AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
04.12.2006
QEYDİYYAT NÖMRƏSİ
255
ADI
Azərbaycan Respublikasında baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-2006, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 1147)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
04.12.2006
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
150.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikasında baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında

Azərbaycan Respublikasında baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanının 1.19-cu, 1.27-ci, 1.30-cu və 1.60-cı bəndlərinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: [1]

1. “Dövlət baytarlıq nəzarəti obyektlərinin baytarlıq (baytarlıq-sanitariya) ekspertizasının aparılması Qaydaları”, “Baytarlıq təbabətində istifadə edilən preparatların istehsalı, saxlanması, daşınması, idxalı, ixracı və satışı ilə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq məşğul olan hüquqi şəxslərin attestasiyasının keçirilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur). [2]

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri  A.RASİZADƏ

 

Bakı şəhəri, 4 dekabr 2006-cı il

    № 255

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2006-cı il 4 dekabr tarixli 255 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Dövlət baytarlıq nəzarəti obyektlərinin baytarlıq (baytarlıq-sanitariya) ekspertizasının aparılması [3]

 

Q A Y D AL A R I

 

1. ÜMUMİ MÜDDƏALAR

 

1.1. Bu Qaydalar “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanının 1.19-cu, 1.27-ci və 1.30-cu bəndlərinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və dövlət baytarlıq nəzarəti obyektlərinin baytarlıq (baytarlıq-sanitariya) ekspertizasının aparılması qaydalarını tənzimləyir.

1.2. Baytarlıq (baytarlıq-sanitariya) ekspertizası və diaqnostikası aşağıdakı qaydada aparılır: baytarlıq nəzarətində olan obyektlərin yoxlanılması, müayinəsi, onlara baxışın keçirilməsi və xüsusi müayinələrin aparılması. [4]

Yoxlama, müayinə, baxış - baytarlıq-sanitariya ekspertizasının əsas üsulu olmaqla, heyvandarlıq müəssisələrində məhsulun və xammalın işlənməsi və saxlanmasına nəzarət etmək üçün tətbiq olunur. Texnoloji proseslər zamanı baytarlıq-sanitariya vəziyyəti və baytarlıq-sanitariya qaydalarına əməl olunması yoxlanılır və müayinə edilir.

Xüsusi müayinələr insanlara keçə bilən xüsusi təhlükəli xəstəliklərin törədicilərinin (patogen mikroorqanizmlərin) ərzaq və xammalda olmasını təyin etmək üçün aparılır.

 

2. BAYTARLIQ (BAYTARLIQ-SANİTARİYA) EKSPERTİZASININ VƏ DİAQNOSTİKASININ ƏHATƏ DAİRƏSİ [5]

 

Baytarlıq (baytarlıq-sanitariya) ekspertizasının və diaqnostikasının obyektləri:

heyvandarlıq təsərrüfatları (heyvandarlıq binaları, fermaətrafı ərazi, peyin anbarı, otlaqlar, suvatlar, silos quyuları, yem mətbəxi, yem anbarları, heyvana qulluq əşyaları, heyvan saxlanılan bazalar, kökəltmə məntəqələri, yem bazaları);

heyvanlar (at, qaramal, qoyun, keçi, donuz, maral, it, pişik, zoopark və sirk heyvanları, laboratoriya heyvanları və s.), köçəri vəhşi və sinantrop quşlar, habelə ov və ev quşları, balıqlar, kürü, xərçəngkimilər, arılar və baramaqurdu;

heyvan mənşəli məhsullar – insan istehlakı üçün yararlı olan ət, süd, yumurta, bal və emal yolu ilə onlardan alınan məhsullar; [6]

heyvan mənşəli xammal – gön, dəri, yun, tük, qıl, lələk, sümük, buynuz, dırnaq, qida və yem üçün yaramayan digər heyvan mənşəli tullantılar və baytarlıq konfiskatları;

yem (heyvanların yemləndirilməsi üçün nəzərdə tutulan taxıl məhsulları, pambıq çiyidi və qabığı, qarışıq yem, qaba yemlər, cecə və s., sümük unu, ət unu, balıq unu və başqa yem əlavələri), habelə bitki mənşəli qablaşdırma vasitələri (ot, küləş və s.);

heyvan və quşların kəsilməsi və emalı müəssisələri, heyvan mənşəli xammalın emalı, tədarükü və saxlanması müəssisələri, util qurğuları, heyvan qəbiristanlığı, biotermiki qurğular və s.;

nəqliyyat vasitələri (heyvanların, heyvan mənşəli məhsulların və xammalın daşınmasında istifadə edilənlər).

 

3. DÖVLƏT BAYTARLIQ NƏZARƏTİ OBYEKTLƏRİNİN BAYTARLIQ (BAYTARLIQ-SANİTARİYA) EKSPERTİZASININ VƏ DİAQNOSTİK MÜAYİNƏLƏRİNİN APARILMASI [7]

 

3.1. Heyvan mənşəli məhsulların və xammalın baytarlıq (baytarlıq-sanitariya) ekspertizasının aparılması üçün həmin məhsullardan və xammaldan müəyyən edilmiş miqdarda nümunə götürülərək müvafiq baytarlıq laboratoriyalarına göndərilir.

3.2. Nümunələr steril qablarda götürülür. Baytarlıq laboratoriyasına daxil olan nümunələrin diaqnostik müayinəsinin aparılması üçün həmin nümunələr müvafiq şöbələr üzrə paylanılır. [8]

3.3. Baytarlıq laboratoriyalarında heyvan mənşəli məhsullardan və xammaldan, eləcə də xəstəliyə şübhəli heyvanlardan götürülmüş nümunələr yoxlanılacaq amilin xarakterindən asılı olaraq (virus, mikrob, parazit və ya helmint xarakterli) 20 (iyirmi) gün müddətində müayinə olunmalıdır. İstisna hallarda müayinələr 2 (iki) aya qədər uzadıla bilər (vərəm xəstəliyinə bioloji sınaq qoyulduqda).

Bazarlarda və digər ticarət obyektlərində dövlət baytarlıq nəzarətini dövlət baytarlıq (baytarlıq-sanitariya) ekspertiza laboratoriyaları həyata keçirirlər.

Baytarlıq-sanitariya ekspertiza laboratoriyasına daxil olmuş heyvan mənşəli məhsulların nümunələrinin müayinəsi mümkün qədər qısa zamanda aparılmaqla, məhsul sahibinə müayinənin nəticəsi barədə cavab verilməlidir.

Müayinənin nəticəsindən asılı olaraq bazarlarda və ticarət obyektlərində məhsulun satışına icazə verilir.

3.4. Heyvandarlıq təsərrüfatlarına, heyvanların kəsilməsi və emalı müəssisələrinə, heyvan mənşəli xammalın emalı, tədarükü və saxlanılması müəssisələrinə həmin müəssisələrin yerləşdiyi ərazi üzrə dövlət baytarlıq müfəttişləri tərəfindən vaxtaşırı baxış keçirilir, onlar baytarlıq-sanitariya tələblərinə və normalarına cavab vermədiyi hallarda qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görülür.

3.5. Əhalinin və heyvanların sağlamlığı üçün təhlükəliliyi ekspertiza nəticələri və ya laboratoriya müayinələri ilə sübut edilmiş heyvanlar, heyvan mənşəli məhsullar və xammal qanunvericiliklə müəyyən edilmiş qaydada götürülür, zərərsizləşdirilir, təkrar emal və yaxud məhv edilir.

3.6. Heyvan mənşəli məhsulların və xammalın, həmçinin patoloji materialların (xüsusi təhlükəli xəstəliklər istisna olmaqla) baytarlıq (baytarlıq-sanitariya) ekspertizası və diaqnostika müayinələri mülkiyyətçilərinin vəsaiti hesabına (“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) həyata keçirilir. [9]

 

4. BAYTARLIQ (BAYTARLIQ-SANİTARİYA) EKSPERTİZASININ VƏ DİAQNOSTİK MÜAYİNƏLƏRİN NƏTİCƏLƏRİNİN SƏNƏDLƏŞDİRİLMƏSİ [10]

 

4.1. Heyvan mənşəli məhsulların və xammalın, həmçinin patoloji materialların nümunələri müayinə edildikdən sonra diaqnostik müayinələrin yekun nəticələrinə ekspertiza rəyi verilir. Rəy laboratoriyanın rəhbəri tərəfindən imzalanıb möhürlənir və materialı (nümunəni) təqdim edən şəxsə verilir (göndərilir). [11]

4.2. Heyvan mənşəli məhsulların və xammalın, həmçinin patoloji materialların nümunələrinin laborator müayinəsi zamanı xüsusi təhlükəli xəstəlik aşkar edildikdə (son diaqnozun qoyulmasını gözləmədən), ilkin nəticə barədə aidiyyəti şəxslərə (yerli baytarlıq orqanına, yük sahibinə və lazım gələrsə, səhiyyə və digər təşkilatlara) dərhal məlumat verilir.

4.3. Bazarlarda və ticarət obyektlərində diaqnostik müayinə nəticəsində baytarlıq normalarına cavab verən məhsulların sahibinə həmin məhsulların satışına icazə verən ekspertiza aktı verilir və ya məhsulun üzərində müvafiq nişan qoyulur. Heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq normalarına cavab verməsini təsdiq edən ekspertiza aktının verilməsinə və ya ətin, heyvan və quş cəmdəklərinin və digər məhsulların üzərinə nişanın qoyulmasına görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur. [12]

4.4. Heyvanlar üçün yemlərin, yem əlavələrinin, vitamin, mineral və digər maddələrin tərkibi kimyəvi, bioloji, toksikoloji və radioloji göstəricilərə görə baytarlıq laboratoriyalarında müvafiq testlərdən (müayinələrdən) keçirilir. Ekspertizanın (diaqnostik müayinənin və digər sınaqların) nəticələri nümunələrin götürüldüyü partiyaya şamil edilməklə ekspertizanı (diaqnostik müayinəni) aparmış baytarlıq laboratoriyasının rəhbərinin imzası ilə müayinələrə ekspertiza aktı verilir. [13]

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2006-cı il 4 dekabr tarixli 255 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Baytarlıq təbabətində istifadə edilən preparatların istehsalı, saxlanması, daşınması, idxalı, ixracı və satışı ilə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq məşğul olan hüquqi şəxslərin attestasiyasının keçirilməsi

 

QA YD AL AR I

 

1. ÜMUMİ MÜDDƏALAR

 

1.1. Bu Qaydalar “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005- ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanının 1.60-cı bəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və baytarlıq təbabətində istifadə edilən preparatların istehsalı, saxlanması, daşınması, idxalı, ixracı və satışı ilə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq məşğul olan hüquqi şəxslərin (bundan sonra - müəssisə) attestasiyasının keçirilməsi qaydalarını müəyyən edir.

1.2. Müəssisənin attestasiyasının keçirilməsində məqsəd aşağıdakılardan ibarətdir:

müəssisənin fəaliyyətində istifadə olunan bina və avadanlıqların həmin fəaliyyətin keyfiyyətli yerinə yetirilməsini təmin edə bilməsi vəziyyəti;

müəssisədə istehsal sahəsinin, texnoloji avadanlığın, ölçü və nəzarət cihazlarının keyfiyyətli preparat istehsal edilməsi üçün normativ texniki sənədlərin tələblərinə uyğunluğu;

istehsal olunan baytarlıq preparatlarına aid normativ texniki sənədlərin mövcudluğunu və onların tələblərinə əməl olunması vəziyyətini müəyyən etmək;

ixtisaslı mütəxəssislərin, o cümlədən baytar mütəxəssislərinin olması;

standartlaşdırma, metrologiya və nəzarət xidmətinin təşkili vəziyyəti.

1.3. Yeni fəaliyyətə başlayan müəssisə ilkin attestasiyadan keçirilməlidir. Növbəti attestasiya əvvəllər attestasiyadan keçmiş müəssisələrdə 3 ildən bir aparılmalıdır.

1.4. Müəssisənin attestasiyadan keçirilməsini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (bundan sonra - Dövlət Baytarlıq Xidməti) həyata keçirir.

 

2. İŞİN TƏŞKİLİ

 

2.1. Attestasiyanın keçirilməsi üçün müəssisə Dövlət Baytarlıq Xidmətinə müraciət edir.

2.2. Müəssisənin attestasiyasını Dövlət Baytarlıq Xidməti tərəfindən yaradılmış komissiya aparır. Attestasiya komissiyasının tərkibini Dövlət Baytarlıq Xidmətinin rəisi təsdiq edir.

Attestasiya komissiyası attestasiyanın keçirilməsindən ən azı 2 həftə əvvəl yaradılır.

2.3. Attestasiya komissiyasının tərkibinə Dövlət Baytarlıq Xidmətinin nümayəndəsi (sədr), preparatın keyfiyyətinə nəzarət üzrə, standartlaşdırma və metrologiya üzrə, istehsal texnologiyası üzrə mütəxəssislər (üzvlər) daxil olmalıdır. Komissiyanın tərkibi 3 nəfərdən az olmamalıdır.

2.4. Komissiyanın tərkibinə attestasiya keçirilən müəssisənin nümayəndəsinin və attestasiyanın nəticələrində maraqlı olan yuxarı təşkilatların və ya digər şəxslərin daxil edilməsinə yol verilmir.

2.5. Dövlət Baytarlıq Xidməti attestasiyanın keçirilmə tarixi barədə müəssisəyə əvvəlcədən yazılı şəkildə məlumat verməlidir.

 

3. ATTESTASİYANIN KEÇİRİLMƏ QAYDASI

 

3.1. Attestasiya komissiyası öz işini bilavasitə müəssisədə aparır.

3.2. Attestasiyadan keçiriləcək müəssisənin rəhbərliyi komissiyanın işləməsi üçün münasib iş şəraiti yaratmalı, tələb olunan arayış, sənəd və materialları komissiyaya təqdim etməli, attestasiyanın aparılması barədə əmr verməlidir.

3.3. Komissiya tərəfindən attestasiya zamanı aşağıdakılar yoxlanılır:

müəssisə tərəfindən buraxılan məhsul və xammala aid normativ texniki sənədlərin mövcudluğu, onların saxlanma və istifadə vəziyyəti;

buraxılan preparatların keyfiyyətinin normativ texniki sənədlərin tələblərinə uyğunluğu;

ölçü cihazlarının vəziyyəti, standart nümunələrin, köməkçi avadanlıq və materialların keyfiyyəti;

müəssisənin binalarının müəyyən edilmiş tələblərə uyğunluğu (təhlükəsizlik tələbləri daxil olmaqla);

buraxılan məhsulun keyfiyyətinin yoxlanma şəraiti (laboratoriyanın olması, kadrların sayı və onların ixtisaslaşdırılma səviyyəsi və s.);

preparatların hazırlanmasını təmin edən xidmətin mövcudluğu;

müvafiq qaydada təsdiq edilmiş vəzifə təlimatlarının mövcudluğu.

3.4. Müəssisələrdə attestasiya prosesində aşağıdakılar qiymətləndirilir:

texnoloji prosesdə normativ texniki sənədlərin tələblərinə əməl olunması (sənədləşmə, avadanlıq, cihazlar, kadrların ixtisaslaşması, texnoloji intizam);

xammal və materialların keyfiyyətinə giriş nəzarəti;

texnoloji prosesə nəzarət;

hazır məhsulun keyfiyyətinə nəzarət;

saxlanma və qablaşdırma;

baytarlıq preparatlarının istehsalata qoyuluşunun təşkili (standartların tətbiqi).

3.5. Attestasiya zamanı müayinə sorğu yolu ilə, sənədlərin öyrənilməsi, istehsalat şəraiti və yoxlanılan sahədə keyfiyyətin təmin edilməsi vasitəsilə həyata keçirilir. Yoxlama zamanı aparılmış müayinələr sənədləşdirilir;

3.6. Zəruri hallarda komissiya attestasiya edilən müəssisədə preparatlardan analiz üçün nümunə götürə bilər.

 

4. ATTESTASİYA KOMİSSİYASININ İŞİNİN NƏTİCƏSİNİN SƏNƏDLƏŞDİRİLMƏSİ

 

4.1. Attestasiya komissiyasının işinin nəticəsi aktla sənədləşdirilərək, onun bir nüsxəsi attestasiya edilən müəssisənin rəhbərinə təqdim edilir (1 nömrəli əlavə).

4.2. Attestasiyanın nəticəsi müsbət olduqda müəssisəyə müəyyən edilmiş formada “Attestasiya şəhadətnaməsi” verilir (2 nömrəli əlavə).

4.3. Yoxlama zamanı nöqsanlar aşkar edildikdə və bu nöqsanlar preparatın keyfiyyətinə mənfi təsir göstərdikdə, həmin nöqsanların aradan qaldırılması üçün müəssisəyə vaxt verilir. Nöqsanlar aradan qaldırıldıqdan sonra müəssisəyə “Attestasiya şəhadətnaməsi”nin verilməsi məsələsinə yenidən baxılır.

4.4. Attestasiyanın nəticəsi mənfi olarsa, komissiya həmin müəssisənin baytarlıq preparatlarının istehsalı, saxlanması, daşınması, idxalı, ixracı və satışı fəaliyyətinə qadağa qoyulması üçün Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi qarşısında məsələ qaldıra bilər.

4.5. Müəssisənin rəhbəri attestasiyanın nəticələri ilə razılaşmadıqda, qanunvericiliklə müəyyən olunmuş qaydada aidiyyəti orqanlara şikayət edə bilər.

 

 


 

“Baytarlıq təbabətında istifadə edilən preparatların istehsalı, saxlanması, daşınması, idxalı, ixracı və satışı ilə, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, məşğul olan hüquqi şəxslərin attestasiyasının keçirilməsi Qaydaları”na

1 nömrəli əlavə

 

Kənd Təsərrüfatı Nazirliyi Dövlət Baytarlıq Xidməti

 

Baytarlıq preparatlarının istehsalı, saxlanması, daşınması, idxalı, ixracı və satışı ilə məşğul olan müəssisələrin attestasiya yoxlanışı barədə

 

A K T

 

“ _____“ _______________________200____ il

 

Müəssisənin adı_________________________________________________

_______________________________________________________________

Müəssisənin rəhbəri (soyadı, adı, atasının adı)

________________________________________________________________

Telefonu

_______________________________________________________________

 

Attestasiyanı aparmışdır (attestasiya komissiyasının üzvləri):

____________________________________________________________________________________________

(vəzifəsi, soyadı, adı, atasının adı)

____________________________________________________________________________________________________________________

____________________________________________________________________________________________________________________

İştirak etmişdirlər (attestasiya edilən müəssisənin nümayəndələri):

____________________________________________________________________________________________

____________________________________________________________________________________________

____________________________________________________________________________________________

____________________________________________________________________________________________

____________________________________________________________________________________________

Attestasiya zamanı aşağıdakılar müəyyən edilmişdir:

1) müəssisə barədə qısa məlumat (yerləşdiyi yer, mülkiyyət və təşkilati-hüquqi forması, əsas fəaliyyət növü və s.)

____________________________________________________________________________________________

____________________________________________________________________________________________

____________________________________________________________________________________________

____________________________________________________________________________________________

2) normativ texniki sənədlərin mövcudluğu (ümumi və konkret preparatlara aid normativ texniki sənədlər, texnoloji reqlament və ya təlimat, texniki şərtlər və s., onların vəziyyəti)

____________________________________________________________________________________________

____________________________________________________________________________________________

____________________________________________________________________________________________

____________________________________________________________________________________________

3) müəssisənin fəaliyyəti üçün lazım olan avadanlıq, cihaz və s. əşyalarla təchiz olunması vəziyyəti

____________________________________________________________________________________________

____________________________________________________________________________________________

____________________________________________________________________________________________

 

4) preparatın idxalı, saxlanması və satışı vəziyyəti

____________________________________________________________________________________________

____________________________________________________________________________________________

____________________________________________________________________________________________

5) standartlaşdırma, metrologiya və keyfiyyətə nəzarət işinin təşkili, ixtisaslı mütəxəssislərin olması

____________________________________________________________________________________________

____________________________________________________________________________________________

____________________________________________________________________________________________

6) müəssisənin baytarlıq-sanitariya vəziyyəti

____________________________________________________________________________________________

____________________________________________________________________________________________

____________________________________________________________________________________________

7) aşkar edilmiş nöqsanlar və onların aradan qaldırılmasının mümkünlüyü

____________________________________________________________________________________________

____________________________________________________________________________________________

____________________________________________________________________________________________

8) yekun nəticələr

____________________________________________________________________________________________

____________________________________________________________________________________________

____________________________________________________________________________________________

Tərtib olunub _________________ nüsxədə və göndərilib (təqdim edilib):

1-ci nüsxə ___________________________________________________________________________

2-ci nüsxə ___________________________________________________________________________

Attestasiyanın iştirakçıları (soyadı, adı və atasının adı):

____________________________________________________________________________________________

____________________________________________________________________________________________

____________________________________________________________________________________________

Qeyd: Müəssisə rəhbərinin akta imza etməkdən imtina etdiyi halda, bu barədə akta müvafiq qeyd edilir. Müəssisənin rəhbəri aktın məzmunu haqda öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək və aktın surətini almaq hüququ vardır. Akta onun bu izahatları və mülahizələri əlavə olunur.

Aktın surətini aldım __________________________________________________________________

(müəssisə rəhbərinin soyadı, adı və atasının adı)

 

 

 “_____ “ _________________ 200____ il                                 __________________________________

(imza)

 

 

 

 

 


 

“Baytarlıq təbabətında istifadə edilən preparatların istehsalı, saxlanması, daşınması, idxalı, ixracı və satışı ilə, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, məşğul olan hüquqi şəxslərin attestasiyasının keçirilməsi Qaydaları”na

2 nömrəli əlavə

 

Kənd Təsərrüfatı Nazirliyi

Dövlət Baytarlıq Xidməti

 

ATTESTASİYA ŞƏHADƏTNAMƏSİ

 

Verilmişdir “____ “ ___________________ 200 ___ -cı ildə

Etibarlıdır “_____ “ ___________________200 ___-cı ilədək

 

 

Verilir _______________________________________________________________________

(müəssisənin adı, yerləşdiyi yer, mülkiyyət və təşkilati-hüquqi forması)

____________________________________________________________________________________________________________________

____________________________________________________________________________________________________________________

ondan ötrü ki, həmin müəssisə baytarlıq preparatlarının __________________________________

(fəaliyyət növü)

üzrə attestasiyadan keçirilmişdir və onun bu fəaliyyətlə(rlə) məşğul olması üçün minimum tələblərə cavab verən şəraiti vardır.

 

 

 

 

   Attestasiya komissiyasının

                                                                 sədri

                                    __________________________

                                       “ ____“____________ 200____ -cı il

 

Komissiyanın üzvləri:

__________________________

__________________________

__________________________

“_____ “ ____________200 ____-cı il

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       7 iyul 2008-ci il tarixli 151 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 7, maddə 673)

2.       16 iyul 2014-cü il tarixli 250 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 27 iyul 2014-cü il, № 160; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 938)

3.       1 dekabr 2018-ci il tarixli 518 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 5 dekabr 2018-ci il, № 274, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2721)

4.       16 sentyabr 2019-cu il tarixli 409 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 sentyabr 2019-cu il, № 205, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 9, maddə 1563)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 7 iyul 2008-ci il tarixli 151 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 7, maddə 673) ilə preambulasından «və 1.60-cı» sözləri çıxarılmışdır.

 

1 dekabr 2018-ci il tarixli 518 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 5 dekabr 2018-ci il, № 274, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2721) ilə preambuladan “1.19-cu,” sözləri çıxarılmışdır.

 

[2] 7 iyul 2008-ci il tarixli 151 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 7, maddə 673) ilə 1-ci bəndindən «, «Baytarlıq təbabətində istifadə edilən preparatların istehsalı, saxlanması, daşınması, idxalı, ixracı və satışı ilə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq məşğul olan hüquqi şəxslərin attestasiyasının keçirilməsi Qaydaları» sözləri çıxarılmışdır.

 

1 dekabr 2018-ci il tarixli 518 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 5 dekabr 2018-ci il, № 274, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2721) ilə 1-ci hissədə “ekspertizası və diaqnostika müayinələrinin” sözləri “ekspertizasının” sözü ilə əvəz edilmişdir.

 

[3] 1 dekabr 2018-ci il tarixli 518 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 5 dekabr 2018-ci il, № 274, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2721) ilə “Dövlət baytarlıq nəzarəti obyektlərinin baytarlıq (baytarlıq-sanitariya) ekspertizası və diaqnostika müayinələrinin aparılması Qaydaları”nın adında və 1.1-ci bəndində “ekspertizası və diaqnostika müayinələrinin” sözləri “ekspertizasının” sözü ilə əvəz edilmişdir.

 

[4] 1 dekabr 2018-ci il tarixli 518 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 5 dekabr 2018-ci il, № 274, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2721) ilə “Dövlət baytarlıq nəzarəti obyektlərinin baytarlıq (baytarlıq-sanitariya) ekspertizası və diaqnostika müayinələrinin aparılması Qaydaları”nın 1.2-ci bəndindən “və diaqnostikası” sözləri çıxarılmışdır.

 

[5] 1 dekabr 2018-ci il tarixli 518 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 5 dekabr 2018-ci il, № 274, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2721) ilə “Dövlət baytarlıq nəzarəti obyektlərinin baytarlıq (baytarlıq-sanitariya) ekspertizası və diaqnostika müayinələrinin aparılması Qaydaları”nın 2-ci hissənin adından və birinci abzasından “ diaqnostikasının” sözləri çıxarılmışdır.

 

[6] 1 dekabr 2018-ci il tarixli 518 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 5 dekabr 2018-ci il, № 274) ilə “Dövlət baytarlıq nəzarəti obyektlərinin baytarlıq (baytarlıq-sanitariya) ekspertizası və diaqnostika müayinələrinin aparılması Qaydaları”nın 2-ci hissənin dördüncü və beşinci abzaslar yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

heyvan mənşəli məhsullar və yarımfabrikatlar (heyvan cəmdəkləri, onların sümükləri və orqanları, duza qoyulmuş, hisə verilmiş və ya başqa üsullarla konservləşdirilmiş ət, donuz piyi, süd və süd məhsulları, balıq və balıq məhsulları), habelə yumurta, bal və başqa heyvan mənşəli məhsullar;

heyvan mənşəli xammal (işlənməmiş dəri, xəz, yun, sümük, dırnaq, buynuz, bağırsaqlar, tük, lələk, qurudulmuş qan, endokrin xammallar və s.);

 

[7] 1 dekabr 2018-ci il tarixli 518 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 5 dekabr 2018-ci il, № 274) ilə “Dövlət baytarlıq nəzarəti obyektlərinin baytarlıq (baytarlıq-sanitariya) ekspertizası və diaqnostika müayinələrinin aparılması Qaydaları”nın 3-cü hissənin adından “və diaqnostik müayinələrinin” sözləri çıxarılmışdır.

 

[8] 1 dekabr 2018-ci il tarixli 518 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 5 dekabr 2018-ci il, № 274) ilə “Dövlət baytarlıq nəzarəti obyektlərinin baytarlıq (baytarlıq-sanitariya) ekspertizası və diaqnostika müayinələrinin aparılması Qaydaları”nın 3.2-ci bəndin ikinci cümləsindən “diaqnostik” sözü çıxarılmışdır.

 

[9] 16 iyul 2014-cü il tarixli 250 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 27 iyul 2014-cü il, № 160; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 938) ilə “Dövlət baytarlıq nəzarəti obyektlərinin baytarlıq (baytarlıq-sanitariya) ekspertizası və diaqnostika müayinələrinin aparılması Qaydaları”nın 3.6-cı bəndinə “vəsaiti hesabına” sözlərindən sonra “(“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla)” sözləri əlavə edilmişdir.

 

1 dekabr 2018-ci il tarixli 518 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 5 dekabr 2018-ci il, № 274, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2721) ilə “Dövlət baytarlıq nəzarəti obyektlərinin baytarlıq (baytarlıq-sanitariya) ekspertizası və diaqnostika müayinələrinin aparılması Qaydaları”nın 3.6-cı bəndindən “və diaqnostika müayinələri” sözləri çıxarılmışdır.

 

[10] 1 dekabr 2018-ci il tarixli 518 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 5 dekabr 2018-ci il, № 274, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2721) ilə “Dövlət baytarlıq nəzarəti obyektlərinin baytarlıq (baytarlıq-sanitariya) ekspertizası və diaqnostika müayinələrinin aparılması Qaydaları”nın 4-cü hissənin adından “və diaqnostik müayinələrin” sözləri çıxarılmışdır.

 

[11] 1 dekabr 2018-ci il tarixli 518 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 5 dekabr 2018-ci il, № 274, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2721) ilə “Dövlət baytarlıq nəzarəti obyektlərinin baytarlıq (baytarlıq-sanitariya) ekspertizası və diaqnostika müayinələrinin aparılması Qaydaları”nın 4.1-ci bəndin birinci cümləsindən “diaqnostik müayinələrin yekun nəticələrinə” sözləri çıxarılmışdır.

 

[12] 1 dekabr 2018-ci il tarixli 518 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 5 dekabr 2018-ci il, № 274, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2721) ilə “Dövlət baytarlıq nəzarəti obyektlərinin baytarlıq (baytarlıq-sanitariya) ekspertizası və diaqnostika müayinələrinin aparılması Qaydaları”nın 4.3-cü bəndindən “diaqnostik müayinə nəticəsində” sözləri çıxarılmışdır.

 

16 sentyabr 2019-cu il tarixli 409 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 sentyabr 2019-cu il, № 205, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 9, maddə 1563) ilə “Dövlət baytarlıq nəzarəti obyektlərinin baytarlıq (baytarlıq-sanitariya) ekspertizasının aparılması Qaydaları”nın 4.3-cü bəndin “təqdim edilməklə” sözləri “verilir və ya” sözləri ilə əvəz edilmişdir və yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.

 

[13] 1 dekabr 2018-ci il tarixli 518 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 5 dekabr 2018-ci il, № 274, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2721) ilə “Dövlət baytarlıq nəzarəti obyektlərinin baytarlıq (baytarlıq-sanitariya) ekspertizası və diaqnostika müayinələrinin aparılması Qaydaları”nın 4.4-cü bəndin ikinci cümləsində “(diaqnostik müayinənin və digər sınaqların)”, “(diaqnostik müayinəni)” və “müayinələrə” sözləri çıxarılmışdır.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status