AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
16.09.1996
QEYDİYYAT NÖMRƏSİ
121
ADI
Azərbaycan Respublikası ərazisində hüquqi və fiziki şəxslərə məxsus traktor, özüyeriyən maşın və mexanizmlərin texniki vəziyyəti və istismarı üzərində dövlət nəzarəti haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
180.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011

Azərbaycan Respublikası ərazisində hüquqi və fiziki şəxslərə məxsus traktor, özüyeriyən maşın və mexanizmlərin texniki vəziyyəti və istismarı üzərində dövlət nəzarəti haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİ QƏRARI

 

Respublikada traktor, traktor yedəklərinin, özüyeriyən kənd təsərrüfatı maşın və mexanizmlərin texniki vəziyyətinə və istismar qaydalarına riayət olunmasında dövlət nəzarətinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası ərazisində hüquqi və fiziki şəxslərə məxsus traktor, traktor yedəklərinin, özüyeriyən kənd təsərrüfatı maşın və mexanizmlərin texniki vəziyyəti və istismarı üzərində dövlət nəzarətini həyata keçirmək üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturunda beş ştat vahidindən ibarət Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mərkəzi aparatında iki ştat vahidindən ibarət dövlət texniki nəzarət şöbəsi, rayon və şəhərlərdə isə regional bölmələr təşkil edilsin. [1]

2. Müəyyən edilsin ki:

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin dövlət texniki nəzarət şöbəsi həmin nazirliyin mərkəzi aparatının mövcud ştat sayı dairəsində yaradılır; [2]

regional bölmələrin işçilərinin sayı rayonda (şəhərdə) mövcud olan hər 600 traktor, özüyeriyən kənd təsərrüfatı, meliorasiya və yol-tikinti maşınlarına bir mühəndisi müfəttiş hesabı ilə, ancaq hər rayonda bir nəfərdən az olmamaq şərti ilə müəyyən edilir. [3]

3. Kənd Təsərrüfatı Nazirliyinə tapşırılsın ki:

Azərbaycan Respublikası ərazisində hüquqi və fiziki şəxslərə məxsus traktor, traktor yedəkləri, özüyeriyən maşın və mexanizmlərin texniki vəziyyəti və istismarı üzərində dövlət nəzarəti haqqında Əsasnamə hazırlayıb təsdiq edilmək üçün müəyyən olunmuş qaydada Nazirlər Kabinetinə təqdim etsin;

(Qüvvədən düşüb) [4]

təsərrüfatlardan, təşkilatlardan, müəssisələrdən, idarələrdən, kooperativlərdən, kommersiya strukturlarından, ayrı-ayrı hüquqi və fiziki şəxslərdən texniki baxışın keçirilməsinə, traktor, traktor yedəklərinin, özüyeriyən kənd təsərrüfatı maşın və mexanizmlərin qeydiyyata alınmasına, qeydiyyat şəhadətnamələrinin və dövlət nömrə nişanlarının verilməsinə, habelə traktorçu-maşinist olmaq istəyən vətəndaşlardan imtahan qəbul edib, onlara vəsiqə və xəbərdarlıq talonlarının verilməsinə görə alınan haqların miqdarını Azərbaycan Respublikası Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi ilə razılaşdırıldıqdan sonra təsdiq etsin;     [5]

 (Qüvvədən düşüb) [6]

4. Müəyyən edilsin ki, texniki baxışın aparılmasından, traktor yedəklərinin, özüyeriyən maşın və mexanizmlərin qeydə alınmasından, vətəndaşlardan imtahan qəbul edib onlara traktorçu-maşinist vəsiqələrinin və xəbərdarlıq talonlarının verilməsindən yığılan gəlirin 50 faizi büdcədənkənar vəsait kimi "Azərbaşdövləttexnəzarət"in sərəncamında qalmaqla həmin vəsait dövlət texniki nəzarət orqanları üçün nəzarət ölçü cihazlarının, alət və mexanizmlərinin alınmasına, nömrə nişanlarının hazırlanmasına, nəqliyyat vasitələrinin istismarına və təmirinə sərf olunur, qalan məbləğin 50 faizi isə dövlət büdcəsinə köçürülür.      [7]

5. Azərbaycan SSR Nazirlər Sovetinin «Kolxoz, sovxoz və digər kənd təsərrüfatı müəssisə və təşkilatlarında maşın-traktor parkının texniki vəziyyəti üzərində dövlət nəzarəti haqqında» 1969-cu il 4 mart tarixli 101 nömrəli, «Kolxoz, sovxoz və digər kənd təsərrüfatı müəssisə və təşkilatlarında maşın-traktor parkının texniki nəzarətinin gücləndirilməsi tədbirləri haqqında» 1976-cı il 2 mart tarixli 75 nömrəli və «Vətəndaşların şəxsi istifadəsində olan traktor, traktor yedəklərinin və özüyeriyən kənd təsərrüfatı maşınlarının qeydiyyata alınması haqqında» 1988-ci il 12 sentyabr tarixli, 318 nömrəli qərarları qüvvədən düşmüş hesab edilsin.

 

Baş nazirin birinci müavini A. RASİZADƏ

 

Bakı şəhəri, 16 sentyabr 1996-cı il

                   № 121

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       1 mart 1999-cu il tarixli 27 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 3, maddə 184)

2.       27 sentyabr 1999-cu il tarixli 158 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 9, maddə 566)

3.       9 fevral 2007-ci il tarixli 27 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 187)

4.       23 iyul 2018-ci il tarixli 320 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 iyul 2018-ci il, № 163, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №7, II kitab, maddə 1653)

5.       23 may 2019-cu il tarixli 239 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 may 2019-cu il, № 115, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 972)

6.       25 dekabr 2019-cu il tarixli 496 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 27 dekabr 2019-cu il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cı il, № 12, maddə 2077)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 27 sentyabr 1999-cu il tarixli 158 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 9, maddə 566) ilə 1-ci bəndinin "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin" sözlərindən sonra "mərkəzi aparatında" sözləri "strukturunda" sözü ilə əvəz edilmişdir.

 

23 iyul 2018-ci il tarixli 320 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 iyul 2018-ci il, № 163, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №7, II kitab, maddə 1653) ilə 1-ci hissədə “Baş dövlət texniki nəzarət müfəttişliyi (Azərbaşdövləttexnəzarət)” sözləri “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidməti” sözləri ilə, “rayon (şəhər) dövlət texniki nəzarət müfəttişlikləri” sözləri “regional bölmələr” sözləri ilə əvəz edilmişdir.

 

23 may 2019-cu il tarixli 239 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 may 2019-cu il, № 115, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 972) ilə 1-ci hissədə “Baş Dövlət Texniki Nəzarət Xidməti” sözləri “Aqrar Xidmətlər Agentliyi” sözləri ilə əvəz edilmişdir.

 

25 dekabr 2019-cu il tarixli 496 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 27 dekabr 2019-cu il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cı il, № 12, maddə 2077) ilə 1-ci hissədən “beş ştat vahidindən ibarət” və “, rayon və şəhərlərdə isə regional bölmələr” sözləri çıxarılmışdır.

 

[2] 27 sentyabr 1999-cu il tarixli 158 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 9, maddə 566) ilə 2-ci bəndin 2-ci abzası çıxarılmışdır və yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

Baş dövlət texniki nəzarət müfəttişliyi (Azərbaşdövləttexnəzarət)və Naxçıvan Muxtar Respublikası dövlət texniki nəzarət şöbəsi müvafiq olaraq daxil olduqları nazirliklərin mərkəzi aparatının mövcud ştat sayı dairəsində yaradılır;

 

[3] 27 sentyabr 1999-cu il tarixli 158 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 9, maddə 566) ilə 2-ci bəndin 3-cü abzasında "rayon" və "rayonda" sözlərindən sonra müvafiq qaydada "(şəhər)" və "(şəhərdə)" sözləri əlavə edilmişdir.

 

23 iyul 2018-ci il tarixli 320 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 iyul 2018-ci il, № 163, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №7, II kitab, maddə 1653) ilə 2-ci hissənin üçüncü abzasında “rayon (şəhər) dövlət texniki nəzarət müfəttişliyi” sözləri “regional bölmələrin” sözləri ilə əvəz edilmişdir.

 

25 dekabr 2019-cu il tarixli 496 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 27 dekabr 2019-cu il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cı il, № 12, maddə 2077) ilə 2-ci hissənin üçüncü abzası ləğv edilmişdir.

 

[4] 1 mart 1999-cu il tarixli 27 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 3, maddə 184) ilə 3-cü bəndinin 3-cü abzas qüvvədən düşmüş hesab edilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

respublika ərazisində hüquqi və fiziki şəxslərə məxsus traktor, traktor yedəkləri, özüyeriyən maşın və mexanizmlərə texniki baxışın aparılması, onların qeydiyyata alınması və vahid dövlət nömrə nişanlarının verilməsi haqqında qaydalar hazırlayıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ilə birlikdə təsdiq etsin;

 

[5] 9 fevral 2007-ci il tarixli 27 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 187) ilə 3-cü bəndinin üçüncü abzası çıxarılmışdır.

 

[6] 1 mart 1999-cu il tarixli 27 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 3, maddə 184) ilə 3-cü bəndinin 5-ci abzası qüvvədən düşmüş hesab edilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə birlikdə imtahan qəbul edilməsi və traktorçu-maşinist vəsiqələrinin verilməsi haqqında vahid qaydaları işləyib Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ilə razılaşdırılmaqla təsdiq etsin.

 

[7] 9 fevral 2007-ci il tarixli 27 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 187) ilə 4-cü bənd çıxarılmışdır.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status