AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
22.05.2007
QEYDİYYAT NÖMRƏSİ
580
ADI
“Atçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-05-2007, Nəşr nömrəsi: 05, Maddə nömrəsi: 462)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
31.05.2007
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
290.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
“Atçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

“Atçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

“Atçılıq haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının “Atçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. “Atçılıq haqqında” Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.4. həmin Qanunun 7.2-ci maddəsində nəzərdə tutulmuş atçılığın inkişafı üzrə proqramları qəbul etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.5. həmin Qanunun 8.8-ci maddəsində nəzərdə tutulmuş cins atların dövlət qeydiyyatının aparılması, onlara pasportun (şəhadətnamənin) tərtib edilməsi və verilməsi, habelə cins atlara xarici dövlətlərdə verilmiş pasportların (şəhadətnamələrin) tanınması qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.6. həmin Qanunun 11.4-cü maddəsində nəzərdə tutulmuş atçılıq sahəsində dövlət nəzarətinin həyata keçirilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq müəyyən etsin;

1.7. həmin Qanunun 15.2-ci maddəsində nəzərdə tutulmuş atçılıq təsərrüfatının zavod kateqoriyasına aid edilməsi qaydalarını və şərtlərini müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.8. həmin Qanunun 19.5-ci maddəsində nəzərdə tutulmuş cıdır meydanlarında cins atların sınaqlarının, ənənəvi mükafatlar uğrunda cıdır yarışlarının, atüstü oyunların, sərgilərin və atçılıqla bağlı digər tədbirlərin təşkilinin və keçirilməsinin qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.9. həmin Qanunun 19.6-cı maddəsində nəzərdə tutulmuş cıdır meydanlarına olan texniki normaları və tələbləri müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.10. həmin Qanunun 20.3-cü maddəsində nəzərdə tutulmuş cins idman atlarının təlimi və at idmanı yarışlarının keçirilməsi qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.11. həmin Qanunun 29.3-cü maddəsində nəzərdə tutulmuş at satışı hərraclarının keçirilməsi qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.12. həmin Qanunun 30.3-cü maddəsində nəzərdə tutulmuş mükafat fondunun formalaşması və bölünməsi qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.13. həmin Qanunun 31.3-cü maddəsində nəzərdə tutulmuş cıdır-şans (totalizator) oyunlarının təşkili və keçirilməsi, dövriyyəsindən əldə olunan vəsaitin və uduş fondunun bölünməsi qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.14. həmin Qanunun 4.2-ci, 27.4-cü və 28.2-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanları barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.15. öz səlahiyyətləri daxilində “Atçılıq haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. “Atçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci, 8.8-ci, 11.4-cü, 15.2-ci, 19.5-ci, 19.6-cı, 20.3-cü, 29.3-cü və 30.3-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; [1]

2.2. həmin Qanunun 6.1-ci, 9.2-ci, 10.1-ci (birinci halda), 11.2-ci, 11.3-cü və 22.1-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi həyata keçirir;

2.3. həmin Qanunun 10.1-ci maddəsində (ikinci halda) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir; [2]

2.4. həmin Qanunun 31.5-ci maddəsində “maliyyə bazarlarına nəzarət orqanı” dedikdə, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası nəzərdə tutulur. [3]

3. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 may 2007-ci il

№ 580

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       24 may 2010-cu il tarixli 273 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 3 iyun 2010-cu il, № 118, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 5, maddə 402)

2.       11 yanvar 2017-ci il tarixli 1187 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 13 yanvar 2017-ci il, № 7, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №1 , maddə 34)

3.       30 dekabr 2021-ci il tarixli 1562 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 31 dekabr 2021-ci il, № 286)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 30 dekabr 2021-ci il tarixli 1562 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 31 dekabr 2021-ci il, № 286) ilə 2.1-ci bənddə “, 30.3-cü və 31.3-cü” sözləri “və 30.3-cü” sözləri ilə əvəz edilmişdir.

 

[2] 24 may 2010-cu il tarixli 273 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 3 iyun 2010-cu il, № 118, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 5, maddə 402) ilə 2.2-ci bəndinə 10.1-ci rəqəmindən sonra (birinci halda) sözləri əlavə edilmişdir, həmin bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və 2.3-cü bənd əlavə edilmişdir.

30 dekabr 2021-ci il tarixli 1562 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 31 dekabr 2021-ci il, № 286) ilə 2.3-cü bənddə “Vergilər” sözü “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat” sözləri ilə əvəz edilmişdir.

 

[3] 11 yanvar 2017-ci il tarixli 1187 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 13 yanvar 2017-ci il, № 7, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №1 , maddə 34) ilə 2.3-cü bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 2.4-cü bənd əlavə edilmişdir.

30 dekabr 2021-ci il tarixli 1562 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 31 dekabr 2021-ci il, № 286) ilə 2.4-cü bənd ləğv edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status