AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
27.10.2006
QEYDİYYAT NÖMRƏSİ
1757
ADI
Azərbaycan Respublikasında Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-10-2006, Nəşr nömrəsi: 10, Maddə nömrəsi: 897)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
31.10.2006
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
250.000.000
310.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikasında Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi

Azərbaycan Respublikasında Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan Respublikasında Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqmda Sazişin əsas prinsipləri və müddəaları üzrə Azərbaycan Respublikası Hökuməti ilə "Londeks Resorsiz S.A.", "Uill ənd Meyris S.A.", "Fargeyt Mayninq Korporeyşn", "Qlobeks İnternəşnl LLP" və "Mitsui Mineral Development En-ceniring Ko. LTD" şirkətləri arasında ümumi razılığın əldə edilməsi barədə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təklifini qəbul edərək qərara alıram:

1.      Azərbaycan Respublikasında Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Hökuməti ilə "Londeks Resorsiz S.A.", Uill ənd Meyris S.A.", "Fargeyt Mayninq Korporeyşn", "Qlobeks İnternəşnl LLP" və "Mitsui Mineral Development Enceniring Ko. LTD" arasında Sazişin layihəsinin Azərbaycan Respublikası Hökuməti adından hazırlanması səlahiyyəti Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə verilsin.

2.      Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə
tapşırılsın ki, Sərəncamın 1-ci bəndində göstərilən Sazişin layihəsi hazırlan
dıqdan sonra onu baxılmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

 

 

 

 

İlham ƏLİYEV,

 Azərbaycan Respublikasının Prezidenti

 

 

 

 

Bakı şəhəri, 27 oktyabr 2006-cı il

  1757

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status