AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
25.06.2007
QEYDİYYAT NÖMRƏSİ
103
ADI
“Toxumçuluq və tinglik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiyanın ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-06-2007, Nəşr nömrəsi: 06, Maddə nömrəsi: 707)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
25.06.2007
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.000.000
150.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
«Toxumçuluq və tinglik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiyanın ödənilməsi Qaydası»nın təsdiq edilməsi barədə

“Toxumçuluq və tinglik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiyanın ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə [1]

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Toxumçuluq haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik və əlavə edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 12 mart tarixli 546 nömrəli Fərmanının 1.3-cü yarımbəndinin icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Toxumçuluq və tinglik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiyanın ödənilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri  A. RASİZADƏ

 

Bakı şəhəri, 25 iyun 2007-ci il

                   № 103

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2007-ci il 25 iyun tarixli 103 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Toxumçuluq və tinglik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiyanın ödənilməsi

 

Q A Y D A S I

 

I. Ümumi müddəalar

 

1.1. Bu Qayda “Toxumçuluq haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik və əlavə edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 12 mart tarixli 546 nömrəli Fərmanının 1.3-cü yarımbəndinə əsasən hazırlanmışdır və toxumçuluq və tinglik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiyanın ödənilməsi istiqamətlərini və şərtlərini tənzimləyir.

1.2. Dövlət büdcəsindən təsərrüfatlara subsidiyanın ödənilməsində əsas meyar Azərbaycan Respublikasının ərazisində rayonlaşdırılmış, dövlət reyestrində qeydiyyatdan keçmiş, sortluq və səpin keyfiyyətlərini təsdiq edən uyğunluq sertifikatı olan 1-ci və 2-ci reproduksiyalı toxumların və tinglərin istehsal olunaraq satılması və alıcı təsərrüfat tərəfindən bu toxum və tinglərin ona məxsus, habelə icarəsində və istifadəsində olan torpaq sahəsində əkilməsidir.

 

II. Subsidiyanın verilməsi qaydası və şərtləri

 

2.1. Toxumçuluq və tinglik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiyanın ödənilməsi üçün daxil olmuş müraciətləri araşdırmaq məqsədi ilə müvafiq rayon (şəhər) icra hakimiyyəti başçısının sərəncamı ilə aşağıdakı tərkibdə rayon (şəhər) komissiyası yaradılır:

- rayon (şəhər) icra hakimiyyəti başçısının müavini – komissiyanın sədri;

- Kənd Təsərrüfatı Nazirliyinin yerli nümayəndəsi;

- İqtisadiyyat və Sənaye Nazirliyinin yerli şöbəsinin nümayəndəsi; [2]

- Maliyyə Nazirliyinin müvafiq şəhər və rayon üzrə idarəsinin (şöbəsinin) nümayəndəsi;

- Dövlət Statistika Komitəsinin yerli şöbəsinin nümayəndəsi;

- Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin nümayəndəsi. [3]

2.2. Rayon (şəhər) komissiyasının təqdimatı əsasında rayon (şəhər) icra hakimiyyəti başçısının sərəncamı ilə bələdiyyənin, toxum və ting istehsal edən və digər təsərrüfatların mütəxəssislərindən ibarət rayon (şəhər) komissiyasının ayrı-ayrı ərazilər üzrə işçi qrupları yaradılır.

2.3. Rayon komissiyası ayrı-ayrı və ərazilər üzrə işçi qrupların iş rejimini və istehsalçılardan müvafiq sənədlərin qəbul edilməsi qaydalarını, şərtlərini və sənədlərin təqdim edilmə tarixini göstərməklə, yerli mətbuatda məlumat dərc etdirir, habelə onların vasitəsilə istehsalçıları blanklar və ərizə forması ilə təmin edir.

2.4. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada toxum və ting istehsalı ilə məşğul olan dövlət və özəl təsərrüfatlar (bundan sonra – istehsalçı) istehsal etdikləri 1-ci və 2-ci reproduksiyalı toxumların və tinglərin satışına görə dövlət büdcəsindən subsidiya ödənilməsi üçün rayon komissiyasına ərizə ilə müraciət edir (1 nömrəli əlavə) və ərizəyə aşağıdakı sənədlər əlavə olunur:

- toxum və tinglərin istehsalı və satışı ilə məşğul olması barədə hüquqi və fiziki şəxslərin 2007-ci ilin 1 sentyabr tarixinədək və növbəti illərdə 1 iyul tarixinədək toxum istehsalçılarının reyestrlərinə daxil olunmasına dair sənədin surəti; [4]

- 1-ci və 2-ci reproduksiyalı toxum və tinglərin alğı-satqısına dair qaimə və müqavilənin surəti:

- istehsal olunmuş toxum və tingin əsilliyini təyin edən sənədlərin (aprobasiya aktı, aprobasiya haqqında hesabat) surəti (bu zaman pambıq toxumuna dair ilkin sənədlər Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin yerli laboratoriyaları tərəfindən istehsalçının sifarişi əsasında hazırlanmalıdır); [5]

- satışa çıxarılan toxum və tinglərin keyfiyyətini təsdiq edən sertifikatın surəti;

- istehsalçılardan toxum və ting alan təsərrüfatlar tərəfindən həmin toxum və tinglərin əkilməsi barədə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən verilən arayış; [6]

- subsidiyanın hansı hesablaşma və ya şəxsi hesaba köçürülməsi barədə məlumat.

2.5. Rayon komissiyası istehsalçıdan daxil olan sənədləri araşdırır və təhlil edir. Komissiyaya müraciət daxil olandan sonra 10 gün ərzində istehsal edildiyi təsərrüfatdan satışa çıxarılan 1-ci və 2-ci reproduksiyalı toxum və tinglərin həcmi (miqdarı) təqdim edilmiş sənədlərə uyğun olaraq müəyyən edilir və 3 nüsxədən ibarət akt (2 nömrəli əlavə) tərtib edir. Aktlara müəyyən olunmuş formada cədvəllər əlavə olunur.

2.6. Rayon (şəhər) komissiyası toxumçuluq və tinglik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlar və tinglərə görə subsidiya ödənilməsi barədə müraciəti müvafiq sənədlər əlavə olunmaqla aşağıda qeyd olunan müddətdən gec ol mayaraq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə təqdim edir:

- taxıl toxumu istehsalçıları üzrə - noyabr -20-dək; [7]

- yem bitkiləri toxumu istehsalçıları üzrə – oktyabrın -30-dək;

- kartof toxumu və ting istehsalçıları üzrə – noyabrın -30-dək; [8]

- tərəvəz toxumu və texniki bitkilər toxumu istehsalçıları üzrə – noyabrın - 15 -dək.

2.7. Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirinin əmri ilə rayon (şəhər) komissiyalarından daxil olmuş müraciətlərə rəy verilməsi məqsədi ilə Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavininin sədrliyi ilə Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Dövlət Statistika Komitəsinin, Milli Elmlər Akademiyasının nümayəndələrindən ibarət Ekspert Şurası yaradılır.

Ekspert Şurası təqdim edilmiş sənədlərin araşdırılması zamanı zərurət olduğu təqdirdə, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm Mərkəzindən ekspert kimi mütəxəssislər cəlb edə bilər.

2.8. Ekspert Şurası 10 iş günü ərzində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyindən rəy üçün daxil olmuş rayon komissiyasının müraciətini və ona əlavə olunmuş sənədləri araşdırır, təsərrüfatlara subsidiya ödənilməsi ilə bağlı qərarını Nazirliyə qaytarır.

2.9. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən toxumçuluq və tinglik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən həmin istehsalçılara subsidiya ödənilməsindən imtina edildiyi halda istehsalçıya imtinanın səbəbləri göstərilməklə, 10 iş günü ərzində müəyyən olunmuş qaydada yazılı məlumat göndərilir.

2.10. İstehsalçılara subsidiya verilməsindən aşağıdakı hallarda imtina edilir:

- bu Qaydanın 2.4-cü bəndində göstərilən sənədlər tam təqdim edilmədikdə;

- bu Qaydanın 2.6-cı bəndində göstərilən vaxtdan gec sənəd təqdim edildikdə.

2.11. Toxumçuluq və tinglik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlar və tinglərə görə subsidiya ödənilməsi müəyyən olunmuş qaydada təsdiq edilmiş kvota (sifariş) çərçivəsində həyata keçirilir.

2.12. Dövlət büdcəsindən subsidiya ödənilən təsərrüfatlar və bu təsərrüfatlardan 1-ci və 2-ci reproduksiyalı toxum və ting alan alıcılar tərəfindən həmin toxum və tinglərin təyinatdan kənar məqsədlərə istifadə edilməsinə və 3-cü şəxsə satışına yol verilmir.

2.13. Dövlət büdcəsindən subsidiyanın ödənilmə həcmi və həddi satılan məhsula görə aşağıdakı cədvəl üzrə müəyyən edilir:

 

Bitki və meyvə növləri üzrə toxumların və tinglərin adı

Ölçü vahidi

Satış qiyməti üzrə ödənilən subsidiyanın həcmi (faizlə)

Ödənilən subsidiyanın maksimal məbləği (manatla)

1-ci reproduksiyalı toxum üçün

Dənli və dənli-paxlalı bitkilər üzrə:

 

 

 

     taxıl (buğda, arpa)

1 kq

40

0.10

     qarğıdalı

1 kq

40

0.32

     noxud

1 kq

40

0.40

     lobya

1 kq

40

0.72

Tərəvəz-bostan bitkiləri üzrə:

 

 

 

     pomidor

1 kq

40

21.68

     xiyar

1 kq

40

14.28

     soğan

1 kq

40

9.36

     kələm

1 kq

40

10.56

Kartof

1 kq

40

0.36

Pambıq

1 kq

40

0.36

Yem bitkiləri üzrə:

 

 

 

      yonca

1 kq

40

1.56

      xaşa

1 kq

40

0.40

2-ci reproduksiyalı toxum üçün

Dənli və dənli-paxlalı bitkilər üzrə:

 

 

 

      taxıl (buğda, arpa)

1 kq

30

0.07

     qarğıdalı

1 kq

30

0.18

      noxud

1 kq

30

0.24

      lobya

1 kq

30

0.48

Tərəvəz-bostan bitkiləri üzrə:

 

 

 

      pomidor

1 kq

30

14.19

      xiyar

1 kq

30

9.36

      soğan

1 kq

30

6.12

      kələm

1 kq

30

6.93

Kartof

1 kq

30

0.24

      pambıq

1 kq

30

0.04

Yem bitkiləri üzrə:

 

 

 

      yonca

1 kq

30

0.78

      xaşa

1 kq

30

0.24

Tinglər

 

 

 

Tumlu meyvələr üzrə:

 

 

 

      alma

1 ədəd

30

0.54

      armud

1 ədəd

30

0.54

Çəyirdəkli meyvələr üzrə:

 

 

 

      alça

1 ədəd

30

0.42

      gavalı

1 ədəd

30

0.42

      gilas

1 ədəd

30

0.60

Çay

1 ədəd

30

0.60

Üzüm

1 ədəd

30

0.51

 

2.14. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi 10 iş günü ərzində bu Qaydanın 2.13-cü bəndində göstərilən normalara əsasən subsidiyanın ödənilməsi barədə Ekspert Şurasının qərarını ətraflı təhlil və təsdiq etdikdən sonra tədbirin maliyyələşdirilməsi üçün təklifləri müvafiq sənədlərlə birlikdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edir.

2.15. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiya ödənilməsinə dair Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təqdim etdiyi sənədlərə baxır və vəsaitin həmin Nazirliyin müvafiq xəzinə hesabına köçürülməsini təmin edir. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ayrılmış vəsaitləri hüquqi və fiziki şəxslərin müvafiq müvəkkil banklardakı hesablaşma hesabına və ya ödəmə kartına köçürülməsini təmin edir. [9]

2.16. Toxumçuluq və tinglik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiyanın ödənilməsi funksional təsnifatın “Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi” bölməsində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi üçün nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirilir.

2.17. Toxumçuluq və tinglik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiyanın ödənilməsinin rəsmiləşdirilməsi ilə bağlı blank və formaların hazırlanması da bu vəsait hesabına həyata keçirilir.

 

III. Hesabat və nəzarət

 

3.1. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi toxum və ting istehsalçılarına dövlət büdcəsindən ödənilmiş subsidiya haqqında məlumatı hər ilin yekununa görə 15 yanvar tarixinə kimi Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edir.

3.2. İstehsalçılara satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən subsidiyanın təyinatı üzrə ödənilməsi üzərində nəzarət Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir.

 

IV. Məsuliyyət

 

Bu Qaydanın tələblərini pozan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Qeyd. Bu Qaydada dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər. [10]

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       18 dekabr 2007-ci il tarixli 205 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №12, maddə 1341)

2.       30 oktyabr 2009-cu il tarixli 171 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №10, maddə 860)

3.       14 fevral 2014-cü il tarixli 46 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 fevral 2014-cü il, № 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №02, maddə 201)

4.       13 fevral 2015-ci il tarixli 38 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 fevral 2015-ci il, № 42, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №2, maddə 227)

5.       5 aprel 2016-cı il tarixli 144 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 1 may 2016-cı il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 800)

6.       13 may 2016-cı il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 may 2016-cı il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 955)

7.       2 oktyabr 2019-cu il tarixli 426 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 oktyabr 2019-cu il, № 219, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 10, maddə 1673)

  1. 16 sentyabr 2020-ci il tarixli 343 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 sentyabr 2020-ci il, № 189, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 9, maddə 1216)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 16 sentyabr 2020-ci il tarixli 343 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 sentyabr 2020-ci il, № 189, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 9, maddə 1216) ilə ləğv edilmişdir.

 

[2] 14 fevral 2014-cü il tarixli 46 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 fevral 2014-cü il, № 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №02, maddə 201) ilə “Toxumçuluq və tinglik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiyanın ödənilməsi Qaydası”nın 2.1-ci bəndinin dördüncü abzasında və 2.7-ci bəndində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat Sənaye” sözləri ilə əvəz  edilmişdir.

 

13 may 2016-cı il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 may 2016-cı il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 955) ilə “Toxumçuluq və tinglik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiyanın ödənilməsi Qaydası”nın 2.1-ci bəndinin dördüncü abzasından və 2.7-ci bəndindən “və Sənaye” sözləri çıxarılmışdır.

 

[3] 5 aprel 2016-cı il tarixli 144 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 1 may 2016-cı il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 800) ilə “Toxumçuluq və tinglik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiyanın ödənilməsi Qaydası”nın 2.1-ci bəndin yeddinci abzasında “rayon dövlət toxum müfəttişliyinin” sözləri “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin yerli qurumunun” sözləri ilə əvəz edilmişdir.

2 oktyabr 2019-cu il tarixli 426 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 oktyabr 2019-cu il, № 219, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 10, maddə 1673) ilə “Toxumçuluq və tinglik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiyanın ödənilməsi Qaydası”nın 2.1-ci bəndinin yeddinci abzasında “Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin yerli qurumunun” sözləri “Aqrar Xidmətlər Agentliyinin” sözləri ilə, 2.4-cü bəndinin dördüncü abzasında “Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin” sözləri “Aqrar Xidmətlər Agentliyinin” sözləri ilə və altıncı abzasında “Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin yerli qurumu” sözləri “Aqrar Xidmətlər Agentliyi” sözləri ilə əvəz edilmişdir.

 

[4] 18 dekabr 2007-ci il tarixli 205 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №12, maddə 1341) ilə "Toxumçuluq və tinglik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiyanın ödənilməsi Qaydası"nın 2.4-cü bəndin ikinci abzasında "şəxslərin" sözündən sonra "2007-ci ilin 1 sentyabr tarixinədək və növbəti illərdə 1 iyul tarixinədək" sözləri əlavə edilmişdir.

 

[5] 13 fevral 2015-ci il tarixli 38 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 fevral 2015-ci il, № 42, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №2, maddə 227) ilə “Toxumçuluq və tinglik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiyanın ödənilməsi Qaydası”nın 2.4-cü bəndinin dördüncü abzasında “Respublika Pambıq Toxumuna Nəzarət Stansiyasının” sözləri “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin” sözləri ilə əvəz edilmişdir.

 

[6] 5 aprel 2016-cı il tarixli 144 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 1 may 2016-cı il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 800) ilə “Toxumçuluq və tinglik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiyanın ödənilməsi Qaydası”nın 2.4-cü bəndin altıncı abzasında “rayon toxum müfəttişliyi” sözləri “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin yerli qurumu” sözləri ilə əvəz edilmişdir.

 

[7] 30 oktyabr 2009-cu il tarixli 171 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №10, maddə 860) ilə "Toxumçuluq və tinglik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiyanın ödənilməsi Qaydası"nın 2.6-cı bəndinin ikinci abzasında " oktyabrın - 30-dək" sözləri " noyabrın - 20-dək" sözləri ilə əvəz edilmişdir.

 

[8] 18 dekabr 2007-ci il tarixli 205 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №12, maddə 1341) ilə "Toxumçuluq və tinglik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiyanın ödənilməsi Qaydası"nın 2.6-cı bəndin ikinci abzasında "-sentyabrın-30-dək" sözləri "-oktyabrın -30-dək" sözləri ilə, üçüncü abzasında " -sentyabrın -20-dək" sözləri "-oktyabrın -30-dək" sözləri ilə və dördüncü abzasında "-noyabrın-10-dək" sözləri "- noyabrın -30-dək" sözləri ilə əvəz edilmişdir.

 

[9] 18 dekabr 2007-ci il tarixli 205 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №12, maddə 1341) ilə "Toxumçuluq və tinglik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiyanın ödənilməsi Qaydası"nın 2.15-ci bəndində "hüquqi" sözündən sonra "və fiziki" sözləri əlavə edilmişdir və ", fiziki şəxslərin isə" sözləri "və ya" sözləri ilə əvəz edilmişdir.

 

[10] 5 aprel 2016-cı il tarixli 144 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 1 may 2016-cı il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 800) ilə “Toxumçuluq və tinglik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiyanın ödənilməsi Qaydası”nın IV hissənin mətnindən sonra yeni məzmunda “Qeyd” əlavə edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status