AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
26.11.1999
QEYDİYYAT NÖMRƏSİ
762-IQ
ADI
Notariat haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-01-2000, Nəşr nömrəsi: 01, Maddə nömrəsi: 10)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
380.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Notariat haqqında

Notariat haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

I fəsil

Ümumİ müddəalar

Maddə 1. Azərbaycan Respublikasında notariat

Azərbaycan Respublikasında notariat dedikdə bu Qanunla nəzərdə tutulmuş hüquqi hərəkətləri (bundan sonra notariat hərəkətləri) aparmağa müvəkkil edilmiş şəxslər birlikdə başa düşülür.

Azərbaycan Respublikasında rəsmi və doğru sənədlərin tərtibi üçün hüquqların, hüquqi əhəmiyyətli faktların təsdiqi və digər notariat hərəkətlərinin aparılması notariat fəaliyyətinə məxsusdur və belə fəaliyyət yalnız bu Qanunla müəyyən edilmiş qaydada və nəzərdə tutulmuş şəxslər tərəfindən həyata keçirilə bilər.

Ələt azad iqtisadi zonasında notariat fəaliyyəti “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir. [1]

Maddə 2. Notariat hərəkətlərinin aparılması zamanı tətbiq edilən qanunvericilik

Notariat hərəkətlərinin aparılması zamanı Azərbaycan Respublikasının Konstitusiyası, bu Qanun, Azərbaycan Respublikasının digər qanunları, habelə bu Qanuna zidd olmayan müvafiq icra hakimiyyəti orqanlarının öz səlahiyyətləri daxilində qəbul etdikləri normativ aktlar rəhbər tutulur.

Maddə 3. Notarius

Notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olan şəxs notarius adlanır.

Ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə 3 ildən az olmayaraq iş stajına, mənəvi keyfiyyətlərə və peşə biliklərinə malik Azərbaycan Respublikasının vətəndaşı notarius ola bilər. [2]

İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan, şəxs, din xadimi, vəzifəsinin icrası ilə bağlı əvvəllər qanunvericiliyin tələblərini pozduğuna görə işdən azad edilmiş, qanunla müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab olunan, əvvəllər cinayət törətmiş və buna görə məhkum olunmuş, barəsində notariat fəaliyyəti ilə məşğul olmasının məhdudlaşdırılması və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarı çıxarılmış, habelə bəraətverici əsaslar olmadan cinayətin törədilməsi üzrə cinayət işinin xitam olunması haqqında qanuni qüvvəyə minmiş istintaq orqanı və ya məhkəmənin qərarı olan, tibbi rəyə əsasən fiziki və əqli qüsurlarına görə notarius işləməyə qadir olmayan, 65 yaşına çatmış şəxs notarius ola bilməz. [3]

Yuxarıda göstərilən tələblərə cavab verən və notarius olmaq istəyən şəxs notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamə (bundan sonra - şəhadətnamə) almalıdır. [4]

Elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, notariusa sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq və digər haqqı ödənilən işləri yerinə yetirmək qadağandır. [5]

Notarius işlədiyi dövrdə hər hansı siyasi partiyada öz fəaliyyətini dayandırmalıdır.

Dövlət notariusuna "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məhdudiyyətlər də tətbiq edilir.

Notarius Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən Notariusun etik davranış kodeksinin tələblərinə və müvafiq icra hakimiyyəti orqanının metodiki tövsiyələrinə riayət etməlidir. [6]

Maddə 4. Şəhadətnamənin verilmə qaydası

Notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olmaq üçün şəhadətnamə almaq istəyən şəxs Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət etməlidir. Ərizədə şəxsin dövlət və ya xüsusi notarius kimi fəaliyyət göstərmək istəyi bildirilməlidir. [7]

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı şəxs müraciət etdikdən sonra 1 ay müddətində onun bu qanunun 3-cü maddəsi ilə müəyyən edilmiş tələblərə uyğun olub-olmamasını araşdırmalı və nəticəsindən asılı olaraq toplanmış sənədləri ixtisas komissiyasına təqdim etməlidir.

Şəxsin müraciətinə baxılmasının nəticəsi barədə ona yazılı qaydada məlumat verilməlidir.

Şəhadətnamə almaq istəyən şəxslərin bilik səviyyəsi imtahan və müsahibə vasitəsilə yoxlanılır, bundan sonra onlar müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsində icbari təlimə (bundan sonra – icbari təlim) cəlb olunurlar. [8]

Müvafiq icra hakimiyyəti orqanının notariat fəaliyyətinə nəzarəti bilavasitə həyata keçirən qurumunda və dövlət notariat ofislərində ali hüquq təhsili tələb olunan inzibati vəzifələrdə və ya xüsusi notariusun köməkçisi vəzifəsində 3 ildən az olmayaraq işləyən və bu Qanunun tələblərinə cavab verən şəxslər, habelə hakimlər şəhadətnamə almaq üçün yalnız notariat fəaliyyəti üzrə peşə hazırlığına dair müsahibədən keçməlidirlər. [9]

İcbari təlimdən azad edilmiş şəxslər şəhadətnamə almaq üçün notariat fəaliyyəti üzrə peşə hazırlığına dair müsahibədən keçməlidirlər. [10]

İmtahanının, təcrübənin və müsahibələrin keçirilməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. [11]

Maddə 5. İxtisas komissiyası

Notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olmaq üçün şəhadətnamə almaq istəyən şəxsin, habelə xüsusi notariusun köməkçisi vəzifəsinə namizədlərin bilik səviyyəsinin imtahan və müsahibə vasitəsi ilə yoxlanılması, onun notariat fəaliyyəti üzrə peşə hazırlığına dair müsahibənin keçirilməsi, şəhadətnamənin və təyinatlara dair təkliflərin verilməsi və ya şəhadətnamənin verilməsindən imtina edilməsi ilə bağlı məsələlərin həll edilməsi üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən beş il müddətinə 7 nəfərdən ibarət tərkibdə ixtisas komissiyası yaradılır. [12]

[13] İxtisas komissiyasının tərkibinə 2 təcrübəli notarius, 1 hüquqşünas-alim, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının 2 əməkdaşı, 2 təcrübəli mütəxəssis hüquqşünas daxil edilir. Komissiyanın sədri komissiya üzvlərinin arasından seçilir.

İxtisas komissiyasının fəaliyyətinin təşkilati təminatını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həyata keçirməlidir.

İxtisas komissiyası daxil olan sənədlərə baxır, şəxsin icbari təlimə buraxılması məsələsinin həll edilməsi üçün ondan imtahan qəbul edir, müsahibə keçirir, icbari təlimin nəticələrini qiymətləndirir, peşə hazırlığının yoxlanılması üzrə müsahibə keçirir və onun nəticəsindən asılı olaraq şəhadətnamənin və təyinatlara dair təkliflərin verilməsi və ya şəhadətnamənin verilməsindən imtina edilməsi barədə qərar qəbul edir. [14]

İxtisas komissiyasına daxil olmuş sənədlər üzrə məsələlər komissiyanın iclaslarında iki ay müddətindən gec olmadan öz həllini tapmalıdır. Hər bir iclasın gedişatı və qəbul olunan qərarlar tərtib edilən protokolda öz əksini tapmalıdır.

İxtisas komissiyasının iclası onun üzvlərinin azı beşi iştirak etdikdə səlahiyyətlidir.

İxtisas komissiyası öz qərarlarını səs çoxluğu ilə qəbul edir və bundan sonra üç gün müddətində qərarın surətini şəxsə verir. Səslər bərabər olduqda komissiya sədrinin səsi həlledicidir.

Şəxs şəhadətnamənin verilməsindən imtina edilməsi barədə komissiyanın qərarının surətini aldıqdan sonra 1 ay müddətində qanunvericiliyin tətbiqinin düzgünlüyünə dair məhkəməyə şikayət verə bilər.

Haqqında mənfi qərar çıxarılmış şəxsin şəhadətnamə verilməsi barədə təkrar ərizəsi əsasında ondan yenidən imtahan qəbul edilməsinə və müsahibə keçirilməsinə yalnız belə qərar çıxarıldıqdan 1 il sonra notarius vakansiyası olduğu halda yol verilir. [15]

Peşə hazırlığına dair müsahibədən keçməmiş şəxslər 3 il ərzində şəhadətnamə almaq üçün notarius vakansiyası olduğu halda, təcrübə keçmədən yenidən müsahibəyə buraxıla bilərlər. [16]

Maddə 6. Şəhadətnamənin verilməsi. Şəhadətnamənin müddətinin uzadılması

İcbari təlimi müvəffəqiyyətlə bitirənlərə və ya peşə hazırlığına dair müsahibədən keçənlərə ixtisas komissiyası şəhadətnamənin verilməsi barədə qərar çıxardıqdan sonra şəxs ona şəhadətnamə verilməsinə görə dövlət rüsumu ödəməlidir. [17]

Dövlət rüsumunun ödənilməsi haqqında sənəd təqdim edildikdən sonra 10 gün müddətində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ona beş il müddətinə notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamə verməlidir. [18]

Notariat fəaliyyətini davam etdirmək istəyən notarius şəhadətnamənin müddətinin qurtarmasına üç ay qalmış Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edir və bununla bağlı həmin orqan tərəfindən onun fəaliyyəti qiymətləndirilir.

Fəaliyyəti müsbət qiymətləndirilmiş notariusun şəhadətnaməsinin müddəti daha beş ilə uzadılır. Notarius şəhadətnaməsinin müddətinin uzadılmasına görə dövlət rüsumu ödəməlidir. [19]

Maddə 7. Şəhadətnamənin ləğv edilməsi. Xüsusi notariusun fəaliyyətinə xitam verilməsi [20]

Müvafiq icra hakimiyyəti orqanı tərəfindən aşağıdakı hallarda notariusun şəhadətnaməsi ləğv edilir:

1) notarius öz arzusu ilə şəhadətnaməsinin ləğv olunması barədə yazılı ərizə verdikdə;

2) şəhadətnamə almış şəxs notarius andını qəbul etmədikdə;

3) notariusun şəhadətnamə almaq üçün təqdim etdiyi sənədlərdə bilərəkdən təhrif olunmuş məlumatların qeyd edildiyi aşkar olunduqda;

4) xüsusi notarius şəhadətnaməni aldıqdan sonra bu Qanunun 24-cü maddəsində nəzərdə tutulmuş müddətlər keçdikdən sonra notariat fəaliyyətinin həyata keçirilməsinə başlamadıqda;

5) növbəti dəfə şəhadətnamə verilmədikdə;

6) notarius 65 yaşa çatdıqda;

7) qanunvericiliyin tələblərini dəfələrlə və kobudcasına pozmaqla notariat hərəkətləri apardıqda;

8) dövlət notariusu tutduğu vəzifədən azad edildikdə;

9) xüsusi notariusun vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılması üçün əsas olmuş hallar aradan qalxmadıqda;

10) notarius əmək qabiliyyətini fasiləsiz olaraq 6 aydan çox müddətə tam itirdikdə (tibbi rəyə əsasən);

11) notariusun fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması və ya fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduqda, notarius tibbi rəyə əsasən fiziki və əqli qüsurlarına görə işləməyə qadir olmadıqda;

12) notariusun Azərbaycan Respublikasının vətəndaşlığına xitam verildikdə və ya notarius Azərbaycan Respublikasından daimi yaşayış üçün başqa ölkəyə köçüb getdikdə;

13) notarius cinayət törətməyə görə məhkum edildikdə və ya onun barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduqda;

14) notarius barəsində bəraətverici əsaslar olmadan cinayət işinin xitam olunması haqqında qərar çıxarıldıqda;

15) notarius vəfat etdikdə;

16) notarius məhkəmə tərəfindən ölmüş elan edildikdə və ya itkin düşmüş hesab edildikdə.

Şəhadətnaməsi ləğv edilmiş notariusun notariat fəaliyyətinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən xitam verilir.

Fəaliyyətinə xitam verilmiş xüsusi notariusun qeydiyyat vəsiqəsi ləğv edilir.

Xüsusi notariusun fəaliyyətinə xitam verildikdə, onun işlədiyi notariat ofisi müvafiq icra hakimiyyəti orqanı tərəfindən ləğv edilə bilər.

Fəaliyyətinə xitam verilmiş xüsusi notarius aparılmış notariat hərəkətləri barədə sənədləri bir aydan gec olmayaraq dövlət notariat arxivinə təhvil verməlidir.

Notariat sənədləri dövlətə məxsusdur. Xüsusi notarius işləmiş şəxs notariat hərəkətləri barədə sənədlərin təhvil verilməməsinə görə inzibati məsuliyyət daşıyır.

Maddə 7-1. Xüsusi notariusun vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılması [21]

Müvafiq icra hakimiyyəti orqanının qərarı ilə aşağıdakı hallarda xüsusi notarius vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılır:

1) qəsdən cinayət törətməyə görə təqsirləndirilən şəxs qismində cəlb edildikdə;

2) notarius 6 ayadək müddətdə əmək qabiliyyətini fasiləsiz olaraq itirdikdə;

3) notarius sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda;

4) notarius siyasi partiyada öz fəaliyyətini dayandırmadıqda.

Vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılmış xüsusi notarius notariat fəaliyyətinin icrasına buraxılmır və bu Qanunun 25-1-ci maddəsinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən onu əvəz edən şəxs təyin edilir.

Notarius sahibkarlıq fəaliyyəti ilə məşğul olması və siyasi partiyada öz fəaliyyətini dayandırması halları ilə bağlı vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıldıqda, bu halları 10 gün müddətində aradan qaldırmalıdır.

Xüsusi notariusun vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılması üçün mövcud olan əsaslar aradan qalxdıqda, müvafiq icra hakimiyyəti orqanı tərəfindən xüsusi notarius vəzifələrinin icrasına buraxılır.

Maddə 8. Notariusun hüquqları

Notarius bu Qanunda nəzərdə tutulan hərəkətləri apara bilər, əqdlərin, ərizələrin və digər sənədlərin layihələrini tərtib edə bilər, sənədlərin surətlərini və onlardan çıxarışları hazırlaya bilər, notariat hərəkətlərinin aparılması ilə əlaqədar məsləhətlər verə bilər, fiziki və hüquqi şəxslərdən həmin hərəkətlərin aparılması üçün sənədləri və məlumatları tələb edə bilər.

Azərbaycan Respublikasının qanunvericiliyi ilə notariusa digər hüquqlar da verilə bilər.

Maddə 9. Notariusun vəzifələri

Notarius öz vəzifələrini yerinə yetirərkən:

1) fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməlidir;

2) hüquqi məlumatsızlığın onlara vura biləcəyi ziyanın qarşısını almaq üçün notariat hərəkətlərinin aparılması nəticələri barədə onlara xəbərdarlıq etməlidir;

3) bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına əməl etməli, peşə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar ona məlum olan məlumatları gizli saxlamalıdır;

4) (Çıxarılıb) [22]

Maddə 10. Notariusun şəxsi möhürü, ştampı və blankları [23]

Azərbaycan Respublikasında hər bir notariusun, habelə vakant xüsusi notarius vəzifəsini icra edən köməkçinin ona məxsus gerbli möhürü, təsdiq qeydləri ştampları, işlədiyi notariat ofisinin künc ştampı və blankları olmalıdır.

Notariusun möhüründə notariusun soyadı, adı, atasının adı və işlədiyi notariat ofisinin adı göstərilməlidir.

Notarius müvafiq icra hakimiyyəti orqanı tərəfindən notariat hərəkətlərinin aparılması üçün müəyyən edilən, Dövlət gerbinin təsviri əks olunmuş blanklardan istifadə etməlidir.

Notariusun elektron imzası olmalıdır.

Xüsusi notariusun möhürü, ştampları, blankları, o cümlədən etibarnamə və müqavilə blankları, habelə elektron imzası onun müvəqqəti olmadığı dövrdə yalnız onu əvəz edən köməkçiyə verilə bilər.

Vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılmış xüsusi notariusun möhürü və elektron imza sertifikatı bu Qanunun 25-1-ci maddəsinin ikinci hissəsində göstərilən hal istisna olmaqla, saxlanılması üçün müvafiq icra hakimiyyəti orqanına təhvil verilir.

Korlanmış, qüvvədən düşmüş, yaxud istifadə olunmayan möhür, ştamp və blanklar müvafiq icra hakimiyyəti orqanı tərəfindən məhv edilir.

Maddə 10-1. Xüsusi notariusun andı

xüsusi notarius şəhadətnamə aldıqdan sonra fəaliyyətə başlamazdan əvvəl Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada aşağıdakı məzmunda and içir:

"Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına dönmədən əməl edəcəyimə, dövlət tərəfindən mənə verilən hüquqları və üzərimə qoyulan vəzifələri vicdanla, qanunauyğun və insanların mənafeyi naminə, qərəzsiz həyata keçirəcəyimə, notariat sirrini qoruyacağıma and içirəm".

Andiçmə bir dəfə olur. Andın xüsusi notarius tərəfindən imzalanmış mətni onun şəxsi işində saxlanılır. [24]

Maddə 11. Notariusun maddi məsuliyyəti

Notariusun qanunsuz hərəkətləri nəticəsində ayrı-ayrı şəxslərə, təşkilata və ya dövlətə maddi ziyan vurularsa, o, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada maddi məsuliyyət daşımalıdır.

Vurulmuş ziyanın məbləği tərəflərin razılığı ilə və ya məhkəmə qaydasında müəyyən edilir.

II fəsil
Notarİat fəalİyyətİnİn həyata keçİrİlməsİnİn əsas MÜDDӘALARI

Maddə 12. Notariat fəaliyyəti üzrə kargüzarlıq və hesabat

Azərbaycan Respublikasında notariat fəaliyyəti üzrə kargüzarlığın aparılması haqqında təlimatı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.

Notariuslar və notariat hərəkətləri aparan digər vəzifəli şəxslər statistik hesabat aparırlar. [25]

Xüsusi notariuslar “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən işi təşkil edir, notariat hərəkətləri, tutulan haqlar, büdcəyə keçirilən vergilər və digər ödəmələr barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına hesabat və məlumat verirlər. [26]

Maddə 13. Notariat fəaliyyəti üzrə kargüzarlığın dili

Azərbaycan Respublikasında notariat fəaliyyəti üzrə kargüzarlıq Azərbaycan Respublikasının dövlət dilində aparılır.

Notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxs kargüzarlığın aparıldığı dili bilmirsə və ya notariat hərəkətinin hər hansı dildə aparılmasını xahiş edirsə, notarius imkan daxilində tərəfindən rəsmiləşdirilən sənədlərin mətnlərini arzu edilən dildə tərtib edir və ya mətn tərcüməçi tərəfindən ona tərcümə edilir.

Maddə 14. Notariat fəaliyyətinə nəzarət

Azərbaycan Respublikasında notariat ofislərinin, notariusların və şəhadətnamə almaq üçün icbari təlimə cəlb olunanların sayı, habelə notariusların fəaliyyət göstərdikləri inzibati ərazi, notariat ofisinin yerləşdiyi yer, əhalinin və notariat hərəkətlərinin sayı nəzərə alınmaqla Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. [27]

Notariat fəaliyyətinə nəzarəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

Hər bir notariusun notariat fəaliyyəti iki ildə bir dəfədən az olmadan yoxlanılmalıdır.

Notarius yoxlama aparılmasına səlahiyyətli şəxsə notariat fəaliyyətinə aid bütün məlumat və sənədləri təqdim etməyə borcludur.

Yoxlamanın və ya şikayətin araşdırılmasının nəticəsindən asılı olaraq, xüsusi notarius barəsində intizam icraatı başlanıla bilər, dövlət notariusuna münasibətdə isə bu Qanunun 16-cı maddəsinə uyğun olaraq ədliyyə orqanları işçisinin intizam məsuliyyətinə cəlb edilməsi qaydası tətbiq olunur. [28]

Yoxlamanın keçirilməsi qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. [29]

Xüsusi notariusun işçisi tərəfindən qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edildikdə, onun barəsində intizam tədbirlərinin görülməsi, o cümlədən əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq icra hakimiyyəti orqanı notariusa göstəriş verir.

Xüsusi notariusla işçiləri arasında əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi və bu Qanunla tənzimlənir. [30]

 

Maddə 14-1. Notariusların peşə hazırlığı və ixtisasının artırılması

 

Notariuslar mütəmadi olaraq müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsində peşə hazırlığına və ixtisasının artırılmasına cəlb edilirlər. [31]

III fəsil
Dövlət İdarələrİndə notarİat fəalİyyətİnİn həyata keçİrİlməsİ

Maddə 15. Dövlət idarələrində notariat fəaliyyətini həyata keçirən subyektlər KM1

Dövlət vasitəsi ilə notariat fəaliyyətini dövlət notariat ofislərin çalışan dövlət notariusları, notariat ofisləri olmayan yaşayış məntəqələrində müvafiq icra hakimiyyəti orqanları, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq notariusa bərabər tutulan şəxslər Azərbaycan Respublikasının konsulluqlarının səlahiyyətli vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada həyata keçirirlər. [32]

Maddə 16. Dövlət notariusu

Dövlət notariusu vəzifəsinə şəhadətnamə almış şəxslər arasından Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı təyin edir.

Dövlət notariusunun həvəsləndirilməsi, intizam məsuliyyətinə cəlb edilməsi və vəzifədən azad edilməsi məsələlərini "Ədliyyə orqanlarında qulluq keçmə  haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həll edir. [33]

Dövlət notariusu vəzifəsi vakant olduqda, həmin vəzifənin icrası müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu Qanunun 3-cü maddəsi ilə müəyyən edilmiş tələblərə cavab verən digər ədliyyə işçisinə 18 ay müddətinə həvalə edilə bilər. [34]

Maddə 17. Dövlət notariusu tərəfindən aparılan notariat hərəkətləri

Dövlət notariusu aşağıdakı notariat hərəkətlərini aparır:

1) əqdləri və etibarnamələri təsdiq edir;

2) miras əmlakın mühafizə olunması üçün tədbirlər görür;

3) vərəsəlik hüququ haqqında şəhadətnamələr verir;

4) ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamələr verir;

5) yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr verir;

6) sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünü təsdiq edir;

7) sənədlərdəki imzaların həqiqiliyini təsdiq edir;

8) sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünü təsdiq edir;

9) şəxsin sağ olması faktını təsdiq edir;

10) şəxsin müəyyən yerdə olması faktını təsdiq edir;

11) şəxslə fotoşəkildəki şəxsin eyniliyini təsdiq edir;

12) sənədlərin təqdim olunduğu vaxtı təsdiq edir;

13) fiziki və hüquqi şəxslərin ərizələrini və sənədlərini başqa fiziki və hüquqi şəxslərə verir; [35]

14) Öhdəliyin icra predmetini saxlamağa, pul məbləğlərini, qiymətli kağızları və vəsiyyətnamələri depozitə qəbul edir; [36]

15) icra qeydləri aparır;

16) veksellərə protestlər tərtib edir;

17) çekləri ödənilmək üçün təqdim edir və çeklərin ödənilmədiyini təsdiq edir;

18) sənədləri saxlanmaq üçün qəbul edir;

19) dəniz protestləri tərtib edir;

20) sübutları təmin edir.

Xaricdə istifadə edilməsi məqsədilə sənədlərin rəsmiləşdirilməsi, dəniz protestlərinin tərtib edilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən notariuslara həvalə edilə bilər. [37]

Azərbaycan Respublikasının qanunvericiliyi ilə dövlət notariusuna başqa notariat hərəkətlərinin aparılması da həvalə edilə bilər.

Maddə 18. Müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri tərəfindən aparılan notariat hərəkətləri

Notariat ofisləri olmayan yaşayış məntəqələrində müvafiq icra hakimiyyəti orqanları aşağıdakı notariat hərəkətlərini aparırlar:

1) miras əmlakın mühafizəsi üçün tədbirlər görürlər;

2) vəsiyyətnamələri təsdiq edirlər;

3) əmlakdan istifadə edilməsi və ona sərəncam verilməsi barədə, avtomaşınların müddəti istifadəyə verilməsinə dair etibarnamələr istisna olmaqla etibarnamələri təsdiq edirlər;

4) sənədlərdən surət və çıxarışların düzgünlüyünü təsdiq edirlər;

5) sənədlərdəki imzanın həqiqiliyini təsdiq edirlər.

6) sahəsi beş hektardan çox təşkil etməyən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin bir ildən artıq olmayan müddətə icarəyə və istifadəyə verilməsi barədə müqavilələri, habelə xüsusi mülkiyyətdə olan həmin torpaq sahələrinin iki ildən artıq olmayan müddətə icarəyə və istifadəyə verilməsinə dair etibarnamələri təsdiq edirlər. [38]

Maddə 18-1. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq notariusa bərabər tutulan şəxslər tərəfindən aparılan notariat hərəkətləri [39]

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362-ci maddəsində nəzərdə tutulan şəxslər etibarnamələri, 1181-ci maddəsində nəzərdə tutulan şəxslər isə vəsiyyətnamələri təsdiq edirlər.

Maddə 19. Azərbaycan Respublikasının konsulluqlarında aparılan notariat hərəkətləri

Azərbaycan Respublikası konsulluqlarının səlahiyyətli vəzifəli şəxsləri aşağıdakı notariat hərəkətlərini aparırlar:

1) Azərbaycan Respublikasının ərazisində yerləşən daşınmaz əmlakın özgəninkiləşdirilməsi və həmin əmlakın girov qoyulması barədə müqavilələr istisna olmaqla, əqdləri və etibarnamələri təsdiq edirlər;

2) miras əmlakın mühafizəsi üçün tədbirlər görürlər;

3) vərəsəlik hüququ haqqında şəhadətnamələr verirlər;

4) ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamələr verirlər;

5) sənədlərdən surət və çıxarışların düzgünlüyünü təsdiq edirlər;

6) sənədlərdəki imzanın həqiqiliyini təsdiq edirlər;

7) sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünü təsdiq edirlər;

8) şəxsin sağ olması faktını təsdiq edirlər;

9) şəxsin müəyyən yerdə olması faktını təsdiq edirlər;

10) şəxsin fotoşəkildəki şəxslə eyniliyini təsdiq edirlər;

11) sənədlərin təqdim olunduğu vaxtı təsdiq edirlər;

12) Öhdəliyin icra predmetini saxlamağa, pul məbləğlərini, qiymətli kağızları və vəsiyyətnamələri depozitə qəbul edir; [40]

13) icra qeydləri aparırlar;

14) sənədləri saxlanmaq üçün qəbul edirlər;

15) dəniz protestləri tərtib edirlər;

16) sübutları təmin edirlər.

Azərbaycan Respublikasının qanunvericiliyi ilə Azərbaycan Respublikası konsulluqlarının səlahiyyətli vəzifəli şəxslərinə digər notariat hərəkətlərinin aparılması da həvalə edilə bilər.

Maddə 20. Dövlət notariat ofisləri

Dövlət notariat ofislərini Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı yaradır və ləğv edir. [41]

Dövlət notariat ofisinin ştat cədvəlini və iş qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. [42]

Dövlət notariat ofisinin fəaliyyətinə rəhbərliyi böyük dövlət notariusu "(dövlət notariusu), nəzarəti isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. [43]

Dövlət notariat ofisləri şəhadətnamənin verilməsinə və dövlət notariusları tərəfindən notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə alınan və dövlət notariat ofislərinin və dövlət notariat arxivinin saxlanılması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının xüsusi hesabına daxil olan haqq, habelə Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına maliyyələşdirilir. [44]

Maddə 21. Dövlət notariat arxivi

Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının yanında 75 ilə qədər notariat sənədlərinin saxlanması üçün dövlət notariat arxivi fəaliyyət göstərir.

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı dövlət notariat arxivinin ştat sayını müəyyən edir və dövlət notariat arxivinin işinin təşkilinə və səlahiyyətinə dair Əsasnaməni təsdiq edir.

Dövlət notariat arxivi hüquqi şəxsdir. Onun fəaliyyətinə rəhbərliyi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin (azad) edilən müdir həyata keçirir.

Dövlət notariat arxivinin müdiri (onu əvəz edən vəzifəli şəxs) bu arxivdə saxlanılan sənədlərdən dublikatlar verir, onlardan surət və çıxarışların düzgünlüyünü təsdiq edir.

Dövlət notariat arxivinin öz adı və Azərbaycan Respublikasının Dövlət gerbi əks olunmuş möhürü olur.

Dövlət notariat arxivi şəhadətnamənin verilməsinə və dövlət notariusları tərəfindən notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə alınan və dövlət notariat ofislərinin və dövlət notariat arxivinin saxlanılması üçün Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının xüsusi hesabına daxil olan haqq, habelə Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına maliyyələşdirilir. [45]

IV fəsil
Xüsusİ qaydada notarİat fəalİyyətİnİn həyata keçİrİlməsİ

Maddə 22. Xüsusi notariusun peşə məsuliyyətinin icbari sığortası [46]

Xüsusi qaydada notariat fəaliyyətinin həyata keçirilməsi zamanı vurula biləcək ziyanın ödənilməsini təmin etmək məqsədilə belə fəaliyyətlə məşğul olmaq istəyən şəxs öz məsuliyyətini sığortalamalıdır.

Notarius baş vermiş sığorta hadisəsi barədə 10 gün müddətində müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir.

Maddə 23. Xüsusi notariusların zəmanət kassaları

Xüsusi notariusların müştərilər qarşısındakı məsuliyyətinə zəmanət vermək məqsədi ilə zəmanət kassası yaradılır. Zəmanət kassası xüsusi bank hesabından ibarətdir. Bu hesabın vəsaiti hər bir xüsusi notariusun həmin hesaba aybaay keçirdiyi aylıq gəlirinin 1 faizini təşkil edir. [47]

Hər hansı xüsusi notarius tərəfindən ziyan qəsddən vurulmamış olduqda və vurulmuş ziyanın ödənilməsi üçün bu Qanunun 22-ci maddəsinə əsasən müəyyən edilmiş sığorta məbləği kifayət etmədikdə məhkəmə qərarına əsasən zəmanət kassasının vəsaitindən istifadə edilir. [48]

Maddə 24. Xüsusi notariusun təyin olunması və qeydiyyatı [49]

Notariat fəaliyyətinin həyata keçirilməsi üçün şəhadətnamə almış və icbari sığorta müqaviləsini bağlamış şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən xüsusi notarius təyin edilir və ona qeydiyyat vəsiqəsi verilir.

Müvafiq icra hakimiyyəti orqanı xüsusi notariusun qeydiyyat vəsiqəsini şəhadətnaməyə malik olan şəxsdən müvafiq ərizəni, xüsusi notarius kimi fəaliyyət göstərəcəyi müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış yer barədə sənədi və icbari sığorta müqaviləsinin surətini qəbul etdikdən sonra 10 gün müddətində verməlidir.

Xüsusi notariusun qeydiyyat vəsiqəsində onun etibarlılıq müddəti göstərilməlidir.

Müvafiq icra hakimiyyəti orqanı xüsusi notariusa qeydiyyat vəsiqəsinin verilməsindən dərhal sonra onun iş yeri üzrə müvafiq icra hakimiyyəti orqanına bu barədə müvafiq məlumat verməlidir.

Müvafiq icra hakimiyyəti orqanı tərəfindən notariusun fəaliyyət göstərdiyi ərazi dairəsində dəyişiklik edilə bilər.

Xüsusi notarius qeydiyyat vəsiqəsini aldıqdan sonra 1 ay ərzində üzrlü səbəb olmadan və bu müddətin sonuncu günü müvafiq icra hakimiyyəti orqanı tərəfindən ona yazılı surətdə edilmiş rəsmi xəbərdarlığı nəzərə almadan 10 gün ərzində göstərilmiş iş yeri üzrə notariat fəaliyyətinin həyata keçirilməsinə başlamazsa, onun şəhadətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən ləğv edilir.

Maddə 25. Xüsusi notariusun işinin təşkili

Xüsusi notarius öz fəaliyyətini notariat hərəkətlərinin aparılması üçün münasib olan, özünə məxsus və ya icarəyə götürülmüş və müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış ayrıca yerdə həyata keçirməlidir.

Hər bir xüsusi notariusun ofisi olmalıdır. İki və ya daha çox notarius müvafiq icra hakimiyyəti orqanının razılığı ilə aralarında bağlanılmış müqavilə üzrə bir ofisdə fəaliyyət göstərə bilərlər. Bu müqavilədə notariat ofisinə rəhbərlik edilməsi, notariat hərəkətlərinin aparılmasına dair iş bölgüsü, notariusların vahid və ya hər bir notariusun cari bank hesabının açılması, kargüzarlıq və mühasibatlığın aparılması, habelə birgə fəaliyyət ilə bağlı digər məsələlər əks olunur.

Xüsusi notarius mülki-hüquqi müqavilələr və əmək müqavilələri (kontraktlar) bağlaya bilər, banklarda hesablaşma və digər hesablar, o cümlədən valyuta hesabı aça bilər.

Xüsusi notarius ödənişli əsaslarla müvafiq icra hakimiyyəti orqanı tərəfindən notariat hərəkətlərinin aparılması üçün tətbiq edilən blanklardan və bu Qanunun 43-cü maddəsində göstərilmiş notariat hərəkətlərinin qeydi üçün reyestrlərdən istifadə edir.

Notariat ofisinin işçilərinin əməyinin ödənilməsi, istirahət vaxtı və məzuniyyət hüquqları Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun müəyyən edilir.

Xüsusi notariusun ezamiyyətə və ya məzuniyyətə getməsi müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılır.

Xüsusi notariusun iş rejimi, xüsusi notariat ofisinin ştat cədvəli və xüsusi notarius tərəfindən işə qəbul olunan namizədlər müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılır.

Xüsusi notariusun köməkçisinin təyin olunması bu Qanunun 25-1-ci maddəsi ilə tənzimlənir.

Notariat fəaliyyətinin əsas məqsədi mənfəət əldə etməyə yönəlmir.

Vergilər və digər məcburi ödəmələr ödənildikdən sonra notariat hərəkətlərinin aparılmasına görə tutulan haqdan və bu Qanunun 20-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş xidmətlərə görə alınan haqdan qalan pul vəsaitləri xüsusi notariusun sərəncamında qalır.

Xüsusi notarius tərəfindən müraciət edən şəxslərin xahişi ilə onlarla notariat hərəkətlərinin iş vaxtından sonra, istirahət və ya bayram günlərində aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Notariat ofisinə gəlmədən əvvəlcədən verilmiş bildiriş üzrə notariat ofisindən kənarda, habelə iş vaxtından sonra, istirahət və ya bayram günlərində notariat hərəkətlərinin aparılmasına görə haqqın məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş meyarlar əsasında hər bir xüsusi notariusun özü tərəfindən müəyyən edilir.

Maddə 25-1. Xüsusi notariusun köməkçisinin təyin olunması və xüsusi notariusun əvəz edilməsi [50]

Xüsusi notarius köməkçi vəzifəsinə bu Qanunun 3-cü maddəsi ilə müəyyən edilmiş tələblərə cavab verən namizədlə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət edir. Bu Qanunun 5-ci maddəsinə uyğun olaraq keçirilmiş imtahan və müsahibədən müvəffəqiyyət qazanmış namizəd xüsusi notarius tərəfindən işə qəbul edilir.

Xüsusi notarius köməkçisinə aşağıdakıları həvalə edə bilər:

1) notariat hərəkətinin aparılması üçün sənədlərin hazırlanmasında iştirak etmək;

2) notariat ofisinin əməkdaşları tərəfindən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə nəzarət etmək;

3) notariat hərəkətinin aparılması ilə bağlı müraciət etmiş şəxsləri qəbul etmək və qanunvericiliyin tələblərini izah etmək;

4) xüsusi notariusun verdiyi digər tapşırıqları icra etmək.

Xüsusi notarius 5 gündən artıq müddətdə ezamiyyətə və ya məzuniyyətə getdikdə müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla həmin müddətdə əvəz olunmasını köməkçisinə həvalə edə bilər. Xüsusi notarius 5 gündən 6 ayadək müddətdə əmək qabiliyyətini fasiləsiz itirdikdə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmin müddətdə onun əvəz olunması həmin notariat ofisində işləyən köməkçiyə həvalə oluna bilər.

Xüsusi notariusun müvəqqəti olmadığı dövrdə köməkçi əvəz etdiyi xüsusi notariusun adından və onun möhüründən istifadə etməklə notariat hərəkətlərini aparır.

Əvəz edən köməkçinin əməyi xüsusi notariusun hesabına ödənilir.

Köməkçinin vurduğu ziyana görə əvəz etdiyi xüsusi notarius onunla birlikdə subsidiar məsuliyyət daşıyır.

Xüsusi notariusun əvəz olunduğu müddət onun şəhadətnaməsinin qüvvədə olduğu müddətlə məhdudlaşır.

Əvəz olunduğu müddət ərzində xüsusi notarius vəzifə səlahiyyətlərinin icrasını həyata keçirə bilməz.

Xüsusi notarius vəzifəsi vakant olduqda, müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu vəzifənin icra edilməsi 1 ildən artıq olmamaqla, həmin ofisdə köməkçi vəzifəsində ən azı 3 il işləyən şəxsə və ya digər xüsusi notariusa həvalə edilə bilər.

Vəzifəni icra edən köməkçi:

1) səlahiyyətlərinin icrasına başlamazdan əvvəl xüsusi notarius kimi and içməli;

2) notariat hərəkətlərini bu Qanuna riayət etməklə, öz adından və özünə məxsus möhürdən istifadə etməklə aparmalı;

3) vurduğu ziyana görə xüsusi notarius üçün müəyyən edilmiş qaydada peşə məsuliyyətini icbari sığorta etdirməlidir.

Onun əməyinin ödənilməsi bu Qanunun 25-ci maddəsinin onuncu hissəsi ilə müəyyən edilmiş vəsait hesabına həyata keçirilir.

Vəzifəni icra edən köməkçi notarius olmaq istədikdə, bu Qanunun 4-cü maddəsinin beşinci hissəsinə uyğun olaraq peşə hazırlığına dair müsahibədən keçməlidir

 

Maddə 26. Xüsusi notariusun apardığı notariat hərəkətləri [51]

Xüsusi notarius bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş notariat hərəkətlərini aparır.

Maddə 26-1. Xüsusi notariusun intizam məsuliyyətinə cəlb edilməsi [52]

Xüsusi notarius notariat hərəkətlərinin aparılması zamanı tətbiq edilən qanunvericiliyin tələblərini, habelə əmək və icra intizamını pozduğuna görə onun barəsində intizam tənbehinin tətbiqi müvafiq icra hakimiyyəti orqanının rəhbəri və ya onun müvafiq səlahiyyət verdiyi vəzifəli şəxs tərəfindən həyata keçirilir.

İntizam pozuntusunun mövcudluğuna dair məlumat olduqda müvafiq icra hakimiyyəti orqanı tərəfindən araşdırma aparılır, xüsusi notariusdan yazılı izahat alınır. Xüsusi notariusun izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiq edilməsinə mane olmur. İntizam pozuntusu ilə bağlı əsaslı şübhələr olduqda və yerində araşdırılması zəruri olan hallar yarandıqda müvafiq icra hakimiyyəti orqanı notariat fəaliyyətinə nəzarəti bilavasitə həyata keçirən qurumu vasitəsilə yoxlama təyin edir. Yoxlama bu Qanunun 14-cü maddəsinin altıncı hissəsində nəzərdə tutulmuş qaydalara uyğun aparılır.

Aparılan araşdırmanın nəticəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən xüsusi notariusa vəzifə funksiyalarının pozulması dərəcəsindən asılı olaraq intizam tənbehi kimi töhmət verilə, min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə tətbiq edilə, həmçinin bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş hallara müvafiq olaraq xüsusi notariusun şəhadətnaməsi ləğv edilə bilər.

Cərimə üzrə məbləğlər bu Qanunun 26-2-ci maddəsində nəzərdə tutulan məqsədlərin həyata keçirilməsi üçün Notariat Palatasının bank hesabına köçürülür.

Müvafiq icra hakimiyyəti orqanı tərəfindən cərimə tətbiq edilməsinə dair verilmiş bildiriş üzrə borc ödənilmədikdə xüsusi notariusun milli və ya xarici valyutada cari və ya digər hesablarından vəsaitin müvafiq hesaba köçürülməsi haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verilir.

Xüsusi notariusa intizam tənbehi bu maddədə nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gündən iki ay keçənədək verilə bilər. Xüsusi notariusun məzuniyyətdə, ezamiyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə barəsində yoxlama və ya cinayət işinin istintaqı aparıldığı vaxt həmin müddətə daxil edilmir.

İntizam tənbehinin tətbiqinə əsas yaradan əməl törədildiyi gündən bir il keçdikdən sonra xüsusi notariusa intizam tənbehi verilə bilməz.

Töhmət intizam tənbehi verildiyi gündən bir il müddətində qüvvədə olur.

İntizam tənbehinin verilməsi əmrlə rəsmiləşdirilir. Verilmiş əmr üç gün ərzində xüsusi notariusa elan olunur və əmrin surəti ona təqdim edilir.

Xüsusi notarius intizam tənbehi tətbiq edilməsi barədə əmrdən inzibati qaydada və məhkəməyə şikayət verə bilər.

Aparılan araşdırmanın nəticəsinə uyğun olaraq xüsusi notariusa intizam tənbehi tətbiq olunmadan yazılı və ya şifahi xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi hesab edilmir.

Maddə 26-2. Notariat Palatası

Notariat Palatası (bundan sonra – Palata) notariat xidmətinin inkişafı və təkmilləşdirilməsi məqsədilə, notariusların məcburi üzvlüyü əsasında yaradılan, fəaliyyətini özünüidarəetmə prinsipi üzrə həyata keçirən qeyri-kommersiya hüquqi şəxsdir.

Palatanın möhürü, emblemi, bank hesabı, müvafiq ştampları və blankları vardır.

Palata bu Qanun və nizamnaməsi əsasında fəaliyyət göstərir.

Nizamnamə Palatanın Ümumi yığıncağında qəbul edilir və müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınır.

Palatanın idarə olunması qaydası onun nizamnaməsi ilə müəyyən edilir.

Palatanın aşağıdakı səlahiyyətləri vardır:

1) müvafiq icra hakimiyyəti orqanına notariat fəaliyyətinin səmərəli təşkilində yardım etmək;

2) notariusların peşə hazırlığının artırılması məqsədilə təlimlərin və notarius olmaq istəyən şəxslərin hazırlığının təşkilində iştirak etmək;

3) notariat təcrübəsinin formalaşdırılması üçün notariat hərəkətləri üzrə ümumiləşdirmələr aparmaq;

4) notariat fəaliyyətini tənzimləyən normativ hüquqi aktların təkmilləşdirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanına təkliflər vermək;

5) digər ölkələrin notariusları, həmçinin beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək.

Müvafiq icra hakimiyyəti orqanı Palatanın üzvünü notariat fəaliyyətinin yoxlanılmasına cəlb edə bilər.

Palatanın üzvləri üçün üzvlük haqqının məbləği, bu məbləğin ödənilməsi müddəti və qaydaları Palatanın nizamnaməsi ilə müəyyən olunur.

Palata müvafiq icra hakimiyyəti orqanına illik hesabat verir.

Müvafiq icra hakimiyyəti orqanının rəhbəri Palatanın qanunvericiliyə zidd qərarına düzəliş edilməsini tövsiyə edə bilər.

Palata notariusların beynəlxalq təşkilatlarına üzv ola bilər.

V fəsil
Notarİat hərəkətlərİnİn aparIlmasInIn əsas QAYDALARI

Maddə 27. Notariat hərəkətlərinin aparılması qaydaları

Notariat hərəkətlərinin aparılması qaydaları bu Qanun, Azərbaycan Respublikasının digər qanunvericilik aktları və onların əsasında Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi müvafiq təlimatla, Azərbaycan Respublikasının konsulluqlarında aparılan notariat hərəkətlərinin qaydaları, həmçinin Azərbaycan respublikasının Konsul Nizamnaməsi, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının birgə təsdiq etdiyi təlimatla müəyyən edilir.

Maddə 28. Notariat hərəkətlərini aparmaq hüquqlarının məhdudlaşdırılması

Notarius və ya notariat hərəkətləri aparan digər vəzifəli şəxs tərəfindən öz adına və öz adından, ərinin (arvadının), onun və özünün qohumlarının (valideynlərinin, uşaqlarının, nəvələrinin, babalarının, nənələrinin, həmçinin qardaşlarının, bacılarının, əmilərinin (dayılarının), bibilərinin (xalalarının), onların uşaqlarının) adına və bu şəxslərin adından, həmin notarius və ya notariat hərəkətləri aparan digər vəzifəli şəxs ilə bir yerdə işləyənin adına və onun adından notariat hərəkətlərinin aparılması qadağandır.

Müvafiq icra hakimiyyəti orqanlarının, həmçinin bu orqanın adına və onun adından notariat hərəkətləri aparmaq hüququ yoxdur.

Bu maddənin tələblərini pozmaqla aparılmış notariat hərəkətləri və onlara bərabər tutulan hərəkətlər etibarsız sayılır və məhkəmənin qərarı ilə ləğv edilməsi üçün əsasdır.

 

Maddə 29. Notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə haqq [53]

 

Notariuslar bu qanunun 17-ci maddəsinin birinci hissəsinin 6-8-ci bəndlərində nəzərdə tutulmuş notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə (məsləhətlərin verilməsi, əqdlərin, ərizələrin və digər sənədlərin layihələrinin tərtib edilməsi, texniki işlərin yerinə yetirilməsi) görə həmin hərəkətlərin aparılması üçün müəyyən edilmiş dövlət rüsumu məbləğində, bu qanunun 17-ci maddəsinin birinci hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə isə həmin hərəkətlərin aparılması üçün müəyyən edilmiş dövlət rüsumu məbləğinin 15 faizi miqdarında haqq tuturlar. [54]

Notariuslar bu Qanunun 17-ci maddəsinin birinci hissəsinin 1-ci və 7-ci bəndlərində nəzərdə tutulmuş notariat hərəkətlərinin ölkə ərazisində real vaxt rejimində videoyazı vasitəsilə (bundan sonra - videoyazı vasitəsilə) rəsmiləşdirilməsinə görə həmin hərəkətlərin aparılması üçün müəyyən edilmiş dövlət rüsumu məbləğində haqq tuturlar. [55]

Notariuslar bu Qanunun 49-cu və 67-ci maddələrində nəzərdə tutulan notariat hərəkətlərinin xaricdə olan şəxslə videoyazı vasitəsilə həyata keçirilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 16.6.1-ci və 16.6.6-cı maddələri ilə müəyyən edilmiş dövlət rüsumu məbləğində haqq tuturlar.

"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununa görə notariat hərəkətlərinin aparılması üzrə dövlət rüsumunun ödənilməsindən azadolmalar tətbiq edilən hallarda notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə haqq tutulmur.

Notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə alınan və dövlət notariat ofislərinin və dövlət notariat arxivinin saxlanılması üçün Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının xüsusi hesabına daxil olan vəsaitlərdən istifadə edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalara uyğun həyata keçirilir.

Xüsusi notariuslar tərəfindən notariat hərəkətlərinin aparılmasına görə dövlət notariusları tərəfindən notariat hərəkətlərinin aparılması üçün müəyyənləşdirilmiş dövlət rüsumu miqdarında haqq tutulur. Bu Qanunun 29-cu maddəsinin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununa görə notariat hərəkətlərinin aparılması üzrə dövlət rüsumunun ödənilməsindən azadolmalar tətbiq edilən hallarda xüsusi notariuslar tərəfindən bu haqq və notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə haqq tutulmur. [56]

Notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə haqqın məbləğləri barədə məlumat lövhə şəklində hər bir dövlət notariat ofisinin, dövlət notariat arxivinin yerləşdiyi və ya xüsusi notariusun işlədiyi binanın (otağın) görkəmli yerində asılmalıdır.

Notarius iş yerindən kənarda notariat hərəkətlərini aparmaq üçün getdikdə faktiki nəqliyyat xərclərini maraqlı şəxslər ödəməlidirlər.

Maddə 30. Dövlət rüsumu

Dövlət notariusları və notariat hərəkətləri aparan digər vəzifəli şəxslər notariat hərəkətlərinin aparılmasına görə dövlət rüsumu alırlar. [57]

Dövlət rüsumunun dərəcələri qanunla müəyyən edilir. [58]

(çıxarılıb) [59]

Dövlət rüsumunun məbləğləri barədə məlumat lövhə şəklində hər bir dövlət notariat ofisinin, dövlət notariat arxivinin yerləşdiyi və ya xüsusi notariusun işlədiyi binanın (otağın) görkəmli yerində asılmalıdır. [60]

Notariat hərəkətlərinə görə dövlət rüsumu dövlət notariusu tərəfindən qəbul edilərək iki bank günü ərzində dövlət büdcəsinə köçürülür. [61]

Maddə 31.(Çıxarılıb) [62]

 

Maddə 31-1. Notariat hərəkətlərinin aparılması üzrə dövlət rüsumunun və haqqın tutulmasının xüsusiyyətləri [63]

 

Notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxsə verilməsi nəzərdə tutulmayan, o cümlədən notariat işinə əlavə edilməsi məqsədi ilə sənədlərin surətlərinin təsdiqinə, habelə digər notariat hərəkətinin aparılması çərçivəsində elektron informasiya sistemləri və ya ehtiyatları vasitəsilə əldə edilmiş məlumat və ya sənədlərin surətinin kağız daşıyıcısına keçirilərək təsdiqinə görə dövlət rüsumu və ya haqq, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə haqq tutulmur.

 

Maddə 32. Notariat hərəkətləri sirrinin saxlanılması [64]

Notariat hərəkətləri barədə arayışlar və sәnәdlәr yalnız notariat hərəkətlərinin aparılmasını tapşırmış və ya barəsində notariat hərəkətləri aparılmış fiziki və hüquqi şəxslərə verilməlidir.

Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada notariat hərəkətləri ilə bağlı məlumatlar maliyyə monitorinqi orqanına verilir.

Notariat hərəkətləri ilə bağlı sənədlər məhkəmə, istintaq və təhqiqat orqanlarının icraatında olan konkret cinayət və ya mülki işlərlə əlaqədar bu orqanların qərarı əsasında onlara verilir.

Konkret cinayət işləri ilə əlaqədar notariat sənədlərinin götürülməsindən əvvəl həmin orqanlar notariusu götürmə barədə qərarla tanış etməlidir. Notariat sənədlərinin götürülməsi müvafiq protokolla rəsmiləşdirilir və onun surəti notariusa verilir. [65]

Notariat hərəkətləri ilə bağlı sənədlərin surətləri vəkilə onun yazılı sorğusu və orderi əsasında verilir.

Notariat hərəkətləri barədə məlumatlar məhkəmə, istintaq və təhqiqat orqanlarının icraatında olan konkret cinayət və ya mülki işlərlə əlaqədar həmin orqanların yazılı sorğuları, vəkilə isə onun yazılı sorğusu və orderi əsasında verilir.

Notarius, notariat hərəkətləri aparan digər vəzifəli şəxslər daşınmaz əmlakla bağlı müqavilələri təsdiqlədikdə və ya vərəsəlik şəhadətnamələri verdikdə, müvafiq sənədləri Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına göndərir. [66]

Notariuslar, notariat hərəkətləri aparan digər vəzifəli şəxslər və xidməti vəzifələrini yerinə yetirmələri ilə əlaqədar notariat hərəkətlərindən xəbərdar olan şəxslər bu hərəkətlərin sirrini saxlamağa borcludurlar.

Nəqliyyat vasitəsinin icarə və ya digər əşya hüquqlarına dair müqaviləni, yaxud nəqliyyat vasitəsindən istifadə edilməsi və ya ona dair sərəncam verilməsi hüquqları ilə bağlı etibarnaməni təsdiq edərkən notarius müqavilənin və ya etibarnamənin təsdiq edilməsi barədə məlumatı, habelə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin VI-I hissəsinə uyğun olaraq fiziki şəxslərin qeydiyyatda olduğu və yaşadığı ünvanı, mobil telefon nömrəsi və olduğu halda elektron ünvanı və sürücülük vəsiqəsinin nömrəsi, hüquqi şəxslərin (dövlət qurumlarının) isə nəqliyyat vasitəsinin idarə edilməsini həvalə etdiyi şəxs barədə müvafiq məlumatları dərhal müvafiq icra hakimiyyəti orqanına göndərir. Müvafiq icra hakimiyyəti orqanı texniki vasitələrdən istifadə etməklə həmin məlumatı bir gün müddətində müvafiq icra hakimiyyəti orqanına göndərir. [67]

“Kredit büroları haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.10-cu və 16.1.11-ci maddələrində nəzərdə tutulmuş neqativ məlumatlar notariusların fəaliyyətlərinə aid olan hissədə müvafiq icra hakimiyyəti orqanı vasitəsilə “Elektron hökumət” portalında yerləşdirilir. [68]

Lisenziyanın və icazənin, onun dublikatının və əlavəsinin verilməsinin, lisenziyanın və icazənin yenidən rəsmiləşdirilməsinin, dayandırılmasının, bərpasının və ya ləğvinin elektron qaydada həyata keçirilməsi məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məlumatlar lisenziya və icazə verən orqan tərəfindən müvafiq icra hakimiyyəti orqanının “Elektron notariat” informasiya sistemi vasitəsilə yoxlanılır.

“İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar borclu şəxslərlə bağlı notariat hərəkətləri (vərəsəlik, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamələr, müqavilələr və etibarnamələr) və vərəsəlik işlərinin açılıb-açılmaması barədə məlumatlar icra məmurlarına elektron sorğular əsasında real vaxt rejimində verilir. [69]

Vəsiyyətnamələr haqqında arayışlar yalnız vəsiyyətçinin ölümündən sonra verilə bilər.

Notariat hərəkətləri sirrinin açılmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşımalıdırlar.

Notariat hərəkətlərinin aparılması ilə əlaqədar notariusa qarşı cinayət işi qaldırıldıqda məhkəmə onu sirri saxlamaq vəzifəsindən azad edə bilər.

Maddə 33. Notariat hərəkətlərinin aparıldığı yer [70]

Notariat hərəkətləri qanunvericiliyə əsasən dövlət notariusunun, xüsusi notariusun, müvafiq icra hakimiyyəti orqanının və ya Azərbaycan Respublikası konsulluqlarının vəzifəli şəxslərinin müvafiq yerdə aparmalı olduğu hallar istisna edilməklə, Azərbaycan Respublikasının bütün ərazisində aparıla bilər.

Notariat hərəkətləri notariat ofisində, müvafiq icra hakimiyyəti orqanı və Azərbaycan Respublikasının konsulluqları yerləşən binada aparılmalıdır.

Şəxs notariat ofisinə gəlmədən, əvvəlcədən verilmiş bildiriş üzrə dövlət rüsumu və haqlar ödənilməklə notariat hərəkətləri notariat ofisindən kənarda da aparıla bilər.

Şəxs notariat ofisinə gələ bilmədiyi hallarda verilmiş bildiriş əsasında notariat hərəkətinin aparılması vaxtı (tarix və saat) razılaşdırıldıqdan, dövlət rüsumu və haqq ödənildikdən sonra bu Qanunla müəyyən edilmiş notariat hərəkətləri notariat ofisindən kənarda olan müraciət etmiş şəxslə videoyazı vasitəsilə aparıla bilər.

Notariuslar müvafiq icra hakimiyyəti orqanının “Elektron notariat” informasiya sistemindən istifadə edirlər.

Maddə 34. Notariat hərəkətlərinin aparılma müddəti

Azərbaycan Respublikasının qanunları ilə ayrı qayda nəzərdə tutulmadıqda, notariat hərəkətləri dövlət rüsumu və haqq ödənildikdən sonra bunun üçün lazım olan bütün sənədlər təqdim olunduğu, habelə informasiya sistemlərindən əldə edildiyi gün aparılır. [71]

İdarələrin, müəssisələrin və təşkilatların vəzifəli şəxslərindən əlavə məlumatlar və ya sənədlər tələb etmək, yaxud sənədləri ekspertizaya göndərmək lazım gəldikdə notariat hərəkətlərinin aparılması bir aydan artıq olmayan müddətə təxirə salına bilər.

Təsdiq edilməli olan hüquq və ya fakt barəsində mübahisə edən digər əlaqədar şəxsdən ərizə alınması haqqında məhkəmədən məlumat gəldikdə notariat hərəkətlərinin aparılması məhkəmədə iş həll edilənədək dayandırılmalıdır.

Təsdiq edilməli olan hüquq və ya fakt barəsində mübahisə etmək üçün məhkəməyə müraciət etmək arzusunda olan digər əlaqədar şəxsin xahişi ilə notariat hərəkətinin aparılması on gün müddətinə təxirə salınmalıdır. Bu müddətdə məhkəmədən təsdiq edilməli olan hüquq və ya fakt barəsində əlaqədar şəxsdən ərizə daxil olduğu haqqında məlumat alınmazsa, artıq notariat hərəkətinin aparılmasının dayandırılmasına yol verilmir.

Notariat hərəkətinin təxirə salınması və ya dayandırılması üçün başqa əsaslar yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilə bilər.

Maddə 35. Notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxslərin şəxsiyyətinin müəyyən edilməsi, fəaliyyət qabiliyyətinin və imzalarının həqiqiliyinin yoxlanılması

Notariuslar və notariat hərəkətləri aparan digər vəzifəli şəxslər hər bir halda müvafiq notariat hərəkətləri apararkən bunun üçün müraciət etmiş şəxslərin, onların nümayəndələrinin və ya idarələrin, müəssisələrin və təşkilatların nümayəndələrinin şəxsiyyətini müəyyən etməlidirlər.

Əqdlər təsdiq edilərkən və Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan hallarda bəzi başqa notariat hərəkətləri aparılarkən əqdlərin iştirakçılarının və notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş digər şəxslərin imzalarının həqiqiliyi yoxlanılmalıdır.

Əqdlər təsdiq edilərkən əqdlərdə iştirak edən şəxslərin fəaliyyət qabiliyyəti aydınlaşdırılmalıdır və hüquqi şəxslərin hüquq qabiliyyəti yoxlanılmalıdır. Əqd nümayəndə tərəfindən aparıldıqda onun səlahiyyəti yoxlanılmalıdır.

Notariat qaydasında təsdiq edilən əqdlər, habelə ərizələr və başqa sənədlər notariusun və ya notariat hərəkəti aparan digər vəzifəli şəxsin iştirakı ilə imzalanmalıdır. Əgər əqd, ərizə və ya başqa sənəd göstərilən vəzifəli şəxslərin iştirakı olmadan imzalanmışsa, onu imzalayan şəxs sənədi özünün imzaladığını şəxsən təsdiq etməlidir. Şəxs əqdi, ərizəni və ya başqa sənədi cismani qüsuruna, xəstəliyinə və ya hər hansı başqa səbəbə görə özü imzalaya bilmədikdə əqdi, ərizəni və ya digər sənədi onun tapşırığı ilə, onun iştirakı ilə və notariusun, yaxud notariat hərəkəti aparan digər vəzifəli şəxsin iştirakı ilə başqa şəxs imzalaya bilər. Belə halda notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxsin sənədi özünün imzalaya bilmədiyinin səbəbi göstərilməlidir.

Notarius və müvafiq icra hakimiyyəti orqanı idarələrin, müəssisələrin, təşkilatların onlara məlum olan vəzifəli şəxslərinin şəxsi müraciətləri zamanı alınmış və həqiqiliyi şübhə doğurmayan imzalarının nümunələri vardırsa, həmin vəzifəli şəxslərin hər dəfə gəlməsini tələb etməyə bilərlər.

Maddə 36. Notariat hərəkətlərinin aparılması üçün lazım olan məlumat və sənədlərin tələb edilməsi

Notariusların və notariat hərəkətləri aparan digər vəzifəli şəxslərin notariat hərəkətlərinin aparılması və bununla əlaqədar xidmətlərin göstərilməsi üçün lazım olan məlumat və sənədləri idarələrdən, müəssisələrdən və təşkilatlardan tələb etmək, elektron informasiya sistemləri vasitəsi ilə real vaxt rejimində əldə etmək, habelə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin, eləcə də dövlət torpaq kadastrının məlumatlarının alınması ilə bağlı əsaslandırılmış yazılı və ya elektron sorğular vermək hüququ vardır. Notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən elektron informasiya sistemləri vasitəsi ilə əldə edilmiş məlumat və ya sənədlərin surəti kağız daşıyıcıya keçirilərək bu Qanunun 31-1-ci maddəsi nəzərə alınmaqla təsdiq edilməlidir. [72]

Müvafiq məlumat və sənədlər notariusun və ya notariat hərəkəti aparan digər vəzifəli şəxsin göstərdiyi müddətdə təqdim edilməlidir. Bu müddət bir aydan artıq ola bilməz.

Notarius kommersiya hüquqi şəxslərinin nizamnamə kapitalı, təsisçilərin (iştirakçıların) təsisçi (iştirakçı) səlahiyyətlərinin həyata keçirilməsi və onların nizamnamə kapitalındakı payları ilə əlaqədar notariat hərəkətləri apardığı zaman kommersiya hüquqi şəxslərinin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatları informasiya sistemi vasitəsilə elektron sorğu əsasında gün ərzində əldə edir. [73]

Maddə 37. Təsdiq edilən əqdlərin və sənədlərin mətnlərinə dair tələblər

Pozuntu və qaralaması olan, təsdiq edilməmiş əlavələri olan sənədlərin, zədələndiyinə görə mətninin oxunması mümkün olmayan, yaxud karandaşla yazılmış sənədlərin notariat hərəkətlərinin aparılması üçün qəbul edilməsi qadağandır.

Notariat qaydasında təsdiq edilən əqdlərin və sənədlərin mətnləri aydın və dürüst yazılmalı, sənədin mətninə aid olan tarixlər və müddətlər heç olmasa bir dəfə sözlərlə, hüquqi şəxslərin adları isə onların orqanlarının ünvanını göstərməklə ixtisarsız yazılmalıdır.

Fiziki şəxslərin adı, soyadı və atasının adı tam yazılmalı, onların yaşayış yeri göstərilməlidir.

İki və daha artıq ayrıca vərəqdən ibarət olan sənədlər tikilməli, nömrələnməli və möhürlə təsdiq edilməlidir.

Maddə 38. Təsdiq qeydlərinin aparılması və şəhadətnamələrin verilməsi

Əqdlər təsdiq edilərkən, sənədlərdən surətlərin və çıxarışların düzgünlüyü, sənədlərdə imzanın həqiqiliyi, sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyü, sənədin təqdim olunduğu vaxt təsdiq edilərkən notarius və ya notariat hərəkətləri aparan digər vəzifəli şəxs həmin sənədlərdə möhür vurmaqla təsdiq qeydi aparılmalıdır.

Vərəsəlik, mülkiyyət hüququ, şəxsin sağ olması faktı, şəxsin fotoşəkildəki şəxslə eyniliyi, sənədlərin saxlanmaq üçün qəbul edilməsi təsdiq olunarkən müvafiq şəhadətnamələr verilməlidir.

Maddə 39. Notariat qaydasında təsdiq edilmiş sənədlərlə bərabər tutulan sənədlər

Notariat qaydasında təsdiq edilmiş sənədlərə bərabər tutulan sənədlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362-ci maddəsində nəzərdə tutulan etibarnamələr və 1181-ci maddəsində nəzərdə tutulan vəsiyyətnamələr aiddir [74]

Bu maddədə göstərilən sənədləri təsdiq edən vəzifəli şəxslər vəsiyyətnamə və etibarnamələri qüvvədə olan qanunvericiliyin tələblərinə əməl etməklə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada təsdiq edirlər.

Bu maddədə sadalanan sənədləri təsdiq edən vəzifəli şəxslər təsdiq etdikləri vəsiyyətnamələrin bir nüsxəsini saxlamaq üçün dərhal dövlət notariat arxivinə və ya vəsiyyətçinin daimi yaşayış yerindəki notariusa verməyə borcludurlar. [75]

Bu Qanuna uyğun olaraq dəniz gəmilərinin kapitanları təsdiq etdikləri vəsiyyətnamələrin bir nüsxəsini dövlət notariat arxivinə və ya vəsiyyətçinin daimi yaşayış yerindəki notariusa göndərilməsi üçün Azərbaycan Respublikasının dəniz limanı idarəsinə və ya xarici limanda Azərbaycan Respublikasının konsulluğuna verməyə borcludurlar. [76]

Vəsiyyətçinin Azərbaycan Respublikasında daimi yaşayış yeri olmayıbsa və ya vəsiyyətçinin yaşayış yeri məlum deyildirsə, vəsiyyətnamə Azərbaycan Respublikasının dövlət notariat arxivinə göndərilir.

Dövlət notariat arxivinin müdiri və ya notarius saxlanılmaq üçün daxil olan vəsiyyətnamənin qanuniliyini yoxlamağa və onun qanuna uyğun olmadığını müəyyən etdikdə, bu barədə vəsiyyətçiyə və vəsiyyətnaməni təsdiq etmiş vəzifəli şəxsə xəbər verməyə borcludur.

Dövlət notariat arxivi və ya notarius bu maddədə göstərilən şəxslərdən saxlanılmaq üçün daxil olmuş vəsiyyətnamələrin dublikatını verirlər.

Maddə 40. Notariat hərəkətlərini aparmaqdan imtina edilməsi [77]

Notarius və notariat hərəkətlərini aparan digər vəzifəli şəxslər aşağıdakı hallarda notariat hərəkətlərini aparmaqdan imtina etməlidirlər:

1) hərəkətin aparılması qanuna zidd olduqda;

2) hərəkəti başqa notarius və ya digər vəzifəli şəxs aparmalı olduqda;

3) hərəkətin aparılması barədə fəaliyyət qabiliyyəti olmayan şəxs və ya lazımi səlahiyyəti olmayan nümayəndə müraciət etdikdə;

4) hüquqi şəxsin adından bağlanan əqd onun nizamnamə və ya əsasnaməsində göstərilən məqsədlərə zidd olduqda;

5) qanunun tələblərinə uyğun olmayan əqd bağlandıqda;

6) notariat hərəkətinin aparılması üçün təqdim olunan sənədlər qanunvericiliyin tələblərinə zidd olduqda və ya həmin sənədlərdə ayrı-ayrı şəxslərin şərəf və ləyaqətini ləkələyən məlumatlar olduqda;

7) əqdin məzmunu tərəflərin həqiqi niyyətinə uyğun olmadıqda.

Notariuslar və notariat hərəkətini aparan digər vəzifəli şəxslər hərəkətin aparılmasına rədd cavabı almış şəxsin xahişi ilə üç gün müddətində imtina barədə əsaslandırılmış qərar çıxarmalı və ondan şikayət verilməsi qaydasını izah etməlidirlər.

Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən şübhə yaradan əməliyyatlarla bağlı aparılan notariat hərəkətlərinin icrası maliyyə monitorinqi orqanı tərəfindən qanunla müəyyən edilmiş müddətdə və qaydada dayandırıla bilər.

Maddə 41. Notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən məhkəməyə şikayət verilməsi

Aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən maraqlı şəxs bu barədə dövlət notariat ofisinin, xüsusi notariusun, müvafiq icra hakimiyyəti orqanının, bu Qanunun 39-cu maddəsinin birinci hissəsində sadalanan vəzifəli şəxslərin iş və ya qulluq yerinin, yaxud gəminin qeydiyyat limanının yerləşdiyi yerin məhkəməsinə şikayət verə bilər. [78]

Azərbaycan Respublikası konsulluqlarının apardığı notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən şikayətlərə Azərbaycan Respublikasının Konsul Nizamnaməsi ilə müəyyən olunmuş qaydada baxılır.

Maddə 42. Qanun pozuntusunu aşkara çıxardıqda notariusun və ya notariat hərəkəti aparan digər vəzifəli şəxsin gördükləri tədbirlər

Notarius və ya notariat hərəkətini aparan digər vəzifəli şəxs belə hərəkəti apararkən qanun pozuntularını aşkara çıxardıqda bu barədə tədbir görülmək üçün əlaqədar idarəyə, müəssisəyə, təşkilata və ya prokurora xəbər verməlidir.

Təqdim olunmuş sənədin həqiqiliyi şübhə doğurduqda, notarius və ya notariat hərəkətini aparan digər vəzifəli şəxs bu sənədi ekspertizaya göndərməlidir.

 

M a d d ə 42-1. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması [79]

 

Notariuslar “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada müştərinin, benefisiarın və səlahiyyətli nümayəndənin eyniləşdirilməsi, verifikasiyası, məlumatın sənədləşdirilməsi, saxlanılması tələblərinə və həmin Qanunun 7.2-ci maddəsində nəzərdə tutulmuş əməliyyatlara dair məlumatların təqdim edilməsi ilə bağlı tələblərə riayət etməli, bu sahədə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər tədbirləri həyata keçirməlidirlər. [80]

Maddə 43. Notariat hərəkətlərinin qeyd edilməsi

Notariusun və notariat hərəkətini aparan digər vəzifəli şəxsin apardıqları bütün notariat hərəkətləri notariat reyestrində qeyd edilməli və hər bir hərəkətə müstəqil nömrə verilməlidir.

Notariat hərəkətlərinin qeydi üçün reyestrlərin, notariat şəhadətnamələrinin, əqdlərdə və təsdiq edilən sənədlərdə təsdiq qeydlərinin formalarını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Maddə 44. Notariat qaydasında təsdiq edilmiş sənədin dublikatının verilməsi

Notariusun və müvafiq icra hakimiyyəti orqanının verdiyi və ya təsdiq etdiyi sənəd itirildikdə, bu Qanunun 35-ci maddəsinin birinci hissəsində sadalanan şəxslərin yazılı ərizəsinə əsasən itmiş sənədin dublikatı verilir.

İtirilmiş sənədin dublikatını dövlət notariat arxivi verir. Notariusun və ya müvafiq icra hakimiyyəti orqanının verdiyi və ya təsdiq etdiyi sənədlərin nüsxələri dövlət notariat arxivinə təhvil verilənədək itmiş sənədin dublikatını müvafiq olaraq həmin sənədlərin saxlanıldığı yer üzrə notarius və ya müvafiq icra hakimiyyəti orqanı verir.

V fəsil
Əqdlərİn təsdİq edİlməsİ

Maddə 45. Notariat qaydasında təsdiq edilən əqdlər

Notariuslar və müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər. [81]

Notariuslar və müvafiq icra hakimiyyəti orqanları təsdiq etdikləri əqdin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalıdırlar.

Notariuslar “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini nəzərə almaqla, müqavilələrin elektron formada tərtib edilməsinə və imzalanmasına, onların, habelə videoyazı vasitəsilə əqdlərin təsdiq edilməsinə dair notariat hərəkətlərini bu Qanunun 27-ci maddəsində nəzərdə tutulmuş notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimata uyğun olaraq həyata keçirirlər. [82]

Maddə 46. Əmlakın özgəninkiləşdirilməsi və girov qoyulması haqqında əqdlərin təsdiq olunması

Qeydiyyatdan keçməli olan əmlakın özgəninkiləşdirilməsi və girov qoyulması haqqında əqdlər özgəninkiləşdirilən və ya girov qoyulan əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər, avtonəqliyyat vasitələri üzrə həmçinin onların Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müayinədən keçməsi barədə arayış təqdim olunduqdan sonra təsdiq edilir.

Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. [83]

Yaşayış evinin, mənzilin, bağın, bağ evinin, qarajın, torpaq sahəsinin, digər daşınmaz əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında əqdlər təsdiq olunarkən əmlakın özgəninkiləşdirilməsinə qadağanın olub-olmamağı və ya əmlaka həbs qoyulub-qoyulmaması yoxlanılır.

Qadağan olduqda əmlakın özgəninkiləşdirilməsi haqqında əqd yalnız borcun əmlakı əldə edənin adına keçirilməsinə dair kreditorun və əldə edənin razılığı olduqda təsdiq edilə bilər.

Yaşayış evinin, mənzilin, bağın, bağ evinin, qarajın, torpaq sahəsinin, digər daşınmaz əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında əqdlər həmin əmlakın olduğu yer üzrə təsdiq olunur. [84]

Maddə 47. Vəsiyyətnamələrin təsdiq edilməsi

Notariuslar və notariat hərəkətlərini aparan digər vəzifəli şəxslər fəaliyyət qabiliyyəti olan ayrı-ayrı şəxslərin qanunvericiliyin tələblərinə uyğun surətdə tərtib etdikləri və şəxsən notariusa və ya notariat hərəkətlərini aparan digər vəzifəli şəxslərə təqdim etdikləri vəsiyyətnamələri təsdiq edirlər.

Vəsiyyətnamələrin nümayəndələrin vasitəsi ilə təsdiq olunması, eləcə də bir neçə şəxs adından bir vəsiyyətnamə təsdiq edilməsi qadağandır. Yalnız ərlə arvadın qarşılıqlı vərəsəlik haqqında birgə vəsiyyətnamələrinin təsdiq edilməsinə yol verilir. [85]

Vəsiyyətnamə təsdiq edilərkən vəsiyyət edəndən vəsiyyət olunan əmlaka mülkiyyət hüququnu təsdiq edən sübutlar təqdim etməsi tələb olunmur.

Maddə 48. Vəsiyyətnamələrin ləğv edilməsi və dəyişdirilməsi qaydası

Notarius, dövlət notariat arxivinin müdiri, müvafiq icra hakimiyyəti orqanı vəsiyyətnamənin ləğv olunması və ya dəyişdirilməsi haqqında ərizə aldıqda, eləcə də əvvəlki vəsiyyətnaməni ləğv edən və ya dəyişdirən yeni vəsiyyətnamə aldıqda, habelə vəsiyyətnamənin bütün nüsxələrinin məhv edilməsi haqqında vəsiyyət edənin sərəncamını aldıqda vəsiyyətnamənin notariat ofisində, dövlət notariat arxivində və ya müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi binada saxlanılan nüsxəsində və notariat hərəkətlərinin qeydiyyatı reyestrində bu barədə qeyd edir. [86]

Vəsiyyətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqındakı ərizədə olan imza mütləq notariat qaydasında təsdiq olunmalıdır.

Notarius və ya müvafiq icra hakimiyyəti orqanı vəsiyyətnaməni təsdiq edərkən əvvəllər vəsiyyətnamə təsdiq edildiyi ona məlum olarsa, aparılmış notariat hərəkəti barədə əvvəllər tərtib olunmuş vəsiyyətnamə nüsxəsinin saxlanıldığı dövlət notariat arxivinə, notariusa və ya müvafiq icra hakimiyyəti orqanına bildiriş göndərməlidir.

Maddə 49. Etibarnamələrin təsdiq edilməsi və onların qüvvədə olmasına xitam verilməsi

Notarius və ya notariat hərəkətlərini aparan digər vəzifəli şəxs bir və ya bir neçə şəxs adından bir və ya bir neçə şəxsin adına verilən etibarnaməni təsdiq edə bilər.

Notariuslar videoyazı vasitəsilə etibarnamələrin təsdiq edilməsinə dair notariat hərəkətlərini bu Qanunun 27-ci maddəsində nəzərdə tutulmuş notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimata uyğun olaraq həyata keçirirlər. [87]

Etibarnamə istənilən (nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə istisna olmaqla) müddətə verilə bilər. [88]

Nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə bir ildən artıq müddətə verilə bilməz. [89]

Etibar edilmişi başqasına etibar etmə qaydasında verilən etibarnamə etibar edilmişi başqasına etibar etmə hüququ şərtləşdirilmiş əsas etibarnamə təqdim olunduqda və ya əsas etibarnamə üzrə nümayəndə etibarnamə verən şəxsin mənafeyinin mühafizəsi üçün buna məcbur olduğunu təsdiq edən sübutlar təqdim etdikdə notariat qaydasında təsdiq edilir.

Etibar edilmişi başqasına etibar etmə qaydasında verilmiş etibarnamə əsas etibarnamə üzrə verildiyindən artıq hüquqlar etibar etməməlidir. Etibar edilmişi başqasına etibaretmə qaydasında verilmiş etibarnamənin qüvvədə olma müddəti onun verilməsi üçün əsas götürülmüş etibarnamənin qüvvədə olma müddətindən artıq olmamalıdır.

Etibarnamənin qüvvədə olmasına xitam verilməsi Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada həyata keçirilir.

Maddə 50. Əqdlərin məzmununu ifadə edən sənədlərin nüsxələrinin miqdarı

Notariat qaydasında təsdiq edilən əqdlərin məzmunu ifadə olunan sənədlər notariusa və ya müvafiq icra hakimiyyəti orqanına azı iki nüsxədə təqdim olunmalı, nüsxələrdən biri notariusun və ya müvafiq icra hakimiyyəti orqanının işlərində saxlanmalıdır.

VII fəsil
Mİras ӘMLAKIN mühafİzəsİ üçün tədbİrlər görülməsİ

Maddə 51. Miras əmlakın mühafizəsi

Mirasın qəbul edilməsinə qədər mirasın açıldığı yerdəki notariat orqanı, zərurət olarsa, mirasın qorunması məqsədilə tədbirlər görür. Həmin qayda vərəsənin məlum olmadığı və ya onun mirası qəbul edib-etməməsinin bilinmədiyi hala da şamil edilir. [90]

Maddə 52. Miras əmlakın siyahıya alınması və saxlanılmaq üçün verilməsi

Notariat orqanı mirasın qorunması üçün mirası siyahıya ala bilər.

Bu fəsildə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üçün notariat orqanı əmlak idarəçisini təyin edə bilər. [91]

Əmlak idarəçisi miras əmlakın israfı və ya gizlədilməsinə görə məsuliyyət barədə, eləcə də vurulmuş zərərə görə maddi məsuliyyət haqqında xəbərdar edilməlidir. [92]

 

M a d d ə 53. Bu fəsildə nəzərdə tutulmuş tədbirlərlə bağlı xərclər [93]

Bu fəsildə nəzərdə tutulmuş tədbirlərlə bağlı xərclər mirasın passivinə aid edilir.

Maddə 54. Miras əmlakdan zəruri xərclərin ödənilməsi

Vərəsələr mirası qəbul edənədək, miras qəbul edilmədikdə isə dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək notarius miras əmlakın tərkibindəki pul məbləğindən aşağıdakı xərclərin ödənilməsi haqqında sərəncam verir:

1) miras qoyanın xəstəliyi dövründə ona qulluq etməkdən ötrü sərf edilmiş, habelə miras qoyanın dəfnindən ötrü xərcləri ödəmək üçün;

2) miras qoyanın himayəsində olan şəxslərin saxlanılması üçün;

3) əmək qanunvericiliyindən irəli gələn və bunlara bərabər tutulan digər tələblərin ödənilməsi üçün;

4) miras əmlakın mühafizəsi və idarə olunması, eləcə də mirasın açılması barədə vərəsələrə məlumat verilməsi üzrə xərclər üçün.

Miras əmlakın tərkibində pul məbləği olmadıqda, notarius bu maddənin birinci hissəsində göstərilən ehtiyacların ödənilməsinə sərf olunmuş faktiki xərclərin məbləğini aşmamaq şərti ilə miras əmlakdan şeylərin verilməsi barədə sərəncam verir.

Maddə 55. Açılmış miras haqqında vərəsələrə xəbər verilməsi və vərəsələrin axtarılması

Açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir.

Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər.

Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. [94]

Maddə 56. Miras əmlakın mühafizəsinin dayandırılması

Miras əmlakın mühafizə edilməsi miras qəbul edilənədək, miras qəbul olunmadıqda isə mirasın qəbulu üçün qanunvericiliklə müəyyən edilmiş müddətlər keçənədək davam edir. [95]

Mirasın açıldığı yerin notariusu miras əmlakın mühafizə edilməsi tədbirlərinin dayandırılması haqqında əvvəlcədən vərəsələrə, əmlak vərəsəlik hüququ üzrə dövlətə keçdikdə isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməlidir.

VIII fəsil
Vərəsəlİk hüququ HAQQINDA şəhadətnamələrİn verİlməsİ

Maddə 57. Vərəsəlik hüququ haqqında şəhadətnamə və onun verilmə müddətləri

Mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir.

Maddə 58. Vərəsəlik hüququ haqqında şəhadətnamənin verilmə qaydası

Vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir.

Mirasın qəbulu müddətini ötürmüş vərəsələr mirası qəbul etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Razılıq notarius tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək təqdim olunmalıdır.

Notarius yetkinlik yaşına çatmamış və fəaliyyət qabiliyyəti olmayan vərəsələrin adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə onların əmlak mənafelərini mühafizə etmək məqsədi ilə vərəsənin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir.

Miras əmlak dövlətə keçdikdə şəhadətnamə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına verilməlidir.

Maddə 59. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi

Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır.

Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər.

Maddə 60. Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi

Notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır.

Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır.

IX fəsil
Ər-ARVADIN ümumİ ӘMLAKINDAKI paya mülkİyyət hüququ HAQQINDA şəhadətnamənİn verİlməsİ

Maddə 61. Birgə ərizə əsasında şəhadətnamənin verilməsi

Notarius ər-arvadın birgə yazılı ərizəsi əsasında onların birinə və ya hər ikisinə birgə nikah dövründə əldə edilmiş ümumi əmlakdakı paya görə mülkiyyət hüququ haqqında şəhadətnamə verir.

Şəhadətnamə ər-arvadın hər birinə həm nikahda olarkən, həm də nikah pozulduqdan sonra verilə bilər.

Yaşayış evinə, mənzilə, bağa, bağ evinə, qaraja, torpaq sahəsinə və digər daşınmaz əmlaka mülkiyyət hüququ haqqında şəhadətnaməni yalnız əmlakın olduğu yerin notariusu verə bilər.

Maddə 62. Ər-arvaddan biri öldükdə şəhadətnamənin verilməsi

Ər-arvaddan biri öldükdə ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnaməni sağ qalmış ərin (arvadın) ərizəsinə əsasən yalnız mirasın açıldığı yerin notariusu verməli və bu barədə miras qoyanın mirası qəbul etmiş vərəsələrinə məlumat göndərməlidir.

Şəhadətnamə ümumi əmlakın yarısına verilə bilər.

Mülkiyyət hüququ haqqında şəhadətnamədə mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsinə əsasən sağ qalmış ərin (arvadın) razılığı ilə, ölmüş ərin (arvadın) ümumi əmlakdan payı da müəyyən edilə bilər.

X fəsil
YAŞAYIŞ evlərİnİn AÇIQ hərracdan alInmasI barədə şəhadətnamələrİn verİlməsİ

Maddə 63. Yaşayış evinin açıq hərracdan alınması barədə şəhadətnamənin verilməsi

Açıq hərracdan yaşayış evlərinin alınmasını evin yerləşdiyi yerin notariusu əldə edənə bu barədə şəhadətnamə verməklə rəsmiləşdirilməlidir.

Hərrac baş tutmadıqda yaşayış evinin əldə edilməsi barədə şəhadətnamə tələbkara verilir.

Şəhadətnamə evin açıq hərrac yolu ilə satılması və ya hərracın baş tutmaması ilə əlaqədar olaraq evin tələbkara verilməsi barədə aktın surəti əsasında verilir.

XI fəsil
Sənədlərİn surətlərİnİn və sənədlərdən ÇIXARIŞLARIN düzgünlüyünün, İMZANIN həqİqİlİyİnİn və tərcümənİn düzgünlüyünün təsdİq edİlməsİ

Maddə 64. Sənədlərin surətlərinin düzgünlüyünün təsdiq edilməsi

Notariuslar, müvafiq icra hakimiyyəti orqanları idarələrin, müəssisələrin və təşkilatların verdikləri sənədlərin surətlərinin düzgünlüyünü o şərtlə təsdiq edirlər ki, həmin sənədlər qanuna zidd olmasın, hüquqi əhəmiyyət daşısın, sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünü təsdiq etmək qanunla qadağan edilməmiş olsun.

Şəxsin verdiyi sənədin surətinin düzgünlüyü o hallarda təsdiq edilir ki, sənədin əslində həmin şəxsin imzasının həqiqiliyini notarius, müvafiq icra hakimiyyəti orqanı və ya şəxsin işlədiyi, təhsil aldığı və yaxud müalicə olunduğu yer üzrə idarə, müəssisə, təşkilat təsdiq etmiş olsun.

Notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notariat hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər elektron informasiya sistemləri və ya ehtiyatları, o cümlədən internet informasiya ehtiyatları vasitəsilə əldə edilmiş məlumat və ya sənədlərin surətlərinin düzgünlüyünü təsdiq edirlər. [96]

Maddə 65. Sənədlərin surətlərindən çıxarılmış surətlərin düzgünlüyünün təsdiq edilməsi

Sənədin surətinin düzgünlüyü notariat qaydasında təsdiq olunmuşsa və ya sənədin surətini sənədin əslini vermiş idarə, müəssisə, təşkilat vermişdirsə, notarius və ya müvafiq icra hakimiyyəti orqanı sənədin surətindən çıxarılmış surətin düzgünlüyünü təsdiq edə bilər. Axırıncı halda sənədin surəti idarənin, müəssisənin, təşkilatın blankında tərtib edilməli, üzərinə möhür vurulmalı və qeyd olunmalıdır ki, sənədin əsli həmin idarə, müəssisə, təşkilatda saxlanılır.

Maddə 66. Sənədlərdən çıxarışların düzgünlüyünün təsdiq edilməsi

Sənədlərdən çıxarışların düzgünlüyü o halda təsdiq edilə bilər ki, bu sənədlərin məzmunu bir-biri ilə əlaqəsi olmayan bir neçə məsələyə aid olsun. Çıxarış sənədin müəyyən məsələyə aid hissəsinin tam mətnini özündə əks etdirməlidir.

Sənədlərdən çıxarışların düzgünlüyü bu Qanunun 64-cü və 65-ci maddələri ilə nəzərdə tutulmuş qaydada təsdiq olunmalıdır.

Maddə 67. Sənədlərdə imzanın həqiqiliyinin təsdiq edilməsi

Notarius və ya müvafiq icra hakimiyyəti orqanı qanuna zidd və əqdin şərhindən ibarət olmayan, eləcə də özündə insanın şərəf və ləyaqətini ləkələyən məlumatlar əks etdirməyən sənədlərdə imzanın həqiqiliyini təsdiq edir.

Əqddə cismani qüsurlarına, xəstəliyinə və ya digər üzürlü səbəblərə görə şəxsən imza edə bilməyən şəxsin əvəzinə imza etmiş şəxsin imzasının həqiqiliyi təsdiq oluna bilər.

Notarius və ya müvafiq icra hakimiyyəti orqanı imzanın həqiqiliyini təsdiq edərkən sənəddə şərh olunmuş faktları deyil, yalnız müəyyən şəxsin etdiyi imzanın həqiqiliyini təsdiq edir.

Notariuslar tərəfindən videoyazı vasitəsilə ərizələrdə imzanın həqiqiliyinin təsdiq edilməsi ilə bağlı notariat hərəkətlərini bu Qanunun 27-ci maddəsində nəzərdə tutulmuş notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimata uyğun olaraq həyata keçirirlər. [97]

Maddə 68. Tərcümənin düzgünlüyünün təsdiq edilməsi

Notarius müvafiq dilləri bilirsə, sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünü təsdiq edə bilər.

Notarius müvafiq dilləri bilmədiyi halda, sənədləri tərcüməçi tərcümə etməli, onun imzasının həqiqiliyini isə notarius təsdiq etməlidir.

Notarius etibar etdiyi tərcüməçinin imzasını tanıdığı hallarda onun imzaladığı sənədi elektron rabitə vasitəsilə qəbul edə bilər. Tərcümə elektron rabitə vasitəsilə qəbul edildikdə onun surət kimi təsdiqlənməsi tələb olunmur.

Sənədlərin tərcüməsi bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı və notarius vasitəsilə təşkil edildiyi halda tərcüməyə görə haqq notarius tərəfindən qəbul edilərək iki bank günü ərzində tərcümə xidməti göstərən hüquqi şəxsin bankdakı hesabına keçirilir. [98]

XIII fəsil
FAKTLARIN təsdİq edİlməsİ

Maddə 69. Şəxsin sağ olması faktının təsdiq edilməsi

Notarius şəxsin xahişinə əsasən onun sağ olması faktını təsdiq etməli və maraqlı şəxslərə bu halı təsdiq edən şəhadətnamə verməlidir.

Yetkinlik yaşına çatmamışın sağ olması faktı onun qanuni nümayəndələrinin (valideynlərin, övladlığa götürənlərin, qəyyumların və ya himayəçilərin) xahişi ilə təsdiq edilir.

Maddə 70. Şəxsin müəyyən yerdə olması faktının təsdiq edilməsi

Notarius şəxsin xahişi ilə onun müəyyən yerdə olması faktını təsdiq etməli və maraqlı şəxslərə bu halı təsdiq edən şəhadətnamə verməlidir.

Yetkinlik yaşına çatmamışın müəyyən yerdə olması faktı onun qanuni nümayəndələrinin (valideynlərin, övladlığa götürənlərin, qəyyumun və ya himayəçinin) xahişi ilə təsdiq edilir.

Maddə 71. Şəxsin fotoşəkildəki şəxslə eyniliyinin təsdiq edilməsi

Notarius şəxsin xahişinə əsasən onun təqdim olunan fotoşəkildəki şəxslə eyniliyinə şübhə etmirsə, həmin halı təsdiq etməli və bu barədə həmin şəxsə şəhadətnamə verməlidir.

Notarius fotoşəkildəki şəxslə şəxsin eyniliyinə şübhə edirsə, bu halı təsdiq etmədən ona bu məsələ üzrə məhkəməyə müraciət etmək hüququnu izah etməlidir.

Maddə 72. Sənədin təqdim olunduğu vaxtın təsdiq edilməsi

Notarius ayrı-ayrı şəxslərin, idarə, müəssisə və təşkilatın ərizəsinə əsasən sənədin təqdim olunduğu vaxtı təsdiq etməli və bunun üçün sənəddə onu təqdim edən şəxsi göstərməklə təsdiq qeydi aparmalıdır.

Maddə 73. Ayrı-ayrı şəxslərin, idarələrin, müəssisələrin və təşkilatların ərizələrinin və sənədlərinin verilməsi [99]

Notarius ayrı-ayrı şəxslərin, idarələrin, müəssisələrin və təşkilatların məzmunu qanuna zidd olmayan və özündə insanın şərəf və ləyaqətini ləkələyən məlumatları əks etdirməyən kağız və ya elektron daşıyıcıda olan ərizələrini və ya sənədlərini başqa şəxslərə, idarələrə, müəssisələrə və təşkilatlara verir. [100]

Ərizələr və sənədlər kağız daşıyıcıda geri məlumat verilməsi şərti ilə poçt vasitəsi ilə və ya imza etdirmək şərti ilə şəxsən verilir. Ərizələr həmçinin texniki vasitələrdən istifadə etməklə verilə bilər. [101]

Ərizə verən şəxsin xahişi ilə ona ərizənin başqasına verilməsi haqqında şəhadətnamə verilməlidir. [102]

Kağız daşıyıcıda təqdim olunan ərizələr və ya digər sənədlər notarius tərəfindən başqa şəxslərə, həmçinin texniki vasitələrdən istifadə etməklə informasiya sistemləri vasitəsilə də verilə bilər. Bu halda notarius kağız daşıyıcıda təqdim olunmuş ərizə və ya digər sənəd əsasında onun elektron nüsxəsini hazırlayır. Kağız daşıyıcıda olan ərizə və ya digər sənəd ilə hazırlanmış sənədin elektron nüsxəsinin eyniləşdirilməsi notariusun elektron imzası ilə təsdiq edilir. [103]

Elektron formada təqdim olunan ərizələrin və ya digər sənədlərin məzmunu notarius tərəfindən hazırlanan kağız daşıyıcıya keçirilərək eyniləşdirilə bilər. Bu halda notarius ərizəni və ya digər sənədi göndərən şəxsin elektron imzasını "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yoxlayır, onu kağız daşıyıcıda çap edərək imzası və möhürü ilə təsdiq edir. Elektron ərizə və ya digər sənəd kağız daşıyıcıya keçirildikdən sonra bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş qaydada göndərilir.

Ərizələrin və ya digər sənədlərin başqasına verilməsi, habelə kağız və ya elektron daşıyıcıda olan ərizə və ya digər sənədlərin hazırlanmış elektron və kağız nüsxələri ilə eyniləşdirilməsi haqqında şəhadətnamə verilir.

XIV fəsil
ÖHDƏLİYİN İCRA PREDMETİNİN SAXLANMAĞA, PUL MƏBLƏĞLƏRİNİN, QİYMƏTLİ KAĞIZLARININ VƏ VƏSİYYƏTNAMƏLƏRİN RƏSMƏN DEPOZİTƏ QƏBUL EDİLMƏSİ [104]

Maddə 74. Pul məbləğlərinin və qiymətli kağızların depozitə qəbul edilməsi

Notarius qanunvericilikdə nəzərdə tutulmuş hallarda kreditora verilmək üçün öhdəliyin icra predmetini saxlamağa borcludan pul məbləğlərini və qiymətli kağızları depozitə qəbul edir. Notarius Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1187-ci maddəsində nəzərdə tutulmuş vəsiyyətnamələrin saxlanmasını onların depozitə qoyulması ilə təmin edir. [105]

Notarius öhdəliyin icra predmetinin pul məbləğlərinin və qiymətli kağızların daxil olması haqqında kreditora məlumat verir və kreditorun tələbi ilə bu pul məbləğini və ya qiymətli kağızları ona verir. [106]

Öhdəliyin icra predmetini saxlamağa, pul məbləğlərini və qiymətli kağızları depozitə öhdəliyin icrası yerinin notariusu qəbul edir. [107]

Daşınmaz əmlaka və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlaka sərəncam verilməsi, habelə pul bağışlanılması, beh və borc verilməsi, eləcə də ilkin müqavilə üzrə ödənilən məbləğlə bağlı müqavilələr notariat qaydasında təsdiq edilərkən, pul vəsaitinin tərəflərdən birinin digərinə verilməsi və qaytarılması notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilir. [108]

Daşınmaz əmlak üzərində sərəncam verilməsi ilə bağlı notariat qaydasında təsdiq edilən müqavilələr üzrə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş pul məbləğindən artıq vəsaitin tərəflərdən birinin digərinə ödəməsi bankda açdığı depozit hesabı vasitəsi ilə həyata keçirilməlidir.

Notarius belə müqavilələri pul məbləğinin bankda açılmış depozit hesabına ödənilməsi barədə qəbz təqdim edildikdən sonra təsdiq edir.

Depozit hesabının açılması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmalıdır. [109]

Maddə 75. Saxlanmağa qəbul edilmiş öhdəliyin icra predmetinin, depozitə qəbul edilmiş pul məbləğlərinin və qiymətli kağızların qaytarılması [110]

Saxlanmağa qəbul edilmiş öhdəliyin icra predmeti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 538-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada geri qaytarılır. [111]

Pul məbləğlərinin və qiymətli kağızların onları depozitə (debitora) vermiş şəxsə qaytarılmasına yalnız xeyrinə haqq verilmiş şəxsin (kreditorun) yazılı razılığı ilə və ya məhkəmənin qərarına əsasən yol verilir.

XV fəsil
İcra qeydlərİ

 

Maddə 76. İcra qeydləri üzrə pul məbləğlərinin tutulması və əmlakın tələb edilib alınması [112]

 

Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır.

İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır.

Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır.

İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər.

Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər.

Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur.

Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur.

İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər.

Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

 

Maddə 77. İcra qeydlərinin məzmunu

 

İcra qeydləri aşağıdakı məlumatları özündə əks etdirməlidir:

1) icra qeydini aparan notariusun vəzifəsi, soyadı, adı və atasının adı;

2) tələbkarın adı və ünvanı;

3) borclunun adı və ünvanı;

4) ödəniləsi məbləğ və tələb olunub alınası əşyalar, çatası faiz və dəbbə pulu (olduğu təqdirdə); [113]

5) haqqın miqdarı, tələbkarın ödəyəcəyi dövlət rüsumunun və ya borcludan tutulmalı olan dövlət rüsumunun məbləği;

6) icra qeydinin aparıldığı tarix (il, ay, gün);

7) icra qeydinin reyestrdə rəsmiləşdirildiyi say;

8) icra qeydini aparan notariusun imzası, möhürü.

 

Maddə 78. İcra qeydləri üzrə ödəniş qaydası

 

İcra qeydləri üzrə ödəniş Azərbaycan Respublikasının qanunvericiliyi ilə məhkəmə qətnamələrinin icrası üçün müəyyən edilmiş qaydada həyata keçirilir.

 

Maddə 79. İcra qeydlərinin icra edilməsi üçün təqdim olunması [114]

 

İcra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir. [115]

 

XVI fəsil
Veksellərə protestlərİn tərtİb edİlməsİ, çeklərİn ödənİlmək üçün təqdİm OLUNMASI və çeklərİn ödənİlmədİyİnİn təsdİq edİlməsİ

Maddə 80. Veksellərə protest verilməsi

Notariuslar baratlı və sadə veksel haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq ödənilməmiş, aksept olunmamış və ya aksept tarixi qoyulmamış veksellərə protest verirlər.

Maddə 81. Çeklərin ödənilməyə təqdim olunmaq üçün qəbul edilməsi və çeklərin ödənilmədiyinin təsdiq olunması

Ödəyicinin olduğu yerdəki notariuslar çekin verildiyi gündən on gün keçdikdən sonra, xarici çeklər üzrə isə çekin verildiyi gündən altı ay keçdikdən sonra, lakin bu müddətdən sonra gələn gün saat 12-dən gec olmayaraq təqdim edilmiş çekləri ödənilməyə verilmək üçün qəbul edirlər.

Çek ödənilmədikdə notarius çek üzərində müəyyən olunmuş formada qeyd aparmaqla çekin ödənilmədiyini təsdiq edir və bunu reyestrdə qeyd edir. Notarius çek üzərində qeyd aparmaqla yanaşı, çek verənə onun çekinin bank tərəfindən ödənilmədiyini və çek üzərində qeyd yazıldığı barədə xəbərdarlıq məktubu göndərir.

Çekin ödənilmədiyi hallarda notarius çek saxlayanın xahişi ilə icra qeydi aparır.

XVII fəsil
Dənİz protestlərİnİn tərtİb edİlməsİ

Maddə 82. Dəniz protesti haqqında ərizə

Notarius səfər dövründə və ya gəminin dayandığı dövrdə baş verən, gəmi sahibinə əmlak tələbləri verilməsi üçün əsas ola biləcək hadisə haqqında gəmi kapitanının ərizəsini qəbul edir.

Dəniz protesti haqqında ərizə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş müddətdə Azərbaycan Respublikasının dəniz limanında notariusa verilməlidir. [116]

Dəniz protesti haqqında ərizədə şərh olunmuş halların təsdiq edilməsi üçün gəmi jurnalı və gəmi jurnalından kapitanın təsdiq etdiyi çıxarış qanunvericiliklə müəyyən olunmuş müddətdə nəzərdən keçirilmək üçün notariusa təqdim edilməlidir.

Maddə 83. Dəniz protesti haqqında aktın tərtib edilməsi

Notarius gəmi kapitanının ərizəsinə, gəmi jurnalının məlumatına, habelə kapitanın özünün və imkan daxilində gəmi heyətindən olan azı dörd şahidin, o cümlədən komanda heyətindən olan iki şahidin dindirilməsinə əsasən dəniz protesti haqqında akt tərtib edir və onu öz imzası və möhürü ilə təsdiq edir. Aktın bir nüsxəsi kapitana və ya onun müvəkkil etdiyi şəxsə verilir.

XVIII fəsil
Sənədlərİn SAXLANILMAQ üçün qəbul edİlməsİ

Maddə 84. Sənədlərin saxlanılmaq üçün qəbul edilməsi

Notariuslar sənədləri saxlanılmaq üçün siyahı üzrə qəbul edirlər. Siyahının bir nüsxəsi notariusda, ikincisi isə sənədləri saxlanılmaq üçün təhvil vermiş şəxsdə qalır.

Sənədlər notariusun iştirakı ilə lazımi qaydada qablaşdırılmışdırsa, notarius şəxsin xahişi ilə sənədləri siyahısız qəbul edə bilər.

Qablaşdırma notariusun möhürü, onun və sənədləri saxlanılmaq üçün təhlil verən şəxsin imzaları ilə təsdiq edilməlidir.

Sənədləri saxlanılmaq üçün təhlil vermiş şəxsə müəyyən olunmuş formada şəhadətnamə verilir.

Maddə 85. Saxlanılmaq üçün qəbul edilmiş sənədlərin qaytarılması

Saxlanılmaq üçün qəbul edilmiş sənədlər onları saxlanılmağa təhvil vermiş şəxsin və ya müvəkkil edilmiş şəxsin tələbi üzrə şəhadətnamə və siyahının nüsxəsi təqdim olunduqda, yaxud məhkəmənin qərarı əsasında qaytarılmalıdır.

XIX fəsil
SÜBUTLARIN təmİn edİlməsİ

Maddə 86. Məhkəmələrdə, istintaq və təhqiqat orqanlarında iş başlanarkən zəruri olacaq sübutların təmin edilməsi

Notarius məhkəmədə, istintaq və ya təhqiqat orqanlarında iş başlanarkən zəruri olacaq sübutları həmin sübutların təqdim edilməsinin sonralar qeyri-mümkün və ya çətin olacağını güman etməyə əsaslar olduqda, maraqlı şəxslərin xahişi ilə təmin edir.

Notarius maraqlı şəxslərin ona müraciət etdikləri zaman məhkəmənin, istintaq və ya təhqiqat orqanının icraatında olan işlər üzrə sübutları təmin etmir.

Maddə 87. Sübutların təmin edilməsi sahəsində notariusun hərəkətləri

Notarius sübutların təmin olunması qaydasında şahidləri dindirir, yazılı və maddi sübutları müayinə edir, ekspertiza təyin edir.

Sübutların təmin edilməsi sahəsində prosessual hərəkətləri yerinə yetirərkən notarius Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinin müvafiq normalarını rəhbər tutur.

Notarius sübutların təmin edildiyi vaxt və yer haqqında tərəflərə və maraqlı şəxslərə xəbər verir, lakin onların gəlməməsi sübutların təmin olunması sahəsindəki hərəkətləri yerinə yetirməyə mane olmur.

Tərəflərə və maraqlı şəxslərə xəbər vermədən sübutların təmin olunması yalnız təxirəsalınmaz hallarda və ya gələcəkdə kimlərin işdə iştirak edəcəyini müəyyənləşdirmək mümkün olmadıqda həyata keçirilir.

Şahid və ya ekspert çağırış üzrə gəlmədikdə notarius Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün bu barədə şahidin və ya ekspertin yaşayış yeri üzrə məhkəməyə məlumat verir.

Notarius bilə-bilə yalan ifadə, yaxud rəy verməyə, gəlməkdən qəsddən boyun qaçırmağa, ya da ifadə və ya rəy verməkdən imtina etməyə görə məsuliyyət haqqında şahidi və eksperti xəbərdar edir.

XX fəsil
Xarİcİ dövlətlərİn qanunverİcİlİyİnİn tətbİqİ. Beynəlxalq müqavİlələr

Maddə 88. Xarici dövlətlərin qanunvericiliyinin tətbiqi

Notariuslar Azərbaycan Respublikasının qanunvericiliyinə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə müvafiq olaraq xarici dövlətlərin qanunvericiliyinin normalarını tətbiq edirlər.

Notariuslar xarici dövlətlərin qanunvericiliyinin tələblərinə müvafiq surətdə tərtib olunmuş sənədləri qəbul edir, habelə xarici dövlətlərin qanunvericiliyi ilə nəzərdə tutulan formada təsdiq qeydlərini bu şərtlə aparırlar ki, bunlar Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmasın.

Maddə 89. Miras əmlakın mühafizəsi zamanı və vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən hüququn tətbiqi

Əcnəbinin ölümündən sonra Azərbaycan Respublikasının ərazisində qalmış əmlakın və ya Azərbaycan Respublikası vətəndaşının ölümündən sonra əcnəbiyə çatası əmlakın mühafizə edilməsi ilə, habelə bu cür əmlak barəsində vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar hərəkətlər Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq aparılır.

Maddə 90. Notariusların xaricdə tərtib edilmiş sənədləri qəbul etmələri

Xarici hakimiyyət orqanlarının iştirakı ilə xaricdə tərtib edilmiş və ya onların göndərdiyi sənədləri notariuslar bu şərtlə qəbul edirlər ki, həmin sənədlər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında leqallaşdırılmış olsun.

Azərbaycan Respublikasının qanunvericiliyində və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və sazişlərdə nəzərdə tutulduğu hallarda notariuslar bu cür sənədləri leqallaşdırılmadan qəbul edirlər.

Maddə 91. Notariusların xarici dövlətlərin ədliyyə orqanları ilə əlaqələri

Notariusların xarici dövlətlərin ədliyyə orqanları ilə əlaqə qaydaları Azərbaycan Respublikasının qanunvericiliyi və tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən olunur.

Maddə 92. Xarici dövlətlərin orqanlarında işlərin aparılması üçün zəruri olan sübutların təmin edilməsi

Notariuslar xarici dövlətlərin orqanlarında işlərin aparılması üçün zəruri olan sübutları təmin edirlər.

Sübutların təmin edilməsi sahəsində hərəkətlər Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə müvafiq olaraq həyata keçirilir.

Maddə 93. Beynəlxalq müqavilələr

Beynəlxalq müqavilə ilə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş notariat hərəkətləri haqqındakı qaydalardan fərqli qaydalar müəyyən edilmişsə, notariat hərəkətləri aparılarkən beynəlxalq müqavilənin qaydaları tətbiq olunur.

Beynəlxalq müqavilə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmayan notariat hərəkətlərinin aparılmasını notariusların səlahiyyətinə aid edirsə, onlar bu notariat hərəkətlərini Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada aparırlar.

Maddə 94. Qanunun qüvvəyə minməsi

Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Prezidenti     Heydər Əlİyev

 

Bakı şəhəri, 26 noyabr 1999-cu il

                   № 762-IQ

 

 

1 saylı Əlavə

 

DÖVLƏT RÜSUMUNUN DƏRƏCƏLƏRİ [117]

 

 Notariat hərəkətlərinin aparılmasına görə alınan dövlət rüsumunun dərəcələri aşağıdakılardır:

 1. daşınmaz əmlakın (mənzillərin, bağ evlərinin, qurğuların, tikililərin, torpaqların və başqa daşınmaz əmlakın) özgəninkiləşdirilməsi, mənzil sahələrinin və bağ evlərinin müvəqqəti istifadəyə verilməsi barədə müqavilələrin təsdiqi üçün:

 a) müqavilə üzrə əmlak ərə (arvada), uşaqlara, valideynlərə, babaya, nənəyə, nəvəyə, qardaşa, bacıya, keçirsə — aylıq əmək haqqının vergi tutulmayan məbləğinin 0,5 misli miqdarında;

 b) müqavilə üzrə əmlak başqa vətəndaşlara və ya hüquqi şəxslərə keçirsə — Bakı şəhərində aylıq əmək haqqının vergi tutulmayan məbləğinin 7 misli miqdarında, digər şəhər və rayonlarda — aylıq əmək haqqının vergi tutulmayan məbləğinin 3 misli miqdarında;

 c) müqavilə üzrə əmlak xarici ölkənin vətəndaşı və ya hüquqi şəxsinə və ya vətəndaşlığı olmayan şəxsə keçərsə — aylıq əmək haqqının vergi tutulmayan məbləğinin 20 misli miqdarında;

 ç) mənzil sahələrinin və bağ evlərinin müvəqqəti istifadəyə verilməsi üçün — aylıq əmək haqqının vergi tutulmayan məbləğinin 0,5 misli miqdarında;

 2. Nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi müqavilələrinin təsdiqi üçün:

 a) müqavilə üzrə əmlak ərə (arvada), uşaqlara, valideynlərə, babaya, nənəyə, nəvəyə, qardaşa, bacıya keçirsə — aylıq əmək haqqının vergi tutulmayan məbləğinin 0,2 misli miqdarında;

 b) müqavilə üzrə əmlak digər vətəndaşlara və ya hüquqi şəxslərə keçirsə — aylıq əmək haqqının vergi tutulmayan məbləğinin 0,5 misli miqdarında;

 c) müqavilə üzrə əmlak xarici ölkənin vətəndaşına və ya hüquqi şəxsinə və vətəndaşlığı olmayan şəxslərə keçərsə — aylıq əmək haqqının vergi tutulmayan məbləğinin 1 misli miqdarında;

 3. Yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin müddətsiz istifadəyə verilməsi haqqında müqavilələrin təsdiqi üçün:

 a) müqavilə üzrə istifadə hüququ ərə (arvada), uşaqlara, babaya, nənəyə, nəvəyə, valideynlərə, qardaşa, bacıya, keçirsə — aylıq əmək haqqının vergi tutulmayan məbləğinin 0,1 misli miqdarında;

 b) müqavilə üzrə istifadə hüququ digər vətəndaşlara keçirsə — aylıq əmək haqqının vergi tutulmayan məbləğinin 0,2 misli miqdarında;

 c) müqavilə üzrə istifadə hüququ fəaliyyət növündən və mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxsə keçirsə — aylıq əmək haqqının vergi tutulmayan məbləğinin 0,3 misli miqdarında;

 4. qiymətləndirilən başqa müqavilələrin təsdiqi üçün:

 a) tərəflər ər (arvad), uşaqlar, valideynlər, baba, nənə, nəvə, qardaş, bacıdan ibarətdirsə — aylıq əmək haqqının vergi tutulmayan məbləğinin 0,5 misli miqdarında;

 b) tərəflərdən biri kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxsdirsə — aylıq əmək haqqının vergi tutulmayan  məbləğinin 0,5 misli miqdarında;

c) tərəflər digər fiziki və hüquqi şəxsdirsə — aylıq əmək haqqının vergi tutulmayan məbləğinin 3 misli miqdarında. [118]

5. əmlak bölgüsü, zaminlik, təsis və başqa qiymətləndirilməyən müqavilələrin, əvvəllər bağlanmış müqavilənin ləğvi barədə sazişin təsdiqi üçün:

 a) tərəflər ər (arvad), uşaqlar, valideynlər, baba, nənə, nəvə, qardaş, bacıdan ibarətdirsə — aylıq əmək haqqının vergi tutulmayan məbləğinin 0,1 misli miqdarında;

 b) tərəflər digər vətəndaşlardan ibarətdirsə — aylıq əmək haqqının vergi tutulmayan məbləğinin 0,2 misli miqdarında;

 c) tərəflərdən biri fəaliyyət növündən və mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxsdirsə — aylıq əmək haqqının vergi tutulmayan məbləğinin 0,3 misli miqdarında;

 6. vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi üçün:

 a) qanunla müəyyən edilən bütün növbəli vərəsələrə — aylıq əmək haqqının vergi tutulmayan məbləğinin 0,1 misli miqdarında;

 b) vərəsə digər vətəndaşdırsa və ya hüquqi şəxsdirsə — aylıq əmək haqqının vergi tutulmayan məbləğinin 0,6 misli miqdarında;

 7. ər-arvadın birgə nikah dövründə qazanılmış ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqındakı şəhadətnamələrin verilməsi üçün — aylıq əmək haqqının vergi tutulmayan məbləğinin 0,1 misli miqdarında;

 8. əmlakın, o cümlədən nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi və ona sərəncam verilməsi, kredit əməliyyatlarının aparılması üçün verilən vəkalətnamələrin təsdiqi üçün:

 a) vəkalətnamə ərə (arvada), uşaqlara, valideynlərə, babaya, nənəyə, nəvəyə, qardaşa, bacıya, verilirsə — aylıq əmək haqqının vergi tutulmayan məbləğinin 0,1 misli miqdarında;

 b) vəkalətnamə digər vətəndaşlara verilirsə — aylıq əmək haqqının vergi tutulmayan məbləğinin 0,2 misli miqdarında;

 c) vəkalətnamə fəaliyyət növündən və mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxsə verilirsə — aylıq əmək haqqının vergi tutulmayan məbləğinin 0,3 misli miqdarında;

 9. əmlakdan, o cümlədən nəqliyyat vasitələrindən istifadə edilməsi və başqa vəkalətnamələrin təsdiqi üçün:

 a) vəkalətnamə ərə (arvada), uşaqlara, valideynlərə, babaya, nənəyə, nəvəyə, qardaşa, bacıya verilirsə — aylıq əmək haqqının vergi tutulmayan məbləğinin 0,1 misli miqdarında;

 b) vəkalətnamə digər vətəndaşlara verilirsə — aylıq əmək haqqının vergi tutulmayan məbləğinin 0,2 misli miqdarında;

 c) vəkalətnamə fəaliyyət növündən və mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxsə verilirsə — aylıq əmək haqqının vergi tutulmayan məbləğinin 0,3 misli miqdarında;

9.1. pensiyaların alınması üçün pensiyaçılar tərəfindən verilən vəkalətnamələrin təsdiqi üçün — aylıq əmək haqqının vergi tutulmayan  məbləğinin 0,01 misli miqdarında. [119]

 10. vərəsəlik əmlakının mühafizəsi barədə tədbir görülməsi üçün:

 a) vərəsə Azərbaycan Respublikasının vətəndaşıdırsa — aylıq əmək haqqının vergi tutulmayan məbləğinin 0,2 misli miqdarında;

 b) vərəsə Azərbaycan Respublikasının hüquqi şəxsidirsə — aylıq əmək haqqının vergi tutulmayan məbləğinin 0,3 misli miqdarında;

 c) vərəsə xarici ölkənin vətəndaşı və ya hüquqi şəxsidirsə və ya vətəndaşlığı olmayan şəxsdirsə — aylıq əmək haqqının vergi tutulmayan məbləğinin 0,5 misli miqdarında;

 11. dəniz protestlərinin tərtibi üçün — aylıq əmək haqqının vergi tutulmayan məbləğinin 0,5 misli miqdarında;

 12. vəsiyyətnamələrin təsdiqi üçün:

 a) miras qoyan Azərbaycan Respublikasının vətəndaşıdırsa — aylıq əmək haqqının vergi tutulmayan məbləğinin 0,1 misli miqdarında;

 b) miras qoyan xarici ölkənin vətəndaşıdırsa və ya vətəndaşlığı olmayan şəxsdirsə — aylıq əmək haqqının vergi tutulmayan məbləğinin 0,2 misli miqdarında;

 13. notariat qaydasında təsdiq edilmiş sənədlərin təkrarən verilməsi (dublikat) üçün:

 a) Azərbaycan Respublikasının vətəndaşlarına — aylıq əmək haqqının vergi tutulmayan məbləğinin 0,05 misli miqdarında;

 b) hüquqi şəxslərə — aylıq əmək haqqının vergi tutulmayan məbləğinin 0,1 misli miqdarında;

 14. sənədlərin bir dildən başqa dilə tәrcümәsinin düzgünlüyünün təsdiqi, (hər səhifəyə görə), sənədlərdən surət və çıxarışların düzgünlüyünün təsdiqi, sənədlərdəki imzanın həqiqiliyinin, həmçinin tərcüməçinin imzasının həqiqiliyinin və vətəndaşla fotoşəkildəki şəxsin eyniliyinin təsdiqi üçün:

 a) Azərbaycan Respublikasının vətəndaşlarına — aylıq əmək haqqının vergi tutulmayan məbləğinin 0,01 misli miqdarında;

 b) Azərbaycan Respublikasının hüquqi şəxslərinə — aylıq əmək haqqının vergi tutulmayan məbləğinin 0,02 misli miqdarında;

 15. icra qeydlərinin aparılması üçün:

 a) vətəndaşlara — aylıq əmək haqqının vergi tutulmayan məbləğinin 0,2 misli miqdarında;

 b) hüquqi şəxslərə — aylıq əmək haqqının vergi tutulmayan məbləğinin 0,3 misli miqdarında;

 16. vətəndaşların, dövlət idarə, müəssisə və təşkilatlarının, kooperativ və digər ictimai təşkilatların ərizələrinin başqa vətəndaşlara, dövlət idarə, müəssisə və təşkilatlarına, kooperativ və başqa ictimai təşkilatlara verilməsi və bu maddənin 1—15 bəndlərində göstərilən hərəkətlərdən başqa aparılan notariat hərəkətləri üçün — aylıq əmək haqqının vergi tutulmayan məbləğinin 0,1 misli miqdarında. 

2 saylı Əlavə

Əlavə xidmət haqqının məbləğləri [120]

 

 Əlavə xidmət haqqının məbləğləri aşağıdakılardır:

 1. Müştərinin verdiyi bildiriş üzrə əvvəlcədən razılaşdırılmış vaxtda qəbulu üçün — aylıq əmək haqqının vergi tutulmayan məbləğinin 0,1 misli miqdarında;

 2. Bu Qanunla müəyyən edilmiş hallarda müştərini onun qabaqcadan verdiyi bildiriş üzrə iş yerindən kənarda notariat hərəkətlərinin kənarda aparılmasına görə getmək üçün — aylıq əmək haqqının vergi tutulmayan məbləğinin 0,1 misli miqdarında;

 3. Notariusun iş yerindən kənarda notariat hərəkətlərinin aparılmasına görə olduğu vaxtın hər bir saatı üçün — aylıq əmək haqqının vergi tutulmayan məbləğinin 0,1 misli miqdarında;

 4. Aparılan notariat hərəkəti ilə bağlı olmayan məsələlərə dair yazılı məsləhətlər üçün — aylıq əmək haqqının vergi tutulmayan məbləğinin 0,1 misli miqdarında;

5. Aparılan notariat hərəkəti ilə bağlı olmayan sənədin layihəsinin tərtibi üçün — aylıq əmək haqqının vergi tutulmayan məbləğinin 0,05 misli miqdarında.

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       18 aprel 2000-ci il tarixli 865-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 6, maddə 414)

2.       20 fevral 2001-ci il tarixli 82-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 5, maddə 293)

3.       12 oktyabr 2001-ci il tarixli 194-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 687)

4.       4 dekabr 2001-ci il tarixli 223-IIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 740)

5.       23 aprel 2002-ci il tarixli 311-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 241)

6.       24 may 2002-ci il tarixli 333-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 4, maddə 328)

7.       22 noyabr 2002-ci il tarixli 382-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 12, maddə 706)

8.       20 aprel 2004-cü il tarixli 639-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 5, maddə 318)

9.       29 mart 2005-ci il tarixli 870-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 4, maddə 281)

10.    28 iyun 2005-ci il tarixli 967-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 699)

11.    20 sentyabr 2005-ci il tarixli 990-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 11, maddə 993)

12.    30 sentyabr 2005-ci il tarixli 1019-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 noyabr 2005-ci il)

13.    29 dekabr 2006-cı il tarixli 220-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 1, maddə 4)

14.    19 dekabr 2006-cı il tarixli 205-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 69)

15.    17 aprel 2007-ci il tarixli 315-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 745)

16.    9 oktyabr 2007-ci il tarixli 430-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1053)

17.    19 oktyabr 2007-ci il tarixli 459-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1075)

18.    2 iyun 2008-ci il tarixli 618-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 462)

19.    13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602)

20.    2 dekabr 2008-ci il tarixli 727-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 16 yanvar 2009-cu il, № 11, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 5)

21.    30 iyun 2009-cu il tarixli  856-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti  24 iyul 2009-cu il, № 160, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 07, maddə 517)

22.    27 oktyabr 2009-cu il tarixli 901-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 25 noyabr 2009-cu il, № 246, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 11, maddə 878)

23.    30 sentyabr 2010-cu il tarixli 1044-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti  18 iyul 2010-cu il, 153,Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 07, maddə 597)

24.    30 sentyabr 2010-cu il tarixli  1080-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti  14 noyabr 2010-cu il,№ 252 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 11, maddə 938)

25.    4 mart 2011-ci il tarixli  83-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti  15 mart 2011-ci il,№ 79, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 4, maddə 258)

26.    15 noyabr 2011-ci il tarixli 243-IVQD nömrəli Azərbaycan Respublikası Qanunu (“Azərbaycan” qəzeti 01 yanvar 2012-ci il,№ 01, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 12, maddə 1098)

27.    1 oktyabr 2012-ci il tarixli 433-IVQD nömrəli Azərbaycan Respublikası Qanunu (“Azərbaycan” qəzeti 18 oktyabr 2012-ci il,№ 234, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 10, maddə 946)

28.    30 sentyabr 2013-cü il tarixli 752-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 noyabr 2013-cü il, № 264; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 11, maddə 1271)

29.    17 oktyabr 2014-cü il tarixli 1073-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 7 noyabr 2014-cü il, № 243; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1353)

30.    03 aprel 2015-ci il tarixli 1240-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 05 may 2015-ci il, № 095, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 5, maddə 487)

31.    18 dekabr 2015-ci il tarixli 44-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 yanvar 2016-cı il, № 22, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 01, maddə 11)

32.    14 iyun 2016-cı il tarixli 296-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 iyul 2016-cı il, № 148, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 7, maddə 1243)

33.    29 noyabr 2016-cı il tarixli 430-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 dekabr 2016-cı il, № 280, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 2025)

34.    30 dekabr 2016-cı il tarixli 489-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 9 fevral 2017-ci il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 02, maddə 148)

35.    17 noyabr 2017-ci il tarixli 873-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 24 dekabr 2017-ci il, № 285, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12, I kitab maddə 2236)

36.    31 may 2018-ci il tarixli 1157-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 10 iyul 2018-ci il, № 150, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 7, I kitab maddə 1388)

37.    29 iyun 2018-ci il tarixli 1223-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 avqust 2018-ci il, № 179, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 8, maddə 1673)

38.    15 noyabr 2018-ci il tarixli 1334-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 noyabr 2018-ci il, № 263, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2230)

39.    28 dekabr 2018-ci il tarixli 1405-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 yanvar 2019-cu il, № 23, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 22)

40.    3 may 2019-cu il tarixli 1585-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 iyun 2019-cu il, № 128, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 6, maddə 993)

41.    17 may 2019-cu il tarixli 1594-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 iyun 2019-cu il, № 128, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 6, maddə 997)

42.    8 oktyabr 2019-cu il tarixli 1672-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 noyabr 2019-cu il, № 255, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 11, maddə 1681)

43.    30 iyun 2020-ci il tarixli 153-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 11 avqust 2020-ci il, № 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 8, maddə 1014)

44.    23 fevral 2021-ci il tarixli 271-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 28 fevral 2021-ci il, №46, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2, maddə 116)

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 28 dekabr 2018-ci il tarixli 1405-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 yanvar 2019-cu il, № 23, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 22) ilə 1-ci maddəyə yeni məzmunda üçüncü hissə əlavə edilmişdir.

 

[2] 15 noyabr 2018-ci il tarixli 1334-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 noyabr 2018-ci il, № 263, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2230) ilə 3-cü maddənin ikinci hissəsi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

Dövlət və ya xüsusi notarius kimi işləmək istəyən Azərbaycan Respublikasının hər bir vətəndaşı (bundan sonra - vətəndaş) ali hüquq təhsilli olmalı, mənəvi keyfiyyətlərə və peşə biliklərinə malik olmalıdır.

 

[3] 28 iyun 2005-ci il tarixli 967-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 699) ilə 3-cü maddənin üçüncü hissəsində "öhdəlikləri olan," sözlərindən sonra "vəzifəsinin icrası ilə bağlı əvvəllər qanunvericiliyin tələblərini pozduğuna görə işdən azad edilmiş," sözləri əlavə edilmişdir.

 

29 dekabr 2006-cı il tarixli 220-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 1, maddə 4) ilə 3-cü maddədə üçüncü hissədə "öhdəlikləri olan " sözlərindən sonra "şəxs, din xadimi " sözləri, "məhkəmənin qərarı olan "  sözlərindən sonra ", tibbi rəyə əsasən fiziki və əqli qüsurlarına görə notarius işləməyə qadir olmayan, 65 yaşına çatmış" sözləri əlavə edilmişdir, "qəsdən " sözü çıxarılmışdır.

 

[4] 15 noyabr 2018-ci il tarixli 1334-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 noyabr 2018-ci il, № 263, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2230) ilə mətn üzrə ismin müvafiq hallarında “vətəndaş” sözü (89-cu maddə istisna olmaqla) ismin müvafiq hallarında “şəxs” sözü ilə əvəz edilmişdir.

 

[5] 28 iyun 2005-ci il tarixli 967-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 699) ilə 3-cü maddənin beşinci hissəsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

İş vaxtından kənar müəllimlik və elmi fəaliyyətdən başqa, notariusa digər dövlət orqanlarında haqqı ödənilən işləri yerinə yetirmək qadağandır.

 

[6] 30 sentyabr 2005-ci il tarixli 1019-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 3 noyabr 2005-ci il) ilə  3-cü maddəyə yeddinci hissə əlavə edilmişdir.

 

29 dekabr 2006-cı il tarixli 220-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 1, maddə 4) ilə yeni məzmunda yeddinci hissə əlavə edilmişdir, yeddinci hissə səkkizinci hissə hesab edilmişdir.

 

15 noyabr 2018-ci il tarixli 1334-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 noyabr 2018-ci il, № 263, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2230) ilə 3-cü maddənin səkkizinci hissəsinə “tələblərinə” sözündən sonra “və müvafiq icra hakimiyyəti orqanının metodiki tövsiyələrinə” sözləri əlavə edilmişdir.

 

[7] 15 noyabr 2018-ci il tarixli 1334-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 noyabr 2018-ci il, № 263, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2230) ilə 4-cü maddənin birinci hissənin ikinci cümləsi çıxarılmışdır.

 

[8] 27 oktyabr 2009-cu il tarixli 901-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 25 noyabr 2009-cu il, № 246, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 11, maddə 878) ilə 4-cü maddənin dördüncü hissə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Şəhadətnamə almaq istəyən şəxslərin bilik səviyyəsi imtahan və müsahibə vasitəsi ilə yoxlanılmalı, bundan sonra onlar notarius yanında 6 ay müddətində mülki hüquq müqaviləsi əsasında təcrübə keçməlidirlər.

 

[9] 27 oktyabr 2009-cu il tarixli 901-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 25 noyabr 2009-cu il, № 246, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 11, maddə 878) ilə 4-cü maddənin beşinci hissədə “təcrübə keçməkdən” sözləri “icbari təlimdən” sözləri ilə əvəz edilmişdir.

 

15 noyabr 2018-ci il tarixli 1334-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 noyabr 2018-ci il, № 263, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2230) ilə 4-cü maddənin beşinci hissəsi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiya deyilirdi:

Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının notariat fəaliyyətinə nəzarəti bilavasitə həyata keçirən qurumunda və notariat kontorlarıda məsləhətçi və ondan yuxarı vəzifələrdə 2 ildən az olmayaraq işləyən şəxslər icbari təlimdən azad edilirlər.

 

[10] 27 oktyabr 2009-cu il tarixli 901-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 25 noyabr 2009-cu il, № 246, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 11, maddə 878) ilə 4-cü maddənin altıncı hissədə “Notarius yanında təcrübə keçmiş və ya təcrübə keçməkdən” sözləri “İcbari təlimdən” sözləri ilə əvəz edilmişdir.

 

15 noyabr 2018-ci il tarixli 1334-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 noyabr 2018-ci il, № 263, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2230) ilə 4-cü maddənin altıncı hissə ləğv edilmişdir.

 

[11] 28 iyun 2005-ci il tarixli 967-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 699) ilə 4-cü maddənin mətni yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyasında deyilirdi:

Bu Qanunun 3-cü maddəsində göstərilən tələblərə cavab verən şəxslər şəhadətnamə almaq üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla və hər bir notariusa düşən orta illik notariat hərəkətlərinin sayı nəzərə alınmaqla notarius yanında bir illik təcrübə keçməlidir.

Ali hüquq təhsilli, 3 ildən az olmayaraq notarius, vəkil, hakim, prokuror, müstəntiq, məhkəmə və hüquq-mühafizə orqanlarının qanunverici və təşkilati təminatı ilə bilavasitə bağlı olan qanunvericilik, müvafiq icra hakimiyyəti və məhkəmə orqanlarının aparatlarında məsul vəzifələrdə (məsləhətçi və ondan yuxarı) işləmiş və yaxud elmi və pedaqoji təhsil müəssisələrində hüquq sahəsində fəaliyyət göstərmiş, lazımi peşə biliklərinə malik olan şəxslər təcrübə keçməkdən azad edilirlər.

Notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olmaq üçün şəhadətnamə almaq istəyən vətəndaş Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət etməlidir.

Həmin ərizəyə:

1. notarius yanında təcrübə keçmiş vətəndaş kadrlar uçotu üzrə şəxsi vərəqəni, əmək kitabçasından çıxarışı, xidməti xasiyyətnaməni, təhsil haqqında sənədin surətini, notarius yanında təcrübə keçirilməsinə dair arayışı;

2. notarius vəzifəsində işləmiş vətəndaş yalnız kadrlar uçotu üzrə şəxsi vərəqəni, əmək kitabçasından çıxarışı, xidməti xasiyyətnaməni, təhsil haqqında sənədin surətini əlavə etməlidir.

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı vətəndaş müraciət etdikdən sonra 10 gün müddətində onun məhkumluğunun olub-olmamasını araşdırmalı və daxil olmuş bütün sənədləri baxılması üçün ixtisas komissiyasına verməlidir.

 

27 oktyabr 2009-cu il tarixli 901-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 25 noyabr 2009-cu il, № 246, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 11, maddə 878) ilə 4-cü maddənin yeddinci hissədə “, təcrübənin” sözü çıxarılmışdır.

 

[12] 27 oktyabr 2009-cu il tarixli 901-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 25 noyabr 2009-cu il, № 246, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 11, maddə 878) ilə 5-ci maddənin birinci hissədə “onun” sözü çıxarılmışdır, “müsahibədən” sözü “müsahibənin” sözü ilə, “verilməsi və ya onun” sözləri “və təyinatlara dair təkliflərin verilməsi və ya şəhadətnamənin” sözləri ilə əvəz edilmişdir.

 

15 noyabr 2018-ci il tarixli 1334-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 noyabr 2018-ci il, № 263, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2230) ilə 5-ci maddənin birinci hissəyə “şəxsin” sözündən sonra “, habelə xüsusi notariusun köməkçisi vəzifəsinə namizədlərin” sözləri əlavə edilmişdir.

 

[13] 19 dekabr 2006-cı il tarixli 205-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 69) ilə 5-ci maddəsinin ikinci hissəsinin birinci cümləsi çıxarılmışdır.  

 

[14] 27 oktyabr 2009-cu il tarixli 901-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 25 noyabr 2009-cu il, № 246, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 11, maddə 878) ilə 5-ci maddənin dördüncü hissədə “təcrübəyə” sözü “icbari təlimə” sözləri ilə, “təcrübəni bitirmiş və ya təcrübədən” sözləri “icbari təlimdən” sözləri ilə, “verilməsi və ya bundan” sözləri “və təyinatlara dair təkliflərin verilməsi və ya şəhadətnamənin verilməsindən” sözləri ilə əvəz edilmişdir.

 

15 noyabr 2018-ci il tarixli 1334-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 noyabr 2018-ci il, № 263, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2230) ilə 4-cü maddənin dördüncü hissəsində “icbari təlimdən azad edilmiş şəxslərin” sözləri “icbari təlimin nəticələrini qiymətləndirir,” sözləri ilə əvəz edilmişdir.

 

[15] 15 noyabr 2018-ci il tarixli 1334-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 noyabr 2018-ci il, № 263, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2230) ilə 4-cü maddənin doqquzuncu hissəsi ləğv edilmişdir.

 

[16] 28 iyun 2005-ci il tarixli 967-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 699) ilə 5-ci maddənin mətni yeni redaksiyada verilmişdir. Maddənin əvvəlki redaksiyasında deyilirdi:

İxtisas komissiyası şəhadətnamənin verilməsi üçün müraciət etmiş vətəndaşın sənədlərinə baxır, ondan notariat fəaliyyəti üzrə peşə hazırlığına dair imtahan qəbul edir, vətəndaş haqqında sənədləri və onun tərəfindən verilən imtahanın nəticələrini nəzərə alaraq şəhadətnamə verilməsinin mümkünlüyü barədə, həmçinin Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının təqdimatının müzakirəsinin nəticələrini nəzərə alaraq şəhadətnamənin ləğv edilməsi barədə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edir, şəhadətnamədən imtina edildiyi halda isə bu barədə müvafiq qərar qəbul edir.

İxtisas komissiyasını öz işçilərinin sayı üç nəfərdən çox olmamaq şərti ilə beş il müddətinə altı nəfər təcrübəli notarius, beş nəfər təcrübəli mütəxəssis hüquqşünasdan ibarət tərkibdə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı yaradır. Bu komissiya ixtisas (yeddi üzv) və apellyasiya (yeddi üzv) tərkiblərindən ibarətdir. Komissiyanın sədrini ( apellyasiya tərkibinin sədri), onun müavinini (ixtisas tərkibinin sədri) və katibini komissiya üzvləri öz aralarından seçirlər.

İxtisas komissiyasının fəaliyyətinin təşkilati təminatını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həyata keçirməlidir.

İxtisas komissiyasına daxil olmuş sənədlər üzrə məsələlər müvafiq qaydada komissiyanın tərkib hissələrinin iclaslarında bir ay müddətindən gec olmadan öz həllini tapmalıdır. Hər bir iclasın gedişatı və qəbul olunan qərarlar tərtib edilən protokolda öz əksini tapmalıdır.

İxtisas komissiyasının hissələr üzrə iclası onun üzvlərinin azı üçdə ikisi iştirak etdikdə səlahiyyətlidir.

İxtisas komissiyasının hər bir tərkib hissəsi öz qərarlarını səs çoxluğu ilə qəbul edir və bundan sonra üç gün müddətində vətəndaş haqqında qərarın surətini ona verməlidir.

Vətəndaş komissiyanın ixtisas tərkib hissəsinin qərarının surətini aldıqdan sonra bir ay müddətində onun barəsində məhkəməyə şikayət edə bilər.

Mübahisə olunan məsələ üzrə məhkəmə tərəfindən onun ixtisas komissiyasında təkrar baxılması təyin edilərsə, həmin məsələyə bir daha bu komissiyanın apellyasiya tərkib hissəsində baxılır və müvafiq qərar qəbul olunur.

İxtisas komissiyası tərəfindən haqqında mənfi qərar çıxarılmış vətəndaşın şəhadətnamə verilməsi barədə təkrar ərizəsi üzrə ondan yenidən imtahan qəbul edilməsinə yalnız belə qərar çıxarıldıqdan bir il sonra yol verilir.

 

27 oktyabr 2009-cu il tarixli 901-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 25 noyabr 2009-cu il, № 246, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 11, maddə 878) ilə 5-ci maddənin onuncu hissə çıxarılmışdır.

 

[17] 27 oktyabr 2009-cu il tarixli 901-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 25 noyabr 2009-cu il, № 246, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 11, maddə 878) ilə 6-cı maddənin birinci hissəsində “İxtisas” sözü “İcbari təlimi müvəffəqiyyətlə bitirənlərə və ya peşə hazırlığına dair müsahibədən keçənlərə ixtisas” sözləri ilə əvəz edilmişdir.

 

4 mart 2011-ci il tarixli  83-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti  15 mart 2011-ci il,№ 79, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 4, maddə 258) ilə 6-cı maddənin birinci hissəsində “dövlət notariat kontorlarının və dövlət notariat arxivinin saxlanılması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının xüsusi hesabına əlli beş manat məbləğində haqq” sözləri “dövlət rüsumu” sözləri ilə əvəz edilmişdir.

 

[18] 4 mart 2011-ci il tarixli  83-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti  15 mart 2011-ci il,№ 79, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 4, maddə 258) ilə 6-cı maddənin ikinci hissədə “Bu barədə qəbz” sözləri “Dövlət rüsumunun ödənilməsi haqqında sənəd” sözləri ilə əvəz edilmişdir.

 

[19] 2 iyun 2008-ci il tarixli 618-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 462) ilə 6-cı maddəsinin birinci və üçüncü hissələrində “şərti maliyyə vahidinin 50 misli” sözləri “əlli beş manat” sözləri ilə əvəz edilmişdir.

 

2 dekabr 2008-ci il tarixli 727-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 16 yanvar 2009-cu il, № 11, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 5) ilə 6-cı maddənin birinci və üçüncü hissələrində "Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının dövlət notariat kontorlarının və dövlət notariat arxivinin saxlanılması üçün xüsusi hesaba" sözləri "dövlət notariat kontorlarının və dövlət notariat arxivinin saxlanılması üçün Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının xüsusi hesabına" sözləri ilə əvəz edilmişdir.

 

30 sentyabr 2010-cu il tarixli 1044-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti  18 iyul 2010-cu il, 153,Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 07, maddə 597) ilə 6-cı maddəsinin üçüncü və dördüncü hissələri yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

Notariusun şəhadətnaməsinin müddəti qurtarana qədər o, notariat fəaliyyəti ilə məşğul olmağı davam etdirmək istəyirsə, şəhadətnamənin müddətinin uzadılmasına görə dövlət notariat kontorlarının və dövlət notariat arxivinin saxlanılması üçün Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının xüsusi hesabına əlli beş manat haqq ödəməlidir.

Bu barədə qəbz təqdim edildikdən sonra 10 gün müddətində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı notariusun şəhadətnaməsinin müddətini daha beş ilə uzatmalıdır.

 

4 mart 2011-ci il tarixli  83-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 15 mart 2011-ci il,№ 79, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 4, maddə 258) ilə 6-cı maddənin dördüncü hissənin ikinci cümləsində “bu maddənin birinci hissəsində müəyyən edilmiş haqq” sözləri “dövlət rüsumu” sözləri ilə əvəz  edilmişdir.

 

[20] 28 iyun 2005-ci il tarixli 967-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 699) ilə 7-ci maddənin birinci hissəsinin birinci abzasında "İxtisas komissiyasının təqdimatı üzrə məhkəmənin" sözləri "Məhkəmənin" sözü ilə əvəz edilmişdir.

03 aprel 2015-ci il tarixli 1240-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 05 may 2015-ci il, № 095, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 5, maddə 487) ilə 7-ci maddəsinin birinci hissənin 3-cü bəndindən "Azərbaycan Respublikasının vətəndaşlığından çıxdıqda və ya" sözləri çıxarılmışdır.

28 iyun 2005-ci il tarixli 967-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 699) ilə 7-ci maddənin ikinci hissəsinin birinci cümləsindən "ixtisas komissiyası vasitəsi ilə" sözləri çıxarılsın, "qaydada" sözündən sonra "təqdimatla" sözü əlavə edilmişdir.

03 aprel 2015-ci il tarixli 1240-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 05 may 2015-ci il, № 095, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 5, maddə 487) ilə 7-ci maddəsinin üçüncü hissəyə yeni məzmunda 3-1-ci bənd əlavə edilmişdir.

28 iyun 2005-ci il tarixli 967-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 699) ilə 7-ci maddəyə üçüncü hissə əlavə edilmişdir.

29 dekabr 2006-cı il tarixli 220-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 1, maddə 4) ilə 7-ci maddənin üçüncü  hissəsinə yeni məzmunda 7-ci və 8-ci bəndlər əlavə edilmişdir.

 

15 noyabr 2018-ci il tarixli 1334-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 noyabr 2018-ci il, № 263, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2230) ilə 7-ci maddə yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

Maddə 7. Şəhadətnamənin ləğv edilməsi

Məhkəmənin qərarı ilə şəhadətnamə yalnız aşağıdakı hallarda ləğv edilə bilər:

1) notarius bu Qanunun 3-cü maddəsinin üçüncü hissəsində, 9-cu maddəsinin 3-cü bəndində, 28-ci maddəsinin birinci hissəsində, 30-cu maddəsində, 31-ci maddəsində, 32-ci maddəsinin dördüncü hissəsində, 33, 34 və 40-cı maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda;

2) notarius tərəfindən notariat hərəkətlərini aparan zamanı dövlətə, fiziki və ya hüquqi şəxsə mühüm ziyan vurmaqla qüvvədə olan qanunvericilik dəfələrlə pozulduqda;

3) notarius Azərbaycan Respublikasının vətəndaşlığından çıxdıqda və ya Azərbaycan Respublikasından daimi yaşayış üçün başqa ölkəyə köçüb getdikdə;

4) notarius cinayət törətməyə görə məhkum edildikdə və ya onun barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduqda;

5) notarius barəsində bəraətverici əsaslar olmadan cinayət işinin xitam olunması haqqında qərar çıxarıldıqda;

6) notariusun fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması və ya fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduqda.

Bu maddənin birinci hissəsinin 1-6-cı bəndlərində sadalanan hallardan biri mövcuddursa, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı şəhadətnamənin ləğv edilməsi barədə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada təqdimatla məhkəməyə müraciət etməlidir. Məhkəmənin notariusun şəhadətnaməsinin ləğv edilməsi barədə qərarı qanuni qüvvəyə mindikdən dərhal sonra Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı notariusun fəaliyyətinə xitam verilməsi üçün lazımi tədbirləri həyata keçirməlidir.

Aşağıdakı hallarda notariusun şəhadətnaməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən ləğv edilə bilər:

1)notarius öz arzusu ilə şəhadətnaməsinin ləğv olunması barədə yazılı ərizə verdikdə;

2)şəhadətnamə almış şəxs notarius andını qəbul etmədikdə;

3)notarius vəfat etdikdə;

3-1. notariusun Azərbaycan Respublikasının vətəndaşlığına xitam verildikdə;

4)notarius məhkəmə tərəfindən ölmüş elan edildikdə və ya itkin düşmüş hesab edildikdə;

5)şəhadətnamənin müddəti uzadılmadıqda;

6)notarius əmək qabiliyyətini fasiləsiz olaraq 6 aydan çox müddətə tam itirdikdə (müvafiq icra hakimiyyəti orqanının rəyi olduqda).

7) notariusun  şəhadətnamə  almaq  üçün  təqdim  etdiyi  sənədlərdə bilərəkdən təhrif olunmuş məlumatların qeyd edildiyi aşkar olunduqda;

8) notarius 65 yaşa çatdıqda.

 

[21] 15 noyabr 2018-ci il tarixli 1334-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 noyabr 2018-ci il, № 263, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2230) ilə yeni məzmunda 7-1-ci maddə əlavə edilmişdir.

 

[22] 30 sentyabr 2005-ci il tarixli 1019-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 3 noyabr 2005-ci il) ilə 9-cu maddənin 4-cü bəndi çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:

4) Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan hallarda vərəsəlik və ya bağışlama qaydasında ayrı-ayrı şəxslərin mülkiyyətinə keçən əmlakdan vergi hesablamaq məqsədi ilə əmlakın dəyəri barədə müvafiq icra hakimiyyəti orqanlarına arayış təqdim etməlidir.

 

[23] 15 noyabr 2018-ci il tarixli 1334-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 noyabr 2018-ci il, № 263, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2230) ilə 10-cu maddə yeni redaksiyada verilmişdir.

 

əvvəlki redakisiyada deyilirdi:

Maddə 10. Notariusun şəxsi möhürü, ştampı və blankları

Azərbaycan Respublikasında hər bir notariusun ona məxsus gerbli möhürü, təsdiq qeydləri ştampları, işlədiyi notariat kontorunun künc ştampı və blankları olmalıdır.

Notariusun möhüründə notariusun soyadı, adı, atasının adı və işlədiyi notariat kontorunun adı göstərilməlidir.

 

[24] 28 iyun 2005-ci il tarixli 967-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 699) ilə 10-1-ci maddə əlavə edilmişdir.

 

29 dekabr 2006-cı il tarixli 220-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 1, maddə 4) ilə 10-1-ci maddənin adında, birinci və ikinci hissələrində "Notariusun", "notarius" sözləri müvafiq olaraq "Xüsusi  notariusun", "xüsusi notarius" sözləri ilə əvəz edilmişdir.

 

[25] 3 may 2019-cu il tarixli 1585-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 iyun 2019-cu il, № 128, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 6, maddə 993) ilə 12-ci maddənin ikinci hissəsi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

Notariuslar və notariat hərəkətləri aparan digər vəzifəli şəxslər statistik və mühasibat hesabatları aparmalı, notariat hərəkətləri və tutulan dövlət rüsumları, büdcəyə keçirilən vergilər və digər ödəmələr barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına hesabat və məlumat verməlidirlər.

 

[26] 3 may 2019-cu il tarixli 1585-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 iyun 2019-cu il, № 128, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 6, maddə 993) ilə 12-ci maddəyə yeni məzmunda üçüncü hissə əlavə edilmişdir.

 

[27] 27 oktyabr 2009-cu il tarixli 901-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 25 noyabr 2009-cu il, № 246, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 11, maddə 878) ilə 14-cü maddənin birinci hissəsində “notarius yanında təcrübə keçənlərin” sözləri “icbari təlimə cəlb olunanların” sözləri ilə əvəz edilmişdir.

 

15 noyabr 2018-ci il tarixli 1334-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 noyabr 2018-ci il, № 263, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2230) ilə mətn üzrə ismin müvafiq hallarında “notariat kontoru” və “notariat kontorları” sözləri ismin müvafiq hallarında “notariat ofisi” və “notariat ofisləri” sözləri ilə əvəz edilmişdir.

 

[28] 15 noyabr 2018-ci il tarixli 1334-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 noyabr 2018-ci il, № 263, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2230) ilə 14-cü maddənin beşinci hissəsi müvafiq olaraq altıncı hissə hesab edilmişdir və yeni məzmunda beşinci hissə əlavə edilmişdir.

 

[29] 28 iyun 2005-ci il tarixli 967-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 699) ilə 14-cü maddəyə birinci hissə əlavə edilmiş, birinci, ikinci və üçüncü hissələr isə müvafiq olaraq ikinci, üçüncü və dördüncü hissələr hesab edilmiş, eləcə də maddəyə 5-ci hissə əlavə əlavə edilmişdir.

 

[30] 15 noyabr 2018-ci il tarixli 1334-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 noyabr 2018-ci il, № 263, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2230) ilə 14-cü maddəyə yeni məzmunda yeddinci və səkkizinci hissələr əlavə edilmişdir.

 

[31] 27 oktyabr 2009-cu il tarixli 901-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 25 noyabr 2009-cu il, № 246, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 11, maddə 878) ilə 14-1-ci maddə əlavə edilmişdir.

 

KM1 29 iyun 2007-ci il tarixli (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı №3/2007) ilə 1. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 15 və 18-1-ci maddələrində bələdiyyələr tərəfindən vəsiyyətnamələrin təsdiq edilməsi qaydasının nəzərdə tutulmaması özü-özlüyündə yerli özünüidarə orqanlarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1179.2-ci maddəsində təsbit olunmuş notariusun olmadığı yerlərdə vəsiyyətnamələri təsdiq etmək səlahiyyətini istisna etmir.

2. Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin i hissəsinin 1-ci və 12-ci bəndlərinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1179.2-ci maddəsində nəzərdə tutulmuş notariusun olmadığı yerlərdə yerli özünüidarə orqanları tərəfindən vəsiyyətnamənin təsdiq edilməsi səlahiyyətinin həyata keçirilməsi qaydalarının müəyyən edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunsun.

 

[32] 23 aprel 2002-ci il tarixli 311-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 241) ilə 15-ci maddədə "orqanları" sözündən sonra "Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq notariusa bərabər tutulan şəxslər" sözləri əlavə edilmişdir.

 

[33] 29 dekabr 2006-cı il tarixli 220-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 1, maddə 4) ilə 16-cı maddənin ikinci hissəsində "Azərbaycan Respublikasının   əmək qanunvericiliyinə "  sözləri  "Ədliyyə orqanlarında qulluq keçmə  haqqında" Azərbaycan Respublikasının Qanununa" sözləri   ilə əvəz edilmişdir.

 

[34] 15 noyabr 2018-ci il tarixli 1334-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 noyabr 2018-ci il, № 263, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2230) ilə 16-cı maddəyə yeni məzmunda üçüncü hissə əlavə edilmişdir.

 

[35] 15 noyabr 2018-ci il tarixli 1334-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 noyabr 2018-ci il, № 263, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2230) ilə 17-ci maddənin birinci hissəsinin 13-cü bəndinə “ərizələrini” sözündən sonra “və sənədlərini” sözləri əlavə edilmişdir.

 

[36] 23 aprel 2002-ci il tarixli 311-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 241) ilə 17-ci maddənin birinci hissəsinin 14-cü bəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

14) pul məbləğlərini və qiymətli kağızları depozitə qəbul edir;

 

[37] 28 iyun 2005-ci il tarixli 967-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 699) ilə 17-ci maddənin ikinci hissəsi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:

Xaricdə istifadə edilən sənədlərin təsdiqi, dəniz protestlərinə baxılması və daşınmaz əmlakın özgəninkiləşdirilməsi haqqında olan notariat hərəkətlərinin aparılması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər bir inzibati ərazi vahidində fəaliyyət göstərən müəyyən bir notariusa həvalə edilir.

 

[38] 14 iyun 2016-cı il tarixli 296-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 iyul 2016-cı il, № 148, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 7, maddə 1243) ilə 18-ci maddənin 1-ci hissəsinə 6-cı bənd əlavə edilmişdir.

 

[39] 23 aprel 2002-ci il tarixli 311-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 241) ilə Qanuna 18-1-ci maddə əlavə edilmişdir.

 

[40] 23 aprel 2002-ci il tarixli 311-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 241) ilə 19-cu maddənin birinci hissəsinin 12-ci bəndi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:

12) pul məbləğlərini və qiymətli kağızları depozitə qəbul edirlər;

 

[41] 28 iyun 2005-ci il tarixli 967-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 699) ilə 20-ci maddənin  birinci hissəsində "yaradır" sözündən sonra "və ləğv edir" sözləri əlavə edilmişdir.

 

[42] 27 oktyabr 2009-cu il tarixli 901-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 25 noyabr 2009-cu il, № 246, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 11, maddə 878) ilə 20-ci maddənin ikinci hissəsindən “dövlət notariusu yanında təcrübə keçən,” sözləri çıxarılmışdır.

 

15 noyabr 2018-ci il tarixli 1334-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 noyabr 2018-ci il, № 263, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2230) ilə 20-ci maddənin ikinci hissəsi yeni redaksiyada verimişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

Böyük dövlət notariusu, dövlət notariusu, dövlət notariusu yanında təcrübə keçən, məsləhətçi və lazımi texniki işçi ştatlarından istifadə etməklə dövlət notariat konturlarının ştat cədvəlini və iş qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

 

[43] 28 iyun 2005-ci il tarixli 967-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 699) ilə 20-ci maddənin  üçüncü hissəsində "böyük dövlət notariusu" sözlərindən sonra "(dövlət notariusu)" sözləri əlavə edilmişdir.

 

[44] 20 sentyabr 2005-ci il tarixli 856-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan (“Azərbaycan” qəzeti, 24 noyabr 2005-ci il) ilə 20-ci maddənin dördüncü hissəsindən "notariat hərəkətlərinin aparılmasına görə tutulan dövlət rüsumundan, " sözləri çıxarılmışdır.

 

2 dekabr 2008-ci il tarixli 727-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 16 yanvar 2009-cu il, № 11, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 5) ilə 20-ci maddənin dördüncü hissəsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Dövlət notariat kontorları şəhadətnamənin verilməsi və notariuslar tərəfindən notariat hərəkətləri ilə bağlı olmayan məsələlər üzrə göstərilən xidmətə görə alınan haqdan Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına daxil olmuş vəsait hesabına saxlanılır.

 

4 mart 2011-ci il tarixli  83-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 15 mart 2011-ci il,№ 79, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 4, maddə 258) ilə 20-ci maddənin dördüncü hissəsindən və 21-ci maddənin altıncı hissəsindən “şəhadətnamənin verilməsinə və” sözləri çıxarılmışdır.

 

[45] 20 sentyabr 2005-ci il tarixli 990-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 11, maddə 993) ilə 21-ci maddəsinin altıncı hissəsindən "notariat hərəkətlərinin aparılmasına görə tutulan dövlət rüsumundan, " sözləri çıxarılmışdır.

 

2 dekabr 2008-ci il tarixli 727-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 16 yanvar 2009-cu il, № 11, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 5) ilə 21-ci maddənin altıncı hissəsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Dövlət notariat arxivi şəhadətnamənin verilməsi və notariuslar tərəfindən notariat hərəkətləri ilə bağlı olmayan məsələlər üzrə göstərilən xidmətə görə alınan haqdan Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına daxil olmuş vəsait hesabına saxlanılır.

 

[46] 2 iyun 2008-ci il tarixli 618-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 462) ilə 22-ci maddəsində “Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş şərti maliyyə vahidinin 300 misli məbləğindən” sözləri “üç yüz otuz manatdan” sözləri ilə əvəz edilmişdir.

 

15 noyabr 2018-ci il tarixli 1334-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 noyabr 2018-ci il, № 263, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2230) ilə 22-ci maddə yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

Maddə 22. Xüsusi qaydada notariat fəaliyyətinin həyata keçirilməsi üçün xidməti sığorta

Xüsusi qaydada notariat fəaliyyətinin həyata keçirilməsi zamanı vurula biləcək ziyanın ödənilməsini təmin etmək məqsədi ilə belə fəaliyyətlə məşğul olmaq istəyən vətəndaş öz məsuliyyətini sığortalamalı və ya üç yüz otuz manatdan az olmamaq şərti ilə bankda xüsusi hesaba sığorta girovu keçirməlidir.

 

[47] 15 noyabr 2018-ci il tarixli 1334-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 noyabr 2018-ci il, № 263, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2230) ilə 23-cü maddənin birinci hissəsində “ 5 rəqəmi “ 1 rəqəmi ilə əvəz edilmişdir.

 

[48] 15 noyabr 2018-ci il tarixli 1334-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 noyabr 2018-ci il, № 263, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2230) ilə 23-cü maddənin ikinci hissədə “sığorta girovundakı vəsait” sözləri “bu Qanunun 22-ci maddəsinə əsasən müəyyən edilmiş sığorta məbləği” sözləri ilə əvəz edilmişdir.

 

[49] 28 iyun 2005-ci il tarixli 967-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 699) ilə 24-cü maddənin  ikinci hissəsində "ərizəni" sözündən sonra ", xüsusi notarius kimi fəaliyyət göstərəcəyi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış yer barədə sənədi" sözləri əlavə edilmiş, "ona əlavə edilmiş" sözləri çıxarılmışdır.

28 iyun 2005-ci il tarixli 967-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 699) ilə 24-cü maddənin üçüncü hissəsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Xüsusi notariusun qeydiyyat vəsiqəsində onun iş yerinin ünvanı və etibarlılıq müddəti göstərilməlidir.

28 iyun 2005-ci il tarixli 967-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 699) ilə 24-cü maddənin beşinci hissəsində "qeydiyyat vəsiqəsi" sözlərindən sonra "Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən" sözləri əlavə edilmişdir.

9 oktyabr 2007-ci il tarixli 430-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1053) ilə 24-cü maddəsinin altıncı hissəsində “bir ay müddətində” sözləri “inzibati qaydada və (və ya)” sözləri ilə əvəz edilmişdir.

28 iyun 2005-ci il tarixli 967-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 699) ilə 25-ci maddənin birinci hissəsində "icarəyə götürülmüş" sözlərindən sonra "və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış" sözləri əlavə edilmişdir.

22 noyabr 2002-ci il tarixli 382-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 12, maddə 706) ilə 25-ci maddənin ikinci hissəsindən ikinci cümlə, habelə üçüncü və dördüncü hissələri çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:

Xüsusi notariusun depozit hesabında saxlanılan pul vəsaitləri onun gəliri hesab olunmur.

Xüsusi notariusun notariat hərəkətlərinin aparılmasına görə tutduğu dövlət rüsumu və əlavə xidmət haqqından Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada vergilər və digər məcburi ödəmələr tutulur.

Notariat hərəkətlərinin aparılmasına görə tutulan dövlət rüsumu və əlavə xidmət haqqından vergilər və digər məcburi ödəmələr ödənildikdən sonra qalan pul vəsaitləri xüsusi notariusun sərəncamında qalır.

28 iyun 2005-ci il tarixli 967-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 699) ilə 25-ci maddəyə üçüncü, dördüncü, beşinci və altıncı hissələr əlavə edilmişdir.

 

15 noyabr 2018-ci il tarixli 1334-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 noyabr 2018-ci il, № 263, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2230) ilə 24-cü və 25-ci maddələr yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

Maddə 24. Xüsusi notariusların qeydiyyatı

Xüsusi qaydada notariat fəaliyyətinin həyata keçirilməsi üçün müvafiq şəhadətnamə almış və xidməti sığorta müqaviləsini bağlamış (bank idarəsinə xüsusi hesaba sığorta girovu keçirmiş) vətəndaş Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçərək xüsusi notariusun qeydiyyat vəsiqəsini almalıdır.

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı xüsusi notariusun qeydiyyat vəsiqəsini şəhadətnaməyə malik olan vətəndaşdan müvafiq ərizəni, xüsusi notarius kimi fəaliyyət göstərəcəyi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış yer barədə sənədi və xidməti sığorta müqaviləsinin (sığorta girovu haqqında sənədin) surətini qəbul etdikdən sonra 10 gün müddətində verməlidir.

Xüsusi notariusun qeydiyyat vəsiqəsində onun fəaliyyət göstərdiyi inzibati ərazi, iş yerinin ünvanı və etibarlılıq müddəti göstərilməlidir. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən notariusun fəaliyyət göstərdiyi ərazi dairəsində dəyişiklik edilə bilər.

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı şəxsə xüsusi notariusun qeydiyyat vəsiqəsinin verilməsindən dərhal sonra onun iş yeri üzrə müvafiq icra hakimiyyəti orqanına bu barədə müvafiq məlumat verməlidir.

Xüsusi notarius qeydiyyat vəsiqəsini aldıqdan sonra altı ay ərzində üzürlü səbəb olmadan və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən ona yazılı surətdə edilmiş rəsmi xəbərdarlığı nəzərə almadan göstərilmiş iş yeri üzrə notariat fəaliyyətinin həyata keçirilməsinə başlamazsa, onun qeydiyyat vəsiqəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən etibarsız elan olunmalıdır.

Qeydiyyat vəsiqəsinin əsassız olaraq etibarsız elan olunmasından bu barədə qərar çıxarıldıqdan sonra inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.

Maddə 25. Xüsusi notariusun işinin təşkili

Xüsusi notarius öz fəaliyyətini notariat hərəkətlərinin aparılması üçün münasib olan, özünə məxsus və ya icarəyə götürülmüş və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış ayrıca yerdə həyata keçirməlidir.

Xüsusi notarius mülki hüquqi müqavilələr və əmək müqavilələri (kontraktlar) bağlaya bilər, banklarda hesablaşma və digər hesablar, o cümlədən valyuta hesabı aça bilər.

Xüsusi notarius Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanı tərəfindən notariat hərəkətlərinin aparılması üçün tətbiq edilən blanklardan istifadə etməlidir.

Xüsusi notariusun iş rejimi, xüsusi notariat kontorunun ştat cədvəli və xüsusi notarius tərəfindən işə qəbul olunan namizədlər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılır.

Notariat fəaliyyətinin əsas məqsədi mənfəət əldə etməyə yönəlmir.

Vergilər və digər məcburi ödəmələr ödənildikdən sonra notariat hərəkətlərinin aparılmasına görə tutulan haqdan və bu qanunun 20-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş xidmətlərə görə alınan haqdan qalan pul vəsaitləri xüsusi notariusun sərəncamında qalır.

 

[50] 15 noyabr 2018-ci il tarixli 1334-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 noyabr 2018-ci il, № 263, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2230) ilə yeni məzmunda 25-1-ci maddə əlavə edilmişdir.

 

[51] 28 iyun 2005-ci il tarixli 967-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 699) ilə 26-cı maddənin adı redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:

Maddə 26. Xüsusi notariusun fəaliyyəti, ona xitam verilmə qaydası

28 iyun 2005-ci il tarixli 967-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 699) ilə 26-cı maddənin birinci hissəsi redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Xüsusi notarius notariat hərəkətlərini bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş qaydada aparır.

28 iyun 2005-ci il tarixli 967-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 699) ilə 26-cı maddəyə üçüncü, beşinci və altıncı hissələr əlavə edilmiş, üçüncü və dördüncü hissələr müvafiq olaraq dördüncü və yeddinci hissələr hesab edilmişdir. Eləcə də yeddinci hissə yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:

Fəaliyyəti xitam olunan xüsusi notarius aparılmış notariat hərəkətləri barədə sənədləri bir ay ərzində dövlət notariat arxivinə təhvil verməlidir.

 

15 noyabr 2018-ci il tarixli 1334-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 noyabr 2018-ci il, № 263, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2230) ilə 26-cı maddə yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

Maddə 26. Xüsusi notariusun apardığı notariat hərəkətləri. Xüsusi notariusun fəaliyyətinə xitam verilməsi

Xüsusi notarius bu qanunun 17-ci maddəsində nəzərdə tutulmuş notariat hərəkətlərini aparır.

Azərbaycan Respublikasının qanunvericiliyi ilə xüsusi notariusa başqa notariat hərəkətlərinin aparılması da həvalə edilə bilər.

Notariat hərəkətlərinin aparılması zamanı qanunvericiliyin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən xüsusi notariusa yazılı və ya şifahi xəbərdarlıq edilə bilər.

Azərbaycan respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən aşağıda göstərilən hallarda qeydiyyat vəsiqəsi ləğv edilməklə xüsusi notariusun fəaliyyətinə xitam verilir:

1) xüsusi notarius öz fəaliyyətinə xitam vermək barədə yazılı ərizə verdikdə;

2) xüsusi notariusun şəhadətnaməsi ləğv olunduqda;

3) xüsusi notariusun şəhadətnaməsinin müddəti başa çatdıqda;

4) xüsusi notariusun qeydiyyat vəsiqəsi etibarsız elan olunduqda.

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən xüsusi notariusun şəhadətnaməsi və qeydiyyat vəsiqəsi ləğv edildikdə onun fəaliyyətinə xitam verilir.

Fəaliyyətinə xitam verilmiş xüsusi notariusun işlədiyi notariat kontoru Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən ləğv edilə bilər.

Notariat kontoru ləğv edildiyi halda, xüsusi notarius işləmiş şəxs aparılmış notariat hərəkətləri barədə sənədləri bir aydan gec olmayaraq dövlət notariat arxivinə təhvil verməlidir.

 

[52] 15 noyabr 2018-ci il tarixli 1334-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 noyabr 2018-ci il, № 263, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2230) ilə yeni məzmunda 26-1-ci və 26-2-ci maddələr əlavə edilmişdir.

 

[53] 22 noyabr 2002-ci il tarixli 382-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 12, maddə 706) ilə 29-cu maddənin ikinci hissəsi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:

Notariuslar və notariat hərəkətləri aparan digər vəzifəli şəxslər tərəfindən tutulan dövlət rüsumlarının və əlavə xidmət haqqının məbləği bu Qanuna edilən 1 və 2 saylı əlavələrlə müəyyən edilir.

 

2 dekabr 2008-ci il tarixli 727-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 16 yanvar 2009-cu il, № 11, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 5) ilə 29-cu maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Maddə 29. Notariat hərəkətlərinin aparılmasına görə haqq

Notariat hərəkətlərinin aparılmasına, sənədlərin layihələrinin tərtib edilməsinə, sənədlərin surətlərinin (dublikatlarının) verilməsinə, texniki işlərin yerinə yetirilməsinə görə notariuslar və notariat hərəkətləri aparan digər vəzifəli şəxslər haqq tuturlar.

Xüsusi notariuslar tərəfindən notariat hərəkətlərinin aparılmasına görə tutulan haqq, dövlət notariusları tərəfindən notariat hərəkətlərinin aparılması üçün müəyyənləşdirilmiş dövlət rüsumu miqdarında olmalıdır.

Notariat hərəkəti yalnız onun üçün haqq ödənildikdən sonra aparılır.

Notarius iş yerindən kənarda notariat hərəkətlərini aparmaq üçün getdikdə, faktiki nəqliyyat xərclərini maraqlı şəxslər ödəməlidirlər.

 

[54] 15 noyabr 2018-ci il tarixli 1334-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 noyabr 2018-ci il, № 263, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2230) ilə 29-cu maddənin birinci hissədə “Dövlət notariusları” sözləri “Notariuslar” sözü ilə, “6-cı və 8-ci” sözləri “6-8-ci” sözləri ilə əvəz edilmişdir.

 

[55] 15 noyabr 2018-ci il tarixli 1334-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 noyabr 2018-ci il, № 263, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2230) ilə 29-cu maddənin ikinci-altıncı hissələr müvafiq olaraq dördüncü-səkkizinci hissələr hesab edilmişdir və yeni məzmunda ikinci və üçüncü hissələr əlavə edilmişdir.

 

[56] 23 fevral 2021-ci il tarixli 271-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 28 fevral 2021-ci il, №46, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2, maddə 116) ilə 29-cu maddənin altıncı hissəsinə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.

 

[57] 22 noyabr 2002-ci il tarixli 382-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 12, maddə 706) ilə 30-cu maddənin birinci hissəsində "Notariuslar" sözü "Dövlət notariusları" sözləri ilə əvəz edilmişdir.

 

[58] 4 dekabr 2001-ci il tarixli 223-IIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 740) ilə 30-cu maddənin ikinci hissəsi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:

Dövlət rüsumunun dərəcələri bu Qanunun 1 saylı Əlavəsində göstərilir.

 

[59] 18 aprel 2000-ci il tarixli 865-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 6, maddə 414) ilə 30-cu maddənin üçüncü hissəsindəki “ 25 və “ 75 rəqəmləri müvafiq olaraq “ 15 və “ 85 rəqəmləri ilə əvəz edilmişdir.

 

4 dekabr 2001-ci il tarixli 223-IIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 740) ilə 30-cu maddənin üçüncü hissəsi çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:

Dövlət notariusları tərəfindən notariat hərəkətlərinin aparılmasına görə dövlət rüsumu tutularkən onun 15 faizi dərhal dövlət notariat kontorlarının və dövlət notariat arxivinin saxlanılması üçün xüsusi hesaba, 85 faizi isə dövlət büdcəsinə keçirilir.

 

[60] 4 dekabr 2001-ci il tarixli 223-IIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 740) ilə 30-cu maddənin dördüncü hissədən "Bu Qanunun 1 saylı Əlavəsində müəyyən edilmiş" sözləri çıxarılmışdır.

 

[61] 20 sentyabr 2005-ci il tarixli 990-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 11, maddə 993)  ilə 30-cu maddəyə beşinci hissə əlavə edilmişdir.

 

[62] 4 dekabr 2001-ci il tarixli 223-IIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 740) ilə 31-ci maddə çıxarılmışdır.

əvvəlki redaksiyasında deyilirdi:

Maddə 31. Əlavə xidmət haqqı

Notariuslar və notariat hərəkətləri aparan digər vəzifəli şəxslər apardıqları notariat hərəkətləri ilə bağlı olmayan məsələlər üzrə göstərdikləri xidmətə görə haqq ala bilərlər.

Əlavə xidmətə görə haqqın məbləğləri bu Qanunun 2 saylı Əlavəsində göstərilir.

Dövlət notariusları tərəfindən notariat hərəkətləri ilə bağlı olmayan məsələlər üzrə göstərilən xidmətə görə alınan haqq Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının dövlət notariat kontorlarının və dövlət notariat arxivinin saxlanılması üçün xüsusi hesaba keçirilməlidir.

Bu Qanunun 2 saylı Əlavəsində müəyyən edilmiş əlavə xidmətə görə haqqın məbləğləri barədə məlumat lövhə şəklində hər bir dövlət notariat kontorunun dövlət notariat arxivinin yerləşdiyi və xüsusi notariusun işlədiyi binanın (otağın) görkəmli yerində asılmalıdır.

 

[63] 23 fevral 2021-ci il tarixli 271-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 28 fevral 2021-ci il, №46, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2, maddə 116) ilə yeni məzmunda 31-1-ci maddə əlavə edilmişdir.

 

[64] 30 iyun 2009-cu il tarixli  856-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti  24 iyul 2009-cu il, № 160, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 07, maddə 517) ilə 32-ci maddənin ikinci-onuncu hissələri müvafiq olaraq üçüncü-on birinci hissələri hesab olunmuşdur və maddəyə yeni məzmunda ikinci hissə əlavə edilmişdir.

 

[65] 30 sentyabr 2005-ci il tarixli 1019-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 3 noyabr 2005-ci il) ilə 32-ci maddənin ikinci və üçüncü hissələri yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Notariat hərəkətləri barədə məlumat və sənədlər yalnız məhkəmənin, istintaq və təhqiqat orqanlarının tələbi ilə onların icraatlarında olan konkret cinayət və ya mülki işlərlə əlaqədar olaraq verilir.

Notariat hərəkətləri barədə lazımi məlumatların istisna hallarda verilməsinin qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunur.

 

[66] 30 sentyabr 2005-ci il tarixli 1019-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 3 noyabr 2005-ci il) ilə 32-ci maddəyə dördüncü, beşinci və altıncı hissələr əlavə edilmiş, dördüncü-yeddinci hissələr müvafiq olaraq yeddinci-onuncu hissələr hesab edilmişdir.

19 oktyabr 2007-ci il tarixli 459-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1075) ilə 32-ci maddəsinin altıncı hissəsində "qanunvericiliklə müəyyən edilmiş qaydada" sözləri "Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada" sözləri ilə, "təqdim etməlidir" sözləri isə "göndərir" sözü ilə əvəz edilmişdir.

14 iyun 2016-cı il tarixli 296-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 iyul 2016-cı il, № 148, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 7, maddə 1243) ilə 32-ci maddənin yeddinci hissəsində “Notarius” sözündən sonra “, notariat hərəkətləri aparan digər vəzifəli şəxslər” sözləri əlavə edilmişdir.

 

[67] 15 noyabr 2011-ci il tarixli 243-IVQD nömrəli Azərbaycan Respublikası Qanunu (“Azərbaycan” qəzeti 01 yanvar 2012-ci il,№ 01, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 12, maddə 1098) ilə 32-ci maddəsinin doqquzuncu, onuncu və on birinci hissələri müvafiq olaraq onuncu, on birinci və on ikinci hissələr hesab edilsin, həmin maddəyə yeni məzmunda doqquzuncu hissə əlavə edilmişdir.

17 oktyabr 2014-cü il tarixli 1073-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 7 noyabr 2014-cü il, № 243; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1353) ilə 32-ci maddəsinin doqquzuncu hissəsinin birinci cümləsində “məlumatı” sözündən sonra “, habelə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin VI-I hissəsinə uyğun olaraq fiziki şəxslərin qeydiyyatda olduğu və yaşadığı ünvanı, mobil telefon nömrəsi və olduğu halda elektron ünvanı və sürücülük vəsiqəsinin nömrəsi, hüquqi şəxslərin isə nəqliyyat vasitəsinin idarə edilməsini həvalə etdiyi şəxs barədə müvafiq məlumatları” sözləri əlavə edilmişdir və ikinci cümlədə “üç” sözü “bir” sözü ilə əvəz edilmişdir.

30 dekabr 2016-cı il tarixli 489-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 9 fevral 2017-ci il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 02, maddə 148) ilə 32-ci maddəsinin doqquzuncu abzasında “icarəyə verilməsinə” sözləri “icarə və ya digər əşya hüquqlarına” sözləri ilə əvəz edilmişdir.

17 may 2019-cu il tarixli 1594-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 iyun 2019-cu il, № 128, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 6, maddə 997) ilə 32-ci maddənin doqquzuncu hissəsinin birinci cümləsinə “hüquqi şəxslərin” sözlərindən sonra “(dövlət qurumlarının)” sözləri əlavə edilmişdir.

 

[68] 15 noyabr 2018-ci il tarixli 1334-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 noyabr 2018-ci il, № 263, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2230) ilə 32-ci maddənin onuncu, on birinci və on ikinci hissələri müvafiq olaraq on ikinci, on üçüncü və on dördüncü hissələr hesab edilmişdir və yeni məzmunda onuncu və on birinci hissələr əlavə edilmişdir.

 

[69] 30 iyun 2020-ci il tarixli 153-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 11 avqust 2020-ci il, № 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 8, maddə 1014) ilə 32-ci maddəsinin on ikinci-on dördüncü hissələri müvafiq olaraq on üçüncü-on beşinci hissələr hesab edilmişdir və yeni məzmunda on ikinci hissə əlavə olunmuşdur.

 

[70] 13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602) ilə 33-cü maddəsinin üçüncü hissəsində “əlilliklə” sözündən sonra “, sağlamlıq imkanlarının məhdudluğu ilə” sözləri əlavə edilmişdir.

 

2 dekabr 2008-ci il tarixli 727-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 16 yanvar 2009-cu il, № 11, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 5) ilə 33-cü maddənin üçüncü hissəsində "əlavə xidmət haqqı" sözləri "dövlət rüsumu və haqq" sözləri ilə əvəz edilmişdir.

 

15 noyabr 2018-ci il tarixli 1334-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 noyabr 2018-ci il, № 263, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2230) ilə 33-cü maddə yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

Maddə 33. Notariat hərəkətlərinin aparıldığı yer

Notariat hərəkətləri Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən dövlət notariusunun, xüsusi notariusun, müvafiq icra hakimiyyəti orqanının və ya Azərbaycan Respublikası konsulluqlarının vəzifəli şəxslərinin müvafiq yerdə aparmalı olduğu hallar istisna edilməklə, Azərbaycan Respublikasının bütün ərazisində aparıla bilər.

Notariat hərəkətləri dövlət notariat kontoru, müvafiq icra hakimiyyəti orqanı, Azərbaycan Respublikasının konsulluqları yerləşən və ya xüsusi notarius işləyən binada (otaqda) aparılmalıdır.

Xəstəlik nəticəsində, əlilliklə, sağlamlıq imkanlarının məhdudluğu ilə əlaqədar olaraq və ya Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda şəxsin dövlət notariat kontoruna, müvafiq icra hakimiyyəti orqanına, Azərbaycan Respublikasının konsulluqları yerləşən və ya xüsusi notariusun işlədiyi binaya (otağa) gələ bilmədiyi hallarda əvvəlcədən verilmiş bildiriş üzrə dövlət rüsumu və haqq ödənildikdən və nəqliyyat vasitəsi ilə təmin edildikdən sonra notariat hərəkətləri bu binalardan (otaqlardan) kənarda da aparıla bilər.

 

[71] 20 aprel 2004-cü il tarixli 639-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 5, maddə 318) ilə 34-cü maddənin birinci hissəsində "notariat hərəkətləri" sözləri "Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ayrı qayda nəzərdə tutulmadıqda, notariat hərəkətləri" sözləri ilə əvəz edilmişdir.

 

2 dekabr 2008-ci il tarixli 727-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 16 yanvar 2009-cu il, № 11, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 5) ilə 34-cü maddənin birinci hissəsində "rüsum" sözü "dövlət rüsumu və haqq" sözləri ilə əvəz edilmişdir.

 

30 sentyabr 2010-cu il tarixli  1080-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti  14 noyabr 2010-cu il,№ 252 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 11, maddə 938) ilə 34-cü maddənin birinci hissəsində “Mülki Məcəlləsi” sözləri “qanunları” sözü ilə əvəz edilmişdir.

 

15 noyabr 2018-ci il tarixli 1334-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 noyabr 2018-ci il, № 263, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2230) ilə 34-cü maddənin birinci hissəsinə “təqdim olunduğu” sözlərindən sonra “, habelə informasiya sistemlərindən əldə edildiyi” sözləri əlavə edilmişdir.

 

[72] 30 sentyabr 2013-cü il tarixli 752-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 noyabr 2013-cü il, № 264; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 11, maddə 1271) ilə 36-cı maddəsinin birinci hissəsində “tələb etmək” sözlərindən sonra “, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının alınması ilə bağlı əsaslandırılmış yazılı sorğular vermək” sözləri əlavə edilmişdir.

17 noyabr 2017-ci il tarixli 873-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 24 dekabr 2017-ci il, № 285, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12, I kitab maddə 2236) ilə 36-cı maddənin birinci hissəsinə “aparılması” sözündən sonra “və bununla əlaqədar xidmətlərin göstərilməsi” sözləri, “tələb etmək,” sözlərindən sonra “elektron informasiya sistemləri vasitəsi ilə real vaxt rejimində əldə etmək, habelə” sözləri, “dövlət reyestrinin” sözlərindən sonra “, eləcə də dövlət torpaq kadastrının” sözləri, “yazılı” sözündən sonra “və ya elektron” sözləri və yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.

 

23 fevral 2021-ci il tarixli 271-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 28 fevral 2021-ci il, №46, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2, maddə 116) ilə 36-cı maddənin birinci hissəsinin ikinci cümləsində “kağız daşıyıcısına keçirilərək” sözləri “kağız daşıyıcıya keçirilərək bu Qanunun 31-1-ci maddəsi nəzərə alınmaqla” sözləri ilə əvəz edilmişdir.

 

[73] 29 noyabr 2016-cı il tarixli 430-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 dekabr 2016-cı il, № 280, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 2025) ilə 36-cı maddəyə yeni məzmunda üçüncü hissə əlavə edilmişdir.

 

[74] 23 aprel 2002-ci il tarixli 311-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 241) ilə 39-cu maddənin birinci hissəsi  yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:

Aşağıdakılar notariat qaydasında təsdiq edilmiş sənədlərlə bərabər tutulur:

1) xəstəxanalarda, hospitallarda, digər stasionar müalicə-profilaktika müəssisələrində, sanatoriyalarda müalicədə olan, yaxud qocalar və əlillər üçün internat evlərində yaşayan şəxslərin bu xəstəxanaların, hospitalların, digər stasionar müalicə-profilaktika müəssisələrinin, sanatoriyaların baş həkimlərinin, onların tibbi hissə üzrə müavinlərinin və ya növbətçi həkimlərinin, qocalar və əlillər üçün həmin internat evlərinin və pansionatların direktorlarının və baş həkimlərinin təsdiq etdiyi vəsiyyətnamələri;

2) səfər zamanı Azərbaycan Respublikasının bayrağı altında üzən dəniz gəmilərində və ya daxili səfər gəmilərində olan şəxslərin həmin gəmilərin kapitanlarının təsdiq etdiyi vəsiyyətnamələri;

3) geoloji-kəşfiyyat və buna bənzər başqa ekspedisiyalarda olan şəxslərin həmin ekspedisiyaların rəislərinin təsdiq etdiyi vəsiyyətnamələri;

4) hərbi qulluqçuların vəsiyyətnamələri və etibarnamələri, hərbi hissələrin, birləşmələrin, idarələrin, hərbi məktəblərin yerləşdiyi, lakin dövlət notariat kontorlarının, xüsusi notariusların, habelə notariat hərəkətləri aparan digər orqanların olmadığı məntəqələrdə isə həmçinin fəhlə və qulluqçuların ailə üzvlərinin həmin hissələrin, birləşmələrin, idarələrin və məktəblərin komandirlərinin (rəislərinin) təsdiq etdiyi vəsiyyətnamələri və etibarnamələri;

5) azadlıqdan məhrumetmə yerlərində olan şəxslərin azadlıqdan məhrumetmə yerlərinin rəislərinin təsdiq etdiyi vəsiyyətnamələri və etibarnamələri.

 

[75] 23 aprel 2002-ci il tarixli 311-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 241) ilə 39-cu maddənin ikinci hissəsində "göstərilən" sözündən sonra, üçüncü hissəsində isə "sadalanan" sözündən sonra "sənədləri təsdiq edən" sözləri əlavə edilmişdir.

 

[76] 18 dekabr 2015-ci il tarixli 44-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 yanvar 2016-cı il, № 22, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 01, maddə 11) ilə 39-cu maddənin dördüncü hissəsində “Azərbaycan Respublikası limanının rəisinə” sözləri “Azərbaycan Respublikasının dəniz limanı idarəsinə” sözləri ilə əvəz edilmişdir.

 

[77] 30 iyun 2009-cu il tarixli  856-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti  24 iyul 2009-cu il, № 160, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 07, maddə 517) ilə 40-cı maddəyə yeni məzmunda üçüncü hissə əlavə edilmişdir.

 

[78] 18 dekabr 2015-ci il tarixli 44-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 yanvar 2016-cı il, № 22, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 01, maddə 11) ilə 41-ci maddənin birinci hissəsində “qeydə alındığı limanın” sözləri “qeydiyyat limanının” sözləri ilə əvəz edilmişdir.

 

[79] 30 iyun 2009-cu il tarixli  856-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti  24 iyul 2009-cu il, № 160, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 07, maddə 517) ilə yeni məzmunda 42-1-ci maddə əlavə edilmişdir.

 

[80]   30 sentyabr 2010-cu il tarixli  1080-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti  14 noyabr 2010-cu il,№ 252 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 11, maddə 938) ilə 42-1-ci maddədə “müştərinin, benefisiarın və səlahiyyətli nümayəndənin eyniləşdirilməsi, verifikasiyası, məlumatın sənədləşdirilməsi, saxlanılması tələblərinə və həmin Qanunun 7.2-ci maddəsində nəzərdə tutulmuş” sözləri çıxarılmışdır.

 

[81] 17 aprel 2007-ci il tarixli 315-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 745) ilə 45-ci maddənin birinci hissəsində "notariatda təsdiqi məcburi olan əqdləri" sözləri "notariat qaydasında təsdiq edilməli olan əqdləri" sözləri ilə əvəz edilmişdir.

 

[82] 15 noyabr 2018-ci il tarixli 1334-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 noyabr 2018-ci il, № 263, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2230) ilə 45-ci maddəyə yeni məzmunda üçüncü hissə əlavə edilmişdir.

 

[83] 12 oktyabr 2001-ci il tarixli 194-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 687) ilə 46-cı maddəyə ikinci hissə əlavə edilmiş və həmin maddənin ikinci-dördüncü hissələri müvafiq olaraq üçüncü-beşinci hissələr hesab edilmişdir.

 

[84] 15 noyabr 2018-ci il tarixli 1334-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 noyabr 2018-ci il, № 263, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2230) ilə 46-cı maddənin beşinci hissəsi ləğv edilmişdir.

 

[85] 23 aprel 2002-ci il tarixli 311-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 241) ilə 47-ci maddənin ikinci hissəsinə ikinci cümlə əlavə edilmişdir.

 

[86] 23 aprel 2002-ci il tarixli 311-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 241) ilə 48-ci maddənin birinci hissəsində "vəsiyyətnamə aldıqda" sözlərindən sonra "habelə vəsiyyətnamənin bütün nüsxələrinin məhv edilməsi haqqında vəsiyyət edənin sərəncamını aldıqda" sözləri  əlavə edilmişdir.

 

[87] 15 noyabr 2018-ci il tarixli 1334-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 noyabr 2018-ci il, № 263, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2230) ilə 9-cu maddənin ikinci-altıncı hissələri müvafiq olaraq üçüncü-yeddinci hissələr hesab edilmişdir və yeni məzmunda ikinci hissə əlavə edilmişdir.

 

[88] 17 aprel 2007-ci il tarixli 315-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 745) ilə 49-cu maddənin 2-ci hissəsi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

Etibarnamənin verilə biləcəyi müddət Azərbaycan respublikasının mülki qanunvericiliyi ilə müəyyən olunur.

 

1 oktyabr 2012-ci il tarixli 433-IVQD nömrəli Azərbaycan Respublikası Qanunu (“Azərbaycan” qəzeti 18 oktyabr 2012-ci il,№ 234, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 10, maddə 946) 49-cu maddənin İkinci hissəsində “istənilən” sözündən sonra “(nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə istisna olmaqla)” sözləri əlavə edilmişdir.

 

[89] 1 oktyabr 2012-ci il tarixli 433-IVQD nömrəli Azərbaycan Respublikası Qanunu (“Azərbaycan” qəzeti 18 oktyabr 2012-ci il,№ 234, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 10, maddə 946) 49-cu maddənin Üçüncü-beşinci hissələr müvafiq olaraq dördüncü-altıncı hissələr hesab edilmişdir, yeni məzmunda üçüncü hissə əlavə edilmişdir.

 

[90] 17 aprel 2007-ci il tarixli 315-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 745) ilə 51-ci maddənin mətni yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

Mirasın açıldığı yer üzrə notarius və ya müvafiq icra hakimiyyəti orqanı vərəsələrin, vəsiyyət üzrə tapşırıq alan şəxslərin, kreditorların və ya dövlətin mənafeyi üçün zəruri olan hallarda idarələrin, müəssisələrin, təşkilatların, ayrı-ayrı şəxslərin məlumatına əsasən, yaxud vəsiyyətnamə icraçısının və ya öz təşəbbüsləri ilə miras əmlakın mühafizə edilməsi üçün tədbirlər görməlidirlər. Bu tədbirləri onlar bilavasitə özləri və ya əmlakın yerləşdiyi yerin notariusuna və yaxud müvafiq icra hakimiyyəti orqanına tapşırıq verməklə həyata keçirirlər.

Müvafiq icra hakimiyyəti orqanı vərəsəliyin açıldığı yerin notariusuna miras əmlakın mühafizə olunması ilə əlaqədar görülmüş tədbirlər barədə məlumat verməlidir.

Əmlakın yerləşdiyi yerin notariusu və ya müvafiq icra hakimiyyəti orqanı ayrı-ayrı şəxslərin, idarələrin, müəssisələrin, təşkilatların məlumatına əsasən miras əmlakın mühafizəsi üçün mirasın açıldığı yerin notariusuna xəbər verməklə tədbirlər görə bilər.

 

[91] 17 aprel 2007-ci il tarixli 315-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 745) ilə 52-ci maddədə,  birinci və ikinci hissələr yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

Notariuslar və müvafiq icra hakimiyyəti orqanları miras əmlakın mühafizə edilməsi üçün bu əmlakı siyahıya alır və həmin əmlakı saxlanılmaqdan ötrü vərəsələrə və ya başqa şəxslərə verirlər.

Mirasın tərkibində idarə olunması tələb olunan əmlak olduqda, vərəsələr mirası qəbul edənədək, miras qoyanın kreditorları iddia verərsə, notarius və müvafiq icra hakimiyyəti orqanı əmlaka mühafizəçi təyin etməlidir.

 

[92] 17 aprel 2007-ci il tarixli 315-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 745) ilə üçüncü hissədə "Mühafizəçi, qəyyum və miras əmlakın mühafizə olunmaq üçün verildiyi digər şəxslər" sözləri "Əmlak idarəçisi" sözləri ilə, "xəbərdar edilməlidirlər"   sözləri  "xəbərdar edilməlidir"   sözləri  ilə  əvəz edilmişdir.

 

[93] 17 aprel 2007-ci il tarixli 315-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 745) ilə 53-cü maddə yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

Maddə 53. Miras əmlakı saxlamağa görə haqq

Miras əmlakın saxlanmaq üçün verildiyi mühafizəçi, qəyyum və digər şəxslər əgər vərəsə deyildirlərsə, onlar vərəsələrdən miras əmlakı saxlamağa görə mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydada haqq ala bilərlər.

Göstərilən şəxslərə, miras əmlakdan istifadə nəticəsində əldə edilmiş faktiki fayda çıxılmaqla, miras əmlakı saxlamaq və idarə etmək üçün zəruri xərclər də ödənilməlidir.

 

[94] 17 aprel 2007-ci il tarixli 315-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 745) ilə 55-ci maddədə, maddənin adında "xəbər verilməsi" sözlərindən sonra "və vərəsələrin axtarılması" sözləri əlavə edilmişdir və maddəyə yeni məzmunda üçüncü hissə əlavə edilmişdir.

 

[95] 17 aprel 2007-ci il tarixli 315-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 745) ilə 56-cı maddədə, 1-ci hissədə "mirası bütün vərəsələr qəbul edənədək" sözləri "miras qəbul edilənədək" sözləri ilə əvəz edilmişdir və 2-ci hissə çıxarılmışdır.

 

[96] 31 may 2018-ci il tarixli 1157-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 10 iyul 2018-ci il, № 150, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 7, I kitab maddə 1388) ilə 64-cü maddəyə yeni məzmunda üçüncü hissə əlavə edilmişdir.

 

[97] 15 noyabr 2018-ci il tarixli 1334-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 noyabr 2018-ci il, № 263, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2230) ilə 67-ci maddəyə yeni məzmunda dördüncü hissə əlavə edilmişdir.

 

[98] 29 mart 2005-ci il tarixli 870-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 4, maddə 281) ilə 68-ci maddəyə üçüncü və dördüncü hissələr əlavə edilmişdir.

 

[99] 15 noyabr 2018-ci il tarixli 1334-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 noyabr 2018-ci il, № 263, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2230) ilə 73-cü maddənin adında “ərizələrinin” sözündən sonra “və sənədlərinin” sözləri əlavə edilmişdir.

 

[100] 15 noyabr 2018-ci il tarixli 1334-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 noyabr 2018-ci il, № 263, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2230) ilə 73-cü maddənin birinci hissəsində “ərizələrini” sözü “kağız və ya elektron daşıyıcıda olan ərizələrini və ya sənədlərini” sözləri ilə əvəz edilmişdir.

 

[101] 15 noyabr 2018-ci il tarixli 1334-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 noyabr 2018-ci il, № 263, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2230) ilə 73-cü maddənin ikinci hissəyə “Ərizələr” sözündən sonra “və sənədlər kağız daşıyıcıda” sözləri əlavə edilmişdir və həmin hissənin ikinci cümləsi çıxarılmışdır.

 

[102] 15 noyabr 2018-ci il tarixli 1334-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 noyabr 2018-ci il, № 263, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2230) ilə 73-cü maddənin üçüncü hissəsi ləğv edilmişdir.

 

[103] 15 noyabr 2018-ci il tarixli 1334-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 noyabr 2018-ci il, № 263, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2230) ilə 73-cü maddəyə yeni məzmunda üçüncü-beşinci hissələr əlavə edilmişdir.

 

[104] 23 aprel 2002-ci il tarixli 311-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 241) ilə XIV fəslin adı yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Pul məbləğlərİnİn və qİymətlİ KAĞIZLARIN depozİtə qəbul edİlməsİ

 

[105] 23 aprel 2002-ci il tarixli 311-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 241) ilə 74-cü maddənin ikinci hissəsində "Notarius" sözündən sonra "öhdəliyin icra predmetinin" əlavə edilmişdir.

 

[106] 23 aprel 2002-ci il tarixli 311-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 241) ilə 74-cü maddənin birinci hissəsində "üçün" sözündən sonra "öhdəliyin icra predmetini saxlamağa" sözləri və ikinci cümlə əlavə edilmişdir.

 

[107] 23 aprel 2002-ci il tarixli 311-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 241) ilə 74-cü maddənin üçüncü hissəsi  yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Pul məbləğlərini və qiymətli kağızları öhdəliyin icrası yerinin notariusu depozitə qəbul edir.

 

[108] 15 noyabr 2018-ci il tarixli 1334-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 noyabr 2018-ci il, № 263, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2230) ilə 74-cü maddədə dördüncü, beşinci və altıncı hissələr müvafiq olaraq beşinci, altıncı və yeddinci hissələr hesab edilmişdir və yeni məzmunda dördüncü hissə əlavə edilmişdir.

 

[109] 30 sentyabr 2005-ci il tarixli 1019-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 3 noyabr 2005-ci il) ilə 74-cü maddəyə dördüncü, beşinci və altıncı hissələr əlavə edilmişdir.

 

[110] 23 aprel 2002-ci il tarixli 311-IIQD nömrəli Azərbaycan