AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
16.08.2007
QEYDİYYAT NÖMRƏSİ
621
ADI
Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişikliklər və əlavələr edilməsi və «Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyi haqqında əsasnamənin təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 6 sentyabr tarixli 575 nömrəli fərmanının qüvvədən düşmüş hesab edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-08-2007, Nəşr nömrəsi: 08, Maddə nömrəsi: 769)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
31.08.2007
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
090.000.000
100.000.000
120.000.000
260.000.000
320.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişikliklər və əlavələr edilməsi və «Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyi haqqında əsasnamənin təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentin

Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişikliklər və əlavələr edilməsi və «Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyi haqqında əsasnamənin təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 6 sentyabr tarixli 575 nömrəli fərmanının qüvvədən düşmüş hesab edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyinin yaradılması haqqında» 2004-cü il 6 dekabr tarixli 150 nömrəli Fərmanının 4.3-cü və «Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun və aparatın işçilərinin say həddinin təsdiq edilməsi barədə» 2006-cı il 15 may tarixli 404 nömrəli Fərmanının 6.1-ci bəndlərinin icrasını təmin etmək məqsədi ilə qərara alıram:

 1. Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

 1.1. «Enerji resurslarından istifadə haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 17 noyabr tarixli 512 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 2, maddə 121; 2003-cü il, № 10, maddə 582) 2-ci bəndinin ikinci abzasında «Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyi» sözləri «Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi» sözləri ilə əvəz edilsin.

 1.2. «Elektroenergetika haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 723 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 6, maddə 384; 2003-cü il, № 10, maddə 582; 2007-ci il, № 2, maddə 87; Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 14 iyun tarixli 588 nömrəli Fərmanı) 2-ci bəndinin dördüncü, beşinci, yeddinci–doqquzuncu abzaslarında «Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyi» sözləri «Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi» sözləri ilə əvəz edilsin.

 1.3. «Energetika haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 1 fevral tarixli 85 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 2, maddə 69, 2003-cü il, № 10, maddə 582; Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 14 iyun tarixli 588 nömrəli Fərmanı) 2-ci bəndinin üçüncü - altıncı abzaslarında «Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyi» sözləri «Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi» sözləri ilə əvəz edilsin.

 1.4. «Yerin təki haqqında» Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 13 fevral tarixli 102 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 2, maddə 85, 2003-cü il, № 10, maddələr 546, 582) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

 1.4.1. Fərmanın 2-ci bəndinin üçüncü abzasında «Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyinin» sözləri «Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyinin» sözləri ilə, beşinci, yeddinci və on birinci abzaslarında «Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyi» sözləri «Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi» sözləri ilə əvəz edilsin;

 1.4.2. Fərmanla təsdiq edilmiş «İstifadəyə verilən yer təki sahələri haqqında geoloji informasiyanın və faydalı qazıntı ehtiyatlarının dövlət geoloji ekspertizasının keçirilməsi Qaydaları»na aşağıdakı əlavələr edilsin:

 1.4.2.1. 1.6-cı bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

 «Neft və qazla bağlı geoloji informasiyanın və ehtiyatların dövlət geoloji ekspertizası Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin iştirakı ilə aparılır.»;

 1.4.2.2. 5.7-ci bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

 «Sənədlər bu Qaydaların 1.6-cı bəndində nəzərdə tutulduğu hallarda, həmçinin məlumat üçün Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyinə göndərilir.».

 1.5. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 6, maddə 345, № 9, maddə 542; 2001-ci il, № 7, maddə 456, № 9, maddə 593; 2002-ci il, № 7, maddə 412, № 8, maddə 480; 2003-cü il, № 6, maddə 290, № 10, maddə 585; 2004-cü il, № 1, maddə 19, № 7, maddə 537; 2005-ci il, № 2, maddə 69, № 7, maddə 597; 2006-cı il, № 2, maddə 84, № 9, maddələr 734, 743, № 11, maddə 940, № 12, maddə 1049) ilə təsdiq edilmiş «Yerli icra hakimiyyəti haqqında Əsasnamə»yə 1 nömrəli əlavənin 1-ci bəndində «Yanacaq və Energetika Nazirliyinin» sözləri «Sənaye və Energetika Nazirliyinin» sözləri ilə əvəz edilsin.

 1.6. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 10 avqust tarixli 178 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 8, maddə 488; 2000-ci il, № 7, maddə 498; 2001-ci il, № 10, maddə 640; 2003-cü il, № 10, maddə 546) 1-ci bəndinə aşağıdakı dəyişikliklər və əlavə edilsin:

 1.6.1. ikinci və üçüncü abzaslar aşağıdakı redaksiyada verilsin:

 «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin səkkizinci və doqquzuncu abzaslarında, 5-ci maddəsinin 3-cü hissəsində, 7-ci maddəsində, 11-ci maddəsinin 1-ci və 5-ci hissələrində, 15-ci maddəsinin 2-ci hissəsində, 3-cü hissəsinin üçüncü və dördüncü abzaslarında nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi həyata keçirir;

 həmin Qanunun 8-ci maddəsinin 1-ci, 3-cü, 4-cü və 5-ci hissələrində, 9-cu maddəsinin 2-ci və 4-cü hissələrində, 20-ci maddəsində və 21-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirirlər;»;

 1.6.2. yeddinci abzasda «Azəriqaz» Səhmdar Cəmiyyəti» sözləri «Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi» sözləri ilə əvəz edilsin;

 1.6.3. aşağıdakı məzmunda doqquzuncu abzas əlavə edilsin:

 «həmin Qanunun 3-cü maddəsinin 3-cü hissəsində, 16-cı maddəsinin 3-cü hissəsində, 17-ci maddəsinin 1-ci və 2-ci hissələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və «Azəriqaz» Səhmdar Cəmiyyəti öz səlahiyyətləri daxilində həyata keçirirlər.».

 1.7. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 293 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 3 (I kitab), maddə 160; 2003-cü il, № 10, maddə 546) ilə təsdiq edilmiş «Faydalı qazıntı ehtiyatlarının dövlət balansının aparılması Qaydaları»na aşağıdakı əlavələr edilsin:

 1.7.1. 1.3-cü bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

 «Neft və qazla bağlı faydalı qazıntı ehtiyatlarının dövlət balansının müvafiq hissəsi Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin iştirakı ilə tərtib edilir və aparılır.»;

 1.7.2. 3.5-ci bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

 «Bu Qaydaların 1.3-cü bəndində nəzərdə tutulduğu hallarda məcmu dövlət balansının müvafiq hissəsi məlumat (xidməti istifadə) üçün Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyində saxlanılır.».

 1.8. «Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8 (III kitab), maddə 612; 2001-ci il, № 7, maddə 462, № 10, maddə 640, № 12, maddə 755, 2002-ci il, № 1, maddə 49, № 4, maddələr 260, 275, № 8, maddələr 478, 484, 486; 2003-cü il, № 6, maddə 299, № 8, maddə 434, № 9, maddə 478, № 10, maddələr 546, 547, 560, 571, 582; 2004-cü il, № 1, maddələr 19, 26, № 3, maddələr 138, 141, № 4, maddə 235, № 5, maddələr 340, 341, 343, 345, 346, № 8, maddələr 607, 608, № 11, maddə 909, № 12, maddə 1005; 2005-ci il, № 2. maddələr 67, 69, № 4, maddələr 299, 303, № 8, maddə 702, № 9, maddələr 801, 802, № 12, maddə 1101; 2006-cı il, № 3, maddə 83, № 4, maddələr 321, 322, № 5, maddə 407, № 7, maddə 590, № 8, maddələr 662, 663, 674, 675, 679, № 9, maddə 743, № 11, maddələr 942, 945; 2007-ci il, № 1, maddə 11, № 2, maddə 87; № 3 maddə 230, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 27 iyul tarixli 608 nömrəli Fərmanı) 2.5-ci, 2.16-cı, 3.16-cı və 3.17-ci bəndlərində «Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyi» sözləri «Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi» sözləri ilə əvəz edilsin.

 1.9. «Yerli icra hakimiyyətləri haqqında Əsasnamənin təsdiq edilməsi barəsində» Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 nömrəli Fərmanına dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 11 sentyabr tarixli 578 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 9, maddə 593) 1-ci bəndinin beşinci yarımbəndinin ikinci abzasında «Yanacaq və Energetika Nazirliyinin» sözləri «Sənaye və Energetika Nazirliyinin» sözləri ilə əvəz edilsin.

 1.10. «Azərbaycan Respublikası Dövlət Neft Fondunun «İllik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları»nın təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 12 sentyabr tarixli 579 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 9, maddə 594; 2003-cü il, № 2, maddə 81; 2005-ci il, № 3, maddə 160) 2-ci bəndində «Yanacaq və Energetika Nazirliyinə» sözləri «Sənaye və Energetika Nazirliyinə» sözləri ilə əvəz edilsin.

 1.11. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 20 fevral tarixli 853 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 2, maddə 85) ilə təsdiq edilmiş «2003—2007-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın təkmilləşdirilməsinə dair Dövlət Proqramı»nın «2003—2007-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın təkmilləşdirilməsinə dair Dövlət Proqramı çərçivəsində həyata keçiriləcək Tədbirlər»inin II bölməsinin 26-cı bəndinin «Məsul icraçılar» sütununda «Yanacaq və Energetika Nazirliyi» sözləri «Sənaye və Energetika Nazirliyi» sözləri ilə əvəz edilsin.

 1.12. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 20 fevral tarixli 854 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 2, maddə 86) ilə təsdiq edilmiş «2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı»nın «Akronimlər» hissəsində «YEN-Yanacaq və Energetika Nazirliyi» sözləri «SEN-Sənaye və Energetika Nazirliyi» sözləri ilə, Qısa İcmalın «Enerji sektorunda islahatlar» hissəsinin dördüncü abzasında «Yanacaq və Energetika Nazirliyi (YEN)» sözləri «Sənaye və Energetika Nazirliyi (SEN)» sözləri ilə, 4.3-cü bəndin «Dövlət maliyyə siyasəti və tənzimləmə» hissəsinin doqquzuncu abzasında «YEN» qısaldılmış ifadəsi «SEN» qısaldılmış ifadəsi ilə, 5.1-ci bəndin səkkizinci hissəsində «Yanacaq və Energetika» sözləri «Sənaye və Energetika» sözləri ilə əvəz edilsin.

 1.13. «Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 21 fevral tarixli 858 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 2, maddə 90; 2007-ci il № 2, maddə 87) 3–6-cı bəndlərində «Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyi» sözləri «Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi» sözləri ilə əvəz edilsin.

 1.14. «Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər və əlavələr edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 977 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 582) 1-ci bəndində aşağıdakı dəyişikliklər edilsin:

 1.14.1. 1-ci yarımbəndin dördüncü abzasında, 2-ci yarımbəndin dördüncü, beşinci, yeddinci–doqquzuncu abzaslarında və 3-cü yarımbəndin dördüncü–yeddinci abzaslarında «Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyi» sözləri «Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi» sözləri ilə, səkkizinci abzasında “və Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyi birgə razılaşdıraraq” sözləri “, Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi və Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası öz səlahiyyətləri daxilində” sözləri ilə əvəz edilsin;

 1.14.2. 4-cü yarımbəndin ikinci abzasında «Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyinin» sözləri «Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyinin» sözləri ilə əvəz edilsin, üçüncü–beşinci abzaslarında «Yanacaq və Energetika Nazirliyi» sözləri «Sənaye və Energetika Nazirliyi» sözləri ilə əvəz edilsin;

 1.14.3. 5-ci yarımbəndin ikinci və üçüncü abzaslarında «Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyi» sözləri «Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi» sözləri ilə, dördüncü abzasında «Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyinin» sözləri «Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyinin» sözləri ilə əvəz edilsin;

 1.14.4. 6-cı yarımbəndin üçüncü və altıncı abzaslarında «Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyi» sözləri «Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi» sözləri ilə əvəz edilsin.

 1.15. «Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına və sərəncamlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi fərmanlarının qüvvədən düşmüş hesab edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 980 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, №10, maddə 585; 2006-cı il, №9, maddə 744; 2007-ci il, №2, maddə87) I bölməsinin 23-cü bəndi çıxarılsın.

 1.16. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 fevral tarixli 24 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 2, maddə 62, 2005-ci il, № 2, maddə 69, 2006-cı il, № 7, maddə 590, № 9, maddə 743; 2007-ci il, № 2, maddələr 87, 90) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)”nın 3-cü bölməsinin 3.1.18-ci, 3.1.20-ci, 3.2.1.3-cü, 3.2.1.4-cü, 3.2.1.29-cu, 3.2.1.30-cu, 3.2.2.6-cı, 3.2.2.74-cü, 3.2.3.5-ci, 3.2.3.6-cı, 3.2.3.61-ci, 3.2.4.4-cü, 3.2.4.70-ci, 3.2.5.3-cü, 3.2.5.17-ci, 3.2.5.23-cü, 3.2.5.46-cı, 3.2.5.79-cu, 3.2.6.4-cü, 3.2.6.10–3.2.6.12-ci, 3.2.6.20-ci, 3.2.6.22-ci, 3.2.6.29-cu, 3.2.6.101-ci, 3.2.6.117-ci, 3.2.6.143–3.2.6.145-ci, 3.2.7.4-cü, 3.2.8.1-ci, 3.2.9.2-ci, 3.2.9.4-cü və 3.2.9.8-ci bəndlərinin «İcraçılar» sütununda «Yanacaq və Energetika Nazirliyi» sözləri «Sənaye və Energetika Nazirliyi» sözləri ilə əvəz edilsin, 3.2.1.14-cü, 3.2.1.26-cı, 3.2.1.27-ci, 3.2.3.72-ci, 3.2.3.87-ci, 3.2.4.68-ci, 3.2.5.15-ci, 3.2.6.17-ci, 3.2.6.32-ci, 3.2.6.51-ci, 3.2.6.57-ci, 3.2.6.76-cı, 3.2.6.82-ci, 3.2.6.133-cü, 3.2.7.17-ci, 3.2.8.16-cı, 3.2.8.27-ci, 3.2.9.15-ci, 3.2.9.36-cı bəndlərinin «İcraçılar» sütununa «,Sənaye və Energetika Nazirliyi» sözləri əlavə edilsin.

 1.17. «Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr edilməsi barədə» Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 3 mart tarixli 37 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 138) 1-ci bəndinin 1-ci yarımbəndinin ikinci abzasında və 2-ci yarımbəndinin ikinci abzasında «Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyi» sözləri «Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi» sözləri ilə əvəz edilsin.

 1.18. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 25 mart tarixli 893 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 3, maddə 138; 2006-cı il, № 5, maddə 414, № 7, maddə 590) ilə təsdiq edilmiş «Enerji sektorunda maliyyə intizamının gücləndirilməsi Proqramı»nın «2. Maliyyə intizamının gücləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlər» bölməsinin 2.1.1-ci bəndinin ikinci abzasında və «3. Tədbirlər planının təqvimi» bölməsinin 1-ci, 2-ci, 7-ci, 11-ci, 13-cü, 14-cü, 16-cı və 17-ci bəndlərinin «İcraçılar» sütununda «Yanacaq və Energetika Nazirliyi» sözləri «Sənaye və Energetika Nazirliyi» sözləri ilə əvəz edilsin.

 1.19. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 18 fevral tarixli 1152 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 2, maddə 107; 2004-cü il, № 12, maddə 1005; 2006-cı il, № 9, maddə 743; 2007-ci il, № 2, maddələr 87, 90) ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında ekoloji cəhətdən dayanıqlı sosial–iqtisadi inkişafa dair Milli Proqram»ın «10. Milli Proqramın həyata keçirilməsi üçün tədbirlər planı» bölməsinin 14-cü, 33-cü, 34-cü, 50-ci, 52-ci, 54-cü, 55-ci, 72-ci bəndlərinin «Əsas icraçılar» sütununda «Yanacaq və Energetika Nazirliyi» sözləri və 7-ci, 24-cü, 58-ci, 60-cı bəndlərinin «Əsas icraçılar» sütununda «İqtisadi İnkişaf Nazirliyi» sözləri «Sənaye və Energetika Nazirliyi» sözləri ilə əvəz edilsin, 62-ci bəndinin «Əsas icraçılar» sütununa «,Sənaye və Energetika Nazirliyi» sözləri əlavə edilsin.

 1.20. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 28 yanvar tarixli 62 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 1, maddə 38; 2007-ci il, № 2, maddə 87) ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında hidrometeorologiyanın İnkişaf Proqramı»nın «6. Proqramın həyata keçirilməsi üzrə tədbirlər planı» bölməsinin 7.3-cü, 7.4-cü, 7.13-cü və 7.14-cü bəndlərinin «Əsas icraçılar» sütununda «Yanacaq və Energetika Nazirliyi» sözləri «Sənaye və Energetika Nazirliyi» sözləri ilə əvəz edilsin.

 1.21. «Azərbaycan Respublikası ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında Azərbaycan Enerji Layihəsinin hazırlanması üçün Yaponiya Qrantı üzrə Məktub-Sazişin təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 9 aprel tarixli 166 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 4, maddə 247) 2-ci bəndində «Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyi» sözləri «Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi» sözləri ilə əvəz edilsin.

 1.22. «Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı»nın təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 21 oktyabr tarixli 462 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 10, maddə 838) aşağıdakı dəyişikliklər edilsin:

 1.22.1. Fərmanın 2-ci və 4-cü bəndlərində «Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyi» sözləri «Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi» sözləri ilə əvəz edilsin;

 1.22.2. Fərmanla təsdiq edilmiş «Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı»nın «Alternativ (bərpa olunan) enerji mənbələrindən istifadə edilməsi üzrə tədbirlər»in 1–20-ci bəndlərinin “Əsas icraçılar” sütununda «YEN» qısaldılmış ifadəsi «SEN» qısaldılmış ifadəsi ilə, «Akronimlər» hissəsində «YEN-Yanacaq və Energetika Nazirliyi» sözləri «SEN-Sənaye və Energetika Nazirliyi» sözləri ilə əvəz edilsin.

 2. «Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 6 sentyabr tarixli 575 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 9, maddə 590; 2003-cü il, № 10, maddə 585) qüvvədən düşmüş hesab edilsin.

 3. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 16 avqust 2007-ci il

№ 621

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status