitlərin sayının 75 faiz və yuxarı olması şərti ilə  sitozun 50 hüceyrədən aşağı düşməsidir.

 Göstərilən xəstəliklərin tam sağalma ilə nəticələnən və fəsadlaşmayan gedişlərində hərbi qulluqçulara məzuniyyət verilir.

 Mühüm dərəcəli kliniki təzahürlərlə baş beyin silkələnmələri və ya baş beyin əzilməsi keçirmiş hərbi qulluqçulara, bir qayda olaraq,  xəstəliklə əlaqədar məzuniyyətə ehtiyacı olması haqqında qərar çıxarılır. Xəstəliklə əlaqədar məzuniyyətdən sonra ÜH, HDQ-də, dəniz  piyadasında və xüsusi qurğularda hərbi xidmət keçənlər təkrar şəhadətləndirilirlər.

 Meningit, meninqoensefalit keçirmiş vətəndaşlar ilkin hərbi qeydiyyata götürülərkən, hərbi xidmətə çığırış zamanı və hərbi xidmətə könüllü  daxil olarkən, əgər müalicədən 6 aydan az keçmişsə, hərbi xidmətə müvəqqəti yararsız hesab olunurlar.

 Rezidual təzahürlərin olmaması və ya yalnız dağınıq üzvi əlamətlərin mövcudluğu ilə təzahür edən, lakin funksiyaların pozuntusu ilə  müşayiət olunmayan hallarda, ilkin hərbi qeydiyyatdan keçənlər, hərbi xidmətə çağırılanlar, hərbi xidmətə könüllü daxil olanlar «Xəstəliklər  cədvəlinin» 22-ci maddəsinin «ç» bəndi ilə şəhadətləndirilirlər.

 Baş beyin kəskin qapalı travmasından sonra, vətəndaşlar, ilkin hərbi qeydiyyata götürülərkən, hərbi xidmətə çağırış zamanı, hərbi xidmətə  könüllü daxil olarkən, funksiyaların pozulma dərəcəsindən asılı olaraq, 6 və ya 12 ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız hesab  olunurlar.

 «Xəstəliklər cədvəlinin» III qrafası ilə şəhadətləndirilənlərə, sinir sisteminin funksiyalarının bərpası və ya astenik vəziyyətlə nəticələnən ilk  dəfə keçirilmiş kəskin beyin qan dövranı pozulmasından sonra, xəstəliklə əlaqədar məzuniyyət verilir.

Göz və onun əlavə aparatının xəstəlikləri

Maddə 29

 Bu maddə konyuktiva, göz yaşı yolları və göz qapağının anadangəlmə və qazanılma xəstəliklərinin, həmçinin anatomik dəyişiklikləri və  yaxud qeyri-düzgün vəziyyətləri nəzərdə tutur. Hərbi xidmətə yararlılıq haqqında rəy, o cümlədən xidmətin hansı növ qoşun hissəsi və hansı  hərbi ixtisas dərəcəsinə yararlılıq haqqında qərar gözün anatomik dəyişikliyinin formasından, xəstəlik dövrünün ağırlıq dərəcəsindən,  aparılmış müalicənin nəticəsindən və gözün funksiyasının vəziyyətindən asılı olaraq verilir.

 «a» bəndinə aşağıdakılar aid edilir:

 göz qapaqlarının öz arasında və yaxud göz alması ilə bitişərək gözün hərəkətinin mühüm dərəcədə məhdudlaşması və görməyə  maneçilik törətməsi;

  göz qapaqlarının çevrilərək və ya kipriklərin göz almasına doğru inkişaf edərək gözü qıcıqlandırması;

  göz qapaqlarının (ptozdan başqa) düzgün vəziyyətinin çatışmazlıqları, tərsinə çevrilməsi və çapıq deformasiyası nəticəsində buynuz  qişanın üstünün tam örtülməməsi, dönməz laqoftalm.

 «b» bəndinə aşağıdakılar aid edilir:

 göz qapaqlarının çapıqlaşması və keçəlləşməsi ilə nəticələnən çox mühüm dərəcəli xoralı blefaritlər;

  selikaltı toxumanın hipertrofiyası və kəskin surətdə nəzərə çarpan infiltrasiyası ilə tez-tez kəskinləşən (ildə 2 dəfədən az olmayaraq),  stasionar müalicəsi müvəffəqiyyətsizliklə nəticələnən xroniki konyuktivitlər;

  konyuktivanın xroniki traxomatoz zədələnməsi, həmçinin, gözün funksiyasının pozulmasının şiddətlənməsi ilə müşayiət olunan, bir  neçə dəfə stasionar şəraitdə cərrahi müalicə olunmasına baxmayaraq, yenidən residivləşən qanadvari pərdənin və gözyaşı yollarının  xəstəlikləri. Eyni zamanda, bura, alın əzələsinin gərginləşmədiyi zaman, üst göz qapağının bir gözdə bəbəyin yarısından çoxunu  örtməsi və yaxud hər iki gözdə bəbəklərin üçdə bir hissəsinin örtülməsi ilə müşayiət edilən anadangəlmə və qazanılma xarakterli ptoz  və lakoprotez qoyulmuş göz yaşı yollarında bərpa əməliyyatından sonrakı vəziyyət aid edilir.

 Gözün funksiyasının davamlı pozuntusu ilə müşayiət olunan traxoma xəstəliyinin fəsadlarına görə verilən rəy, bu pozuntuları nəzərdə tutan  «Xəstəliklər cədvəlinin» müvafiq maddələrinə əsaslanır.

 Aşağıda göstərilən göz xəstəlikləri hərbi xidmətkeçməyə, hərbi tədris müəssisələrinə və C. Naxçıvanski adına hərbi litseyə qəbul olunmağa  maneə deyil:

 tək-tük pulcuqlu və göz qapağı kənarlarının əhəmiyyətsiz dərəcədə hiperemiyası olan sadə blefarit;

  tək-tük folikullarla seçilən folikulyar konyuktivit;

  göz qapağı küncündə və qübbəsində məxmərəbənzər konyuktiva olan ayrı-ayrı xırda, səthi çapıqlı, qeyri-traxomatoz konyuktivit;

  eyni zamanda saya çapıqlı konyuktiva formasında, traxomatoz mənşəli olub, lakin konyuktiva və buynuz qişada digər əlaməti ilə  seçilməyən, bir il ərzində residiv verməyən konyuktivitlər;

  proqressivləşmə əlaməti olmayan yalançı və həqiqi qanadvari pərdə.

 Bahar və digər allergik konyuktivitlərin ifadə olunma dərəcələrindən, xəstəliyin gedişinin ağırlığından, təkrar kəskinləşmənin sayından və  aparılan müalicənin effektindən asılı olaraq şəhadətləndirilmə «b» və «c» bəndlərinə uyğun aparılır.

 Kəskin traxoma keçirmiş hərbi qulluqçulara xəstəliyə görə məzuniyyət verilmir. Lazımi hallarda, «Xəstəliklər cədvəlinin» 36-cı maddəsinə  uyğun olaraq, xidmət vəzifələrinin icrasından qısa müddətə azad olunma üçün rəy çıxarılır.

Maddə 30

 Bu maddəyə distrofik, degenerativ, vərəm və digər mənşəli, çətin sağalan və ya sağalmaz xəstəliklər şamil edilir.

 Prosesinin başa çatması və yaxud proqressivləşməyən gedişə malik olub, nadir kəskinləşmə verən (ildə iki dəfə və az) xəstəlik hallarında,  eləcə də toxuma köçürməsi ilə əlaqədar, şəhadətləndirilənlərin hərbi xidmətə yararlılıq kateqoriyası, gözlərin funksiyasından asılı olaraq,  «Xəstəliklər cədvəlinin» müvafiq maddələrinə əsasən I, II, III qrafaya uyğun aparılır.

 Göz və onun əlavə aparatının yeni törəmələrinin xarakterindən asılı olaraq, şəhadətləndirilmə, «Xəstəliklər cədvəlinin» 8 və ya 10-cu  maddələrinə uyğun aparılır. Gözlərin funksiyasını pozmayan xoşxassəli şişlər, hərbi xidmətkeçməyə, hərbi tədris müəssisələrinə və C.  Naxçıvanski adına hərbi litseyə qəbul olunmağa, RM, İŞM, RHK, EMS mənbələri ilə işə təyin edilməyə maneçilik törətmir.

 «a» bəndinə aşağıdakı xəstəliklər aid edilir:

 konservativ və cərrahi müalicə ilə sağalmayan və görmə funksiyasını proqressiv olaraq aşağı salan xəstəliklər;

  bir və ya hər iki gözdə keratoprotezləşmədən sonrakı vəziyyət;

  gözün funksiyasından asılı olmayaraq, tapetoretinal abiotrofiya.

 Piqmentli və ya piqmentsiz torlu qişanın piqment degenerasiyası, qaranlığa adaptasiyanın (hemerolopiya) pozulması ilə birlikdə, toran  görmə qabiliyyətinin nəzarəti müayinə vasitələri, bir saatlıq adaptometriya üsulu ilə iki dəfə istifadə olunmaqla təsdiq olunmalıdır.

 Hər iki gözdə görmə sahəsinin aşağıdan və yan tərəfdən (vertikal və horizontal meridian boyunca) fiksasiya nöqtəsindən davamlı olaraq, 30  dərəcə səviyyəsinədək nöqtəsindən davamlı olaraq, 30 dərəcə səviyyəsinədək daralması ilə əlaqədar «Xəstəliklər cədvəlinin» bütün  qrafalarına «a» bəndinə, bir gözdə isə «b» bəndinə əsasən rəy verilir, hər iki gözdə görmə sahəsinin daralması 30 dərəcədən 45 dərəcəyədək  olduqda «b» bəndinə, bir gözdə olduqda isə «c» bəndinə əsasən rəy verilir.

 «b» bəndinə stasionar şəraitdə təyin edilmiş və gözdaxili təzyiqin yüksəlməsi ilə müşayiət olunan xroniki uveit və uveitopatiyalar,  keratoqlobus və keratokonus, yaxud hər iki gözdə afakiya, gözün görmə funksiyalarının proqrussiv zəifləməsi fonunda göz dibində  degenerativ-distrofik dəyişikliklərin (torlu qişanın qıraq degenerasiyası, çoxsaylı xorioretinal ocaqlar, arxa stafiloma və s.) olması, gözün  daxilində iltihabi və distrofik dəyişikliklər yaratmayan yad cismin olması aiddir.

 Gözdaxili yad cisimlər olan bütün hallarda, «Xəstəliklər cədvəlinin» III qrafası ilə şəhadətləndirilənlərin hərbi xidmətə yararlılığı, hərbi-uçot  ixtisasları üzrə kateqoriyaları gözün yaralanmasından 3 aydan tez olmayaraq həll edilir. Metalloz və iltihab əlamətləri olmayan, göz  funksiyalarının (görmə qabiliyyəti, gözün görmə sahəsi, qaranlığa adaptasiya və s.) yaxşı qaldığı hallarda, onlar sıradankənar hərbi xidmətə  yararlı hesab olunur, lakin tank heyəti tərkibində, piyadaların döyüş maşınında, zirehli maşınlarda, raket hissələrinin buraxıcı qurğularında,  nəqliyyat vasitələrinin sürücüsü, həmçinin bədənin vibrasiyası ilə əlaqədar işlərə yararsızdırlar.

 Görmə sinirinin atrofiyası olanda hərbi xidmətə, hərbi uçot ixtisasları üzrə xidmətə yararlılıq gözün funksiyalarının (görmə qabiliyyəti,  görmə sahəsi və s.) dərəcəsinə əsasən təyin edilir.

 Hərbi xidmətə çağırış zamanı, hərbi xidmətə könüllü daxil olanda buynuz qihada və ya sklerada optikorekonstruktiv cərrahi əməliyyatlar  keçirmiş vətəndaşlar, əgər əməliyyatdan 6 aydan az müddət keçmişsə, hərbi xidmətə müvəqqəti yararsız hesab olunurlar. Cərrahi  əməliyyatdan sonra hərbi xidmətə yararlılıq kateqoriyası, göz funksiyalarının vəziyyətindən asılı olaraq və əməliyyata qədərki dövrdə göz  almalarının ultrasəs biometriyasının nəticələrini nəzərə alaraq, sənədlə təsdiq olunmuş ametropiya dərəcəsinə əsasən «Xəstəliklər cədvəlinin»  müvafiq maddələrinə uyğun olaraq təyin edilir.

 Buynuz qişada optikorekonstruktiv cərrahi əməliyyatlar keçirmiş şəxslər, əgər əməliyyatdan sonra fəsadlaşmalar, göz dibində və buynuz  qişada degenerativ-distrofik dəyişikliklər yoxdursa, həmçinin cərrahi əməliyyata qədər ametropiyanın dərəcəsi ƏTC-nin «ç» bölməsində  göstəriləndən yüksək olmaması sənədlə təsdiq edilibsə, cərrahi əməliyyatdan bir il sonra hərbi tədris müəssisələrinə daxil olmağa yararlıdırlar.

 Bir və ya hər iki gözdə afakiya, artifakiya olduqda, korreksiyanın rahat keçirilməsi ilə görmə qabiliyyətinin itiliyindən asılı olaraq, III qrafa  üzrə şəhadətləndirilənlər üçün qərar «Xəstəliklər cədvəlinin» 35-ci maddəsinə əsasən çıxarılır. Onlar hərbi tədris müəssisələrinə daxil olmağa,  HDQ, ÜH, DP, XQ-də tanklarda, piyadaların döyüş maşınları ekipajı heyətində, nəqliyyat vasitələrində sürücü və bədənin vibrasiyası ilə  bağlı olan işlərdə xidmət etməyə yararsızdırlar.

 Göz büllurunun çıxığı və sərpməsi afakiya kimi qiymətləndirilir. Əgər bir gözdə afakiya varsa, digər gözün görmə qabiliyyətinin itiliyinin  0,4-ə qədər azaldan büllurun bulanması ikitərəfli afakiya hesab olunur.

 Yarıq lampa ilə müayinə zamanı aşkar edilən göz büllurunun rəngbərəngliyi, əlvanlığı, qayacıqlar, dənciklər və vakuolları, həmçinin, görmə  qabiliyyətinin itiliyini aşağı salmayan göz büllurunun ön kapsulasına anadangəlmə piqment toplanması, bu maddəni tətbiq etmək üçün əsas  vermir, hərbi xidmətkeçməyə, RYK, İŞM, RM və EMS mənbələri ilə işə daxil olmağa maneə hesab edilmir.

 RYK, İŞM, RM, EMS mənbələrində işləyən şəxslərdə, biomikroskopiya zamanı göz büllurunun arxa kapsulunda bulanma aşkar edilirsə və  büllurun bulanmasının qaneedici proqressivləşməsi əlamətləri (uzun müddətli nəzarət nəticəsində onların sayının və ölçülərinin mühüm  dərəcədə böyüməsi) müşahidə olunursa, onlar hərbi-uçot ixtisasları üzrə işə yararsız hesab olunurlar.

 Bir və ya hər iki gözdə davamlı mütləq mərkəzi və para mərkəzi skotoma olduqda, «Xəstəliklər cədvəlinin» I, II, III qrafasına görə  şəhadətləndirilənlərin hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə yararlılıq kateqoriyası, gözlərin funksiyasının vəziyyətindən asılı olaraq,  «Xəstəliklər cədvəlinin» müvafiq maddələrinə və ƏTC-yə əsasən təyin edilir.

 Sifilis mənşəli parenximatoz keratiti olan şəxslər «Xəstəliklər cədvəlinin» 6-cı maddəsinin «b» bəndinə uyğun olaraq şəhadətləndirilirlər.

Maddə 31

 «a» bəndinə, həmçinin gözün funksiyasının proqressiv zəifləməsi fonduna hər iki gözdə torlu qişanın postravmatik laylanmasının uğursuz  təkrarı cərrahi əməliyyatlardan sonrakı hallar aiddir.

 Hər iki gözün torlu qişasının travmatik etiologiyalı qopulmasını keçirmiş, «Xəstəliklər cədvəlinin» III qrafası ilə şəhadətləndirilənlər, gözün  funksiyalarının vəziyyətinin yaxşı olması şərti ilə, fərdi qaydada hərbi xidmətə yararlı hesab oluna bilərlər. Onlar tankların, piyadaların  döyüş maşınlarının, zirehli maşınların, raket buraxıcı qurğularının ekipajının tərkibində, nəqliyyat vasitələrində sürücü, həmçinin bədənin  vibrasiyası ilə əlaqədar işlərdə xidmət etmək üçün yararsız hesab olunurlar.

Maddə 32

 Qlaukoma diaqnozu stasionar şəraitində gərginlik sınaqları tətbiq edilməklə təsdiq edilməlidir. Hərbi xidmətə yararlılıq kateqoriyası  qlaukoma prosesinin və görmə orqanının funksiyalarının (görmə qabiliyyətinin itiliyi, görmə sahəsinin, parasentral skotomların, o cümlədən  gərginlik sınaqlarında olması, həmçinin görmə sinirinin diskinin oyuğu və s.) müalicədən (medikamentoz və ya cərrahi) sonra sabitləşmə  dərəcəsi nəzərə alınmaqla həll edilir. Bu maddə ilə həmçinin, ikincili qlaukoması olan şəxslər də şəhadətləndirilir.

Maddə 33

 «a» bəndinə, həmçinin göz əzələlərinin zədələnməsi ilə nəticələnən göz yuvasının travmasından sonrakı dayanıqlı diplopiya aiddir. Əgər  diplopiya hər hansı bir xəstəliyin nəticəsidirsə, onda rəy əsas xəstəliyə görə verilir.

 Şəhadətləndirilən şəxslərdə göz almalarının yanlara, yuxarıya və aşağıya doğru axıradək aparmalarında diplopiya varsa, rəy «b» bəndinə  uyğun verilir. «b» bəndinə, həmçinin göz almasının əzələlərinin aydın ifadə olunmuş yellənən spazmı aiddir.

 Əgər nistaqm sinir sisteminin və ya vestibulyar aparatın zədələnməsinin bir əlamətidirsə, rəy əsas xəstəliyə görə verilir. Görmə qabiliyyətinin  itiliyinin mühüm dərəcədə zəifləməsi olanda, rəy «Xəstəliklər cədvəlinin» 35-ci maddəsinə əsasən çıxarılır.

 Göz almalarının tam kənara çəkilmələri zamanı nistaqmoid titəmələr hərbi xidmətkeçməyə, hərbi tədris müəssisələrinə, C. Naxçıvanski  adına hərbi litseyə daxil olmağa, radiolokasiya stansiyasının və ya tankəleyhinə idarəedici reaktiv mərmilərin operatoru ixtisası üzrə  oxumağa, displeylərdə və digər informasiya aksetdirmə bloklarında işləməyə maneə deyildir.

 15 dərəcədən az müştərək çəpgözlük olduqda, diaqnoz binokular görmə qabiliyyətinin yoxlanması ilə təsdiq olunmalıdır. Binokulyar görmə  qabiliyyətinin qalması müştərək çəpgözlüyünün inkar edilməsi üçün əsasdır.

 Gözlərin görmə qabiliyyətinin yaxşı qalması ilə müşayiət edilən hər iki gözün dəyişən çəpgözlüyü olduqda, diplopiyanın əmələ gələ biləcəyini  nəzərə olaraq, cərrahi müalicədən çəkinmək lazımdır.

 Diplopiyasız müştərək çəpgözlülüklə, paralitik çəpgözlülüklə və binokulyar görmə qabiliyyətinin digər pozuntuları ilə hərbi xidmətə və  hərbi-uçot ixtisası üzrə xidmətə yararlılıq kateqoriyası gözün funksiyalarından (görmə qabiliyyətinin itiliyi, görmə sahəsi və s.) asılı olaraq,  «Xəstəliklər cədvəlinin» müvafiq maddələrinə və ATC-yə uyğun olaraq təyin edilir.

 Rəngduymanın azalmasının forma və dərəcəsinin diaqnostikasında, səhiyyə nazirinin əmri ilə tibbi təcrübədə istifadəsinə icazə verilmiş,  «Rənggörmə qabiliyyətinin müayinəsi üçün həddi cədvəllər» təlimatı rəhbər tutulur.

Maddə 34

 Refraksiya anomaliyalarının növü və dərəcəsi skiaskopiya və ya refraktometriya ilə təyin edilir.

 «Xəstəliklər cədvəlinin» III qrafasına görə, bu maddədə göstərilən refraksiya anomaliyaları hallarında, HDQ, ÜH, DP, XQ-də xidmətə  yararlılıq dərəcəsinin təyin edilməsi fərdi nəzərdə tutulursa, görmə qabiliyyətinin itiliyinə həlledici əhəmiyyət verilir.

 Akkomodasiyanın davamlı spazmı, parezi və iflici hallarında nevropatoloq, terapevt və digər ixtisaslı həkimlərin iştirakı ilə müayinə  aparılmalıdır. Əgər akkomodasiyanın davamlı spazmı, parezi və ya iflici sinir sisteminin, daxili orqanların xəstəlikləri ilə əlaqədardırsa, belə  hallarda rəy əsas xəstəliyə görə verilir.

 Akkomodasiyanın spazmı, sikloplegiyada təyin edilən refraksiya, optimal mənfi korreksiyaedici linzanın sikloplegiyaya qədər olan  gücündən daha zəif olan hallarda, funksional xəstəlikdir.

 Uğursuz stasionar müalicədən sonra bir və ya hər iki gözdə akkomodasiyanın spazmı, parezi olduqda yararlılıq kateqoriyası «Xəstəliklər  cədvəlinin» 34 və 35-ci maddəsinə əsasən, korreksiya ilə görmə qabiliyyətinin itiliyindən və təkrarı sikloplegiyadan sonra əvvəlki səviyyəsinə  qayıdan ametropiyanın dərəcəsindən asılı olaraq təyin edilir.

 Akkomodasiyanın bir gözdə davamlı iflici olduqda hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə yararlılıq kateqoriyası, gözün  funksiyasından (korreksiya ilə görmə qabiliyyətinin itiliyindən, görmə sahəsindən və s.) asılı olaraq təyin edilir.

Maddə 35

 Hər bir gözün görmə itiliyi istənilən, kombinasiya olunmuş şüşələrin korreksiyası ilə, habelə kontakt linzalarda (göstərilən  qıcıqlandırılmasının, diplopiyanın olmaması ilə 20 saatdan az olmayaraq, yaxşı keçirilmə hallarında), zabitlərdə, gizirlərdə, miçmanlarda isə,  bundan başqa, intraokulyar linzalar da nəzərə alınmaqla təyin edilir. Kontakt linzası gəzdirən şəxslərin hərbi xidmətkeçməyə mane olmayan  adi eynəkləri də olmalıdır.

 «Xəstəliklər cədvəlinin» I, II qrafası ilə şəhadətləndirilən şəxslər üçün hərbi xidmətkeçməyə mane olmayan görmə itiliyini, uzaqgörmə üçün  korreksiya ilə bir göz üçün 0,5-dən, digər göz üçün 0,1 və ya hər iki göz üçün 0,4-dən aşağı olmamalıdır. Aydın olmayan hallarda görmə  itiliyi nəzarəti müayinə metodları ilə təyin edilir.

 «Xəstəliklər cədvəlinin» bütün qrafaları ilə şəhadətləndirilən şəxslərdə adi sferik şüşələrlə korreksiya, həmçinin korreksiya olunmayan  anizometropiya zamanı, görmə itiliyi, praktiki mümkün binokulyar korreksiya ilə (hər iki göz üçün şüşələrin güclərindəki fərq 2,0 dptr artıq  olmadıqda) nəzərə alınır. Astiqmatizmin bütün formalarının korreksiyası, silindrik və ya kombinasiya olunmuş şüşələrlə, bütün meridianlar  üzrə aparılmalıdır.

 Hərbi tədris müəssisələrinə daxil olan şəxslərdə korreksiya ilə görmə itiliyi, ƏTC-nin «ç» bəndində göstərilən refraksiya həddini keçmirsə,  yalnız yaxındangörmə, sadə və mürəkkəb yaxındangörmə astiqmatizmi olduqda təyin edilir, görmə itiliyinin aşağı düşməsinin digər səbəbləri  (o cümlədən uzaqgörmə, qarışıq və ya uzaqgörmə astiqmatizmi ilə) olduqda isə korreksiyasız təyin edilir.

 Hər gözdə uzaqgörmə itiliyi korreksiyasız 0,3-dən aşağı olduqda, çağırış üzrə hərbi xidmət keçən hərbi qulluqçuların ÜH-də xidmətə  yararlılığı, komandanlığın və hərbi hissə həkiminin rəyi nəzərə alınmaqla, fərdi surətdə təyin edilir. Bu cür görmə itiliyi olan, HDQ-də çağırış  üzrə xidmət edən hərbi qulluqçular HDQ-də xidmətə yararsız hesab olunur, «Xəstəliklər cədvəlinin» III qrafası ilə şəhadətləndirilən şəxslərin  HDQ-də xidmətə yararlıq kateqoriyası ilə fərdi surətdə təyin edilir.

 Üzən heyətdə könüllü xidmət keçən hərbi qulluqçular və hərbi dəniz tədris müəssisələrinin məzunları, korreksiya ilə görmə itiliyi uzaq üçün  bir gözdə 0,6-dan, digər gözdə 0,5-dən az olmadıqda, ÜH-də xidmətə yararlı hesab olunurlar. Bu şəxslər üçün heç olmasa, bir gözdə ən  böyük ametropiyası olan meridianda yaxındangörmə və ya uzaqgörmə və ya uzaqgörmə 5,0 dptr çox olmayaraq, astiqmatizminin hər cür  forması iki əsas meridianda refraksiya fərqi 3,0 dptr artıq olmayan hallar mümkün sayılır.

Maddə 36

 Bu maddə əsasında, uzunmüddətli stasionar müalicəyə ehtiyacı olmayan və gözün funksiyalarının pozulmasına gətirib çıxarmayan  xəstəliklərlə çağırışçılar hərbi xidmətə yararlı hesab olunurlar.

Qulağın və məməyəbənzər çıxıntının xəstəlİklərİ

Maddə 37

 Bu maddəyə xarici eşitmə keçidinin və digər seyvanının ekzeması, xroniki diffuz xarici otit, eşitmə keçidinin ekzostozları, eşitmə keçidinin  qazanılmış daralmaları aiddir.

Maddə 38

 Bu maddəyə görə orta qulağın xroniki xəstəliklərilə «Xəstəliklər cədvəlinin» I-III qrafaları üzrə şəhadətləndirilənlərə müalicə təklif olunur.

 «a» bəndinə əməliyyat aparılmış boşluqda tam epidemləşməmiş, irin, qranulyasiyalar və ya xolesteatom kütlələrin olması ilə müşayiət  olunan, orta qulağın xroniki xəstəliklərinin cərrahi müalicəsindən sonrakı vəziyyətlər aiddir.

 Orta qulaqda yaxşı nəticələrlə qurtaran radikal və ya rekonstruktiv-bərpaedici cərrahi əməliyyatlardan sonra hərbi qulluqçulara xəstəliyə  görə məzuniyyət verilir və ya onlar hərbi xidmət vəzifələrinin icra edilməsindən müvəqqəti azad edilir. İlkin hərbi qeydiyyata götürülərkən,  hərbi xidmətə çağırılarkən, hərbi xidmətə könüllü daxil olarkən vətəndaşlar, əgər stasionar müalicədən 3 aydan az vaxt keçmişsə,  «Xəstəliklər cədvəlinin» 41-ci maddəsi üzrə 6 ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız hesab edilirlər. Cərrahi əməliyyat boşluğu tam  epidermləşmə ilə nəticələnən hallarda şəhadətləndirilmə «c» bəndi üzrə keçirilir.

 Təbil zarının çox mühüm dərəcədə ifadə olunmuş hipertrofik rinitlərlə, burunətrafı boşluqların xroniki irinli və ya polipozlu xəstəlikləri ilə  müşayiət olunan ikitərəfli quru deşikləri olduqda, «Xəstəliklər cədvəlinin» I-II qrafaları üzrə şəhadətləndirilənlər barəsində rəy «a» bəndi  üzrə çıxarılır.

Maddə 39

 «a» bəndinə çox mühüm dərəcədə ifadə olunmuş menyerəoxşar xəstəliklər, həmçinin ildə 3 dəfədən çox stasionar müayinə zamanı müşahidə  edilmiş və tibbi sənədlərlə təsdiq edilən tutmalarla, üzvi və ya funksional xarakterli vestibulyar pozuntuların digər ağır formaları aiddir.

 «b» bəndinə hərbi xidmət vəzifələrini icra etmək qabiliyyətini çətinləşdirən, mülayim dərəcədə ifadə olunmuş vestibulyar-vegetativ  pozuntularla müşayiət olunan və qısamüddətli tutmalarla keçən menyerəbənzər xəstəliklər aiddir.

 «c» bəndinə vestibulyar pozuntuların sindromları və digər orqanların xəstəliklərinin simptomları olmadıqda, yırğalanmaya yüksək dərəcədə  həssaslığın təzahürü halları aiddir.

 Yırğalanmaya yüksək dərəcədə həssaslıq olduqda bunun bütün orqanizmin dərindən hərtərəfli müayinəsi olunmadan, yalnız vestibulyar  funksiyanın müayinəsi ilə kifayətlənmək olmaz, çünki vegetativ reflekslər təkcə qulaq labirintindən yox, digər orqanlardan da törənə bilərlər.

 Üzən heyətdə xidmətə yararlılıq haqqında məsələ həll edilərkən, yırğalanmaya vərdiş olunmasının mümkünlüyü nəzərə alınmalıdır.

 Yalnız, yırğalanmanın sistematik olaraq, hərbi xidmət vəzifələrini icra etmək qabiliyyətinin itirilməsinə səbəb olduğu hallarda, məşqlərdə və  yürüşlərdə iştirak etməkdən bir ildən az olmayaraq vaxt keçdikdən sonra, müsbət nəticələr olmadıqda, üzən heyətdə xidmətə yararsızlıq  haqqında rəy çıxarılır. Hərbi həkim komissiyası, üzən heyətdə xidmətə yararlılıq haqqında rəyi, yalnız eksperimental müayinənin  (vestibulyar-vegetativ hissiyyatın üç səthdə otolit reaksiyası müayinəsi, qıcıqlanmanın Xilov yelləncəyində və fırlanan kreslosunda  cəmlənməsi (kumulyasiya) metodu, Koriolis təcilinin fasiləsiz kumulyasiyası sınağı) nəticələrinə görə deyil, həm də hərbi hissə  komandanlığının və hərbi hissə həkiminin xarakterizəedici məlumatlarına əsaslanaraq çıxarır.

 Vestibilometriyanın nəticələri nevropatoloqla birgə qiymətləndirilir. Vestibulyar pozuntuların müvəqqəti xarakteri qeyd edildikdə hərtərəfli  müayinə və müalicə zəruridir.

 Üzən heyətə seçilən zaman yırğalanmaya davamiyyətin meyarı otolit reaksiyası və ya Koriolis təcilinin fasiləsiz kumulyasiyası sınağının  nəticələridir. Belə müayinələr zamanı III dərəcəli vestibulyar reaksiya verən şəxslər üzən heyətdə xidmətə yararsızdırlar.

 Vestibulyar funksiyanın müayinə edilməsinin nəticələrini qiymətləndirərkən nəzərə almaq lazımdır ki, hətta III dərəcəli müdafiəedici  hərəkətlər intensiv vegetativ reaksiyaların yoxluğu, üzən heyətdə xidmətə yararsızlıq haqqında rəy çıxarılması üçün əsas ola bilməz, çünki  vestibulyar aparatın qıcıqlanmasına aid buraksiya davamlı deyil və bir qayda olaraq, müvafiq məşqlər zamanı itib gedir.

 Uçuş heyətinin, üzən heyətin hazırlanması üzrə hərbi tədris müəssisələrinə, hava-desant hərbi məktəblərinə daxil olan vətəndaşların  şəhadətləndirilməsi üçün üç dəfəlik vestibulyar aparatının otolik reaksiyasının və ya Koriolis təcilinin fasiləsiz kumulyasiyası sınaqları ilə  müayinə edilməsi məcburidir.

Maddə 40

 Bu maddə ilə «Xəstəliklər cədvəlinin» I-II qrafaları üzrə şəhadətləndirilənlər üçün hərbi xidmətkeçməyə mane olmayan, pıçıltılı nitqi eşitmə  bir qulaqla 1 m, digər qulaqla 4 m-dən az olmamalı və ya hər iki qulaqda 3 m-dən az olmamalıdır.

 Lal-karlıq və ya hər iki qulağın karlığı, lal-karlar üçün yaradılmış səhiyyə müəssisələri, təşkilatlar və tədris müəssisələri tərəfindən təsdiq  edilməlidir. Qışqırığın qulaq seyvanı yanında eşidilməməsini karlıq hesab etmək lazımdır.

 Eşitmənin zəifləməsi dərəcəsini təyin edərkən pıçıltılı nitqlə adi müayinədən başqa, danışıq və pıçıltılı nitq, kamertonlarla çoxsaylı (5 dəfədən  az olmayaraq) xüsusi müayinələr və qulaqların barofunksiyasının mütləq təyin edilməsi ilə tonal həddi audiometriya müayinəsi lazımdır. Bir  qulağın və ya hər iki qulağın karlığına şübhə olduqda, karlığın obyektiv təyin edilməsi üsullarından, yəni Barani şıqqıldağının tətbiqindən,  Hovseyev, Popov, Stenger, Hilov təcrübələrindən və s. istifadə edilir.

 Eşitməni yaxşılaşdıran cərrahi əməliyyatlardan sonra «Xəstəliklər cədvəlinin» III qrafası üzrə şəhadətləndirilənlərə ayrı-ayrı hallarda 41-ci  maddə ilə xəstəliyə görə məzuniyyət verilir*.

Qan dövranı sİstemİnİn xəstəlİklərİ

Maddə 42

 «a» bəndinə, ürək-damar sisteminin III mərhələ ümumi qan dövranının pozulması ilə müşayiət olunan xəstəlikləri ilə yanaşı aşağıdakılar da  aiddir:

 ümumi qan dövranının pozulma mərhələsindən asılı olmayaraq, ürəyin kombina olunmuş və əlaqəli qazanılma qüsurları;

  ümumi qan dövranı pozulması ilə müşayiət olunan ürəyin aortal qüsurları;

  pedikardin geniş obliterasiyası;

  əlaqəli II mərhələ ümumi qan dövranının və II dərəcə tac qan dövranının pozulması;

  ümumi qan dövranının pozulması ilə müşayiət olunan sol atrioventikulyar deşiyin təcrid olunmuş stenozu;

  durğun və konstruktiv kardiomiopatiya;

  ümumi qan dövranı çatışmazlığı ilə müşayiət olunan, ürəyin klapan aparatında aparılmış cərrahi müdaxilənin nəticələri;

  ürək ritminin və keçiriciliyinin ayrı-ayrı müalicə olunmayan davamlı pozuntuları (tam AV-blokada, politor mədəcik ekstrasistoliyası,  paroksizmal taxiaritmiyalar).

 «b» bəndinə ürəyin II mərhələ ümumi qan dövranı çatışmazlığı ilə müşayiət olunan xəstəlikləri və ümumi qan dövranı çatışmazlığı ilə  müşayiət olunmayan, anadangəlmə və ya qazanılma ürək qüsurlarının cərrahi müalicəsindən sonrakı hallar aiddir. Ürək-damar sisteminin  ayrı-ayrı xəstəlikləri zamanı, ürək ritminin və keçiriciliyin davamlı pozuntuları, habelə paroksizmal taxiaritmiyaları olan şəxslər ümumi qan  dövranı çatışmazlığının mərhələsindən və tac qan dövranı çatışmazlığının dərəcəsindən asılı olaraq, «a», «b» və ya «c» bəndi üzrə  şəhadətləndirilirlər.

 Ürək ritminin davamlı pozuntularına, antiaritmik terapiya tələb edən və müalicənin kəsilməsindən sonra yenidən başlanan və ya müalicənin  refrakter olan aritmiyalar, sindromu VPV aiddir.

 Keçiriciliyin davamlı pozuntularına I-II dərəcəli AV-blokadanın daimi (təsbit olunmuş) və ya növbələnən (intermitasiyaedici) formaları, His  dəstəsinin ayaqcıqlarının tam blokadaları, sinus düyününün zəifliyi sindromu aiddir.

 Funksional (vaqus) I dərəcəli AV-blokada (fiziki yüklənmədə və ya venadaxili 0,5-1 mq atropin sulfat vurulduqdan sonra AV-keçiriciliyi  normallaşır), His dəstəsinin sağ ayaqcığının natamam blokadası, CLC sindromu bu maddənin tətbiqi üçün əsas deyil, hərbi xidmətkeçməyə,  hərbi tədris müəssisələrinə və C. Naxçıvanski adına hərbi litseyə daxil olmağa maneə hesab olunmur.

 Təcrid olunmuş qazanılma ürək qüsurları (bu maddənin «a» bəndində göstərilənlərdən başqa) olan şəxslər, «Xəstəliklər cədvəlinin» I, II  qrafaları üzrə, ümumi qan dövranı çatışmazlığından asılı olaraq, «b» və ya «c» bəndi üzrə şəhadətləndirilirlər. Ümumi qan dövranının  pozulması ilə müşayiət olunmayan təcrid olunmuş ürək qüsurları «Xəstəliklər cədvəlinin» I-II qrafaları üzrə «c» bəndinə əsasən  şəhadətləndirilirlər.

 «c» bəndinə ürək ritminin və (və ya) keçiriciliyin sabit pozulması I mərhələ ümumi qan dövranı çatışmazlığı ilə müşayiət olunan ürəyin  mitral və ya digər klapanlarının ilkin prolapsi, miokardik kardioskleroz, habelə hipertrofik kardiomiopatiya aiddir.

 «c» bəndinə, həmçinin 45 gündən az olmayaraq stasionar müayinədən və müalicədən sonra ürəyin və ya digər orqanların zədələnməsinin  obyektiv davamlı əlamətləri (ürək qüsuru, ürək ritminin və (və ya) keçiriciliyin davamlı pozulması ilə müşayiət olunan miokardioskleroz)  qalmaqla aktiv revmatizm də aiddir.

 I mərhələ ümumi qan dövranı çatışmazlığı, funksional sınaqlarla aşkar olunan kardiohemodinamik göstəricilərlə obyektivləşdirilməlidir.

 İlkin aktiv revmatizm keçirmiş, «Xəstəliklər cədvəlinin» I qrafası üzrə şəhadətləndirilənlər, 48-ci maddə üzrə tibb müəssisəsindən çıxdıqdan  sonra 12 ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız hesab edilirlər. Sonralar ürəyin və digər orqanların zədələnməsi əlamətləri  olmadıqda, onlar bu maddənin «ç» bəndi üzrə şəhadətləndirilirlər. İlkin aktiv revmatizm keçirmiş və «Xəstəliklər cədvəlinin» II qrafası üzrə  şəhadətləndirilənlərə 48-ci maddənin «ç» bəndinə əsasən 45 gündən 60 günə qədər xəstəliyə görə məzuniyyət verilir.

 «ç» bəndinə qan dövranı çatışmazlığı və ürək ritminin və keçiriciliyin davamlı pozuntuları olmayan, ürək əzələsi xəstəliklərinin davamlı  kompensasiya olunmuş nəticələri, miokardioskleroz, ürəyin mitral və digər klapanlarının ilkin prolapsi və s. aiddir.

 Miokardiosklerozla nəticələnmiş ürək ritminin və keçiriciliyin pozuntuları ilə müşayiət olunmayan keçirilmiş miokarditlər, bu maddənin  tətbiqi üçün əsas vermir, hərbi tədris müəssisələrinə və C. Naxçıvanski adına hərbi məktəbə daxil olmağa maneə deyildir.

 Hər hansı etiologiyalı miokardit və endokardit keçirən şəxslərin şəhadətləndirilməsi, xəstəliyin nəticəsi aydınlaşdıqda, aparıcı patoloji  sindromdan və onun törətdiyi qan dövranı pozulmasından asılı olaraq keçirilir. Belə halda tibbi şəhadətləndirilmə günündəki diaqnoz  xəstəliyin nəticəsindən asılı olaraq tətbiq edilməlidir.

Maddə 43

 «a» bəndinə III mərhələ hipertoniya xəstəliyinin tədricən şiddətlənən forması və hipertoniya xəstəliyinin tez şiddətlənən (bədxassəli) forması  aiddir.

 Hipertoniya xəstəliyinin III mərhələsi arterial təzyiqin, birinci növbədə diastonik (115 mm civə süt. və artıq) və sistolik (210-230 mm civə süt.  və artıq) təzyiqin sabit yüksək göstəriciləri ilə xarakterizə olunur. Miokard infarktı və ya insult keçirmiş şəxslərdə arterial təzyiqin  göstəriciləri aşağı düşə bilər. Kliniki təsvirdə ürəyin, beynin, böyrəklərin və göz dili damarlarının aterosklerozun törətdiyi ağır damar  pozuntuları, bərpa olunmayan və ya az bərpa olunan dəyişikliklərin (sol mədəcik çatışmazlığı, miokardin infarktı, insult, angioretinopatiya,  böyrək qan axınının və yumaqcıq sürülməsinin zəifləməsi, hematuriya, proteinuriya) inkişafı ilə orqanların və sistemlərin funksiyalarının  kəskin pozulması üstünlük təşkil edir.

 Hipertoniya xəstəliyinin digər orqanların və sistemlərin funksiyalarının pozulmasına səbəb olan ağır fəsadları olduqda «Xəstəliklər  cədvəlinin» müvafiq maddələrini də tətbiq etmək lazımdır.

 «b» bəndinə arterial təzyiqin, daimi medikamentoz terapiya keçirilmədən normal qəqəmlərə çatmayan sabit yüksək göstəriciləri ilə  səciyələnən hipertoniya xəstəliyinin II mərhələsi aiddir. Hipertoniya xəstəliyinin ikinci mərhələsi sol mədəciyin miokardının həm kliniki  məlumatlar vasitəsi ilə, həm də instrumental müayinələr və dozalaşdırılmış yükləmə sınaqları keçirildikdə aşkar edilən, həddən artıq  yüklənmə, hipoksiya və ya işemiya əlamətləri ilə müşayiət olunan hipertrofiyası ilə xarakterizə olunur. Hipertoniya xəstəliyinin II  mərhələsinin xarakterik əlamətləri kadinal pozuntularla yanaşı, həm də baş beyin qan dövranının serebral, ötəri hərəki, hissiyyat, nitq,  beyincik, vestibulyar və digər dinamik pozuntulardır. Eyni zamanda, orqanların və sistemlərin funksiyalarının mülayim dərəcədə pozulması  qeyd olunur.

 «c» bəndinə arterial təzyiqin qalxması (sakit vəziyyətdə), diaqnostik təzyiqin 95-dən 105 mm civə süt.-na qədər, sistolik təzyiqin 160-dan 180  mm civə süt.-na qədər qalxması ilə xarakterizə olunan hipertoniya xəstəliyinin I mərhələsi aiddir. Arterial təzyiq labildir, sutka ərzində nəzərə  çarpacaq dərəcədə dəyişə bilər. Dövrü olaraq arterial təzyiqin göstəriciləri həmin rəqəmlərdən yuxarı qalxa bilər. Arterial təzyiqin öz-özünə  normallaşması (istirahət vaxtı, xəstənin məzuniyyətdə olduğu dövrdə) mümkündür, lakin bu, uzunmüddətli deyil və tədricən baş verir.  Kliniki təsvirdə adətən ürək, baş beyin, böyrəklər tərəfindən üzvi dəyişikliklər olmur. Gözdibindəki dəyişikliklər daimi deyil. Orqanların və  sistemlərin funksiyaları cüzi dərəcədə pozulub və ya pozulmayıb.

 «Xəstəliklər cədvəlinin» I, II qrafaları üzrə şəhadətləndirilənlərdə hipertoniya xəstəliyinin diaqnozu stasionar müayinə və əvvəlki 6 aydan az  olmayaraq, dispanser müşahidənin nəticələri ilə təsdiq edilməlidir.

 Hipertoniya xəstəliyinin bütün hallarda simptomatik hipertenziyalarla differensial diaqnostika aparılmalıdır. Simptomatik arterial  hipertenziyası olan şəxslər əsas xəstəliyə görə şəhadətləndirilirlər.

Maddə 44

 «a» bəndinə aiddir:

 III dərəcəli tac qan dövranı pozulması;

  II dərəcəli tac qan dövranı pozulması ilə II mərhələ ümumi qan dövranı pozulmalarının müştərəkliyi.

 Bu bəndə eləcə də aiddir: (tac qan dövranının çatışmazlığının dərəcəsindən və qan dövranının vəziyyətindən asılı olmayaraq):

 ürək anevrizması və ya miokardın geniş transmural və ya təkrar infarktları nəticəsində inkişaf edən iriocaqlı kardiosklerozu;

  ürəyin işemiya xəstəliyi nəticəsində ürək ritminin və keçiriciliyinin pozulmasının ayrı-ayrı davamlı, müalicə olunmayan formaları (tam  AV-blokada, paroksizmal taxiaritmiya, politor mədəcik ekstrasistoliyası).

 Tac qan dövranı çatışmazlığının dərəcəsi aşağıdakılarla obyektivləşdirilməlidir:

 II dərəcəli tac qan dövranı çatışmazlığı olduqda, anamnezlə (miokardın ötəri ocaqlı dəyişiklikləri və ya miokardın infarktı ilə  nəticələnən stenokardiya tutmalarının tezləşməsi), müayinə məlumatları ilə (fiziki yükə dözümlüyünün azalması və EKQ-də davamlı və  ya ötəri dəyişikliklər — ST seqmentinin işemik tip üzrə yerdəyişməsi, T dişinin aşağı enməsi və ya inverziyası (çevrilməsi), ürək ritminin  və keçiriciliyinin pozulmasının yaranması). Koronaroqrafiya zamanı okklyuziya və ya bir iri tac arteriyasının təsirli dərəcədə ifadə  olunmuş (75 faizdən artıq) stenozu aşkar olunur;

  III dərəcəli tac qan dövranı çatışmazlığı olduqda — anamnezlə (stenokardiya tutmaları sutkada 10-15 dəfəyədək cüz`i gərginliyin təsiri  altında çox vaxt sakit vəziyyətdə, hətta gecə yuxu vaxtı baş verir, bəzən ürək astması ilə müşayiət olunur), EKQ-də ritmin və  keçiriciliyin pozuntuları ilə miokardın aydın dərəcədə ifadə olunmuş dəyişiklikləri;

 veloerqometriya zamanı — fiziki yükə  dözümlüyünün çox aşağı, EKQ-də — ST seqmentinin aşağıya 2 mm və daha artıq enməsi və ya ST-nin qalxması, T-dişinin inversiyası,  bərpa dövrünün 10 dəqiqədən artıq olması ilə xarakterdirlər. Koronaroqrafiya zamanı — yayılmış stenozlaşdırıcı proses və ya sol tac  arteriyasının gövdəsinin diametrinin 50 faizdən artıq tutulması, sol tac arteriyasının qabaq mədəciklərarası şaxəsinin təcrid olunmuş  yüksək dərəcədə tutulması.

 Sün`i ritm idarəedici qoyulduqdan sonra «Xəstəliklər cədvəlinin» III qrafası üzrə, aorta-tac qan damarı şuntlaşdırılması keçirmiş şəxslər, «a»  bəndi üzrə hərbi xidmətə yararsız hesab edilirlər. Bəzi hallarda, belə vəziyyətlər zamanı hərbi xidmətkeçmənin son yaş həddinə çatmamış  zabitlər, hərbi xidmət vəzifələrini icra etmək qabiliyyəti qalıbsa, «b» bəndi üzrə şəhadətləndirilə bilərlər.

Maddə 45

 Bu maddə ilə «Xəstəliklər cədvəlinin» I-III qrafaları üzrə şəhadətləndirilənlərə tibbi göstərişlərə görə cərrahi müalicə təklif olunur.  Müalicənin nəticələri qeyri-qənaətbəxş olduqda və ya ondan imtina edildikdə, hərbi xidmətə yararlılıq kateqoriyası patoloji prosesin ifadə  olunma dərəcəsindən asılı olaraq təyin edilir.

 «a» bəndinə aiddir:

 magistral qan damarların arterial və arteriovenoz anevrizmaları;

 ətrafların dekompensasiya olunmuş işemiyaları zamanı  (qanqrenoz-pekrotik mərhələ) obliterasiyalaşdırıcı ateroskleroz, endarteriit, trombangiit, aortoarteriit;

  orqanların funksiyalarının və distal qan dövranının kəskin dərəcədə pozulması ilə müşayiət olunan periton aortasının, onun visserial və  çanaq şaxələrinin damar boşluğunun hissəsi və ya tam obliterasiyası ilə nəticələnən aterosklerozu;

  IV dərəcəli xroniki vena çatışmazlığı ilə (daimi ödemlə, dərinin nazikləşməsi və hiperpiqmentasiyası, indurasiya, dermatit və ya  xoraların olması ilə dərin, dərialtı və kommunikant venaların klapanlarının çatışmazlığı) müşayiət olunan qapı və ya boş venanın  trombozu, tez-tez residiv verən tromboflebit, flebotromboz, aşağı ətrafın postrombotik və varikoz xəstəlikləri;

  IV dərəcəli fil azarı (limfedema);

  III mərhələ angiotrofonevrozlar (qanqrenoz-nekrotik mərhələ);

  xəstəliyin şiddətlənmə ilə gedişi və qan dövranının davam etməkdə olan pozulması ilə müşayiət olunan magistral (aorta, çanaq, bud,  braxiosefal arteriyalar, qapı və ya boş vena) və periferik damarlarda rekonstruktiv cərrahi əməliyyatların nəticələri.

 «b» bəndinə aiddir:

 obliterasiyalaşdırıcı endarteriit, trombangiit, aortoarteriit və aşağı ətrafların damarlarının II mərhələ atresklerozu;

  III dərəcəli xroniki vena çatışmazlığı (pəncələrdə və baldırlarda gecə istirahəti zamanı tamamilə itməyən ödemlərin olması, qaşınma,  hiperpiqmentasiyalar, dərinin naziklənməsi) ilə müşayiət olunan postromboflebitik və ya varikoz xəstəliyi;

  III dərəcəli fil azarı (limfedema);

  davamlı ağrı sindromu, barmaqların göyərməsi, soyuqda hərəkətlərin məhdudlaşması ilə müşayiət olunan, uğursuz təkrar stasionar  müalicədən sonrakı II mərhələ angiotrofonevrozlar;

  qan dövranının cüz`i pozuntuları ilə müşayiət olunan magistral və periferik damarlarda rekonstruktiv cərrahi əməliyyatların nəticələri;

  III dərəcə toxumluq ciyəsi venasının varikoz genişlənməsi (ciyə atrofiya olunmuş xayanın aşağı qütbündə aşağı sallanır, daimi ağrı  sindromu, spermatogenezin pozulması, proteinuriya, hematuriya olur). Toxumluq ciyəsi venasının III dərəcəli varikoz genişlənməsi  olan, «Xəstəliklər cədvəlinin» III qrafası üzrə, hərbi qulluqçular «c» bəndi üzrə şəhadətləndirilirlər.

 «c» bəndinə obliterasiyalaşdırıcı endarteriit, trombangit, aşağı ətrafların damarlarının I mərhələ aterosklerozu, əgər şəhadətləndirilən şəxs  sonrakı müalicədən imtina edirsə, toxumluq ciyəsi venasının residivli (təkrar cərrahi müalicədən sonra) II dərəcəli varikoz genişlənməsi  («Xəstəliklər cədvəlinin» III qrafası üzrə şəhadətləndirilənlər üçün «ç» bəndi tətbiq olunur) aiddir. Toxumluq ciyəsi venasının varikoz  genişlənməsinin ilk dəfə residivi (birinci cərrahi müalicədən sonra) «c» bəndinin tətbiqi üçün əsas deyil. Toxumluq ciyəsi venasının II dərəcəli  varikoz genişlənməsi zamanı ciyə xayanın yuxarı qütbündən aşağı sallanır, xayanın atrofiyası yoxdur.

 «Xəstəliklər cədvəlinin» I-II qrafası ilə şəhadətləndirilənlər haqqında II dərəcəli xroniki vena çatışmazlığı (uzunmüddətli gəzintidən və ya  ayaq üstə dayanmaqdan sonra əmələ gələn, gecə və ya gündüz istirahət dövründə çəkilən, pəncənin və dabanın vaxtaşırı ödemi) təzahürləri  ilə aşağı ətrafların postrombotik və ya varikoz xəstəliyi, II dərəcəli limfedema ilə «b» bəndi üzrə qərar qəbul edilir.

 «ç» bəndinə aşağı ətrafların vena çatışmazlığı əlamətləri olmayan (və ya I dərəcə) varikoz xəstəliyi, I dərəcəli limfodema (pəncə arxasının gecə  və ya gündüz istirahəti dövründə azalan və ya yox olan cüz`i ödemi), toxumluq ciyəsi venalarının I dərəcəli varikoz genişlənməsi, I mərhələ  angiotrofonevrozlar aiddir.

 Aşağı ətrafların venalarının ayrı-ayrı sahələrdə silindrik və ya qıvrılmış elastiki qabarmalar şəkildə, vena çatışmazlığı əlamətləri olmadan  genişlənməsi, I dərəcə varikosele bu maddənin tətbiqinə əsas vermir, hərbi tədris müəssisələrinə və C. Naxçıvanski adına hərbi litseyə daxil  olmağa maneə deyildir.

 İri magistral arteriyaların qan dövranının və funksiyalarının tam bərpa olunması ilə nəticələnən yaralanmalarından və digər  zədələnmələrindən sonra, «Xəstəliklər cədvəlinin» I-III qrafası üzrə şəhadətləndirilənlər barəsində «ç» bəndi tətbiq edilir.

 Damarların xəstəliklərinin və zədələnmələrinin diaqnozu prosesin mərhələsini və funksional pozuntuların dərəcəsini əks etdirməlidir.  Ekspert rəyi obyektiv göstəricilər verən metodların tətbiqi ilə müayinədən sonra (nitroqliserin sınağı ilə reovazoqrafiya, angioflebo,  limfoqrafiya və s.) çıxarılır.

Maddə 46

 Bu maddə ilə «Xəstəliklər cədvəlinin» I-III qrafaları üzrə şəhadətləndirilənlərə, tibbi göstərişlər olduqda, cərrahi və ya konservativ müalicə  təklif edilir. Müalicənin nəticəsi qeyri-qənaətbəxş olduqda və ya ondan imtina edildiyi hallarda, ikinci anemiyanın ifadə olunma  dərəcəsindən və kəskinləşmələrin təkrarlanmasının gec-tezliyindən asılı olaraq, şəhadətləndirilmə «a» və ya «b» bəndi üzrə keçirilir.

 Babasilin tez-tez təkrarlanan kəskinləşmələrinə, şəhadətləndirilənin qanaxmaya, tromboza, I-III dərəcəli iltihaba və ya babasil düyünlərinin  xaricə çıxmasına görə ildə 3 dəfə və daha çox, uzunmüddətli (1 ay və daha artıq) stasionar müalicədə olması, habelə xəstəliyin stasionar  müalicə tələb edən təkrar qanaxmalarla fəsadlaşması halları aiddir.

Maddə 47

 Neyrosirkulyator distoniya üçün arterial təzyiqin hər hansı bir qıcıqlandırıcıya qeyri-adekvat reaksiyası ilə vegetativ-damar pozuntuları  sindromu xarakterdir. Hipotenzif tipli nevrosirkulyator distoniyanı, arterial təzyiqinin 90/50 — 100/60 mm civə sütununa bərabər  göstəriciləri olduqda, belə vəziyyət heç bir şikayət etməyən, əmək və hərbi xidmət vəzifələrini icra etmək qabiliyyətini saxlayan sağlam  adamların fizioloji hipotoniyasından fərqləndirmək lazımdır. Bu şəxslər hərbi xidmətə yararlı hesab edilirlər. Bütün hallarda endokrin  sisteminin, həzm aparatının, ağ ciyərlərin və s. orqanların xəstəlikləri ilə bağlı simptomatik hipotoniyanı istisna etmək lazımdır.

 «Xəstəliklər cədvəlinin» I, II qrafası üzrə şəhadətləndirilənlərdə neyrosirkulyator distoniya diaqnozu nevropatoloqun, oftalmoloqun, zərurət  olduqda isə digər ixtisaslardan olan həkimlərin iştirakı ilə stasionar müayinə zamanı təyin edilməlidir. İlkin hərbi qeydiyyata götürülərkən,  neyrosirkulyator distoniyanın istənilən forması ilə vətəndaşlar «Xəstəliklər cədvəlinin» 48-ci maddəsi üzrə hərbi xidmətə müvəqqəti yararsız  hesab edilib, müayinə və müalicəyə göndərilirlər.

 «a» bəndinə neyrosirkulyator distoniyanın aşağıdakı formaları aiddir:

 hipertenziv tipli, daimi şikayətlər olduqda və müalicəsi müsbət nəticə verməyən, əmək qabiliyyətini və hərbi xidmət vəzifələrini icra  etmək qabiliyyətini mühüm dərəcədə aşağı salan, davamlı, kəskin dərəcədə ifadə olunmuş vegetativ-damar pozuntuları ilə müşayiət  olunan arterial təzyiqin labilliyi;

  hirotenziv tipli, daimi şikayətlər olduqda və müalicəsi müsbət nəticə verməyən, əmək qabiliyyətini və hərbi xidmət vəzifələrini icra  etmək, qabiliyyətini mühüm dərəcədə aşağı salan, arterial təzyiqin 100/60 mm c. süt. aşağı olması sabit təsbit olunmuş, davamlı kəskin  dərəcədə ifadə edilmiş vegetativ-damar pozuntuları, ürək ritminin davamlı pozuntusu;

  kardinal tipli, müsbət nəticəsi olmayan təkrar stasionar müalicədən sonra, mühüm dərəcədə vegetativ-damar və ürək ritminin davamlı  pozuntuları ilə müşayiət olunan davamlı kardialgiyalar olduqda (ürək ritminin davamlı pozuntularının xarakteristikası «Xəstəliklər  cədvəlinin» 42-ci maddəsinə izahatlarda verilmişdir).

 «b» bəndinə mülayim dərəcədə ifadə olunmuş təzahürlərlə, o cümlədən ürək ritminin əmək qabiliyyətini və hərbi xidmət vəzifələrini icra  etmək qabiliyyətini aşağı salmayan, keçici pozuntuları ilə hər cür tipli neyrosirkulyator distoniya aiddir. Dəqiqədə 5 və daha artıq  ekstrasistola olduqda stasionar müayinə zəruridir.

 Sakit vəziyyətin nadir tək-tək ekstrasistolaları və funksional xarakterli sinus aritmiyası bu maddənin tətbiqi üçün əsas deyil, hərbi  xidmətkeçməyə, hərbi tədris müəssisələrinə və C. Naxçıvanski adına hərbi litseyə daxil olmağa maneə deyildir.

 Miokardın üzvi dəyişiklikləri (iltihabi, distrofik və digər xarakterli) nəticəsində ürək ritminin pozuntuları olduqda, şəhadətləndirilmə  «Xəstəliklər cədvəlinin» 42-ci maddəsi üzrə keçirilir.

Maddə 48

 Bu maddə ilə çağırış üzrə hərbi xidmət keçən hərbi qulluqçular, onlarda qeyri-revmatik miokarditlərə görə stasionar müalicənin başa  çatmasından sonra ürəyin zədələnməsinin davamlı və obyektiv əlamətləri (qan dövranı çatışmazlığı, ürək ritminin və keçiriciliyinin  pozulmasının müxtəlif formaları) müşahidə olunmadığı hallarda hərbi xidmətə müvəqqəti yararsız hesab edilirlər.

 Keçirilmiş qeyri-revmatik miokarditdən sonra «Xəstəliklər cədvəlinin» I qrafası üzrə şəhadətləndirilənlər tibb müəssisəsindən çıxdıqdan  sonra 6 ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız hesab edilirlər.

 «Xəstəliklər cədvəlinin» III qrafası üzrə şəhadətləndirilənlər üçün xəstəliyə görə məzuniyyətə ehtiyac olması haqqında rəy, aktiv  revmatizmdən, qeyri-revmatik miokarditlərdən, miokardın infarktından, hipertonik krizlərdən sonra, habelə ürəkdə tac qan damarlarında,  iri magistral və periferik damarlarda cərrahi əməliyyatdan sonra funksiyaların müvəqqəti xarakterli pozulması ilə, reabilitasiya müalicəsinin  başa çatması və hərbi xidmət vəzifələrini icra etmək qabiliyyətinin tam bərpası üçün bir aydan az olmayaraq vaxt tələb olunduqda çıxarılır.

 Ürəyin xroniki işemiya xəstəliyinin kəskinləşməsindən (stenokardiyanın ardıcıl tutmaları, ürək ritminin və keçiriciliyinin ötəri formaları),  hipertoniya xəstəliyinin kəskinləşməsindən (hipertoniya krizlərindən sonrakı vəziyyət), elektroimpuls terapiyadan və ya ürək aritmiyasının  müalicəsindən sonra «Xəstəliklər cədvəlinin» III qrafası üzrə şəhadətləndirilənlər barəsində 15 gündən 30 günə qədər xəstəliyə görə  məzuniyyətə ehtiyac olması haqqında rəy çıxarılır.

Tənəffüs orqanlarının xəstəlİklərİ

Maddə 49

 «a» bəndinə burunla nəfəsalmanın pozulması və burunun selikli qişasının distrofik dəyişiklikləri ilə müşayiət olunan xroniki polikoz  sinuitlər, tez-tez kəskinləşmələrlə (ildə 3 dəfə və daha çox) və stasionar müalicə tələb edən, burunun selikli qişasının distrofik dəyişiklikləri və  burun tənəffüsünün pozulması ilə müşayiət olunan xroniki irinli sinoitlər aiddir.

 Burunətrafı boşluqların xroniki irinli xəstəlikləri diaqnozu rinoskopik məlumatlarla (irin ifraz edilməsi), boşluqların iki proyeksiyada  rentgenoqrafiyası, yuxarı çənə boşluğu üçün isə, bundan başqa, iynə ilə deşilmə sınağı vasitəsilə təsdiq edilməlidir. Xroniki polipoz sinuitin  diaqnozu burunətrafı boşluqların kontrast maddə ilə iki proyeksiyada rentgenoqrafiyası və (və ya) rentgentomoqrafiyası ilə təsdiq  olunmalıdır.

 «c» bəndinə burunətrafı boşluqların, yuxarı tənəffüs yollarının toxumalarının distrofiyası əlamətləri və əmək itkiləri ilə bağlı tez-tez  kəskinləşmələri olmayan, xroniki irinsiz xəstəlikləri (sinuitlərin kataral, seroz, vazomator və digər irinsiz formaları) aiddir. İlkin hərbi  qeydiyyata götürülən vətəndaşlar həmin xəstəliklərlə müalicəyə təyin olunurlar.

 Əgər diaqnostik punksiya zamanı irin və ya transudat alınmamışsa və yuxarı çənə boşluğunun deşiyinin keçirmə qabiliyyəti saxlanmışsa,  sərbəst burun tənəffüsü olduqda burun arakəsməsinin əyriliyi, yuxarı tənəffüs yollarının salikli qişasının davamsız subatrofik təzahürləri,  yuxarı çənə boşluğunun selikli qişasının divaryanı qalınlaşması, habelə burunətrafı boşluqlardakı cərrahi əməliyyatdan sonrakı qalıq  təzahürləri (ağız dəhlizinin keçid büküşünün düzxətli kəsik yeri, cərrahi əməliyyat aparılmış boşluqla burun boşluğunun deşiklə birləşməsi  və ya rentgenoqrammada vual) bu maddənin tətbiqi üçün əsas deyil, hərbi xidmətkeçməyə, hərbi tədris müəssisələrinə və C. Naxçıvanski  adına hərbi litseyə daxil olmağa maneə deyildir.

 Xroniki dekompensasiya olunmuş tonzillit dedikdə, xroniki tonzillitin tez-tez kəskinləşmələrlə (ildə 2 dəfə və daha çox), tonzillogen  intoksikasiyanın (subfebrilitet, tez yorulma, süstlük, kefsizlik) olması, badamcıqətrafı toxumaların və regionar limfa düyünlərinin iltihab  prosesinə cəlb edilməsi ilə (paratonzilyar abses, regional limfoadenit) xarakterizə olunan forması başa düşülməlidir.

 Xroniki dekompensasiya olunmuş tonzillitin obyektiv əlamətlərinə badamcıq vəzisini qaşıqla basdıqda və ya onun zonlaşdırılması zamanı  lakunadan irinin və ya kareoz tıxacların çıxması, damaq badamcığı vəzilərində kobud çapıq yerlərinin olması, damaq cinahlarının  hipertemiyası və ödemi, onların badamcıq vəziləri ilə bitişməsi, epitelaltı təbəqədə irinləmiş folikulların olması, döş-körpücük sümüyü,  məməyəbənzər əzələlərin qabaq kənarı boyu limfa düyünlərinin böyüməsi aiddir.

 Xroniki tonzillitin digər formaları bu maddələrin tətbiqi üçün əsas deyil. Hərbi xidmətkeçməyə, hərbi tədris müəssisələrinə və C. Naxçıvanski  adına hərbi litseyə daxil olmağa maneə deyildir.

 Xroniki tonzillitin bütün formaları ilə vətəndaşlar, ilkin hərbi qeydiyyata götürülərkən, müaliyəcə təyin olunurlar.

 Qulağın barofunksiyalarının pozulmasının davamlı və mühüm dərəcəli xarakteri, qulaq manometriyasının köməyi ilə təkrar müayinələrin  məlumatlarına əsasən təyin edilir. Şübhəli hallarda qulaqlara üfürmənin köməyi ilə manometriya keçirilir. Daha etibarlı məlumatlar  barokamerada (rekompression kamerada) əlavə funksional müayinə zamanı əldə olunur.

 Dalğıc ixtisası üzrə təhsil almaq üçün seçilən şəxslər, onlarda eşitmə borusunun yaxşı keçiriciliyi (I, II dərəcəli barofunksiya) olduqda yararlı,  III dərəcəli davamlı barofunksiya ilə yararsız hesab edilirlər.

 III dərəcəli davamlı barofunksiya mövcud olduqda dalğıc hərbi-uçot ixtisası üzrə təhsil alanların və xidmət keçənlərin yararlılığı fərdi təyin  edilir, IV dərəcəli barofunksiya olduqda isə onlar yararsız hesab edilirlər.

 Burunətrafı boşluqların barofunksiyasının pozulması şəhadətləndi-rilənin şikayətləri, burun boşluğunun vəziyyəti, barokamerada təzyiqin  dəyişmələrinə dözümlülüyün, burunətrafı boşluqların sınaqdan əvvəlki və sonrakı rentgenoloji müayinələri ilə, tibbi və xidməti  xasiyyətnamələrin məlumatları əsasında təyin edilir.

Maddə 50

 Bu maddə, müalicənin qeyri-qənaətbəxş nəticələri olduqda və ya ondan imtina olunduqda qırtlağın və ya nəfəs borusunun boyun hissəsinin  xəstəliklərini, zədələnmələrinin nəticələrini nəzərdə tutur.

 «a» bəndinə səsyaranmanın, təbii tənəffüs yolları ilə tənəffüsün ayrıcı funksiyanın davamlı surətdə olmaması aiddir.

 «b» bəndinə obstruktiv tip üzrə II dərəcəli tənəffüs çatışmazlığı ilə tənəffüsün davamlı çətinləşməsi, səsyaranmanın davamlı çətinləşməsi  (xırıltılılıq, səsin quruluğunun zəifləməsi) aiddir.

 «c» bəndinə, obstruktiv tip üzrə I dərəcəli tənəffüs çatışmazlığı ilə tənəffüsün çətinləşməsi aiddir.

Maddə 51

 «a» bəndinə III dərəcəli tənəffüs (ağ ciyər) çatışmazlığı ilə bronx-ağ ciyər aparatının və plevranın xroniki xəstəlikləri, ağ ciyərin irinli  xəstəlikləri aiddir.

 «b» bəndinə II dərəcəli tənəffüs çatışmazlığı ilə bronx-ağ ciyər aparatının xroniki xəstəlikləri aiddir. Eləcə də, tənəffüs çatışmazlığının  dərəcəsindən asılı olmayaraq, I-II mərhələ xroniki pnevmoniyadan və bronxoektazlardan əzəb çəkən vətəndaşlar, ilkin hərbi qeydiyyata  götürülərkən, hərbi xidmətə çağırılarkən, hərbi xidmətə könüllü daxil olarkən, habelə çağırış üzrə və ya «Xəstəliklər cədvəlinin» III qrafası  ilə şəhadətləndirilən əsgərlər, matroslar, çavuşlar da bu bənd üzrə şəhadətləndirilirlər.

 Ağ ciyərin emfizeması və ya onsuz, xroniki pnevmoniya, xroniki diffuz bronxiti olan zabitlərin hərbi xidmətə yararlılıq kateqoriyası tənəffüs  (ağ ciyər) çatışmazlığının dərəcəsindən asılı olaraq təyin edilir.

 I dərəcəli tənəffüs çatışmazlığı ilə müşayiət olunan, tez-tez residiv verən (ildə 3 dəfədən çox) xroniki diffuz bronxitlə çağırış üzrə hərbi xidmət  keçən əsgərlər, matroslar və çavuşlar bu maddənin «b» bəndi üzrə şəhadətləndirilirlər.

 Sarkoidoz və ağ ciyərlərin digər disseminasiya olunmuş xəstəliklərindən əzab çəkən vətəndaşlar, ilkin hərbi qeydiyyata götürülərkən, hərbi  xidmətə çağırılarkən, hərbi xidmətə könüllü daxil olarkən, həmçinin çağırış və ya «Xəstəliklər cədvəlinin» III qrafası ilə şəhadətləndirilən  əsgərlər, matroslar və çavuşlar, xəstəliyin mərhələsindən və tənəffüs (ağ ciyər) çatışmazlığının dərəcəsindən asılı olaraq, «a» və ya «b»,  zabitlər isə «a», «b» və ya «c» bəndi üzrə şəhadətləndirilirlər. Xəstəliyin diaqnozu histoloji müayinənin nəticələri ilə təsdiq edilməlidir. Xəstə  diaqnostik punksiyadan imtina etdikdə, diaqnoz kliniki və laborator məlumatların məcmusu üzrə təyin edilir.

 Tənəffüs (ağ ciyər) çatışmazlığı dərəcələrinin göstəriciləri I nömrəli «Tənəffüs (ağ ciyər) çatışmazlığı dərəcələrinin göstəriciləri» cədvəlində  verilmişdir. (İxtisaslaşmış səhiyyə müəssisələri və ya hərbi-tibb müəssisələri üçün daha məlumatlı göstəricilərdən istifadə edilməsi  mümkündür).

Maddə 52

 Bronxial astma diaqnozu stasionar müayinədən sonra təyin edilməlidir.

 «a» bəndinə xəstənin təkrar stasionar müalicəsini tələb edən, hormonal asılılıqlı, II-III dərəcəli ağ ciyər və ağ ciyər-ürək çatışmazlığı ilə  müşayiət olunan, təngnəfəsliyin ağır və tez-tez baş verən tutmalarına xas olan (hər həftə, çox vaxt astmatik vəziyyət) bronxial astma aiddir.

 «b» bəndinə, ayda bir dəfədən az olmayaraq təkrarlanan təngnəfəslik tutmaları müxtəlif bronxgenişləndirici dərmanların parenteral qəbul  edilməsi ilə aradan qaldırılan bronxial astma aiddir. Tutmalararası dövrdə I-II dərəcəli tənəffüs çatışmazlığı qalır.

 «c» bəndinə bronxial astmanın, bronxgenişləndirici dərmanlarla asan aradan qaldırılan, ildə 2-3 dəfədən artıq olmayaraq, qısamüddətli  təngnəfəslik tutmaları olan və tutmadan kənar dövrdə I dərəcəli tənəffüs çatışmazlığı ilə müşayiət olunan formaları aiddir.

 «ç» bəndinə bronxial astmanın 3 il və daha artıq müddətdə tutmaları olmayan formaları aiddir.

 Bronxospastik sindromların (obturasion, endokrin-humoral, nevrogen, toksiki və s.) digər xəstəliklərin fəsadlaşması hallarında, hərbi  xidmətə yararlılıq kateqoriyası əsas xəstəliyin gedişindən asılı olaraq, «Xəstəliklər cədvəlinin» müvafiq maddələri üzrə təyin edilir.

Maddə 53

 Bu maddə ilə ilkin hərbi qeydiyyata götürülərkən və hərbi xidmətə çağırılarkən, vətəndaşların hərbi xidmətə müvəqqəti yararsızlığı  haqqında qərar kəskin pnevmoniyanın yalnız fəsadlaşmış gedişi hallarında (irinləmə, para- və metapnevmotik eksudativ plevritlər,  atelektazlar, geniş plevral şvartlar, viruslu pnevmoniyalardan sonra mühüm dərəcədə ifadə olunmuş astenizasiya və s.) çıxarılır.

 Hərbi qulluqçuların xəstəliyə görə məzuniyyətə ehtiyacı olması haqqında rəy, kəskin pnevmoniyaların, plevritlərin bütün hallarında çıxarılır.

 Ağ ciyərlərin xroniki xəstəliklərinin kəskinləşməsinin stasionar müalicə tələb etməyən qalıq təzahürləri olduqda, hərbi qulluqçular barəsində,  hərbi xidmət vəzifələrindən müvəqqəti azad edilməyə ehtiyac olması haqqında rəy çıxarılır.

Həzm orqanlarının xəstəlİklərİ

Maddə 54

 «c» bəndi karioz, plomblanmış və ya çəkilmiş dişlərin cəmi 9-dan artıq olduqda və bunların ən azı 4 diş, plomblanmış kök kanalı olan dişlər  də daxil olmaqla, pulpa və periodontun zədələnməsi ilə müşayiət olunan xroniki iltihabın kliniki və ya rentgenoloji əlamətləri olduqda tətbiq  edilir.

 Dişlərin ümumi sayını hesablayarkən ağıl dişləri nəzərə alınmır. Dişlərin köklərinin protezləşdirmə üçün istifadə etmək mümkün olmadıqda,  dişlərin yoxluğu kimi hesab edilirlər. Çıxarılmayan protezlə əvəz edilmiş dişlər, onların yoxluğu hesab edilmir.

 Dinc dövrdə adentiyalara görə şəhadətləndirilmə yalnız protezləşdirmədən sonra keçirilir.

Maddə 55

 Bu maddənin tətbiq edilməsi üçün əsas, şəhadətləndirilənlərdə paradontitin generalizə olunmuş (yayılmış) formasının, tez-tez  kəskinləşmələrlə və absesləşmə ilə müşayiət olunan parodontozun olmasıdır.

 Parodontit, parodontoz diaqnozu, bütün diş-çənə sisteminin rentgenoqrafiyası ilə və yanaşı gedən xəstəliklərin aşkar edilməsi ilə müfəssəl  müayinəsindən sonra təyin edilir. Parodontoz və parodontit xəstəliyi olan vətəndaşlar ilkin hərbi qeydiyyata götürülərkən müalicəyə təyin  edilirlər.

 «a» bəndinə parodontal cibin dərinliyinin 5 mm və daha artıq diş yuvasının sümük toxumasının kökün uzunluğunun 2/3-nə qədər  rezorbsiyası, II-III dərəcəli diş laxlaması ilə müşayiət olunan parodontit aiddir.

 «b» bəndinə ağız boşluğunun selikli qişasının çətin müalicə olunan xəstəlikləri aiddir. Stomatitlər, xeylitlər, gingivitlər, leykoplakiyalar və  prekanserozlar da daxil edilməklə, digər xəstəliklər olduqda, vətəndaşlar ilkin hərbi qeydiyyata götürülərkən müalicəyə təyin edilirlər.

 «c» bəndinə əsasən dişlərarası arakəsmələrin nahiyəsində diş əti cibinin dərinliyi 3 mm-ə qədər olan, dişlərarası arakəsmələrin sümük  toxumasının dağılmasının başlanğıc dərəcəsi, dişlərarası arakəsmələrin hündürlüyünün 1/3-dən az azalması ilə səciyyələnən, lakin dişlərin  laxlaması olmayan yüngül dərəcəli parodontit aiddir.

Maddə 56

 «a» bəndinə müalicədən (o cümlədən cərrahi müalicədən) səmərə olmadıqda və ya ondan imtina edildikdə, alt çənənin cərrahi müalicədən  sonrakı transplantlarla əvəz edilməmiş defektləri, çənə-üz nahiyəsinin defektləri və deformasiyaları, habelə çənələrin tüpürcək vəzilərinin,  gicgah-çənə oynaqlarının tez-tez kəskinləşən («Xəstəliklər cədvəlinin» I-II qrafası ilə şəhadətləndirilənlər üçün ildə 2 dəfədən çox, III qrafa ilə  şəhadətləndirilənlər üçün ildə 4 dəfədən çox) xroniki xəstəlikləri, gicgah-alt çənə oynaqlarının ankilozu, alt çənənin kontakturası və yalançı  oynaqları aiddir. Bu bəndə eləcə də çənə-üz nahiyəsinin müalicə olunmayan aktinomikozu da aiddir.

 Bəzi hallarda hərbi xidmət vəzifələrini faktiki icra etmək qabiliyyətindən, hərbi hissə komandanlığının və hissə həkiminin rəyindən asılı  olaraq, çənə-üz nahiyəsinin qazanılma defektləri və deformasiyaları olan zabitlər, ortopedik müalicə metodlarının kafi nəticələrilə «b» və ya  «c» bəndi üzrə şəhadətləndirilə bilərlər.

 «b» bəndinə dişlərin üst-üstə düşməməsinin 5 mm-dən artıq olması və N. İ. Aqapova görə çeynəmə səmərəliyinin 60 faizdən aşağı düşməsi ilə  səciyyələnən, II-III dərəcəli anomaliyalar, tez-tez kəskinləşmələrlə (ildə 3 dəfədən az olmayaraq) xronki sialoadenitlər, müalicəsi kafi nəticələr  verən çənə-üz nahiyəsinin aktinomikozu, çənələrin, sekvestral boşluqların və sekvestrlərin olması ilə müşayiət olunan xroniki osteomieliti  aiddir. Vətəndaşlar ilkin hərbi qeydiyyata götürülərkən həmin xəstəliklərlə müalicəyə təyin olunurlar. Hərbi qulluqçular müalicədən sonra,  «Xəstəliklər cədvəlinin» 61-ci maddəsi üzrə şəhadətləndirilirlər. Cərrahi müalicədən imtina edildikdə və ya cərrahi əməliyyatın qeyri-kafi  nəticəsi olduqda, şəhadətləndirilmə «a» və ya «b» bəndi üzrə keçirilir.

 Əgər dişlərin bir-birinin üstünə düşməməsinin anomaliyalarına görə cərrahi müalicədən sonra 6 aydan az vaxt keçmişsə, vətəndaşlar ilkin  hərbi qeydiyyata götürülərkən, hərbi xidmətə çağırılarkən, hərbi xidmətə könüllü daxil olarkən hərbi xidmətə müvəqqəti yararsız hesab  edilirlər.

 60 faiz və daha artıq çeynəmə səmərəliliyi ilə II dərəcəli dişlərin bir-birinin üstünə düşməməsi anomaliyası (diş cərgələrinin 5 mm-dən artıq və  10 mm-ə qədər daxil olmaqla yerdəyişməsi) olduqda şəhadətləndirilmə bu maddənin «ç» bəndi üzrə keçirilir.

 I dərəcəli dişlərin bir-birinin üstünə düşməsi anomaliyasının (diş cərgələrinin 5 mm-ə qədər daxil olmaqla yerdəyişməsi) olması bu maddənin  tətbiqi üçün əsas deyil, hərbi xidmət keçməyə, hərbi tədris müəssisələrinə daxil olmağa maneə deyil.

Maddə 57

 Xora xəstəliyi diaqnozu stasionarda hökmən hipotoniya şəraitində, rentgenoloji və (və ya) endoskopik müayinə ilə təsdiq olunmalıdır.

 «a» bəndinə cərrahi müalicəyə əks göstəriş olduqda və ya ondan imtina olunduqda, penetrasiya, mədə çıxacağının stenozu (kontras  maddənin mədədə 24 saatdan artıq ləngiməsi) ilə fəsadlaşmış, qidalanmanın zəifləməsi ilə müşayiət olunan mədənin və onikibarmaq  bağırsağın xora xəstəliyi, mədənin rezeksiyasının mədə-bağırsaq anostomozu qoyulmasının, həzm funksiyasının mühüm dərəcədə pozulması  ilə müşayiət olunan nəticələri aiddir. Bu bəndə eləcə də mədə-bağırsağın anostomoz qoyulması ilə kökcük və ya selektiv vaqotomiyanın  həzm funksiyasının mühüm dərəcədə pozulması ilə (müalicəsi səmərəsiz olan dempinq-sindrom, arasıkəsilməz islah, qidalanmanın zəifləməsi  davamlı anostomozitlər, anostomozların xoraları və s.) nəticələri, qan itkisinin həcmi 2 litrdən artıq (dövranedici qanın həcminin 30 faizə  qədər azalması) olmaqla təkrarı massiv qastroduodenal qanaxmalarla fəsadlaşan xora xəstəliyi də aiddir.

 «b» bəndinə mədənin və onikibarmaq bağırsağın xora xəstəliyi tez-tez (ildə 2 və daha artıq) və uzunmuddətli (2 aydan artıq)  kəskinləşmələrlə, soğanaqdankənar xora ilə, soğanağın və ondan kənar çoxlu xoralarla, yerdəyişən kallez xoralarla və ya soğanağın və ya  soğanaqdankənar zonanın uzun müddət sağalmayan xoraları, habelə onikibarmaq bağırsağın fasiləsiz residivləşən xora xəstəliyi aiddir. Bu  bəndə, həmçinin perforasiya və ya qanaxma ilə fəsadlaşmış mədənin və onikibarmaq bağırsağın xora xəstəliyi və ya onikibarmaq bağırsağın  soğanağının kobud çapıq deformasiyası ilə fəsadlaşması, kötük və ya selektiv vaqotomiyanın, mədə-bağırsaq anostomozunun qoyulmasının  nəticələri aiddir.

 «Xəstəliklər cədvəlinin» III qrafası ilə, həzm funksiyası pozulmamış, nadir (ildə 1 dəfə) kəskinləşmələrlə, onikibarmaq bağırsağın  soğanağının cüz`i deformasiyası ilə müşayiət olunan mədənin və onikibarmaq bağırsağın xora xəstəliyi olan hərbi qulluqçular «c» bəndi  üzrə şəhadətləndirilirlər.

 Stasionar şəraitdə birinci dəfə təyin olunmuş mədənin və onikibarmaq bağırsağın xora xəstəliyi diaqnozu ilə «Xəstəliklər cədvəlinin» I  qrafası ilə şəhadətləndirilənlər «c» bəndi ilə, II qrafası üzrə şəhadətləndirilənlər 61-ci maddə ilə hərbi xidmətə müvəqqəti yararlı hesab  edilirlər. Residiv olanda xəstəliyin gedişindən və remissiyanın müddətindən (davamlığından) asılı olaraq, «a», «b» və ya «c» bəndi üzrə  şəhadətləndirilirlər.

 Xəstəliyin remissiya fazasında müayinə zamanı onikibarmaq bağırsağın soğanağının keçirilmiş xorasının etibarlı əlaməti soğanaqda kobud  çapıq deformasiyasının (onikibarmaq bağırsağın kobud deformasiyası), ləng (kontras maddənin mədədə 2 saatdan artıq ləngiməsi) təxliyyə  ilə müşayiət olunan, sün`i hipotoniya şəraitində, lazımi qaydada yerinə yetirilmiş duodenoqrafiyada aydın şəkildə aşkar edilən deformasiya  hesab edilir və (və ya) fibroqastroskopiya zamanı xoradan sonrakı çapığın, mədənin keçirilmiş xorasının əlaməti isə fibroqastroskopiya  zamanı xoradan sonrakı çapığın olmasıdır.

 Mədənin və onikibarmaq bağırsağın fəsadlaşmış simptomatik xoraları ilə hərbi xidmətə yararlılıq kateqoriyası, əsas xəstəliyin ağırlıq  dərəcəsindən və gedişindən asılı olaraq, «Xəstəliklər cədvəlinin» müvafiq maddələri üzrə təyin edilir. Fəsadlaşmış simptomatik xoralar ilə  «Xəstəliklər cədvəlinin» I, II, III qrafaları üzrə şəhadətləndirilənlərin hərbi xidmətə yararlılıq kateqoriyası, həzm funksiyalarının pozulması  dərəcəsindən asılı olaraq, bu maddənin «a», «b» və ya «c» bəndi üzrə təyin edilir.

 Mədənin, onikibarmaq bağırsağın xora xəstəliyinin kəskinləşməsi (residivi) dedikdə, qastroduodenal sistemin istənilən nahiyəsində təkrar  xora əmələ gəlməsi ilə, xəstədə müalicəyə qədər müşahidə olunmuş kliniki mənzərəni əsas əlamətlərlə təkrarlayan kliniki simtomokompleks  başa düşülür.

Maddə 58

 «a» bəndinə qara ciyərin serozu, qara ciyərin funksiyasının mühüm dərəcədə pozulması və ya portal hipertenziya əlamətləri ilə, xroniki aktiv  hepotitlərin şiddətlənən ağır formaları, həzm funksiyalarının kəskin dərəcədə pozulması ilə müşayiət olunan xroniki qeyri-spesifik xoralı  kolitlərin və enteritlərin ağır formaları, xəstənin ildə 4 dəfə və daha çox stasionar müalicəsini tələb edən, kəskinləşmələrlə və ya konservativ,  yaxud cərrahi müalicənin qeyri-qənaətbəxş nəticələri ilə xroniki residivləşən xolesistitlər və pankreatitlər, habelə biliodigestiv anastomozların  qoyulmasından sonrakı vəziyyətlər, cərrahi müalicədən sonrakı fəsadlaşmalar (öd, mədəaltı vəzi fistulları və s.) aiddir.

 «b» bəndinə aiddir:

 tez-tez (ildə 2 dəfə və çox) kəskinləşmələrlə və ya qara ciyərin funksiyasının mülayim dərəcədə pozulması ilə müşayiət olunan xroniki  lobulyar və persistəedici hepatitlər;

  stasionar müalicəsi uğursuzluqla nəticələnən, təkrari və uzunmuddətli hospitallaşdırma tələb edən, sekretor, turşu ifrazedici  funksiyaların pozulması, tez-tez kəskinləşmələrlə və qidalanmanın zəifləməsi ilə müşayiət olunan enteritlər, qastritlər,  qastroduodenitlər;

  həzm funksiyalarının pozulmasının dərəcəsindən və kəskinləşmələrin sayından asılı olmayaraq, residivli xroniki qeyri-spesifik xora  kolitləri, Kron xəstəliyi;

  müalicənin kafi nəticələri ilə, tez-tez (ildə 2 dəfə və çox) kəskinləşən xroniki xolesistitlər, pankreatitlər;

  cərrahi müalicəsi yalançı kista (marsupalizasiya və s.) ilə nəticələnən pankreatitlər.

 Öd kisəsinin çıxarılmasından və ya öd axarcıqlarının, öd kisəsinin xəstəliklərinin cərrahi müalicəsindən sonra yaxşı nəticələrə görə  vətəndaşlar ilkin hərbi qeydiyyata götürülərkən, hərbi xidmətə çağırılarkən, çağırış üzrə hərbi xidmət keçən hərbi qulluqçular «b» bəndinə  əsasən, «Xəstəliklər cədvəlinin» III qrafası ilə, hərbi xidmətə daxil olarkən «b» bəndi ilə, hərbi xidmət keçərkən isə «c» bəndi üzrə  şəhadətləndirilirlər.

 «c» bəndi sekretor funksiyanın cüz`i dərəcədə pozulması ilə müşayiət olunan xroniki qastritləri, qastroduodenitləri, öd yollarının  diskipeziyasını, fermentopaatiyaları (xoşxassəli) hiperbilirubinemiyaları, nadir kəskinləşmələrlə, müalicəsi yaxşı nəticələnən xroniki  xolesistitləri, pankreatitləri, həmçinin qara ciyərin exinokokk kistalarının (10 sm-dən kiçik) çıxarılması cərrahi əməliyyatlardan sonrakı  nəticələri (cərrahi əməliyyatdan sonra 3 aydan tez olmayaraq) nəzərdə tutur.

 Xroniki hepatiti olan vətəndaşlar ilkin hərbi qeydiyyata götürülərkən, hərbi xidmətə çağırılarkən, hərbi xidmətə könüllü daxil olarkən,  çağırış və hərbi xidmətə könüllü daxil olmuş, «Xəstəliklər cədvəlinin» III qrafası ilə şəhadətləndirilən əsgərlər, matroslar, çavuşlar «b» bəndi  üzrə şəhadətləndirilirlər.

 Xroniki hepatit diaqnozu ixtisaslaşdırılmış şöbə şəraitində müayinə olunmaqla və qara ciyərin punksiya biopsiyasının nəticələri ilə, biopsiya  keçirilməsi mümkün olmadıqda və ya ondan imtina edildikdə isə qara ciyərin zədələnməsinin sabitliyini təsdiqləyən kliniki, laborator,  instrumental müayinənin və 6 aydan az olmayaraq dispanser müşahidəsinin nəticələri ilə təsdiq edilməlidir.

Maddə 59

 «a» bəndinə aiddir:

 qazanılmış qida borusu-nəfəs yolu və ya qida borusu-bronx fistulları;

  sistematik milsalma və ya cərrahi müalicə tələb edən, mühüm dərəcəli kliniki təzahürlərlə qida borusunun çapıq daralmaları və ya  sinir-əzələ xəstəlikləri;

  yeridikdə və ya bədən şaquli vəziyyətə gətirildikdə düz bağırsağın bütün qatlarının çıxması (III mərhələ);

  qeyri-təbii anus, cərrahi müalicənin yekun mərhələsi kimi bağırsaq və ya nəcis fistulu;

  anus sfinkterinin III dərəcəli çatışmazlığı;

  davamlı və ya tez-tez açılan fistullarla xroniki paraproktit (zabitlər «b» bəndi üzrə şəhadətləndirilirlər).

 «b» bəndinə aiddir:

 həzmin pozulması və qidalanmanın zəifləməsi ilə müşayiət olunan nazik bağırsağın (1,5 m-dən az olmayaraq) və ya yoğun bağırsağın  (30 sm-dən az olmayaraq) rezeksiyası halları (6 aydan gec olmayaraq);

  cərrahi müalicə tələb etməyən, kliniki təzahürlərlə qida borusunun divertikulları;

  konservativ müalicənin nəticələri qeyri-qənaətbəxş olduqda, qida borusunun çapıq daralması və sinir-əzələ xəstəlikləri;

  təkrar stasionar müalicə tələb edən periton boşluğundan təxliyyə funksiyasının pozulması ilə bitişmə prosesi (bitişmə prosesi  rentgenoloji (endoskopik) müayinənin məlumatları ilə təsdiq olunmalıdır);

  II mərhələ düz bağırsaq çıxması;

  anus sfinkterinin I-II dərəcəli çatışmazlığı;

  xroniki paraproktitin residivi.

 «c» bəndinə funksiyaların cüz`i pozulması ilə qida borusunun, bağırsaqların və peritonun xəstəlikləri, habelə kəskinləşməmiş xroniki  paraproktit aiddir.

 Düz bağırsağın çıxması, bağırsaq və nəcis fistulları, anusun daralması və ya sfinkterin çatışmazlığı olduqda, şəhadətləndirilənlərə cərrahi  müalicə təklif olunur. Cərrahi əməliyyatdan sonra hərbi qulluqçulara «Xəstəliklər cədvəlinin» 61-ci maddəsi üzrə xəstəliyə görə məzuniyyət  verilir, əgər cərrahi əməliyyatdan sonra 6 aydan az vaxt keçmişsə, vətəndaşlar ilkin hərbi qeydiyyata götürülərkən və hərbi xidmətə  çağırılarkən 6 ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız hesab edilirlər. Hərbi xidmətə yararlılıq kateqoriyası müalicənin  nəticələrindən asılı olaraq təyin edilir. Xəstəlik residiv verəndə və ya müalicədən imtina edildikdə, rəy bu maddənin «a» və ya «b» bəndi üzrə  çıxarılır.

 Nazik və ya yoğun bağırsağın rezeksiyasından sonrakı hallar, həmin bağırsaqların rezeksiya edilmiş hissəsinin uzunluğundan asılı  olmayaraq, həzm funksiyasının pozulması və qidalanmanın zəifləməsi ilə müşayiət olunmayan hallar «ç» bəndinə aiddir.

Maddə 60

 Yırtıq olduqda «Xəstəliklər cədvəlinin» I-III qrafaları üzrə şəhadətləndirilənlərə cərrahi müalicə təklif olunur. Uğurlu müalicədən sonra  onlar hərbi xidmətə yararlıdırlar.

 Bu maddənin tətbiqi üçün əsas müalicənin qeyri-qənaətbəxş nəticələri (cərrahi müalicədən sonra xəstəliyin residivi) və ya müalicədən imtina  edilməsi, habelə müalicənin aparılmasına əks göstərişlərdir.

 «a» bəndinə əl vasitəsilə yerinə salınmasını və ya bədənin üfüqi vəziyyətini tələb edən və ya daxili orqanların funksiyasını pozan residivli,  böyük ölçülü xarici yırtıqlar, döş qəfəsi orqanlarının funksiyasını pozan və ya tez-tez (ildə 2 dəfə və daha çox) boğulmalarla təzahür olunan  diafraqmal yırtıqlar (o cümlədən, diafraqmanın qazanılmış relaksiyası da), yerinə qaytarılmayan ventral yırtıqlar aiddir.

 «b» bəndinə müalicənin kafi nəticələri ilə, «a» bəndində göstərilən pozuntularla müşayiət olunmayan, diafraqmanın qida borusu deşiyinin  yırtıqları, bədənin şaquli vəziyyətində cüz`i fiziki ağırlıqdan, öskürəkdən təzahür edən orta ölçülü residivi, boğulmağa meylli xarici yırtıqlar,  habelə qurşaq gəzdirilməsini tələb edən ventral yırtıqlar aiddir. Bu bəndə, həmçinin yırtığın cərrahi müalicədən sonra bir dəfə residivi də  aiddir.

 «a» və «b» bəndində göstərilən hallardan başqa, birinci dəfə aşkar edilmiş yırtıqlarla «Xəstəliklər cədvəlinin» I qrafası ilə sənədləşdirilənlər  61-ci maddəyə əsasən, çağırış vaxtı 6 ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız sayılırlar.

 Kiçik göbək yırtığı, qarının ağ xəttinin peritonönü piy şişi, habelə fiziki ağırlıq gücənmə zamanı yırtıq qabartması olmadan qasıq  həlqələrinin genişlənməsi bu maddənin tətbiqi üçün əsas deyil, hərbi xidmət keçməyə, hərbi tədris müəssisələrinə və C. Naxçıvanski adına  hərbi litseyə daxil olmağa maneə hesab edilmir.

Maddə 61

 Bu maddəyə habelə sonradan təkrar sənədləşdirməklə həzm pozulması və qidalanmanın zəifləməsi ilə müşayiət olunmayan, nazik və ya  yoğun bağırsağın rezeksiyasından sonrakı vəziyyətlər aiddir.

Dərİnİn və dərİaltı bİrləşdİrİcİ toxumanın xəstəlİklərİ

Maddə 62

 «b» bəndinə, habelə çoxlu konqlobat aknelər, müayinə və müalicədən sonra, başqa və dərinin açıq sahələrində məhdud, lakin iri psoriaz  piləkləri də aiddir. Xəstənin ovcunun sahəsinə bərabər və artıq ölçüdə psoriaz piləklərini iri hesab etmək lazımdır.

 İldə iki dəfə və daha artıq kəskinləşən dəri xəstəlikləri tez-tez residiv verən formalar hesab edilir.

 Dəri xəstəliklərinin nadir residiv verən formalarına son üç il müddətində bir dəfədən az olmayaraq kəskinləşməsi halları aiddir.

 «ç» bəndinə ekzemanın son üç il müddətində residiv olmayan, məhdud formaları aiddir.

 Son üç il müddətində residiv olmayan, anamnezdə atipik dermatitin (eksudativ diatezin, uşaq ekzemasının, neyrodermitin) olması bu  maddənin tətbiqi üçün əsas deyil, hərbi xidmətkeçməyə, hərbi tədris müəssisələrinə və C. Naxçıvanski adına hərbi litseyə daxil olmağa  maneə hesab edilmir.

 Dəri xəstəliklərinin yayılmış formaları dəri örtüyünün xeyli (50 faizdən artıq) səthində disseminasiya olunmuş səpgilərlə xarakterizə olunur.

 «c» bəndində göstərilmiş dəri xəstəliklərinin məhdud formaları dedikdə, zədələnmənin müxtəlif ölçülərdə tək-tək mənbələri, o cümlədən  müxtəlif anatomik nahiyələrdə xəstənin ovcunun sahəsi boyda mənbələri başa düşülür. Ekzema olduqda anatomik nahiyələrdən birinin  (pəncə, baldır, əl, baş, qulaq s.) zədələnməsi məhdud zədələnmə kimi qiymətləndirilir.

Maddə 63

 Yuva dazlığının yayılmış forması dedikdə, hər biri diametrdə 10 sm-dən az olmayan ölçüdə üçdən artıq keçəllik mənbəyinin olması,  dazlıqlar qatışdıqda isə başın tüklük hissəsinin 50 faizdən artıq sahəsində tüklərin bitməməsi başa düşülür.

 Vitiliqonun yayılmış forması dedikdə, müxtəlif anatomik nahiyələrin dəri örtüyündə çoxsaylı depiqmentasiya ləkələrinin olması başa  düşülür.

 «a» bəndinə, habelə kosmetik qüsur hesab edilən sifətdəki vitiliqo ocaqları da aiddir.

 Residiv verən Kvinke ödemləri və (və ya) xroniki örədən əzab çəkən, «Xəstəliklər cədvəlinin» I, II qrafaları üzrə şəhadətləndirilənlər,  suluqların (utrikariyaların) 2 aydan az olmayaraq fasiləsiz residivi haqqında və uğursuz müalicədən sonra «b» bəndi üzrə şəhadətləndirilirlər.

 Məhdud sklerodermiyası olan şəxslərin şəhadətləndirilməsi, yalnız bu xəstəliyin pilək forması olduqda, zədələnmə ocaqlarının yayılma  sahəsindən, miqdarından və ölçülərindən asılı olmayaraq keçirilir. Məhdud sklerodermiyanın bir növü—«Ağ ləkələr xəstəliyi» bu maddənin  tətbiqi üçün əsas deyil, hərbi xidmətkeçməyə, hərbi tədris müəssisələrinə və C.Naxçıvanski adına hərbi litseyə daxil olmağa maneə hesab  edilmir.

Sümük-əzələ sİstemİ və bİrləşdİrİcİ toxumanın xəstəlİklərİ

Maddə 64

 «a» bəndinə birləşdirici toxumanın diffuz xəstəlikləri (sistemli qırmızı qurdeşənəyi, sistemli sklerodermiya, dermato (poil-)- miozit, ezinofil  fassiit, Şeqren xəstəliyi, birləşdirici toxumanın qarışıq xəstəlikləri və s.), habelə orqanların və sistemlərin dəyişikliklərinin təzahür olunma  dərəcəsindən, kəskinləşmə tezliyindən və funksional pozuntuların dərəcəsindən asılı olmayaraq sistemli vaskulitlər, düyünlü periarteriit,  Vegener sindromu, Vehset sindromu aiddir. Bu bəndə eləcə də funksiyaların mühüm dərəcədə pozuntuları ilə revmatoid artriti və  ankilozlaşan spondiloartrit (Bexterev xəstəliyi) və ya hərbi xidmət vəzifələrini icra etmək qabiliyyətinin davamlı itirilməsi ilə onların sistemli  formaları da aiddir.

 «b» bəndinə sistem əlamətləri olmayan, mülayim dərəcədə ifadə olunmuş ekssudativ-proliferativ dəyişikliklərlə və oynaqların funksional  çatışmazlığı ilə, oynaqların və onurğanın iltihabi xəstəliklərinin tədricən şiddətlənən formaları aiddir. Bu bəndə eləcə də prosesin aktivliyinin  klinik-laborator əlamətləri olan, revmatoid artritinin və Bexterev xəstəliyinin başlanğıc formaları da aiddir.

 «c» bəndinə oynaqların və onurğanın nadir kəskinləşən (ildə 1 dəfə) xroniki xəstəlikləri aiddir. Oynaqların ekssudativ-proliferativ  dəyişkənliklərinin, prosesin aktivliyinin laborator əlamətləri qaldıqda və müalicəsi uğursuz nəticələnmiş, kəskin iltihablı atropatiyaların uzun  müddət (6 ay və daha çox) davam etməsi hallarında, çağırış üzrə xidmət keçən hərbi qulluqçular da bu bənd üzrə şəhadətləndirilirlər.

 Reyter xəstəliyinin xroniki formaları və infeksiya ilə əlaqədar digər xroniki artritlər (reaktiv artritlər), habelə psoriatik artrit olduqda, hərbi  xidmətə yararlılıq kateqoriyası digər orqan və sistemlərin zədələnməsindən, hərəkətlərin həcminin qiymətləndirilməsi cədvəlinə («Xəstəliklər  cədvəlinin» 65-ci maddəsinin izahatına bax) əsasən oynaqların funksiyasının vəziyyətindən asılı olaraq, «a», «b» və ya «c» bəndi üzrə təyin  edilir.

 Reaktiv artritlərin xroniki formalarında, üç ildən artıq müddətdə xəstəliyin kəskinləşməməsi və oynaqların funksiyasının pozulması, bu  maddənin tətbiqi üçün əsas deyil, hərbi xidmətkeçməyə, hərbi tədris müəssisələrinə və C. Naxçıvanski adına hərbi litseyə daxil olmağa  maneə hesab edilmir.

 Oynaqların kəskin iltihabi xəstəliklərindən sonra şəhadətləndirilmə «Xəstəliklər cədvəlinin» 86-cı maddəsi üzrə keçirilir.

Maddə 65

 Sümüklərin və oynaqların xəstəlikləri ilə hərbi xidmətə yararlılıq kateqoriyası haqqında rəy, bir qayda olaraq, stasionar müayinədən və  müalicədən sonra çıxarılır. Bununla belə, xəstəliyin residivə və ya şiddətlənməyə meylliliyini, sağalmanın davamlılığını və hərbi xidmətin  xüsusiyyətlərini nəzərə almaq zəruridir. Müalicənin qeyri-qənaətbəxş nəticələri olduqda və ya cərrahi müalicədən imtina edildikdə, ətrafların  və oynaqların funksiyasından asılı olaraq, «a», «b» və ya «c» bəndi üzrə rəy çıxarılır.

 «a» bəndinə iri oynağın ankilozu və oynaq əmələ gətirən sümüklərin, oynağın qeyri-sabitliyinə səbəb olan defekti, hərəkətlərin mühüm  dərəcədə məhdudlaşması və patoloji hərəkətlilik, davamlı ağrı sindromu və ətraf əzələlərinin atrofiyası ilə iri oynaqların mühüm dərəcədə  ifadə olunmuş deformasiyaedici osteoartrozu, sekvestral boşluqların, sekvestrlərin, uzun müddət sağalmayan və ya tez-tez (ildə iki dəfə və  daha artıq) açılan fistulların olması ilə fərqlənən osteomielit aiddir.

 İri oynaqların funksional əlverişli vəziyyətdə və ya yaxşı funksional kompensasiyalı ankilozları ilə «Xəstəliklər cədvəlinin» III qrafası üzrə  şəhadətləndirilən şəxslərin hərbi xidmətə yararlılıq kateqoriyası «b» bəndi üzrə təyin edilir.

 «b» bəndinə aiddir:

 iri oynaqların azacıq fiziki ağırlıq nəticəsində əmələ gələn, oynağın ifadə olunmuş qeyri-sabitliyi (nizamsızlığı) və ya residivli sinoviti,  ətraf əzələlərinin mülayim dərəcədə ifadə olunmuş atrofiyası ilə müşayiət olunan tez-tez (ildə 3 dəfədən artıq) çıxmaları (burxulmaları);

  mühüm dərəcədə ifadə olunmuş ağrı sindromu ilə iri oynaqların birində deformasiyaedici osteoartroz;

  sümüklərin oynaq uclarının travmadan sonrakı deformasiyaları;

  hər il kəskinləşən (o cümlədən ilkin xroniki) osteomielit;

  ətrafın hərəkətinə və ya standart hərbi geyim forması, ayaqqabı və ya sursat gəzdirilməsinə mane olan hiperostozlar.

 «c» bəndinə az-az (ildə 3 dəfədən çox olmayaraq) baş verən çıxmalar (burxulmalar), orta dərəcəli fiziki ağırlıq və ya təkrar zədələnmə  nəticəsində oynaqların nizamsızlığı və sinoviti, sekvestral boşluqlar və sekvestrlər olmayan, nadir (2-3 ildən bir) kəskinləşən osteomielit  aiddir.

 Başa çatmamış prosesli xondropatiyalar ilə vətəndaşlar ilkin hərbi xidmətə götürülərkən, hərbi xidmətə çağırılarkən və hərbi xidmətə  könüllü daxil olarkən, «Xəstəliklər cədvəlinin» 86-cı maddəsi üzrə hərbi xidmətə müvəqqəti yararsız hesab edilirlər, sonradan isə müalicənin  nəticələrindən asılı olaraq, hərbi xidmətə yararlılıq kateqoriyası haqqında rəy 65-ci maddənin «c» və «ç» bəndi üzrə çıxarılır.

 Üç il və daha artıq müddətdə kəskinləşmə, sekvestral boşluqlar və sekvestrlər olmadıqda, osteomielit prosesi başa çatmış hesab edilir.

 İri oynağın çıxmasının (burxulmasının) təkrarlanması tibbi sənədlərlə və oynağın çıxmasının (burxulmasının) yerinə salınmasına qədərki və  ondan sonrakı rentgenoqrammalarla təsdiq olunmalıdır. Oynaq bəndlərinin və pərdəsinin zədələnməsi nəticəsində oynağın qeyri-sabitliyi  kliniki və rentgenoloji müayinələrlə təsdiq edilməlidir.

 Oynaqların qeyri-sabitliyinə görə şəhadətləndirilənlərə cərrahi müalicə təklif olunur. Uğurlu müalicədən sonra vətəndaşlar, hərbi xidmətə  çağırılarkən və hərbi xidmətə könüllü daxil olarkən, «Xəstəliklər cədvəlinin» 86-cı maddəsi üzrə 6 ay müddətinə hərbi xidmətə müvəqqəti  yararsız hesab edilirlər.

 Diz oynağının qeyri-sabitliyinin cərrahi müalicəsindən sonra şəhadətləndirilmə «a», «b» və ya «c» bəndi üzrə keçirilir.

 Uğurlu cərrahi müalicədən sonra hərbi qulluqçular barəsində, sonradan sıra, fiziki hazırlıq üzrə məşğələlərdən və bütün növ nəqliyyat  vasitələrini idarə etməkdən 6 ay müddətinə, oynaq bəndlərinin və pərdəsinin zədələnməsi səbəbindən diz oynağının qeyri-sabitliyinin  müalicəsindən sonra isə 12 ay müddətinə azad edilməklə, xəstəliyə görə məzuniyyətə ehtiyacı olmaları haqqında rəy çıxarılır.

 Sümüklərin kistoz degenerasiyası, iri oynağın ayırıcı osteoxondrozu olduqda cərrahi müalicə təklif olunur. Cərrahi müalicədən imtina  edildikdə və ya müalicə qeyri-qənaətbəxş nəticələnəndə, yararlılıq kateqoriyası haqqında rəy ətrafların və ya oynaqların funksiyalarının  pozulma dərəcəsindən asılı olaraq çıxarılır.

 Oynaqların funksiyalarının pozulmaması ilə Osqud-Şlatter xəstəliyi olan şəxslər hərbi xidmətə yararlı hesab edilirlər, «Xəstəliklər cədvəlinin»  I, II qrafaları üzrə şəhadətləndirilənlərə, ƏTS-yə müvafiq olaraq, təyinat göstəricisi 3 təyin edilir.

 Oynaqlarda hərəkətlərin həcmini qiymətləndirərkən, 2 nömrəli cədvəli — «Oynaqlarda hərəkətlərin həcminin qiymətləndirilməsi cədvəli»  rəhbər tutulmalıdır.

Maddə 66

 «a» bəndinə aiddir:

 tez-tez (ildə 3 dəfə və daha çox) kəskinləşmələrlə yoluxucu spondilit;

  daim ifadə olunmuş ağır sindromu və onurğanın qeyri-sabitliyi ilə III, IV dərəcəli spondilolistezi (fəqərə cisminin eninə diametrinin  yarıdan çoxunun yerdəyişməsi);

  onurğanın boyun hissəsinin qeyri-sabitlikdə müşayiət olunan deformasiyaedici spondilezi;

  komandanlığın xasiyyətnamələri, dispanser müşahidəsinin məlumatları (tibbi xasiyyətnamə), çoxlu əməkgünü itirilməsi (ildə 60 gün və  daha çox), son 2-3 ildə davamlı kliniki səmərəsi olmayan təkrar stasionar müalicə və tez-tez tibbi yardım üçün müraciətlə təsdiqlənən,  daimi güclü ağrı sindromu ilə müşayiət olunan, fəqərələrarası birləşmələr nahiyəsində və qapayıcı lövhəciklərin səviyyəsindən kənara  çıxan fəqərə onurğanın döş və bel hissəsinin çoxlu iri sümük artmalarla onurğanın döş və bel hissəsinin deformasiyaedici spondilezi;

  döş qəfəsinin kəskin deformasiyası (qabırğa dönqarı və s.) və restriktiv tipli III dərəcəli tənəffüs çatışmazlığı ilə onurğanın əyilmələri  (kifozlar, IV dərəcəli skoliozlar və s.)

 Onurğanın patoloji dəyişikliklərinin xarakteri çoxistiqamətli, yükləyici və funksional rentgenoloji və digər müayinələrlə təsdiq edilməlidir.

 «b» bəndinə aiddir:

 döş qəfəsinin orta dərəcədə deformasiyası və restruktiv tipli II dərəcəli tənəffüs çatışmazlığı ilə onurğanın osteoxondropatiyaları  (kifozlar, III dərəcəli struktur və qeyri-struktur skoliozlar);

  nadir kəskinləşmələrlə yoluxucu spondilit;

  fəqərələrarası oynaq nahiyəsində ağrı sindromu ilə, çoxsaylı massiv dimdiyəoxşar artmalarla yayılmış deformasiyaedici spondilez və  fəqərələrarası osteoxondroz;

  ağrı sindromu ilə I və II dərəcəli spondilezi spondilostez (müvafiq olaraq fəqərə cisminin eninə diametrinin j və S hissəsinin  yerdəyişməsi), «Xəstəliklər cədvəlinin» I və II qrafaları üzrə şəhadətləndirilənlər üçün isə, bundan əlavə, fəqərələrarası diskin  çıxarılmasından sonrakı vəziyyət.

 «c» bəndinə aiddir:

 fəqərələrin rotasiyası ilə müşayiət olunan onurğanın təsbit olunmuş qazanılma əyrilikləri (II dərəcəli skolioz, fəqərə cisminin qabaq  səthinin hündürlüyünün 2 və daha artıq dəfə azalması ilə 3 və daha çox fəqərənin pazaoxşar deformasiyası ilə osteoxondropatik kifoz  və s.);

  fiziki gərginlikdən ağrı sindromu, kliniki müayinə zamanı və rentgenoqrammada aşkar edilmiş deformasiyaların aydın anatomik  əlamətləri olan məhdud deformasiyaedici spondilez (3 və daha çox fəqərənin cisminin zədələnməsi) və fəqərələrarası osteoxondroz (3 və  daha çox fəqərələrarası diskin zədələnməsi).

 Spondilez anatomik cəhətdən qapayıcı lövhəciklərin bütün dairəsini əhatə edən dimdiyəbənzər artmalarla və fəqərə cisminin deformasiyası  ilə təzahür edir. Xondrozun kliniki təzahürünün əlamətləri onurğanın zədələnmiş hissəsinin statik funksiyasının pozulması — boyun (bel)  lordozunun düzəlməsi və ya kifozun əmələ gəlməsi, eyni bərabərli lordoz əvəzinə yerli lordoz və kifozun uyuşmasıdır. Fəqərələrarası  xondrozun rentgenoloji simptomları bunlardır:

 a) onurğanın formasının pozulması (statik funksiyanın pozulması);

 b) fəqərələrarası diskin hündürlüyünün azalması;

 c) fibroz halqasının ön hissəsində və ya pulpoz nüvədə əhəng duzlarının çökməsi;

 ç) fəqərə cismlərinin standart rentgenoqrafiya ilə təyin edilən yerdəyişməsi (qabaq, arxa, yan);

 d) seqmentdə hərəkətlilik patologiyası (dinamik funksiyanın pozulması);

 e) fəqərə cismlərinin bütün səthinin dəqiq konturunun qalması, onlarda destruktiv dəyişikliklərin olmaması.

 Fəqərələrarası osteoxondroz zamanı sadalanan əlamətlərlə yanaşı, disk müstəvisində əmələ gələn və fəqərə cisminin meydançasını davam  etdirən kənar artmaları, həmçinin aydın struktur təsvirli rentgenoqramlarda aşkar edilən subxondral osteoskleroz da əlavə olunur. Fiziki  gərginliklə ağrı sindromunun olması, şəhadətləndirilənin tibbi sənədlərində əks olunmuş tibbi kömək üçün dəfələrlə edilmiş müraciətlərlə  təsdiq edilməlidir. Məhdud deformasiyaedici spondilezun və fəqərələrarası osteoxondrozun yalnız sadalanan klinki və rentgenoloji  əlamətlərinin cəmi bu maddənin «c» bəndinin tətbiqi üçün əsas verir.

 Skoliozun dərəcəsi rentgenoloq tərəfindən rentgenoqramma üzrə skolioz bucaqlarının ölçülməsi əsasında təyin edilir:

 I dərəcə — 1-10 qradus;

  II dərəcə — 11-25 qradus;

  III dərəcə — 26-50 qradus;

  IV dərəcə — 50 qradusdan artıq (V. D. Çaklinə görə).

 «ç» bəndinə onurğanın təsbit olunmamış əyrilikləri, o cümlədən osteoxondropatik kifoz (xəstələnmənin son mərhələsi), funksiyaların  pozulması olmayan deformasiyaedici spondilezin və fəqərələrarası osteoxondrozun təcrid olunmuş təzahürləri aiddir.

 Simptomsuz keçən fəqərələrarası osteoxondroz (Şmorle yırtığı) bu maddənin tətbiqi üçün əsas deyil, hərbi xidmət keçməyə, hərbi tədris  müəssisələrinə və C. Naxçıvanski adına hərbi litseyə daxil olmağa maneə hesab edilmir.

 Onurğanın sagital müstəvidə hərəkətləri çox variasiyalıdır. Adətən, başın qabağa əyilməsi zamanı VII boyun fəqərəsinin qılçıqlı çıxıntısı ilə  peysər sütununun təpəciyi arasındakı məsafə 3-4 sm artır, başı arxaya əydikdə isə 8-10 sm azalır. VII boyun fəqərəsinin və I oma fəqərəsinin  qılçıqlı çıxıntıları aşağıdakı məsafədə qabağa əyilmə zamanı adi duruşla müqayisədə 5-7 sm artır, arxaya əyildikdə isə 5-6 sm azalır. Bel və  döş hissələrində yanakı hərəkətlər (əyilmələr) şaquli xətdən 25-30 dərəcə hədlərində mümkündür.

Maddə 67

 «a» bəndinə aşağıdakıların yoxluğu aiddir:

 əl oynaqları səviyyəsində iki əlin (əl oynaqları dedikdə, əli bazu önü ilə birləşdirən və mil-bilək, bilək, əl daraq arası, bilək-əl darağı,  biləkarası oynaqların, habelə distal mil-dirsək oynağının daxil olduğu oynaqlar kompleksi başa düşülür);

  hər əldə əl darağı-falanqa oynağı səviyyəsində 3 barmağın;

  hər əldə əsas falanqaların distal ucu səviyyəsində 4 barmağın;

  hər iki əldə əl darağı-falanqa səviyyəsində birinci və ikinci barmaqların, əl darağı-falanqa oynaqları səviyyəsində birinci barmağın.

 «b» bəndinə aiddir:

 əl oynağı səviyyəsində bir əlin olmaması;

  əlin əl darağı sümükləri səviyyəsində olmaması;

 darağ sümükləri səviyyəsində əlin olmaması;

  bir əldə: əldarağı-falanqa oynaqları səviyyəsində üç barmağın, əsas falanqaların distal ucu səviyyəsində dörd barmağın və ikinci  barmaqların və orta falanqaların distal ucu səviyyəsində ikinci-beşinci barmaqların olmaması;

  hər iki əldə əl darağı-falanqa oynağı səviyyəsində birinci barmaqların olmaması;

  üç və daha çox əl darağı sümüyünün köhnəlmiş çıxığı və ya defekti;

  üç və daha çox əl darağı-falanqa oynağının dağılması, defektləri və artroplastikadan sonrakı vəziyyəti;

  əlin və barmaqların qan dövranının kəskin pozulması və ya əlin xırda əzələlərinin işemiya kontrakturasının inkişafı ilə dirsək və mil  arteriyasının (və ya ayrılıqda onlardan hər birinin) zədələri;

  üç və daha çox barmağın bükücü əzələlərinin vətərlərinin əl darağı sümüklərinin səviyyəsindən proksimal köhnəlmiş zədələri və ya  defektləri;

  üç və daha çox barmağın davamlı kontrakturaya və ya trofikanın mühüm dərəcədə pozulmasına (anesteziya və digər pozuntular)  gətirib çıxaran köhnəlmiş zədələrinin məcmusu aiddir.

 «c» bəndinə:

 bir əldə falanqalararası oynaq səviyyəsində birinci barmağın və əsas falanqa səviyyəsində ikinci barmağın və ya orta falanqanın distal  ucu səviyyəsində üçüncü-beşinci barmaqların olmaması;

  bir əldə orta falanqaların distal ucu səviyyəsində ikinci-dördüncü barmaqların olmaması;

  hər əldə orta falanqaların proksimal ucu səviyyəsində üç barmağın olmaması;

  bir əldə əl darağı-falanqa oynağı səviyyəsində birinci və ya ikinci barmağın olmaması;

  hər iki əldə falanqalararası oynaq səviyyəsində birinci barmağın olmaması;

  bir əldə əsas falanqanın proksimal ucu səviyyəsində iki barmağın olmaması;

  hər iki əldə ikinci-dördüncü barmağın distal falanqasının olmaması;

  əl oynağı sümüklərinin köhnəlmiş çıxıqları, osteoxondropatiyaları və osteomieliti;

  əl oyağının ankilozu;

  iki əl darağı sümüyünün defektləri və ya yalançı oynaqları, üç və daha artıq əl darağı sümüyünün xroniki osteomieliti;

  iki əl darağı-falanqa oynağının dağılması, defektləri və artroplastikadan sonrakı vəziyyəti;

  iki barmağın bükücü əzələsinin vərəminin əl darağı sümüyü səviyyəsində və birinci barmağın uzun bükücü əzələsinin köhnəlmiş  zədələri;

  əlin funksiyalarının mülayim dərəcədə pozulması və trofiki pozuntularla müşayiət olunan əl strukturlarının, əl oynağının və  barmaqların zədələrinin məcmusu aiddir.  «ç» bəndinə əl strukturlarının və barmaqların «a», «b» və ya «c» bəndində göstərilməyən zədələri aiddir.

 Barmağın falanqasının proksimal başlığı səviyyəsində olmaması—falanqanın olmaması, barmaqların sümüklərinin, vətərlərinin,  damarlarının və sinirlərinin, qüsurlu vəziyyətdə davamlı kontrakturaların inkişafına gətirib çıxaran zədələri və xəstəlikləri barmaqların  olmaması kimi hesab edilir.

Maddə 68

 Bu maddə pəncənin təsbit olunmuş qazanılma deformasiyalarını nəzərdə tutur. «Xəstəliklər cədvəlinin» I-III qrafalarına əsasən, açıq pəncə  ilə şəhadətləndirilənlərin hərbi xidmətə yaralılıq kateqoriyasını təyin edərkən nəzərə almaq lazımdır ki, pəncənin boylama tağının yüksəlməsi  çox vaxt norma variantı olur. Yüksək daxili və xarici tağı olan (kəskin əyilmiş pəncə adlanan) arxa hissəsinin supinasiyası, qabaq hissəsinin  pronasiyası şəklində deformasiyası olduqda, pəncə açıq pəncə hesab edilir, pəncənin qabaq hissəsi yastılaşmışdır, geniş və bir qədər  salınmışdır, orta ayaq darağı sümüklərinin başlıqları altında döyülmələr var.

 «a» bəndinə qəbul edilmiş hərbi nümunəvi ayaqqabıdan istifadə edilməsi mümkün olmayan alt, varus daban, açıq pəncələr və pəncələrin  digər kəskin dərəcədə ifadə olunmuş dönməz əyrilikləri aiddir.

 «b» bəndinə aiddir:

 birinci barmağın uzaqlaşdıran kontrakturası, pəncə sümüklərinin ekzostozları və pəncənin kənara uzaqlaşdırılması və ya  aşıq-qayıqvari oynaqda artrozun olması ilə (bu halda «Xəstəliklər cədvəlinin» III qrafası ilə sənədləşdirilənlər üçün «c» bəndi tətbiq  edilir) III dərəcəli yastı pəncəlik;

  hər iki pəncədə əsas falanqalar səviyyəsində bütün barmaqların olmaması, birləşməsi və ya hərəkətsizliyi;

  hər iki pəncədə orta falanqalar səviyyəsində bütün barmaqların olmaması;

  patoloji dəyişikliklərlə (I-II dərəcəli yastı pəncəlik, pəncənin kiçik oynaqlarının artrozu və s.) müşayiət olunan, uzunmüddətli (3 aydan  artıq) müalicə hallarında pəncənin boruşəkilli sümüklərinin funksional (yüksəlmə) sınıqları.

 «c» bəndinə ekzostozları və əyrilikləri olmayan pəncənin III dərəcəli yastıpəncəliyi, bir pəncədə birinci barmağın və iki barmağın,  aşıq-qayıqvari oynaqda II mərhələ deformasiyaedici artroz ilə II dərəcəli yastıpəncəlik aiddir.

 Aşıq-qayıqvari oynaqlarda II mərhələ (artrozların kliniki-rentgenoloji təsnifatı) və ya ifadə olunmuş dəyişikliklər mərhələsində  deformasiyaedici artroz, oynaq yarığının xeyli dərəcədə daralması ilə xarakterizə olunur, həmişə (rentgenoqrammalarda aydın görünən)  ifadə olunmuş kənar sümük artımları (oynaq yarığının kənarından 1 mm-dən artıq) vardır. Sümüklərin, oynaq yarıqlarının ən çox  daralmaları ilə üzbəüz olan sahələrində subxondral osteoskleroz vardır, aşıq sümüyünün başlığı deformasiya olunmuşdur. Ağrılar (zəif məşq  etmiş və fiziki cəhətdən zəif inkişaf etmiş şəxslərdə uzun müddət ayaq üstə durmadan sonra) axşama doğru artır, dincəldikdən sonra isə  azalır, pəncələr pastozlu olurlar, xarici topuq nahiyəsində ödem əmələ gəlir. Pəncə pronasiya olunmuş, orta hissəsində uzanmış və  genişlənmişdir, boylama tağı aşağı düşmüşdür, qayıqvari sümük pəncənin medial kənarında dəri səthindən təsvir edilir. Yeriş yöndəmsizdir,  pəncə ucları kənarlara aralanmışdır. Pəncənin bütün oynaqlarında hərəkətin həcmi məhdudlaşa bilər. Müayinə zamanı ayaqaltında,  dabanın ortasında və daxili kənarında, pəncənin arxasında, onun mərkəzi hissəsində, qayıqvari və aşıq sümükləri arasında, daxili və xarici  topuqların altında, ayaq darağı sümüklərinin başlıqları arasında, əlavə ağırlıq nəticəsində baldır əzələlərində, biomexanikanın dəyişməsi  nəticəsində diz və bud-çanaq oynaqlarında, böyük fassiyanın həddən artıq gərginləşməsindən budda, lordozun kompensatorluğu  nəticəsində bel nahiyəsində xarakter ağrı nöqtələri mövcuddur. Rentgenoloji təsdiqlənmiş II dərəcəli yastıpəncəlik olduqda, aşıq-qayıqvari  oynaqlarda II mərhələ osteoartrozun yalnız sadalanan kliniki və rentgenoloji əlamətlərinin məcmusu «c» bəndini tətbiq etməyə əsas verir.

 «ç» bəndinə qəbul edilmiş hərbi nümunəvi ayaqqabının geyilməsinə uyğunlaşdırılması mümkün olan, cüz`i ağrı simptomu və statikanın  cüz`i pozulması ilə mülayim dərəcədə deformasiyalar, aşıq-qayıqvari oynaqda I mərhələ deformasiyaedici artrozla müşayiət olunan II  dərəcəli yastıpəncəlik aiddir.

 Açıq-qayıqvari I mərhələ deformasiyaedici artrozu və ya ilkin artroz əlamətləri mərhələsi oynaq yarığının cüz`i daralması və əmələ gəlməkdə  olan sümük artımları (oynaq yarığının kənarından 1 mm-dən az) ilə xarakterizə olunur.

 Şəhadətləndirilənin digər ayağında I dərəcəli yastıpəncəlik olduqda, rəy II dərəcəli yastıpəncəliyə görə çıxarılır.

 Pəncələrin patoloji dəyişikliyinin qiymətləndirilməsi üçün Çijin və Fridlyand indekslərindən istifadə olunur. Yastıpəncəlik rentgenoloji  müayinə ilə daha etibarlı şəkildə təyin olunur. Yük altında dayanma vəziyyətində pəncələrin profil rentgen çəkilişi yerinə yetirilir.  Rentgenoloq tərəfindən rengenoqramlarda üçbucaq üsulu ilə uzununa tağın bucağı və hündürlüyü təyin edilir. Normada tağın bucağı  125-130 dərəcəyə, hündürlüyü isə 39 mm-ə bərabərdir. I dərəcəli yastıpəncəlikdə: uzununa daxili ayaqaltı tağın bucağı 131-140 dərəcə,  hündürlüyü 35-25 mm;

 II dərəcəli yastıpəncəlikdə: uzununa daxili tağın bucağı 141-155 dərəcə, hündürlüyü 27-17 mm;

 III dərəcəli  yastıpəncəlikdə: uzununa daxili tağın bucağı 155 dərəcədən artıq, hündürlüyü 17 mm-dən azdır.

 I dərəcəli yastıpəncəlik, habelə aşıq-qayıqvari oynaqlarda artroz olmayan II dərəcəli yastıpəncəlik bu maddənin tətbiqi üçün əsas deyil, hərbi  xidmət keçməyə, hərbi tədris müəssisələrinə daxil olmağa maneə hesab edilmir.

 Ayaq darağı—falanqa oynağı səviyyəsində barmaq hissəsinin olmaması pəncədə barmağın olmaması hesab edilir. Barmağın tam bitişməsi  və ya hərəkətsizliyi onun yoxluğu hesab edilir.

 Yastıpəncəlik və pəncənin funksiyasını pozan və standart ayaqqabının geyilməsinə mane olan birinci barmağın digər deformasiyaları ilə  şəhadətləndirilmə «b» və ya «c» bəndi üzrə, pəncənin yalnız bir barmağı (birinci barmaqdan başqa) olmadıqda, yalnız ayaq darağı  sümüyünün ekzostozu olduqda və birinci barmağın kənara əyilməsi olduqda isə «c» bəndi üzrə keçirilir.

Maddə 69

 Bu maddə ətrafların qazanılma qısalmasını, o cümlədən sümüklərin sınıqdan sonrakı bucaq deformasiyası nəticəsində yaranan qısalmalarını  nəzərdə tutur.

 «a» bəndinə əlin və ya ayağın 8 sm-dən artıq qısalması aiddir.

 «b» bəndinə əlin və ya ayağın 5 sm-dən 8 sm-ə qədər qısalması aiddir.

 «c» bəndinə ayağın 2 sm-dən 5 sm-ə qədər qısalması aiddir.

 «ç» bəndinə əlin 5 sm-dək və ya ayağın 2 sm-dək qısalması aiddir.

 Ayağın qısalması ilə, «Xəstəliklər cədvəlinin» I-III qrafaları üzrə şəhadətləndirilənlərə, kompression-distraksion osteosintezdən istifadə  edilməklə müalicə təklif olunur. Müalicədən imtina edildikdə və ya onun nəticələri qeyri-qənaətbəxş olduqda, hərbi xidmətə yararlılıq  haqqında rəy bu maddənin müvafiq bəndi üzrə çıxarılır.

Maddə 70

 Bədxassəli yenitörəmələrə və ya damar xəstəliklərinə (endarteriit, ateroskleroz və s.) görə ətrafların istənilən səviyyədə amputasiya güdülləri  olduqda, rəy «Xəstəliklər cədvəlinin» I-II qrafası ilə əsas xəstəliyi nəzərdə tutulan maddələri üzrə də çıxarılır.

 Müalicənin qeyri-qənaətbəxş nəticəsi ilə protezləşdirməyə imkan verməyən qüsurlu güdüllər olan hallarda şəhadətləndirilmə «a» bəndi üzrə  keçirilir.

Sİdİk-cİnsİyyət sİstemİnİn xəstəlİklərİ

Maddə 71

 Böyrəklərin xəstəliklərinə görə ilkin hərbi qeydiyyata götürülərkən, hərbi xidmətə çağırılarkən, hərbi xidmətə könüllü daxil olarkən  vətəndaşların, hərbi qulluqçuların şəhadətləndirilməsi stasionar müayinə və müalicədən sonra keçirilir.

 «a» bəndinə xroniki böyrək çatışmazlığı ilə fəsadlaşmış böyrəyin xroniki xəstəlikləri (xroniki qlomerulonefrit, amiloidoz və s.) aiddir.

 Xroniki böyrək çatışmazlığı olmadan (yalnız böyrəklərin keçirilmiş kəskin xəstəliklərindən sonra, 12 aydan artıq müddət ərzində qalan  davamlı patoloji sidik sindromun olması) böyrəklərin xroniki xəstəlikləri ilə, o cümlədən ilkin xroniki pielonefritlə şəhadətləndirilmə «b»  bəndi üzrə keçirilir.

 İlkin xroniki pielonefrit diaqnozu, 12 aydan artıq qalan və kəmiyyət metodları ilə aşkar edilən leykosituriya və bakteriuriya olduqda,  dermatoveneroloqun, uroloqun (qadınlar üçün, bundan başqa, ginekoloqun) iştirakı ilə müayinədən sonra sidik ifrazı yollarının və cinsiyyət  orqanlarının iltihabi xəstəliklərinin istisna edilməsi şərtilə mütləq rentgenouroloji müayinə aparılandan sonra təyin edilir. Zərurət olduqda  böyrəklərin ultrasəs və radioizotop müayinəsi keçirilir.

 Böyrəklərin xroniki xəstəliyi ilə bağlı olan və dərman korreksiyası tələb edən davamlı arterial hipertenziya olduqda, böyrəklərin  funksiyasının pozulması dərəcəsindən asılı olmayaraq, rəy «b» bəndi üzrə çıxarılır.

 Sidikdə böyrəklərin keçirilmiş kəskin iltihabi xəstəliyindən sonra 6 aydan az olmayan müddətdə təyin edilən patoloji dəyişikliklər (protein,  qanın formalı elementləri) olduqda, çağırış üzrə hərbi xidmət keçən hərbi qulluqçular böyrəklərin funksiyasının pozulması dərəcəsindən asılı  olmayaraq, «b» bəndi üzrə şəhadətləndirilirlər. Əgər böyrəklərin keçirilmiş kəskin iltihabi xəstəliyindən sonra 12 ay müddətində davamlı  patoloji sidik sindromu qalırsa, vətəndaşlar ilkin hərbi qeydiyyata götürülərkən, hərbi xidmətə çağırılarkən, hərbi xidmətə könüllü daxil  olarkən, bu bənd üzrə şəhadətləndirilirlər.

 Böyrəklərin kəskin iltihabi xəstəliklərdən sonra, xəstəliyə görə məzuniyyətə və ya hərbi xidmət vəzifələrinin yerinə yetirilməsindən azad  edilməyə ehtiyacı olması haqqında rəy, «Xəstəliklər cədvəlinin» 78-ci maddəsi üzrə çıxarılır.

Maddə 72

 «a» bəndinə böyrəklərin ifrazat funksiyasının xeyli dərəcədə ifadə olunmuş pozuntuları və ya xroniki çatışmazlığı ilə müşayiət olunan,  müalicənin qeyri-qənaətbəxş nəticələnməsi ilə hər iki böyrəyin zədələnməsi olan böyrək-daş xəstəliyi (daşlar, hidronefroz, pielonefroz,  müalicə olunmayan ikincili pielonefrit və s.), ikitərəfli III mərhələ nefroptoz, qalan böyrəyin funksiyasından pozulmasının hər cür dərəcəsi  olduqda xəstəliyə görə çıxarılmış bir böyrəyin yoxluğu, habelə sidik kisəsinin rezeksiyası və plastikasından sonrakı hallar, sidik kisəsi  boyuncuğunun, sidik kisəsi—sidik axarı reflyuksu və ikincili ikitərəfli pielonefrit və ya hidronefrozla müşayiət olunan sklerozu, sidik  borusunun sistematik mil salma tələb edən strukturası aiddir.

 «b» bəndinə aiddir:

 tez-tez (ildə 3 dəfə və daha çox) böyrək sancısı tutmaları, daşların çıxması, böyrəklərin ifrazat funksiyasının mülayim dərəcədə  pozulması ilə səciyyələnən böyrək-daş xəstəliyi;

  digər böyrəyin funksiyasının pozulması olmadan bir böyrəyin işləməməsi və ya xəstəliyə görə çıxarılmış bir böyrəyin yoxluğu;

  daimi ağrı sindromu, ikincili pielonefrit və ya vazorenal hipertenziya ilə II mərhələ ikitərəfli nefroptoz;

  ikincili pielonefritlə II mərhələ birtərəfli nefroptoz;

  III mərhələ birtərəfli nefroptoz;

  sidik ifrazetmə sisteminin ikincili birtərəfli pozuntuları (birtərəfli hidroureter, hidronefroz, ikincili pielonefrit və s.) ilə müşayiət olunan  sidik kisəsi boyuncuğunun sklerozu;

  müalicənin kafi nəticələri ilə ildə iki dəfədən çox olmayaraq, milsalma tələb edən, sidik borusunun strukturası.

 Dərman korreksiyası tələb edən, davamlı, simptomatik (renal) arterial hipertenziya olduqda, böyrəklərin funksiyasının pozulması  dərəcəsindən asılı olmayaraq, rəy «b» bəndi üzrə çıxarılır.

 «c» bəndinə instrumental müayinə məlumatları ilə təsdiq olunmuş böyrək sancısının nadir (ildə 3 dəfədən az) tutmaları, sidikdə patoloji  dəyişikliklərin olması ilə sidik axarlarının və böyrəklərin xırda (0,5 sm-ə qədər) tək-tək daşları, cüz`i dərəcəli kliniki təzahürlərlə və  böyrəklərin ifrazat funksiyasının cüz`i dərəcədə pozulması II mərhələ ikitərəfli nefroptoz aiddir.

 «ç» bəndinə aiddir:

 təkrar daş əmələgəlmə olmadan sidik ifrazetmə yollarından (ləyəncik, sidik axarı, sidik kisəsi) tək-tək daşın instrumental yolla  çıxarılmasından və ya öz-özünə çıxmasından sonrakı hallar;

  sidik ifrazetmə sisteminin daşlarının ultrasəslə xırdalanmasından sonrakı hallar («Xəstəliklər cədvəlinin» III qrafası üzrə  şəhadətləndirilənlər üçün);

  böyrəklərin, böyrək axarlarının instrumental müayinə ilə təsdiq edilmiş, sidikdə patoloji dəyişikliklər olmadan, xırda (0,5 sm-ə qədər)  tək-tək konkrementləri;

  I mərhələ birtərəfli və ya ikitərəfli nefroptoz;

  böyrəklərin ifrazat funksiyası pozulmadan və sidikdə patoloji dəyişikliklər olmadıqda II mərhələ birtərəfli nefroptoz;

  ildə 3 dəfə və daha çox stasionar müalicə tələb edən xroniki sistitlər və uretritlər.

 Xromosistoskopiya zamanı xəstə böyrək tərəfindən indiqokarminin sağlam böyrəkdən 4-5 dəqiqə gec ifraz edilməsini böyrəklərin ifrazat  funksiyasının mülayim dərəcədə pozulması hesab etmək lazımdır (ekskretor uroqrammalarda kontrast maddənin ifrazı və toplanması  ləngdir).

 Nefroptozun mərhələsi müayinə edilənin şaquli vəziyyətində çəkilmiş rentgenoqramlar üzrə təyin edilir: I mərhələ—böyrəyin aşağı  qütbünün 2 fəqərə, II mərhələ—3 fəqərə, III mərhələ—3 fəqərədən artıq aşağı enməsidir.

Maddə 73

 Kişi cinsiyyət orqanlarının xəstəliklərinə görə tibbi göstərişə əsasən şəhadətləndirilənlərə cərrahi müalicə təklif olunur. Müalicə  qeyri-qənaətbəxş nəticələnəndə və ya ondan imtina edildikdə, şəhadətləndirilmə funksional pozuntuların dərəcəsindən asılı olmayaraq  keçirilir.

 «a» bəndinə müalicənin qeyri-qənaətbəxş nəticələnməsi və ya ondan imtina edildikdə, sidik ifrazının mühüm dərəcədə pozulması ilə prostat  vəzinin III-IV mərhələ adenoması, cinsiyyət üzvünün olmaması aiddir.

 «b» bəndinə prostat vəzinin, sidik ifrazının mülayim dərəcədə pozulması ilə (qalıq sidiyin 50 mm-ə qədər olması) II mərhələ adenoması, xaya  qişasının və ya toxumluq ciyəsinin, mayenin həcmi 100 ml-dən artıq olmaqla, residivləşən (təkrar cərrahi müalicədən sonra) birtərəfli və ya  ikitərəfli hidropsu aiddir.

 Xaya qişasının və ya toxumluq ciyəsinin hidropsunun bir dəfə residivi «b» bəndinin tətbiqi üçün əsas deyil.

 «c» bəndinə prostat vəzinin I mərhələ adenoması, prostat vəzinin simptomsuz keçən daşları aiddir.

 «ç» bəndinə xayanın və ya toxumluq ciyəsinin, mayenin həcmi 100 ml-dən az olan hidropsu, fimoz, kişi cinsiyyət orqanlarının cüz`i kliniki  təzahürlərlə digər xəstəlikləri aiddir.

 Bir xayanın xəstəliklərə (qeyri-səciyyəvi və xoşxassəli xarakterli) yaralanmalara və ya digər xəsarətlərə görə çıxarılması, bu maddənin tətbiqi  üçün əsas deyil, hərbi xidmətkeçməyə, hərbi tədris müəssisələrinə (hava-desant məktəbindən başqa) və C. Naxçıvanski adına hərbi litseyə  daxil olmağa maneə hesab edilmir.

Maddə 74

 Bu maddə qadın cinsiyyət orqanlarının tez-tez kəskinləşən xroniki iltihabi xəstəliklərini və ya onların qarşısı alına bilməyən nəticələrini  nəzərdə tutur.

 Xəstəliyin diaqnozu stasionarda təyin edilməlidir.

Maddə 75

 Endometrioz diaqnozu stasionarda təyin edilməlidir. Xəstəliyin ağırlığının və zədələnmiş orqanların funksiyalarının pozulması dərəcəsini  müəyyənləşdirərkən, prosesin yayılma dərəcəsini, çoxocaqlığını, funksiyaların pozulmasının müddət və keçirilən müalicə tədbirlərinin  səmərəliliyini nəzərə almaq lazımdır.

Maddə 76

 «a» bəndinə müalicənin qeyri-qənaətbəxş nəticələnməsi və ya ondan imtina edildikdə, uşaqlığın və uşaqlıq yolunun tam düşməsi, aralığın  tam cırılması, cinsiyyət orqanlarının cəlb edilməsi ilə yaranmış fistullar (sidik-cinsiyyət, bağırsaq-cinsiyyət) aiddir.

 Uşaqlığın düşməsi elə hal hesab edilir ki, ayaq üstə vəziyyətində (və ya uzanmış halda—gücənəndə) bütün uşaqlıq, öz arxasında uşaqlıq  yolunun divarlarını çevirərək, cinsiyyət yarığından bayıra çıxır.

 Aralığın tam cırılması elə cırılma hesab edilir ki, bu zaman aralıq əzələlərinin bütövlüyü tamamilə pozulmuşdur və onlar, düz bağırsağın  divarına keçən çapıq toxuma ilə əvəz olunmuşdur, anusun ağzı qapanmır və düzgün çevrəyə malik deyildir.

 «b» bəndinə qadın cinsiyyət orqanlarının sallanması aiddir. Uşaqlığın və uşaqlıq yolunun sallanması elə hal sayılır ki, gücənmə zamanı  cinsiyyət yarığı açılır və ondan uşaqlığın boyuncuğu, uşaqlıq yolunun ön və arxa divarları görünür, lakin onlar yarığın həddindən bayıra  çıxmırlar.

 Cinsiyyət orqanlarının sidik saxlamaması ilə fəsadlaşmış sallanması zamanı şəhadətləndirilmə, müalicənin nəticələrindən asılı olaraq, «a» və  ya «b» bəndi üzrə keçirilir.

 Funksiyaların pozulması olmayan uşaqlığın qeyri-düzgün vəziyyəti bu maddənin tətbiqi üçün əsas deyil, hərbi xidmətkeçməyə və hərbi  tədris müəssisələrinə daxil olmağa maneə hesab olunmur.

 Menorragiyalarla, qəbzliklərlə, omba sümüyü nahiyəsində və qarının aşağısında ağrılarla müşayiət olunan, uşaqlığın düzgün olmayan  vəziyyəti ilə şəhadətləndirilmə «c» bəndi üzrə keçirilir.

 «ç» bəndinə uşaqlıq yolu divarlarının cüz`i sallanmaları;

 kiçik çanaq nahiyəsində ağrı sindromu olmayan, çapıq və birləşmə prosesləri aiddir.

Maddə 77

 «a» bəndinə anemiyaya gətirib çıxaran, üzvi dəyişikliklərə əsaslanmayan qanaxmalar aiddir.

 «b» bəndinə oliqomenoreya (cərrahi əməliyyatdan sonrakı hallar istisna olmaqla) ilə təzahür edən ovarial-menstrual funksiyaların  pozuntuları, o cümlədən Şteyn-Levental sindromu aiddir.

 «c» bəndinə ümumi inkişafı kafi olan cinsi infantilizm, inkişafı dövri olan birincili sonsuzluq aiddir.

Maddə 78

 Bu maddə əsasında ilkin hərbi qeydiyyata götürülərkən, hərbi xidmətə çağırılarkən, hərbi xidmətə könüllü daxil olarkən vətəndaşlar, əgər  onlarda böyrəklərin keçirilmiş kəskin iltihabi xəstəliyindən sonra sidikdə patoloji dəyişikliklər qalırsa, 12 ay müddətinə hərbi xidmətə  müvəqqəti yararsız hesab edilirlər.

 Hərbi qulluqçuların xəstəliyə görə məzuniyyətə ehtiyacı olması barədə rəy yalnız kəskin diffuz qlomerulonefritlərdə, kəskin pielonefritlərin  uzun çəkən fəsadlaşma ilə keçməsindən, habelə qadın cinsiyyət orqanlarının kəskin (2 aydan artıq olmayan müddətdə) iltihabi  xəstəliklərindən (bartolinit, vulvit, kolpit, endometrit, andeksit) sonra çıxarılır.

 Böyrəklərin kəskin iltihabi xəstəliklərindən sonra böyrəklərin funksiyasının pozulması və sidikdə patoloji dəyişikliklər barəsində məlumatlar  olmadıqda, şəhadətləndirilənlər hərbi xidmətə yararlı hesab edilirlər. Xroniki nefritin (pielonefritin) olub-olmaması barədə son nəticə təkrar  stasionar müayinədən sonra çıxarıla bilər.

Hamİləlİk, doğuş, doğuşdan sonrakı dövr və onların fəsadları

Maddə 79

 Hamilə qadınların yüngül və orta ağırlıq dərəcəsində toksikozu olduqda, onlar hərbi xidmət vəzifələrinin icrasından azad edilir, ağır dərəcəli  toksikoz olduqda isə xəstəliyə görə məzuniyyət verilir.

 Hərbi qulluqçu qadınlar, onlarda hamiləlik təyin edildikdə, xüsusi qurğularda hərbi xidmətə, RM, İŞM, RYK, EMS ilə işə müvəqqəti  yararsız hesab edilirlər.

Anadangəlmə İnkİşaf qüsurları, deformasİyalar və xromosom anomalİyaları

Maddə 80

 Bu maddə anadangəlmə inkişaf qüsurlarının müalicəsinin mümkün olmadığı hallarda, müalicədən imtina edildikdə və ya onun  qeyri-qənaətbəxş nəticələri olduqda tətbiq edilir.

 «a» bəndinə aiddir:

 III mərhələ ümumi qan dövranı çatışmazlığı ilə anadangəlmə ürək qüsurları:

 ümumi qan dövranı çatışmazlığı ilə müşayiət olunan ürəyin aortal qüsurları;

  III dərəcəli tənəffüs çatışmazlığı ilə bronx-ağ ciyər aparatının və plevranın inkişaf qüsurları;

  mühüm dərəcədə ifadə olunmuş kliniki təzahürlərlə və funksiyalarının kəskin dərəcədə pozulması ilə çənə-üz nahiyəsinin (o cümlədən  bərk damağın və dodağın qatları, ikitərəfli mikrotiya), həzm orqanlarının anomaliyaları;

  döş qəfəsinin kəskin deformasiyası (qabırğa donqarı və s.) və restruktiv tip üzrə III dərəcəli tənəffüs çatışmazlığı ilə onurğanın  anadangəlmə təsbit olunmuş əyrilikləri (kifozlar, skoliozlar və s.);

  osteoskleroz (mərmər xəstəliyi);

  pozulmanın ifadə olunmuş dərəcəsindən asılı olmayaraq, bir böyrəyin funksiyası pozulduqda, o biri böyrəyin və ya onun funksiyasının  yoxluğu;

  xroniki böyrək çatışmazlığı və ifrazat funksiyasının mühüm dərəcədə pozulması ilə müşayiət olunan böyrəklərin çanaq distrofiyası;

  ifrazat funksiyasının mühüm dərəcədə pozulması ilə və ya xroniki böyrək çatışmazlığı ilə böyrəklərin polikistozu;

  böyrək damarlarının, vazorenal arterial hipertenziya və böyrək qanaxması ilə (angioqrafiya məlumatları ilə təsdiq olunmuş) müşayiət  olunan anomaliyaları;

  cinsiyyət orqanlarının anomaliyaları (cinsiyyət üzvünün olmaması, uşaqlıq yolunun yarığının tutulması);

  çanağın, çanaq-oma oynaqlarında hərəkətin xeyli dərəcədə məhdudlaşması ilə müşayiət olunan deformasiyaları;

  oynağın 8 sm-dən artıq qısalması ilə oma sümüyünün boynunun varus deformasiyası;

  oma sümüklərinin daxili kondiluslarının çıxıntıları arasında məsafə 20 sm-dan artıq olduqda ayaqların O-şəkilli əyriliyi və ya  baldırların daxili topuqları arasındakı məsafə 15 sm-dan artıq olduqda ayaqların X-şəkilli əyriliyi («Xəstəliklər cədvəlinin» III qrafası  üzrə şəhadətləndirilənlər üçün «b» bəndi tətbiq edilir);

  anadangəlmə ixtioz, ixtioz formalı eritodermiya.

 «b» bəndinə aiddir:

 II mərhələ ümumi qan dövranı çatışmazlığı ilə anadangəlmə ürək qüsurları, habelə Botalov axacağının bitişməməsi və qan dövranının  pozulması mərhələsindən asılı olmayaraq, mədəciklərarası arakəsmənin defekti;

  bir və ya hər iki tərəfdən qulaq seyvanının olmaması və ya eybəcərləşmiş deformasiyası;

  çanaq-oma oynaqlarında hərəkətlərin mülayim dərəcədə məhdudlaşması ilə çanağın deformasiyaları;

  döş qəfəsinin deformasiyası və restruktiv tip üzrə II dərəcəli tənəffüs çatışmazlığı ilə onurğanın anadangəlmə təsbit olunmuş əyrilikləri  (kifozlar, skoliozlər və s.);

  qalan böyrəyin funksiyasının normallığı ilə bir böyrəyin və ya onun funksiyasının yoxluğu;

  ifrazat funksiyasının mülayim dərəcədə pozulması ilə müşayiət olunan böyrəyin birtərəfli çanaq distrofiyası;

  ifrazat funksiyasının mülayim dərəcədə pozulması ilə polikistoz, displaziyalar, böyrəklərin və onların elementlərinin ikiləşməsi,  nalabənzər böyrək, sidik axarlarının və ya sidik kisəsinin anomaliyaları;

  xayalıq və ya aralıq hipospadiyası;

  ayağın 5 sm-dən 8 sm-dək qısalması ilə oma sümüyü boyunun varus deformasiyası;

  oma sümüklərinin daxili kondiluslarının çıxıntıları arasındakı məsafə 12 sm-dən 20 sm-dək olduqda, ayaqların O-şəkilli əyriliyi və ya  baldırların daxili topuqları arasındakı məsafə 12 sm-dən 15 sm-dək olduqda, ayaqların X-şəkilli əyriliyi;

  resessiv ixtioz (qara və qaralan);

  dövri xəstəlik.  «c» bəndinə aiddir:  I mərhələ ümumi qan dövranının çatışmazlığı ilə müşayiət olunan anadangəlmə ürək qüsurları;

  birtərəfli mikrotiya;

  digər qulağın 2 m-dən artıq məsafədən pıçıltılı nitqin, eşidilməsi ilə eşitmə keçidinin bitişməsi;

  ağrı sindromu və funksiyaların cüz`i dərəcədə pozulması ilə osteoxondropatik kifoz;

  prosesin başa çatması və mülayim kliniki təzahürlərlə (adi fiziki ağırlıqlar zamanı funksiya cüz`i dərəcədə pozulur) osteoxondropatiya;

  ayağın 2 sm-dən 5 sm-dək qısalması ilə oma sümüyünün boyunun varus deformasiyası;

  böyrəklərin funksiyalarının cüz`i dərəcədə pozulması ilə polikistoz, displaziyalar, böyrəklərin və onların elementlərinin ikiləşməsi,  nalabənzər böyrək, sidik axarlarının və ya sidik kisəsinin anomaliyaları, tək-tək solitar kistaları;

  sidik kanalının kökündən cinsiyyət üzvünün ortasına qədər fistulu;

  xayaların retional boşluğunda, qasıq kanalında və ya onların xarici yarıqlarında ilişib qalması;

  ifrazat funksiyasının hər hansı pozulma dərəcəsi ilə böyrəklərin distopiyası;

  büzdümün bir neçə dəfə (3 dəfədən artıq) əsaslı cərrahi müalicədən sonrakı residiv verən dermoid kistaları;

  dominantlı (sadə) ixtioz;

  ovucun, əlin funksiyasını pozan, habelə ayaq altının, yerişi və standart ayaqqabı geyilməsini çətinləşdirən irsi keratodermiyası.

 «ç» bəndinə böyrəklərin funksiyalarının pozulması olmayan, anadangəlmə anomaliyaları, xayalardan birinin peritod boşluğunda, qasıq  kanalında və ya onun xarici yarığında ilişib qalması, ayağın 2 sm-dək qısalması ilə oma boynunun varus deformasiyası aiddir.

 Ümumi qan dövranı çatışmazlığı ilə müşayiət olunmayan anadangəlmə ürək qüsurlarına görə şəhadətləndirilmə 42-ci maddənin «ç» bəndi  ilə aparılır.

 V bel fəqərəsinin sakralizasiyası və ya I oma fəqərəsinin lümbalizasiyası, göstərilən fəqərələrin qövslərinin bitişməməsi, tac şırımı səviyyəsində  hipospadiya bu maddənin tətbiqi üçün əsas deyil, hərbi xidmətkeçməyə, hərbi tədris müəssisələrinə və C. Naxçıvanski adına hərbi litseyə  daxil olmağa maneə hesab olunmur.

 Sinir sisteminin anadangəlmə qüsurları olan şəxslər «Xəstəliklər cədvəlinin» 25-ci maddəsi üzrə, ruhi pozuntuları olanlar isə defektin  xarakterinə müvafiq olaraq «Xəstəliklər cədvəlinin» 14-cü və 20-ci maddəsi üzrə sənədləşdirilirlər.

 Əlin və ya pəncənin anadangəlmə qüsurları olan şəxslər «Xəstəliklər cədvəlinin» 67-ci və ya 68-ci maddəsi üzrə şəhadətləndirilirlər.

 Şəhadətləndirilmə zamanı kliniki təzahürlər olmadan eritrozit membranının anomaliyaları, hüceyrədaxili enzimlərin çatışmazlığı və  hemoqlobinopatiyaları olan şəxslər hərbi xidmətə yararlı hesab edilirlər.

Travmaların, zəhərlənmələrİn və xarİcİ amİllərİn dİgər təsİrlərİnİn nətİcələrİ

Maddə 81

 «a» bəndinə, habelə çənə-üz nahiyəsinin yaranmalardan və travmalardan sonrakı transplantantlarla əvəz edilməmiş defektləri və  deformasiyaları, gicgah-alt çənə oynaqlarının ankilozları, müalicənin, o cümlədən cərrahi müalicənin səmərəsi olmadıqda və ya ondan  imtina edildikdə, alt çənənin yalançı oynaqları, çənə-üz nahiyəsinin kontrakturaları da aiddir.

 Kəllə tağının 8 kv. sm-dən artıq plastik materialla əvəz edilməmiş defekti və ya 20 kv. sm-dan artıq plastik materialla əvəz edilmiş defekti,  beyin maddəsində kliniki təzahürlərsiz yad cisim, çənə-üz nahiyəsinin kafi nəticəli ortopedik müalicədən sonra defekt və deformasiyaları  olduqda, əgər hərbi hissə komandanlığının və hissə həkiminin fikrincə hərbi xidmət vəzifələrini icra etmək qabiliyyəti saxlanılmışsa, onda  zabitlər, gizirlər və miçmanlar «b» bəndi üzrə şəhadətləndirilə bilərlər.

 (Yaralanmadan və cərrahi əməliyyatdan sonrakı hal ağırlıq dərəcəsindən, gedişindən asılı olaraq 3 aydan 6 aya qədər ola bilər).

 Kəllə tağı sümüklərinin sümük-plastik trepanastiyasından sonrakı defekti kəllə sümüklərinin auta sümüklə əvəz edilmiş defekti kimi təyin  edilir. Kəllə-beyin zədələnməsindən sonra qoyulan diaqnostik freza deşikləri kəllə qübbəsi sümüklərinin birləşdirici toxuma çapığı ilə əvəz  edilmiş defektinə cəmlənirlər.

Maddə 82

 «a» bəndinə aiddir:

 iki və daha artıq fəqərə cisimlərinin II-III dərəcəli kompressiyası, təzə çoxsaylı dəlib keçən qeyri-sabit sınıqları;

  fəqərə cisimlərinin sınıqlarının, çıxıqlarının və sınıq-çıxıqlarının spondilo- və korporodes tətbiq edilməklə cərrahi müalicəsindən sonrakı  hallar («Xəstəliklər cədvəlinin» III qrafası üzrə şəhadətləndirilənlərin hərbi xidmətə yararlılıq kateqoriyası xəstəliyə görə məzuniyyətdən  sonra «a» və ya «b» bəndi üzrə təyin edilir);

  fəqərə cisimlərinin onurğanın xeyli dərəcədə ifadə olunmuş skoliotik və ya kifatik deformasiyası ilə çoxsaylı sınıqlarının uzaq nəticələri;

  çanaq sümüklərinin çanaq həlqəsinin tamlığının pozulması ilə müşayiət olunan düzgün bitişməmiş çoxsaylı şaquli sınıqları;

  oma sümüyünün başlığının mərkəzi çıxığının nəticələri (funksiyanın mühüm dərəcədə pozulması ilə ankiloz və ya deformasiyaedici  artroz).  «b» bəndinə aiddir:  fəqərə cisminin, funksional pozulmanın dərəcəsindən və müalicənin nəticəsindən asılı olmayaraq, təzə sınığı və ya çıxığı;

  II-III dərəcəli pazaoxşar deformasiya ilə iki fəqərə cisminin sınığının uzaq nəticələri;

  müalicənin qeyri-qənaətbəxş nəticələri olduqda, çanaq sümüklərinin, çanaq həlqəsinin tamlığının pozulması ilə birtərəfli sınığından  sonrakı hallar;

  ətrafın funksiyasının mülayim dərəcədə pozulması ilə oma sümüyünün başlığının mərkəzi çıxığının nəticələri;

  müalicənin qeyri-qənaətbəxş nəticələri olduqda oma boynunun sınıqları;

  çanaq-oma oynağının funksiyasının natamam bərpası ilə müşayiət olunan, osteosintezdən istifadə edilməsi ilə oma boynunun sınıqları.

 Bu bəndə, həmçinin müalicənin nəticələri qeyri-qənaətbəxş olduqda, ətrafın funksiyasının mülayim dərəcədə pozulması ilə boruşəkilli  sümüklərin fəsadlaşmış sınıqları da aiddir. Yalançı oynaqlara görə şəhadətləndirilənlərə cərrahi müalicə təklif olunur. Hərbi xidmətə  yararlılıq kateqoriyası haqqında rəy, müalicə başa çatdıqdan sonra onun nəticələrindən asılı olaraq çıxarılır. Cərrahi əməliyyatdan imtina  edildikdə, şəhadətləndirilmə «a» bəndi üzrə keçirilir.

 «c» bəndinə fəqərə cisimlərinin cüz`i ağrı sindromu və onurğanın II dərəcəli kifotik deformasiyası ilə I dərəcəli kompressiyalı sabit  kompression sınıqları və onların nəticələri, funksiyanın pozulması ilə müşayiət olunan, sümüklərin sınıqlarından sonrakı çıxarılmamış metal  konstruksiyalar, o cümlədən metalloz əlamətləri ilə onların çıxarılmasından imtina edildiyi halları aiddir.

 Fəqərə cisimlərinin müsbət nəticələrlə başa çatan təzə sınıqlarından sonra III qrafa üzrə şəhadətləndirilənlər barəsində «Xəstəliklər  cədvəlinin» 86-cı maddəsi üzrə xəstəliyə görə məzuniyyətə ehtiyacı olması haqqında rəy çıxarılır.

 Çanağın ayrı-ayrı sümüklərinin çanaq həlqəsinin deformasiyası olmadan bitişmiş təcrid olunmuş sınıqları, fəqərə qövslərinin və çıxıntılarının  sınıqları bu maddənin tətbiqi üçün əsas deyil, hərbi xidmətkeçməyə, hərbi tədris müəssisələrinə və C. Naxçıvanski adına hərbi litseyə daxil  olmağa maneə hesab edilmir.

Maddə 83

 «a» bəndinə aiddir:

 bronx-ağ ciyər aparatının yaralanmalarının və zədələnmələrinin III dərəcəli tənəffüs çatışmazlığı ilə müşayiət olunan nəticələri və  halları, ürək kisəsinin geniş obliteriyası;

  ürəyin və ya aortanın anevrizması;

  həzm funksiyasının mühüm dərəcədə pozulması (müalicə olunmayan dempinqsindrom, arasıkəsilməz ishal və s.) və ya qidalanmanın  xeyli dərəcədə ifadə olunmuş zəifləməsi ilə müşayiət olunan, qida borusunun, mədənin rezeksiyası və ya mədə-bağırsaq anostomozun  qoyulması, nazik bağırsağın (150 sm-dən az olmayaraq) və ya yoğun bağırsağın (30 sm-dən az olmayaraq) rezeksiyası;

  biliodigestiv anastomozların qoyulması;

  müalicənin qeyri-qənaətbəxş nəticələnməsi ilə öd və ya mədəaltı vəzi fistulları;

  qara ciyərin payının və ya mədəaltı vəzinin bir hissəsinin rezeksiyası;

  pozulmanın ifadə olunma dərəcəsindən asılı olmayaraq, qalan böyrəyin funksiyası pozulduqda, bir böyrəyin olmaması, habelə  cinsiyyət üzvünün olmaması.

 Ağ ciyərin kənar edilməsindən sonra II-III dərəcə tənəffüs çatışmazlığı ilə ağ ciyərin kökündə, ürəkdə və ya iri damarların yaxınlığında  yerləşmiş yad cisimlər olduqda, fəsadlar və ya funksional pozuntulardan asılı olmayaraq, ilkin hərbi qeydiyyata götürülərkən və hərbi  xidmətə çağırılarkən vətəndaşlar və hərbi qulluqçular «a» bəndi üzrə şəhadətləndirilirlər. «Xəstəliklər cədvəlinin» III qrafası ilə  şəhadətləndirilənlərin hərbi xidmətə yararlılıq kateqoriyası «b» bəndi üzrə təyin edilə bilər.

 Ürəyin, ürək kisəsinin yaralanmasının iri damarlar nahiyəsində divararasından yad cisimlərin cərrahi əməliyyat vasitəsilə çıxarılmasının  nəticələri ilə «Xəstəliklər cədvəlinin» III qrafası üzrə şəhadətləndirilənlərin hərbi xidmətə yararlılıq kateqoriyası ümumi qan dövranının  pozulması mərhələsindən asılı olaraq, «Xəstəliklər cədvəlinin» 42-ci maddəsi üzrə, tənəffüs çatışmazlığı olduqda 51-ci maddəsinin «a» və ya  «b» bəndi üzrə, «Xəstəliklər cədvəlinin» I, II qrafaları üzrə şəhadətləndirilənlərin hərbi xidmətə yararlılıq kateqoriyası isə «Xəstəliklər  cədvəlinin» 42-ci maddəsinin «a» və ya «b» bəndi üzrə və ya 51-ci maddənin «a» və ya «b» bəndi üzrə müəyyən edilir. Bu zaman  «Xəstəliklər cədvəlinin» 83-cü maddəsi də həmin maddələrlə eyni zamanda tətbiq edilir.

 Funksiyasının mülayim dərəcədə pozulması ilə müşayiət olunan iki və daha artıq boşluq orqanlarının politravma nəticələri ilə «b» bəndi,  funksiyaların cüz`i dərəcədə pozulması ilə «c» bəndi, funksiyaların pozulması ilə «Xəstəliklər cədvəlinin» I-II qrafası üzrə «c» bəndi, III  qrafası üzrə isə «c» bəndi tətbiq edilir.

 «b» bəndinə bronx-ağ ciyər aparatının və zədələnməsinin II dərəcəli tənəffüs çatışmazlığı ilə müşayiət olunan nəticələri və halları, tənəffüs  çatışmazlığının nəticəsindən asılı olmayaraq bir ağ ciyərin yoxluğu, mədənin, nazik bağırsağın (1 m-dən az olmayaraq) və ya yoğun  bağırsağın (20 sm-dən az olmayaraq) rezeksiyası, dempinqsindromun nadir təzahür etməsi ilə (bağırsaqların qeyri-sabit işləməsi,  qidalanmanın mülayim dərəcədə zəifləməsi) mədə bağırsaq anastomozunun qoyulması, dalağın olmaması, qalan böyrəyin normal funksiyası  saxlandıqda, bir böyrəyin olmaması aiddir.

 «c» bəndinə yaralanmaların, travmaların cüz`i kliniki təzahürlərlə nəticələri: ağ ciyər payının çıxarılması, mədənin rezeksiyası, böyrəyin bir  hissəsinin və digər orqanların rezeksiyası aiddir.

 «ç» bəndinə tənəffüs çatışmazlığı olmayan, keçirilmiş ağ ciyərlərin atipik rezeksiyasından qanaxmanı dayandırmaq məqsədilə  torakomaniyadan və ya laparotomiyalardan, pnevmo- və ya hemotoraksin ləğv edilməsindən, bağırsaqların, mədənin, qara ciyərin  yaralarının sağalma ilə nəticələnən tikilməsindən sonrakı hallar («Xəstəliklər cədvəlinin» I qrafası üzrə şəhadətləndirilənlər  üçün—yaralanmanın, zədələnmənin alınma anından 6 aydan tez olmayaraq) aiddir.

 Tənəffüs çatışmazlığı olmayan ağ ciyərin atipik rezeksiyası aparılmış hərbi qulluqçulara stasionar müalicə başa çatdıqdan sonra «Xəstəliklər  cədvəlinin» 53-cü maddəsi üzrə xəstəliyə görə məzuniyyət verilir.

 «Xəstəliklər cədvəlinin» 83-cü maddəsi üzrə, həmçinin iltihabi xəstəliklərin və bronx-ağ ciyər aparatının inkişaf anomaliyalarının cərrahi  müalicəsinin nəticələri olan şəxslər də şəhadətləndirilirlər.

Maddə 84

 «a» bəndinə müalicənin nəticələri qeyri-qənaətbəxş olduqda və ya ondan imtina edildikdə, standart hərbi geyim forması, ayaqqabı və ya  sursat gəzdirilməsini mühüm dərəcədə çətinləşdirən və buna maneçilik törədən, boyun, gövdə və ətrafların nahiyələrində özündən altdakı  toxumalarla bitişmiş, xoralanmış və ya asanlıqla yaralanan və tez-tez xoralanan iri kelloid, hipertrofik çapıqlar, dəri səthinin 20 faizini və  daha çox sahəsini əhatə edən və ya böyrəklərin amiloidozu ilə fəsadlaşmış dərin yanıqlardan sonrakı hallar aiddir.

 «b» bəndinə müalicənin nəticələri qeyri-qənaətbəxş olduqda və ya ondan imtina edildikdə, hərəkətləri mülayim dərəcədə məhdudlaşdıran və  ya standart hərbi geyim forması, ayaqqabı və ya sursat gəzdirilməsini mühüm dərəcədə çətinləşdirən xoralanmayan kelloid, hipertrofik və  atrofik çapıqlar, ətrafın dəri səthinin 50 faiz və daha artıq dərin yanıqlarının nəticələri aiddir.

 «c» bəndinə hərəkətləri cüz`i dərəcədə məhdudlaşdıran və ya standart hərbi geyim forması, ayaqqabı və ya sursat gəzdirilməsini  çətinləşdirən, uzunmüddətli gediş və digər fiziki ağırlıqlar zamanı xoralanmayan elastik çapıqlar, yuxarı ətrafın dəri səthinin 70 faizdən  çoxunun plastik dəyişilməsi ilə dəri yanıqlarının nəticələri aiddir. Uğursuz cərrahi müalicədən sonra kauzalgiya təzahürləri ilə müşayiət  olunan çapıqlar barədə rəy «Xəstəliklər cədvəlinin» 26-cı maddəsi üzrə çıxarılır.

 Gözlərin, əlin və ya pəncənin zədələnməsi ilə müşayiət olunan yanıqların və ya don vurmaların nəticələri olan şəxslər «Xəstəliklər cədvəlinin»  müvafiq maddələri üzrə şəhadətləndirilirlər.

Maddə 85

 Bu maddə dərman maddələri ilə zəhərlənmələrin, RYK və digər toksiki maddələrlə intoksikasiyanın, EMS-in kəskin və ya xroniki təsirinin,  ionlaşdırıcı şüalanmanın, digər xarici amillərin, allergiya reaksiyalarının nəticələrini nəzərdə tutur.

 Şüa xəstəliyi keçirmiş hərbi qulluqçuların şəhadətləndirilməsi zamanı təkcə periferik qanın tərkibindəki dəyişikliklər yox, xəstəliyin digər  kliniki təzahürləri də nəzərə alınır. Çağırış üzrə hərbi xidmət keçən hərbi qulluqçularda keçirilmiş I dərəcəli şüa xəstəliyindən, «Xəstəliklər  cədvəlinin» III qrafası ilə şəhadətləndirilən hərbi qulluqçularda keçirilmiş II dərəcəli şüa xəstəliyindən sonra cüz`i qalıq təzahürləri olduqda,  şəhadətləndirilmə «Xəstəliklər cədvəlinin» 86-cı maddəsi üzrə keçirilir.

 Heç bir patoloji nəticə qalmadan kəskin şüa xəstəliyi keçirmiş şəxslər «c» bəndi üzrə şəhadətləndirilirlər və həmçinin RM və İŞM-lə işə  yararsız hesab edilirlər.

 RM və İŞM-lə işləyən və illik yol verilən dozadan 5 dəfə çox şüalanma almış hərbi qulluqçular stasionar müayinəyə göndərilir. Şüa  xəstəliyinin əlamətləri olmadıqda, çağırış üzrə hərbi xidmət keçən hərbi qulluqçular «c» bəndi üzrə RM və İŞM-lə işə yararsız hesab edilirlər,  «Xəstəliklər cədvəlinin» III qrafası ilə şəhadətləndirilən hərbi qulluqçuların RM və İŞM-lə işə yararlığı isə fərdi təyin edilir.

 Hərbi qulluqçulara təminat formaları üzrə verilən əsas ərzaq məhsullarına kliniki təzahürlü qida allergiyasından (stasionar müayinə ilə  təsdiq olunmuş) əziyyət çəkən şəxslər «b» bəndi üzrə şəhadətləndirilirlər. Digər allergiya xəstəlikləri (örə, pollinoz, allergik rinitlər,  dermatitlər və s.) olduqda, zədələnmiş orqanın və ya sistemin funksiyalarının pozulma dərəcəsindən asılı olaraq, «Xəstəliklər cədvəlinin»  müvafiq maddələri üzrə şəhadətləndirilmə keçirilir.

 Kəskin zəhərlənmələrdən, toksiko-allergiya təsirlərindən, kəskin allergiya xəstəliklərindən (anafilaktik şok, zərdab xəstəliyi, Layel,  Stivens-Conson sindromları), digər xarici amillərin təsirindən sonra hərbi xidmətə və hərbi-uçot ixtisası üzrə xidmətə yararlılıq kateqoriyası  xəstəliyin nəticəsindən və zədələnmiş orqanların və ya sistemlərin funksiyalarının pozulma dərəcəsindən asılı olaraq, «Xəstəliklər cədvəlinin»  müvafiq maddələri üzrə təyin edilir.

Maddə 86

 Bu maddə ilə oynaqların kəskin iltihabi xəstəliklərini keçirmiş «Xəstəliklər cədvəlinin» I qrafası üzrə şəhadətləndirilənlər müalicə başa  çatdıqdan sonra 6 ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız hesab edilirlər. Oynaqların iltihabi xəstəliklərinin keçirilmiş kəskin  formalarından sonra 6 ay müddətində iltihab əlamətləri olmadıqda, onlar hərbi xidmətə yararlı hesab edilirlər.

 Hərbi qulluqçuların xəstəliyə görə məzuniyyətə ehtiyacı olması haqqında rəy o hallarda çıxarılır ki, stasionar müalicənin başa çatmasından  sonra iltihabi kliniki və laborator əlamətləri olmadıqda, fiziki gərginlikdən sonra oynaqlarda mülayim, ötəri ağrı hissləri saxlanılsın və hərbi  xidmət vəzifələrini icra etmək qabiliyyətinin bərpa edilməsi üçün bir və ya daha artıq müddət tələb olunsun.

 Sümüklərdə və oynaqlarda cərrahi əməliyyatlardan, vətərlərin (əl və ayaq barmaqları vətərlərindən başqa) plastikasından və ya  tendolizindən sonra hərəkətlərin müvəqqəti məhdudlaşması olduqda, sümüklərin sınıqlarından sonra bərkiməmiş sümük qabarları olduqda,  hərbi qulluqçuların xəstəliyə görə məzuniyyətə ehtiyacı olması haqqında rəy o hallarda çıxarılır ki, hərbi xidmət vəzifələrini icra etmək  qabiliyyətinin bərpa edilməsi üçün bir ay və ya daha artıq müddət tələb olunsun. Boruşəkilli sümüklərin sınıqlarının nəticələrinin  müalicəsinin qeyri-qənaətbəxş olduğu hallarda, xəstəliyə görə məzuniyyətə ehtiyac olması haqqında rəy çıxarılmır, «Xəstəliklər cədvəlinin»  82-ci maddəsinin «a» və ya «b» maddəsi üzrə hərbi xidmətə yararlılıq kateqoriyası haqqında məsələ həll edilir.

 Əlin, pəncənin xırda sümüklərinin sınıqları olduqda, «Xəstəliklər cədvəlinin» II qrafası üzrə şəhadətləndirilənlər barəsində xəstəliyə görə  məzuniyyətə ehtiyac olması haqqında rəy çıxarılmır. Belə hallarda stasionar müalicəsi başa çatdıqdan sonra zəruri müalicə tədbirləri  göstərilməklə, hərbi xidmət vəzifələrinin icra edilməsindən azad edilməyə ehtiyac olması haqqında rəy çıxarılır. Müharibə dövründə bu hərbi  qulluqçular sağalanların taboruna göndərilirlər.

 Sınıq bitişdikdən sonra boruşəkilli sümüyün sümük-ilik kanalında ştift (lövhəcik) qalmış, «Xəstəliklər cədvəlinin» I qrafası üzrə  şəhadətləndirilənlər onun çıxarılması üçün 6 ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız hesab edilirlər. Cərrahi əməliyyatdan imtina  edildikdə, şəhadətləndirilmə «Xəstəliklər cədvəlinin» 82-ci maddəsi üzrə keçirilir.

 Fəqərələrin köndələn, qılçıqlı çıxıntılarının sınıqlarından, ştiftin, lövhəciyin və digər konstruksiyaların çıxarılmasından sonra hərbi  qulluqçular barəsində xəstəliyə görə məzuniyyətə ehtiyac olması haqqında rəy çıxarılır.

 Xırda sümüklərin stasionar müalicə tələb etməyən fəsadlaşmamış qapalı sınıqları olduqda, «Xəstəliklər cədvəlinin» III qrafası üzrə, hərbi  qulluqçuları, xəstəliyə görə məzuniyyətə və ya xidməti vəzifələrin icrasından azad edilməyə ehtiyac olması haqqında rəy çıxarmaqla,  ambulator şəhadətləndirməyə icazə verilir.

 Boruşəkilli və digər sümüklərin yalnız gipsli sarğı ilə immobilizasiya tələb edən fəsadlaşmamış qapalı sınıqlar olduqda, sümük qabarı  əlamətləri əmələ gəldikdən sonra «Xəstəliklər cədvəlinin» III qrafası üzrə şəhadətləndirilənlər, xəstəliyə görə məzuniyyətə ehtiyacı olması  haqqında rəy çıxarılmaqla, tibb müəssisəsindən gipsli sarğı açılana qədər, ambulator müalicəyə çıxarıla bilərlər. Hərbi tədris müəssisələrinin  kursantları və dinləyicilərini müalicəni davam etdirmək üçün hərbi tədris müəssisəsinin lazaretinə, çağırış üzrə hərbi xidmət keçən hərbi  qulluqçuları isə ayda bir dəfədən az olmayaraq, onların hospital cərrahi (travmatoloji) tərəfindən mütləq müayinə edilməsi şərti ilə bu  xəstələr üçün lazımi şərait varsa, hərbi hissənin tibb məntəqəsində yerləşdirilməsi məqsədəuyğundur. Xəstəliyə görə məzuniyyətə ehtiyac  olmasının müəyyənləşdirilməsi ilə bağlı həmin şəxslərin şəhadətləndirilməsi hərbi tədris müəssisəsinin lazaretində, hərbi hissənin tibb  məntəqəsində müalicə başa çatdıqdan sonra HHK tərəfindən keçirilir.

 Çənələrin və üzün yumşaq toxumalarının zədələnmələrinin nəticələri ilə xəstəliyə görə məzuniyyətə ehtiyac olması haqqında rəy çıxarmaq  üçün əsas, sınıqların ləng bitişməsi, qalın çapıqların və ya cərrahi və ya ortopedik müalicənin mürəkkəb metodlarının tətbiq edilməsini tələb  etmiş sınıqların olmasıdır.

 Oynaqlarda hərəkətlərin həcmini qiymətləndirərkən «Xəstəliklər cədvəlinin» 65-ci maddəsinə izahatlar rəhbər tutulmalıdır.

 Kəskin ekzogen təsirlərdən və intoksikasiyalardan sonra qalıq təzahürləri olduqda «Xəstəliklər cədvəlinin» I qrafası üzrə şəhadətləndirilənlər  6 ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız hesab edilirlər. Bundan sonra onların hərbi xidmətə yararlılıq kateqoriyası orqanların və  sistemlərin funksiyalarının bərpa olunması dərəcəsindən asılı olaraq, «Xəstəliklər cədvəlinin» 85-ci maddəsi üzrə təyin edilir.

Bundan əlavə

Maddə 87

 Yaxşı fiziki inkişafı və qidalanması mütənasib bədən quruluşu, boyu 148 sm-dan yuxarı və çəkisi 45 kq-dan artıq olan, «Xəstəliklər  cədvəlinin» I, II qrafaları üzrə şəhadətləndirilənlər hərbi xidmətə yararlı hesab edilirlər və ƏTC-yə müvafiq olaraq Silahlı Qüvvələrin növləri  və qoşun növləri üzrə təyin edilirlər.

 Çəkisi 45 kq və az, boyu 148 sm və az olan, «Xəstəliklər cədvəlinin» I qrafası üzrə şəhadətləndirilənlər endokrinoloq tərəfindən müayinə  edilməlidirlər. Bu şəxslər «b» bəndi əsasında 12 ay müddətinə iki dəfədən artıq olmayaraq, hərbi xidmətə müvəqqəti yararsız hesab edilirlər.  Fiziki inkişaf qeyri-qənaətbəxş qaldıqda şəhadətləndirilmə «a» bəndi üzrə keçirilir.

Maddə 88

 İlkin hərbi qeydiyyata götürülərkən və hərbi xidmətə çağırılarkən, gecə sidik saxlamamasından əziyyət çəkən vətəndaşların, habelə hərbi  qulluqçuların müayinəsi və müalicəsi stasionar şəraitdə aparılır.

 Kompleks müayinə uroloqun, nevropatoloqun, dermatoveneroloqun və zərurət olduqda, psixiatrın iştirakı ilə aparılmalıdır. Psixonevroloji  statusunda patoloji dəyişikliklər olan şəxslər müvafiq profilli şöbələrdə, psixonevroloji statusunda patologiya aşkar edilməyən hallarda  uroloji şöbədə (uroloqu olan cərrahiyyə şöbəsində) müayinə olunur və şəhadətləndirilirlər.

 Müşahidələr və təkrar (ildə 2 dəfədən az olmayaraq) müayinənin nəticələri, habelə hərbi komissarlıqdan, hərbi hissədən alınmış məlumatlar  tez-tez təzahür edən gecə sidik saxlamamasının mövcudluğunu və müalicənin səmərəsiz olduğunu təsdiq etdikdə, «Xəstəliklər cədvəlinin» I  və II qrafaları üzrə şəhadətləndirilənlər dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə hərbi xidmətə məhdud yararlı hesab edilirlər.

 Əgər gecə sidik saxlamaması hər hansı xəstəliyə aid simptomdursa, rəy «Xəstəliklər cədvəlinin» əsas xəstəliyi nəzərdə tutan maddəsi üzrə  çıxarılır.

 «Xəstəliklər cədvəlinin» I qrafası üzrə şəhadətləndirilən, gecə sidik saxlamaması yalnız anamnezində qeyd edilən və son üç ildə müşahidə  edilməyən şəxslər, hərbi xidmətə yararlı hesab edilirlər.

 Yuxu vaxtı (hər həftə 2 dəfə medikamentoz sınaqlar aparılması şərti ilə), hər həftə 6-7 dəfə qeyri-ixtiyari olaraq sidik ifrazı gecə sidik  saxlamamasının tez-tez, həftədə 4-5 dəfədən az olmadıqda mülayim, ayda 2-3 dəfədən az olmadıqda nadir təzahür etməsi hesab olunur.

Maddə 89

 «a» bəndinə funksional mənşəli davamlı, uzunmüddətli sistematik müalicənin təsir etmədiyi afoniyalar aiddir.

 Kəkələmə ilə şəhadətləndirilənlər nevropatoloq, zəruri hallarda psixiatr və otorinolarinqoloq, imkan olduqda isə həm də loqoped tərəfidən  dərindən müayinə edilirlər. Hərbi xidmətə yararlılıq kateqoriyası haqqında rəy, müayinənin nəticələri və hərbi hissədən, hərbi  komissarlıqdan hərbi xidmətə daxil olana qədər təhsil və ya iş yerindən alınmış sənədlərin müfəssəl öyrənilməsi əsasında çıxarılır.  Kəkələmənin ifadə olunma dərəcəsi müxtəlif şəraitlərdə nitq funksiyasının vəziyyətinin dinamik müşahidəsi yolu ilə təyin edilir və xəstəliyin  daha çox ifadə olunma məqamları üzrə qiymətləndirilir. Komandanlığın xasiyyətnaməsi və kəkələmənin şəhadətləndirilənin hərbi xidmət  vəzifələrinin icra edilməsində nə dərəcədə əks olunması haqqında məlumat ekspertizanın aparılmasında mühüm əhəmiyyətə malikdir.

 Yalnız tələffüsün ləngiməsi, ifadənin başlanğıcda «büdrəməsi», çox da böyük olmayan (birnəfəsə deyilən) ifadənin qalan sözləri sərbəst və ya  azca ləngimiş, lakin sözlər təkrarlanmadan tələffüz olunan hallar hərbi xidmətkeçməyə mane olmayan mülayim dərəcəli kəkələmə hesab  edilir.

 

 

 

* Qeyd 41-ci maddənin izahı “Xəstəliklər cədvəli”ndə verildiyi kimidir.