AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
21.06.2007
QEYDİYYAT NÖMRƏSİ
2247
ADI
Azərbaycan Respublikası Prezidentinin bəzi sərəncamlarına əlavələr və dəyişikliklər edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-06-2007, Nəşr nömrəsi: 06, Maddə nömrəsi: 660)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
21.06.2007
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikası Prezidentinin bəzi sərəncamlarına əlavələr və dəyişikliklər edilməsi haqqında

Azərbaycan  Respublikası Prezidentinin bəzi sərəncamlarına əlavələr və dəyişikliklər edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

1. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin tabeliyində olan Siyasi Partiyalar və İctimai Hərəkatlar Dövlət Arxivi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyinə verilsin.

2. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyinə verilən Siyasi Partiyalar və İctimai Hərəkatlar Dövlət Arxivinin Bakı şəhəri, Azadlıq prospekti 161 ünvanında yerləşən 4000 kv. metr sahəsi olan İnzibati binası və 2.2 ha sahəsi əvəzsiz olaraq Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin balansına verilsin.

3. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyinə verilən Siyasi Partiyalar və İctimai Hərəkatlar Dövlət Arxivinə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin sektoru statusuna malik olan təşkilat statusu verilsin və onun saxlanılması xərcləri dövlət büdcəsinin vəsaitləri hesabına həyata keçirilsin.

4. "Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin strukturunun təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 11 iyul tarixli 886 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin sektoru statusuna malik olan təşkilatların siyahısı"na aşağıdakı məzmunda 9-cu bənd əlavə edilsin:

"9. Siyasi Partiyalar və İctimai Hərəkatlar Dövlət Arxivi.". [1]

5. Bakı şəhəri, Azərbaycan prospekti 5 ünvanında yerləşən Birinci Poliklinika Diaqnostik-Müalicəvi Mərkəz adlandırılsın, Bakı şəhəri, Cəfərov qardaşları 18 ünvanında yerləşən Stomatoloji Poliklinika Stomatoloji Mərkəz adlandırılsın, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Təsərrüfat Hesablı Mərkəzi Klinik Xəstəxanası Mərkəzi Klinik Xəstəxana adlandırılsın və həmin təşkilatlar Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin balansına və Tibb Xidmətinin tabeliyinə verilsinlər.

6. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Tibb Xidməti Azərbaycan Respublikası Prezidentinin tibbi təminatını həyata keçirəcək. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Tibb Xidməti tərəfindən tibbi təminatları həyata keçirilən digər şəxslərin siyahısı Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının rəhbəri tərəfindən təsdiq edilir.

7. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Tibb Xidmətinin tabeliyində olan Mərkəzi Klinik Xəstəxana və Stomatoloji Mərkəz sərbəst təsərrüfat fəaliyyətindən əldə olunan gəlirlər hesabına saxlanılırlar və bu vəsaitlərin istifadəsini mövcud qanunvericiliyə uyğun olaraq həyata keçirirlər.

8. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 iyun tarixli 851 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının strukturu"nda Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinə aid hissədə "Protokol xidməti rəisinin müavini - sektor müdiri - 2" bəndindən sonra "Ştat vahidi -3" sözləri "Ştat vahidi - 1" sözləri ilə əvəz edilsin.

9. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 11 iyul tarixli 886 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin strukturu"na aşağıdakı dəyişiklik və əlavə edilsin:

9.1. "Tibb Xidməti (şöbə hüququnda)" bəndinin "Profilaktoriya (sektor hüququnda)" hissəsində "Ştat vahidi - 14" sözləri "Ştat vahidi -4" sözləri ilə əvəz edilsin;

9.2. "Müşayiət edən dəstə (sektor hüququnda)" bəndindən sonra aşağıdakı məzmunda bəndlər əlavə edilsin:

 

"Kadr və maliyyə məsələləri sektoru

 

Sektorun müdiri

1

Ştat vahidi

3

Təchizat sektoru

 

Sektorun müdiri

1

Ştat vahidi

2

Tibbi yardımın təşkili sektoru

 

Sektorun müdiri

1

Ştat vahidi

2”.

 

10. "Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tərkibində Tibb Xidmətinin   yaradılması   haqqında"   Azərbaycan   Respublikası   Prezidentinin 2007-ci il 23 yanvar tarixli 1903 nömrəli Sərəncamına aşağıdakı məzmunda 3-cü bənd əlavə edilsin, 3-cü və 4-cü bəndlər müvafiq olaraq 4-cü və 5-ci bəndlər hesab edilsinlər.

"3. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Tibb Xidmətinin və onun tabeliyində olan təşkilatların işçilərini Tibb Xidmətinin rəisi işə qəbul və işdən azad edir.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Tibb Xidmətinin tabeliyində olan təşkilatların strukturunu və işçilərin ümumi say tərkibini Tibb Xidmətinin rəisi müəyyən edir.".

11. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi bu Sərəncamdan irəli gələn məsələləri öz səlahiyyətləri daxilində həll etsin.

12. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:

 

12.1. cari ilin sonuna kimi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyinə verilən Siyasi Partiyalar və İctimai Hərəkatlar Dövlət Arxivinin fəaliyyəti ilə bağlı tələb olunan vəsaitin maliyyələşdirilməsini müvafiq qaydada təmin etsin;

12.2. 2008-ci il və növbəti illər üçün dövlət büdcəsi layihəsində Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyinə verilən Siyasi Partiyalar və İctimai Hərəkatlar Dövlət Arxivinin fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının (İşlər İdarəsinin tabeliyində olan təşkilatlar daxil olmaqla) saxlanılması xərclərində müvafiq vəsaitin nəzərdə tutulmasını təmin etsin;

12.3. cari ilin sonuna kimi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Tibb Xidmətinin fəaliyyəti ilə bağlı tələb olunan vəsaitin maliyyələşdirilməsini müvafiq qaydada təmin etsin;

12.4. 2008-ci il və növbəti illər üçün dövlət büdcəsi layihəsində Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Tibb Xidmətinin fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin saxlanılması xərclərində ayrıca sətirdə müvafiq vəsaitin nəzərdə tutulmasını təmin etsin;

12.5. bu Sərəncamdan irəli gələn digər məsələləri öz səlahiyyətləri daxilində həll etsin.

13. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə tapşırılsın ki:

13.1.    Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Təsərrüfat Hesablı Mərkəzi Klinik Xəstəxanasının Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Tibb Xidmətinin tabeliyinə verilməsi ilə əlaqədar olaraq 2001-ci il mayın 5-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Təsərrüfat Hesablı Mərkəzi Klinik Xəstəxanasının AY-MED Medikal Yatırım Danışmanlık Ticarət Anonim Şirkəti"nə İdarəetməyə verilməsi barədə Müqavilə"nin ləğv edilməsi ilə əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş zəruri tədbirlər görsün;

13.2. bu Sərəncamdan irəli gələn digər məsələləri öz səlahiyyətləri daxilində həll etsin.

14. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 21 iyun 2007-ci il

2247

 

 

 

SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

1.       26 dekabr 2007-ci il tarixli 692 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №12, maddə 1242)

2.       13 oktyabr 2021-ci il tarixli 2955 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 10, maddə 1137)

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI



[1] 26 dekabr 2007-ci il tarixli 692 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №12, maddə 1242) ilə Azərbaycan   Respublikası   Prezidentinin 2007-ci il 21 iyun tarixli 2247 nömrəli Sərəncamının 5-ci, 6-cı, 7-ci, 9-cu, 10-cu və 12.4-cü bəndləri çıxarılmışdır.

13 oktyabr 2021-ci il tarixli 2955 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 10, maddə 1137) ilə 4-cü, 8-ci və 11-13-cü hissələri ləğv edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status