AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
19.12.2006
QEYDİYYAT NÖMRƏSİ
493
ADI
“Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-2006, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 1040)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
01.01.2007
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
080.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
“Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında

“Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan dövlətinin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi üçün mübarizəyə qalxan minlərlə soydaşımız mərdlik göstərərək canlarını qurban vermiş və şəhidlik zirvəsinə ucalmışdır.

Həmin şəxslərin xatirəsi xalqımız və dövlətimiz tərəfindən həmişə böyük hörmət və məhəbbətlə yad edilir. Şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi və şəhid ailələrinin mənəvi və maddi ehtiyaclarının ödənilməsi üçün müntəzəm olaraq tədbirlər həyata keçirilir.

Dövlətimizin ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşu uğrunda şəhid olanların ailələrinə dövlət qayğısını artırmaq və onların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə qərara alıram:

1. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hər şəhid ailəsinə hər şəhidə görə ayda 500 (beş yüz) manat məbləğində “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilsin. [1]

2. Müəyyən edilsin ki:

2.1. bu Fərmanın 1-ci bəndi ilə təsis edilən təqaüd hər ilin dövlət büdcəsində sosial müdafiə xərcləri üçün nəzərdə tutulan vəsait hesabına, şəhid ailəsi üzvlərinin sayına bərabər bölünməklə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ödənilir;

2.2. hər şəhidə görə onun ailəsinə Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı və Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə, 20 Yanvar şəhidinin ailəsi üçün və bu Fərmanın 1-ci bəndi ilə müəyyən edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdlərindən yalnız biri, ən yüksəyi verilir. [2]

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi qaydalarını bir ay müddətində hazırlayıb təsdiq etsin;

3.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Bu Fərman 2007-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 19 dekabr 2006-cı il

    № 493

 


FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

1.       7 sentyabr 2010-cu il tarixli 323 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 8 sentyabr 2010-cu il, № 197, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 9, maddə 771)

2.       23 dekabr 2011-ci il tarixli 564 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 24 dekabr 2011-ci il, № 285, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 12, maddə 1139)

3.       28 avqust 2013-cü il tarixli 953 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 29 avqust 2013-cü il, № 188, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 08, maddə 896)

4.       16 yanvar 2016-cı il tarixli 742 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 17 yanvar 2016-cı il, № 11, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 01, maddə 64)

5.       15 may 2018-ci il tarixli 68 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 5, maddə 936)

6.       30 yanvar 2019-cu il tarixli 501 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 31 yanvar 2019-cu il, № 24, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 91)

7.       30 dekabr 2020-ci il tarixli 1225 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 6 yanvar 2021-ci il, № 1, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, I kitab, maddə 1487)

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 



[1] 7 sentyabr 2010-cu il tarixli 323 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 8 sentyabr 2010-cu il, № 197, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 9, maddə 771) ilə 1-ci bəndində «100 (yüz)» sözü «150 (yüz əlli)» sözləri ilə əvəz edilmişdir.

23 dekabr 2011-ci il tarixli 564 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 24 dekabr 2011-ci il, № 285, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 12, maddə 1139) ilə 1-ci hissəsində “150 (yüz əlli)” sözləri “165 (yüz altmış beş)” sözləri ilə əvəz edilmişdir.

28 avqust 2013-cü il tarixli 953 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 29 avqust 2013-cü il, № 188, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 08, maddə 896) ilə 1-ci hissəsində “165 (yüz altmış beş)” sözləri “200 (iki yüz)” sözləri ilə əvəz edilmişdir.

16 yanvar 2016-cı il tarixli 742 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 17 yanvar 2016-cı il, № 11, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 01, maddə 64) ilə 1-ci hissədə “200 (iki yüz)” sözləri “220 (iki yüz iyirmi)” sözləri ilə əvəz edilmişdir.

15 may 2018-ci il tarixli 68 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 5, maddə 936) ilə 1-ci hissəsində “220 (iki yüz iyirmi)” sözləri “242 (iki yüz qırx iki)” sözləri ilə əvəz edilmişdir.

30 yanvar 2019-cu il tarixli 501 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 31 yanvar 2019-cu il, № 24, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 91) ilə 1-ci hissədə “242 (iki yüz qırx iki)” sözləri “300 (üç yüz)” sözləri ilə əvəz edilmişdir.

30 dekabr 2020-ci il tarixli 1225 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 6 yanvar 2021-ci il, № 1, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, I kitab, maddə 1487) ilə 1-ci hissədə “300 (üç yüz)” sözləri “500 (beş yüz)” sözləri ilə əvəz edilmişdir.

[2] 30 dekabr 2020-ci il tarixli 1225 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 6 yanvar 2021-ci il, № 1, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, I kitab, maddə 1487) ilə 2.2-ci bəndə “ailəsinə” sözündən sonra “Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı və” sözləri əlavə edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status