Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramının təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
SƏRƏNCAMI
Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyası tərəfindən hazırlanmış "Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı"nın müzakirələrinin nəticələrini nəzərə alaraq qərara alıram:
1. "Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı" təsdiq edilsin (əlavə olunur).
2. Nazirlər Kabineti və Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyası bu Sərəncamın icrası ilə bağlı məsələləri həll etsin.
Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV
Bakı şəhəri, 15 iyun
1999-cu il
№ 168
Azərbaycan Respublikası Prezidentinin
1999-cu il 15 iyun tarixli
168 nömrəli Sərəncamı ilə
TƏSDİQ EDİLMİŞDİR
AZƏRBAYCAN
RESPUBLİKASININ TƏHSİL
SAHƏSİNDƏ İSLAHAT PROQRAMI
(Proqram Azərbaycan Respublikası Prezidentinin
1998-ci il 30 mart tarixli Sərəncamı ilə
yaradılmış
Dövlət
Komissiyası tәrәfindәn
hazırlanmışdır)
GİRİŞ
Cəmiyyətin tərəqqisinin vacib amilləri olan elm və mədəniyyətin, xalqın intellektual potensialının formalaşması onun təhsil sistemi ilə təmin edilir.
Azərbaycan qədim sivilizasiya, mədəniyyət ocağı kimi hələ tarixin lap dərin qatlarında özünün təhsil sistemini formalaşdırmışdır. Bu gün ölkəmiz geniş şaxələnmiş təhsil sisteminə, elmləri, bilikləri, təcrübəni nəsildən-nəslə ötürməyə əsas verən mükəmməl ali, orta ixtisas və orta təhsil məktəbləri şəbəkəsinə malikdir.
Müstəqilliyin çətin yolları ilə irəliləyən Azərbaycan bütün sahələrdə olduğu kimi təhsil sahəsində də böyük vəzifələr yerinə yetirmək zərurəti ilə üz-üzə dayanmışdır. Ölkəmizdə start götürmüş geniş islahatçılıq hərəkatı çərçivəsində təhsil sahəsində də mühüm dəyişikliklərin, yeniliklərin həyata keçirilməsi obyektiv tələbatdır.
Azərbaycanın XX əsrdə siyasi, iqtisadi, mənəvi inkişafının ən mühüm yekunlarından biri ölkədə müasir təhsil sisteminin yaradılmasıdır.
Respublikada yeni tipli məktəblərin açılması, çoxsaylı kadrların yetişdirilməsi sahəsində ciddi dəyişikliklər 20-ci illərdən, Azərbaycan sovetləşəndən sonra başlandı. Yalnız bu dövrdən etibarən savadsızlığın aradan qaldırılması, bütün kənd və şəhərlərdə dünyəvi təhsil məktəblərinin açılması dövlət siyasətinin vacib istiqaməti oldu. Qısa vaxtda geniş məktəblər şəbəkəsinin yaradılması və ibtidai təhsildə icbarilik elementlərinin təsdiq edilməsi əhalinin böyük bir hissəsinin təlim-tərbiyə prosesinə cəlb olunmasına zəmin yaratdı.
Xalqımız Sovet təhsil sistemi vasitəsi ilə dünya mədəniyyətinə qovuşmaq, elmin qabaqcıl nailiyyətlərini mənimsəyərək gənc nəslə ötürmək, müxtəlif sahələrdə qabaqcıl elmi ideyalarla silahlanmış yüksək ixtisaslı milli kadrlar hazırlamaq imkanmı əldə etmişdir.
Bununla yanaşı, Sovet hakimiyyəti illərində Azərbaycanda təhsilin inkişafı bütövlükdə Sovet İttifaqında qəbul edilmiş təhsil strategiyasının ruhuna və tələblərinə uyğun olaraq, mərkəzləşmiş qaydada həyata keçirilirdi. Müəyyən edilmiş strategiyadan kənara çıxmaq, milli xüsusiyyətlərə cavab verən təhsil konsepsiyası hazırlamaq, təbii ki, inzibati-amirlik idarəetmə metodlarını əldə rəhbər tutan bir cəmiyyətdə qeyri-mümkün idi.
Lakin mövcud strateji kurs daxilində təhsilin maddi bazasını möhkəmləndirmək, maarifə qayğını gücləndirmək imkanları da yox deyildi. Bu isə daha çox respublika rəhbərliyinin elmin və maarifin rolunu qiymətləndirmək bacarığı, xalqın milli-mədəni tərəqqisinə sədaqətlə xidmət etmək istəyi ilə bağlı idi.
1969-cu ildə respublika rəhbərliyinə irəli çəkilən Heydər Əliyev mövcud rejimin sərt qanunları çərçivəsində Azərbaycanın tәrәqqisi, elm, təhsil və mədəniyyətinin yüksəlməsi üçün çox məharətlə düşünülmüş strategiya və taktika seçməyə nail oldu.
Bu illər ərzində Azərbaycanda təhsilin inkişafı geniş vüsət almışdı. Məktəbəqədər tərbiyə müəssisələrindən tutmuş ali məktəblərədək bütün təhsil ocaqları əvvəlki illərlə müqayisədə yeni inkişaf pilləsinə çıxaraq, Azərbaycan əhalisinin təhsil, ümum mədəni və intellektual səviyyəsinin yüksəldilməsində böyük rol oynadı.
1988-ci ildən etibarən isə Azərbaycanda bütün sahələrdə olduğu kimi, təhsildə də mənfi dağıdıcı tendensiyalar özünü bürüzә verdi. Ən başlıcası isə təhsilə qayğı unuduldu, onun cəmiyyətdə aparıcı rolu lazımınca qiymətləndirilmədi.
Eyni zamanda həmin ildən Ermənistanın Azərbaycana torpaq iddiaları əsasında başlanmış müharibə nəticəsində Dağlıq Qarabağ və onun ətraf rayonları zəbt olundu, bir milyondan çox soydaşımız öz doğma yurdundan qovuldu, ərazimizin 20 faizi işğal olundu, 220 körpələr evi, 616 ümumtәhsil məktəbi, 35 məktəbdənkənar tərbiyə müəssisəsi, 11 peşə məktəbi, 4 orta ixtisas məktəbi, 1 ali məktəb filialı dağıdıldı. Bu təcavüz Azərbaycan xalqını, Azərbaycan məktəbini, Azərbaycan pedaqoji ictimaiyyətini tarixdə analoqu olmayan pedaqoji-psixoloji "eksperimentə" məhkum etdi.
Doxsanıncı illərin başlanğıcında Sovet İttifaqının süqut etməsi ilə Azərbaycan Respublikası öz müstəqilliyini təsbit edən Konstitusiya aktım qəbul etmişdir.
Müstəqillik yoluna qədəm qoyulması təhsil, təlim-tərbiyə sahəsində də bir sıra perspektivlər açmış, yeni vəzifələr irəli sürmüşdür. Azərbaycan məktəbi dünya mədəniyyət xəzinəsinin inciləri ilə yanaşı xalqımızın elm, mədəniyyət, incəsənət sahələrində qazandığı nailiyyətləri, tariximizi, ənənələrimizi gənc oğlan və qızlara mənimsədən təlim-tərbiyə mərkəzlərinə, Azərbaycan mənəviyyatının, Azərbaycan milli psixologiyasının, dünyagörüşü sisteminin qorunub saxlanıldığı və nəsildən-nəslə ötürüldüyü məbədə çevrilmək imkanı əldə etdi. Təəssüf ki, həmin dövrdə təhsil sistemi müstəqil dövlət quruculuğunda yaxından iştirak etməli olan milli ruhlu kadrlar hazırlamaq, vətənini sevən, onun mənafeyi ilə yaşayan vətəndaşlar tərbiyə etmək kimi tarixi vəzifənin öhdəsindən gələ bilmək üçün zəruri, düşünülmüş islahatçılıq hərəkatı ilə əhatə oluna bilmədi.
Yalnız 1993-cü ilin iyunundan bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də tənəzzülün, təhlükəli dağıdıcılıq hallarının qarşısı alındı, milli təhsil sisteminin bərpası və yeni şəraitin tələblərinə uyğun olaraq daha da inkişaf etdirilməsi üçün əlverişli siyasi, iqtisadi, hüquqi, əxlaqi-mənəvi mühit yarandı.
Təhsil sistemində islahatların zəruriliyi respublikanın sosial-iqtisadi, ictimai-siyasi və dövlət quruluşunda baş vermiş köklü dəyişikliklərlə bağlıdır. İndiki mərhələdə təhsil sistemi inzibati-amirlik prinsipinə əsaslanan totalitarizmdən azad, açıq, demokratik və çoxşaxəli formada qurulmalıdır.
Təhsilin inkişafı müasir şəraitdə yalnız dövlətin vəzifəsi olmayıb, demokratik cəmiyyətin bütün ünsürlərinin, təhsil alanların və onların ailələrinin, dövlət və qeyri-dövlət təhsil müəssisələrinin, elmi-pedaqoji birliklərin, mütəxəssislərlə təmin olunmağa ehtiyacı olan potensial tələbatçıların, ictimai və dini birliklərin çoxsahəli və çoxaspektli əməkdaşlıq sahəsidir.
Bu sahədə islahatların aparılması indiyə qədər bir sıra obyektiv və subyektiv səbəblərdən asılı olaraq həyata keçirilməmişdir. İctimai-siyasi həyatımızdakı qeyri-sabitlik, iqtisadi sistemin bütün sahələrində istehsalın aşağı düşməsi və milli gəlirin azalması həm təhsilin büdcə təminatım aşağı salmış, həm də bütövlükdə təhsil sisteminin yeni iqtisadi mexanizminin yaranmasına imkan verməmişdir.
İqtisadi inkişafın indiki mərhələsində müşahidə olunan dirçəliş, yaranmış maliyyə sabitliyi, qeyri-büdcə sferasından əlavə vəsaitlərin cəlb olunma imkanlarının mövcudluğu həm qeyd olunan çətinlikləri aradan qaldırmağa, həm də bütövlükdə təhsil sistemində köklü islahatlara başlamağa əlverişli şərait yaratmışdır.
Təhsil sahəsinin islahatı təhsil müəssisələrinin fəaliyyətində, bütövlükdə təhsil sisteminin strukturu, idarə sistemi və iqtisadiyyatında köklü yeniləşmənin həyata keçirilməsini nəzərdə tutur. İslahatın gedişində elmi tədqiqat işlərinin aparılması və onun nəticələrinin təhsil prosesinə tətbiqinə əlverişli şərait yaradılmasına, təhsil sistemi işçilərinin sosial müdafiәsinin gücləndirilməsinə və təhsil alanların sağlamlığının və sanitar-gigiyenasının təşkilinə xüsusi diqqət yetirilməsi nəzərdə tutulur.
Aparılacaq islahatlar nəticə etibarilə təhsil sisteminin müasir bazar iqtisadiyyatı şəraitinə cavab verən yeni iqtisadi-təşkilati və idarəetmə mexanizminin yaradılmasını təmin etməlidir.
İslahatın məqsədi və prinsipləri
Təhsil sahəsində islahat proqramının əsas məqsədi məktəbəqədər, orta, ali, ali təhsildən sonrakı peşə və ona uyğun əlavə təhsil pillələrində toplanmış potensialı saxlamaq və inkişaf etdirmək, təhsil sistemini tənzimləyən müvafiq normativ hüquqi bazanı yaratmaq, cəmiyyətin Azərbaycan Respublikasının Konstitusiyasında, Təhsil Qanununda təsbit olunmuş tələbləri, siyasi, iqtisadi və sosial həyatın demokratikləşməsinə əsaslanan dövlət siyasətini həyata keçirməkdən ibarətdir.
Göstərilən tələblərə cavab verən təhsil sisteminin strukturunun, məzmununun, kadr hazırlığı və təminatının, tədris, elmi-metodiki və informasiya təminatının idarə olunmasının, maddi-texniki bazasının və iqtisadiyyatının islahatı aşağıdakı prinsipləri əhatə etməlidir:
müstəqil Azərbaycan Respublikasının gələcəyi üçün təhsil sisteminin üstün inkişaf etdirilməli sahə olduğunu təsbit etməyə imkan verən etibarlı bazanın yaradılması, ölkədə elmin və mədəniyyətin inkişafı, demokratik vətəndaş cəmiyyətinin qurulması, modernləşdirilmiş istehsalat-mülkiyyət sistemi əsasında sabit iqtisadi artıma nail olunsun;
demokratikləşdirilmə, humanistləşdirilmə, inteqrasiya, differensiallaşdırma, fərdiləşdirilmə, humanitarlaşdırılma prinsiplərinə əsaslanaraq, təhsil alanın şəxsiyyət kimi formalaşdırılmasını, onun təlim-tərbiyə prosesinin əsas subyektinə çevrilməsini başlıca vəzifə hesab edən, milli zəminə, bəşəri dəyərlərə əsaslanan, bütün qurumların fəaliyyətini təhsil alanın mənafeyinə xidmət etmək məqsədi ətrafında birləşdirən yeni təhsil sisteminin yaradılması;
islahatın humanitar xarakterli olması, onun insanların yaradıcı və keyfiyyәtli fəaliyyətinin hərtərəfli açılmasına yönəldilməsi, islahatda şəxsiyyətin hüquq və azadlıqlarının təmin edilməsi;
islahatın praktiki yönümlülüyü dövlətin və cəmiyyətin malik olduğu vəsaitlə təmin oluna bilən məqsəd və tədbirlərin, yenilik və dəyişikliklərin həyata keçirilməsinə yönəldilməsi;
təhsil sisteminin mütənasib inkişafının təmin edilməsi;
mövcud təhsil sistemində toplanmış təcrübənin mütərəqqi əsaslarını saxlamaqla müstəqil Azərbaycan Respublikasının strateji məqsədlərini həyata keçirməyə qadir olan intellektual potensialın formalaşdırılmasında inkişaf etmiş ölkələrin özünü doğrultmuş və mövcud elmi-pedaqoji ictimaiyyətin qəbul etdiyi təcrübəsindən istifadə olunması;
təhsil sisteminin əhatə imkanlarının genişləndirilməsi, onun keyfiyyәtinin və rəqabət qabiliyyətinin yüksəldilməsi;
təhsil sisteminin idarəetmə orqanlarının fəaliyyətinin respublikanın digər dövlət orqanları və qeyri-dövlət təşkilatlarının fəaliyyəti, eləcə də ölkənin iqtisadi mühiti ilə əlaqələndirilməsi və təhsil siyasətini həyata keçirən orqan və şəxslərin səlahiyyətlərinin Azərbaycan Respublikasının Təhsil Qanununa və digər qanunvericilik aktlarına uyğun tənzimlənməsi;
idarəetmənin dövlət-ictimai prinsipləri əsasında həyata keçirilməsi. Müəllim və digər pedaqoji işçilərin fəaliyyəti üçün ən əlverişli şəraitin yaradılması, onların sosial müdafiәsinin təmin olunması. Perspektivdə ictimai-dövlət idarəetmə sisteminə keçilməsi;
təhsil sisteminin yeni iqtisadi modelinin qurulması, resurs təminatının möhkəmləndirilməsi və optimallaşdırılması.
Mərhələlər
Təhsil sistemində islahatların üç mərhələdə aparılması nəzərdə tutulur.
Bir il müddətini əhatə edən birinci mərhələ hazırlıq mərhələsi (1999-cu il) Azərbaycan Respublikası vətəndaşlarının Konstitusiyada müəyyən olunmuş təhsil almaq hüququnu təmin edən, bazar iqtisadiyyatının tələblərinə uyğun yeni təhsil sisteminin normativ hüquqi, iqtisadi və informasiya bazasını yaratmaq
üçün təşkilati işlərin aparılmasını, eləcə də onun infrastrukturu və kommunikasiya sisteminin müəyyən edilməsini nəzərdə tutur.
Qısamüddətli perspektivi əhatə edən ikinci mərhələdə (2000-2003-cü illər) təhsil sahəsinin sosial-iqtisadi stabilliyini təmin edən təxirəsalınmaz problemlərin həll olunması və geniş miqyaslı islahatın aparılması üçün təşkilati-hüquqi, kadr, maliyyə, maddi-texniki təminatının və yeni idarəetmə modelinin yaradılması nəzərdə tutulur.
Üçüncü mərhələ (2004-cü ildən) proqramda nəzərdə tutulan bütün tədbirlərin həyata keçirilməsini əhatə edir.
Başlıca istiqamətlər
Müasir tələblərə cavab verən istedadlı uşaqlar üçün təhsil müəssisəsindən tutmuş, inkişafında qüsur olan, reabilitasiyaya ehtiyacı olan uşaqlar üçün yaradılmış yeni tipli təhsil müəssisələri şəbəkəsinin yaradılması. Bütün tipdən olan təhsil müəssisələrinin diversifikasiyası (əlaqələndirilməsi);
əmək bazarına tələbatın formalaşması ilə bağlı tədris proqramlarının, təhsilin məzmununun və metodikasının yeniləşdirilməsi. Burada əsas meyl respublika iqtisadiyyatının başlıca inkişaf istiqamətlərinə, eləcə də humanitar və ictimai fənlərin məzmununun keyfiyyәtinin yüksəldilməsinə yönəltməklə, günün tələblərinə cavab verməyən proqramlar, metodikalar və səmərəsiz təhsil fəaliyyətləri aradan qaldırılacaqdır;
təhsil müəssisələrinin maddi-texniki resurslarına tәlәbat normalarının hazırlanması. Təhsilin keyfiyyәtinә, standartların icrasına nəzarət, eləcə də təhsil müəssisələrinin və ayrı-ayrı təhsil proqramlarının ekspertiza və akkreditasiya mexanizminin yaradılması;
təhsil müəssisələrinin inkişaf strategiyası və məqsədlərinin müəyyən edilməsində, müvafiq qərarların çıxarılmasında və s. müstəqillik verən yeni idarə-etmə mexanizminin yaradılması;
təhsil sisteminin maliyyələşdirilməsinin yeni mexanizmini əks etdirən iqtisadi modelin yaradılması.
İslahatın əsaslandırılması
Təhsil sisteminin mövcud vəziyyəti günün tələblərinə cavab vermədiyindən bu sahədə islahatların aparılması təkzibolunmaz zərurətdir. Cəmiyyət öz gələcəyini təmin etmək məqsədi ilə yeni nəslin yüksək səviyyədə hazırlığına nail olmalı və buna görə də təhsil üstün inkişaf etdirilən sahəyə çevrilməlidir.
İslahatlar, varisliyi saxlamaqla, təhsilin idarə olunması, bazar iqtisadiyyatı şəraitində mütəxəssis hazırlığı və təhsilin maliyyələşdirilməsi sahəsində mütərəqqi dünya təcrübəsinə əsaslanmalıdır.
İslahatın həyata keçirilmə mexanizmi
İslahat proqramı təsdiq edildikdən sonra onun mərhələlərinin həyata keçirilmə planı hazırlanacaq. Bu plan aşağıdakıları əhatə edəcək:
keyfiyyət və kəmiyyət göstəriciləri;
hər bir tədbirin həyata keçirilməsi üçün tələb olunan vəsaitin məbləği;
monitorinq mexanizmi;
islahat istiqamətlərinin prinsipləri və icraçıları.
1. RESPUBLİKADA TƏHSİL SİSTEMİNİN REAL VƏZİYYƏTİ
Eramızın üçüncü əsrindən başlayaraq Azərbaycanda ilkin savad verən ayrıca məktəblər mövcud olmuşdur. VII əsrdə isə elmi təhsili daha yüksək məqama qaldıran İslam dininin təsiri ilə oxumaq istəyənləri əhatə edən təhsil sistemi yaranmışdır. Artıq X-XIII əsrlərdə Təbriz, Marağa, Gəncə, Naxçıvan, Şamaxı, Həmədan, Ərdəbil kimi şəhərlər elm və mədəniyyət mərkəzlərinə çevrilmişdi.
XII-XV əsrlərdə Azərbaycan yüksək ali təhsil müəssisələri ilə dünyada məşhurlaşmışdı. Bu dövrdə Azərbaycanın Gəncə, Şamaxı, Beyləqan, Naxçıvan, Bərdə, Təbriz, Marağa kimi şəhərlərində alf məktəblər, rəsədxanalar, kitabxanalar fəaliyyət göstərmişdir. Həmin ali məktəblər memarlıq, musiqi, astronomiya, təbabət, dəqiq elmlər və say üzrə biri digərini təkrar etməyən, təmayülə malik olmuşlar.
XIX əsrin əvvəllərində Gülüstan və Türkmənçay müqavilələri əsasında Azərbaycanın şimal hissəsi Rusiyanın tərkibinə qatıldı, qısa müddət ərzində bütün milli məktəblər ləğv edildi, əvəzində təlim rus dilində olan tədris müəssisələri yaradılaraq, milli təhsil sistemimizin əsaslarına güclü zərbə vuruldu.
Bununla yanaşı, Azərbaycanda XX əsrin əvvəllərində pedaqoji fikrin səciyyəvi cəhətlərindən biri klassik pedaqoji ideya və ənənələrin Avropa üslublu dünyəvi təhsil təcrübəsi ilə birləşməsi və təlimdə yeni üsulların tətbiqinin diqqəti daha çox cəlb etməsi idi.
Rus imperiyasının süqutu nəticəsində 1918-ci ilin mayında Azərbaycan Xalq Cümhuriyyəti yarandı.
Respublikada təhsil sistemi Azərbaycan Xalq Cümhuriyyəti dövründə öz təşəkkülünü tapmış və xüsusilə 20-ci illərdə Azərbaycan sovetləşəndən sonra bu sahə əhəmiyyətli surətdə inkişaf etdirilmişdir.
Azərbaycanın təhsil sisteminin inkişafında Heydər Əliyevin müstəsna rolu və xidmətləri olmuşdur. Onun rəhbərliyi altında 70-80-ci illərdə bu inkişaf daha yüksək mərhələyə çatmış, təlim-tərbiyə müəssisələrinin şəbəkəsi xeyli təkmilləşdirilmiş, bir sıra müasir təhsil ocaqları yaradılmış, təhsilin maddi-texniki bazası möhkəmləndirilmiş, milli kadrların hazırlanmasına xüsusi diqqət yetirilmişdir.
Belə ki, respublikanın bütün regionlarında çoxsaylı yeni tipli məktəbəqədər müəssisələr, ümumtəhsil, texniki peşə və orta ixtisas təhsili məktəbləri tikilmiş və istifadəyə verilmişdir. Əgər 1969-cu ildə respublikada cəmi 12 ali məktəb fəaliyyət göstərirdisə, 80-ci illərin əvvəllərində bu rəqəm 17-yə çatdırılmışdır.
Həmin dövrdə respublikamız öz hüdudlarından kənarda yüksək ixtisaslı mütəxəssislər ordusunun yetişdirilməsinə nail olmuşdur, 70-ci illərin ortalarından hər il orta hesabla 800-900 nəfər, 80-ci illərin əvvəllərindən isə ildə 1000-1400-ə qədər gənc respublikadan kənardakı tanınmış ali məktəblərə təhsil almağa göndərilmişdir.
Göstərilən müddətdə gənclərimizi keçmiş ittifaqın ali hərbi məktəblərinə göndərməklə yanaşı, paralel olaraq respublikada bir sıra ali və orta hərbi təhsil müəssisələri açılmışdır.
Təhsil sahəsi həmin müddətdə həm ittifaq büdcəsindən, həm də respublika fondundan üstün maliyyələşdirilən bir sahəyə çevrilmişdi ki, bu da həmin dövr üçün xarakterik olan maddi-texniki bazanın inkişafında öz əksini tapmışdı.
1988-ci ildən etibarən isə təhsil sahəsində tənəzzül, təhlükəli dağıdıcılıq halları müşahidə olunmağa başlandı. 1992-ci ildə respublikada təhsilin inkişafını müəyyənləşdirən təhsil konsepsiyası olmadan tələsikliklə qəbul olunmuş Təhsil Qanunu bu prosesin qarşısını almağa qadir olmadı və əksinə, bir sıra yeni problemlər yaratdı. Belə ki, həmin Qanunda normativ xarakterli müddəaların olmaması, bir çox maddələrin bir-birinə ziddiyyət təşkil etməsi, real inkişaf prosesinin nəzərə alınmaması nəticədə müəllimlərin sosial vəziyyətini daha da ağırlaşdırmış, qeyri-qanuni təhsil müəssisələrinin açılmasına şərait yaratmış, təhsil sistemini tənzimləyən normativ sənədlərin hazırlanmasına və tətbiqinə maneçilik törətmişdir.
Beləliklə, 1992-ci ildə qəbul olunmuş Təhsil Qanunu respublikada təhsil prosesinin inkişafına kifayət qədər şərait yarada bilmədi.
Təhsilin inkişafına 1993-cü ildən sonra xüsusi qayğının göstərilməsi Azərbaycan Respublikasının demokratik yolla seçilmiş ilk Prezidenti Heydər Əliyev cənablarının daha çox diqqət mərkəzində olmuş, vətəndaşların təhsil hüquqları məhz möhtərəm Prezidentin rəhbərliyi ilə işlənilmiş və qəbul edilmiş Konstitusiyada da dünyanın ən inkişaf etmiş ölkələrinin səviyyəsinə qaldırılmış, bütün Şərqdə ilk dəfə olaraq ümumi icbari orta təhsilin həyata keçirilməsinə başlanmışdır.
1.1. Təhsil sisteminin statistikası
Təhsilin vəziyyətini əks etdirən statistik məlumatlar Dövlət Statistika Komitəsinin və Təhsil Nazirliyinin dövri hesabatlarında verilmişdir.
Təhsil sahəsində dövlət islahat proqramı hazırlanarkən mövcud vəziyyət 1 saylı cədvəldə öz əksini tapmışdır.

1.2.
Normativ hüquqi baza
Azərbaycan Respublikası
təhsil sisteminin normativ hüquqi bazasını
Azərbaycan Respublikasının Konstitusiyası, Təhsil
Qanunu və digər müvafiq qanunvericilik aktları təşkil
edir.
Azərbaycan Respublikasının
Təhsil Qanunu qəbul olunduqdan sonra təlim və
tərbiyənin məzmunu, təhsil sisteminin tədris,
elmi-metodiki və informasiya təminatı, onun maddi-texniki bazasının
möhkəmləndirilməsi, idarә olunması, iqtisadiyyatı, elmi tədqiqat
işləri və beynəlxalq əlaqələr
sahələrində müəyyən işlər
görülmüşdür.
1.3.
Təlimatlar və normativlər
Təhsil müəssisələrinin
fəaliyyətini tənzimləyən bir sıra normativ
sənəd, peşə-ixtisas sahəsində mütəxəssis hazırlığı,
ixtisasların yeni siyahısı təsdiq olunmuş, ali
təhsildə mütəxəssis
hazırlığının çoxpilləli
strukturuna keçilmiş, texniki peşə təhsili müəssisələri şəbəkəsinə
yenidən baxılmış, ümum
orta, ali və orta peşə ixtisası təhsili üçün Dövlət təhsil standartlarının layihəsi
hazırlanmış, ixtisas və ixtisaslaşma
istiqamətləri üzrə baza təhsil
proqramları və tədris planları, tədris planlarına
uyğun fənn proqramları hazırlanmış, təhsilin
bütün pillələri, xüsusən
də ümumtəhsil məktəblərinin I-IV siniflərində
dərsliklər 90% yeniləşmiş, Azərbaycan bölməsi üçün 21 adda tədris
proqramı yenidən işlənmiş və çap edilmişdir. Xüsusi tipli
məktəblər üçün ilk dəfə olaraq
milli tədris proqramları və dərsliklər
hazırlanmış, təhsil sistemimizin beynəlxalq
təhsil sisteminə inteqrasiyasının təməli
qoyulmuşdur.
1.4.
Təhsilin aktual problemləri
Təhsil sisteminin vəziyyəti
günün tələblərinə cavab vermir və həlli
vacib olan bir çox problemlər mövcuddur.
Son 7 ildə müstəqil respublikamızın təhsil quruculuğu
istiqamətində radikal addımlar atılmamış, müasir tələblərə cavab verən, milli
zəminə və bəşəri dəyərlərə,
demokratiya prinsipinə əsaslanan yeni təhsil sisteminin
yaradılması üçün az iş görülmüşdür.
Həyata keçirilmiş
tədbirlərin böyük
əksəriyyəti təhsilin ayrı-ayrı
sahələrinin təkmilləşdirilməsinə yönəldilmiş, təhsildə köklü islahatların aparılmasına diqqət
yetirilməmişdir.
1.4.1.
Təhsil sisteminin strukturunda
Təhsil sisteminin mövcud strukturu yeni təhsil növlərini
əhatə etmir. Belə ki, təlim-tərbiyə və
təhsil müəssisələrinə səhhətinə görə getməyən və inkişafında qüsuru olan uşaqlara korreksiyaedici və pedaqoji kömək göstərmək üçün müxtəlif təlim-tərbiyə müəssisələri yaradılmamışdır.
Respublikanın regionlarında
və kəndlərdə müxtəlif profildәn
və pillədən olan təhsil müəssisələrinin
inteqrasiyası təmin olunmayıb. Peşə təhsili
sistemi əmək bazarının real tələbatmı
təmin etmir, ibtidai, orta və ali peşə təhsili, diplomdan
sonrakı təhsil, ixtisasartırma və yenidən hazırlanma
şəbəkəsinin strukturlarının
optimallaşması istiqamətində kifayət qədər
iş görülməmiş, peşə təhsili müəssisələrinə elmi, mədəni,
idarəetmə və kommersiya sahələrində mütəxəssis hazırlığına və bunun üçün xüsusi maddi-texniki bazanın yaradılmasına iqtisadi çətinliklərlə bağlı kifayət
qədər maliyyə vəsaiti ayrılmamışdır.
Hələ də
cəmiyyətin, əhalinin və əmək bazarının
tələbatına cavab verməyən bir sıra təhsil müəssisələri fəaliyyət göstərməkdədir.
1.4.2.
Təhsilin məzmununda
Təlimin və tərbiyənin
məzmununda daha çox problemlər mövcuddur. Beb ki, bu günədək
respublikamızda təhsil strategiyasına uyğun prioritet
istiqamətlər müəyyənləşdirilməmiş,
ümumorta təhsilin dövlət
standartları və baza tədris planı təsdiq
edilməmişdir və mövcud tədris
planlarının xeyli yüklənməsi,
şagirdlərin ayrı-ayrı elmlər üzrə qavrama qabiliyyətinin nəzərə
alınmaması nəticəsində uşaqların böyük əksəriyyəti tədris proqramlarını
mənimsəmir.
Təlimi digər dillərdə
olan məktəblərimizdə bir sıra fənlərin
tədrisində həmin ölkələrin proqram
və dərsliklərindən istifadə olunur.
Hazırda təhsil sistemində
milli ideologiyamıza əsaslanan, gənclərimizdə
vətənpərvərlik, vətəndaşlıq,
torpağa və xalqa bağlılıq hissi aşılayan
tərbiyə konsepsiyası yoxdur. Təhsilin və
tərbiyənin məzmununun əsasını təşkil edən
təhsil proqramlarında bu hissləri aşılayan mövzuların olmaması, Azərbaycan tarixi və
mədəniyyətinin lazımi səviyyədə öyrədilməməsi onların milli
hisslərinə mənfi təsir göstərir.
Şagirdlərin meyl, maraq, idrak
qabiliyyəti, psixoloji-pedaqoji yönümü, tibbi-gigiyenik tələbləri nəzərə
alınmadan, hamı üçün eyni prinsip və norma
əsasında hazırlanmış vahid tədris planları,
proqramları, onlara müvafiq olaraq yazılaraq ikinci
dərəcəli materiallarla doldurulmuş
dərsliklərdən istifadə olunur, tədris planında
lazım olub-olmamasından asılı olmayaraq bütün fənlər məcburi şəkildə
məktəblilərə eyni formada və məzmunda öyrədilir.
Xüsusi
istedada malik olan şagirdlərin vaxtında aşkar
edilməsi və onların inkişafını fərdi
imkanlarına uyğun təmin edən müvafiq tədris proqramları
yoxdur.
Diplomdan sonrakı təhsilin
məzmunu, burada təhsilin mahiyyəti və təşkil
olunma meyarları da artıq köhnəlmişdir.
Bazar iqtisadiyyatına keçidlə bağlı təhsilin məzmununda, xüsusən onun humanitar komponentində, şagird və
tələbələrin hüquq və iqtisadiyyat
sahəsində biliklərə yiyələnməsində
kifayət qədər yeniləşmə təmin
olunmamışdır.
Təhsilin məzmununda xüsusi əhəmiyyətə malik olan istehsalat
təcrübəsinin təşkili bazar iqtisadiyyatının
tələblərinə və çoxukladlı
mülkiyyət formalarına
uyğunlaşdırılmamışdır.
1.4.3.
Kadr təminatında
Təhsil sistemi yeni iqtisadi-siyasi münasibətlərə daxil olmuş
respublikamızın intellektual potensialım
formalaşdıran, təbii iqtisadi qanunlara qayıdan iqtisadi
sistemin kadr təminatını həyata keçirən vacib fəaliyyət sahəsidir. Lakin
respublikanın təhsil
sistemində yüksək intellektual potensialı formalaşdıran, müasir tələbatı ödəməyə
qadir olan kadr təminatmı həyata keçirməyə
imkan verən təşkilati-iqtisadi mexanizm qurulmamış
və elmi-metodik baza lazımi səviyyədə
yaradılmamışdır.
Yeni tələblərə cavab
verən və yüksək pedaqoji
təfəkkürə malik müəllim kadrlarının
hazırlanmasına, pedaqoji kadrların attestasiya sisteminin
yaradılmasına, onların əməyinin obyektiv
qiymətləndirilməsinə, yaradıcı, böyük ustalığa malik müəllim
və tərbiyəçilərin maddi və
mənəvi stimullaşdırılmasına, əmək
haqqının ödənilməsinə diferensial yanaşmanın
tətbiqinə, pedaqoji kadrlarla bağlı digər vacib
məsələlərə lazımi diqqət
yetirilməmişdir. Pedaqoji ali və orta ixtisas müəssisələrində hələ də
əsas diqqət tələbələrə fənn üzrə elmlərin nəzəri
əsaslarının dərindən öyrədilməsinə
yönəldilmişdir. Lakin onların pedaqoji
ustalıqla bağlı vərdişlərə
yiyələnməsinə, psixologiya elmini dərindən
mənimsəmələrinə lazımi əhəmiyyət
verilmir.
1.4.4.
İnformasiya, tədris və elmi-metodiki təminatında
Təhsil sisteminin informasiya,
tədris və elmi-metodik təminatı
qeyri-qənaət-bəxş vəziyyətdədir. Təhsil
sahəsi latın qrafikasında yeni dərsliklər və
tədris-metodiki vəsaitlərlə tam təmin
olunmamış və onların nəşr mexanizmi
yaradılmamışdır.
1.4.5.
Təhsilin idarə olunmasında
Təhsil sisteminin idarə
olunmasında inzibati-amirlik prinsipləri üstünlük təşkil edir, idarəetmənin dövlət-ictimai xarakterinin gücləndirilməsi,
inhisarsızlaşdırma, funksiyaların yuxandan
aşağı paylanması, ağırlıq
mərkəzinin aparatdan sinfə
auditoriyaya keçməsi, əsas hәdәfin təhsil
verənə və alana yönəlməsİ
istiqamətində məqsədyönlü işlər həyata keçirilməmişdir.
1.4.6.
Maddi-texniki bazasında
Bütün pillələri əhatə edən təhsil müəssisələrinin və təhsil sisteminin
təşkili, maddi-texniki bazası tədris prosesinin müasir tələblərinə cavab vermir. Təhsil müəssisələrinin çoxu
yararsız binalarda yerləşir, yeni binalar tikilmir,
əsaslı təmir işləri aparılmır, mühazirə və məşğələlərin keçirilməsi üçün tədris vəsaiti,
didaktik materiallar, kompüter təminatı,
oyuncaqlar, bərk və yumşaq avadanlıqlar, təcrübə aparmaq üçün laboratoriyalar və
onların zəruri vəsaitlərlə və s.
təchizatı yox dərəcəsindədir.
Bundan əlavə erməni
təcavüzü nəticəsində respublikanın təhsil
sisteminə ciddi ziyan dəymişdir ki, bunu da
aşağıdakı cədvəldən aydın görmək olar:

1.4.7. Təhsilin iqtisadiyyatında
Təhsilin iqtisadiyyatı
demək olar ki, mərkəzləşmiş planlı sosialist
iqtisadiyyatında olduğu kimi qalmış, təhsil sisteminin
yeni təşkilati-iqtisadi idarəetmə modeli qurulmamışdır.
Təhsil sisteminin maliyyələşdirilməsinin mütərəqqi forması olan təhsil alanların
adambaşına xərc prinsipləri tətbiq
edilməmişdir. Təhsil müəssisələrinin
fəaliyyəti iqtisadi mühitlə
əlaqələndirilməmiş və bazar
iqtisadiyyatının imkan verdiyi büdcədənkənar
vəsait əldə etmək imkanı bir sıra mövcud normativ aktlarla
məhdudlaşdırılmışdır.
Təhsil müəssisələrinə
maliyyə-təsərrüfat fəaliyyəti
sahəsində obyektiv müstəqillik
verilməmiş, mövcud vəsaitlərdən
səmərəli istifadə etmək mexanizmi
qurulmamışdır.
Təhsil sisteminin elmi tədqiqat
fəaliyyəti çoxpilləli təhsil
strukturuna uyğunlaşdırılmamış, büdcədən maliyyələşən aktual elmi
tədqiqat istiqamətləri vəsait çatışmazlığı
nәticәsindә davam etdirilmir, aparılan tədqiqatlar
Elmlər Akademiyası və digər sahә elmi tədqiqat
institutları ilə koordinasiya olunmur, alınan
nəticələrin təhsil prosesinə tətbiqi
qənaətbəxş deyildir.
Təhsil sahəsinin beynəlxalq
təhsil sisteminə inteqrasiyasının təməlinin
qoyulmasına baxmayaraq, təhsil sahəsində beynəlxalq
təşkilatlar və təhsilin inkişaf fondları və
proqramları, o cümlədən Avropa
Şurası, Avropa İttifaqı, YUNESKO, YUNİSEF, Avropa
Təhsil Fondu və İSESKO, TASİS, TEMPUS/TASİS və
digər təşkilatlarla əlaqələr lazımi
səviyyədə qurulmamışdır.
2. İSLAHATIN ƏSAS İSTİQAMƏTLƏRİ
2.1.
Təhsil sisteminin strukturunda
Təhsil sistemi müxtəlif pilləli ardıcıl təhsil
proqramlarını həyata keçirən
təhsil müəssisələri şəbəkəsindən,
təhsili idarəetmə orqanlarından,
təlim-tərbiyə prosesi ilə məşğul olan
digər müəssisə və təşkilatlardan ibarətdir.
Respublika təhsil sisteminin
strukturu aşağıdakı təhsil müəssisələri tiplərindən ibarətdir:
Məktəbəqədər, ümumtəhsil (ibtidai, natamam orta, orta ümumi təhsil), ibtidai peşə, orta
peşə-ixtisas, ali peşə-ixtisas, əqli və ya fiziki
inkişafca qüsurlu uşaqlar üçün xüsusi
təhsil müəssisələri, yetim və valideyn
himayəsindən məhrum uşaqlar üçün
təhsil müəssisələri, əlavə təhsil
(məktəbdənkənar təhsil, ixtisasartırma və
yenidən hazırlanma) müəssisələri
və təhsil prosesini həyata keçirən
digər müəssisələr.
Təhsil sisteminin strukturunun
yenidən qurulması təhsil sahəsində aparılan
islahatların əsasını təşkil edir.
Təlim-tərbiyənin
məzmununda, iqtisadiyyatında və idarə olunmasında
aparılacaq islahatlar təhsil sisteminin çevikliyini,
dinamikliyini, fərdin, cəmiyyətin və dövlətin çoxsahəli
tələbatını təmin etməklə, təhsil
sisteminin strukturunun yenidən qurulması prosesinin sürətləndirilməsini tələb edir.
Bu məqsədlə təhsil
sisteminin strukturunun islahatları aşağıdakıları
əhatə etməlidir:
2.1.1.
Məktəbəqədər
Azərbaycan Respublikası
ərazisində yerləşən
məktəbəqədər müəssisələrdə
uşaqların əhatə olunmasının kəskin
surətdə azalmasını nəzərə alaraq,
məktəbəqədər müəssisələr
şəbəkəsini təkmilləşdirmək.
Müasir
tələblərə cavab verən, uşaqların dünyagörüşünü
artıran, onların fiziki inkişafını təmin
edən, sağlamlığını qoruyan yeni tipli müəssisələrin açılmasını
təmin etmək.
2.1.2. Yeni
tipli müəssisələrin yaradılması
Bölgələrin
xüsusiyyətlərini və tələbatmı
nəzərə almaqla, həmin bölgələrdə
müxtəlif tip və növlü təhsil müəssisələrini
yaratmaq və onların bazasında inteqrasiya formasında yeni
təhsil komplekslərini təşkil etmək;
Tərbiyə müəssisələrinə səhhətinə görə getməyən və inkişafında qüsuru olan uşaqlara korreksiyaedici və pedaqoji kömək göstərməli,
eləcə də qaçqın və köçkün uşaqlar arasında psixi gərginliyə
məruz qalmış uşaqların reabilitasiyasını
təmin edən yeni tipli təhsil müəssisələrini
yaratmaq;
Xüsusi
istedada malik olan şagirdlərin vaxtında aşkar
edilməsi və onların təhsilinin inkişafını
təmin etmək üçün yeni tipli təhsil müəssisələrini yaratmaq;
Ali və orta ixtisas və texniki
peşә təhsili müəssisələrini yeni
profilә istiqamətləndirmə və qruplaşdırmaqla,
onların bazasında yeni tipli elm-təhsil və elm-istehsalat
komplekslərini yaratmaq;
Müasir
idarəetmə prinsiplərinin və funksiyalarının
tətbiqini təşkil etmək və bunları həyata keçirmək üçün təhsilin idarə
edilməsi sahəsində təhsil menecerlərinin yenidən
hazırlanması və ixtisaslarının
artırılmasını təmin edən təhsil
menecerlərini hazırlama mərkəzini yaratmaq.
2.1.3. Komplekslərin
yaradılması
Regionların xüsusiyyətlərini və tələbatını
nəzərə almaqla, buradakı müxtəlif
tip və növlü təhsil müəssisələrinin
inteqrasiyası nəticəsində yeni təhsil
kompleksləri yaratmaq;
Əmək bazarının
tələbatına uyğun olaraq orta ixtisaslı fəhlə
və kiçik mütəxəssis kadrların
hazırlığının səmərəliliyini təmin
etmək üçün texniki peşə və orta ixtisas
məktəblərinin bazasında yeni tipli təhsil müəssisələri kompleksləri yaratmaq;
Respublikanın mövcud intellektual və təhsil müəssisələrinin elmi-pedaqoji
potensialının təhsil prosesinə cəlb
olunmasını təmin etmək məqsədi ilə yeni
tipli elm-təhsil və elm-təhsil-istehsalat komplekslərini yaratmaq.
2.1.4. Təhsil
müəssisələri şəbəkəsi
Ümumtəhsil məktəbləri
şəbəkəsində özəl
sektoru stimullaşdırmaq;
Ümumtəhsil məktəbi və digər təlim-
tərbiyə müəssisələrinin sifarişlərini,
ayrı-ayrı müəllim və
tərbiyəçilərin elmi, pedaqoji, psixoloji və metodik
ehtiyaclarını nəzərə alan məsafədən
(istehsalatdan ayrılmamaqla) təlim texnologiyası da daxil
olmaqla ixtisasartırmanın və yenidən
hazırlanmanın yeni sistemini yaratmaq;
Ali və orta peşə
ixtisası sahəsində kadr hazırlığının çevikliyini və dinamikliyini təmin etmək
məqsədi ilə mövcud təhsil müəssisələri şəbəkəsini
optimallaşdırmaq.
2.1.5.
Profillərin müəyyənləşdirilməsi
Cəmiyyətin uzunmüddətli tələbatını ödəməyə imkan verən peşə-ixtisas
məktəblərinin yeni profillərini təyin etmək.
2.1.6.
Təhsil Akademiyasının yaradılması
Təhsil sisteminin tədris,
elmi-metodik və informasiya təminatının elmi
əsaslarını yaradıb təhsil sisteminə tətbiq
etmək məqsədi ilə Təhsil Nazirliyi nəzdində
Azərbaycan Respublikasının Təhsil Akademiyasını
yaratmaq.
2.2.
Təlimin və tərbiyənin məzmununda
Ümumi və peşə-ixtisas təhsilinin
məzmununun islahatı təhsil sisteminin inkişafının
əsası olub, nəticə etibarilə onun mahiyyətini
və əhəmiyyətini ifadə etməklə,
ardıcıl olaraq təhsil sistemində unifikasiyanın
xarakterini aradan qaldırmaq, təhsilin
demokratikləşdirilməsi, humanistləşdirilməsi,
humanitarlaşdırılmasını təmin etmək,
pedaqoji işçilərin yaradıcılıq imkanlarının
reallaşdırılması üçün
şərait yaratmağı nəzərdə tutur.
Bu məqsədlə təhsilin dövlət standartlarının yeni sistemi
yaradılmalı və fərdin şəxsiyyətinin
hərtərəfli inkişafını təmin edən milli
tərbiyə proqramı hazırlanmalıdır.
Təlimin və tərbiyənin
məzmununun islahatı aşağıdakıları
əhatə etməlidir:
təhsilin bütün pillələri üzrə
dövlət təhsil standartlarının
hazırlanması və tətbiqi;
dövlət
təhsil standartlarına uyğun tədris proqramı və
planının və dərsliklərin hazırlanması.
Təhsil proqramlarında humanitar komponenti gücləndirmək, şagird və
tələbələrin hazırlığında iqtisadiyyat
və hüquq sahəsində biliklərin xüsusi çəkisinin artırılması;
milli tariximizin,
mədəniyyətimizin, adət və
ənənələrimizin dərindən öyrədilməsi və gənclərdə
vətənpərvərlik hissinin tərbiyə edilməsinin
vacibliyi nəzərə alınmaqla, humanitar və
sosial-iqtisadi fənlərin strukturunu və məzmununu müəyyənləşdirmək, onların
tədrisi və tədqiqinin yeni konsepsiyasını
hazırlamaq, humanitar və sosial-iqtisadi fənlər üzrə dərsliklərin müsabiqə
əsasında hazırlanmasını təşkil etmək;
təlim-tərbiyənin meyl,
maraq, istedad və qabiliyyət əsasında qurulmasını
təmin edən təmayüllərə uyğun
olaraq ayrı-ayrı fənlər, habelə fənlərin
inteqrativ kursları üzrə çoxvariantlı tədris proqramlarını
hazırlamaq;
istedadlı şagird və
tələbələrin aşkara çıxarılması
və istedadların inkişaf etdirilməsi üçün fərdi tədris plan və proqramları
hazırlamaq. Həmin gənclərin ardıcıl olaraq
respublikadaxili və beynəlxalq olimpiadalarda, müsabiqələrdə, konfranslarda və digər
tədbirlərdə geniş iştirakını təmin
etmək;
təhsil alanların müxtəlif özfəaliyyət
təşkilatlarının inkişafını təmin
etmək məqsədi ilə uşaq və gənclərin
siyasiləşməmiş ictimai təşkilatları ilə
iş üzrə menecerlərin hazırlığı üçün təhsil proqramlarını hazırlamaq və
həyata keçirmək;
uşaq, şagird və
gənclərin şəxsiyyətinin
formalaşdırılmasını, yüksək
mənəviyyatlı şəxsiyyət yetişdirilməsini
təmin edən Milli Tərbiyə Proqramını
hazırlamaq və həyata keçirmək;
müasir
əmək bazarının dəyişən
şəraitinə uyğunlaşmağa imkan verən
geniş profilli (istiqamətlər üzrə)
mütəxəssis hazırlığını
təmin edən baza təhsil proqramları hazırlamaq;
bazar iqtisadiyyatının və
məhsuldar qüvvələrdən səmərəli istifadənin
tələblərinə uyğun yeni ixtisas və
ixtisaslaşma klassifikatorunu hazırlamaq və müxtəlif sahələr üçün
yeni kadrlar nəslini hazırlamaq;
yeni təhsil
texnologiyasının əsas komponentlərindən biri olan
multimedia, monitorinq və sair sistemlərin yaradılması
məqsədi ilə təhsil sistemi müəssisələrinin
kompüterləşdirilməsi və
mərkəzləşdirilmiş informasiya sistemləri
proqramını hazırlamaq və tətbiq etmək;
peşə-ixtisas təhsili
sahəsində təhsil alanların biliklərinin
qiymətləndirilməsi üçün yeni attestasiya sistemini
yaratmaq;
natamam və orta təhsil kursu üzrə bazis tədris planında nəzərdə
tutulmuş fənlərdən şagirdlərin biliklərinin
obyektiv qiymətləndirilməsi üçün
vahid yekun attestasiya formasını hazırlamaq;
təhsilin və tərbiyənin
məzmununa qoyulan yeni tələblər baxımından onun
elmi-metodoloji təminatını yaratmaq məqsədi ilə
elmi tədqiqat işlərini bu məqsədə yönəltmək.
2.3. Kadr
hazırlığı və təminatı
Suverenliyimizin və dövlətçiliyimizin möhkəmləndirilməsi, milli
iqtisadiyyatımızın, mədəniyyətimizin
inkişafı ilk növbədə kadrlardan
asılı olduğundan mütəxəssis
hazırlığı diqqət mərkəzində
durmalıdır.
Bazar münasibətləri,
iqtisadiyyatın infrastrukturunun kökündən dəyişməsi, orta və kiçik müəssisələrin iqtisadiyyatda hakim mövqe tutması, qarışıq iqtisadiyyatın
rəqabət sisteminin formalaşmasından asılı olaraq
istehsal profillərinin tez-tez dəyişməsi qısa müddətdə və daha az xərclə çevik təfəkkürə malik,
təşəbbüskar mütəxəssislərin hazırlanmasını
tələb edir.
Bu problemin həlli üçün iqtisadi inkişafın kadr təminatı
tələb və təklif prinsipinə uyğun
proqnozlaşdırma, cari və perspektiv planlar əsasında
qurulmalı, pedaqoji kadr potensialının formalaşdırılmasına
xüsusi diqqət yetirilməlidir. Bu zaman respublika
iqtisadiyyatının üstün
inkişaf etdirilməli sahələrinin müasir tələblərə cavab verən kadrlarla
təmin olunması onların hazırlığının
aparıcı istiqaməti olmalıdır.
Bu məqsədlə kadr
hazırlığının islahatı
aşağıdakıları əhatə etməlidir:
2.3.1. Kadr
hazırlığının ümumi tələbləri
1999-2000, 2001-2005, 2006-2015-ci
illər üçün respublika iqtisadiyyatının və onun baza
sahələrinin inkişafı üzrə
kadr tələbatı proqnozlarını hazırlamaq;
Respublikanın peşə-ixtisas
təhsili müəssisələrində iqtisadiyyatın yeni
sahələri üzrə və dövlətin strateji
məqsədlərini həyata keçirən
ixtisaslı kadrların (o cümlədən
idarəedici) hazırlığı aparılmayan
ixtisasların müəyyənləşdirilməsini və
hazırlığını təşkil etmək üçün xüsusi proqram yaratmaq;
Bütün kateqoriyalardan olan işçi qüvvəsinə və beynəlxalq əmək bölgüsünə görə əmək
bazarının tələbatına uyğun olaraq mütəxəssis hazırlığının cari
və perspektiv strukturunu və həcmini müəyyənləşdirmək;
Dövlət
əhəmiyyətli peşə və ixtisasların
siyahısını tərtib etmək, bu peşə və
ixtisaslara gəncləri cəlb etmək məqsədi ilə
stimullaşdırıcı sosial güzəştlər
müəyyənləşdirmək.
2.3.2.
Pedaqoji kadr hazırlığı
Təhsil sisteminin müxtəlif tipli müəssisə və
təşkilatları üçün rəhbər kadrların
hazırlanması və yenidən hazırlanmasını
təşkil etmək;
Təhsil müəssisələrini
kadrlarla komplektləşdirmə mexanizmini yaratmaq;
Yeni tədris plan və
proqramları əsasında yüksək
pedaqoji və metodik ustalıq vərdişlərinə, ümumi və yaş psixologiyası və yaş
fiziologiyası üzrə dərin biliklərə malik olan pedaqoji
kadrları hazırlamaq;
Respublikanın regionlarını
pedaqoji kadrlarla təmin etmək üçün
onların sifarişləri əsasında kontrakt yolu ilə
məqsədli mütəxəssis
hazırlığına keçmək;
Ümumtəhsil məktəblərində
fənlərin inteqrasiya edilmiş qaydada tədrisinə və
yeni tədris proqramlarına keçidlə
əlaqədar müvafiq olaraq müəllim kadrlarının
hazırlığını təmin etmək, fəaliyyət
göstərənlərin isə ixtisasının
artırılmasını təşkil etmək;
Əlavə pedaqoji təhsil
sisteminin genişləndirilməsi, onun fəaliyyətini
pedaqoji kadrların tələbatına uyğun və pedaqoji
təhsilə marağı olan qeyri-pedaqoji profilli şəxslərin
əlavə və yenidən hazırlanma ehtiyacını
təmin etməyə yönəltmək.
2.3.3.
Başqa sahələr üçün kadr hazırlığı
Kadr hazırlığına dövlət sifarişinin əmək bazarının
tələbatı əsasında hazırlanmış proqnoza
uyğun olaraq müəyyənləşdirilməsi və ilk növbədə həmin sifarişin dövlət təhsil müəssisələrinin
profilinə, elmi-pedaqoji potensialına, tədris-metodik
təminatına və maddi-texniki bazasına uyğun
yerləşdirilməsi, ehtiyac olduğu halda təhsilin
keyfiyyәtinә nəzarəti gücləndirməklə,
qeyri-dövlət təhsil sektorunun imkanlarından bu
məqsədlə istifadə mexanizmini yaratmaq;
Yeni istehsal-mülkiyyət
münasibətlərinin, beynəlxalq iqtisadi
əməkdaşlığın, respublika
iqtisadiyyatının dünya iqtisadiyyatına
inteqrasiyasının, eləcə də respublika
iqtisadiyyatına yeni texnologiyanın diversifikasiyasının
tələblərinə uyğun mövcud
kadr potensialının ixtisasartırma, yenidən hazırlanma
və əlavə təhsilinin təşkili Proqramını
hazırlamaq;
Müqavilə
əsasında mütəxəssis
hazırlığı və yenidən hazırlanmasında
sifarişçi müəssisə və təşkilatlara təhsil
siklinə öz tələblərinə uyğun zəruri xüsusi kursların daxil edilməsini sifariş
vermək, istehsalat təcrübəsinin
təşkilində iştirak etmək və məzunların
seçilməsinə imkan yaradan səlahiyyətlərin
verilmə mexanizmini yaratmaq;
Bazar iqtisadiyyatı
şəraitində çoxukladlı mülkiyyət formalarının yaranması və
qeyri-dövlət müəssisələrinin xüsusi çəkisinin artması ilə əlaqədar olaraq mütəxəssis hazırlığının
əsas mərhələlərindən biri olan
tələbələrin peşə təcrübəsinin təşkili məqsədi ilə dövlət, qeyri-dövlət orqanlarının
və təhsil müəssisələrinin
fəaliyyətinin əlaqələndirilməsi mexanizmini
yaratmaq.
2.3.4. Pedaqoji
kadrların attestasiyası
Təhsil sistemi
iqtisadiyyatının yeni modelinin yaradılması ilə
bağlı pedaqoji kadrların attestasiyasının onların
real fəaliyyət göstəricilərinə görə aparılması məqsədi ilə yeni
attestasiya Əsasnaməsi hazırlamaq.
2.4.
Təhsil sisteminin informasiya, tədris Və elmi-metodiki
təminatında
İnkişaf etmiş dünya dövlətlərinin təhsil sahəsində
qazandığı uğurlar, ölkə
daxilində əldə olunmuş qabaqcıl təcrübə ümumiləşdirilməli,
təhlil edilməli və onları təhsildə varislik
prinsipini gözləməklə, respublikanın bütün təhsil sisteminə çatdırmaq
və təhsil sisteminin beynəlxalq informasiya mübadiləsinin, xüsusilə də elmi-kütləvi kitabxanaların beynəlxalq informasiya
kanallarına qoşulmasından ibarət olan informasiya
bazasının, elәcә də onun tərkib hissəsi
olan yeni standartların və islahatların həyata keçirilməsinə nəzarət etmək və
qiymətləndirmək üçün dövlət
monitorinq sisteminin yaradılması.
Təlim və tərbiyənin
məzmununun yenidən qurulması üçün
təhsilin bütün pillələrini əhatə edən, məzmunca milli
ənənələrə və ümumbəşəri
dəyərlərə əsaslanan dövlət
təhsil standartlarına uyğun tədris planları,
proqramlar, dərslik və dərs vəsaitləri,
eləcə də digər elmi-metodiki tədris
ədəbiyyatı komplektlərinin yaradılması və
təhsil sisteminin onlarla təminatının təşkil
olunması.
Fövqəladə
dərəcədə əhəmiyyətli olan bu
vəzifəni həyata keçirmək üçün təhsil sistemində yeni informasiya
texnologiyasının tətbiqi və istifadə olunması,
elmi və metodiki işlərin səmərəliliyinin
artırılması, tədris prosesinin kompüter şəbəkəsinin yaradılması və
onun beynəlxalq məlumat banklarına çıxışmı
təmin edən vahid informasiya sisteminin təşkili
zəruridir.
Təhsilin və tərbiyənin
məzmunu ilə bağlı bu ümumdövlət və ümummilli
əhəmiyyətli işlərin aparılması üçün aşağıdakılar həyata keçirilməlidir:
2.4.1.
İnformasiya təminatı
İnformasiya mərkəzinin
yaradılması və elmi-kütləvi
informasiya və teleradio vasitələrindən istifadə
olunmasının təşkili;
Təhsilin bütün pillələrində təlim-tərbiyənin
əsas problemlərinin işıqlandırılmasını,
təhsil sahəsinin profillər üzrə
potensial imkanlarının ictimaiyyətə çatdırılmasını, elmi inkişafdakı
yeniliklərin yayılmasını, təhsil sahəsində hüquqi aktların və digər məlumatların
pedaqoji ictimaiyyətə və təhsil müəssisələrinə çatdırılmasını
təmin etmək üçün elmi-kütləvi informasiya və teleradio
vasitələrindən istifadə olunmasını
təşkil etmək;
Təhsil sisteminin
informatlaşdırma Proqramını hazırlamaq.
2.4.2.
Tədris və elmi-metodiki təminatı
Milli Tərbiyə
Proqramının həyata keçirilməsi
məqsədi ilə təhsil sisteminin bütün təlim-tərbiyə müəssisələri
üçün müxtəlif tipli tədris vəsaitləri külliyyatını hazırlamaq;
Ümumtəhsil məktəbləri üçün təsdiq olunmuş baza tədris planlarına
uyğun, ilk növbədə ibtidai və əsas təhsil
pillələrinin dərsliklərlə təmin olunması,
orta təhsil pilləsi dərsliklərini təmayüllər üzrə hazırlamaq;
Təlimi başqa dillərdə
olan təhsil müəssisələrində Təhsil Qanununa uyğun
olaraq tədrisi məcburi olan fənlər üzrə dərsliklərin yaradılması,
nəşri və təminatını təşkil etmək;
Təhsil Qanununa müvafiq olaraq respublikanın
ərazisində yaşayan azsaylı xalqların
dillərində təlimi təmin etmək məqsədi
ilə tədris proqramları və dərsliklər
hazırlamaq;
Peşə-ixtisas təhsili müəssisələri üçün
yeni pedaqoji texnologiyalara uyğun kitab və alternativ
dərsliklərin müsabiqə əsasında
hazırlanmasını təşkil etmək, onlardan
istifadə mexanizmini yaratmaq. Bu zaman humanitar profilli
fənlərə, eləcə də bazar iqtisadiyyatına keçidlə bağlı yeni ixtisaslara aid tədris
ədəbiyyatlarının hazırlanmasına üstünlük vermək;
Milli xüsusiyyətlər
nəzərə alınmaqla pedaqogika və psixologiyanın
aktual və perspektivli problemləri üzrə
elmi tədqiqat işlərinin istiqamətləri müəyyənləşdirilməli və onların
aparılması təşkil olunmalıdır.
2.5.
Təhsil sisteminin idarə olunmasında
Təhsil sistemində
idarəetmə bazar iqtisadiyyatının
tələblərinə, ictimai-siyasi həyatımızda
aparılan demokratikləşmə prosesinə uyğun
qurulmalı, onun planlaşdırma, əlaqələndirmə,
tənzimləmə, nəzarət və sair funksiyaları
yeni məzmun və formalarda tətbiq olunmalıdır.
İdarəetmənin əsas
məqsədi şəxsiyyətin, cəmiyyətin
təhsilə olan tələbatını ödəmək üçün dövlət-ictimai
xarakterli təhsil sisteminin yeni idarəetmə modelinin
yaradılmasıdır.
Yeni idarəetmə modeli
təhsil sahəsində dövlət siyasətinin,
strategiyasının həyata keçirilməsini,
təhsil sisteminin fəaliyyətinin hüquqi
tənzimlənməsini, dövlət təhsil
standartlarının hazırlanmasını və tətbiqini,
təhsilin keyfiyyәtini həmin standartlara uyğun
qiymətləndirmə və nəzarət sisteminin
yaradılmasını, mütəxəssis
hazırlığına dövlət sifarişinin
formalaşdırılmasını, təhsilin
maliyyələşdirilməsinin yeni mexanizminin
yaradılmasını, təhsil sisteminin idarəetmə
orqanlarının dövlət, qeyri-dövlət və digər təşkilatlarla
əlaqələndirilməsini və s. təmin etməlidir.
2.5.1.
Təhsili idarəetmə orqanları səviyyəsində
Təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsini, təhsil prosesinin idarə
olunmasının dinamikliyini və çevikliyini
təmin edən təhsil sisteminin bir mərkəzdən
elmi-metodik idarə olunmasını təşkil etmək;
Dövlət
lisenziyalaşdırma, attestasiya və akkreditasiya sistemini
təşkil etmək;
Təhsilin keyfiyyətinə dövlət təhsil standartlarına uyğun
nəzarət və qiymətləndirmə sistemini yaratmaq;
Qeyri-dövlət
təhsil sektorunun fəaliyyətinin dövlət
təhsil standartlarının tələblərinə
uyğunlaşdırılmasını təmin etmək
məqsədi ilə vahid nəzarət mexanizmini yaratmaq;
Təhsil sahəsində
hazırlanan normativ hüquqi aktların
layihələrinin müzakirəsinə
ictimaiyyətin cəlb olunmasını təmin etmək;
Təhsil sahəsində qəbul
olunmuş normativ hüquqi aktların icrasına
ictimai nəzarət sistemini yaratmaq;
Təhsil müəssisələrinin
ekspertizasında mütəxəssislərlə
yanaşı, ictimaiyyətin nümayəndələrinin
iştirak mexanizmini yaratmaq;
Ali peşə-ixtisas təhsili
müəssisələrinə mərhələlərlə
muxtariyyət verilməsi mexanizmini yaratmaq;
Respublika təhsil sisteminin
beynəlxalq təhsil sisteminə inteqrasiya Proqramını
hazırlamaq.
2.5.2.
Təhsil müəssisəsi səviyyəsində
Mütəxəssis
hazırlığına dövlət sifarişinin
təmin edilməsinin mexanizmini yaratmaq;
Valideynlərin, yuxarı sinif
şagirdlərinin, tələbələrin, təhsil müəssisəsi təsisçilərinin,
sponsorluq edən müəssisə və
təşkilatların, təhsillə bağlı digər
qurumların təhsilin idarə olunmasında təmsil
olunmasını təşkil etmək;
Təhsil sahəsində
hazırlanan normativ hüquqi aktların
layihələrinin müzakirəsinə
ictimaiyyətin cəlb olunmasını təmin etmək.
2.6.
Təhsil sisteminin maddi-texniki bazasında
Təhsil müəssisəsinin
maddi-texniki bazasına binalar, tədris-kliniki bazalar,
əczaxanalar, torpaq sahələri, maşın və
avadanlıqlar, müxtəlif qurğular
və laboratoriyalar, tədris, təsərrüfat, nəqliyyat növləri və digər
maddi-texniki vasitələr daxildir.
Təhsil sistemində islahatın
uğurla həyata keçirilməsində
təhsil prosesinin müasir
tələblərə və beynəlxalq standartlara cavab
verən maddi-texniki təchizatının xüsusi əhəmiyyəti vardır.
Yeni təhsil sisteminin qurulması
ilə bağlı olaraq məktəbəqədər, ümumorta, peşə-ixtisas təhsili müəssisələrinin və onun xidmət
sahələrinin maddi-texniki bazası dövlət
təhsil standartlarına, sosial və sanitar-gigiyenik norma və
normativlərə uyğun yenidən qurulmalı və
inkişaf etdirilməlidir. Bu zaman yeni istehsal - mülkiyyət münasibətlərinin
formalaşması, təhsilin məzmununda, strukturunda,
təhsil sisteminin yeni idarəetmə modellərinin tətbiq
olunmasında və təhsilin iqtisadiyyatında təhsil
sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi
üçün avadanlıq və ləvazimat istehsal edənlərə
xüsusi imtiyaz verilməli və təhsil müəssisələrinin
komplektləşdirilməsinin yeni mexanizmləri tətbiq
edilməlidir.
Bu məqsədlə təhsil
sisteminin maddi-texniki bazasının qorunub saxlanması və
inkişaf etdirilməsi üçün
aşağıdakı tədbirlərin həyata keçirilməsi tələb olunur:
təhsil sisteminin bütün pillələrdən olan təlim-tərbiyə müəssisələri və ona xidmət
sahələri üçün zəruri avadanlıq, əyani tədris
vəsaitlərinin, təlimin texniki vasitələrinin və
s. nümunəvi siyahısını hazırlamaq;
uşaq, şagird və
tələbələrin sağlamlığının
qorunması, təlim-tərbiyə üçün
təhlükəsiz şəraitin yaradılması,
sanitariya-gigiyenaya dair normativlərin hazırlanması və
onlara uyğun təhsil sistemindəki təlim-tərbiyə müəssisələrinin və
təşkilatlarının binalarının təmiri və
tikintisinin təmin edilməsi, eləcə də təcavüz nəticəsində işğal olunmuş
ərazilərdə dağıdılmış
təlim-tərbiyə müəssisələrinin
bərpası və təchiz olunması ilə bağlı xüsusi proqramlar hazırlanmalıdır;
ümumtəhsil məktəbləri üçün Azərbaycan Respublikasının inşaat norma
və qaydalarını hazırlamaq;
regional xüsusiyyətlər
və milli memarlıq ənənələri əsasında
birtipli məktəb binaları layihələrinin
hazırlanmasını təmin etmək;
əyani tədris
vəsaitlərini, təlimin texniki vasitələrini istehsal
edən xüsusi sahələr və vahid
nəşriyyat-poliqrafiya birliyi yaradılmalıdır;
təhsil sisteminin respublikada
istehsal olunmayan əyani tədris vəsaitləri, təlimin
texniki vasitələri və digər tədris
avadanlıqları ilə təchizat Proqramı hazırlanmalıdır;
təhsil sistemi müəssisələrinin maddi-texniki bazasını
beynəlxalq tələblər səviyyəsinə
qaldırmaq məqsədi ilə tədris-kliniki baza,
əczaxana, iaşə xidməti, sağlamlıq və idman
sahələrini əhatə edən kampus tipli komplekslərin
yaradılmasına başlanmalıdır.
2.7.Təhsilin
iqtisadiyyatında
Təhsilin iqtisadiyyatında
islahatlar dövrün tələbinə və iqtisadi imkanlarına
uyğun aparılmalı və bütövlükdə respublikada gedən islahatların
aparıcı tərkib hissələrindən biri
olmalıdır.
Dövlət
iqtisadiyyatda baş verən dəyişiklikdən asılı
olmayaraq, təhsil sisteminin uzunmüddətli
stabil inkişafına təminat verməli və təhsil
prosesinin bütün iştirakçılarının sosial müdafiәsini təmin etməlidir.
İqtisadi münasibətlərdə
baş verən dəyişikliklər, çoxukladlı
mülkiyyət formalarının meydana gəlməsi,
yeni maliyyə və vergi mexanizmlərinin tətbiqi, pul-kredit
siyasətinin həyata keçirilməsi təhsilin
iqtisadiyyatının korporativ əsaslarla yenidən
qurulmasını və onun bu şəraitə
uyğunlaşdırılmasını tələb edir.
Təhsilin iqtisadiyyatında
islahatlar aşağıdakıları əhatə
etməlidir:
ümumtəhsil müəssisələrinin
şagirdlərinin sayına görə
büdcədən maliyyələşmənin optimal
həcmini müəyyənləşdirmək məqsədi
ilə adambaşına maliyyələşmə
normativlərini müəyyən etmək
və həyata keçirmək;
yerli icra hakimiyyəti
orqanlarına öz əlavə vəsaitləri hesabına ümumtəhsil müəssisələrinə
dövlət büdcəsindən
maliyyələşmə normativlərindən artıq
maliyyə vəsaiti ayırma səlahiyyətinin verilməsi
mexanizmini yaratmaq;
ümumtəhsil məktəblərinin öz maliyyə ehtiyatlarını artırmağı,
təşəbbüskarlıq
fəaliyyətini stimullaşdırmağı təmin
edən yeni maliyyə mexanizmini yaratmaq;
peşə-ixtisas təhsili müəssisələrinin müəssisə
və təşkilatların, ayrı-ayrı
vətəndaşların birbaşa ödənişli
sifarişləri əsasında mütəxəssis
hazırlığı mexanizmini yaratmaq;
mütəxəssis
hazırlığı istiqamət və ixtisasların
əmək və kapital tutumundan, strateji
əhəmiyyətliliyindən asılı olaraq bir
tələbəyə çəkilən xərc
normativləri sistemini müəyyən etmək
və buna uyğun maliyyələşdirmə mexanizmini yaratmaq;
ali peşə-ixtisas təhsili müəssisələrinin struktur bölmələrinə müəssisədaxili
maliyyə sərbəstliyi vermək mexanizmini yaratmaq;
müəssisə
və təşkilatların sifarişləri üzrə uzunmüddətli müqavilələrə görə
kadr hazırlığının və yenidən
hazırlanmasının korporativ əsaslarla
maliyyələşdirilməsi sistemini yaratmaq və təhsil
müәssisәlәrinә mütəxəssis
hazırlığına ödənişli təhsil
haqqının həcminin müəyyən
edilməsində sərbəstlik verilməsini təmin
etmək;
təhsil müəssisələrində
əmək haqqı fondunun dövlət
büdcəsindən, qeyri-büdcə
sferasından olan mənbələr və eləcə də mütəxəssis hazırlığı,
tədris-metodiki, elmi-texniki məhsul və digər
xidmətlərin reallaşdırılmasından əldə
olunan vəsaitin hesabına formalaşması və
xərclənməsi mexanizminin yaradılması;
təhsil sisteminin
sponsorlarının, investorlarının, eləcə də bu
sahə üçün məhsul istehsal edənlərin fəaliyyətini
stimullaşdırmaq mexanizminin yaradılması;
təhsil müəssisələrinə
malik olduqları əmək haqqı fonduna uyğun,
eləcə də büdcədənkənar
vəsait hesabına əmək haqqı sistemi və
formalarını, miqdarını, əlavələri, mükafatları və digər maddi stimullaşdırma
vəsaitlərini, habelə bütün kateqoriyalardan olan işçilərin
vəzifə maaşlarının müqavilə
əsasında təyin olunması mexanizmini yaratmaq;
təhsil sisteminin
inkişafına məqsədli investisiyanın cəlb
olunması və innovasiya fondunun təşkili
Proqramını hazırlamaq;
təhsil sisteminin iştirakçılarının sosial müdafiәsi
Proqramını hazırlamaq;
dövlət
əhəmiyyətli təhsilin inkişaf proqramlarının və
layihələrinin məqsədli ayırmalarla təmin
edilməsi mexanizmini yaratmaq;
təhsilin inkişafı fondunun
fəaliyyətinin gücləndirilməsi və
genişləndirilməsi tədbirlərini həyata keçirmək.



























4.
GÖZLƏNİLƏN NƏTİCƏLƏR
1 .Təhsil sisteminin yeni normativ hüquqi, iqtisadi və informasiya bazası yaradılacaq.
2.Müxtəlif yönüm və səviyyəli təhsil müəssisələrinin inteqrasiyası nəticəsində onların bazasında yeni tipli elm-təhsil mərkəzləri yaradılacaq, təhsil müəssisələri şəbəkəsi yenidən qurulacaqdır.
Bazar iqtisadiyyatının tələbatına uyğun təhsil sisteminin yeni strukturu yaradılacaq.
3.Ümumi və peşə təhsilinin bütün pillə və səviyyələrində dövlət təhsil standartlarına müvafiq təhsil proqramları və tədris planları yenidən hazırlanacaq.
Təlim-tərbiyənin məzmunu təhsil alanların imkanlarına uyğun dövlətin, ictimaiyyətin və şəxsin tələbatı əsasında qurulacaq.
4.Kadr hazırlığı və təhsil sektoru işçilәrinin çevikliyi, peşəkarlığı və rəqabət qabiliyyəti artırılacaq.
5.Təhsilin tədris, elmi-metodiki və informasiya təminatı real tələbata və strateji istiqamətlərə uyğun qurulacaq.
ö.Təhsil sistemində dövlət-ictimai və ictimai-dövlət xarakterli yeni idarəetmə modeli yaradılacaq.
Təhsilin dinamik inkişafmı və yüksək keyfiyyәtini, şəxsiyyətin və cəmiyyətin tələbatını təmin edən, dövlət və ictimaiyyətin birgə fəaliyyətinin səmərəli əlaqələndirilməsini tənzimləyən idarəetmə sistemi yaradılacaq.
7.Təhsil sistemi müəssisələrinin təchizatının yeni mexanizmi, müasir tələblərə cavab verən maddi-texniki bazası yaradılacaq.
8.Təhsil sisteminin maliyyələşdirilməsinin yeni mexanizmini əks etdirən iqtisadi model yaradılacaq.