AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
17.09.2007
QEYDİYYAT NÖMRƏSİ
138
ADI
“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti arasında Elektrik enerjisinin satınalma Müqaviləsi”nin təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-09-2007, Nəşr nömrəsi: 09, Maddə nömrəsi: 915)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
17.09.2007
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
"Azərenerji" Açıq Səhmdar Cəmiyyəti və "Bakı-elektrikşəbəkə" Açıq Səhmdar Cəmiyyəti arasında Elektrik enerjisinin satınalma Müqaviləsi"nin təsdiq edilməsi haqqında

“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və Azərişıq Açıq Səhmdar Cəmiyyəti arasında Elektrik enerjisinin satınalma Müqaviləsi”nin təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti ilə “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti arasında qarşılıqlı fəaliyyətin tənzimlənməsi, elektrik enerjisi ilə təchizatın yaxşılaşdırılması və enerji satışında ödəmələrin şəffaflığının artırılması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: [1]

1. “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyəti arasında Elektrik enerjisinin satınalma Müqaviləsi” təsdiq edilsin.

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini   Y. EYYUBOV

 

Bakı şəhəri, 17 sentyabr 2007-ci il

                     № 138 

 

 


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 17 sentyabr tarixli, 138 nömrəli qərarı ilə

təsdiq edilmişdir

Azərenerji Açıq Səhmdar Cəmiyyəti və Azərişıq Açıq Səhmdar Cəmiyyəti arasında Elektrik enerjisinin satınalınma

Müqaviləsi [2]

Bu Müqavilə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaradılmış və hüquqi ünvanı Bakı şəhəri, Akademik Əlizadə küç, 10 olan, Nizamnamə əsasında fəaliyyət göstərən Dövlət elektoenergetika müəssisəsi — “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra “SATICI”), Cəmiyyətin prezidenti Etibar Pirverdiyevin şəxsində bir tərəfdən və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaradılmış və hüquqi ünvanı Bakı şəhəri, Kazımzadə küçəsi, 20 olan, Nizamnamə əsasında fəaliyyət göstərən Enerjitəchizat müəssisəsi “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra “ALICI”), Cəmiyyətin İdarə Heyətinin sədri Baba Rzayevin şəxsində digər tərəfdən aşağıdakı şərtlərlə imzalanır: [3]

1. Bu Müqavilənin “Bakıelektrikşəbəkə” Səhmdar Cəmiyyətinin fəaliyyətinin səmərəliliyinin artırılmasının təmin edilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 10 avqust tarixli Sərəncamının 2.1-ci bəndinə, həmçinin Azərbaycan Respublikasının müvafiq qanunvericilik və normativ aktlarının tələblərinə müvafiq olaraq tərtib olunduğunu; [4]

2. Satıcının Alıcıya (bundan sonra bu Müqavilədə onlar ayrılıqda “Tərəf”, birlikdə isə “Tərəflər” adlandırılacaqlar) münasibətdə elektrik enerjisinin istehsalı, ötürülməsi və satışı funksiyalarını həyata keçirdiyini;

3. Alıcının Satıcıdan elektrik enerjisini satın almaqda məqsədinin öz istehlakçılarını fasiləsiz, etibarlı və keyfiyyətli elektrik enerjisi ilə təmin etməkdən ibarət olduğunu;

4. Satıcının bu Müqaviləyə müvafiq olaraq Alıcıya elektrik enerjisini satmağa hazır olduğunu;

5. Alıcının bu Müqaviləyə müvafiq olaraq alınan elektrik enerjisinin dəyərini Satıcıya ödəməyə hazır olduğunu nəzərə alaraq, Tərəflər aşağıdakılar haqqında razılığa gəlmişlər:

1. Anlayışlar

Razılaşdırılmış müqavilə

bu Müqavilə və onun bütün əlavələri nəzərdə tutulur.

Azərenerji Açıq Səhmdar Cəmiyyəti

Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 17 sentyabr tarixli, 423 nömrəli Sərəncamı ilə yaradılaraq dövlət qeydiyyatından keçmiş Açıq Səhmdar Cəmiyyətidir.

“Azərişıq”

Azərişıq” Açıq Səhmdar Cəmiyyəti haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 10 fevral tarixli 1045 nömrəli Sərəncamına əsasən “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək yaradılmış və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 1206 nömrəli Sərəncamı ilə fəaliyyəti təmin edilmiş açıq səhmdar cəmiyyəti nəzərdə tutulur. [5]

Elektrikpaylayıcı şəbəkə

“Azərişıq” ASC-nin” bütün elektrik xətləri, kabelləri və ya “Azərişıq” ASC-nin” Elektrikpaylayıcı Aktivlərinə daxil olan hər hansı digər xətləri olmaqla, buraya elektrik enerjisinin istehlakçılara ötürülməsi üçün “Azərişıq” ASC-nin” istifadə etdiyi yarımstansiyalar, transformatorlar, çeviricilər, ölçü və nəzarət cihazları daxildir. [6]

Enerji Qəbulu Məntəqələri (Balans mənsubiyyəti sərhədləri)

Satıcı tərəfindən Alıcıya ötürülən, Alıcının Elektrikpaylayıcı şəbəkəsi ilə Satıcının elektrik sisteminin təmas nöqtəsində yerləşən və bu müqavilənin 2 nömrəli əlavəsində göstərilmiş məntəqələr (yarımstansiyalar) nəzərdə tutulur.

Razılaşdırılmış elektrik enerjisinin miqdarı

Bu müqavilənin 1 nömrəli əlavəsində göstərilən, Alıcı tərəfindən tələb olunan elektrik enerjisinin ümumi həcmidir. Tərəflərin istəyi və razılığı əsasında elektrik enerjisinin miqdarına mütəmadi olaraq dəyişiklik edilə bilər.

Alınan elektrik enerjisi

hər bir Enerji Qəbulu Məntəqəsində qəbul olunan elektrik enerjisinin ayrı-ayrılıqda hesabat sayğaclarının aylıq göstəricilərinin cəmi deməkdir

Alınan elektrik enerjisinin dəyəri

qəbul edilmiş elektrik enerjisinə görə Alıcının Satıcıya ödəməli olduğu vəsaiti bildirir.

Ölçü cihazları (uçot avadanlığı)

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi tərəfindən Dövlət Reyestrində qeydə alınmış, sertifikatlaşdırılmış elektrik enerjisinin parametrlərini ölçən elektrik sayğacları, onları və rele mühafizəsi dövrəsini qidalandıran ölçü transformatorları (cərəyan və gərginlik transformatorları), həmçinin tezliyi, gərginliyi və cərəyanı ölçən cihazlar və avadanlıqlar deməkdir.

Hesablaşma sayğacları

Enerji Qəbulu Məntəqələrindən Alıcıya satılmış elektrik enerjisinin həcmini müəyyənləşdirən hesabat sayğacıdır. Enerji Qəbulu Məntəqələrində quraşdırılır və Satıcının balans mənsubiyyətində olur.

Nəzarət sayğacları

ötürülən elekrtik enerjisinin həcminə nəzarət etmək üçün Enerji Qəbulu Məntəqələrində hesablaşma sayğacları ilə yanaşı quraşdırılaraq dövrəyə qoşulan və hesablaşma sayğacları ilə eyni dəqiqlik sinfinə malik Alıcının balans mənsubiyyətində olan sayğaclardır.

Çıxış fiderlərində quraşdırılmış sayğaclar

Enerji Qəbulu Məntəqələrinin çıxış fiderlərində quraşdırılaraq, Alıcı ilə müqavilə münasibətində olan istehlakçılara ötürülən elektrik enerjisinin həcmini müəyyənləşdirən və Alıcının balans mənsubiyyətində olan sayğaclardır.

Qəbul olunan elektrik enerjisi üzrə aylıq göstəricilər

Enerji Qəbulu Məntəqəsində quraşdırılmış, Satıcıya məxsus hesablaşma sayğacları və Alıcıya məxsus nəzarət sayğaclarının göstəricilərinə uyğun olaraq Alıcının Elektrikpaylayıcı şəbəkəsinə hər təqvim ayının son günü saat 24-ə qədər daxil olmuş elektrik enerjisinin kVt/saatla və kVar/saatla ifadə olunmuş miqdarı deməkdir.

Müqavilə ayı

birinci müqavilə ayında başlama tarixindən həmin ayın sonuna qədər, sonradan isə istənilən təqvim ilinin tam təqvim ayı deməkdir.

Müqavilə ili

birinci müqavilə ilində başlama tarixindən ilin sonuna qədər, sonradan isə növbəti ildən başlayan, 12 (on iki) ardıcıl aydan ibarət müddət deməkdir.

İş günü

Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq adi iş günü hesab olunan gün deməkdir.

Aidiyyətli mərkəzi icra hakimiyyəti orqanı

Əsasnamələrinə uyğun olaraq Azərenerji ASC və Azərişıq ASC-nin fəaliyyəti ilə bağlı hesabat və məlumat almaq hüququna malik olan mərkəzi icra hakimiyyəti orqanıdır (Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi, Energetika Nazirliyi, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Statistika Komitəsi) [7] .

Səlahiyyətli tənzimləyici orqan

Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası nəzərdə tutulur.

Fors Major

mənası bu Müqavilənin 18-ci bəndində verilmişdir.

Zərərçəkmiş Tərəf

Müqavilənin 18-ci bəndinə müvafiq olaraq Fors Major hadisəsinin təsirinə məruz qalmış Tərəf deməkdir.

Müstəqil ekspert

Tərəflərdən heç birinin tabeliyində olmayan, aidiyyətli məsələnin araşdırılması və rəy verilməsi üzrə tərəflərin qarşılıqlı razılığı ilə seçilmiş və ya təyin edilmiş, bu sahədə yüksək elmi biliklərə və peşəkarlıq səviyyəsinə malik hüquqi və ya fiziki şəxsdir.

İşçi qrup

Müqavilədən irəli gələn məsələlər üzrə aidiyyəti qurumların mütəxəssislərindən ibarət yaradılmış işçi heyət deməkdir.

Buraxıla bilən güc

Satıcının və Alıcının Enerji Qəbulu Məntəqələrində quraşdırılmış transformatorların nominal tam gücü və bu Enerji Qəbulu məntəqələrini qidalandıran elektrik verilişi xətlərinin və bu məntəqələrdən çıxan paylayıcı elektrik verilişi xətlərinin güc ötürmə qabiliyyətləri ilə müəyyənləşən güc və bu Müqavilənin 3 nömrəli əlavəsində göstərilmiş Enerji Qəbulu Məntəqələrinin tam gücü nəzərdə tutulur.

2. Şərhlər

2.1. Əgər kontekstdən digər məna irəli gəlmirsə, bu Müqavilədə:

2.1.1. “Şəxs” fiziki və ya hüquqi şəxsi ifadə edir;

2.1.2. tək halda işlənilən sözlər onların cəm halını ifadə edir və əksinə;

2.2. Bu Müqavilədə başlıqlardan yalnız istinad etmənin asanlaşdırılması üçün istifadə olunur və bu hal Müqavilənin şərhinə təsir etməməlidir.

3. Müqavilənin imzalanmasının əsası

Bu Müqavilənin imzalanmasına əsas “Bakıelektrikşəbəkə” Səhmdar Cəmiyyətinin fəaliyyətinin səmərəliliyinin artırılmasının təmin edilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 10 avqust tarixli Sərəncamının 2.1-ci bəndinin, həmçinin “Energetika haqqında” və “Elektroenergetika haqqında” Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın (bundan sonra — “Elektrik enerjisindən istifadə Qaydaları”) və digər normativ-hüquqi aktların tələbləridir. [8]

4. Müqavilənin qüvvədə olma müddəti

4.1. Bu Müqavilə üzrə Tərəflərin üzərinə götürdüyü öhdəliklərin həyata keçirməsinə başladıqları tarix Müqavilənin başlama tarixi hesab olunur.

4.2. Bu Müqaviləyə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada və Azərbaycan Respublikası Hökuməti tərəfindən müəyyən edilmiş tarixdə rəsmi şəkildə qüvvəyə mindiyi və xitam verildiyi an müvafiq olaraq müqavilənin başlama və başa çatma tarixi hesab olunur.

5. Elektrik enerjisinin qiymətləri (tarifləri)

5.1. Elektrik enerjisinin (aktiv və reaktiv) qiymətləri (tarifləri) qanunvericiliklə müəyyən olunmuş qaydada səlahiyyətli tənzimləyici orqan tərəfindən müəyyən edilir və tənzimlənir.

5.2. Tərəflər elektrik enerjisinin satınalma qiyməti (tarifi) ilə bağlı təkliflərini qanunvericilikdə müəyyən olunmuş qaydada baxılmaq üçün səlahiyyətli tənzimləyici orqana təqdim edə bilərlər. Tərəflərin birlikdə və ya ayrı-ayrılıqda verdikləri təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır.

5.3. Alıcı digər elektrik enerjisi istehsalçılarından alınmış və Satıcının balansında olan elektrik qurğuları vasitəsi ilə ötürülmüş elektrik enerjisi üçün Satıcıya səlahiyyətli tənzimləyici orqanın müəyyənləşdirdiyi tariflə (qiymətlə) ötürülmənin (tranzit) haqqını ödəməlidir.

6. Elektrik enerjisinin satılması və alınması

6.1. Satıcı enerji qəbulu məntəqələrinə çatdırılmış Razılaşdırılmış həddə qədər elektrik enerjisini hər hesabat ilində və bu Müqavilənin 1 nömrəli əlavəsinə uyğun olaraq satmağa, Alıcı isə almağa razılaşır.

6.2. Cari müqavilə ilinin sonuna 3 (üç) müqavilə ayı qalmış, Alıcı 1 nömrəli əlavəyə müvafiq olaraq, Satıcıya növbəti müqavilə ili üçün alınması proqnozlaşdırılan elektrik enerjisinin həcminə dair bildiriş göndərməlidir. Proqnozu aldıqdan sonra 1 (bir) ay ərzində Tərəflər 1 nömrəli əlavədə edilən dəyişiklikləri razılaşdırmalıdırlar və həmin dəyişikliklər bu Müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunur. Bu dəyişikliklər 3 nömrəli əlavədə göstərilən razılaşdırılmış güclərin artırılmasına gətirib çıxarmayacaqsa, Satıcı razılaşdırılmış həcmdə elektrik enerjisinin Alıcıya ötürülməsini təmin etməlidir.

6.3. Alıcı ilə Satıcı arasında elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə cavabdehlik “Elektrik enerjisindən istifadə Qaydaları”nın 5-ci bəndinə uyğun tənzimlənir.

7. Elektrik enerjisi haqqının ödənişi

Satıcıdan alınan elektrik enerjisinin dəyəri Alıcı tərəfindən bu Müqavilənin 5.1-ci bəndində göstərilən qiymətlə ödənilir.

8. Ötürülən elektrik enerjisinin həcminin müəyyən edilməsi

8.1. Satıcının və Alıcının Enerji Qəbulu Məntəqələrində yerləşən ölçü cihazları (hesablaşma və nəzarət sayğacları) istənilən zaman ərzində və hər Müqavilə ayı üzrə Alıcının şəbəkəsinə verilən elektrik enerjisinin (aktiv və reaktiv enerjini) həcmini, gücünü və keyfiyyət göstəricilərini müəyyənləşdirməyə və bu məlumatların fasiləsiz şəkildə avtomatik olaraq qeydə alınmasına, ötürülməsinə və uzaqdan oxunmasına imkan verməlidir. Hesablaşma və nəzarət sayğacları eyni dəqiqlik sinfinə malik olmalıdır. Qeyd olunan tələblərə cavab verməyən sayğacların quraşdırılmasına və istismarına yol verilmir.

8.2. Ötürülən elektrik enerjisinin həcmi Hesablaşma sayğacları ilə təyin olunur. Ötürülən elektrik enerjisinin həcmi hesablaşma sayğacı ilə yanaşı, əlavə olaraq Nəzarət sayğacları vasitəsilə də ölçülür. Sayğacların quraşdırılması və istifadəsi qaydaları “Elektrik Enerjisindən istifadə Qaydaları”na və ya digər normativ-texniki sənədlərə uyğun olaraq aparılır.

8.3. Hesablaşma və nəzarət sayğaclarının oxunuşu tərəflər arasında razılaşdırılmış zaman çərçivəsində həyata keçirilir. Sayğacların oxunması tərəflərin razılığı əsasında onların səlahiyyətli nümayəndələrinin birgə iştirakı və yaxud ayrı-ayrılıqda həyata keçirilə bilər. Sayğacların göstəricilərinin oxunuşu zamanı hesabat və nəzarət sayğaclarının göstərişində hər hansı fərq yaranarsa (sayğacın buraxıla bilən xətasının mütləq qiymətinin 2 (iki) mislindən artıq olduqda) hər iki sayğac “Elektrik Enerjisindən istifadə Qaydaları”nın 7.16-cı, 8.7-ci, 8.8-ci, 8.15-ci bəndlərinə uyğun olaraq sınaq yoxlamasından keçməlidir. Bu zaman hesabat doğru sayğacın göstəricilərinə əsasən aparılır və nasaz sayğac onun sahibinin hesabına təmir edilir və ya dəyişdirilir.

Hesablaşma və nəzarət sayğaclarının, həmçinin çıxış fiderlərində quraşdırılmış sayğacların daxili (konstruktiv elementlər) qüsurlardan qorunması sayğacların hər birinin öz mülkiyyətçisi tərəfindən həyata keçirilir. Ölçü cihazlarının xarici amillərdən (qəsdən və ya təsadüfi mexaniki zədələnmələr və s.) qorunması isə enerji qəbulu məntəqəsinin mülkiyyətçisi tərəfindən aşağıdakı formada təmin edilir:

8.3.1. hesablaşma və nəzarət sayğaclarının quraşdırıldığı yarımstansiyalarda Satıcı və Alıcı tərəfindən birgə möhürlənmiş qeydiyyat jurnalı saxlanılır. Satıcı və Alıcının səlahiyyətli nümayəndələri hesablaşma, nəzarət və çıxış fiderlərində quraşdırılmış sayğaclara, həmçinin onların dövrələrinə aid qurğulara baxış keçirdikdən sonra baxışın nəticələri barədə jurnalda tarix və saat göstərməklə qeydiyyat aparır və qeydiyyatı imzaları ilə təsdiqləyirlər;

8.3.2. Alıcının səlahiyyətli nümayəndələrinin nəzarət və çıxış fiderlərində quraşdırılmış sayğacların, həmçinin onları bəsləyən (cərəyan və gərginlik transformatorları) dövrələrinə nəzarət məqsədilə enerji qəbulu məntəqələrinə buraxılması tərəflər arasında əvvəlcədən razılaşdırılmış siyahıya müvafiq Alıcının təqdim etdiyi sənədlər əsasında Satıcı tərəfindən dərhal təmin olunur. Hesablaşma, nəzarət, çıxış fiderlərində quraşdırılmış sayğacların və onları bəsləyən ölçü transformatorlarının dövrəsində hər hansı bir qüsur və yaxud qeyri-balans yaranarsa, bu barədə jurnalda müvafiq qeydiyyat aparılır. Aşkarlanmış çatışmazlıqlar barədə Tərəflər bir-birinə rəsmi məlumat verir. Göstərilən səbəbdən Satıcı ilə Alıcı arasında yaranmış mübahisələrin həlli bu Müqavilənin 13-cü bəndinə uyğun həll edilir.

8.4. Hesablaşma və nəzarət sayğacları, çıxış fiderlərində quraşdırılmış sayğaclar, onların ölçü dövrələrinə aid edilən bütün elementləri lazımi şəkildə kənar müdaxilədən mühafizə etmək məqsədilə “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun olaraq, Satıcı, Alıcı və Dövlət Enerji Nəzarət İdarəsi tərəfindən plomblanır.

Hesablaşma, nəzarət və çıxış fiderlərində quraşdırılmış sayğacların, həmçinin onları bəsləyən ölçü transformatorlarının dövrələrinə vurulmuş hər hansı bir plombun açılması zərurəti yarandıqda, Tərəflər bir-birinə qabaqcadan rəsmi məlumat verməli və tərəflərin iştirakı təmin olunmalıdır. Qəza vəziyyəti yarandığı təqdirdə isə qəzanın aradan qaldırılması məqsədilə plomblar açılarsa, sayğacların həmin andakı göstəriciləri barədə Enerji Qəbulu Məntəqəsindəki qeydiyyat jurnalında müvafiq qeydiyyat aparılmalı və bu haqda Tərəflər bir-birinə rəsmi məlumat verməlidir.

8.5. Enerji Qəbulu Məntəqələrində alınan elektrik enerjisinin keyfiyyət göstəricilərinə nəzarət edən və keyfiyyət göstəricilərini “Elektrik Enerjisindən istifadə Qaydaları”na uyğun olaraq qeyd edən qurğular quraşdırılır. Qurğuların yerləşdirilməsi və onların göstəricilərinin oxunması bu Müqavilənin 8.3-cü bəndində göstərilmiş qaydada aparılır.

8.6. Hesablaşma, nəzarət və çıxış fiderlərində quraşdırılmış sayğaclarda, həmçinin onların ölçü dövrələrinə aid edilən elementlərində hər hansı nasazlıq yaranarsa, Tərəflər bir-birinə təcili rəsmi məlumat verməli və bu aktlaşdırılmalıdır. Yaranmış qüsur nəticəsində hesablaşma və nəzarət sayğacları Tərəflərin və Dövlət Enerji Nəzarət İdarəsinin nümayəndələrinin iştirakı ilə sayğacın qeydə almadığı enerji göstəricilərinin oxunmasını təmin etməli və bunlar növbəti ayın hesabatına əlavə olunmalıdır.

9. Sayğacların sınaqdan keçirilməsi və yoxlanılması

9.1. Tərəflərin birinin Enerji Qəbulu Məntəqəsindəki hesablaşma və nəzarət sayğacları müəyyən olunmuş qaydada və ya digər Tərəfin əsaslı xahişi ilə vaxtaşırı sınaqdan keçirilməlidir. Belə sınaqlar zamanı hər iki Tərəf öz nümayəndələrini təyin etməlidirlər. Keçirilmiş sınaq haqqında Tərəflərdən hər birinə yazılı hesabat verilməlidir. Əgər sayğacların sınaqdan keçirilməsi zamanı kənarlaşma (fərq) aşkar olunarsa, həmin sayğac onun sahibi olan və onu istifadə edən tərəfin hesabına dəqiq sayğacla əvəz olunmalıdır və ya yol verilən kənarlaşma nəzərə alınaraq nizamlanmalıdır. Sayğacın mənsub olduğu Tərəfin qəsdən təqsirli olduğu hallar istisna olmaqla, kənarlaşma halları aşkar edildikdə, Müqavilənin 13-cü bəndində göstərilən mübahisələrin həlli prosedurlarına keçməzdən əvvəl, Tərəflər bu halın mübahisəsiz (məhkəmədən kənar qaydada) aradan qaldırılması üçün zəruri səyləri göstərməlidirlər.

9.2. Sayğacların sınaqdan keçirilməsi “Elektrik Enerjisindən istifadə Qaydaları”nda nəzərdə tutulmuş müddətlərdə aparılır.

10. Hesabların təqdim olunması və ödənilməsi

10.1. Ötürülən elektrik enerjisinə (aktiv və reaktiv enerji) görə hesablaşmalar bu Müqavilənin 7.1-ci bəndində nəzərdə tutulmuş qaydada aparılır.

10.2. Satıcının səlahiyyətli nümayəndəsi Alıcının səlahiyyətli nümayəndəsi ilə birlikdə hər hesabat ayı üzrə Enerji Qəbulu Məntəqələrində qurulmuş hesablaşma elektrik sayğaclarından götürülən faktiki ölçmə məlumatlarının əsasında ötürülən elektrik enerjisi haqqında yazılı və elektron formatda, aylıq hesabat tərtib etməlidir. Bütün Enerji Qəbulu Məntəqələrindən daxil olan elektrik enerjisinin cəmi Ötürülmüş elektrik enerjisi hesab olunacaq. Müvafiq müqavilə ayı üçün hər bir Enerji Qəbulu Məntəqələrində ötürülmüş elektrik enerjisini göstərən aylıq məlumatlar növbəti Müqavilə ayının 5-ci iş günündən gec olmayaraq Alıcıya təqdim olunmalıdır.

10.3. Ötürülən elektrik enerjisi haqqında aylıq hesabat verildiyi vaxtda, Satıcı Alıcı tərəfindən təqdim olunmuş üzləşmə aktlarını nəzərə almaqla cəmi ötürülmüş elektrik enerjisinə görə Alıcıya hesab-faktura təqdim edir. Bununla belə, Alıcının aylıq hesabatı aldığı tarixdən etibarən, 5-ci iş günündən gec olmayaraq əsaslı səbəb göstərməklə etiraz etmək hüququ vardır. Alıcı aylıq hesabatlar üzrə mübahisə qaldırarsa, bu mübahisə əsaslı izahat verilməklə Satıcıya yönəldilməlidir.

10.4. Bu Müqavilənin 11-ci bəndinə müvafiq olaraq Alıcı tərəfindən heç bir mübahisə haqqında bildiriş verilməmişdirsə, Alıcı Satıcı tərəfindən verilən hesab-fakturanı aldıqdan sonra, 20 (iyirmi) iş günü ərzində hesab-fakturada göstərilmiş məbləği Satıcıya ödəməlidir.

11. Mübahisəli hesablar

11.1. Alıcının Satıcı tərəfindən təqdim olunan aylıq hesabata qarşı mübahisə qaldırmaq hüququ vardır. Belə bir mübahisə yarandığı təqdirdə, Satıcı Müqavilənin 13-cü bəndində qeyd olunan mübahisələrin həlli qaydalarına riayət etməlidir.

11.2. 11.1-ci bənddə göstərilənlərə zidd olmayaraq, hesablarla əlaqədar mübahisə yarandıqda, Alıcı mübahisə doğurmayan məbləği tam şəkildə ödəməli, qalan hissəsini isə mübahisə həll olunduqdan sonra tam ödəməlidir.

11.3. Məbləğin mübahisəli qalıq hissəsi aşağıdakı qaydada ödənilməlidir:

11.3.1. mübahisə Satıcının xeyrinə həll olunarsa, mübahisəli məbləğin üstünə 14-cü bənddə göstərilən müstəqil ekspertin tam xərci və mübahisəli məbləğin ödənməyən hissəsi üçün gecikdirilən müddətə görə həmin məbləğin 0,01 faizi miqdarında dəbbə (penya) pulu hesablanmalıdır;

11.3.2. mübahisə Alıcının xeyrinə həll olunarsa, mübahisəli məbləğdən 14-cü bənddə göstərilən müstəqil ekspertin tam xərci çıxılır (əgər bu məbləğ Alıcı tərəfindən ödənilmişdirsə) və bu məbləğ növbəti aylıq ödəniş zamanı da nəzərə alınaraq həmin məbləğdən çıxılır.

12. Mübahisə doğurmayan hesabların ödənilməsi

Hesab-faktura alındığı tarixdən sonra, 20 (iyirmi) iş günü ərzində Alıcı müvafiq ödənişi həyata keçirmədiyi və mübahisəli hesab haqqında 5 (beş) iş günü ərzində yazılı bildiriş təqdim etmədiyi təqdirdə, Satıcı göstərilən müddətdən sonrakı hər bir gün üçün ödəniş aparılan günədək ödəmə sənədindəki məbləğin 0,01 faizi miqdarında dəbbə (penya) tələb etmək hüququna malikdir.

13. Mübahisələr

13.1. Tərəflər arasında bu Müqavilə ilə əlaqədar hər hansı mübahisə və ya fikir ayrılığı yarandıqda, mübahisə üzrə etirazı irəli sürən tərəf mübahisənin məğzini tam açıqlamaqla və mübahisənin həlli yollarını qeyd etməklə, digər tərəfə kifayət qədər ətraflı rəsmi məlumat təqdim etməlidir. Mübahisə onun haqqında məlumat verildiyi tarixdən sonra qarşı Tərəfin səyi ilə 10 gün müddətində həll olunmazsa, o zaman Tərəflər 13.2-ci bənddə göstərilən qaydada görüş keçirməlidirlər. Tərəflər arasında keçirilmiş görüşün nəticəsində mübahisə predmeti öz həllini tapmadığı təqdirdə etirazı irəli sürən Tərəf mübahisənin həlli məqsədilə aidiyyəti üzrə Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə və Energetika Nazirliyinə müraciət edə bilər. Həmin müraciət 10 (on) iş günü ərzində nazirliklər tərəfindən araşdırılır və mübahisə barədə qərar qəbul olunur. Tərəflər bu qərarla razılaşmadığı təqdirdə, mübahisələr məhkəmə qaydasında həll olunur.

13.2. Tərəflər və ya onların təyin etdiyi nümayəndələr məlumatın rəsmi qaydada təqdim edildiyi tarixdən sonra 30 (otuz) gün ərzində görüş keçirməlidirlər və mövcud mübahisənin tez bir zamanda aradan qaldırılması üçün səy göstərməlidirlər. Tərəflər Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə və Energetika Nazirliyinə müraciət etdikdən sonra bu bənddə nəzərdə tutulmuş tədbirlər nəticəsində mübahisə qeyd olunmuş müddət ərzində həll edilmədikdə, mübahisələr məhkəmə qaydasında həll olunur. [9]

13.3. Tərəflərin balansında olan elektrik qurğularının fəaliyyəti zamanı yaranmış qəzaların səbəbləri Azərbaycan Respublikasının Energetika Nazirliyinin nəzdində yaradılmış (Energetika Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, “Azərenerji” ASC, Azərişıq" ASC-nin səlahiyyətli nümayəndələrinin daxil olduğu) komissiyada və yaxud bu komissiyanın təklifi ilə seçilmiş və ya təyin olunmuş müstəqil ekspert tərəfindən təhlil olunur. Qəzanın yaratdığı və tərəflərin bir-birinə qarşı iddia predmeti olan məsələlərin həlli yolları yalnız komissiyanın birbaşa rəyi (və ya müstəqil ekspertin rəyi) əsasında formalaşır. Komissiyanın rəsmi qərarının icrası tərəflər üçün məcburidir. Tərəflər komissiyanın qərarı ilə razı olmadıqda məsələ məhkəmə qaydasında həll edilir. [10]

13.4. Bu Müqavilədən irəli gələn öhdəliklərin həyata keçirilməsi zamanı Tərəflər Mülki Məcəllənin 6.1.1-ci və 6.1.2-ci maddələrində nəzərdə tutulan mülki hüquq subyektlərinin bərabərliyi və subyektlərin iradə sərbəstliyi prinsipini rəhbər tuturlar.

Tərəflər Müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqaviləyə şərtlər qoymaqda sərbəstdirlər.

14. Ekspert

Tərəflər Müqavilənin predmeti üzrə qarşılıqlı iddiaların araşdırılması məqsədilə texniki, iqtisadi məsələlərə dair mübahisələrin təhlili üçün müstəqil ekspert dəvət edə bilərlər. Müstəqil ekspert bildiriş aldıqdan sonra Tərəflərin qarşılıqlı razılığı ilə 10 (on) gün müddətində təyin ediləcəkdir. Müstəqil ekspertin xidmət haqqı etirazı irəli sürən Tərəfin hesabına ödənilir. Tərəflər müstəqil ekspertin qərarları ilə razılaşır və onları yerinə yetirməyi öhdələrinə götürürlər.

15. Zərərin ödənilməsi

“Elektrik enerjisindən istifadə Qaydaları”na müvafiq olaraq, istehlakçılar Satıcı tərəfindən ötürülən elektrik enerjisinə və onun keyfiyyətinə dair Alıcıya qarşı kompensasiya iddiası qaldırdıqda, əgər istehlakçılara dəymiş zərərin Satıcının təqsiri üzündən baş verdiyi (Azərbaycan Respublikasının Energetika Nazirliyinin, Dövlət Enerji Nəzarət İdarəsi, müstəqil ekspert və ya məhkəmə tərəfindən) sübut olunmuşdursa, Alıcıya qarşı istehlakçı tərəfindən qaldırılmış belə iddiaların nəticəsi olaraq onun çəkdiyi xərclər və digər öhdəliklər şəklində zərəri Satıcı ödəyəcəkdir. Alıcı belə iddialardan xəbərdar olduğu zaman 3 (üç) iş günü ərzində Satıcıya bildiriş verməlidir. Zərərin ödənilməsi ilə bağlı tərəflər arasında razılığın əldə edilmədiyi halda məsələ Müqavilənin 13-cü bəndində nəzərdə tutulmuş qaydada həll olunmalıdır.

16. Uçot və hesabat

Tərəflərdən hər biri digər Tərəfin, eyni zamanda aidiyyəti mərkəzi icra hakimiyyəti orqanının müraciətinə əsasən, öz öhdəliklərinin tələb olunan səviyyədə və qaydada yerinə yetirilməsi ilə bağlı müqavilə çərçivəsində istənilən zəruri məlumatları təqdim etməlidir.

17. Tərəflərin hüquq və vəzifələri

17.1. Tərəflərin qarşılıqlı hüquq və vəzifələri

17.1.1. Enerjisistemdə güc və elektrik enerjisi çatışmazlığı yaranan hallarda məhdudiyyət, həmçinin baş verə biləcəyi ehtimal olunan qəza vəziyyəti ilə əlaqədar şəbəkədən açılan gücün həcminin və ünvanının tərtib edilməsi, razılaşdırılması, təsdiq edilməsi və tətbiqi ilə əlaqədar Satıcı və Alıcı arasındakı qarşılıqlı münasibətlər Azərbaycan Respublikasının Energetika Nazirliyinin təsdiq etdiyi “Enerjisistemə elektrik gücü və enerjisi çatışmadıqda, istehlakçıların məhdudiyyət və birbaşa açılma qrafiklərinin tərtib və tətbiqi qaydaları haqqında Təlimat”a uyğun olaraq tənzimlənir.

17.1.2. Tərəflər digərinin xidmət göstərdiyi ərazilərdə öz avadanlıqlarının (sayğac, əks qəza avtomatikası, ölçü-nəzarət sistemləri və s.) quraşdırılmasında, onlara texniki xidmətlərin göstərilməsində və istismarında Azərbaycan Respublikasının müvafiq normativ-hüquqi aktlarının tələb etdiyi texniki tələblərə riayət etməlidirlər.

17.1.3. Tərəflərdən biri elektrik enerjisinin paylanması və təchizatı üzrə öz fəaliyyətini həyata keçirərkən digər Tərəfin ərazisinə daxil olmaq zərurəti yarandıqda, o, qarşı Tərəfə müvafiq məlumat verməli və onun ərazisində olduğu zaman sonuncunun səlahiyyətli nümayəndəsinin iştirakına etiraz etməməlidir.

17.1.4. Tərəflər özlərinə məxsus elektrik paylayıcı aktivlərin təmas nöqtəsində olan yerlərdə rele mühafizəsi, avtomatik təkrar qoşma (ATQ) qurğularının selektivliyinin təmin olunmasına, istismarına və doğru fəaliyyətinə görə birgə məsuliyyət daşıyırlar.

17.1.5. Tərəflər arasında yeni qoşulan güclərə texniki şərtlərin verilməsi aşağıdakı kimi tənzimlənir:

17.1.5.1. Alıcı öz şəbəkəsində yenidənqurma işləri apararkən 35 və 110 kV-luq yarımstansiyaların tikintisi ilə bağlı Satıcıdan müəyyən olunmuş qaydada texniki şərt alır. Qeyd olunandan aşağı gərginlikli yarımstansiyaların tikintisinə Satıcıdan texniki şərt alınması tələb olunmur və bu halda Alıcı yalnız Satıcını rübdə bir dəfə məlumatlandırır.

17.1.5.2. Alıcı xidmət etdiyi ərazidə istehlakçının sifarişi ilə 800 kVt-a qədər elektrik gücünə texniki şərtləri müstəqil verir. Bu güc həddi keçildikdə texniki şərtlərin verilməsi Satıcı ilə razılaşdırılır.

17.2. Satıcının vəzifələri

17.2.1. Satıcı Müqavilə üzrə elektrik enerjisinin Azərbaycan Respublikasında qəbul edilmiş standartlara əsasən müəyyənləşmiş texniki göstəricilərə uyğun şəkildə çatdırılmasını və Müqavilənin 1 nömrəli əlavəsində göstərilən Razılaşdırılmış tələbat və gücün saxlanılmasını təmin edir. Bu məsələnin həlli “Elektrik enerjisindən istifadə Qaydaları”nın 11.5-ci və 11.6-cı bədlərinə müvafiq şəkildə aparılır.

17.2.2. Satıcı enerji qəbulu məntəqələrində, həmçinin tərəflərə məxsus aktivlərin təmas nöqtələrində quraşdırdığı və balansında olan rele mühafizəsi, avtomatik təkrar qoşma (ATQ) qurğularının selektivliyini və əksqəza avtomatikasının normal fəaliyyətini təmin edir.

17.2.3. Satıcı Energetika Nazirliyinin təsdiq etdiyi “Dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisəsi və müstəqil enerji istehsalçısı müəssisəsi dispetçer xidmətləri arasında qarşılıqlı münasibətlərin tənzimlənməsi haqqında Təlimat”a və digər normativ sənədlərə uyğun olaraq Alıcının balansında olan elektrik paylayıcı aktivlər də nəzərə alınmaqla, bütövlükdə sistem əhəmiyyətli əksqəza avtomatikasının (ƏQA) həcmlərinin, qoyuluş yerlərinin və qoyuluş qiymətlərinin (ustavkalarını) təyin edir, Alıcı ilə razılaşdırır, yerlərdə quraşdırılmasına və işlək olmasına nəzarəti təmin edir.

17.2.4. Satıcı “Elektrik enerjisindən istifadə Qaydaları”nın 11.5-ci və 11.6-cı bəndlərinin tələblərinə uyğun olaraq Alıcı ilə Balans mənsubiyyəti sərhədlərində elektrik enerjisinin keyfiyyət göstəricilərinin standartlara uyğun olmasını təmin edir.

17.2.5. Satıcı Energetika Nazirliyinin təsdiq etdiyi “Enerjisistemdə elektrik gücü və enerjisi çatmadıqda, istehlakçıların məhdudiyyət və birbaşa açılma qrafiklərinin tərtib və tətbiqi qaydaları haqqında Təlimat”a uyğun olaraq, Alıcıya hər il oktyabr ayının 1-dək məhdudiyyət qrafiklərinin tərtib edilməsi üçün rəsmi müraciət edir.

17.2.6. Satıcı müqavilənin 3 nömrəli əlavəsində müəyyən edilmiş Enerji Qəbulu Məntəqələrində elektrik verilişi xətlərinin gücötürmə qabiliyyətinin həmin məntəqələrdə quraşdırılmış güc transformatorlarının nominalına uyğun olmasını təmin edir.

17.2.7. Satıcı enerji sisteminin və Alıcının elektrik şəbəkəsinin operativ idarəetmə sxemlərinin uzlaşdırılması, mühafizə qurğularının selektivliyi və operativ idarəetmə üzrə “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci və 19-cu maddələrinin və “Elektrik enerjisindən istifadə Qaydaları”nın müvafiq tələblərinin icrasını təmin edir.

17.2.8. Alıcı 1 nömrəli əlavədə göstərilən dövr üçün razılaşdırılmış tələbat və gücdən artıq elektrik enerjisi almaq niyyətində olduğunu bildirərsə, Satıcı ona qanunvericilik çərçivəsində razılaşdırılmış tələbat və gücdən artıq elektrik enerjisi sata bilər.

17.3. Satıcının hüquqları

17.3.1. Azərbaycan Respublikasının müvafiq normativ-hüquqi aktlarında və bu Müqavilənin 17.1.1-ci bəndində nəzərdə tutulmuş qaydada və “Elektrik enerjisindən istifadə Qaydaları”nın tələblərinə uyğun olaraq, Alıcıya ötürülən elektrik enerjisində (güc) əvvəlcədən xəbər verməklə, ekstremal hallarda isə xəbərdarlıqsız fasilələr və məhdudiyyətlər tətbiq edilə bilər. Bu halda tətbiq edilən məhdudiyyətlər Azərbaycan Respublikası Energetika Nazirliyinin təsdiq etdiyi “Enerjisistemdə elektrik gücü və enerjisi çatmadıqda, istehlakçıların məhdudiyyət və birbaşa açılma qrafiklərinin tərtib və tətbiqi qaydaları” və “Dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisəsi və müstəqil enerji istehsalçısı müəssisəsi dispetçer xidmətləri arasında qarşılıqlı münasibətlərin tənzimlənməsi haqqında” təlimatların müddəalarına uyğun olmalıdır. Təlimatların müddəalarına uyğun olmayan hərəkətlər bu Müqavilənin 13-cü bəndi ilə tənzimlənir.

17.3.2. Satıcı müqavilə ilində Alıcının xidmət göstərdiyi əraziyə ötürülən elektrik enerjisinin 1 nömrəli əlavədə razılaşdırılmış həcmindən artıq hissəsini təmin etməmək hüququna malikdir.

17.4. Alıcının vəzifələri

17.4.1. Alıcı elektrik enerjisini bu Müqavilənin 1 nömrəli əlavəsində müəyyən edilmiş həcmdən çox olmamaq şərti ilə alır.

17.4.2. Alıcı Enerji Qəbulu Məntəqələrində bu Müqavilənin 3 nömrəli əlavəsində qeyd olunmuş buraxıla bilən gücü maksimal və nominal güc həddini pozmadan təmin etmək üçün bütün zəruri tədbirləri həyata keçirir.

17.4.3. Alıcı öz balansında olan Enerji Qəbulu Məntəqələrində istehlakçılara ötürülən elektrik enerjisinin keyfiyyət göstəricilərinin standartlara uyğun və yükün simmetrikliyinin buraxıla bilən həddə olmasını təmin edir.

17.4.4. Alıcı Azərbaycan Respublikası Energetika Nazirliyinin təsdiq etdiyi “Enerjisistemdə elektrik gücü və enerjisi çatmadıqda, istehlakçıların məhdudiyyət və birbaşa açılma qrafiklərinin tərtib və tətbiqi qaydaları haqqında Təlimat”a uyğun olaraq, Satıcının rəsmi müraciəti əsasında cari il oktyabrın 1-dək məhdudiyyət qrafiklərinin tərtibi və təsdiqini təmin edir.

17.4.5. Alıcı balans mənsubiyyətində olan paylayıcı şəbəkəsində quraşdırdığı rele mühafizəsi, avtomatik təkrar qoşma (ATQ) qurğularının selektivliyini təmin edir.

17.4.6. Alıcı Satıcı tərəfindən onun balans mənsubiyyətində olan paylayıcı şəbəkəsində quraşdırdığı əksqəza avtomatika qurğularının daimi işdə olmasını və normal fəaliyyətini təmin edir.

17.5. Alıcının hüquqları

17.5.1. Alıcı istehlakçıların müqavilə üzrə razılaşdırılmış tələbat səviyyəsinə nəzarəti həyata keçirir və ehtiyac olduqca Enerji Qəbulu Məntəqələrinin birində və ya bir neçəsində nominal gücün artırılması barədə Satıcıya müraciət edə bilər.

17.5.2. Alıcı Enerji Qəbulu Məntəqələrində bu Müqavilənin 3 nömrəli əlavəsində göstərilən razılaşdırılmış gücləri öz şəbəkəsi daxilində sərbəst paylayır.

17.5.3. Alıcı digər elektrik enerjisi istehsalçılarından alınmış elektrik enerjisini özünün enerji qəbulu məntəqələrinə çatdırmaq məqsədilə Satıcının balansında olan elektrik verilişi xətlərindən istifadə etmək hüququna malikdir və bu zaman Alıcı və Satıcı arasında ayrıca tranzit müqaviləsi bağlanmalıdır.

17.5.4. Alıcı hesablaşma sayğaclarının işinə nəzarət etmək üçün Enerji Qəbulu Məntəqələrində nəzarət sayğacları quraşdırmaq hüququna malikdir.

18. Fors Major

18.1. Bu Müqavilədə Fors Major hər hansı Tərəfə (Zərərçəkən Tərəf) münasibətdə həmin Tərəfin mümkün nəzarətindən kənarda olan və həmin Tərəfin bütün tədbirlərinə baxmayaraq, qarşısı alına, yan keçilə və ya aradan qaldırıla bilməyən, həmin Tərəfin bu Müqavilə üzrə hər hansı öhdəliklərinin yerinə yetirilməməsi ilə nəticələnən, aşağıda göstərilənlərlə məhdudlaşmayan bütün hadisə və ya hallardır ki, Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatası tərəfindən təsdiq edilən sənəd əsasında müəyyənləşdirilir:

18.1.1. elan olunan və ya olunmayan hər hansı hərbi akt, işğal, silahlı münaqişə və ya xarici düşmənin hərəkətləri, mühasirə, embarqo, qiyam, inqilab, üsyan, iğtişaş, hərbi vəziyyətin elan olunması, vətəndaş itaətsizliyi, terror aktı və ya sabotaj;

18.1.2. hər hansı mənbədən radioaktiv çirklənmə və ya ion şüalanması;

18.1.3. ildırım, zəlzələ, yer sürüşməsi, daşqın, tufan, siklon, və digər fövqəladə hadisələr;

18.1.4. yanğın, partlayış və kimyəvi zəhərlənmə, hərbi əməliyyatlar;

18.1.5. Satıcı və Alıcı üçün Fors Major hadisəsi hesab ediləcək layihənin mətnində qeyd olunmamış digər hadisə.

18.2. Aşağıdakı hadisələr, birbaşa Fors Major hadisəsinin tam və ya qismən nəticəsi deyilsə, Fors Major hadisəsi hesab olunmurlar:

18.2.1. elektrik enerjisinin istehsalı və ötürülməsi xidmətlərinin göstərilməsi üçün Satıcıya tələb olunan mexanizm, avadanlıq, material, ehtiyat hissələri və ya istehlak mallarının göndərilməsinin gecikdirilməsi;

18.2.2. hər hansı podratçı və ya subpodratçı tərəfindən işin gecikdirilməsi;

18.2.3. Tərəflərdən birinin vəsait çatışmazlığı.

18.3. Tərəflər Fors Major hadisəsi üzündən bu Müqavilədə nəzərdə tutulan öhdəliklərinin yerinə yetirilməsindən aşağıdakı dərəcədə və müddətdə azad edilirlər ki:

18.3.1. zərərçəkən Tərəf Fors Major hadisəsini ətraflı təsvir edən, o cümlədən hadisənin xarakterini və onun gözlənilən müddəti göstərilmiş bildirişi gecikdirmədən üç (3) gün müddətində digər Tərəfə təqdim etsin və Fors Major hadisəsi dövründə mümkün qədər bu hadisə ilə bağlı mütəmadi məlumat versin;

18.3.2. Fors Major hadisəsinin tələb etdiyi miqyasda işin icrasını dayandırmasın;

18.3.3. zərərçəkən Tərəf Fors Major hadisəsinə qədər mövcud olan və işin müvəqqəti dayandırılmasına səbəb olan öhdəlikləri Fors Major hadisəsinin nəticəsi hesab olunmasın;

18.3.4. zərərçəkən Tərəf Fors Major hadisəsinin təsirini yumşaltmaq və işin yerinə yetirilməsinin mümkün qədər tez bərpa edilməsi üçün bütün mümkün səyləri göstərsin;

18.3.5. zərərçəkən Tərəf Fors Major hadisəsi başa çatdıqdan sonra dərhal bu barədə digər Tərəfi bildirişlə xəbərdar etsin və Tərəflərdən hər biri bu Müqavilə ilə öz öhdəliklərinin icrasını davam etdirsin.

18.4. Fors Major hadisəsi tərəflərdən birinə itki və ya zərər dəyməsi ilə nəticələndikdə, məsələn, bir tərəfdən Satıcının Alıcıya olan təxmini tələbatı yerinə yetirmək və ya digər tərəfdən Alıcının qəbul etdiyi ötürülən elektrik enerjisi üzrə öhdəliklərini ödəmək imkanının azalmasına gətirib çıxararsa, zərərçəkən Tərəf digər Tərəfə ilk bildiriş verməli olduğu tarixdən sonra 28 gün ərzində Müqavilə üzrə elektrik enerjisinin ötürülməsini bərpa etmək üçün lazım olan vaxtı da göstərməklə, ilkin yazılı təkliflərini tərtib edərək, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə təqdim etməlidir.

18.5. Alıcı və Satıcı ilkin təklifləri aldıqdan sonra 15 gün ərzində görüşüb həmin dövrün nəticələrini müzakirə etməlidirlər. Alıcı ilə Satıcı arasında həyata keçirilməli olan tədbirlər barədə razılıq əldə olunarsa, o zaman bu Müqavilə qüvvəsində qalacaqdır. Əgər Tərəflər razılıq əldə etməzlərsə, o zaman Tərəflər məsələnin həll olunması məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə müraciət edirlər.

19. Müqaviləyə xitam verilməsi

Müqaviləyə Alıcı tərəfindən xitam verilməsi barədə vəsatət

19.1. Alıcı Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə məlumat verməklə aşağıdakı hallarda Müqaviləyə xitam verilməsi barədə məsələ qaldıra bilər:

19.1.1. Satıcı bu Müqavilə üzrə özünün hər hansı öhdəliyini əhəmiyyətli dərəcədə pozduqda (Fors Major hadisəsi istisna olmaqla);

19.1.2. Alıcı hüquqi şəxs olaraq ləğv edildikdə;

19.1.3. Alıcı müflisləşmiş hesab edildikdə.

Müqaviləyə Satıcı tərəfindən xitam verilməsi barədə vəsatət

19.2. Satıcı aşağıdakı hallarda Müqaviləyə xitam verilməsi barədə məsələ qaldıra bilər:

19.2.1. Alıcı bu Müqavilə üzrə özünün hər hansı öhdəliyini əhəmiyyətli dərəcədə pozduqda (Fors Major hadisəsi istisna olmaqla);

19.2.2. Satıcı hüquqi şəxs olaraq ləğv edildikdə;

19.2.3. Satıcı müflisləşmiş hesab edildikdə.

Müqaviləyə xitamın həyata keçirilməsi

19.3. Bu Müqaviləyə Azərbaycan Respublikasının qüvvədə olan mülki qanunvericiliyində müəyyən edilmiş əsaslarla xitam verilir.

20. Digər müddəalar

20.1. Azərbaycan Respublikasında qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən (Müqavilənin 16-cı bədinin tələbləri nəzərə alınmaqla), Tərəflər bu Müqavilə ilə əlaqədar olan bütün sənədləri və digər məlumatları, yazılı və ya şifahi formada, texniki və ya kommersiya məzmunlu olmasından və qarşı Tərəfin özü və ya onun adından verilməsindən asılı olmayaraq, məxfi saxlayacaq və qarşı Tərəfin əvvəlcədən yazılı razılığı, qanunun tələbi və qəbul edilmiş maliyyə və ya inzibati prosedur praktikasının tələbi olmadan və ya Müqavilədə nəzərdə tutulmuş məqsədlərdən başqa digər məqsədlər üçün açıqlamayacaqlar.

20.2. Bu Müqavilə və burada istinad edilən bütün sənədlər bütöv anlaşmanı özündə əks etdirir və tam Müqaviləni təşkil edir və onun predmetinə münasibətdə bütün əvvəlki müzakirə və sənədləri əvəz edir və qanunla nəzərdə tutulmuş və ya bu Müqavilə çərçivəsində yaranan hallardan başqa hər hansı təminatı, şərti və ya digər öhdəliyi əhatə etmir.

20.3. Bu Müqaviləyə Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində əlavə və dəyişikliklər yazılı formada hər bir Tərəfin səlahiyyətli nümayəndələrinin imzaladığı və qanunvericilikdə nəzərdə tutulmuş qaydada təsdiq edildiyi halda edilə bilər.

20.4. Müqavilə üzrə hər hansı hüquqdan imtina yazılı formada olmalı və hüquqdan imtina edən Tərəfin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmalıdır. Tərəfin hər hansı hüquqdan imtina etməsi onun digər hüquqlardan imtina etməsi və ya həmin hüquqdan gələcəkdə imtina etməsi demək deyildir. Tərəfin bu Müqavilə və yaxud qanundan irəli gələn hüququnun, imtiyazının və ya dəyişikliklərin həyata keçirilməsinin qeyri-mümkünlüyü və ya təxirə salınması hər hansı hüquqdan, imtiyazdan və ya düzəlişdən imtina etmək kimi qəbul edilməməlidir. Bu hüququn, imtiyazın və ya düzəlişin birdəfəlik və ya qismən həyata keçirilməsi onun və ya hər hansı digər hüququn, imtiyazın və ya dəyişikliyin sonradan həyata keçirilməsinin qarşısını almır.

21. Fərqləndirmə

Bu Müqavilənin hər hansı müddəası öz qüvvəsini itirərsə və ya hər hansı məhkəmənin qərarı, yaxud hər hansı səlahiyyətli orqanın Tərəflər üçün məsuliyyət yaradan qərarı ilə qüvvədən düşmüş və ya etibarsız hesab olunması Müqavilənin digər müddəalarının qüvvəsiz və ya etibarsız hesab olunması demək deyildir. Hər bir belə halda Tərəflərin ədalətli danışıqlar yolu ilə bir və ya iki müddəa üzrə razılığa gəlmələri bu Müqavilənin mahiyyətinə uyğun gələcəkdir.

22. Məsuliyyətin məhdudlaşdırılması

22.1. Məsuliyyət aşağıdakı qaydada məhdudlaşdırılır:

22.1.1 Tərəflər bu Müqavilənin hər hansı pozuntusu nəticəsində digər Tərəfə və ya üçüncü şəxsə dəymiş itkiyə, istehsalat itkisinə, mənfəət itkisinə və sonrakı itkiyə görə yalnız o halda məsuliyyət daşıyırlar ki, bu məsuliyyətin yaranması bu Müqavilədən və ya Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyindən irəli gəlsin. Tərəflərdən heç biri digər hallarda qeyd olunanlara görə heç bir məsuliyyət daşımırlar;

22.1.2 bu Müqavilənin heç bir şərti Alıcının və ya Satıcının səhlənkarlığı ucbatından işçilərin həyatına və ya səhhətinə dəyən ziyana görə məsuliyyəti məhdudlaşdırmır.

 

 

Satıcı adından

Alıcı adından

Azərenerji ASC-nin prezidenti

Azərişıq ASC-nin İdarə Heyətinin sədri [11]

 

 

1 nömrəli əlavə

Birinci müqavilə ili üçün elektrik enerjisi üzrə razılaşdırılmış tələbat və güc

Enerji Qəbul Məntəqələrinə çatdırılmasına dair maksimal tələblər

 

Aktiv elektrik enerjisi (mln. kVt/saat)

Reaktiv elektrik enerjisi (mln. kV AR/saat)

1-ci rüb

Yanvar

 

 

 

Fevral

 

 

 

Mart

 

 

 

Cəmi 1-ci rüb üzrə

 

 

2-ci rüb

Aprel

 

 

 

May

 

 

 

İyun

 

 

 

Cəmi 2-ci rüb üzrə

 

 

3-cü rüb

İyul

 

 

 

Avqust

 

 

 

Sentyabr

 

 

 

Cəmi 3-cü rüb üzrə

 

 

4-cü rüb

Oktyabr

 

 

 

Noyabr

 

 

 

Dekabr

 

 

 

Cəmi 4-cü rüb üzrə

 

 

Cəmi il ərzində

 

 

 

Qeyd. Birinci müqavilə ili üzrə razılaşdırılmış maksimum gücün səviyyəsi: qış maksimumunda _____________________ MVt səviyyəsində.

 

 

 

 

 

 


2 nömrəli əlavə

Azərenerji ASC ilə Azərişıq ASC arasında sərhəd nöqtələrində qoyulmuş hesabat və nəzarət sayğaclarının siyahısı [12]

Gərginlik kV

Sayğacların quraşdırıldığı Y/st və fider, h/x-nin adı

Satıcının aktiv sayğaclarının zavod №-si

Satıcının reaktiv sayğaclarının zavod №-si

Hesablaşma sayğaclarının quraşdırıldığı il

Hesablaşma sayğaclarının son yoxlama tarixi

Alıcının nəzarət sayğaclarının zavod №-si

Nəzarət sayğaclarının quraşdırıldığı il

Nəzarət sayğaclarının son yoxlama tarixi

Sayğaclar barədə əlavə qeyd

220

110

35

20

10

6

Aktiv

Reaktiv

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


3 nömrəli əlavə

Enerji Qəbulu Məntəqələrində ötürülən güc

Enerji Qəbulu Məntəqələrinin adı

Enerji Qəbulu Məntəqələrinə Satıcı tərəfindən qoyulmuş güc (quraşdırılmış transformatorların gücü) (MVA)

Enerji Qəbulu Məntəqəsində Satıcının elektrik verilişi xətlərinin gücötürmə qabiliyyəti (MVT)

Enerji Qəbulu Məntəqəsində Alıcının müvafiq elektrik verilişi xətlərinin güc ötürmə qabiliyyəti (MVT)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       14 dekabr 2009-cu il tarixli 190 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

2.       24 yanvar 2014-cü il tarixli 20 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 31 yanvar 2014-cü il, № 20, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 1, maddə 69)

3.       14 fevral 2014-cü il tarixli 46 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 fevral 2014-cü il, № 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №02, maddə 201)

4.       11 mart 2016-cı il tarixli 121 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 03 aprel 2016-cı il, № 69, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 788)

5.       13 may 2016-cı il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 may 2016-cı il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 955)

  1. 1 iyul 2016-cı il tarixli 263 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 6 iyul 2016-cı il, № 144, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №7, maddə 1343)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 11 mart 2016-cı il tarixli 121 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 03 aprel 2016-cı il, № 69, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 788) ilə adında, preambulasında və 1-ci hissəsində “Bakıelektrikşəbəkə” sözü “Azərişıq” sözü ilə əvəz edilmişdir.

 

[2] 24 yanvar 2014-cü il tarixli 20 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 31 yanvar 2014-cü il, № 20, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 1, maddə 69) ilə “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyəti arasında Elektrik enerjisinin satınalınma Müqaviləsi”nın “1. Anlayışlar” hissəsinin on yeddinci abzasında, 13.1-ci, 13.2-ci, 13.3-cü (hər iki halda) bəndlərində, “15. Zərərin ödənilməsi” hissəsində, 17.1.1-ci, 17.2.3-cü, 17.2.5-ci, 17.3.1-ci və 17.4.4-cü yarımbəndlərində “Sənaye və Energetika” sözləri “Energetika” sözü ilə əvəz edilmişdir.

 

[3] 11 mart 2016-cı il tarixli 121 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 03 aprel 2016-cı il, № 69, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 788) ilə “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyəti arasında Elektrik enerjisinin satınalınma Müqaviləsi”nin adında və preambulasında “Bakıelektrikşəbəkə” sözü “Azərişıq” sözü ilə əvəz edilmişdir.

 

[4] 14 dekabr 2009-cu il tarixli 190 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 1-ci bənddə və "1. Anlayışlar" bölməsinin üçüncü abzasında "və "Sumqayıtelektrikşəbəkə" Səhmdar Cəmiyyətlərinin fəaliyyətlərinin" sözləri "Səhmdar Cəmiyyətinin fəaliyyətinin" sözləri ilə əvəz edilmişdir.

 

[5] 11 mart 2016-cı il tarixli 121 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 03 aprel 2016-cı il, № 69, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 788) ilə “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyəti arasında Elektrik enerjisinin satınalınma Müqaviləsi”nin üçüncü abzasın 1-ci sütununda “Bakıelektrikşəbəkə” (BEŞ)” sözləri “Azərişıq” sözü ilə əvəz edilmişdir və həmin abzasın 2-ci sütunu yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

                Bakıelektrikşəbəkə Səhmdar Cəmiyyətinin yaradılması və idarəetməyə verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 14 iyun tarixli, 441 nömrəli Sərəncamı ilə yaradılaraq dövlət qeydiyyatından keçmiş və “Bakıelektrikşəbəkə” Səhmdar Cəmiyyətinin fəaliyyətinin səmərəliliyinin artırılmasının təmin edilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 10 avqust tarixli, 1597 nömrəli Sərəncamı ilə fəaliyyəti təmin edilmiş açıq səhmdar cəmiyyəti nəzərdə tutulur.

[6] 11 mart 2016-cı il tarixli 121 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 03 aprel 2016-cı il, № 69, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 788) ilə “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyəti arasında Elektrik enerjisinin satınalınma Müqaviləsi”nin dördüncü abzasda “BEŞ-in” sözü “Azərişıq” ASC-nin” sözləri ilə əvəz edilmişdir.

 

[7] 11 mart 2016-cı il tarixli 121 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 03 aprel 2016-cı il, № 69, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 788) ilə “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyəti arasında Elektrik enerjisinin satınalınma Müqaviləsi”nin on yeddinci abzasda “Bakıelektrikşəbəkə” sözü “Azərişıq” sözü ilə əvəz edilmişdir.

 

1 iyul 2016-cı il tarixli 263 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 6 iyul 2016-cı il, № 144, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №7, maddə 1343) ilə “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti arasında Elektrik enerjisinin satınalma Müqaviləsi”nin “1. Anlayışlar” hissəsinin on yeddinci abzasında “Dövlət Sosial Müdafiə Fondu” sözləri “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi” sözləri ilə əvəz edilmişdir.

 

13 may 2016-cı il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 may 2016-cı il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 955) ilə “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti arasında Elektrik enerjisinin satınalınma Müqaviləsi”nin 1-ci hissəsinin “Aidiyyətli mərkəzi icra hakimiyyəti orqanı” bölməsindən, 13.1-ci bəndinin üçüncü cümləsindən, 13.2-ci, 13.3-cü, 18.4-cü bəndlərindən, 18.5-ci bəndinin ikinci cümləsindən və 19.1-ci bəndindən “və Sənaye” sözləri çıxarılmışdır.

 

[8] 14 dekabr 2009-cu il tarixli 190 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə "3. Müqavilələrin imzalanmasının əsası" bölməsinin mətnində "və "Sumqayıtelektrikşəbəkə" Səhmdar Cəmiyyətlərinin fəaliyyətlərinin" sözləri "Səhmdar Cəmiyyətinin fəaliyyətinin" sözləri ilə əvəz edilmişdir.

 

[9] 14 fevral 2014-cü il tarixli 46 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 fevral 2014-cü il, № 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №02, maddə 201) ilə “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyəti arasında Elektrik enerjisinin satınalınma Müqaviləsi”nin 1-ci hissəsinin “Aidiyyətli mərkəzi icra hakimiyyəti orqanı” bölməsində, 13.2-ci, 18.4-cü, 19.1-ci bəndlərində “İqtisadi İnkişaf” sözləri “Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye” sözləri ilə, 13.1-ci bəndinin ikinci cümləsində, 13.3-cü bəndində, 18.5-ci bəndinin ikinci cümləsində isə “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.

 

[10] 14 dekabr 2009-cu il tarixli 190 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə "13. Mübahisələr" bölməsinin 13.3-cü bəndində "Bakıelektrikşəbəkə" ASC və "Sumqayıtelektrikşəbəkə" ASC-nin" sözləri "Bakıelektrikşəbəkə" ASC-nin" sözləri ilə əvəz edilmişdir.

11 mart 2016-cı il tarixli 121 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 03 aprel 2016-cı il, № 69, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 788) ilə “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyəti arasında Elektrik enerjisinin satınalınma Müqaviləsi”nin 13.3-cü bənddə “Bakıelektrikşəbəkə” sözü “Azərişıq” sözü ilə əvəz edilmişdir.

 

[11] 11 mart 2016-cı il tarixli 121 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 03 aprel 2016-cı il, № 69, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 788) ilə “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyəti arasında Elektrik enerjisinin satınalınma Müqaviləsi”nin imzalanma qrifində “Bakıelektrikşəbəkə” sözü “Azərişıq” sözü ilə əvəz edilmişdir.

 

[12] 11 mart 2016-cı il tarixli 121 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 03 aprel 2016-cı il, № 69, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 788) ilə “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyəti arasında Elektrik enerjisinin satınalınma Müqaviləsi”nin 2 nömrəli əlavədə “Bakıelektrikşəbəkə” sözü ismin müvafiq hallarında “Azərişıq” sözü ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status