AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
24.06.1997
QEYDİYYAT NÖMRƏSİ
609
ADI
Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 28-06-1997, Nəşr nömrəsi: 133)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.000.000
430.000.000
440.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında

Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Ölkənin xarici iqtisadi, o cümlədən ticarət əlaqələrinin daha da liberallaşdırılması və genişləndirilməsi, bu sahədə bazar iqtisadiyyatı tələblərinə cavab verən müasir qaydaların müəyyən edilməsi məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları təsdiq olunsun.

2. Azərbaycan Respublikası Prezidentinin 17 dekabr 1996-cı il tarixli 520 nömrəli Fərmanı il təsdiq olunmuş «Azərbaycan Respublikasında xarici ticarətin tənzimlənməsi Qaydaları» qüvvədən düşmüş hesab edilsin.

 

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

 

Bakı şəhəri, 24 iyun 1997-ci il

                № 609

 


 

Azərbaycan Respublikası Prezidentinin

24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə

təsdiq olunmuşdur.

 

Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi

Qaydaları [1]

 

Azərbaycan Respublikasında bütün rezidentlər və qeyri-rezidentlər (bundan sonra - şəxslər) tərəfindən idxal-ixrac əməliyyatlarının həyata keçirilməsi Azərbaycan Respublikasının Gömrük Məcəlləsi (bundan sonra - Gömrük Məcəlləsi), “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu, onlara uyğun olaraq qəbul edilmiş digər normativ hüquqi aktlarla, o cümlədən bu Qaydalarla tənzimlənir. [2]

İxrac-idxal əməliyyatlarının bu Qaydalarda nəzərdə tutulmayan digər formaları bütün şəxslər tərəfindən sərbəst surətdə həyata keçirilir. [3]

 

I. İxrac əməliyyatları

 

1. Respublikada istehsal, emal, təkrar emal olunan malların ixracı

1.1. Azərbaycan Respublikasında istehsal, emal, təkrar emal olunan malların ixracında şəxslər sərbəstdirlər, Gömrük Məcəlləsində və bu Qaydalarda nəzərdə tutulmuş hallar istisna olmaqla onların fəaliyyətinə məhdudiyyət qoyula bilməz. [4]

1.2. İxrac olunan mallar gömrük orqanlarına bəyan edilməlidir. [5]

2. Kreditə ixrac əməliyyatları [6]

2.1. Kreditə ixrac faktiki mal (xidmət və əqli mülkiyyət) ixracından sonra haqqı müəyyən şərtlərlə və hər hansı müddət ərzində ödənilən malların ixrac əməliyyatlarını nəzərdə tutur.

2.2. Dövlət müəssisələri və əmlakında dövlətin yekun payı 50 faizdən yuxarı olan digər müəssisələr tərəfindən malların (xidmət və əqli mülkiyyətin) kreditə ixracı bağlanmış müqavilələr İqtisadiyyat və Sənaye Nazirliyində qeydiyyatdan keçirilməklə aparılır. [7]

2.3. Bu Qaydaların 2.2-ci bəndində nəzərdə tutulmayan şəxslər tərəfindən malların kreditə ixracı gömrük orqanlarında bəyan edilməklə həyata keçirilir. Bu zaman respublikanın dövlət müəssisələrində istehsal olunmuş mallar həmin malların dəyəri istehsalçıya tam ödənildikdən sonra ixrac oluna bilərlər.

3. Təkrar ixrac (reeksport) əməliyyatları

3.1. Təkrar ixrac əməliyyatları Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olan xarici mənşəli malların yenidən işlənmədən digər xarici ölkələrə ixrac əməliyyatlarını nəzərdə tutur.

3.2. Təkrar ixrac əməliyyatları üzrə bağlanmış müqavilələr, Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərində tələb olunan hallarda İqtisadiyyat və Sənaye Nazirliyində qeydiyyatdan keçirilməklə, digər hallarda isə gömrük orqanlarında bəyan edilməklə icra olunur. [8]

4. Konsiqnasiya yolu ilə ixrac əməliyyatları

4.1. Konsiqnasiya yolu ilə ixrac əməliyyatları xarici şəxslərlə bağlanmış müqavilələrə əsasən respublika hüdudlarından kənarda satışı müəyyən müddət ərzində aparılan malların ixracını nəzərdə tutur.

4.2. Konsiqnasiya ticarəti üçün ayrılan müddət malların gömrük orqanlarında bəyan edildiyi gündən etibarən 180 günə qədər müəyyən olunur. Satışdan əldə edilən vəsaitlər, mallar satıldıqca 10 bank günündən gec olmayaraq ixracatçının Azərbaycan Respublikasındakı bank hesabına daxil olmalıdır. Mallar yuxarıda göstərilən müddətdə satılmadıqda 30 gün ərzində Azərbaycan Respublikasına qaytarılmalıdır.

4.3. Dövlət müəssisələri tərəfindən malların konsiqnasiya yolu ilə ixracı bağlanmış müqavilələr İqtisadiyyat və Sənaye Nazirliyində qeydiyyatdan keçirilməklə aparılır. [9]

4.4. Dövlət müəssisəsi olmayan digər şəxslər tərəfindən malların konsiqnasiya yolu ilə ixracı gömrük orqanlarında bəyan edilməklə aparılır. Bu zaman respublikanın dövlət müəssisələrində istehsal olunmuş mallar həmin malların dəyəri istehsalçıya tam ödənildikdən sonra ixrac oluna bilərlər.

5. Müvəqqəti ixrac əməliyyatları

5.1. Müvəqqəti ixrac əməliyyatları xarici ölkələrdə xidmət göstərilməsi, lizinq əməliyyatlarının aparılması, sərgilərdə, yarmarkalarda iştirak və s. üçün malların yenidən işlənmədən Azərbaycan Respublikasına qaytarılması şərtilə ixracı əməliyyatlarını nəzərdə tutur.

5.2. Dövlət müəssisələri tərəfindən müvəqqəti ixrac əməliyyatları üzrə bağlanmış müqavilələr İqtisadiyyat və Sənaye Nazirliyində qeydiyyatdan keçirilməklə, digər şəxslər tərəfindən isə gömrük orqanlarında bəyan edilməklə icra olunur. [10]

5.3. Dövlət müəssisələri tərəfindən müvəqqəti olaraq göndərilmiş mallar bağlanmış müqavilələrlə nəzərdə tutulmuş müddətlər bitdikdən sonra 30 gündən gec olmayaraq Azərbaycan Respublikasına qaytarılmalıdır. Həmin mallar İqtisadiyyat və Sənaye Nazirliyinin icazəsi ilə istifadə olunduqları ölkələrdə satıla bilər. Bu satışdan əldə olunan valyuta ixracatçının Azərbaycan Respublikasındakı bank hesabına 10 gün müddətində daxil olmalıdır. [11]

5.4. Dövlət müəssisəsi olmayan digər şəxslər tərəfindən müvəqqəti ixrac olunmuş mallar bu Qaydalara və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq müvafiq gömrük rüsumları ödənməklə istifadə olunduqları ölkələrdə satıla bilər. Digər halda bağlanmış müqavilələrlə nəzərdə tutulmuş müddətlər bitdikdən sonra həmin mallar 30 gündən gec olmayaraq Azərbaycan Respublikasına qaytarılmalıdır.

 

II. İdxal əməliyyatları

 

6. şəxslərin öz vəsaitləri hesabına idxal

6.1. İdxal olunan mallar gömrük orqanlarına bəyan edilməlidir. [12]

6.2. şəxslərin idxal etdikləri malların gömrük dəyərinin müəyyən edilməsinin düzgünlüyünə nəzarət Gömrük Məcəlləsi və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq gömrük orqanları tərəfindən həyata keçirilir. [13]

6.3. Konsiqnasiya ticarəti yolu ilə mal idxal edən bütün şəxslər bu malların satışından əldə olunmuş vəsait (manat) ilə valyuta birjalarından valyuta alıb konsiqnatorlarla hesablaşa bilərlər.

 

III. Digər ixrac-idxal əməliyyatları

 

7. Nazirlər Kabinetinin sərəncamı əsasında aparılan ixrac-idxal əməliyyatları [14]

7.1. Bu Qaydaların 1 saylı Əlavəsində göstərilən malların idxalı və ixracı müstəsna olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamları əsasında həyata keçirilir. Həmin malların kreditə, konsiqnasiya yolu ilə, həmçinin sərhədyanı ticarət çərçivəsində ixracına yol verilmir.

8. Müvafiq dövlət orqanlarından rəy və lisenziya alınmaqla aparılan idxal-ixrac əməliyyatları [15]

8.1. Bu Qaydaların 2 nömrəli əlavəsində göstərilən malların (xidmətlərin və əqli mülkiyyətin) ixracı və idxalı həmin əlavədə göstərilən müvafiq dövlət orqanlarının rəyi alınmaqla həyata keçirilir. [16]

8.2. Yuxarıdakı bənddə göstərilən malların kreditə konsiqnasiya yolu ilə, həmçinin sərhədyanı ticarət çərçivəsində ixracına yol verilmir.

8.3. Bu Qaydaların 3 nömrəli əlavəsində göstərilən malların idxalını (ixracını) həyata keçirən rezidentlər müvafiq dövlət orqanlarından lisenziya almalıdırlar.

Lisenziyanın verilməsi müddəti 15 gündür.

9. Barter əməliyyatları

9.1. Barter əməliyyatları dəyəri ödənilmədən ekvivalent məbləğdə qarşılıqlı mal (xidmət və əqli mülkiyyət) mübadiləsini nəzərdə tutur.

9.2. Barter əməliyyatlarında ekvivalent məbləğdə malların göndərilməsi və alınması müddəti 90 günə qədər müəyyən olunur. Ekvivalent məbləğdə qarşılıqlı mal mübadiləsi bu müddətdə başa çatmazsa, hesablaşma müqavilədə göstərilən valyuta ilə 10 bank günü ərzində yerinə yetirilməli və vəsait ixracatçının Azərbaycan Respublikasındakı bank hesabına köçürülməlidir.

9.3. Barter əməliyyatları üzrə göndərilən və gətirilən malların gömrük bəyannamələrinin bir nüsxəsi mal bəyan olunduğu tarixdən etibarən 7 gün ərzində gömrük orqanları tərəfindən müvəkkil banklara və İqtisadiyyat və Sənaye Nazirliyinə göndərilir. [17]

9.4. Dövlət müəssisələri və əmlakında dövlətin yekun payı 50 faizdən yuxarı olan digər müəssisələr tərəfindən bağlanmış barter müqavilələri İqtisadiyyat və Sənaye Nazirliyində qeydiyyatdan keçirilməklə, digər şəxslər tərəfindən bağlanmış barter müqavilələri gömrük orqanlarında bəyan edilməklə həyata keçirilir. [18]

9.5. Bu Qaydaların 9.2 bəndində göstərilən müddətlər ərzində ekvivalent məbləğdə mal alınmadıqda və qarşılıqlı hesablaşma aparılmadıqda alınmayan malın dəyəri gizlədilmiş gəlir hesab edilir və mal göndərən şəxslər Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.

10. Kooperasiya əməliyyatları

10.1. Kooperasiya əməliyyatları xammal, yarımfabrikatlar və məhsulların bu və ya digər (təmir, emal, son məhsul şəklinə gətirmə, qablaşdırma və s.) məqsədlə müvəqqəti olaraq ixracını (və ya idxalını) nəzərdə tutur.

10.2. Dövlət müəssisələri tərəfindən malların kooperasiya əməliyyatları ilə ixracını (və ya idxalını) nəzərdə tutan müqavilələr İqtisadiyyat və Sənaye Nazirliyində qeydiyyatdan keçirilməklə, digər şəxslər tərəfindən isə gömrük orqanlarında bəyan olunmaqla icra olunur. [19]

11. Sərhədyanı ticarətlər

11.1 Sərhədyanı ticarət, müstəsna olaraq müvafiq sərhədyanı ərazi çərçivəsində istehsal olunan, eləcə də müvafiq sərhədyanı ərazi çərçivəsində istehlakı nəzərdə tutulan mallara münasibətdə yerli ehtiyacların ödənilməsi üçün Azərbaycan Respublikasının sərhədyanı ərazisində daimi yaşayış yeri olan bütün şəxslər tərəfindən Azərbaycan Respublikasının həmhüdud dövlətlərlə beynəlxalq müqavilələrində müəyyən olunmuş müvafiq sərhədyanı ərazidə xarici şəxslərlə həyata keçirilə bilər.

11.2. Sərhədyanı ərazilər və sərhədyanı ticarət qaydaları İqtisadiyyat və Sənaye Nazirliyinin rəyi ilə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən olunur. [20]

 

IV. Dövlətlərarası Sazişlərə əsasən ticarət əməliyyatları

 

Dövlətlərarası Sazişlərlə nəzərdə tutulmuş ixrac-idxal əməliyyatları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərar və sərəncamları ilə gömrük orqanlarında bəyan edilməklə həyata keçirilir.

 

V. Xarici ticarətdə hesablaşma qaydaları

 

12. İxracda hesablaşmalar

12.1. Hüquqi və fiziki şəxslər tərəfindən malların (işlərin, xidmətlərin) konsiqnasiya yolu ilə ixracı gömrük orqanlarında bəyan edilməklə aparılır. Konsiqnasiya yolu ilə ixrac əməliyyatları xarici şəxslərlə bağlanmış müqaviləyə əsasən ixrac olunmuş malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müəyyən edilmiş müddət ərzində ixracatçıya ödənilməsini nəzərdə tutur. [21]

12.2. Hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər.

12.3. İxrac olunan malların (işlərin, xidmətlərin) müqabilində əldə olunmuş vəsaitin Azərbaycan Respublikasına köçürülməsinə və gətirilməsinə, müvafiq olaraq, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (bundan sonra – Palata) və Dövlət Gömrük Komitəsi nəzarət edir. Bu məqsədlə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi bütün ixracatçılar tərəfindən gömrük bəyannamələri və ixrac müqavilələri də daxil olmaqla, ixrac olunan mallar barədə aidiyyəti məlumatların elektron gömrük xidməti vasitəsilə Palataya ötürülməsini təmin edir. [22]

12.4. Müvəkkil banklar şəxslərin aidiyyəti hesablarına ixrac müqavilələri üzrə xarici valyutanın daxil olması barədə məlumatı Palata tərəfindən müəyyən edilmiş formada və qaydada vəsait daxil olduğu gündən 3 (üç) iş günü ərzində Palataya ötürürlər.

12.5. Palata müvəkkil banklardan daxil olmuş məlumatlar və elektron gömrük xidmətindən əldə olunmuş məlumatlar əsasında ixrac olunan malların müqabilində vəsaitlərin müəyyən olunmuş müddətdə ixracatçının müvəkkil bankdakı hesabına köçürülmədiyini müəyyən etdiyi halda ixracatçı barədə qanunvericiliklə müəyyən edilmiş nəzarət və digər tədbirlərin görülməsi məqsədilə 2 (iki) iş günü müddətində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat verir.

12.6. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Palata idxal-ixrac əməliyyatları üzrə bu Qaydalarda nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsində əməkdaşlıq edirlər.

 

13. İdxalda hesablaşmalar

13.1. Bütün şəxslər tərəfindən xarici ölkələrdən mal alınmasına və xidmət göstərilməsi ilə bağlı olan hesablaşmalar Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq aparılır. Hesablaşmalara nəzarət müvəkkil banklar tərəfindən həyata keçirilir .

 

VI. Xarici ticarət əməliyyatlarının rəsmiləşdirilməsi

 

14.1. Malların gömrük rəsmiləşdirilməsi Gömrük Məcəlləsinə uyğun olaraq həyata keçirilir. Bəyanetmənin forması və qaydaları, həmçinin gömrük məqsədləri üçün lazım olan sənədlərin və məlumatların siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilərək rəsmi nəşrlərdə dərc olunur, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin rəsmi internet saytlarında yerləşdirilir. [23]

14.2. İqtisadi İnkişaf Nazirliyi müvafiq sənədlərin qəbul olunması barədə Rezidentləri yazılı surətdə xəbərdar etməlidir.

14.3. Bu Qaydalarda nəzərdə tutulmuş hallarda İqtisadi İnkişaf Nazirliyində bağlanmış müqavilələrin ekspertizası keçirilərkən onların Azərbaycan Respublikasının qanunvericiliyinə və beynəlxalq hüquq qaydalarına uyğunluğu araşdırılmalı və Azərbaycan Respublikasının iqtisadi maraqlarının gözlənilməsi yoxlanılmalıdır. [24]

14.4. Bu Qaydalarda nəzərdə tutulan hallarda xarici ticarət əməliyyatlarının rəsmiləşdirilməsi üçün şəxslər gömrük orqanlarına aşağıdakı sənədləri təqdim etməlidirlər:

14.5.1. İxrac əməliyyatları üzrə:

§ hüquqi şəxsin Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilmiş kodu;

§ xarici şəxslərlə bağlanmış müqavilə;

§ ixrac olunan malların mənşəyi haqqında sənədlər;

§ Dövlət müəssisəsi və ya əmlakında dövlətin yekun payı 50 faizdən yuxarı olan digər müəssisə tərəfindən ixrac olunan malların haqqının qabaqcadan ödənilməsi, yaxud akkreditiv açılması və ya bank zəmanəti təqdim edildiyi barədə müvafiq müvəkkil bankın sənədi; [25]

§ bu Qaydalarda nəzərdə tutulan hallarda Nazirlər Kabinetinin sərəncamı və ya müvafiq dövlət orqanının rəyi; [26]

§ gömrük yük bəyannaməsi;

§ Azərbaycan Respublikasından Avropa İttifaqı ölkələrinə ixrac edilən yeyinti  məhsullarına keyfiyyət sertifikatı. [27]

§ bu Qaydalarda nəzərdə tutulan hallarda dövlət müəssisəsi və ya əmlakında dövlətin yekun payı 50 faizdən yuxarı olan digər müəssisə tərəfindən bağlanmış müqavilənin İqtisadiyyat və Sənaye Nazirliyində qeydiyyatdan keçməsini təsdiq edən sənəd. [28]

14.5.2. İdxal əməliyyatları üzrə: [29]

·         bağlanmış müqavilə;

·         gömrük yük bəyannaməsi;

·         invoys — idxal olunan malların əmtəə dəyərini müəyyən edən sənəd;

·         yol-nəqliyyat sənədləri;

·         malın mənşəyini təsdiq edən sənəd;

·         malın fitosanitar sertifikatı; [30]

·         malın uyğunluq sertifikatı;

·         malın baytarlıq sertifikatı;

·         malın gigiyenik sertifikatı (yeyinti məhsullarına);

·         bu Qaydalarda nəzərdə tutulan hallarda Nazirlər Kabinetinin sərəncamı və ya müvafiq dövlət orqanının rəyi. [31]

·         bu Qaydalarda nəzərdə tutulan hallarda dövlət müəssisəsi və əmlakında dövlətin yekun payı 50 faizdən yuxarı olan digər müəssisə tərəfindən bağlanmış müqavilənin İqtisadiyyat və Sənaye Nazirliyində qeydiyyatdan keçməsini təsdiq edən sənəd. [32]

14.6. Lazımi sənədlər təqdim olunduqdan sonra müqavilələrin qeydiyyatı İqtisadiyyat və Sənaye Nazirliyində 3 iş günü ərzində həyata keçirilir. [33]

14.7. İxrac və idxal əməliyyatları üzrə tələb olunan sənədlər təqdim olunduqdan sonra gömrük orqanları həmin sənədləri rəsmiləşdirib 24 saat ərzində malların buraxılmasını təmin etməlidirlər.

14.8. şəxslər təqdim etdikləri sənədlərin və həmin sənədlərdə olan məlumatların həqiqiliyinə cavabdehdirlər.

14.9. Dövlət Gömrük Komitəsi bütün ixrac-idxal əməliyyatları üzrə hər ay hesabat dövründən sonrakı ayın 15-dən gec olmayaraq Azərbaycan Respublikasının Prezidentinə, Nazirlər Kabinetinə, İqtisadiyyat və Sənaye Nazirliyinə, Maliyyə Nazirliyinə, Vergilər Nazirliyinə, Qida Təhlükəsizliyi Agentliyinə, Dövlət Statistika Komitəsinə və Mərkəzi Banka müəyyən edilmiş formada məlumat xarici ticarətin gömrük statistikasının məlumatlarını verir. [34]

 

VII. Qaydaların müdddəalarının pozulmasına görə məsuliyyət [35]

 

15.1. şəxslər bu Qaydaların pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məsuliyyət daşıyırlar.

15.2. Xarici ticarət əməliyyatları üzrə malların Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılmasına və gətirilməsinə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, bu əməliyyatların hesablaşmalar hissəsinə isə Palata və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi nəzarət edirlər. [36]

 


 

Azərbaycan Respublikasında

idxal-ixrac əməliyyatlarının

tənzimlənməsi Qaydalarının

1 nömrəli Əlavəsi

 

 

İxracı və idxalı Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı əsasında aparılan malların Siyahısı [37]

 

Malların adı

XİF ƏN kodu

Silah və hərbi texnika, onların istehsalı üçün zəruri olan ehtiyat hissələri

8710, 8802 (8802 11 100, 8802 12 100, 8802 20 100, 8802 30 100, 8802 40 100 istisna olaraq); 8803 (8803 10 100, 8803 20 100, 8803 30 100, 8803 90 910 istisna olaraq); 8906 00 100, 9301, 9302, 9305 (ancaq döyüş silahlarına aiddir); 9306 (9306 10 000, 9306 29 100, 9306 30 910, 9306 30 930 istisna olaraq); 9013, 9013 10 100, 9013 20 000, 9013 80 000, 9014 (ancaq hərbi təyinatlı olanlara); 8526 (ancaq hərbi təyinatlı olanlara)

Barıt, partlayıcı maddələr, partlayış və pirotexnika vasitələri

3601 (ovçuluq barıtı istisna olmaqla); 3602 — 3604

Nüvə materialları, texnologiyaları, avadanlıqları və qurğuları, xüsusi qeyri-nüvə materialları, radioaktiv şüalanma mənbələri, radioaktiv tullantılar da daxil olmaqla

 

Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr və psixotrop maddələr, habelə kimyəvi zəhərlər

 

Silahlanma və hərbi texnikanın yaradılması üçün istifadə olunan elmi-texniki məlumatın və texnologiyaların, material və avadanlıqların ayrı-ayrı növləri

 

Qan, qan komponentləri və onlardan hazırlanan preparatlar

 

Emal edilməmiş almazın ixracı

 

 

Qeyd: «Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi qaydaları»nın 1 nömrəli əlavəsinin siyahısı yivli və yivsiz idman, ov silahlarının və ya hədəfə atəş açmaq üçün digər silahların, kombinasiya edilmiş yivli və yivsiz silahların, onların hissə və ləvazimatlarının, patronlarının, pnevmatik silahlar üçün gülləciklərin (3601 (yalnız ov üçün nəzərdə tutulan barıt), 9305 (döyüş sursatı istisna olmaqla, yalnız ov və idman üçün nəzərdə tutulan mallar); 9306 21 000 0; 9306 29 400 0; 9306 29 700 0) idxalına və ixracına şamil edilmir və göstərilən malların (əşyaların) idxalı və ixracı Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli, 769 nömrəli fərmanı ilə təsdiq edilmiş «Xidməti və mülki silahın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından aparılması qaydaları»na uyğun olaraq tənzimlənir.

 


 

Azərbaycan Respublikasında

idxal-ixrac əməliyyatlarının

tənzimlənməsi Qaydalarının

2 nömrəli Əlavəsi

 

 

İxracı və idxalı müvafiq dövlət orqanlarının rəyi alınmaqla aparılan spesifik malların (xidmətlərin və əqli mülkiyyətin) Siyahısı

 

Malların adı

Malın XİF ƏN kodu

Rəyi tələb olunan dövlət orqanları

İxrac [38]

Çöl heyvanları, yabanı bitkilər və qazıntılarda tapılmış heyvan sümükləri

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Vəhşi heyvanlardan və yabanı bitkilərdən dərman istehsalı üçün xammal; ilan, böyə və əqrəb zəhərləri

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi

Azərbaycan Respublikası ərazisində quruda və dəniz iqtisadi zonası hüdudlarında yerləşən istilik enerji və mineral xammal yataqları haqqında və rayonlar üzrə məlumat

 

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi [39]

İxtiralar, «Nou Hau» və elmi tədqiqat işlərinin nəticələri (ixrac nəzarətinə düşənlər istisna olmaqla)

 

Azərbaycan Respublikası Elmlər Akademiyası, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi [40]

İncəsənət əsərləri, kolleksiya əşyaları və əntiq mallar

9701 — 9706

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi [41]

Ozondağıdıcı maddələr və tərkibində belə maddələr olan məhsullar

 

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr

 

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

Sərgi, qastrol səfərləri, təqdimat, beynəlxalq mədəniyyət tədbirləri və bərpa işləri ilə əlaqədar, Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil edilmiş mədəni sərvətlər

 

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi [42]

İdxal [43]

Bitkilərin mühafizəsi üçün istifadə edilən kimyəvi vasitələr

3803

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi [44]

Baytarlıq xidmətində tətbiq edilən dərman, bioloji preparatlar və baytarlıq ləvazimatları [45]

 

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi

Dərman vasitələri, o cümlədən Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr və tibbi ləvazimatlar

30 qrup
9018 — 9022

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi

Azərbaycan Respublikası ərazisində xidmətlərin göstərilməsi:

inşaat fəaliyyəti (mühəndis-axtarış, layihə, tikinti-quraşdırma və buraxılış-sazlama işləri)

 

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi [46]

yük və sərnişin daşınması, nəqliyyat ekspeditor xidmətləri

 

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası, Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi [47]

rabitə xidmətləri (beynəlxalq, şəhərlərarası, şəhər, kənd, sellülar, reysinq, radiotrank, kabel televiziyasının qurulması və istismarı, sürətli poçt xidmətlərinin göstərilməsi)

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi [48]

vəkillik və digər hüquqi xidmətlər

 

Ədliyyə Nazirliyi

Ozondağıdıcı maddələr və tərkibində belə maddələr olan məhsullar [49]

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

 


 

Azərbaycan Respublikasında
idxal-ixrac əməliyyatlarının
tənzimlənməsi Qaydalarının
3 nömrəli Əlavəsi

 

 

Müvafiq dövlət orqanları tərəfindən verilən lisenziya əsasında idxal (ixrac) olunan malların
Siyahısı

 

Malların adı

Lisenziya verən dövlət orqanı

İdxal

etil (yeyinti) spirti

Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi

alkoqollu içkilər (pivə istisna olmaqla)

Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi

tütün məmulatı

Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi

ozondağıdıcı maddələr (Monreal Protokoluna qoşulmayan dövlətlərdən (dövlətlərə) metil bromidin idxalı və ixracı istisna olmaqla)

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       30 mart 1998-ci il tarixli 691 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 3, maddə 175)

2.       30 avqust 2000-ci il tarixli 392 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8, maddə 615)

3.       11 oktyabr 2001-ci il tarixli 587 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 10, maddə 640)

4.       21 dekabr 2001-ci il tarixli 608 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 754)

5.       21 dekabr 2001-ci il tarixli 609 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 755)

6.       23 oktyabr 2003-cü il tarixli 941 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 546)

7.       19 mart 2007-ci il tarixli 555 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 3, maddə 234)

8.       16 avqust 2007-ci il tarixli 618 nömrəli Azərbaycan Respublikasının Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 766)

9.       20 iyun 2008-ci il tarixli 780 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №6, maddə 498)

10.    12 sentyabr 2008-ci il tarixli 826 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 13 sentyabr 2008-ci il, № 205, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 9, maddə 798)

11.    11 noyabr 2008-ci il tarixli 13 nömrəli  Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 19 noyabr 2008-ci il, № 259, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 969)

12.    13 fevral 2009-cu il tarixli 57 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 18 fevral 2009-cu il, № 38, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 70)

13.    14 aprel 2009-cu il tarixli 81 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  19 aprel 2008-ci il, № 83, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 04, maddə 226)

14.    7 oktyabr 2009-cu il tarixli 163 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərman (“Azərbaycan” qəzeti  8 oktyabr  2009-cu il, № 223, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 776)

15.    28 oktyabr 2009-cu il tarixli 166 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  29 oktyabr  2009-cu il, № 241, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 779)

16.    10 fevral 2010-cu il tarixli 216 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 11 fevral 2010-cu il, № 32, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 2, maddə 80)

17.    14 may 2010-cu il tarixli 260 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 15 may 2010-cu il, № 104,  Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 5, maddə 389)

18.    20 aprel 2010-cu il tarixli 256 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 21 aprel 2010-cu il, № 84,  Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 4, maddə 296)

19.    26 sentyabr 2013-cü il tarixli 990 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 27 sentyabr 2013-cü il, № 212, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 09, maddə 1056)

20.    11 aprel 2014-cü il tarixli 148 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 12 aprel 2014-cü il, № 73, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 04, maddə 364)

21.    14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 may 2014-cü il, № 101)

22.    9 iyul 2014-cü il tarixli 223 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 16 iyul 2014-cü il, № 150; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 805)

23.    2 sentyabr 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1027)

24.    16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384)

25.    14 noyabr 2016-cı il tarixli 1110 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 17 noyabr 2016-cı il, № 254, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 11, maddə 1817)

26.    10 fevral 2017-ci il tarixli 1233 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 11 fevral 2017-ci il, № 31, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №2, maddə 177)

27.    7 avqust 2017-ci il tarixli 1574 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 avqust 2017-ci il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 8, maddə 1521)

28.    3 may 2018-ci il tarixli 34 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 4 may 2018-ci il, № 100, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 5, maddə 902)

29.    19 sentyabr 2018-ci il tarixli 277 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №9 , maddə 1840)

30.    27 fevral 2019-cu il tarixli 549 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 1 mart 2019-cu il, № 49, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №2, maddə 248)

31.    17 may 2019-cu il tarixli 700 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 18 may 2019-cu il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №5, maddə 852)

32.    29 yanvar 2021-ci il tarixli 1265 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 30 yanvar 2021-ci il, № 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, №1, maddə 35)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 14 may 2010-cu il tarixli 260 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 15 may 2010-cu il, № 104,  Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 5, maddə 389) ilə preambulanın ikinci abzasında, 1.1-ci, 4.4-cü, 5.2-ci, 5.4-cü, 6.1-ci, 6.3-cü, 9.4-cü, 9.5-ci, 10.2-ci, 11.1-ci, 13.1-ci, 14.4-cü, 14.8-ci və 15.1-ci bəndlərdə "rezidentlər" sözü "şəxslər" sözü ilə, 6-cı bəndin adında və 6.2-ci bənddə isə "rezidentlərin" sözü "şəxslərin" sözü ilə əvəz edilmişdir.

 

[2] 14 may 2010-cu il tarixli 260 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 15 may 2010-cu il, № 104,  Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 5, maddə 389) ilə «Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları»nın preambulanın birinci abzası yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

Azərbaycan Respublikasında bütün şəxslər (bundan sonra Rezidentlər) tərəfindən ixrac-idxal əməliyyatlarının həyata keçirilməsi bu Qaydalarla tənzimlənir.

 

9 iyul 2014-cü il tarixli 223 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 16 iyul 2014-cü il, № 150; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 805) ilə “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın Preambulasının birinci hissədə “idxal-ixrac əməliyyatlarının həyata keçirilməsi” sözlərindən sonra “Azərbaycan Respublikasının Gömrük Məcəlləsi (bundan sonra - Gömrük Məcəlləsi), “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu, onlara uyğun olaraq qəbul edilmiş digər normativ hüquqi aktlarla, o cümlədən” sözləri əlavə edilmişdir.

 

[3] 9 iyul 2014-cü il tarixli 223 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 16 iyul 2014-cü il, № 150; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 805) ilə “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın Preambulasının ikinci hissəsi ləğv edilmişdir.

 

[4] 9 iyul 2014-cü il tarixli 223 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 16 iyul 2014-cü il, № 150; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 805) ilə “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 1.1-ci bəndində “şəxslər sərbəstdirlər” sözlərindən sonra “, Gömrük Məcəlləsində” sözləri əlavə edilmişdir.

 

[5] 9 iyul 2014-cü il tarixli 223 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 16 iyul 2014-cü il, № 150; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 805) ilə “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 1.2-ci bəndi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

1.2. Bu Qaydaların 7 və 8-ci bəndlərində göstərilən mallardan başqa Azərbaycan Respublikasında istehsal, emal, təkrar emal olunan bütün digər malların ixracı gömrük orqanlarında bəyan edilməklə həyata keçirilir.

 

[6] 9 iyul 2014-cü il tarixli 223 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 16 iyul 2014-cü il, № 150; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 805) ilə “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 2 - 5-ci hissələr, 6.3-cü bənd, 9-cu və 10-cu hissələr, 14.4-сü bənd, 14.5.1-ci, 14.5.2-ci yarımbəndlər, 14.6-cı və 14.7-ci bəndlər ləğv edilmişdir.

 

[7] 30 mart 1998-ci il tarixli 691 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 3, maddə 175) ilə 2.2-ci bəndində 30 faizdən az olmayan” sözləri “50 faizdən yuxarı olan” sözləri ilə əvəz olunmuşdur.

14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 may 2014-cü il, № 101) ilə 2.2-ci bəndində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.

 

[8]   14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 may 2014-cü il, № 101) ilə 3.2-ci bəndində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.

 

[9]  14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 may 2014-cü il, № 101) ilə 4.3-cü bəndində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.

 

[10] 14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 may 2014-cü il, № 101) ilə 5.2-ci bəndində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.

 

[11] 14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 may 2014-cü il, № 101) ilə 5.3-cü bəndinin ikinci cümləsində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.

 

[12] 9 iyul 2014-cü il tarixli 223 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 16 iyul 2014-cü il, № 150; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 805) ilə “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 6.1-ci bəndi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

6.1. şəxslər tərəfindən öz vəsaitləri, konsiqnasiya və ya dövlət zəmanətinə əsaslanmayan kreditlər hesabına aparılan idxal əməliyyatları üzrə bağlanmış müqavilələr (bu Qaydaların 7 və 8-ci bəndlərində göstərilən hallar istisna olmaqla) gömrük orqanlarında bəyan edilməklə həyata keçirilir.

 

[13] 9 iyul 2014-cü il tarixli 223 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 16 iyul 2014-cü il, № 150; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 805) ilə “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 6.2-ci bənddə “dəyərlərinə nəzarət” sözləri “dəyərinin müəyyən edilməsinin düzgünlüyünə nəzarət Gömrük Məcəlləsi və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq” sözləri ilə əvəz edilmişdir.

 

[14] 14 may 2010-cu il tarixli 260 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 15 may 2010-cu il, № 104,  Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 5, maddə 389) ilə «Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları»nın 7-ci bəndin adında "Nazirlər Kabineti tərəfindən" sözləri "Nazirlər Kabinetinin sərəncamı əsasında" sözləri ilə əvəz edilmişdir.

 

[15] 12 sentyabr 2008-ci il tarixli 826 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 13 sentyabr 2008-ci il, № 205, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 9, maddə 798) ilə “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 8-ci bəndinin adından “və lisenziya” sözləri və 8.3-cü bəndi çıxarılmışdır.

 

[16] 14 may 2010-cu il tarixli 260 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 15 may 2010-cu il, № 104,  Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 5, maddə 389) ilə "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları"nın 8.1-ci bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

8.1. Bu Qaydaların 2 saylı Əlavəsində göstərilən malların idxalı və ixracı bağlanmış müqavilələr İqtisadi İnkişaf Nazirliyində ekspertizadan və qeydiyyatdan keçirməklə həyata keçirilir. İqtisadi İnkişaf Nazirliyi bu mallar üzrə ekspertiza keçirərkən onların idxal və ya ixracı barəsində müvafiq dövlət orqanlarının rəyini almalıdır.

 

[17]  14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 may 2014-cü il, № 101) ilə 9.3-cü bəndinin İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.

 

[18] 30 mart 1998-ci il tarixli 691 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 3, maddə 175) ilə 9.4-cü bəndi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

9.4. Bütün rezidentlər  tərəfindən bağlanmış barter müqavilələri Ticarət  Nazirliyində qeydiyyatdan keçirilməklə həyata keçirilir.

14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 may 2014-cü il, № 101) ilə 9.4-cü bəndinin İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.

 

[19] 14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 may 2014-cü il, № 101) ilə 10.2-ci bəndinin İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.

 

[20] 14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 may 2014-cü il, № 101) ilə 11.2-ci bəndinin İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.

16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384) ilə “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 11.2-ci və 14.9-cu bəndlərindən “və Sənaye” sözləri çıxarılmışdır.

 

[21] 10 fevral 2010-cu il tarixli 216 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 11 fevral 2010-cu il, № 32, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 2, maddə 80) ilə "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları"nın 12.1-ci bəndinin ikinci cümləsində "Milli Bank" sözləri "Mərkəzi Bank" sözləri ilə əvəz edilmişdir.

 

14 may 2010-cu il tarixli 260 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 15 may 2010-cu il, № 104,  Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 5, maddə 389) ilə "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları"nın 12-ci bəndin mətni aşağıdakı redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

12.1. Mal (xidmət və əqli mülkiyyətin) satışı bir qayda olaraq yalnız onların haqlarının qabaqcadan ödənilməsi, yaxud geri çağırılmayan akkreditiv açılması yolu ilə və ya birinci dərəcəli bankların zəmanəti əsasında həyata keçirilir. Bankların birinci dərəcəlilik əlamətləri beynəlxalq kredit reytinq agentlərinin təminatlarına əsasən Azərbaycan Respublikasının Mərkəzi Bank tərəfindən müəyyən edilir.

12.2. Bütün Rezidentlər tərəfindən satılan malların (xidmət və əqli mülkiyyətin) Azərbaycan Respublikası ərazisindən çıxarılmasına gömrük orqanları tərəfindən yalnız onların haqqının ödənildiyi, yaxud akkreditiv və ya birinci dərəcəli bankların zəmanəti təqdim edildiyi barədə Azərbaycan Respublikasında valyuta əməliyyatlarının aparılması üçün icazəsi olan müvafiq müvəkkil bankların bunu təsdiqləyən sənədi təqdim olduqda icazə verilir.

 

10 fevral 2017-ci il tarixli 1233 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 11 fevral 2017-ci il, № 31, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №2, maddə 177) ilə “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.1-ci və 12.2-ci bəndlər yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

12.1. Dövlət müəssisələri və əmlakında dövlətin yekun payı 50 faizdən yuxarı olan digər müəssisələr tərəfindən malların (xidmətlərin və əqli mülkiyyətin) satışı yalnız onların haqqının qabaqcadan ödənilməsi, yaxud geri çağırılmayan akkreditiv açılması yolu ilə və ya bank zəmanəti əsasında həyata keçirilir.

12.2. 12.1-ci bənddə göstərilən müəssisələr tərəfindən satılan malların (xidmətlərin və əqli mülkiyyətin) Azərbaycan Respublikası ərazisindən çıxarılmasına gömrük orqanları tərəfindən yalnız onların haqqının ödənildiyi, yaxud akkreditiv və ya bank zəmanəti təqdim edildiyi barədə Azərbaycan Respublikasında valyuta əməliyyatlarının aparılması üçün icazəsi olan müvafiq müvəkkil bankların bunu təsdiqləyən sənədi təqdim olunduqda icazə verilir.

 

[22] 10 fevral 2017-ci il tarixli 1233 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 11 fevral 2017-ci il, № 31, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №2, maddə 177) ilə “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na yeni məzmunda 12.3–12.6-cı bəndlər əlavə edilmişdir.

 

[23] 14 may 2010-cu il tarixli 260 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 15 may 2010-cu il, № 104,  Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 5, maddə 389) ilə "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları"nın 14.1-ci bənddə "rezidentlər" sözü "dövlət müəssisələri və əmlakında dövlətin yekun payı 50 faizdən yuxarı olan digər müəssisələr" sözləri ilə əvəz edilmişdir.

14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 may 2014-cü il, № 101) ilə 14.1-ci bəndinin İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.

9 iyul 2014-cü il tarixli 223 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 16 iyul 2014-cü il, № 150; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 805) ilə “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 14.1-ci bəndi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

14.1. Bu Qaydalarda nəzərdə tutulan hallarda xarici ticarət əməliyyatlarının rəsmiləşdirilməsi üçün dövlət müəssisələri və əmlakında dövlətin yekun payı 50 faizdən yuxarı olan digər müəssisələr İqtisadiyyat və Sənaye Nazirliyinə aşağıdakı sənədləri təqdim etməlidirlər:

14.1.1. İxrac əməliyyatları üzrə:

§ xarici şəxslərlə bağlanmış müqavilə;

§ istehsalçı və ixracatçı arasında bağlanmış müqavilə (istehsalçı ixrac etmədikdə);

§ ixrac qiymətini əsaslandırma arayışı; [23]

§ Azərbaycan Respublikasına başqa ölkələrdən gətirilən mallar haqqında sənədlər.

14.1.2. İdxal əməliyyatları üzrə:

§ xarici şəxslərlə bağlanmış müqavilə;

§ əməliyyatın maliyyələşdirilmə mənbəyi haqqında məlumat;

idxal qiymətini əsaslandırma arayışı.

 

[24] 14 may 2010-cu il tarixli 260 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 15 may 2010-cu il, № 104,  Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 5, maddə 389) ilə "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları"nın 14.1.2-ci bəndin üçüncü və dördüncü abzasları, 14.2-ci və 14.3-cü bəndlər  çıxarılmışdır.

 

[25] 14 may 2010-cu il tarixli 260 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 15 may 2010-cu il, № 104,  Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 5, maddə 389) ilə "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları"nın 14.5.1-ci bəndin beşinci abzas yeni redaksiyada verilmişdir.

 

Əvvəlki redaksiyada deyilirdi:

ixrac olunan malların haqqının qabaqcadan ödənilməsi və ya akkreditiv açılması barədə müvəkkil bankın sənədi;

 

[26] 14 may 2010-cu il tarixli 260 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 15 may 2010-cu il, № 104,  Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 5, maddə 389) ilə "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları"nın 14.5.1-ci bəndin altıncı abzasda "İqtisadi İnkişaf Nazirliyinin müsbət rəyi" sözləri "müvafiq dövlət orqanının rəyi" sözləri ilə əvəz edilmişdir.

 

[27] 20 aprel 2010-cu il tarixli 256 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 21 aprel 2010-cu il, № 84,  Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 4, maddə 296) ilə 14.5.1-ci bəndinin səkkizinci abzasında “balıq və digər dəniz” sözləri “yeyinti” sözü ilə əvəz edilmişdir.

 

[28] 14 may 2010-cu il tarixli 260 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 15 may 2010-cu il, № 104,  Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 5, maddə 389) ilə "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları"nın 14.5.1-ci bəndinə doqquzuncu abzas əlavə edilmişdir.

14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 may 2014-cü il, № 101) ilə 14.5.1-ci bəndinin İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.

 

[29] 28 oktyabr 2009-cu il tarixli 166 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  29 oktyabr  2009-cu il, № 241, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 779) ilə “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 14.5.2-ci bəndində doqquzuncu abzas on birinci abzas hesab edilmişdir və yeni məzmunda doqquzuncu və onuncu abzaslar əlavə edilmişdir.

 

[30] 28 oktyabr 2009-cu il tarixli 166 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  29 oktyabr  2009-cu il, № 241, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 779) ilə “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 14.5.2-ci bəndində yeddinci abzas yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

malın keyfiyyət sertifikatı

 

[31] 14 may 2010-cu il tarixli 260 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 15 may 2010-cu il, № 104,  Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 5, maddə 389) ilə "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları"nın 14.5.2-ci bəndin on birinci abzasında "İqtisadi İnkişaf Nazirliyinin ekspertizasının müsbət rəyi" sözləri "müvafiq dövlət orqanının rəyi" sözləri ilə əvəz edilmişdir.

 

[32] 14 may 2010-cu il tarixli 260 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 15 may 2010-cu il, № 104,  Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 5, maddə 389) ilə "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları"nın 14.5.2-ci bəndinə on ikinci abzas əlavə edilmişdir.

14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 may 2014-cü il, № 101) ilə 14.5.2-ci bəndinin İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.

 

[33]  14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 may 2014-cü il, № 101) ilə 14.6-ci bəndinin İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.

 

[34] 11 oktyabr 2001-ci il tarixli 587 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 10, maddə 640) ilə "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları"nın 2.2-ci, 3.2-ci, 4.3-cü, 5.2-ci, 5.3-cü, 8.1-ci, 9.3-cü, 9.4-cü, 10.2-ci, 11.2-ci, 14.1-ci, 14.2-ci, 14.3-cü, 14.6-cı və 14.9-cu bəndlərində, 14.5.1-ci yarımbəndin altıncı abzasında və 14.5.2-ci yarımbəndin doqquzuncu abzasında, bu Qaydaların 3 nömrəli əlavəsində ismin müvafiq hallarında "Ticarət Nazirliyi" sözləri ismin müvafiq hallarında "İqtisadi İnkişaf Nazirliyi" sözləri ilə əvəz edilmişdir və həmin Qaydaların 14.9-cu bəndindən "İqtisadiyyat Nazirliyinə", "Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsinə" sözləri çıxarılmışdır.

13 fevral 2009-cu il tarixli 57 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 18 fevral 2009-cu il, № 38, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 70) ilə Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 14.9-cu bəndində “Baş Dövlət Vergi Müfəttişliyinə” sözləri “Vergilər Nazirliyinə” sözləri ilə əvəz edilmişdir.

10 fevral 2010-cu il tarixli 216 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 11 fevral 2010-cu il, № 32, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 2, maddə 80) ilə "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları"nın 14.9-cu bəndində ikinci cümləsində "Milli Bank" sözləri "Mərkəzi Bank" sözləri ilə əvəz edilmişdir.

14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 may 2014-cü il, № 101) ilə 14.9-cu bəndinin İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.

9 iyul 2014-cü il tarixli 223 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 16 iyul 2014-cü il, № 150; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 805) ilə “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 14.9-cu bənddə “Azərbaycan Respublikasının” sözlərindən sonra “Prezidentinə,” sözü əlavə edilsin və “məlumat” sözü “xarici ticarətin gömrük statistikasının məlumatlarını” sözləri ilə əvəz edilmişdir.

3 may 2018-ci il tarixli 34 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 4 may 2018-ci il, № 100, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 5, maddə 902) ilə “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 14.9-cu bəndində “Vergilər Nazirliyinə,” sözlərindən sonra “Qida Təhlükəsizliyi Agentliyinə,” sözləri əlavə edilmişdir.

 

[35] 14 may 2010-cu il tarixli 260 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 15 may 2010-cu il, № 104,  Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 5, maddə 389) ilə "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları"nın VII fəslin adında "Əsasnamənin" sözü "Qaydaların" sözü ilə əvəz edilmişdir.

 

[36] 10 fevral 2017-ci il tarixli 1233 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 11 fevral 2017-ci il, № 31, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №2, maddə 177) ilə “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 15.2-ci bənd yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

15.2. Xarici ticarət əməliyyatlarının malların Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılmasını və gətirilməsini nəzərdə tutan hissəsinə gömrük orqanları, hesablaşmaları nəzərdə tutan hissəsinə müvəkkil banklar nəzarət edirlər. Mövcud qanunvericiliyin və qaydaların pozulması halları barədə aidiyyatı üzrə gömrük orqanları müvəkkil banklar müvafiq tədbirlər görülməsi üçün aidiyyatı dövlət orqanlarına təqdimatlar verməlidirlər.

 

[37] 19 mart 2007-ci il tarixli 555 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 3, maddə 234) ilə 1 nömrəli əlavəsinə yeni məzmunda yeddinci abzas əlavə edilmişdir.

 

[38] 23 oktyabr 2003-cü il tarixli 941 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 546) ilə 2 nömrəli əlavəsinin "ixrac" bölməsinin birinci, ikinci və altıncı abzaslarında, "idxal" bölməsinin isə dördüncü və səkkizinci abzaslarında "Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi" sözləri "Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilmişdir və həmin əlavənin "ixrac" bölməsinin üçüncü abzasında "Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi" sözləri "Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

 

[39] 21 dekabr 2001-ci il tarixli 609 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 755) ilə 2 nömrəli Əlavəsi "İxracı və idxalı müvafiq dövlət orqanlarının rəyi alınmaqla aparılan spesifik malların (xidmətlərin və əqli mülkiyyətin) Siyahısının 3-cü abzasında "Geodeziya" sözü "Torpaq" sözü ilə əvəz edilmişdir.

 

14 noyabr 2016-cı il tarixli 1110 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 17 noyabr 2016-cı il, № 254, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 11, maddə 1817) ilə “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na 2 nömrəli əlavə - “İxracı və idxalı müvafiq dövlət orqanlarının rəyi alınmaqla aparılan spesifik malların (xidmətlərin və əqli mülkiyyətin) Siyahısı”nın cədvəlinin “Rəyi tələb olunan dövlət orqanları” sütunundan “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” sözləri çıxarılmışdır.

 

[40] 14 aprel 2009-cu il tarixli 81 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  19 aprel 2008-ci il, № 83, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 04, maddə 226) ilə 2 nömrəli əlavəsi – «İxracı və idxalı müvafiq dövlət orqanlarının rəyi alınmaqla aparılan spesifik malların (xidmətlərin və əqli mülkiyyətin) Siyahısı»nın dördüncü abzasında «Agentliyi» sözü «Komitəsi» sözü ilə əvəz edilmişdir.

 

[41] 29 yanvar 2021-ci il tarixli 1265 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 30 yanvar 2021-ci il, № 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, №1, maddə 35) ilə “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na 2 nömrəli əlavə – “İxracı və idxalı müvafiq dövlət orqanlarının rəyi alınmaqla aparılan spesifik malların (xidmətlərin və əqli mülkiyyətin) Siyahısı”nın “Rəyi tələb olunan dövlət orqanları” sütununun beşinci və yeddinci abzaslarından “və Turizm” sözləri çıxarılmışdır.

 

[42] 26 sentyabr 2013-cü il tarixli 990 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 27 sentyabr 2013-cü il, № 212, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 09, maddə 1056) ilə "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları"nın 2 nömrəli əlavəsinin "İxrac" bölməsinə yeni abzas əlavə edilmişdir.

 

[43] 16 avqust 2007-ci il tarixli 618 nömrəli Azərbaycan Respublikasının Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 766) ilə 2 nömrəli əlavəsinin “İdxal” bölməsinin üçüncü abzasında “Dərman preparatları” sözləri “Dərman vasitələri” sözləri ilə əvəz edilmişdir.

 

[44] 27 fevral 2019-cu il tarixli 549 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 1 mart 2019-cu il, № 49, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №2, maddə 248) ilə “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 2 nömrəli əlavəsinin “İdxal” bölməsinin birinci abzasında “Kənd Təsərrüfatı Nazirliyi” sözləri “Qida Təhlükəsizliyi Agentliyi” sözləri ilə əvəz edilmişdir.

 

[45] 17 may 2019-cu il tarixli 700 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 18 may 2019-cu il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №5, maddə 852) ilə “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 2 nömrəli əlavəsinin “İdxal” bölməsinin ikinci abzasında “təbabətində” sözü “xidmətində” sözü ilə və “Dövlət Baytarlıq Komitəsi” sözləri “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi” sözləri ilə əvəz edilmişdir.

 

[46] 20 iyun 2008-ci il tarixli 780 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №6, maddə 498) ilə "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları"nın 2 nömrəli əlavəsinin "İdxal" bölməsinin dördüncü abzasında "Dövlət Tikinti və Arxitektura Komitəsi" sözləri "Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

 

[47] 11 noyabr 2008-ci il tarixli 13 nömrəli  Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 19 noyabr 2008-ci il, № 259, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 969) ilə «Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları»nın 2 nömrəli Əlavəsinin «İdxal» bölməsinin altıncı abzasında «Azərbaycan Hava Yolları» Dövlət Konserni» sözləri «Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası» sözləri ilə əvəz edilmişdir.

7 oktyabr 2009-cu il tarixli 163 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərman (“Azərbaycan” qəzeti  8 oktyabr  2009-cu il, № 223, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 776) ilə altıncı abzasında “Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi” sözləri “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilmişdir.

11 aprel 2014-cü il tarixli 148 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 12 aprel 2014-cü il, № 73, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 04, maddə 364) ilə “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na 2 nömrəli əlavə - “İxracı və idxalı müvafiq dövlət orqanlarının rəyi alınmaqla aparılan spesifik malların (xidmətlərin və əqli mülkiyyətin) Siyahısı”nın “Rəyi tələb olunan dövlət orqanları” sütununda “Xəzər Dəniz Gəmiçiliyi” sözləri “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası” sözləri ilə əvəz edilmişdir.

19 sentyabr 2018-ci il tarixli 277 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №9 , maddə 1840) ilə “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na 2 nömrəli əlavə - “İxracı və idxalı müvafiq dövlət orqanlarının rəyi alınmaqla aparılan spesifik malların (xidmətlərin və əqli mülkiyyətin) Siyahısı”nın “İdxal” bölməsinin altıncı abzasından “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası, Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası,” sözləri çıxarılmışdır.

 

[48] 2 sentyabr 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1027) ilə “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 2 nömrəli əlavəsinin “İdxal” bölməsinin yeddinci abzasında “İnformasiya Texnologiyaları” sözləri “Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilmişdir.

7 avqust 2017-ci il tarixli 1574 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 avqust 2017-ci il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 8, maddə 1521) ilə “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 2 nömrəli əlavəsinin “İdxal” bölməsinin altıncı abzasında “Nəqliyyat Nazirliyi” sözləri və yeddinci abzasında “Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri ilə əvəz edilmişdir.

 

[49] 30 avqust 2000-ci il tarixli 392 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8, maddə 615) ilə Qaydaları"nın 2 nömrəli əlavəsinin "İdxal" və "İxrac" bölmələrinə müvafiq olaraq yeni məzmunda yeni abzas əlavə edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status