AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
25.01.2007
QEYDİYYAT NÖMRƏSİ
13
ADI
“Avtomobil yolları” Məqsədli Büdcə Fondunun vəsaitinin ölkə ərazisində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanması və təmiri üçün xərclənməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-01-2007, Nəşr nömrəsi: 01, Maddə nömrəsi: 57)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
01.01.2007
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
180.000.000
090.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
"Avtomobil yolları" Məqsədli Büdcə Fondunun vəsaitinin ölkə ərazisində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanması və istismarı üçün xərclənməsi Qaydaları" nın təsdiq edilməsi haqqında

Avtomobil yolları” Məqsədli Büdcə Fondunun vəsaitinin ölkə ərazisində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanması və təmiri üçün xərclənməsi Qaydaları”nın təsdiq edilməsi haqqında [1]

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Azərbaycan Respublikasının dövlət büdcəsinin tərkibində “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 12 oktyabr tarixli 1729 nömrəli Sərəncamının 4-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun vəsaitinin ölkə ərazisində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanması və təmiri üçün xərclənməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar 2007-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri    A. RASİZADƏ

 

Bakı şəhəri, 25 yanvar 2007-ci il

                    13

 


 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2007-ci il 25 yanvar tarixli 13 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

“Avtomobil yolları” Məqsədli Büdcə Fondunun vəsaitinin ölkə ərazisində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanması və təmiri üçün xərclənməsi [2]

 

QAYDALARI

 

1.      ÜMUMİ MÜDDƏALAR

 

1.1.   Bu Qaydalar “Azərbaycan Respublikasının dövlət büdcəsinin tərkibində “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun yaradılması haqqında “Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 12 oktyabr tarixli 1729 nömrəli Sərəncamının 4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının “Avtomobil yolları haqqında” 1999-cu il 22 dekabr tarixli 778-IQ nömrəli və “Büdcə sistemi haqqında” 2002-ci il 2 iyul tarixli 358-IIQ nömrəli qanunlarına, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına uyğun olaraq hazırlanmışdır və “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun (bundan sonra - Fond) vəsaitlərinin istifadəsi mexanizmini müəyyən edir.

1.2.   Fondun əsas məqsədi Azərbaycan Respublikasında ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yolları şəbəkəsinin səmərəli istismarı üçün onların saxlanılmasını və təmirini təmin etməkdir. [3]

1.3.   Fond dövlət büdcəsinin tərkibində yaradılır və onun vəsaitinin xərclənməsi “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa və Dövlət Xəzinədarlığının fəaliyyətini tənzimləyən normativ hüquqi aktların tələblərinə uyğun olaraq həyata keçirilir.

 

2. FONDUN VƏSAİTLƏRİNİN FORMALAŞDIRILMASI MƏNBƏLƏRİ

 

2.1. Fondun vəsaitləri aşağıdakı dövlət büdcəsinin mənbələri hesabına formalaşır:

2.1.1.   yol vergisi;

2.1.2.   mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi;

2.1.3.     idxal olunan minik avtomobillərinə tətbiq edilən aksizlər ;

2.1.4. idxal olunan avtonəqliyyat vasitələrinə tətbiq edilən gömrük rüsumu;

2.1.5.    Azərbaycan Respublikasının ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün tutulan dövlət rüsumu;

2.1.6.    “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-4-cü maddəsi nəzərə alınmaqla nəqliyyat vasitələrinin, o cümlədən motonəqliyyat vasitələrinin, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınların, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələrinin, qoşquların və yarımqoşquların qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsi üçün tutulan dövlət rüsumu; [4]

2.1.7.    iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulmasına görə tətbiq edilmiş inzibati cərimələr; [5]

2.1.8 dövlət büdcəsindən ayrılan vəsait. [6]

 

2.2.   Fondun mövcud qanunvericiliyə uyğun hazırlanmış büdcə layihəsi cari il iyulun 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilir. Bu zaman həmin layihəyə vahid büdcə təsnifatına uyğun olaraq, aidiyyəti gəlir və xərc maddələri üzrə məbləğlər göstərilməklə ümumi illik smeta əlavə olunur.

2.3.   Fond üzrə daxilolmalar və xərclər dövlət büdcəsinin gəlir və xərc hissələrində ayrıca göstərilməklə, müvafiq maliyyə əməliyyatları xəzinədarlıq vasitəsilə həyata keçirilir.

 

3. FONDUN VƏSAİTLƏRİNİN XƏRCLƏNMƏSİ QAYDASI

 

3.1.        Fondun vəsaiti Azərbaycan Respublikasında avtomobil yollarının və onlarla əlaqədar mühəndis qurğularının, təhkim zolaqlarının istifadəsi, saxlanılması və təmiri ilə bağlı aşağıda göstərilən istiqamətlər üzrə xərclərin maliyyələşdirilməsinə yönəldilir:

3.1.1.   Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərini respublikanın şəhərləri, rayon mərkəzləri, şəhər tipli qəsəbələri, hava, dəniz və çay limanları, dəmiryol stansiyaları, qoruq və istirahət zonaları, həmçinin xüsusi obyekt və müəssisələrlə birləşdirən respublika əhəmiyyətli avtomobil yollarının saxlanılması və təmiri;

3.1.2.   rayonlararası və kənd və qəsəbələri şəhər və rayon mərkəzləri ilə birbaşa birləşdirən yerli əhəmiyyətli avtomobil yollarının saxlanılması və təmiri;

3.1.3.   ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanılması, və təmiri ilə bağlı digər işlərin maliyyələşdirilməsinə.

 

3.2.   Fondun xərclərinin istiqamətlər üzrə maliyyələşdirilməsi hər büdcə ili üçün tərtib olunan, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılan və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təsdiq edilən xərclər smetası çərçivəsində həyata keçirilir. [7]

3.3.   Fondun vəsaitinin dövlət büdcəsi tərkibində təsdiq olunmuş xərclər dairəsində sərəncamçısı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyidir. [8]

3.4. Fondun vəsaiti hesabına maliyyələşdirilmə dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatların maliyyələşdirilməsi üzrə mövcud qaydalara uyğun həyata keçirilir və sənədləşdirilir.

3.5.                  Fondun vəsaiti həmin Fonda faktiki daxilolmalar dairəsində xərclənir.

3.6. Fondun hesabına daxil olan vəsaitlər ilk növbədə "Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanununun 7.1.1 - 7.1.3-cü maddələrində nəzərdə tutulmuş müdafiə olunan xərc maddələrinin ödənilməsinə yönəldilir.

3.7.    Fondun vəsaiti təyinatı üzrə istifadə olunmalıdır və onun başqa məqsədlər üçün xərclənməsinə yol verilmir.

3.8.    Fondun hesabında ilin sonuna qalan vəsait növbəti ildə onun gəlirlərinə daxil edilir.

 

4.       HESABAT VƏ NƏZARƏT

 

4.1.   Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Fondun vəsaitlərinin istifadəsi barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə rüblük və illik hesabatlar təqdim edir.

4.2.   Fondun vəsaitinin xərclənməsi üzərində nəzarət mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilir.

 

5.                  MƏSULİYYƏT

 

Bu Qaydaların tələblərinə riayət edilməməsinə görə vəzifəli şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. [9]

 

Qeyd. Bu Qaydalarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər. [10]

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       13 fevral 2008-ci il tarixli 45 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 125)

2.       21 avqust 2013-cü il tarixli 226 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 6 sentyabr 2013-cü il, № 195, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 08, maddə 1024)

3.       11 oktyabr 2016-cı il tarixli 406 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 19 oktyabr 2016-cı il, № 230, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1724)

4.       25 noyabr 2016-cı il tarixli 484 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 noyabr 2016-cı il, № 264, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №11, maddə 1972)

5.       20 iyun 2017-ci il tarixli 263 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 iyun 2017-ci il, № 132, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №6 , maddə 1238)

6.       3 noyabr 2017-ci il tarixli 475 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 7 noyabr 2017-ci il, № 245, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 11, maddə 2140)

7.       23 yanvar 2018-ci il tarixli 23 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 25 yanvar 2018-ci il, № 17, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, maddə 139)

8.       13 iyun 2020-ci il tarixli 205 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 iyun 2020-ci il, № 114, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 795)

9.       29 dekabr 2020-ci il tarixli 514 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 dekabr 2020-ci il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, V kitab, maddə 1615)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 29 dekabr 2020-ci il tarixli 514 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 dekabr 2020-ci il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, V kitab, maddə 1615) ilə adında və 1-ci hissəsində “istismarı” sözü “təmiri” sözü ilə əvəz edilmişdir.

 

[2] 29 dekabr 2020-ci il tarixli 514 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 dekabr 2020-ci il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, V kitab, maddə 1615) ilə “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun vəsaitinin ölkə ərazisində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanması və istismarı üçün xərclənməsi Qaydaları”nın adında, 3.1-ci bəndində, 3.1.1-ci, 3.1.2-ci və 3.1.3-cü yarımbəndlərində ismin müvafiq hallarında “istismarı” sözü ismin müvafiq hallarında “təmiri” sözü ilə əvəz edilmişdir.

 

[3] 29 dekabr 2020-ci il tarixli 514 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 dekabr 2020-ci il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, V kitab, maddə 1615) ilə “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun vəsaitinin ölkə ərazisində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanması və istismarı üçün xərclənməsi Qaydaları”nın 1.2-ci bənddə “səmərəli istismarını və qənaətbəxş vəziyyətdə saxlanılmasını” sözləri “səmərəli istismarı üçün onların saxlanılmasını və təmirini” sözləri ilə əvəz edilmişdir.

 

[4] 13 fevral 2008-ci il tarixli 45 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 125) ilə «Avtomobil yolları» Məqsədli Büdcə Fondunun vəsaitinin ölkə ərazisində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanması və istismarı üçün xərclənməsi Qaydaları»nın 2.1.6-cı bəndində «motonəqliyyat vasitələrinin,» sözlərindən sonra «traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınların, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələrinin,» sözləri əlavə edilmişdir.

21 avqust 2013-cü il tarixli 226 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 6 sentyabr 2013-cü il, № 195, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 08, maddə 1024) ilə 2.1.6-cı yarımbəndində “illik texniki baxışdan” sözləri “qanunla müəyyən edilmiş hallarda texniki baxışdan” sözləri ilə əvəz edilmişdir.

13 iyun 2020-ci il tarixli 205 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 iyun 2020-ci il, № 114, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 795) ilə “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun vəsaitinin ölkə ərazisində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanması və istismarı üçün xərclənməsi Qaydaları”nın 2.1.6-cı yarımbəndinə (birinci halda) “nəqliyyat vasitələrinin” sözlərindən əvvəl “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-4-cü maddəsi nəzərə alınmaqla” sözləri əlavə edilmişdir.

 

[5] 25 noyabr 2016-cı il tarixli 484 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 noyabr 2016-cı il, № 264, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №11, maddə 1972)ilə “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun vəsaitinin ölkə ərazisində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanması və istismarı üçün xərclənməsi Qaydaları”nın 2.1.6-cı yarımbəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 2.1.7-ci yarımbənd əlavə edilmişdir.

 

[6] 3 noyabr 2017-ci il tarixli 475 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 7 noyabr 2017-ci il, № 245 Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 11, maddə 2140) ilə “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun vəsaitinin ölkə ərazisində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanması və istismarı üçün xərclənməsi Qaydaları”nın 2.1.7-ci yarımbəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 2.1.8-ci yarımbənd əlavə edilmişdir.

 

[7] 11 oktyabr 2016-cı il tarixli 406 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 19 oktyabr 2016-cı il, № 230, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1724) ilə “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun vəsaitinin ölkə ərazisində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanması və istismarı üçün xərclənməsi Qaydaları”nın 3.2-ci və 4.1-ci bəndlərdə “Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi” sözləri “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilmişdir.

 

23 yanvar 2018-ci il tarixli 23 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 25 yanvar 2018-ci il, № 17, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, maddə 139) ilə “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun vəsaitinin ölkə ərazisində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanması və istismarı üçün xərclənməsi Qaydaları”nın 3.2-ci və 4.1-ci bəndlərində “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti” sözləri “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” sözləri ilə əvəz edilmişdir.

 

[8] 11 oktyabr 2016-cı il tarixli 406 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 19 oktyabr 2016-cı il, № 230, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1724) ilə “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun vəsaitinin ölkə ərazisində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanması və istismarı üçün xərclənməsi Qaydaları”nın 3.3-cü bənddə “Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyidir” sözləri “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətidir” sözləri ilə əvəz edilmişdir.

 

23 yanvar 2018-ci il tarixli 23 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 25 yanvar 2018-ci il, № 17, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, maddə 139) ilə “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun vəsaitinin ölkə ərazisində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanması və istismarı üçün xərclənməsi Qaydaları”nın 3.3-cü bəndində “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətidir” sözləri “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyidir” sözləri ilə əvəz edilmişdir.

 

[9] 20 iyun 2017-ci il tarixli 263 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 iyun 2017-ci il, № 132, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №6 , maddə 1238) ilə “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun vəsaitinin ölkə ərazisində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanması və istismarı üçün xərclənməsi Qaydaları”nın 5-ci hissəsində “tələblərini pozan şəxslər qanunvericiliklə” sözləri “tələblərinə riayət edilməməsinə görə vəzifəli şəxslər qanunla” sözləri ilə əvəz edilmişdir.

 

[10] 11 oktyabr 2016-cı il tarixli 406 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 19 oktyabr 2016-cı il, № 230, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1724) ilə “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun vəsaitinin ölkə ərazisində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanması və istismarı üçün xərclənməsi Qaydaları”nın 5-ci hissənin mətnindən sonra yeni məzmunda “Qeyd” əlavə edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status