AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
16.02.2008
QEYDİYYAT NÖMRƏSİ
47
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş «Vergi ödəyicisinə verilmiş vergi-hesab fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları»na əlavələr və dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 29-02-2008, Nəşr nömrəsi: 02, Maddə nömrəsi: 127)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
16.02.2008
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.000.000
100.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş «Vergi ödəyicisinə verilmiş vergi-hesab fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin dep

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş «Vergi ödəyicisinə verilmiş vergi-hesab fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları»na əlavələr və dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Vergi ödəyiciləri tərəfindən əlavə dəyər vergisinin ödənilməsi proseslərinin sadələşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alIr:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş «Vergi ödəyicisinə verilmiş vergi-hesab fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları»na aşağıdakı əlavələr və dəyişikliklər edilsin:

1.1. 1.1-ci bənddə «dövlət büdcəsinə» sözlərindən sonra «və dövlət gömrük orqanlarının xəzinədarlıq orqanlarında açılmış müvafiq depozit hesabına» sözləri əlavə edilsin;

1.2. 1.4-cü bənddə «şəxsin (bundan sonra satıcı)» sözlərindən sonra «bank» sözü çıxarılsın;

1.3. 3.1-ci bənddə «dövlət büdcəsinə» sözlərindən sonra «və dövlət gömrük orqanlarının xəzinədarlıq orqanlarında açılmış müvafiq depozit hesabına» sözləri əlavə edilsin;

1.4. 4.2-ci bəndə aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin və həmin bəndin üçüncü abzası dördüncü abzas hesab edilsin:

« – dövlət gömrük orqanlarının xəzinədarlıq orqanlarında açılmış müvafiq depozit hesabına;»;

1.5. 4.6-cı bəndin 1-ci cümləsində «sub-uçot hesabından» sözlərindən sonra «, naməlum sub-uçot hesabından» sözləri, «dövlət büdcəsinə» sözlərindən sonra «və dövlət gömrük orqanlarının xəzinədarlıq orqanlarında açılmış müvafiq depozit hesabına» sözləri əlavə edilsin və həmin bəndə aşağıdakı məzmunda dördüncü abzas əlavə edilsin:

«Vergi ödəyicisi tərəfindən ƏDV sub-uçot hesabından dövlət gömrük orqanlarının xəzinədarlıq orqanlarında açılmış müvafiq depozit hesabına yük gömrük bəyannamələrinə uyğun olaraq idxal olunan mallara görə ƏDV ödənişi həyata keçirildiyi halda, Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən elektron formatlı ödəniş tapşırığında ödənişi aparan vergi ödəyicilərinin adı, VÖEN-i, dövlət gömrük orqanlarının xəzinədarlıq orqanlarında açılmış müvafiq depozit hesabının nömrəsi və ödəniş məbləği əks etdirilməklə, bu Qaydaların 3.2-ci bəndində müəyyən edilmiş qaydada təqdim olunur.»;

1.6. Qaydalara 4 nömrəli əlavə yeni redaksiyada verilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, Azərbaycan Respublikasının Vergilər Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə tapşırılsın və Azərbaycan Respublikasının Milli Bankına tövsiyə edilsin ki, öz səlahiyyətləri daxilində bu qərardan irəli gələn məsələləri həll etsinlər.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

Bakı şəhəri, 16 fevral 2008-ci il

№ 47      

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2008-ci il 16 fevral tarixli 47 nömrəli qərarına

 

ƏLAVƏ

 

«Vergi ödəyicisinə verilmiş vergi-hesab fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV- nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları»na

 

Əlavə № 4

 

Birinci tarix:_____________ ikinci tarix:__________

 

                                                                                                                                            (manatla)

Vergi ödəyicisinin adı

 

VÖEN

 

Birinci tarixin əvvəlinə qalıq

Mədaxil

Məxaric

İkinci tarixin əvvəlinə qalıq

 

vergi ödəyicilərinin bank hesablarından

vergi ödəyicilərinin ƏDV sub-uçot hesablarından

vergi ödəyicilərinin ƏDV sub-uçot hesablarından

dövlət büdcəsinə

dövlət gömrük orqanlarının depozit hesabına

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

CƏMİ    

 

 

 

 

 

 

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status