AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
19.10.2006
QEYDİYYAT NÖMRƏSİ
1746
ADI
Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-10-2006, Nəşr nömrəsi: 10, Maddə nömrəsi: 887)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
19.10.2006
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
190.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair

Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair

 Dövlət Proqramı haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

XX əsrin 70-80-ci illərində minlərlə Azərbaycan gənci respublikadan kənarda yerləşən nüfuzlu ali məktəblərdə müxtəlif ixtisaslar üzrə təhsil alaraq ölkəmizin iqtisadi, mədəni və elmi potensialının gücləndirilməsinə öz layiqli töhfələrini vermişlər. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra azərbaycanlı gənclərin dünyanın müxtəlif ali məktəblərinə göndərilmə siyasəti yenidən formalaşmağa başlamışdır.

Ötən illər ərzində ölkəmizin yüzlərlə vətəndaşı xarici ölkələrin ali təhsil müəssisələrində dövlət hesabına təhsil almışdır. Bu ölkələr sırasında Türkiyə Cümhuriyyəti ilə müstəqilliyin ilk illərindən etibarən həyata keçirilən tələbə mübadiləsi xüsusi yer tutur. Azərbaycanlı tələbələr həmçinin bir sıra digər ölkələrin universitetlərində dövlət, eləcə də müxtəlif beynəlxalq fondlar hesabına ali təhsil alırlar. Lakin bu sahədə mövcud olan pərakəndəlik göstərir ki, ölkənin gələcək inkişaf strategiyası baxımından xaricdə təhsillə bağlı xüsusi proqramın həyata keçirilməsinə zərurət yaranmışdır.

Xarici ölkələrin nüfuzlu ali məktəblərində azərbaycanlı gənclərin təhsil almalarını və onların müstəqil Azərbaycanın inkişafı üçün güclü amilə çevrilmələrini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi Təhsil Nazirliyi və digər aidiyyəti qurumlarla birlikdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almalarına dair Dövlət Proqramını üç ay ərzində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

2.     Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3.     Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

 

İlham ƏLİYEV,
 Azərbaycan Respublikasının Prezidenti

 

 

 

Bakı şəhəri 19 oktyabr 2006-cı il

1746

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status