AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
14.06.2006
QEYDİYYAT NÖMRƏSİ
146
ADI
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin kollegiyasının tərkibi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-06-2006, Nəşr nömrəsi: 06, Maddə nömrəsi: 146)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
14.06.2006
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
210.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin kollegiyasının tərkibi haqqında

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin kollegiyasının tərkibi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 393 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi haqqında Əsasnamə”nin 16-cı bəndinə uyğun olaraq və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin kollegiya üzvlərinin sayı 11 nəfərdən ibarət müəyyən edilsin. [1]

2. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin kollegiyası aşağıdakı tərkibdə təsdiq edilsin: [2]

 

Kollegiyanın sədri

 

Qarayev Əbülfəs Mürsəl oğlu

mədəniyyət və turizm naziri

 

Kollegiyanın üzvləri:

 

Əliyev Vaqif Qadir oğlu

mədəniyyət və turizm nazirinin birinci müavini

Məmmədəliyeva Sevda Yusif qızı

mədəniyyət və turizm nazirinin müavini

Səmədov Nazim Adil oğlu

mədəniyyət və turizm nazirinin müavini

Vəliyev Ədalət Məqsəd oğlu

mədəniyyət və turizm nazirinin müavini

Qədimova Natəvan Tofiq qızı [3]

Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri

Bayramov Rafiq Yasin oğlu

Mədəniyyət və Turizm Nazirliyi aparatının rəhbəri

Sultanov Zakir İmran oğlu

Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi [4]

Zeynalov Vüqar Teyyub oğlu [5]

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi

Məmmədov Cahangir Tokay oğlu

Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin müdiri

Cəfərov Cəfər Məmməd oğlu

 

Azərbaycan Turizm və Menecment Universitetinin rektoru [6]

Sultanov Zakir İmran oğlu

Tikilən Obyektlərin Birləşmiş Müdiriyyətinin rəisi

 

3. “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin kollegiya üzvlərinin təsdiq edilməsi barədə” Azərbaycan SSR Nazirlər Sovetinin 1989-cu il 30 avqust tarixli 359 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin.

4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri   A. RASİZADƏ

 

Bakı şəhəri, 14 iyun 2006-cı il

                 № 146  

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       13 noyabr 2007-ci il tarixli 178 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1180)

2.       31 iyul 2008-ci il tarixli 174 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 7, maddə 691)

3.       21 dekabr 2011-ci il tarixli 208 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 12, maddə 1254)

4.       29 oktyabr 2014-cü il tarixli 358 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1327)

5.       16 mart 2015-ci il tarixli 78 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 10 aprel 2015-ci il, № 74, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 4, maddə 455)

6.       12 iyun 2015-ci il tarixli 226 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 06, maddə 798)

7.       23 oktyabr 2015-ci il tarixli 340 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 10, maddə 1247)

8.       6 iyun 2016-cı il tarixli 213 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №6, maddə 1191)

9.       12 sentyabr 2018-ci il tarixli 386 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 sentyabr 2018-ci il, № 204, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №9, maddə 1914)

 

QƏRARA  EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 12 sentyabr 2018-ci il tarixli 386 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 sentyabr 2018-ci il, № 204, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №9, maddə 1914) ilə 1-ci və 2-ci hissələr ləğv edilmişdir.

 

[2] 31 iyul 2008-ci il tarixli 174 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 7, maddə 691) ilə 2-ci bəndində «Qurbanov Həsənağa Əli oğlu” sözləri “Əliyev Əlikram Hacıağa oğlu” sözləri ilə əvəz edilmişdir və “Səttarova Cəmilə Məmmədağa qızı – Respublika Mədəniyyət İşçilərinin Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri” sözlərindən sonra “Məmmədov Cahangir Tokay oğlu – Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri” sözləri əlavə edilmişdir.

 

29 oktyabr 2014-cü il tarixli 358 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1327) ilə “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin kollegiyasının tərkibi haqqında” 2-ci hissəsi ilə təsdiq edilmiş kollegiyanın tərkibi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

 

Əliyev Vaqif Qadir oğlu

- mədəniyyət və turizm nazirinin birinci müavini

Məmmədəliyeva Sevda Yusif qızı

- mədəniyyət və turizm nazirinin müavini

Səmədov Nazim Adil oğlu

- mədəniyyət və turizm nazirinin müavini

Vəliyev Ədalət Məqsəd oğlu

- mədəniyyət və turizm nazirinin müavini

İbrahimov Sarvan Hüseyn oğlu

- Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri

Qurbanov Firudin İsa oğlu

- Mədəniyyət və Turizm Nazirliyi aparatının rəhbəri

Əliyev Əlikram Hacıağa oğlu

- Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi

Abdullayev Natiq Faiq oğlu

- Mədəniyyət və Turizm Nazirliyinin maliyyə-iqtisadiyyat şöbəsinin müdiri

Məmmədov Cahangir Tokay oğlu

- Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin müdiri

Cəfərov Cəfər Məmməd oğlu

- Azərbaycan Turizm və Menecment Universitetinin rektoru [2]

 

[3] 23 oktyabr 2015-ci il tarixli 340 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 10, maddə 1247) ilə 2-ci hissənin “Kollegiyanın üzvləri:” bölməsində “İbrahimov Sarvan Hüseyn oğlu” sözləri “Qədimova Natəvan Tofiq qızı” sözləri ilə əvəz edilmişdir.

 

[4] 12 iyun 2015-ci il tarixli 226 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 06, maddə 798) ilə 2-ci hissənin “Kollegiyanın üzvləri” bölməsindən “Sultanov Zakir İmran oğlu - Tikilən Obyektlərin Birləşmiş Müdiriyyətinin rəisi” sözləri çıxarılmışdır və həmin bölməyə “Bayramov Rafiq Yasin oğlu - Mədəniyyət və Turizm Nazirliyi aparatının rəhbəri” sözlərindən sonra “Sultanov Zakir İmran oğlu - Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi” sözləri əlavə edilmişdir.

 

[5] 6 iyun 2016-cı il tarixli 213 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №6, maddə 1191) ilə 2-ci hissəsində “Əliyev Əlikram Hacıağa oğlu - Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi” sözləri “Zeynalov Vüqar Teyyub oğlu - Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi” sözləri ilə əvəz edilmişdir.

 

[6] 16 mart 2015-ci il tarixli 78 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 10 aprel 2015-ci il, № 74, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 4, maddə 455) ilə 2-ci hissəsinin “Kollegiyanın üzvləri” bölməsində “Azərbaycan Turizm İnstitutunun” sözləri “Azərbaycan Turizm və Menecment Universitetinin” sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status