Sahibkarlıq
fəaliyyəti haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu Qanun
Azərbaycan Respublikasında sahibkarlığın
prinsiplərini, sahibkarlıq fəaliyyəti subyektlərinin
hüquqlarını və vəzifələrini, onun
dövlət tərəfindən müdafiə və
təqdir olunmasının forma və üsullarını,
sahibkarların dövlət orqanları ilə
qarşılıqlı münasibətlərini
müəyyənləşdirir.
Qanun
mülkiyyətin bütün formalarının
bərabərliyi prinsipinin həyata keçirilməsi,
müstəqil olaraq fəaliyyət sahələri
seçilməsi və iqtisadi qərarlar qəbul edilməsi
əsasında iqtisadi təşəbbüsün və
işgüzarlığın geniş təzahür etməsi
üçün şərait yaradılmasına
yönəldilmişdir.
I b
ö l m ə
ÜMUMİ MÜDDƏALAR
Maddə 1. Sahibkarlıq
fəaliyyəti
Sahibkarlıq
fəaliyyəti şəxsin müstəqil surətdə
həyata keçirdiyi, əsas məqsədi əmlak
istifadəsindən, əmtəə satışından,
işlər görülməsindən və ya xidmətlər
göstərilməsindən mənfəət (fərdi
sahibkarlar tərəfindən gəlir)
götürülməsi olan fəaliyyətdir.[1]
Maddə 2. Sahibkarlıq
haqqında qanunvericilik
Sahibkarlıqla
bağlı münasibətlər mülkiyyət
formasından, fəaliyyət növündən və
sahəsindən asılı olmayaraq Azərbaycan
Respublikasının Konstitusiyası, “Azərbaycan
Respublikasının dövlət müstəqilliyi
haqqında” Konstitusiya aktı, “Azərbaycan
Respublikasının iqtisadi müstəqilliyi haqqında”
Konstitusiya Qanunu, Azərbaycan Respublikasının Mülki
Məcəlləsi, “Mülkiyyət haqqında” Azərbaycan
Respublikasının Qanunu, bu Qanun və bunların
əsasında qəbul edilmiş digər qanunvericilik
aktları ilə tənzimlənir.
Müəssisə
yaratmaqla həyata keçirilən sahibkarlıq
fəaliyyəti həmçinin Azərbaycan
Respublikasının müəssisələr haqqında
qanunvericiliyi ilə də tənzimlənir.
Xarici
hüquqi və fiziki şəxslərin Azərbaycan
Respublikası ərazisində sahibkarlıq fəaliyyətinin
xüsusiyyətləri bu maddənin 1-ci və 2-ci
bəndlərində göstərilən qanunvericilik
aktları ilə yanaşı “Xarici investisiyaların
qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu
və Azərbaycan Respublikasının beynəlxalq hüquqi
öhdəlikləri ilə də tənzim edilir.
Maddə 3. Sahibkarlığın
subyektləri
1. Sahibkarlıqla Azərbaycan
Respublikasının qanunvericilik aktlarında nəzərdə
tutulmuş hallar istisna edilməklə
aşağıdakılar məşğul ola bilərlər:
fəaliyyət
qabiliyyəti olan Azərbaycan Respublikasının hər bir
vətəndaşı;
mülkiyyət
formasından asılı olmayaraq hüquqi şəxslər;
hər bir xarici vətəndaş və ya
vətəndaşlığı olmayan şəxs; xarici
hüquqi şəxslər.
2. Sahibkarlıq fəaliyyəti
ilə bağlı məsələlərin həllini və
ya bu fəaliyyətə nəzarəti həyata
keçirən dövlət orqanlarının vəzifəli
şəxslərinə və
mütəxəssislərinə sahibkarlıq fəaliyyəti
ilə məşğul olmaq qadağandır.
3. Sahibkarlıq fəaliyyətinin
və mülkiyyətçi ilə münasibətlərin
xarakterindən asılı olaraq sahibkarlıq fəaliyyəti
ilə həm mülkiyyətçinin özü, həm
də onun müəyyən etdiyi səlahiyyətlər
daxilində təsərrüfatın başçısı
hüququ əsasında mülkiyyətçinin
əmlakını idarə edən subyekt məşğul ola
bilər.
4. Müəssisəni idarə
edən subyektin və əmlakın mülkiyyətçisinin
münasibətləri tərəflərin
qarşılıqlı öhdəliklərini,
hüquqlarını və məsuliyyətlərini
müəyyən edən müqavilə (bağlaşma)
ilə tənzimlənir.
Müəssisənin
mülkiyyətçisi müəssisəni idarə edən
şəxslə müqavilə bağlandıqdan sonra
müqavilədə, müəssisənin nizamnaməsində
və Azərbaycan Respublikasının qanunvericiliyində
nəzərdə tutulan hallar istisna edilməklə
müəssisənin fəaliyyətinə qarışa
bilməz.
Maddə 4. Sahibkarlığın
formaları
1. Azərbaycan Respublikasında
sahibkarlığın qanun çərçivəsində
həyata keçirilən bütün formalarına icazə
verilir. Mülkiyyət və təşkilati-hüquqi
formasından asılı olmayaraq sahibkarlığın
bütün formaları bərabər hüquqludur.
2. Fərdi və şərikli
şəkildə həyata keçirilən sahibkarlıq
qanunvericilikdə nəzərdə tutulmuş formalarda
təşkil edilə bilər.
Maddə 5. Sahibkarlıq
hüdudlarının hüquqi nizamlanması
1. Sahibkarlıq fəaliyyətinin
məhdudlaşdırılmasına yalnız dövlətin
səlahiyyətlərinə aid
məsələlər—qanunçuluğun közlənilməsi
ölkənin və vətəndaşların
təhlükəsizliyi və müdafiəsi, vergi, qiymət
və antiinhisar tənzimlənməsi, sosial təminatlar
verilməsi, ekologiya, sanitariya, yanğından qorunma və
arxitektura normalarının közlənilməsi və tarixi
abidələrin mühafizəsi məsələləri
üzrə yol verilir.
Dövlət
hakimiyyəti və dövlət idarəetmə orqanlarına
mülkiyyət və təşkilati-hüquqi formasından
asılı olaraq bu və ya digər sahibkarlıq
növünə imtiyazlar verən qərarlar çıxarmaq
qadağan olunur”
2. Azərbaycan Respublikasının
qanunvericiliyində nəzərdə tutulan hallar istisna
edilməklə dövlət orqanlarının, həmkarlar
təşkilatlarının sahibkarlıq
fəaliyyətinə müdaxiləsi qadağandır.
Sahibkarlıq
fəaliyyətinə siyasi partiyaların və ictimai
birliklərin müdaxiləsinə yol verilmir.
II
bölmə
SAHİBKARIN HÜQUQLARI VƏ
VƏZİFƏLƏRİ
Maddə 6. Sahibkarın
hüquqları
Sahibkar
öz fəaliyyətini həyata keçirmək
üçün Azərbaycan Respublikasının
qanunvericiliyinə əməl etməklə
aşağıdakı hüquqlara malikdir:
istənilən
müəssisələr yaratmaq, onların idarəetmə
orqanlarında vəzifə tutmaq və bu orqanların
işində iştirak etmək;
dövlət
və digər mülkiyyət formalarına əsaslanan
müəssisələrin əmlakının, başqa
əmlakı və əmlak hüquqlarını tamamilə
və ya qismən əldə etmək;
başqa
müəssisələrin fəaliyyətində öz
sərəncamında olan əmlakla iştirak etmək;
tərəflərin
razılığı ilə başqa fiziki və hüquqi
şəxslərin əmlakından və intellektual
mülkiyyət obyektlərindən istifadə etmək;
işçiləri
işə qəbul etmək və işdən azad etmək;
işçilərin
əməyinin ödənilməsinin forma və sistemini,
onların əmlakının məbləğini və
gəlirinin digər növlərini
müəyyənləşdirmək;
təsərrüfat-maliyyə
fəaliyyətini müstəqil həyata keçirmək,
məhsul göndərənləri və istehsal olunan
məhsulun (işlərin, xidmətlərin) istehlakçılarını
seçmək, dövlət ehtiyacları üçün
müqavilə əsasında iş görmək və
məhsul göndərmək;
öz
məhsulları (işləri, xidmətləri)
üçün qiymətlər (tariflər)
müəyyənləşdirmək;
pul
vəsaitinin saxlanılması, hesablaşma, kredit və kassa
əməliyyatlarının bütün növlərinin
həyata keçirilməsi üçün banklarda hesablar
açmaq;
sahibkarlıq
fəaliyyətindən əldə edilən
mənfəətdən (gəlirdən) vergilər və
digər icbari ödənişlərdən sonra onun qalan
hissəsindən sərbəst istifadə etmək.
Sahibkarlıq fəaliyyəti bağlaşma əsasında
həyata keçirilərkən mənfəətin
(gəlirin) bölüşdürülməsi qaydası
bağlaşmada müəyyən edilir;[2]
məbləğinə
məhdudiyyət qoyulmayan şəxsi gəlir əldə
etmək;
dövlət
sosial təminatı sistemindən istifadə etmək;
könüllü
sığorta növünü sərbəst surətdə
seçmək;
[3]
hüquqlarına
və qanuni mənafeyinə xələl gətirən
dövlət orqanlarının və digər orqanların,
təsərrüfat subyektlərinin və fiziki
şəxslərin hərəkətlərindən
şikayət etmək;
xarici
iqtisadi münasibətlərdə iştirak etmək;
valyuta
əməliyyatları aparmaq;
ictimai
fondlara, səhiyyəyə, xeyriyyəçilik,
maarifçilik məqsədlərinə, elmi və mülki
məqsədlərə, müharibə və başqa
fövqəladə hadisələr zamanı isə
dövlətə lazımi yardım
göstərilməsinə ianələr vermək;
həmkarlar
ittifaqında və digər birliklərdə iştirak
etmək.
Maddə 7. Sahibkarın
vəzifələri
Sahibkarın
vəzifələri aşağıdakılardan ibarətdir:
qüvvədə
olan qanunvericilikdən və bağladığı
müqavilələrdən irəli gələn bütün
vəzifələri yerinə yetirmək;
işə
qəbul edilən vətəndaşlarla müqavilələr
(bağlaşmalar), habelə lazım gəldikdə
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun
surətdə əmək kollektivlərinin adından
çıxış edən həmkarlar ittifaqları ilə
kollektiv müqavilələr bağlamaq;
işçilərin
həmkarlar ittifaqlarında birləşməsinə mane
olmamaq;
işçilərin
əmək haqqını Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən olunmuş minimum
məbləğindən az olmayan səviyyədə
ödəmək;
Dövlət
Sosial Müdafiə Fonduna, habelə işçilərin sosial
müdafiəsi məqsədilə yaradılan digər fondlara
müəyyən edilmiş qaydada və həcmdə ayırmalar
vermək; [4]
qanunvericilikdə
müəyyən edilmiş vergilər ödəmək;
işçilərə
qüvvədə olan qanunvericiliyə və
müqavilələrə (bağlaşmalara) müvafiq
əmək şəraiti yaratmaq;
qüvvədə
olan normativ aktları rəhbər tutaraq ekoloji
təhlükəsizliyin, əməyin mühafizəsinin,
təhlükəsizlik texnikasının, istehsal
gigiyenasının və sanitariyasının təmin
edilməsi, arxitektura abidələrinin və digər tarixi
abidələrin mühafizəsi sahəsində
tədbirlər görmək;
istehsal
olunan məhsulların (işlərin, xidmətlərin)
rəqabət qabiliyyətliliyinə nail olmaq;
müəlliflik
hüququnun qorunmasının qanunvericiliklə
müəyyən olunmuş tələblərinə
əməl etmək;
əmtəə
nişanları və coğrafi göstəricilər
haqqında qanunvericiliyin tələblərinə əməl
etmək; [5]
istehsal
etdiyi məhsulları markalaşdırmaq;
qüvvədə
olan qanunvericiliyə müvafiq surətdə
lisenziyalaşdırılmalı olan sahələrdə
fəaliyyət üçün xüsusi
razılıq (lisenziya) almaq;[6]
antiinhisar
qanunvericiliyinə riayət etmək;
haqsız
rəqabət metodlarından istifadə olunmasına yol
verməmək;
öz
fəaliyyəti haqqında dövlət, statistika və
maliyyə orqanlarına müəyyən edilmiş formada
hesabatlar vermək;
müharibə
şəraitində və ya başqa fövqəladə
hallarda səlahiyyətli dövlət orqanlarının
göstərişi ilə təsis sənədlərində
nəzərdə tutulmayan və ya həmin
sənədlərdə qeyd olunan məqsədlərə
uyğun gəlməyən hər hansı qanuni
fəaliyyət forması ilə məşğul olmaq.
Maddə 8. Sahibkarın
əmlak məsuliyyəti
1. Hüquqi şəxs yaratmaqla
fəaliyyət göstərən sahibkarlar seçilmiş
təşkilat formasından asılı olaraq tam və ya
məhdud əmlak məsuliyyəti daşıyırlar.
2. Hüquqi şəxs yaratmadan
fəaliyyət göstərən sahibkar bu
fəaliyyətlə bağlı öhdəliklər
üçün özünün bütün əmlakı
ilə cavabdehdir.
3. Öz fəaliyyətini
bağlaşma əsasında həyata keçirən sahibkar
rəhbərlik etdiyi müəssisənin
öhdəlikləri üçün bağlaşmada
müəyyən edilmiş həcmdə məsuliyyət
daşıyır. O, bağlaşmadan irəli gələn
öhdəliklərin icra edilmədiyi və ya lazımi qaydada
icra edilmədiyi üçün də eyni məsuliyyət
daşıyır.
4. Ödəmələr
yönəldilə bilməyən əmlakın
siyahısı Azərbaycan Respublikasının Mülki
prosessual məcəlləsi ilə müəyyən edilir.
III b
ö l m ə
SAHİBKARLIĞIN DÖVLƏT
TƏRƏFİNDƏN TƏNZİMLƏNMƏSİ
Maddə 9. Sahibkarlığa
dövlət köməyi
1. Dövlət sahibkarlıq
fəaliyyətini qanunvericilik, inzibati-hüquq, büdcə,
vergi və pul-kredit sistemləri vasitəsi ilə
tənzimləyir.
Dövlət
maddi-texniki, maliyyə, əmək, informasiya və təbii
ehtiyatlardan istifadə sahəsində mülkiyyət və
təşkilati-hüquqi imtiyazlara və
qeyri-bərabərliyə yol vermir.
Sahibkarlığın
sürətli inkişafını təmin etmək
üçün dövlət sahibkarlıq fəaliyyətinin
öncül istiqamətlərini və buna müvafiq olaraq
güzəştlər sistemini
müəyyənləşdirir.
Dövlət
sahibkarlığa kömək məqsədi ilə informasiya,
məsləhət, elm və tədris mərkəzləri,
maliyyə fondları yaradır, vergi
ödənişlərinin, Azərbaycan Respublikası Mərkəzi Bankı
ssudalarının faizlərinin, amortizasiya
ayırmalarının güzəştli
dərəcələrini və vergi tutulmayan digər
ayırmaları müəyyənləşdirir.[7]
2.
Sahibkarlığa kömək və onun müdafiəsi
üzrə dövlətin vəzifələrini və
funksiyalarını Azərbaycan Respublikasının müvafiq
icra hakimiyyəti orqanı həyata keçirir.
3.
Azərbaycan Respublikasında sahibkarlığın
inkişafı və əhalinin işgüzarlıq
fəaliyyətinin artırılması sahəsində
tədbirlərdə iştirak etmək, onlara maliyyə
dəstəyi vermək məqsədilə müvafiq icra
hakimiyyəti orqanının nəzdində Azərbaycan Respublikasının
Sahibkarlığa Kömək Milli Fondu fəaliyyət
göstərir. [8]
Maddə 10. Sahibkarlıq
fəaliyyətinin dövlət qeydiyyatı
1. Hüquqi şəxs yaratmaqla
sahibkarlıq fəaliyyəti ilə məşğul olan
şəxslərin dövlət qeydiyyatını
müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. [9]
2. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir. [10]
Maddə 11. Xüsusi
razılıq (lisenziya) tələb edən sahibkarlıq
fəaliyyəti
1. Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin bəzi növləri yalnız xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilir.
Xüsusi razılıq (lisenziya) tələb edən fəaliyyət növlərinin siyahısı və xüsusi razılıq (lisenziya) verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur.
2. Xarici hüquqi və fiziki şəxslər, xarici hüquqi şəxslərin filialları və nümayəndəliklərinin
öz ölkələrində müvafiq fəaliyyət növləri ilə məşğul olmaq üçün aldıqları xüsusi razılıqların (lisenziyaların) Azərbaycan Respublikasında tanınıb tanınmaması dövlətlərarası sazişlərlə müəyyən edilir.
Azərbaycan Respublikasının dövlətlərarası müqavilələrində başqa hal nəzərdə tutulmayıbsa, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və xarici hüquqi şəxslər Azərbaycan Respublikasında şəhərsalma fəaliyyətini bu fəaliyyətə xüsusi razılığı (lisenziyası) olan Azərbaycan Respublikasının vətəndaşı və ya hüquqi şəxsi ilə müştərək həyata keçirirlər. [11]
Qalan bütün hallarda həmin fəaliyyətlə məşğul olmaq üçün qanunvericiliyə müvafiq qaydada xüsusi razılıq (lisenziya) alınmalıdır.
3. Sahibkarlıq fəaliyyəti növlərinin xüsusiyyətlərindən asılı olaraq razılığın (lisenziyanın) verilmə müddətləri müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilir.
Müvafiq dövlət orqanları tərəfindən xüsusi razılıq (lisenziya) verilməsi haqqında qərar bu məqsədlə ərizə və qanunvericiliyə müvafiq sənədlər təqdim edildikdən sonra 15 gün müddətində çıxarılır.
Xüsusi razılıq (lisenziya) verilməsindən imtina olunduğu halda bu barədə ərizəçiyə imtinanın əsasları göstərilməklə yazılı məlumat verilməlidir.
Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, onlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra onlara 5 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir.
4. Xüsusi razılıq (lisenziya) verilməsindən aşağıdakı hallarda imtina edilir:
a) xüsusi razılıq (lisenziya) verilməsi qaydalarında nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə;
b) ərizəçinin təqdim etdiyi sənədlərdə qeyri dürüst və ya təhrif olunmuş məlumatlar olduqda;
v) müvafiq fəaliyyət növünün həyata keçirilməsi üçün ərizəçinin zəruri şəraiti olmadıqda;
q) müəyyən ixtisas tələb edən fəaliyyət növü ilə məşğul olmaq üçün müraciət etmiş ərizəçi, bu fəaliyyət növü ilə məşğul olmaq üçün mütəxəssislərin işə cəlb ediləcəyi nəzərdə tutulan hallarda isə həmin mütəxəssislər müvafiq ixtisasa malik olmadıqda;
ğ) qanunvericilikdə nəzərdə tutulan digər hallarda.
5. Xüsusi razılığın (lisenziyanın) alınması üçün təqdim olunmuş sənədlərin qəbulu əsassız gecikdirildikdə, xüsusi razılıq (lisenziya) bu maddədə müəyyən edilmiş müddətdə verilmədikdə və ya sahibkar xüsusi razılığın (lisenziyanın) verilməsindən imtinanı əsassız hesab etdikdə, o, müvafiq mәhkәmәyә müraciət etmək hüququna malikdir.
Sahibkarın hüquqlarının pozulması faktını aşkar edən məhkəmə onun hüquqlarının bərpası, müvafiq hallarda isə sahibkara xüsusi razılığın (lisenziyanın) verilməsi haqqında qərar çıxarır. Xüsusi razılıq (lisenziya) verən orqan məhkəmənin qərarmı aldığı vaxtdan etibarən üç gün müddətində qərarı icra etməlidir.
Eyni
zamanda məhkəmə təqsirkar vəzifəli
şəxsi qanunla
nәzәrdә tutulan qaydada məsuliyyətə cəlb
edə bilər. [12]
Maddə 12. Sahibkarın
hüquq və qanuni mənafelərinin dövlət
tərəfindən müdafiəsi
1. Mülkiyyət və
təşkilati-hüquqi formalarından asılı olmayaraq
öz fəaliyyətini Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun surətdə həyata keçirən
sahibkarın hüquqlarının və qanuni
mənafelərinin müdafiəsini dövlət təmin edir.
2. Azərbaycan Respublikasının
fiziki və hüquqi şəxslərinin xarici
dövlətlərin ərazisindəki sahibkarlıq
fəaliyyəti sahəsində hüquq və
mənafelərinin müdafiəsinə Azərbaycan
dövləti təminat verir.
3. Sahibkarlıq fəaliyyətinin
yoxlanılmasını həyata keçirən orqanlar,
onların hüquq və səlahiyyətləri qanunvericilik
aktları ilə müəyyənləşdirilir.
4. Sahibkarın hüquqlarını
pozan dövlət orqanlarının və ya digər
orqanların, yaxud onların vəzifəli
şəxslərinin fəaliyyəti nəticəsində,
habelə sahibkar barəsində qanunvericilikdə
nəzərdə tutulmuş vəzifələrin həmin
orqanlar və ya vəzifəli şəxslər
tərəfindən yarıtmaz yerinə yetirilməsi
nəticəsində sahibkara dəyən zərərin, o
cümlədən əldən çıxan gəlirlərin
əvəzini mülki qanunvericilikdə nəzərdə
tutulmuş qaydada həmin orqanlar və vəzifəli
şəxslər ödəməlidirlər.
5. Qanunda nəzərdə tutulan hallar
istisna edilməklə sahibkarın əmlakı
toxunulmazdır.
Dövlət ehtiyacları və ya
ictimai ehtiyaclar tələb etdikdə sahibkarın
əmlakı yalnız Azərbaycan Respublikasının
Mülki Məcəlləsində nəzərdə
tutulmuş hallarda və şərtlərlə onun bazar
dəyəri miqdarında qabaqcadan əvəzi
ödənilməklə özgəninkiləşdirilə
bilər.[13]
Maddə 13. Sahibkarlıq
fəaliyyətinə dövlət nəzarəti
1. Sahibkarlıq fəaliyyətinə
dövlət nəzarəti həmin fəaliyyətin
səmərəli həyata keçirilməsinə
maneələr yaratmamalıdır. Nəzarəti həyata
keçirmək hüququna yalnız qanun əsasında bu
hüquqlar verilmiş orqanlar malikdir.
Vergi,
antiinhisar, sanitariya, ekologiya və s. dövlət
nəzarət orqanlarının yoxlamaları yalnız
onların səlahiyyətlərinə müvafiq
surətdə həyata keçirilir.
2. Dövlət orqanları və
onların vəzifəli şəxsləri
tərəfindən sahibkarlıq fəaliyyətinin
yoxlanılması qaydası pozulduğu halda sahibkara
dəyən zərərin ödənilməsi
məbləğinə yoxlamaya bilavasitə cəlb olunmuş
işçilərin yoxlama müddətindəki əmək
haqqı, yoxlama ilə bağlı istehsalın məcburi
dayandırılması müddətində
işçilərin əmək haqqı və əldən
çıxmış gəlirlərin əvəzi daxil
edilməlidir.
Maddə 14. (Çıxarılıb)
[14]
Maddə 15. Sahibkarın
məsuliyyəti
Sahibkar
Azərbaycan Respublikasının qanunvericiliyinin
tələblərinə əməl etmədiyi, öz
öhdəliklərini icra etmədiyi və ya lazımi qaydada
icra etmədiyi hallarda qanuna
uyğun olaraq mülki-hüquqi, inzibati və cinayət
məsuliyyəti daşıyır. [15]
IV b
ö l m ə
SAHİBKARLIQ
FƏALİYYƏTİNİN DAYANDIRILMASI VƏ ONA XİTAM
VERİLMƏSİ
Maddə 16. Sahibkarlıq
fəaliyyətinin dayandırılması
Sahibkarlıq
fəaliyyətinin dayandırılması haqqında
qərarı sahibkarın özü qəbul edə bilər.
Antiinhisar fəaliyyəti, vergi, lisenziya verilməsi, ekologiya,
sanitariya, arxitektura, texniki təhlükəsizlik və
yanğından qorunma məsələləri üzrə
səlahiyyətli orqanlar sahibkarlıq fəaliyyətinin
dayandırılması barəsində təqdimat vermək
hüququna malikdirlər. Bu məsələlər üzrə
mübahisələr məhkəmə yolu ilə həll
edilir.
Maddə 17. Sahibkarlıq
fəaliyyətinə xitam verilməsi
1. Sahibkarlıq fəaliyyətinə
xitam verilməsi haqqında qərarı sahibkar
(mülkiyyətçi) özü və ya məhkəmə
qəbul edə bilər.
2. Sahibkarlıq fəaliyyətinə
məhkəmə tərəfindən yalnız Azərbaycan
Respublikasının qanunvericiliyində nəzərdə
tutulmuş hallarda xitam verilə bilər.
3. Sahibkar vəfat etdikdə onun
əmlakı mülki qanunvericilikdə nəzərdə
tutulmuş qaydada onun varisinə keçir.
4. Bağlaşma əsasında
həyata keçirilən sahibkarlıq fəaliyyətinə
aşağıdakı hallarda xitam verilir:
bağlaşmanın
müddəti başa çatdıqda;
tərəflərin
qarşılıqlı razılığı ilə;
məhkəmənin
qərarı ilə;
bağlaşmada
və qanunvericilikdə nəzərdə tutulmuş digər
hallarda.
Azərbaycan
Respublikasının Prezidenti
Əbülfəz
ELÇİBƏY.
Bakı şəhəri, 15 dekabr 1992-ci il.
¹ 405
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ
SƏNƏDLƏRİNİN SİYAHISI
1.
6
fevral 1996-cı il tarixli 18-IQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikası Ali Sovetinin məlumatı, 1997-ci il, ¹ 1, maddə
6)
2.
5
noyabr 1996-ci il tarixli 188-IQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikası Ali Sovetinin məlumatı, 1997-ci il, ¹ 3, maddə
226)
3.
24
dekabr 1996-cı il tarixli 214-IQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, ¹ 4, maddə
280)
4.
16
may 2000-ci il tarixli 882-IQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹ 7, maddə
489)
5.
12
oktyabr 2001-ci il tarixli 193-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 11, maddə
686)
6.
23
noyabr 2001-ci il tarixli 219-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 12, maddə
736)
7.
23
aprel 2002-ci il tarixli 311-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 5, maddə
241)
8.
30
aprel 2002-ci il tarixli 317-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, ¹ 1,
maddə 1)
9.
14
may 2002-ci il tarixli 321-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 5, maddə
248)
10.
3
dekabr 2002-ci il tarixli 398-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, ¹ 1,
maddə 16)
11.
4
noyabr 2003-cü il tarixli 509-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, ¹ 12,
maddə 673)
12.
30
may 2006-cı il tarixli 122-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 8,
maddə 657)
13.
1
fevral 2008-ci il tarixli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 fevral
2008-ci il, ¹ 29)
14.
17
aprel 2007-ci il tarixli 315-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 8, maddə 745)
15.
9
oktyabr 2007-ci il tarixli 429-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 10, maddə
938)
16.
1
fevral 2008-ci il tarixli 543-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2008-ci il, ¹ 2, maddə 49)
17.
1 aprel 2008-ci il tarixli 588-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2008-ci il, ¹5, maddə 348)
18.
5 mart 2010-cu il tarixli 972-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 aprel 2010-cu il, ¹ 81, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 04, maddə
276)
19.
22 oktyabr 2013-cü il tarixli 767-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 19 noyabr
2013-cü il, ¹ 253; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 11,
maddə 1283)
20.
4 aprel 2014-cü il tarixli 927-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 aprel 2014-cü il, ¹ 86)
QANUNA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 23 aprel 2002-ci il tarixli 311-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 5, maddə 241) ilə 1-ci
maddənin mətni yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyasında deyilirdi:
Sahibkarlıq
fəaliyyəti (sahibkarlıq) fiziki şəxslərin,
onların birliklərinin, habelə hüquqi
şəxslərin mənfəət və ya şəxsi
gəlir əldə edilməsi məqsədilə
özlərinin cavabdehliyi və əmlak məsuliyyəti
ilə, yaxud digər hüquqi və ya fiziki
şəxslərin adından qanunvericiliklə qadağan
edilməyən təsərrüfat fəaliyyətinin
bütün növləri, o cümlədən məhsul
istehsalı, satışı və xidmətlər
göstərilməsi formasında həyata
keçirdikləri müstəqil
təşəbbüskarlıq fəaliyyətidir.
17 aprel 2007-ci il tarixli 315-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 8, maddə
745) ilə 1-ci maddəsindən ",
öz riski ilə" sözləri
çıxarılmışdır.
22 oktyabr 2013-cü il tarixli 767-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 19 noyabr
2013-cü il, ¹ 253; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 11,
maddə 1283)
ilə 1-ci maddəyə “mənfəət”
sözündən sonra “(fərdi
sahibkarlar tərəfindən gəlir)” sözləri
əlavə edilmişdir.
[2] 22
oktyabr 2013-cü il tarixli 767-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 19 noyabr
2013-cü il, ¹ 253; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 11,
maddə 1283)
ilə 6-cı maddənin birinci
hissəsinin onuncu bəndinin birinci cümləsinə “mənfəətdən”
sözündən sonra “(gəlirdən)”
sözü, ikinci cümləsinə “mənfəətin” sözündən sonra “(gəlirin)” sözü
əlavə edilmişdir.
[3] 4 aprel 2014-cü il
tarixli 927-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 aprel 2014-cü il, ¹ 86) ilə 6-cı maddənin birinci
hissəsinin on dördüncü abzasında “sığorta” sözündən əvvəl “könüllü” sözü
əlavə edilmişdir.
[4] 3 dekabr 2002-ci il tarixli 398-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2003-cü il, ¹ 1, maddə 16) ilə 7-ci
maddəsinin altıncı abzasında "dövlət sığorta fonduna" sözləri
"Dövlət Sosial
Müdafiə Fonduna" sözləri ilə əvəz
edilmişdir.
[5] 12 oktyabr 2001-ci il tarixli 193-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 11, maddə 686) ilə 7-ci
maddəsinin on ikinci abzası yeni redaksiyada verilmişdir.
Maddənin əvvəlki redaksiyasında
deyilirdi:
əmtəə
(xidmət) nişanlarının və markalarının
qeydiyyatdan keçirilməsi, işlədilməsi və
verilməsi qaydalarına qanunvericiliyə müvafiq
surətdə əməl etmək;
[6] 9 oktyabr 2007-ci il
tarixli 429-IIIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 10, maddə
938) ilə 7-ci maddəsinin on
dördüncü abzasında "xüsusi icazə" sözləri "xüsusi razılıq"
sözləri ilə əvəz edilmişdir.
[7] 5 mart 2010-cu il tarixli 972-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 aprel 2010-cu il, ¹ 81, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 04, maddə
276) ilə 9-cu maddəsinin 1-ci bəndinin
dördüncü hissəsində “Milli Bankı” sözləri
“Mərkəzi
Bankı” sözləri ilə əvəz
edilmişdir.
[8] 30 aprel 2002-ci il tarixli 317-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2003-cü il, ¹ 1, maddə 1) ilə 9-cu
maddənin 2-ci və 3-cü bəndlərində "Azərbaycan Respublikası
Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa
Kömək Komitəsi" sözləri "Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanı" sözləri
ilə əvəz edilmişdir.
4 noyabr 2003-cü il
tarixli 509-IIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, ¹ 12,
maddə 673) ilə 9-cu maddənin 3-cü bəndi yeni
redaksiyada verilmişdir.
Əvvəlki redaksiyasında deyilirdi:
Sahibkarlığa
kömək tədbirlərini maliyyələşdirmək
məqsədilə Azərbaycan Respublikasının müvafiq
icra hakimiyyəti orqanı yanında Sahibkarlığa Kömək
Milli Fondu fəaliyyət göstərir.
[9] 5 noyabr 1996-ci il tarixli 188-IQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali
Sovetinin məlumatı, 1997-ci il, ¹ 3, maddə 226) ilə
10-cu maddənin 1-ci bəndində “şəxslərin” sözündən sonra “dövlət” sözü
əlavə edilmişdir.
1 fevral 2008-ci il
tarixli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
8 fevral 2008-ci il, ¹ 29) ilə 10-cu maddəsinin 1-ci
bəndində "Azərbaycan
Respublikasının müəssisələr haqqında
qanunvericiliyində göstərilən orqanlar"
sözləri "müvafiq icra
hakimiyyəti orqanı" sözləri ilə
əvəz edilmişdir.
[10] 6 fevral 1996-cı il tarixli 18-IQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali
Sovetinin məlumatı, 1997-ci il, ¹ 1, maddə 6) ilə 10-cu
maddənin 2-ci bəndinə hissələr əlavə
edilmişdir.
[11] 14 may 2002-ci il tarixli 321-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 5, maddə 248) ilə 11-ci
maddəsinin 2-ci bəndinə ikinci abzas əlavə
edilmişdir.
16 may 2000-ci il tarixli 882-IQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹ 7, maddə
489) ilə 10-cu maddənin 2-ci bəndinin
dördüncü hissəsində «müvafiq sənəd verir (əlavə ¹ 1)» sözləri
«vergi ödəyicisinin indentifikasiya
nömrəsini (VÖİN) verir» sözləri ilə əvəz
edilmiş, 2-ci bəndinə isə altıncı hissə əlavə
edilmişdir.
23 noyabr 2001-ci il
tarixli 219-IIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 12, maddə
736) ilə 10-cu maddəsinin 2-ci bəndi yeni redaksiyada
verilmişdir. Maddənin əvvəlki
redaksiyasında deyilirdi:
2. Hüquqi
şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə
məşğul olan fiziki şəxslərin uçotunu
onların yaşadıqları və ya fəaliyyət
göstərdikləri yerin vergi orqanları aparır.
Sahibkarlıq
fəaliyyəti ilə məşğul olan fiziki
şəxslərin uçotu Azərbaycan
Respublikası üzrə onların mövcudluğu və
fəaliyyəti haqqında məlumatların toplanması və
sistemləşdirilməsindən ibarətdir.
Sahibkarlıq fəaliyyəti ilə məşğul
olan fiziki şəxslərin uçota alınması üçün onlar notarial qaydada təsdiq
edilmiş ərizələrində soyadını,
adını, atasının adını, anadan olduğu
vaxtı və yeri, şəxsiyyətini təsdiq edən sənəd
haqqında məlumatları (sənədin seriyası, nömrəsi, kim tərəfindən
və nə vaxt verilməsi), yaşadığı yeri, ümumi şəkildə
sahibkarlıq fəaliyyətinin növünü göstərməlidirlər.
Sənədlər təqdim olunduqdan sonra
müvafiq dövlət orqanı 5 gün müddətində sahibkarlıq fəaliyyəti
ilə məşğul olan fiziki şəxslərin uçota alınmaları haqqında
vergi ödəyicisinin indentifikasiya nömrəsini
(VÖİN) verir. Sahibkarlıq fəaliyyəti ilə məşğul
olan fiziki şəxslərin uçota alınmalarına görə dövlət rüsumu tutulmur.
Sahibkarlıq
fəaliyyəti ilə məşğul olan fiziki
şəxslər uçotdan öz
ərizələrinə əsasən çıxarılırlar.
Sahibkarlıq
fəaliyyəti ilə məşğul olan fiziki
şəxslərin uçota alınması qaydalarını
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti
orqanı müəyyən edir.
[12] 24 dekabr 1996-cı il tarixli
214-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1997-ci il, ¹ 4, maddə 280) ilə 11-ci
maddə yeni redaksiyada
verilmişdir. Maddənin əvvəlki
redaksiyasında deyilirdi:
Maddə
11. Xüsusi icazə tələb
edən sahibkarlıq fəaliyyəti
1. Xüsusi razılıq (lisenziya) tələb
olunan fəaliyyətlə məşğul olmaq üçün hüquqi şəxslər dövlət qeydiyyatına alındıqdan sonra və fiziki şəxslər
müəyyən edilmiş qaydada lisenziya almalıdırlar.
Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət
növlərinin siyahısı bu Qanuna əlavə olunur (əlavə
N 2).
Xüsusi razılıq (lisenziya) müəyyən müddət üçün verilir.
Xüsusi razılıq (lisenziya) müəssisənin və ya fiziki
şəxsin fəaliyyətinin xarakterindən asılı
olmayaraq verilir.
Ayrı-ayrı fəaliyyət növləri üzrə xüsusi razılıq (lisenziya)
verilməsi qaydaları qanunla və Azərbaycan Respublikası
Prezidentinin müəyyən etdiyi qaydada təsdiq
olunmuş Əsasnamələrə müvafiq müəyyən olunur.
2. Hüquqi (fiziki) şəxs, xarici hüquqi şəxslərin
filialları və nümayəndəlikləri xarici hüquqi şəxsin öz ölkəsində müvafiq fəaliyyətlə
məşğul olmaq üçün xüsusi razılığı
(lisenziyası) olmadıqda xüsusi razılıq (lisenziya)
verilməsi üçün Azərbaycan Respublikası
qanunlarında və digər qanunvericilik aktlarında nəzərdə
tutulmuş dövlət orqanına müraciət edirlər.
Müraciətə Azərbaycan
Respublikasının müvafiq qanunlarında və digər
qanunvericilik aktlarında nəzərdə tutulan sənədlər
əlavə edilməlidir.
Yalnız bu xüsusi razılıq (lisenziya)
verildikdən sonra həmin xüsusi razılıqda (lisenziyada) müəyyən edilən müddətdə və qaydada orada göstərilən sahibkarlıq fəaliyyəti
növü həyata keçirilə bilər.
Sənədləri qəbul etdikdən
sonra müvafiq dövlət orqanı 15 gün müddətində müraciətçiyə xüsusi razılıq (lisenziya) verir,
yaxud xüsusi razılıq (lisenziya) verilməsindən imtina edilməsi
barədə imtinanın əsaslarını göstərməklə
yazılı məlumat verir.
Təqdim olunmuş sənədlərdə
yol verilmiş çatışmazlıqlar aradan götürüldükdə sənədlərə təkrar
təqdim edildikdən sonra 5 gün müddətində baxılır və
müvafiq qərar qəbul edilir.
Ayrı-ayrı fəaliyyət növləri üzrə xüsusi razılıq (lisenziya)
verilməsi üçün tələb olunan sənədlərin
siyahısı, xüsusi razılıq (lisenziya)
verilməsi müddətləri, onun
dayandırılması və ləğv edilməsi
qaydaları Azərbaycan Respublikasının müvafiq
qanunvericiliyi ilə nizama salınır.
Xarici hüquqi
şəxslərin filialları və ya nümayəndəlikləri
xarici hüquqi şəxsin öz ölkəsində
müvafiq fəaliyyətlə məşğul olmaq üçün xüsusi
razılığı (lisenziyası) olduqda, Azərbaycan
Respublikasında bu fəaliyyət növü üçün xüsusi
razılığı (lisenziyanı) verən müvafiq orqanın
yazılı icazəsi əsasında Azərbaycan
Respublikasında bu fəaliyyətlə məşğul ola
bilər.
3. Xüsusi icazə verilməsindən
aşağıdakı hallarda imtina edilir:
xüsusi icazə
verilməsi qaydasında nəzərdə tutulmuş
sənədlər təqdim edilməyəndə;
xüsusi icazə
verilməsi üçün təqdim olunan
sənədlərdə saxtalaşdırmalara yol verildikdə;
ərizəçi
cəmiyyət, ətraf mühit, ölkənin
müstəqilliyi, insanların həyat və
sağlamlığı üçün təhlükə
doğuracaq fəaliyyətlə bağlı
sahələrdə sahibkarlıqla məşğul olmaq
istədikdə.
4. Əgər
xüsusi icazə bu maddədə müəyyən edilmiş
müddətdə verilməzsə və ya sahibkar xüsusi
icazənin verilməsini əsassız hesab edirsə, o, müvafiq
məhkəməyə müraciət etmək hüququna
malikdir.
5.
Məhkəmə, xüsusi icazənin verilməsi
müddətinin gecikdirilməsini və ya xüsusi icazə
verməkdən imtinanın əsassızlığı
faktını aşkar edərsə, xüsusi icazə
verilməsi haqqında qərar çıxarır. Xüsusi
icazə verən orqan məhkəmənin qərarını
aldığı vaxtdan etibarən üç gün
müddətində icra etməlidir.
Eyni zamanda
məhkəmə təqsirkar vəzifəli şəxsi
qanunvericilikdə nəzərdə tutulan qaydada
məsuliyyətə cəlb edə bilər.
4 aprel 2014-cü il
tarixli 927-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 aprel 2014-cü il, ¹ 86) ilə 11-ci
maddənin 5-ci hissəsinin üçüncü abzasında
“qanunvericilikdə”
sözü “qanunla”
sözü ilə əvəz edilmişdir.
[13] 30 may 2006-cı il
tarixli 122-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 8,
maddə 657) ilə 12-ci maddəsinin 5-ci
bəndinin birinci abzasında “Azərbaycan
Respublikasının qanunvericiliyində” sözləri “Qanunda” sözü ilə
əvəz edilsin və ikinci abzası yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
Sahibkarın
əmlakı Azərbaycan Respublikasının “Mülkiyyət
haqqında” Qanuna əsasən dövlət ehtiyacları
üçün alınarsa ona müvafiq kompensasiya verilir.
1
aprel 2008-ci il tarixli
588-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2008-ci il, ¹5, maddə 348) ilə 12-ci maddəsinin
5-ci bəndinin ikinci abzasından "və
ya ictimai ehtiyaclar" sözləri
çıxarılmışdır.
[14] 23 noyabr 2001-ci il tarixli 219-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 12, maddə 736) ilə
14-cü maddə çıxarılmışdır.
Maddənin əvvəlki redaksiyasında
deyilirdi:
Maddə
14. Sahibkarlıq
fəaliyyətindən əldə olunan
mənfəətdən və sahibkarın şəxsi
gəlirindən vergi tutulması
Hüquqi
şəxs yaradılmaqla həyata keçirilən
sahibkarlıq fəaliyyətindən əldə olunan
mənfəətdən və sahibkarın şəxsi gəlirindən
vergilərin tutulması Azərbaycan Respublikasının
qüvvədə olan vergi qanunvericiliyinə uyğun olaraq
həyata keçirilir.
Sahibkardan
əsassız olaraq məcburi surətdə vergi və
digər ödəmələr tutularsa və ya sahibkara vergi
qanunvericiliyini pozduğuna görə cərimə
sanksiyaları düzgün tətbiq edilməzsə,
sahibkarın buna yol vermiş orqanlara iddiası üzrə
bütün qeyri-qanuni tutulmuş məbləğ həmin
dövr üçün kredit faizi əlavə olunmaqla
qaytarılır və ya sahibkarın razılığı
ilə növbəti dövrün vergilərinin
ödənməsi hesabına aid edilir.
[15] 4 aprel 2014-cü il
tarixli 927-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 aprel 2014-cü il, ¹ 86) ilə 15-ci
maddədə “qanunvericiliyə”
sözü “qanuna”
sözü ilə əvəz edilmişdir.