AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
02.08.2006
QEYDİYYAT NÖMRƏSİ
441
ADI
“Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-08-2006, Nəşr nömrəsi: 08, Maddə nömrəsi: 667)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
31.08.2006
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
100.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
“Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

“Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

“Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. həmin Qanunun 1.0.12-ci maddəsində nəzərdə tutulmuş fitosanitar sertifikatının nümunəvi formasını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazisində fitosanitar nəzarətində olan karantin obyektlərinin mühafizəsinə yönəldilmiş profilaktik tədbirlərin görülməsi, bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi və bitki karantininin tətbiq edilməsi qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.5. həmin Qanunun 7.0.6-cı maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasında aşkar edilməyən, məhdud dairədə yayılmış və ölkə üçün potensial təhlükə törədə bilən karantin tətbiq edilən zərərli orqanizmlərin siyahısını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.6. həmin Qanunun 8.4-cü maddəsində nəzərdə tutulmuş dövlət fitosanitar nəzarəti xidmətinin işçilərinin fərqləndirici nişanı olan geyiminin və xüsusi vəsiqələrinin formalarını və təmin edilmə qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; [1]

1.7. həmin Qanunun 10.0.2-ci maddəsində nəzərdə tutulmuş hüquqi və fiziki şəxslərə məxsus obyektlərdə fitosanitar nəzarətinin həyata keçirilməsi qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.8. həmin Qanunun 10.0.3-cü maddəsində nəzərdə tutulmuş bitki və bitkiçilik məhsullarının idxalına və ixracına, təkrar ixracına, Azərbaycan Respublikasının ərazisində daşınmasına və dövriyyəsinə idxal karantin icazəsinin, təkrar ixracat fitosanitar sertifikatının və fitosanitar sertifikatlarının verilməsi qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; [2]

1.9. həmin Qanunun 11.1.2-ci maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasına gətirilmiş və respublikadan aparılması nəzərdə tutulan karantin nəzarətində olan materiallara fitosanitar karantin baxışının keçirilməsi və ekspertizanın aparılması qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; [3]

1.10. həmin Qanunun 8.5-ci maddəsində nəzərdə tutulmuş dövlət fitosanitar nəzarəti xidmətinin icrası məcburi olan qərarlarının və göstərişlərinin formasını, onların tərtib edilməsi və verilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; [4]

1.11. həmin Qanunun 13.1-ci maddəsində nəzərdə tutulmuş fitosanitar nəzarəti məntəqələrinin yerləşdirilməsi və fəaliyyəti qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.12. həmin Qanunun 13.6-cı maddəsində nəzərdə tutulmuş karantin tətbiq edilən zərərli orqanizmlərlə sirayətlənmiş yük zərərsizləşdirildikdən sonra sahibi tərəfindən geri götürülmədikdə məhv edilmək ehtimalı olan vaxtı və yükün məhv edilməsi halları və qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.13. həmin Qanunun 14.3.2-ci maddəsində nəzərdə tutulmuş fitosanitar sertifikatının verilməsi üçün tələb olunan sənədlərin siyahısını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.14. həmin Qanunun 15.1-ci maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazisindən tranzit daşınan karantin nəzarətində olan materiallar üzərində fitosanitar nəzarətinin həyata keçirilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.15. həmin Qanunun 17.4-cü maddəsində nəzərdə tutulmuş karantin elan olunan ərazilərdə fitosanitar tədbirlərin aparılması xərcləri dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilən halları müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.16. həmin Qanunun 20.2-ci və 28.1.2-ci maddələrində nəzərdə tutulmuş pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının aparılması, qeydiyyata alınması və istifadəsinə icazə verilmiş preparatların siyahısına daxil edilməsi qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; [5]

1.17. həmin Qanunun 22.1-ci və 22.2-ci maddələrində nəzərdə tutulmuş istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların, onların birləşmələrinin və qablarının sahibindən geri alınaraq zərərsizləşdirilməsi və ya məhv edilməsi qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.18. həmin Qanunun 23.1-ci və 34.3.2-ci maddələrində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazisinə idxal olunan karantin nəzarətində olan materiallarda karantin tətbiq edilən zərərli orqanizmlər aşkar olunduqda onların fitosanitar nəzarəti məntəqələrində və ya yükün təyinat yerlərində zərərsizləşdirilməsi qaydası da daxil olmaqla, karantin nəzarətində olan materialların zərərsizləşdirilməsi qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.19. həmin Qanunun 24.1-ci və 24.2-ci maddələrində nəzərdə tutulmuş pestisid ehtiyatının yaradılması və istifadəsi qaydaları, pestisidlərin növlər üzrə ehtiyat normalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.20. həmin Qanunun 26.3-cü maddəsində nəzərdə tutulmuş qeyri-dövlət fitosanitar xidməti subyektlərinin uçotu qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; [6]

1.21. həmin Qanunun 27.2.11-ci maddəsində nəzərdə tutulmuş pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin uçot və hesabatının aparılması qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

(Çıxarılıb) [7]

1.22. həmin Qanunun 28.1.8-ci maddəsində nəzərdə tutulmuş əkin sahəsində və digər kənd təsərrüfatına yararlı torpaqlarda aqrokimyəvi tədqiqat işlərinin aparılması, sahələrə aqrokimyəvi pasportların verilməsi və kartoqramların hazırlanması qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; [8]

1.23. həmin Qanunun 28.1.10-cu maddəsində nəzərdə tutulmuş pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövriyyəsinə dair vahid statistik hesabat formalarını və təqdim edilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; [9]

1.24. həmin Qanunun 29.6-cı maddəsində nəzərdə tutulmuş yüksək toksiki- ekoloji təhlükəli preparatların siyahısını və tətbiqi qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.25. həmin Qanunun 30.5-ci maddəsində nəzərdə tutulmuş dövlət qeydiyyatına alınmamış pestisidlərin və bioloji preparatların idxalı və tətbiqi qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.26. həmin Qanunun 31.2-ci maddəsində nəzərdə tutulmuş zəhərli kimyəvi maddələrin ölkə daxilində daşınması və saxlanması qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.27. həmin Qanunun 13.8-ci maddəsinin birinci cümləsində, 22.3-cü, 24.3-cü, 27.1.2-ci, 30.4.3-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın və 13.8-ci maddəsinin ikinci cümləsində, 27.1.1-ci, 27.2.8-ci, 29.4-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanları barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.28. həmin Qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.29. öz səlahiyyətləri daxilində “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki: [10]

2.1. “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci, 7.3-cü maddələrində, 13.1-ci maddəsinin birinci cümləsində, 22.1-ci maddəsində (ikinci halda), 34.5-ci maddəsinin birinci (hər üç halda) və ikinci cümlələrində və 34.6-cı maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; [11]

2.2. həmin Qanunun 4.0.1-ci, 6.2-ci, 13.1-ci, 16.1-ci (ikinci halda), 16.2-ci, 16.4-cü, 19.2-ci (ikinci halda), 19.3-cü, 20.2-ci, 22.1-ci (birinci halda), 22.2-ci, 22.3-cü, 24.1-ci, 24.2-ci, 29.6-cı, 30.4.3-cü, 31.2-ci, 34.3.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini, o cümlədən həmin Qanunun 1.0.12-ci (fitosanitar sertifikatının nümunəvi formasının təsdiqi hissəsində), 7.1.6-cı, 28.1.2-ci, 28.1.3-cü, 28.1.8-ci, 28.1.10-cu maddələrində nəzərdə tutulmuş səlahiyyətləri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; [12]

2.3. həmin Qanunun 23.3-cü, 25.1-ci, 25.2-ci və 33.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi həyata keçirir;

2.4. həmin Qanunun 7.2-ci, 12.1.1-ci, 12.1.4-cü, 12.1.5-ci, 13.2-ci (hər iki halda), 13.5-ci, 13.6-cı maddələrində, 13.8-ci maddəsinin birinci cümləsində, 14.3-cü, 15.2-ci, 16.1-ci (birinci halda), 17.1.1-ci, 17.2-ci, 17.3-cü, 18.1-ci, 19.1-ci, 19.2-ci (birinci halda), 20.3-cü, 20.4-cü, 20.6-cı, 21.1-ci, 24.3-cü, 27.1.1-ci, 27.1.2-ci, 27.2.1-ci, 27.2.6-cı, 27.2.7-ci, 27.2.8-ci (hər iki halda), 28.3-cü, 29.7-ci, 30.5-ci, 32.1-ci, 32.3-cü və 34.2.1-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi həyata keçirir; [13]

2.4-1. həmin Qanunun 13.8-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə razılaşdırmaqla həyata keçirir; [14]

2.5. həmin Qanunun 34.5-ci maddəsində “qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən orqan” dedikdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi nəzərdə tutulur;

2.6. həmin Qanunun 34.5-ci maddəsinin ikinci cümləsində “orqan” dedikdə vəsaitlərin bölgüsü hissəsində Azərbaycan Respublikasının Prezidenti, vəsaitlərdən istifadə qaydası hissəsində isə Azərbaycan Respublikasının Prezidenti (Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularına münasibətdə) və Azərbaycan Respublikasının Nazirlər Kabineti (Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin işçilərinə münasibətdə) nəzərdə tutulur; [15]

2.7. həmin Qanunun 34.5-ci maddəsinin birinci cümləsində “orqanın işçiləri” dedikdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçuları, həmçinin Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin işçiləri nəzərdə tutulurlar;

2.8. həmin Qanunun 34.5-ci maddəsinin birinci cümləsində (üçüncü halda) “orqan” dedikdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi nəzərdə tutulur;

2.9. həmin Qanunun 34.5-ci maddəsinin ikinci cümləsində və 34.6-cı maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur; [16]

2.10. həmin Qanunun 7.2-ci, 7.3-cü maddələrində, 13.1-ci maddəsinin birinci cümləsində, 22.1-ci maddəsində və 34.5-ci maddəsinin birinci cümləsində (ikinci və üçüncü hallarda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi nəzərdə tutulur. [17]

3. Müəyyən edilsin ki:

3.1. “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun 8.3-cü maddəsinə müvafiq olaraq:

3.1.1. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Azərbaycan Respublikasının baş dövlət fitosanitar müfəttişidir;

3.1.2. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəis müavinləri Azərbaycan Respublikasının baş dövlət fitosanitar müfəttişinin müavinləridir;

3.1.3. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin fitosanitar qurumunun rəhbəri Naxçıvan Muxtar Respublikasının baş dövlət fitosanitar müfəttişidir;

3.1.4. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin fitosanitar qurumunun rəhbərinin müavinləri Naxçıvan Muxtar Respublikasının baş dövlət fitosanitar müfəttişinin müavinləridir;

3.1.5. rayon və şəhər karantin məntəqələrinin rəhbərləri rayon və şəhər dövlət fitosanitar müfəttişləridir;

3.1.6. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika bitki mühafizəsi mərkəzinin, bitkilərin karantin ekspertizası laboratoriyasının və fumiqasiya mərkəzinin , dövlət sərhəd fitosanitar nəzarəti məntəqələrinin rəhbərləri dövlət fitosanitar müfəttişləridir; [18]

3.1.7. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən dövlət fitosanitar nəzarəti funksiyalarını yerinə yetirən digər vəzifəli şəxslərə və fitosanitar mütəxəssislərinə tutduqları vəzifələrə uyğun olaraq dövlət fitosanitar müfəttişi adı verilə bilər.

4. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 2 avqust 2006-cı il

    № 441

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       21 iyun 2007-ci il tarixli 600 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 613)

2.       15 mart 2010-cu il tarixli 235 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 mart 2010-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 3, maddə 186)

3.       24 may 2010-cu il tarixli 273 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 3 iyun 2010-cu il, № 118, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 5, maddə 402)

4.       17 noyabr 2014-cü il tarixli 353 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 19 noyabr 2014-cü il, № 252; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1393)

5.       19 fevral 2015-ci il tarixli 471 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 20 fevral 2015-ci il, № 040; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 2, maddə 133)

6.       23 iyun 2016-cı il tarixli 945 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 3 iyul 2016-cı il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1041)

7.       23 dekabr 2016-cı il tarixli 1176 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 29 dekabr 2016-cı il, № 290; “Xalq” qəzeti, 29 yanvar 2017-ci il, № 20, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 2094)

8.       16 aprel 2018-ci il tarixli 1922 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 2 may 2018-ci il, № 98, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №4, maddə 673)

9.       10 dekabr 2018-ci il tarixli 397 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 14 dekabr 2018-ci il, № 282, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2554)

10.    27 fevral 2019-cu il tarixli 549 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 1 mart 2019-cu il, № 49, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №2, maddə 248)

11.    29 may 2019-cu il tarixli 712 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 31 may 2019-cu il, № 118, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 864)

12.    22 may 2020-ci il tarixli 1037 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 23 may 2020-ci il, № 101, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №5, maddə 562)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 16 aprel 2018-ci il tarixli 1922 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 2 may 2018-ci il, № 98, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №4, maddə 673) ilə 1.6 – 1.8-ci, 1.10-cu, 2.1-ci, 2.3-cü, 2.6-cı və 3.1-ci bəndlər ləğv edilmişdir.

 

[2] 15 mart 2010-cu il tarixli 235 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 mart 2010-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 3, maddə 186) ilə 1.8-ci bənddə idxalına və ixracına,sözlərindən sonra təkrar ixracına,sözləri əlavə edilmişdir,ərazisindən tranzit sözləri ərazisində sözü ilə əvəz edilmişdir və idxal karantin icazəsinin sözlərindən sonra , təkrar ixracat fitosanitar sertifikatının sözləri əlavə edilmişdir.

 

[3] 15 mart 2010-cu il tarixli 235 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 mart 2010-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 3, maddə 186) ilə 1.9-cu bənddə gətirilən və Azərbaycan Respublikasından aparılan karantin nəzarətində olan materiallara, o cümlədən baqajlarda, poçt bağlamalarında və sərnişinlərin əl yüklərində gətirilən bitki və bitkiçilik məhsullarına sözləri gətirilmiş və respublikadan aparılması nəzərdə tutulan karantin nəzarətində olan materiallara sözləri ilə əvəz edilmişdir.

23 iyun 2016-cı il tarixli 945 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 3 iyul 2016-cı il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1041) ilə 1.9-cu bənddən “həmin Qanunun 11.1.2-ci maddəsində nəzərdə tutulmuş” sözləri çıxarılmışdır.

23 dekabr 2016-cı il tarixli 1176 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 29 dekabr 2016-cı il, № 290; “Xalq” qəzeti, 29 yanvar 2017-ci il, № 20, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 2094) ilə 1.9-cu bənddə “laboratoriya ekspertizasının” sözləri “ekspertizanın” sözü ilə əvəz edilmişdir.

 

[4] 19 fevral 2015-ci il tarixli 471 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 20 fevral 2015-ci il, № 040; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 2, maddə 133) ilə 1.10-cu bəndində “müfəttişlərinin” sözü “nəzarəti xidmətinin” sözləri ilə əvəz edilmişdir.

 

23 iyun 2016-cı il tarixli 945 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 3 iyul 2016-cı il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1041) ilə 1.10-cu bənddə “11.4-cü” sözləri “8.5-ci” sözləri ilə əvəz edilmişdir.

 

[5] 21 iyun 2007-ci il tarixli 600 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 613) ilə 1.16-cı bənddə «28.1.3-cü» sözləri «28.1.2-ci» sözləri ilə əvəz edilmişdir.

 

[6] 17 noyabr 2014-cü il tarixli 353 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 19 noyabr 2014-cü il, № 252; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1393) ilə 1.20-ci bəndi ləğv edilmişdir.

 

[7] 21 iyun 2007-ci il tarixli 600 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 613) ilə 1.22-ci bənd çıxarılmışdır və 1.23-1.30-cu bəndlər müvafiq olaraq 1.22-1.29-cu bəndlər hesab edilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

1.22. həmin Qanunun 28.1.1-ci maddəsində nəzərdə tutulmuş pestisidlərin və bioloji preparatların istehsalı üzrə dövlət proqramının layihəsi barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

 

[8] 21 iyun 2007-ci il tarixli 600 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 613) ilə 1.22-ci bənddə «28.1.9-cu» sözləri «28.1.8-ci» sözləri ilə əvəz edilmişdir.

 

[9] 21 iyun 2007-ci il tarixli 600 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 613) ilə 1.23-cü bənddə «28.1.11-ci» sözləri «28.1.10-cu» sözləri ilə əvəz edilmişdir.

 

[10] 21 iyun 2007-ci il tarixli 600 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 613) ilə 2.1-ci bənddə «, 28.1.1-ci maddəsində (müvafiq dövlət proqramının təsdiqi hissəsində) nəzərdə tutulmuş səlahiyyətləri» sözləri «nəzərdə tutulmuş səlahiyyəti» sözləri ilə əvəz edilmişdir.

21 iyun 2007-ci il tarixli 600 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 613) ilə 2.2-ci bənddə «28.1.3-cü, 28.1.9-cu, 28.1.11-ci» sözləri «28.1.2-ci, 28.1.8-ci, 28.1.10-cu» sözləri ilə əvəz edilmişdir.

21 iyun 2007-ci il tarixli 600 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 613) ilə 2.4-cü bənddə «28.1.1-ci maddəsində (müvafiq dövlət proqramının hazırlanması və həyata keçirilməsinin təmin edilməsi hissəsində), 28.1.2-ci maddəsində» sözləri «28.1.1-ci maddəsində» sözləri ilə əvəz edilmişdir.

21 iyun 2007-ci il tarixli 600 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 613) ilə  2.6-cı bənddən «, o cümlədən həmin Qanunun 28.1.1-ci maddəsində (müvafiq dövlət proqramının həyata keçirilməsinin təmin edilməsi hissəsində) nəzərdə tutulmuş səlahiyyətləri» sözləri çıxarılmışdır.

24 may 2010-cu il tarixli 273 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 3 iyun 2010-cu il, № 118, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 5, maddə 402) ilə 2.6-cı bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və 2.7-ci bənd əlavə edilmişdir.

23 iyun 2016-cı il tarixli 945 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 3 iyul 2016-cı il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1041) ilə 2.2-ci bənddə “11.4-cü” sözləri “8.5-ci” sözləri ilə əvəz edilmişdir və “28.1.2-ci,” sözlərindən sonra “28.1.3-cü,” sözləri əlavə edilmişdir.

23 iyun 2016-cı il tarixli 945 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 3 iyul 2016-cı il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1041) ilə 2.5-ci bənd ləğv edilmişdir.

23 iyun 2016-cı il tarixli 945 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 3 iyul 2016-cı il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1041) ilə 2.6-cı bənddən “9.0-cı, 10.0-cı,” sözləri çıxarılmışdır.

16 aprel 2018-ci il tarixli 1922 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 2 may 2018-ci il, № 98, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №4, maddə 673) ilə 2.2-ci bənddə “həmin Qanunun 6.2-ci, 8.4-cü, 8.5-ci, 13.1-ci, 16.4-cü və 19.3-cü (həmin Qanunun 16.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, öz səlahiyyətləri daxilində)” sözləri “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.1-ci, 6.2-ci, 13.1-ci, 16.1-ci (ikinci halda), 16.2-ci, 16.4-cü, 19.2-ci (ikinci halda), 19.3-cü” sözləri ilə, “7.0.6-cı” sözləri isə “7.1.6-cı” sözləri ilə əvəz edilmişdir.

16 aprel 2018-ci il tarixli 1922 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 2 may 2018-ci il, № 98, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №4, maddə 673) ilə 2.4-cü bənd yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

2.4. həmin Qanunun 4.0.1-ci, 9.0.10-cu, 10.0.15-ci, 16.4-cü və 19.3-cü (həmin Qanunun 16.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, öz səlahiyyətləri daxilində), 18.1-ci, 19.2-ci, 20.3-cü, 28.3-cü, 29.7-ci, 32.3-cü, 33.2-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini, o cümlədən həmin Qanunun 7.0.3-cü maddəsində (müvafiq strukturun təsdiqi hissəsində), 10.0.15-ci maddəsində (ölkə ərazisinin fitosanitar vəziyyəti barədə hesabatın verilməsi qaydasının müəyyən edilməsi hissəsində), 28.1.1-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi həyata keçirir;

16 aprel 2018-ci il tarixli 1922 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 2 may 2018-ci il, № 98, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №4, maddə 673) ilə 2.4-cü bənd yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

2.7. həmin Qanunun 10.0.6-cı maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir.

 

10 dekabr 2018-ci il tarixli 397 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 14 dekabr 2018-ci il, № 282, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2554) ilə 2-ci hissə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

2. Müəyyən edilsin ki:

2.1. “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun 8.3-cü, 25.3-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı” nın səlahiyyətlərini, o cümlədən həmin Qanunun 7.0.3-cü maddəsində (müvafiq əsasnamənin təsdiqi hissəsində) nəzərdə tutulmuş səlahiyyəti Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.2. “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.1-ci, 6.2-ci, 13.1-ci, 16.1-ci (ikinci halda), 16.2-ci, 16.4-cü, 19.2-ci (ikinci halda), 19.3-cü, 20.2-ci, 22.1-ci, 22.2-ci, 24.1-ci, 24.2-ci, 29.6-cı, 31.2-ci, 34.3.2-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı” nın səlahiyyətlərini, o cümlədən həmin Qanunun 1.0.12-ci (fitosanitar sertifikatının nümunəvi formasının təsdiqi hissəsində), 7.1.6-cı, 28.1.2-ci, 28.1.3-cü, 28.1.8-ci, 28.1.10-cu maddələrində nəzərdə tutulmuş səlahiyyətləri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

2.3. həmin Qanunun 9.0.2-ci, 9.0.5-ci, 9.0.6-cı, 10.0.12-ci, 16.1-ci və 16.2-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları” nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi öz səlahiyyətləri daxilində həyata keçirirlər;

2.4. həmin Qanunun 23.3-cü, 25.1-ci, 25.2-ci və 33.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi həyata keçirir;

2.5. həmin Qanunun 8.2-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi həyata keçirirlər;

2.6. həmin Qanunun 8.1-ci, 9.0-cı, 10.0-cı, 12.1.1-ci, 20.4-cü, 20.6-cı, 21.1-ci, 30.5-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı” nın səlahiyyətlərini , o cümlədən həmin Qanunun 28.1.1-ci maddəsində (müvafiq dövlət proqramının həyata keçirilməsinin təmin edilməsi hissəsində) nəzərdə tutulmuş səlahiyyətləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti həyata keçirir;

2.7. həmin Qanunun 7.2-ci, 12.1.1-ci, 12.1.4-cü, 12.1.5-ci, 13.2-ci (hər iki halda), 13.5-ci, 13.6-cı maddələrində, 13.8-ci maddəsinin birinci cümləsində, 14.3-cü, 15.2-ci, 16.1-ci (birinci halda), 17.1.1-ci, 17.2-ci, 17.3-cü, 18.1-ci, 19.1-ci, 19.2-ci (birinci halda), 20.3-cü, 20.4-cü, 20.6-cı, 21.1-ci, 24.3-cü, 27.1.1-ci, 27.1.2-ci, 27.2.1-ci, 27.2.6-cı, 27.2.7-ci, 27.2.8-ci (hər iki halda), 28.3-cü, 29.7-ci, 30.5-ci, 32.1-ci, 32.3-cü və 34.2.1-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi həyata keçirir;

 

[11] 29 may 2019-cu il tarixli 712 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 31 may 2019-cu il, № 118, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 864) ilə 2.1-ci bənd yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

2.1. “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun 34.5-ci maddəsinin birinci (hər üç halda) və ikinci cümlələrində müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

 

[12] 27 fevral 2019-cu il tarixli 549 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 1 mart 2019-cu il, № 49, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №2, maddə 248) ilə 2.2-ci bəndə “22.2-ci,” sözlərindən sonra “22.3-cü,” sözləri və “29.6-cı,” sözlərindən sonra “30.4.3-cü,” sözləri əlavə edilmişdir.

 

29 may 2019-cu il tarixli 712 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 31 may 2019-cu il, № 118, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 864) ilə 2.2-ci bəndə “22.1-ci” sözlərindən sonra “(birinci halda)” sözləri əlavə edilmişdir və həmin bənddən “22.2-ci,” sözləri çıxarılmışdır.

 

[13] 29 may 2019-cu il tarixli 712 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 31 may 2019-cu il, № 118, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 864) ilə 2.4-cü bənddən “7.2-ci,” sözləri çıxarılmışdır.

 

[14] 27 fevral 2019-cu il tarixli 549 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 1 mart 2019-cu il, № 49, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №2, maddə 248) ilə yeni məzmunda 2.4-1-ci bənd əlavə edilmişdir.

 

[15] 22 may 2020-ci il tarixli 1037 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 23 may 2020-ci il, № 101, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №5, maddə 562) ilə 2.6-cı, 2.7-ci və 2.8-ci bəndlər ləğv edilmişdir.

 

[16] 29 may 2019-cu il tarixli 712 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 31 may 2019-cu il, № 118, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 864) ilə yeni məzmunda 2.9-cu və 2.10-cu bəndlər əlavə edilmişdir.

 

22 may 2020-ci il tarixli 1037 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 23 may 2020-ci il, № 101, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №5, maddə 562) ilə 2.9-cu bəndə “Qanunun” sözündən sonra “34.5-ci maddəsinin ikinci cümləsində və” sözləri əlavə edilmişdir.

 

[17] 22 may 2020-ci il tarixli 1037 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 23 may 2020-ci il, № 101, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №5, maddə 562) ilə 2.10-cu bənddə “və 22.1-ci maddəsində” sözləri “, 22.1-ci maddəsində və 34.5-ci maddəsinin birinci cümləsində (ikinci və üçüncü hallarda)” sözləri ilə əvəz edilmişdir.

 

[18] 15 mart 2010-cu il tarixli 235 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 mart 2010-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 3, maddə 186) ilə 3.1.6-cı bənddən , dövlət sərhəd fitosanitar nəzarəti məntəqələrinin sözləri çıxarılmışdır.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status