AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
14.06.2007
QEYDİYYAT NÖMRƏSİ
588
ADI
Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi fərmanlarının qüvvədən düşmüş hesab edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-06-2007, Nəşr nömrəsi: 06, Maddə nömrəsi: 601)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
14.06.2007
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
180.000.000
210.000.000
280.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011

Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi fərmanlarının qüvvədən düşmüş hesab edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

1. «İnhisarçı müəssisələrin və birliklərin məhsullarının (xidmətlərinin) qiymətlərinin (tariflərinin) dövlət tərəfindən tənzimlənməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 24 dekabr tarixli, 377 nömrəli Fərmanının (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 24, maddə 1083; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 10, maddə 640) 2-ci bəndinin birinci abzası çıxarılsın.

2. «Azərbaycan Respublikasında xarici ticarətin sərbəstləşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 5 aprel tarixli, 125 nömrəli Fərmanının (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994-cü il, № 7, maddə 71; Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 17 dekabr tarixli, 520 nömrəli Fərmanı) 6-cı bəndinin beşinci və altıncı abzasları çıxarılsın.

3. «Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və iqtisadiyyatın maliyyə vəziyyətinin sabitləşdirilməsi tədbirləri haqqında» Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 15 iyun tarixli, 152 nömrəli Fərmanının (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994-cü il, № 11, maddə 130, № 20, maddə 308) 3-cü bəndinin ikinci abzası çıxarılsın.

4. «Yanğın təhlükəsizliyi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 25 iyul tarixli, 619 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 5, maddə 416; 2004-cü il, № 6, maddə 437; 2005-ci il, № 4, maddə 303) 2-ci bəndinə aşağıdakı məzmunda onuncu abzas əlavə edilsin:

«Yanğın təhlükəsizliyi haqqında» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası həyata keçirir.».

5. «Azərbaycan Respublikası Gömrük Məcəlləsinin tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 25 iyul tarixli, 616 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 6, maddə 448; 2001-ci il, № 10, maddə 640; 2004-cü il, № 7, maddə 526; 2005-ci il, № 2, maddə 69) aşağıdakı dəyişikliklər və əlavə edilsin:

5.1. 2-ci bəndin üçüncü abzasından «120-ci maddəsinin 6-cı hissəsində,» və «160-cı maddəsinin 1-ci hissəsində,» sözləri, altıncı abzasından isə «113, 114-cü maddələrində,» sözləri çıxarılsın;

5.2. 2-ci bəndə aşağıdakı məzmunda onuncu abzas əlavə edilsin:

«Gömrük Məcəlləsinin 113-cü, 114-cü maddələrində, 120-ci maddəsinin 6-cı hissəsində və 160-cı maddəsinin birinci hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası həyata keçirir.».

6. «Antiinhisar fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununda dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 2 dekabr tarixli, 647 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 6, maddə 503; 2001-ci il, № 10, maddə 640) aşağıdakı dəyişiklik və əlavə edilsin:

6.1. 2-ci bəndin üçüncü abzasından «14-cü,» rəqəmi çıxarılsın;

6.2. 2-ci bəndə aşağıdakı məzmunda dördüncü abzas əlavə edilsin:

«həmin Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası öz səlahiyyətləri daxilində həyata keçirirlər.».

7. «Azərbaycan Respublikasının 1997-ci il 30 dekabr tarixli, Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Meşə Məcəlləsinin tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 30 mart tarixli, 693 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 3, maddə 177; 2003-cü il, № 10, maddə 546; 2004-cü il, № 12, maddə 1005) aşağıdakı dəyişiklik və əlavə edilsin:

7.1. 2-ci bəndin üçüncü abzasından «doqquzuncu,» sözü çıxarılsın;

7.2. 2-ci bəndə aşağıdakı məzmunda onuncu abzas əlavə edilsin:

«həmin Məcəllənin 27-ci maddəsinin birinci hissəsinin doqquzuncu abzasında nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası öz səlahiyyətləri daxilində həyata keçirirlər.».

8. «Yerin təki haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 27 aprel tarixli, 701 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 4, maddə 247; 2003-cü il, № 10, maddə 546) aşağıdakı dəyişikliklər edilsin:

8.1. 1-ci bəndin otuz ikinci abzasından «və miqdarını» sözləri çıxarılsın;

8.2. 2-ci bəndin on yeddinci abzasında «həyata keçirir» sözləri «və Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası öz səlahiyyətləri daxilində həyata keçirirlər» sözləri ilə əvəz edilsin.

9. «Elektroenergetika haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli, 723 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 6, maddə 384; 2003-cü il, № 10, maddə 582) aşağıdakı dəyişikliklər edilsin:

9.1. 2-ci bəndin altıncı abzasında «Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyi və Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi öz səlahiyyətləri daxilində həyata keçirirlər» sözləri «Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası həyata keçirir» sözləri ilə əvəz edilsin;

9.2. həmin bəndin səkkizinci abzasında «birgə razılaşdıraraq həyata keçirirlər» sözləri «birgə razılaşdırır, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası isə həyata keçirir» sözləri ilə əvəz edilsin.

10. «Geodeziya və kartoqrafiya haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 iyul tarixli, 738 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 7, maddə 448; 2001-ci il, № 12, maddə 755; 2004-cü il, № 1, maddə 19) aşağıdakı dəyişikliklər və əlavə edilsin:

10.1. 1-ci bəndin on üçüncü abzasından «dərəcələrini və» sözləri çıxarılsın;

10.2. 2-ci bəndin üçüncü abzasında «,26-cı maddəsinin beşinci hissəsində və 28-ci maddəsinin ikinci hissəsində» sözləri «və 26-cı maddəsinin beşinci hissəsində» sözləri ilə əvəz edilsin;

10.3. 2-ci bəndə aşağıdakı məzmunda səkkizinci abzas əlavə edilsin:

«həmin Qanunun 28-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası öz səlahiyyətləri daxilində həyata keçirirlər.».

11. «Hidrometeorologiya fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 avqust tarixli, 747 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 8, maddə 497; 2003-cü il, № 10, maddələr 546, 571) aşağıdakı dəyişiklik və əlavə edilsin:

11.1. 2-ci bəndin dördüncü abzasından «və 24-cü maddəsinin üçüncü hissəsində» sözləri çıxarılsın;

11.2. 2-ci bəndə aşağıdakı məzmunda səkkizinci abzas əlavə edilsin:

«həmin Qanunun 24-cü maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası öz səlahiyyətləri daxilində həyata keçirirlər.».

12. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 28 sentyabr tarixli, 773 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 9, maddə 576; 2001-ci il, № 10, maddə 640; 2003-cü il, № 10, maddə 585; 2004-cü il, № 7, maddə 526) 2-ci bəndinin üçüncü abzasında «orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi həyata keçirirlər» sözləri «orqanı»nın səlahiyyətlərini Tarif (qiymət) Şurası həyata keçirir» sözləri ilə əvəz edilsin.

13. «İstehsalat və məişət tullantıları haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 26 oktyabr tarixli, 3 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 10, maddə 611; 2003-cü il, № 10, maddə 546) aşağıdakı dəyişiklik və əlavə edilsin:

13.1. 2-ci bəndin ikinci abzasından «18-ci maddəsinin dördüncü hissəsində,» sözləri çıxarılsın;

13.2. 2-ci bəndə aşağıdakı məzmunda səkkizinci abzas əlavə edilsin:

«həmin Qanunun 18-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası öz səlahiyyətləri daxilində həyata keçirirlər.».

14. «Energetika haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 1 fevral tarixli 85 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 2, maddə 69; 2003-cü il, № 10, maddə 582) 2-ci bəndinin yeddinci abzasında «və Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyi birgə razılaşdıraraq» sözləri «,Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi və Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası öz səlahiyyətləri daxilində» sözləri ilə əvəz edilsin.

15. «Kitabxana işi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli, 115 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 3, maddə 167; 2002-ci il, № 8, maddə 482; 2006-cı il, № 9, maddə 743) 2-ci bəndinə aşağıdakı məzmunda altıncı abzas əlavə edilsin:

«həmin Qanunun 28-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası həyata keçirir.».

16. «Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 21 oktyabr tarixli, 409 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 10, maddə 724) 2-ci bəndinin dördüncü abzasında «17.1-ci» sözlərindən sonra «(birinci halda)» sözləri əlavə edilsin, həmin bəndə aşağıdakı məzmunda beşinci abzas əlavə edilsin:

«həmin Qanunun 17.1-ci maddəsində (ikinci halda) nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası həyata keçirir.».

17. «Təbii inhisarlar haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq olunmasını təmin edən əlavə tədbirlər barədə» Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 2 mart tarixli, 446 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 3, maddə 154, № 10, maddə 640) üçüncü abzasında «Maliyyə Nazirliyi» sözlərindən sonra «və Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası» sözləri əlavə edilsin.

18. «Reklam haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 8 may tarixli, 482 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 5, maddə 301) 2-ci bəndində «Nazirlər Kabineti həyata keçirir» sözləri «Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası öz səlahiyyətləri daxilində həyata keçirirlər» sözləri ilə əvəz edilsin.

19. «Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinin tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli, 541 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 7, maddə 478; 2005-ci il, № 2, maddə 69; 2006-cı il, № 12, maddə 1053) 2-ci bəndinə aşağıdakı məzmunda yeddinci abzas əlavə edilsin:

«həmin Məcəllənin 28.4-cü maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası həyata keçirir;».

20. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 10 iyun tarixli, 880 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 6, maddə 286) ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnamə»nin 9.18-ci bəndindən «daşımaların baza tariflərini müəyyən edir,» sözləri çıxarılsın.

21. «Feldyeger rabitəsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli, 903 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 8, maddə 432) aşağıdakı dəyişiklik və əlavə edilsin:

21.1. 2-ci bəndin üçüncü abzasından «11.3-cü,» sözü çıxarılsın;

21.2. 2-ci bəndə aşağıdakı məzmunda yeddinci abzas əlavə edilsin:

«həmin Qanunun 11.3-cü maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası həyata keçirir.».

22. «Poçt rabitəsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 31 avqust tarixli, 115 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 8, maddə 623) aşağıdakı məzmunda 3.6-cı bənd əlavə edilsin:

«3.6. həmin Qanunun 11.2-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası həyata keçirir.».

23. «İctimai televiziya və radio yayımı haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 5 noyabr tarixli, 141 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 11, maddə 905) aşağıdakı məzmunda 3.3-cü bənd əlavə edilsin:

«3.3. həmin Qanunun 23.5-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası həyata keçirir.».

24. «Meliorasiya və irriqasiya haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikası Qanununun icrası ilə əlaqədar əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 dekabr tarixli, 165 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 12, maddə 1011) aşağıdakı dəyişiklik və əlavə edilsin:

24.1. 1-ci bənddə «və yeddinci hissəsinin birinci cümləsində (birinci halda)» sözləri çıxarılsın;

24.2. 1-ci bəndə aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:

«həmin Qanunun 25-ci maddəsinin yeddinci hissəsinin birinci cümləsində (birinci halda) nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası həyata keçirir.».

25. «Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 dekabr tarixli, 169 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 12, maddə 1015; 2005-ci il, № 12, maddə 1099) aşağıdakı dəyişiklik və əlavə edilsin:

25.1. 2.1-ci bənd çıxarılsın;

25.2. aşağıdakı məzmunda 2.6-cı bənd əlavə edilsin:

«2.6. həmin Məcəllənin 14.10-cu maddəsində (hər iki halda) nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası həyata keçirir.».

26. «Telekommunikasiya haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli, 277 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 709; 2006-cı il, № 5, maddə 404; № 11, maddə 947) aşağıdakı məzmunda 2.10-cu bənd əlavə edilsin:

«2.10. həmin Qanunun 10.1-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası həyata keçirir.».

27. «Qiymətlərin və tariflərin liberallaşdırılması haqqında» Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 2 yanvar tarixli, 540 nömrəli Fərmanı (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 1, maddə 15) qüvvədən düşmüş hesab edilsin.

28. «Çörəyin pərakəndə satış qiymətlərinin aşağı salınması haqqında» Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 18 yanvar tarixli, 552 nömrəli Fərmanı (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 3, maddə 54) qüvvədən düşmüş hesab edilsin.

29. Bu fərman dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 14 iyun 2007-ci il

№ 588

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status