AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
31.01.2008
QEYDİYYAT NÖMRƏSİ
703
ADI
"Qiymətli metallar və qiymətli daşlar haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına əlavələr və dəyişikliklər edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 03-02-2008, Nəşr nömrəsi: 25), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-01-2008, Nəşr nömrəsi: 01, Maddə nömrəsi: 7)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
31.01.2008
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
020.000.000
110.000.000
400.000.000
420.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
"Qiymətli metallar və qiymətli daşlar haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı

"Qiymətli metallar və qiymətli daşlar haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına əlavələr və dəyişikliklər edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

"Qiymətli metallar və qiymətli daşlar haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2007-ci il 17 aprel tarixli 320-IIIQD nömrəli qanununun icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. "Azərbaycan Respublikasında bəzi sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) verilməsinin təkmilləşdirilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 28 mart tarixli 310 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №3, I kitab, maddə 176; 2001-ci il, №10, maddə 640, №11, maddə 707; 2002-ci il, №9, maddə 555; 2003-cü il, №10, maddə 568; 2004-cü il, №12, maddə 1004; 2005-ci il, №12, maddə 1104; Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 noyabr tarixli 658 nömrəli fərmanı) 3-cü bəndində "qızılın" sözündən əvvəl "qiymətli daşların hasilatı," sözləri əlavə edilsin.

2. "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №8, III kitab, maddə 610; 2001-ci il, №10, maddə 646; 2002-ci il, №5, maddələr 273, 279, № 7, maddə 413, №8, maddə 478, №9, maddə 563; 2003-cü il, №8, maddə 434; 2004-cü il, №1, maddə 19, №5, maddə 345; 2005-ci il, №1, maddə 18, №4, maddə 299, №9, maddə 799, №12, maddə 1101; 2006-cı il, №8, maddə 676, №11, maddə 935; 2007-ci il, №1, maddə 10, №3, maddə 223) 3-cü bəndinin ikinci abzasında "205," rəqəmindən sonra "213-2, 213-3," rəqəmləri əlavə edilsin.

3. "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №8, III kitab, maddə 612; 2001-ci il, №7, maddə 462, №10, maddə 640, №12, maddə 755; 2002-ci il, №1, maddə 49, №5, maddələr 260, 275, №8, maddələr 478, 484, 486; 2003-cü il, №6, maddə 299, №8, maddə 434, №9, maddə 478, №10, maddələr 546, 547, 560, 571, 582; 2004-cü il, №1, maddələr 19, 26, №3, maddələr 138, 141, №4, maddə 235, №5, maddələr 340, 341, 343, 345, 346, №8, maddələr 607, 608, №11, maddə 909, №12, maddə 1005; 2005-ci il, №2, maddələr 67, 69, №4, maddələr 299, 303, №8, maddə 702, №9, maddələr 801, 802, №12, maddə 1101; 2006-cı il, №2, maddə 83, №4, maddələr 321, 322, №5, maddə 407, №7, maddə 590, №8, maddələr 662, 663, 674, 675, 679, №9, maddə 743, №11, maddələr 942, 945; 2007-ci il, №1, maddə 11, №2, maddə 87, №3, maddə 230, №7, maddə 715, №8, maddələr 767, 769; Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 noyabr tarixli 662, 668 və 672 nömrəli, 14 dekabr tarixli 677 nömrəli fərmanları) aşağıdakı dəyişiklik və əlavələr edilsin:

3.1. 3.28-ci bənddən ", 238-ci" sözləri çıxarılsın;

3.2. 3.31-ci bənddə "204-1-ci," sözlərindən sonra "238-1-ci," sözləri əlavə edilsin;

3.3. Fərmana aşağıdakı məzmunda 3.50-ci bənd əlavə edilsin:

"3.50. həmin Məcəllənin 238-ci maddəsində nəzərdə tutulmuş bank fəaliyyəti sahəsində qiymətli metalların və qiymətli daşların uçotu, saxlanılması, mühafizəsi və dövriyyəsi qaydalarının pozulması ilə əlaqədar işlərə Azərbaycan Respublikasının Milli Bankı, qiymətli metalların və qiymətli daşların hasilatı sahəsində qiymətli metalların və qiymətli daşların uçotu, saxlanılması və mühafizəsi qaydalarının pozulması ilə əlaqədar işlərə Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi, qalan hallarda qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi qaydalarının, qiymətli metalların və qiymətli daşların, onlardan hazırlanmış məhsulların (məmulatların) mühafizəsi, pərakəndə satışı, uçotu, saxlanılması, onların qırıntılarının və tullantılarının yığılması qaydalarının pozulması ilə əlaqədar işlərə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi baxır.".

4. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, №9, maddə 798, №10, maddə 918; 2006-cı il, №5, maddə 408; 2007-ci il, №3, maddə 232, №8, maddə 765) ilə təsdiq edilmiş "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının Siyahısı"nın 5-ci bəndinin "Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar" sütununda "Qızılın" sözü "Qiymətli daşların hasilatı, qızılın" sözləri ilə əvəz edilsin.

5. Bu fərman dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 31 yanvar 2008-ci il

                № 703

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status