AKTIN NÖVÜ
Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyi
QƏBUL EDİLDİYİ TARİX
25.06.2003
QEYDİYYAT NÖMRƏSİ
12
ADI
Kotirovka sorğusu prosedurunun təşkili və keçirilməsinə dair Təlimat
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikası Normativ Aktlarının Bülleteni (Dərc olunma tarixi: 31-07-2003, Nəşr nömrəsi: 07)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
160.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
2984
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
"Dövlət qeydiyyatına alınmışdır" Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi

“Dövlət qeydiyyatına alınmışdır” Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi

Qeydiyyat N 2984

“04” iyul 2003-cü il

 

 

Nazir_____________ F.F.Məmmədov

“Təsdiq edirəm”

Azərbaycan Respublikası

Satınalmalar üzrə

Dövlət Agentliyi

Əmr N 12

“25” iyun 2003-cü il

 

Direktor_____________İ.Ə.Mehdiyev

 

 

Kotirovka sorğusu prosedurunun təşkili və keçirilməsinə dair

 

TƏLİMAT

 

1. Ümumi müddəalar.

 

Bu Təlimat “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hazırlanmış, mövcud bazarı olan və ehtimal olunan qiyməti 10 milyon manatdan yüksək 250 milyon manat məbləğindən aşağı olan malların (işlərin və xidmətlərin) satın alınmasında kotirovka sorğusu prosedurunun təşkilinə və keçirilməsinə dair qaydaları müəyyən edir və dövlət müəssisə və təşkilatları (idarələri), nizamnamə fondunda dövlətin payı 30 faiz və daha çox olan müəssisə və təşkilatlar tərəfindən malların (işlərin və xidmətlərin) satın alınmasına şamil edilir.

 

2. Kotirovka sorğusu prosedurunun təşkili və keçirilməsi.

 

2.1. Kotirovka sorğusu prosedurunun təşkili üçün satınalan təşkilat “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsində nəzərdə tutulmuş qaydada tender komissiyası formalaşdırır və malların (işlərin və xidmətlərin) satın alınması üzrə  kotirovka sorğusunun şərtlərini (nəqliyyat və sığorta xərclərinə, gömrük rüsumlarına, vergilərə və sair xərclərə dair tələbləri nəzərə almaqla) müəyyən edir.

2.2. Kotirovka sorğusu prosedurunun təşkili üçün tender komissiyası kotirovka sorğusunun şərtlərini təsdiq edərək əməli cəhətdən məqsədəuyğun sayda, 3-dən az olmamaq şərti ilə potensial imkanı olan malgöndərənlərin (podratçıların) siyahısını tərtib edir və onlara kotirovka sorğusunun şərtlərini göndərir (Forma 1). Bu barədə məlumat “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə uyğun olaraq satınalma prosedurları haqqında hesabata daxil edilir.

2.3. Satınalan təşkilat tərəfindən kotirovka sorğusu şərtlərində malların (işlərin və xidmətlərin) qiymət kotirovkalarının təqdim olunma yeri, tarixi, saatı  qeyd edilməli və məlumat almaq üçün əlaqələndirici şəxsin adı və telefonu göstərilməlidir. Malgöndərən (podratçı) tərəfindən təklif olunan malların (işlərin və xidmətlərin) qiymət kotirovkaları (Forma 2) qapalı zərfdə təqdim olunmalıdır.

2.4. Kotirovka sorğusu prosedurunda iştirak edən hər malgöndərən (podratçı) yalnız bir qiymət kotirovkası təqdim edə bilər. Tender komissiyası ilə malgöndərən (podratçı) arasında təqdim olunan kotirovkalar barədə danışıqların aparılmasına və malgöndərənlər (podratçılar) tərəfindən təqdim olunan kotirovkaların dəyişdirilməsinə icazə verilmir.

2.5. Kotirovka sorğusu əsasında malgöndərənlər (podratçılar) tərəfindən təqdim olunan təklif zərfləri müəyyən edilmiş tarixdə və saatda tender komissiyası tərəfindən zərflərin daxil olma ardıcıllığı ilə malgöndərənlərin (podratçıların) iştirakı ilə açılır və təklif olunan qiymətlər elan olunur. Zərflərin açılışı prosedurunda malgöndərənin (podratçının) və ya onun müvəkkilinin iştirak etməməsi onların təkliflərinin kənarlaşdırılmasına əsas vermir.

2.6. Tender komissiyası kotirovka sorğusunun nəticələrinə dair öz qərarını həmin gün  malgöndərənlərin (podratçıların) iştirakı ilə qəbul edir və onların arasında təqdim olunmuş kotirovkaların qiymətindən asılı olaraq birinci (aşağı qiymət), ikinci və üçüncü yerləri müəyyənləşdirir. Tender komissiyasının kotirovka sorğusunun nəticələri barədə qəbul edilmiş qərarı malgöndərənlərin (podratçıların) nəzərinə çatdırılır.

2.7. Kotirovka sorğusunun nəticələri haqqında tender komissiyasının protokolu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2002-ci il tarixli, 124 saylı Qərarı ilə təsdiq olunmuş “Tenderin nəticələri haqqında tender komissiyasının yekun protokolu nümunəsinin” əsasında tərtib edilir (əlavə olunur) və komissiyanın bütün üzvləri tərəfindən imzalanır. Kotirovka sorğusu prosedurunun təşkili və nəticələri ilə razılaşmayan tender komissiyasının üzvləri yekun protokolunu imzalayaraq öz xüsusi rəylərini protokola əlavə edirlər. Yekun protokolunun surəti onun imzalanmasından sonra “Dövlət satınalmaları haqqında” Qanunun 37.5-ci  maddəsinin tələblərinə uyğun olaraq 3 (üç) bank günü ərzində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə təqdim olunur. [1]

2.8. Yekun protokolu satınalma müqaviləsinin bağlanması üçün əsas götürülür. Satınalan təşkilat yekun protokolunun əsasında təlabatı təmin edən və ən aşağı qiymət kotirovkası təqdim edən malgöndərənə (podratçıya) satınalma müqaviləsinin bağlanması barədə bildiriş göndərir.

2.9. Satınalma müqaviləsi Nazirlər Kabinetinin 28 fevral 2003-cü il tarixli, 34 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin nümunəsi”nin tələblərinə uyğun tərtib olunur.

2.10. Kotirovka sorğusu proseduru haqqında hesabat “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində nəzərdə tutulmuş qaydada və keçirilən satınalmalara dair sənədlər Qanunun 54-cü maddəsinə uyğun toplanıb saxlanılmalıdır.

3. Məsuliyyət.

 

3.1. Bu Təlimatın tələblərinin pozulmasında təqsiri olanlar Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

 

 


 

Forma 1

 

KOTİROVKA SORĞUSU

(satınalan təşkilatın rəsmi blankında)

 

N______________                                                                                                  Tarix:_______________

 

Kimə________________________________________________________________________________

 

Hörmətli cənablar!

 

Sifarişçi _____________________________________________________________________________

(adı, ünvanı, telefon və faks, məsul  şəxsin adı və vəzifəsi)

 

aşağıdakı malların (iş və xidmətlərin) kotirovka sorğusu üsulu ilə satınalınması niyyətindədir:

____________________________________________________________________________________

_____________________________________________________________________________________

(malların (iş və xidmətlərin) adı, miqdarı).

 

Satınalma müqaviləsi üzrə ödənişlər aşağıdakı qaydada  aparılacaqdır:____________________

___________________________________________________________________________________

___________________________________________________________________________________

 

Malgöndərən (podratçı) tərəfindən təklif olunan qiymət kotirovkaları malların (işlərin və xidmətlərin) qiymət dəyərindən başqa, nəqliyyat, sığorta, vergi, gömrük rüsumları və digər xərcləri nəzərə almaqla göstərilməlidir. Göndərilən mallar, yerinə yetirələcək işlər və xidməti aşağıdakı tələblərə cavab verməlidir.

____________________________________________________________________________________

satınalınan malların (işlərin və xidmətlərin) texniki tələbləri, satınalma müqavilənin yerinə yetirilməsinə dair tələblər, o cümlədən icra müddəti, nəzərdə tutulan cərimələr və digər tələblər.

 

Malların (işlərin və xidmətlərin) qiymət kotirovkaları qapalı zərfdə, imzalanıb və möhürlənərək,

_____________________________________________________________________________________

ünvana “____”______________2003-cü il tarixə qədər təqdim olunmalıdır.

 

 

 

                                                                                      Satınalan təşkilatın rəhbəri

                                                                                        __________________ imza

                                                                                        __________________ tarix

 

 

 


 

Forma 2

 

Malgöndərənin (podratçının) kotirovka təklifi

 

 

Tarix:_______________

Kimə_______________

 

 

Hörmətli cənablar!

 

Biz, ________________________________________________________________________________

malgöndərən (podratçının) adı

 

Sizin göndərdiyiniz  kotirovka sorğusunu tam öyrənərək satın alınan mallara

(işlərin və xidmətlərin)________________________________________________________________

Malların (işlərin və xidmətlərin) adı

 

aşağıdakı qiymətdə təklif edirik _________________ (manat).

   Malların (işlərin və xidmətlərin) qiymət cədvəli əlavə olunur.

   Bizim kotirovka təklifimizi qəbul etdiyiniz təqdirdə biz, malları kotirovka sorğusunda göstərilən qrafikə uyğun göndərməyi, iş və xidmətləri yerinə yetirməyi öz öhdəmizə götürürükvə qeyd edilmiş  ödəmə qaydası ilə razıyıq.

  Rəsmi satınalma müqaviləsi imzalanana qədər bu kotirovka təklifi “___” ___________ 2003-cü il tarixə qədər qüvvədə qalacaqdır.

 

 

 

                                                           İmzalayan şəxsin vəzifəsi______________________

                                                           Soyadı A.A.__________________________________

                                                           İmza________________________________________

                                                           Möhür yeri

 

 

 


 

 

Əlavə

 

 

Malların (işlərin və xidmətlərin) qiymət cədvəli

 

Sıra sayı

Malın (işin və xidmətin) adı

Miqdarı

Malın (işin və xidmətin) vahidinin qiyməti (manatla)

 

Ümumi qiyməti

(manatla)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

YEKUN

 

 

İmzalayan şəxsin vəzifəsi _________________________

Soyadı A.A. _____________________________________

İmza  ___________________________________________

Möhür yeri

 

 

 


 

Kotirovka sorğusu prosedurunun nəticələri haqqında tender komissiyasının yekun protokolunun forması

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2002-ci il tarixli, 124 nömrəli Qərarı ilə təsdiq olunmuş “Tender nəticələri haqqında tender komissiyasının yekun protokolu nümunəsinin” əsasında tərtib olunub

 

Şəhər (rayon)________________                                                                            tarix ______________

 

1. Satınalan təşkilatın adı _____________________________________________________________

 

2. Satın alınan malların (işlərin və xidmətlərin)

adı ________________________________________________            

miqdarı_____________________________________________

                  (həcmi, çəkisi və ya digər ölçü vahidi göstərilməlidir)

 

3. Satın alınan malların (işlərin və xidmətlərin)

ehtimal olunan qiyməti ______________________________(manat)

 

4. Maliyyə mənbəyi ______________________________________________________

                                         (büdcə, büdcədənkənar və dövlət vəsaitləri, dövlətin aldığı və

                                       _____________________________________________________

                                                 dövlət zəmanəti  ilə  alınmış kreditlər və qrantlar)

5. Satınalma metodu ________________________________________________________________

 

6. Tender komissiyasının yaradılması haqqında qərar

tarixi  ___________________

nömrəsi  _________________

Satınalan təşkilatın rəhbəri və ya

onun vəzifəsini icra edən şəxs __________________________________________________________

 

Sıra

Tender komissiyasının

Komissiya üzvlərinin soyadı, adı, atasının adı

İş yeri və vəzifəsi

1

Sədr

 

 

2

Üzvləri

 

 

3

 

 

 

4

 

 

 

5

 

 

 

 

7. Kotirovka sorğusu  haqqında bildiriş dərc olunması barədə məlumat

(əgər dərc olunubsa):

mətbuat orqanının adı _________________________________

elanın tarixi _________________________________________________________________

8. Kotirovka sorğusu göndərilən malgöndərənlərin (podratçıların) siyahısı:

 

Sıra

Malgöndərənin

(podratçının) adı

Ünvanı, bank rekvizitləri,

VÖİN

Fərdi dəvətlərin göndərilmə tarixi və qeydiyyat nömrəsi

1

 

 

 

2

 

 

 

3

 

 

 

4

 

 

 

 

9. Malgöndərənlərin (podratçıların) təqdim etdiyi qiymət kotirovkaları (Malların (işlərin

və xidmətləri) qiymət cədvəli əlavə olunur):

 

Sıra

Malgöndərənin

(podratçının) adı

Qiymət kotirovkaları

(ümumi məbləğ)

1

 

 

2

 

 

3

 

 

4

 

 

 

10. Kotirovka sorğusu prosedurunda qalib müəyyən olunmuş malgöndərən (podratçı) və

satınalma müqaviləsi haqqında məlumat:

Malgöndərən (podratçının) adı ___________________________________________________________

_____________________________________________________________________________________

Satınalma müqaviləsi üzrə alınacaq malların (işlərin və xidmətlərin) adları, ölçü vahidi,

miqdarı, həcmi və qiyməti haqqında məlumat:

 

Malların (işlərin və xidmətlərin) adları

Ölçü vahidi

Miqdarı və ya həcmi

Vahidinin qiyməti  (manatla)

Ümumi məbləği(manatla)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Yekun:

 

 

 

 

 

Satınalma müqaviləsinin yerinə

yetirilmə təminatının məbləği_________________________(faizlə)

Satınalma müqaviləsini

imzalayan şəxsin adı, soyadı________________________________

vəzifəsi_________________________________________________

imzalanma tarixi _________________________________________

 

 

Tender komissiyasının sədri

______________________ imza

______________________ tarix

 

Tender komissiyasının üzvləri

______________________ imza

______________________ tarix

 

Tender komissiyasının qərarı ilə razılaşmayan tender komissiyası üzvlərinin xüsusi rəyləri: 

_________________________________________________________________________________

_________________________________________________________________________________

_________________________________________________________________________________

 

 

Qeyd:

Dövlət satınalmaları üzrə keçirilən kotirovka sorğusu prosedurunun nəticələri haqqında tender komissiyasının yekun protokolunun surəti 3 (üç) bank günü ərzində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə rəsmi surətdə təqdim olunur. [2]

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       1 sentyabr 2016-cı il tarixli 13 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı

 

BÜLLETENƏ EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 1 sentyabr 2016-cı il tarixli 13 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı Təlimatın 2.7-ci bəndinin üçüncü cümləsində “Satınalmalar üzrə Dövlət Agentliyinə” sözləri “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə” sözləri ilə əvəz edilmişdir.

 

[2] 1 sentyabr 2016-cı il tarixli 13 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı ilə Təlimata əlavə edilmiş “Kotirovka sorğusu prosedurunun nəticələri haqqında tender komissiyasının yekun protokolunun forması”nın “Qeyd” hissəsində “Satınalmalar üzrə Dövlət Agentliyinə” sözləri “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə” sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status