AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
05.10.2007
QEYDİYYAT NÖMRƏSİ
156
ADI
Azərbaycan Respublikasında baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-10-2007, Nəşr nömrəsi: 10, Maddə nömrəsi: 1016)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
05.10.2007
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
150.000.000
290.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikasında baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında

Azərbaycan Respublikasında baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

"Baytarlıq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanının 1.12-ci, 1.13-cü, 1.14-cü, 1.15-ci, 1.21-ci, 1.23-cü, 1.26-cı, 1.29-cu, 1.31-ci, 1.34-cü, 1.42-ci, 1.43-cü, 1.44-cü və 1.45-ci bəndlərinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: [1]

1. "Heyvan, heyvan mənşəli məhsullar və xammal istehsalı, tədarükü, saxlanması, emalı və satışına, habelə yem və yem əlavələrinin dövriyyəsinə dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi Qaydaları", "Heyvan saxlayan, habelə heyvan mənşəli məhsulların və xammalın emalı, saxlanması və onların ticarəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin baytarlıq qaydalarının və normalarının pozulduğu hallarda onların fəaliyyətinin müvəqqəti dayandırılması və ya qadağan edilməsi, həmçinin dövlət baytarlıq orqanlarının icrası məcburi olan qərarlarının forması, onların tərtib edilməsi və verilməsi Qaydaları", "Xəstəliklə yoluxma zonasında təcrid rejiminin saxlanılması məqsədilə birgə karantin polis və baytarlıq nəzarəti postlarının sayı və yerləşdirilməsi Qaydaları", "Dövlət baytarlıq nəzarətində olan yüklərin baytarlıq normalarının tələblərinə uyğunluğunun yoxlanılması və onlara baxış keçirilməsi Qaydaları", "Heyvanların və əhalinin sağlamlığı üçün təhlükəli olan xəstəliklərə tutulmuş heyvanların, onlardan alınan məhsulların və xammalın təhlükəlilik dərəcəsindən asılı olaraq götürülməsi, məhv edilməsi və ya götürülmədən məcburi zərərsizləşdirilməsi, emalı və ya təkrar emalı Qaydaları", "Karantin müddətində bazarların, heyvan tədarükü (kəsimi) məntəqələrinin, əlaqəli müəssisələrin, həmçinin yarmarkaların, hərracların, sərgilərin, dövlət baytarlıq nəzarətinə cəlb edilən yüklərin daşınması ilə əlaqədar onların kütləvi toplanılan yerlərinin fəaliyyətinin müvəqqəti dayandırıla bilməsi Qaydaları" və "Epizootiya əleyhinə fövqəladə komissiyanın yaradılması və fəaliyyəti Qaydaları" təsdiq edilsin (əlavə olunur). [2]

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri  A. RASİZADƏ

 

Bakı şəhəri, 5 oktyabr 2007-ci il

  156


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2007-ci il 5 oktyabr tarixli 156 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Heyvan, heyvan mənşəli məhsullar və xammal istehsalı, tədarükü, saxlanması, emalı və satışına, habelə yem və yem əlavələrinin dövriyyəsinə dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi

 

QAYDALARI

 

l. ÜMUMİ MÜDDƏA

 

Bu Qaydalar "Baytarlıq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanının 1.12-ci bəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və heyvan, heyvan mənşəli məhsullar və xammal istehsalı, tədarükü, saxlanması, emalı və satışına, habelə yem və yem əlavələrinin dövriyyəsinə (dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla) dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi mexanizmini müəyyən edir. [3]

 

2. HEYVAN, HEYVAN MƏNŞƏLİ MƏHSULLAR VƏ XAMMAL İSTEHSALI, TƏDARÜKÜ, SAXLANMASI, EMALI VƏ SATIŞINA DÖVLƏT BAYTARLIQ NƏZARƏTİ

 

2.1. Dövlət baytarlıq nəzarəti obyektlərində heyvan, heyvan mənşəli məhsullar və xammal istehsalı, tədarükü, saxlanması, emalı və satışına baytarlıq nəzarəti məcburidir və bu nəzarət Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti və onun yerli qurumları tərəfindən həyata keçirilir. [4]

2.2. Bu Qaydaların 2.1-ci bəndində göstərilən dövlət baytarlıq nəzarəti heyvanların, heyvan mənşəli məhsulların və xammalın istehsalı, tədarükü, saxlanması və satışı zamanı həyata keçirilir.

2.3. Cari il üçün dövlət baytarlıq nəzarəti obyektlərində nəzarət məqsədilə yoxlamaların aparılması identikləşdirmə məlumatlarından istifadə edərək, ərazi üzrə dövlət baytarlıq orqanı tərəfindən planlaşdırılır.

Yoxlamalar istehlakçıların müraciət və şikayətləri əsasında, eləcə də yoxlamanın nəticəsi üzrə hüquqi və fiziki şəxslər barədə görülən tədbirlərin icrasını yoxlamaq məqsədilə təkrar aparıla bilər.

2.4. Dövlət baytarlıq müfəttişi nəzarət və yoxlama tədbirlərini həyata keçirərkən:

2.4.1. Azərbaycan Respublikasının qanunvericiliyinə, baytarlıq fəaliyyəti subyektlərinin hüquqi və qanuni mənafelərinə riayət etməyə;

2.4.2. nəzarət və yoxlamaları onların keçirilməsi haqqında qərara uyğun olaraq həyata keçirməyə;

2.4.3. nəzarət və yoxlama məqsədilə baytarlıq fəaliyyəti subyektlərinin binalarına, ərazilərinə, digər obyektlərinə yalnız obyektin iş günü və iş vaxtı ərzində və xidməti vəsiqəni, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin obyektlərinə həmçinin nəzarətin həyata keçirilməsi haqqında qərarın surətini və nəzarətin Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı təqdim etməklə daxil olmağa; [5]

2.4.4. baytarlıq fəaliyyəti subyektlərinin nümayəndələrinin nəzarət və yoxlamanın həyata keçirilməsi prosesində iştirakına mane olmamağa, onlara yoxlamanın predmetinə aid izahatlar verməyə;

2.4.5. baytarlıq fəaliyyəti subyektlərinin vəzifəli şəxslərini və ya onların nümayəndələrini nəzarət və yoxlama tədbirlərinin nəticələri ilə tanış etməyə borcludurlar.

2.5. Heyvan mənşəli məhsulların və xammalın tədarükü, saxlanması və satışı ilə məşğul olan təşkilatlara yalnız baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçirilmiş, əhalinin sağlamlığı üçün təhlükəsizlik tələblərinə cavab verən və yoluxucu xəstəliklərə görə sağlam olan təsərrüfatlardan çıxan heyvan, heyvan mənşəli məhsul və xammalın qəbuluna, saxlanmasına və satışına ərazinin səlahiyyətli dövlət baytarlıq orqanı tərəfindən yol verilir.

2.6. Heyvanların kəsimi, heyvan mənşəli məhsulların və xammalın emalı müəssisələrinin müdiriyyəti məhsulların və xammalın normativ-texniki sənədlərə və baytarlıq normativlərinin tələblərinə uyğunluğunu yoxlamaq üçün həmin müəssisədə baytarlıq istehsalat-nəzarət bölmələri yaratmağa, həmçinin dövlət baytarlıq müfəttişlərinə baytarlıq nəzarətini həyata keçirmək üçün lazım olan şəraiti yaratmağa borcludur.

2.7. Obyektlərə daxil olan və orada istehsal edilən heyvan mənşəli məhsullar və xammal mütləq müvafiq baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçirilməli və onların sağlamlığını təsdiq edən ekspertiza aktı təqdim edildikdən sonra səlahiyyətli dövlət baytarlıq orqanı tərəfindən hər hansı bir məqsədlə istifadə edilməsinə icazə verilməlidir.

2.8. Dövlət baytarlıq orqanları belə obyektlərdə baytarlıq-sanitariya baxımından sağlam məhsulların buraxılmasına, emal edilməsinə, saxlanmasına və satışına nəzarət etməklə yanaşı, xəstəliklərə vaxtında diaqnoz qoyulmasını, xəstəlik baş verdiyi halda onun yayılmaması üçün heyvan sahiblərinin köməkliyi ilə xəstəliyin yerində ləğv edilməsini təmin etməlidirlər.

2.9. Xəstəliklərə diaqnoz qoyulması və ekspertiza işlərinin tam aparılması mümkün olmadıqda heyvanlardan, habelə heyvan mənşəli məhsullardan və xammaldan ərazi dövlət baytarlıq orqanı tərəfindən müvafiq qaydada nümunələr götürülərək yoxlanmaq üçün ərazidəki dövlət baytarlıq laboratoriyalarına göndərilməlidir.

2.10. Ticarət təşkilatlarında, bazarlarda, ictimai yeməkxanalarda rayon və şəhərlərin dövlət baytarlıq orqanları heyvan mənşəli məhsulların baytarlıq-sanitariya baxımından qiymətləndirilməsinə, məhsulların baytarlıq-sanitariya ekspertizasının nəticələrinin onlara verilən sənədlərə uyğun gəlməsinə, müşayiətedici baytarlıq sənədlərinin, ştampların, möhürlərin, damğaların saxta olmamasına nəzarət etməlidirlər. Lazım gəldikdə, həmin orqanlar tərəfindən məhsulun mənşəyi, onun tədarük edildiyi ərazinin epizootik vəziyyəti müəyyənləşdirilir, məhsullar baytarlıq-sanitariya tələblərinə cavab vermədikdə, laboratoriyada yoxlanılmaqla onların keyfiyyətinə, insanların həyatı üçün təhlükəli olub-olmamasına nəzarət edilir.

2.11. Dövlət baytarlıq nəzarətinin nəticələri müvafiq aktla rəsmiləşdirilir və nəticələr barədə təsərrüfat subyektlərinin "Nəzarət kitabçası"nda müvafiq qeydlər aparılır.

2.12. Baytarlıq fəaliyyətinin subyektləri nəzarət və yoxlama tədbirlərinin keçirilməsinə maneələr və əngəllər yaratmamalı, nəzarət və yoxlama tədbirlərini həyata keçirən dövlət baytarlıq müfəttişinin qanuni tələblərini yerinə yetirməlidirlər.

2.13. Dövlət baytarlıq orqanlarının vəzifəli şəxsləri təmsil etdikləri qurumun səlahiyyətlərinə aid olmayan tələblərin yerinə yetirilməsini yoxlamaq, nəzarət və yoxlama tədbirlərinin predmetinə aid olmayan məsələlər üzrə sənədləri, eyni zamanda müvafiq akt tərtib etmədən normadan artıq nümunələri tələb etmək və götürmək hüququna malik deyildirlər.

2.14. Heyvan mənşəli məhsullar onlara verilən baytarlıq sənədlərinə uyğun gəlmədikdə, belə məhsulların saxlanması və istifadə müddəti bitdikdə, habelə keyfiyyəti itdikdə səlahiyyətli dövlət baytarlıq orqanı tərəfindən həmin məhsulun aqibəti barədə müvafiq qərar qəbul edilir. [6]

 

3. YEM VƏ YEM ƏLAVƏLƏRİNİN DÖVRİYYƏSİNƏ DÖVLƏT BAYTARLIQ NƏZARƏTİNİN HƏYATA KEÇİRİLMƏSİ

 

3.1. Ölkə ərazisində istehsal və ya idxal edilməsindən asılı olmayaraq heyvanların yemləndirilməsi üçün nəzərdə tutulan bütün növ yem və yem əlavələrində yoluxucu heyvan xəstəlikləri törədicilərinin aşkarlanması üçün onlar dövlət baytarlıq nəzarətindən keçirilməlidir. İstifadə üçün yararlı olduğu halda onun yararlılığı barədə səlahiyyətli dövlət baytarlıq orqanı tərəfindən müsbət rəy verilməlidir.

3.2. Yem və yem əlavələrinin dövriyyəsi zamanı onlara verilən müşayiətedici baytarlıq sənədlərinin (baytarlıq şəhadətnamələrinin, sertifikatların) olmasına ərazi dövlət baytarlıq müfəttişi tərəfindən nəzarət edilməlidir.

3.3. Yem və yem əlavələri istehsal edən müəssisələrin baytarlıq-sanitariya vəziyyətinə ərazinin dövlət baytarlıq orqanının səlahiyyətli mütəxəssisi tərəfindən nəzarət edilməlidir.

3.4. Tərkibində heyvanların boy artımını sürətləndirən və məhsuldarlığını yüksəldən antibiotiklər, hormonlar və bioloji stimulyatorlar olan yem və yem əlavələrinin baytarlıq normalarının tələblərinə uyğunluğu səlahiyyətli dövlət baytarlıq orqanı tərəfindən yoxlanıldıqdan sonra onların tətbiqi həmin orqanın nəzarəti altında həyata keçirilməlidir.

3.5. Məhsul sahibləri tərəfindən istehsal və ya idxal-ixrac edilən hər bir partiya yem və yem əlavələrindən sınaq nümunələrinin müvafiq sənədlərlə birlikdə müayinə edilməsi, zərərsizliyi və keyfiyyətinə rəy verilməsi, eləcə də dövlət qeydiyyatına alınması üçün Azərbaycan Dövlət Baytarlıq Preparatlarına Elmi-Nəzarət İnstitutuna göndərilməsi təmin edilməlidir.

 

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2007-ci il 5 oktyabr tarixli 156 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Heyvan saxlayan, habelə heyvan mənşəli məhsulların və xammalın emalı, saxlanması və onların ticarəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin baytarlıq qaydalarının və normalarının pozulduğu hallarda onların fəaliyyətinin müvəqqəti dayandırılması və ya qadağan edilməsi, həmçinin dövlət baytarlıq orqanlarının icrası məcburi olan qərarlarının forması, onların tərtib edilməsi və verilməsi

 

QAYDALARI [7]

 

l. ÜMUMİ MÜDDƏA

 

Bu Qaydalar "Baytarlıq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanının 1.13-cü və 1.21-ci bəndlərinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və heyvan saxlayan, habelə heyvan mənşəli məhsulların və xammalın emalı, saxlanması və onların ticarəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin baytarlıq qaydalarını və normalarını pozduğu hallarda onların fəaliyyətinin müvəqqəti dayandırılması və ya qadağan edilməsi, habelə dövlət baytarlıq orqanlarının icrası məcburi olan qərarlarının forması, onların tərtib edilməsi və verilməsi mexanizmini müəyyən edir.

 

2. HEYVAN SAXLAYAN, HABELƏ HEYVAN MƏNŞƏLİ MƏHSULLARIN VƏ XAMMALIN EMALI, SAXLANMASI VƏ ONLARIN TİCARƏTİ İLƏ MƏŞĞUL OLAN HÜQUQİ VƏ FİZİKİ ŞƏXSLƏRİN BAYTARLIQ QAYDALARINI VƏ NORMALARINI POZDUQLARI HALLARDA ONLARIN FƏALİYYƏTİNİN MÜVƏQQƏTİ DAYANDIRILMASI VƏ YA QADAĞAN EDİLMƏSİ

 

Hüquqi və fiziki şəxslər aşağıda göstərilən baytarlıq qayda və normalarım pozduqları hallarda və dövlət baytarlıq orqanlarının müvafiq göstərişlərinə əməl etmədikdə, onların fəaliyyətləri dövlət baytarlıq orqanlarının müvafiq qərarı ilə müvəqqəti dayandırılır və ya qadağan edilir:

ərazini, istehsalat binalarını və obyektləri, yem və yem əlavələrini, həmçinin heyvan mənşəli məhsulların və xammalın emalı, saxlanması, daşınması və satışı üçün lazım olan avadanlıq və qurğuları baytarlıq-sanitariya qaydalarına uyğun saxlamadıqda, ətraf mühitin çirklənməsinə yol verdikdə;

dövlət baytarlıq nəzarətində olan məhsulların istehsalı, tədarükü, saxlanması, emalı və satışı obyektlərinin (binaların) tikintisi, bərpası və istismara verilməsində müvafiq zoogigiyenik və baytarlıq (baytarlıq-sanitariya) qaydalarına əməl etmədikdə;

heyvan xəstəliklərinin qarşısını almaq və dövlət baytarlıq nəzarətində olan yüklərin təhlükəsizliyini təmin etmək məqsədilə inzibati-təsərrüfat tədbirlərini həyata keçirmədikdə;

heyvanların kütləvi xəstələnməsi və ya tələfatı haqqında dövlət baytarlıq orqanlarına vaxtında məlumat vermədikdə;

ərazini xaricdən keçə biləcək xəstəliklərdən qorumaq məqsədilə başqa ölkələrdən gətirilən heyvanların sağlamlığı müəyyənləşdirilənədək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Başqa ölkələrdən gətirilən heyvanların sağlamlığım müəyyənləşdirmək üçün onların təcrid olunmuş halda saxlanması Qaydası və müddəti"ndə müəyyən edilən müddətədək onları təcrid olunmuş halda saxlamadıqda;

heyvanlara baxış keçirilməsində, brusellyoz və vərəmə görə seroallerji müayinələrin aparılmasında, xüsusi təhlükəli xəstəliklər siyahısına aid olan xəstəliklərə qarşı profilaktik və məcburi peyvəndləmə tədbirlərinin həyata keçirilməsində xidməti vəzifələrini yerinə yetirən baytar mütəxəssislərinə lazımi şərait yaratmadıqda;

baytar mütəxəssislərinin göstərişinə əsasən quşların ektoparazitlərə qarşı işlənməsini, mal-qaranın parazitar xəstəliklərə qarşı çimizdirilməsini, heyvandarlıq və quşçuluq binalarının vaxtaşırı mexaniki təmizlənərək dezinfeksiya edilməsini, helmint xəstəliklərini vaxtında aşkar etmək məqsədilə mal-qaranın vaxtaşırı kaproloji müayinədən keçirilməsini təmin etmədikdə;

heyvan və heyvan mənşəli məhsulların baytarlıq müayinəsindən keçirilməsi üçün onları vaxtında baytar mütəxəssislərinə təqdim etmədikdə;

əhalinin və heyvanların sağlamlığı üçün təhlükə yaradan xəstəliyə yoluxmuş heyvanların, heyvan mənşəli məhsulların və xammalın, yem və yem əlavələrinin zərərsizləşdirilməsi üçün baytar mütəxəssislərinin tələblərini yerinə yetirmədikdə;

baytarlıq müayinəsindən keçirilməyən, ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda heyvanların kəsilməsinə, ətin və digər heyvan mənşəli məhsulların baytarlıq (baytarlıq-sanitariya) ekspertizası aparılmadan satışına yol verdikdə;

heyvanların sağlamlığını və heyvan mənşəli məhsulların baytarlıq tələblərinə uyğunluğunu təsdiq edən baytarlıq sənədləri olmadan heyvanların, heyvan mənşəli məhsulların və xammalın ticarəti ilə məşğul olduqda.

 

3. DÖVLƏT BAYTARLIQ MÜFƏTTİŞLƏRİNİN İCRASI MƏCBURİ OLAN QƏRARLARININ FORMASI, ONLARIN TƏRTİB EDİLMƏSİ VƏ VERİLMƏSİ

 

3.1. Dövlət baytarlıq orqanları tərəfindən bu Qaydaların 1-6 nömrəli əlavələrinə uyğun formalarda icrası məcburi olan qərarlar tərtib edilir.

3.2. İcrası məcburi olan qərar tərtib edilərkən, dövlət baytarlıq nəzarətində olan yükün sahibinə (daşıyıcıya və ya digər səlahiyyətli şəxsə), baytarlıq qanunvericiliyinin tələblərini pozan fiziki və hüquqi şəxslərə bu qərarla tanış olmaq imkanı yaradılır.

3.3. İcrası məcburi olan qərar 3 nüsxədə tərtib olunur, onun 1-ci nüsxəsi bu qərarı tərtib edən dövlət baytarlıq müfəttişinin çalışdığı dövlət baytarlıq orqanında saxlanılır, 2-ci nüsxəsi dövlət baytarlıq nəzarətində olan yükün sahibinə (daşıyıcıya və ya digər səlahiyyətli şəxsə), baytarlıq qanunvericiliyinin tələblərini pozan fiziki və hüquqi şəxslərə, 3-cü nüsxəsi isə məlumat üçün Kənd Təsərrüfatı Nazirliyinin yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinə (bundan sonra - Dövlət Baytarlıq Nəzarəti Xidmətinə) təqdim olunur. [8]

3.4. Dövlət baytarlıq orqanlarının icrası məcburi olan qərarlarının yerinə yetirilməməsinə görə fiziki və hüquqi şəxslər mövcud qanunvericiliyə müvafiq məsuliyyət daşıyırlar.

3.5. Dövlət baytarlıq orqanlarının icrası məcburi olan qərarları həmin qərarların baytarlıq müfəttişi tərəfindən tərtib edilməsi yolu ilə verilir.

3.6. Dövlət baytarlıq orqanlarının icrası məcburi olan qərarları bu Qaydalara əlavə olunan müvafiq formaların (1-6 nömrəli əlavələr) doldurulması yolu ilə tərtib edilir.

3.7. Dövlət baytarlıq orqanlarının icrası məcburi olan qərarları Azərbaycan Respublikasının dövlət dilində əlyazma formasında tərtib edilir.

3.8. Dövlət baytarlıq orqanlarının icrası məcburi olan qərarları tərtib edilərkən, qərarın mətnində düzəlişlərə, pozulmalara, əlavə yazılara yol verilmir.

3.9. Dövlət baytarlıq orqanlarının tərtib olunmuş qərarları həmin qərarları tərtib edən dövlət baytarlıq müfəttişləri tərəfindən imzalanır və onun tabe olduğu dövlət baytarlıq orqanının möhürü ilə təsdiq edilir. [9]

3.10. Fiziki və hüquqi şəxslər dövlət baytarlıq orqanlarının icrası məcburi olan qərarları ilə razılaşmadığı halda müəyyən olunmuş qaydada Dövlət Baytarlıq Nəzarəti Xidmətinə və ya məhkəməyə şikayət edə bilərlər. [10]

 


 

"Heyvan saxlayan, habelə heyvan mənşəli məhsulların

və xammalın emalı, saxlanması və onların ticarəti ilə

məşğul olan hüquqi və fiziki şəxslərin baytarlıq

qaydalarının və normalarının pozulduğu hallarda onların

fəaliyyətinin müvəqqəti dayandırılması və ya qadağan

edilməsi, həmçinin dövlət baytarlıq orqanlarının

icrası məcburi olan qərarlarının forması, onların

tərtib edilməsi və verilməsi Qaydaları"na

1 nömrəli ƏLAVƏ

 

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti Dövlət baytarlıq nəzarəti obyektlərinin baytarlıq (baytarlıq-sanitariya)

ekspertizası və diaqnostika müayinələrinin qanunvericiliklə

müəyyən edilmiş qaydada aparılması haqqında [11]

 

QƏRAR

 

Şəhər (rayon)_______________________________    ___________________200 _____il

Mən ______________________________________________________________________________

(şəhər (rayon) dövlət baytarlıq orqanının rəhbəri (soyadı, adı, atasının adı) [12]

__________________________________________________________________________məxsus olan

(hüquqi və ya fiziki şəxsin adı, ünvanı)

____________________________________________________________________________________

(dövlət baytarlıq nəzarəti obyektinin adı)

 

dövlət baytarlıq nəzarətini həyata keçirərkən, yerinə yetirilməsi vacib olan göstərişlər verdim və "Baytarlıq haqqında" Azərbaycan Respublikası Qanununun 13.1.2-ci maddəsini əsas götürərək qərara aldım:

____________________________________________________________________________________

(dövlət baytarlıq nəzarətində olan obyektin adı)

 

baytarlıq (baytarlıq-sanitariya) ekspertizası və diaqnostik müayinələrin aparılmasına cəlb olunsun.

Bu qərar, barəsində tətbiq edilən dövlət baytarlıq nəzarəti obyektinin mülkiyyətçisi (və ya digər səlahiyyətli şəxsi) tərəfindən məcburi icra edilməlidir.

 

Qərar ______________nüsxədə tərtib edildi.

 

Qərarı qəbul edən şəxsin imzası ____________________________________

 

Qərarın nüsxəsini aldım __________________________________________

(soyadı, adı, atasının adı, imza, tarix)

 

M. Y.

 


 

"Heyvan saxlayan, habelə heyvan mənşəli məhsulların

və xammalın emalı, saxlanması və onların ticarəti ilə

məşğul olan hüquqi və fiziki şəxslərin baytarlıq

qaydalarının və normalarının pozulduğu hallarda onların

fəaliyyətinin müvəqqəti dayandırılması və ya qadağan

edilməsi, həmçinin dövlət baytarlıq orqanlarının

icrası məcburi olan qərarlarının forması, onların

tərtib edilməsi və verilməsi Qaydaları"na

2 nömrəli ƏLAVƏ

 

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti Heyvanların planlı profilaktik və ya məcburi peyvənd edilməsi, heyvan xəstəliklərinin baş verməsinin və yayılmasının qarşısının alınması, xəstəlikləri ləğv etmək üçün epizootiya mənbələrində və qeyri-sağlam məntəqələrdə, heyvandarlıq binalarında, onların ərazilərində, nəqliyyatda və digər yerlərdə dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin qanunvericiliklə müəyyən edilmiş qaydada aparılması haqqında

 

QƏRAR  

 

Şəhər (rayon)_______________________                           _____________200 _____il

Mən ________________________________________________________________________________

(şəhər (rayon) dövlət baytarlıq orqanının rəhbəri (soyadı, adı, atasının adı)

__________________________________________________________________________məxsus olan

(hüquqi və ya fiziki şəxsin adı, ünvanı)

_____________________________________________________________________________________

(dövlət baytarlıq nəzarəti obyektinin adı)

 

dövlət baytarlıq nəzarətini həyata keçirərkən, yerinə yetirilməsi vacib olan göstərişlər verdim və "Baytarlıq haqqında" Azərbaycan Respublikası Qanununun 13.1.3-cü maddəsini əsas götürərək qərara aldım:

____________________________________________________________________________________

(dövlət baytarlıq nəzarətində olan obyektin adı)

_____________________________________________________________________________________

(planlı profilaktik və ya məcburi peyvənd edilməsinə, dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmasına)

cəlb olunsun.

 

Bu qərar, barəsində tətbiq edilən dövlət baytarlıq nəzarəti obyektinin mülkiyyətçisi (və ya digər səlahiyyətli şəxsi) tərəfindən məcburi icra edilməlidir.

 

Qərar ____________ nüsxədə tərtib edildi.

Qərarı qəbul edən şəxsin imzası___________________________________

Qərarın nüsxəsini aldım _____________________________________________

(soyadı, adı, atasının adı, imza, tarix)

M. Y.

 

 


 

"Heyvan saxlayan, habelə heyvan mənşəli məhsulların

və xammalın emalı, saxlanması və onların ticarəti ilə

məşğul olan hüquqi və fiziki şəxslərin baytarlıq

qaydalarının və normalarının pozulduğu hallarda onların

fəaliyyətinin müvəqqəti dayandırılması və ya qadağan

edilməsi, həmçinin dövlət baytarlıq orqanlarının

icrası məcburi olan qərarlarının forması, onların

tərtib edilməsi və verilməsi Qaydaları"na

3 nömrəli ƏLAVƏ

 

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti Baytarlıq qaydalarının və normalarının pozulduğu hallarda, habelə heyvan və insanlar üçün ümumi olan xəstəliklər də daxil olmaqla, xüsusi təhlükəli və digər yoluxucu xəstəliklərin baş verməsi və yayılması təhlükəsi müəyyən edildikdə, hüquqi və fiziki şəxslərin fəaliyyətinin

müvəqqəti dayandırılması və ya qadağan edilməsi haqqında

 

QƏRAR  

Şəhər (rayon)_______________________________________  ___________________200 ____il

Mən________________________________________________________________________________

(şəhər (rayon) dövlət baytarlıq orqanının rəhbəri (soyadı, adı, atasının adı)

_________________________________________________________________________məxsus olan

(hüquqi və ya fiziki şəxsin adı, ünvanı)

_______________________________________________________________________________________________________

(obyektin adı, ünvanı, fəaliyyət növü)

dövlət baytarlıq nəzarətini həyata keçirərkən,

______________________________________________________________________müəyyən etdim.

(baytarlıq-sanitariya pozuntularının xarakterini və ya xəstəliklərin baş verməsi və yayılması təhlükəsini)

"Baytarlıq haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.6-cı maddəsinə

uyğun olaraq

QƏRARA   ALIRAM:

"_______" ___________200 ______ - ci il tarixdən

____________________________________________________________________________________

(obyektin adı)

 


(müvəqqəti dayandırmaq, qadağan etmək)

Bu qərar, barəsində tətbiq edilən dövlət baytarlıq nəzarəti obyektinin mülkiyyətçisi (və ya digər səlahiyyətli şəxsi) tərəfindən məcburi icra edilməlidir.

 

Qərar____________nüsxədə tərtib edildi.

Qərarı qəbul edən şəxsin imzası _____________________

Qərarın nüsxəsini aldım __________________________

(soyadı, adı, atasının adı, imza, tarix)

 

Qeyd. Bu qərardan qanunvericiliklə müəyyən edilmiş qaydada aidiyyəti orqanlara şikayət verilə bilər.

 

M.Y.


"Heyvan saxlayan, habelə heyvan mənşəli məhsulların

və xammalın emalı, saxlanması və onların ticarəti ilə

məşğul olan hüquqi və fiziki şəxslərin baytarlıq

qaydalarının və normalarının pozulduğu hallarda onların

fəaliyyətinin müvəqqəti dayandırılması və ya qadağan

edilməsi, həmçinin dövlət baytarlıq orqanlarının

icrası məcburi olan qərarlarının forması, onların

tərtib edilməsi və verilməsi Qaydaları"na

4 nömrəli ƏLAVƏ

 

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti Əhalinin və heyvanların sağlamlığı üçün təhlükəliliyi müvafiq ekspertiza nəticələri və laboratoriya müayinələri ilə sübut edilmiş heyvanların, heyvan mənşəli məhsulların və xammalın qanunla müəyyən edilmiş qaydada və şərtlərlə dəyəri ödənilməklə götürülməsi, təkrar emalı, zərərsizləşdirilməsi və yaxud məhv edilməsi haqqında

 

QƏRAR  

Şəhər (rayon)_________________________________________       ________________200 ____il

Mən_______________________________________________________________________________

(şəhər (rayon) dövlət baytarlıq orqanının rəhbəri (soyadı, adı, atasının adı)

_________________________________________________________________________məxsus olan

(hüquqi və ya fiziki şəxsin adı, ünvanı)

_____________________________________________________________________________________

(heyvana, heyvan mənşəli məhsula və xammala)

dövlət baytarlıq nəzarətini həyata keçirərkən,
____________________________________________________________________müəyyən etdim və

(aşkar olunmuş halları göstərməklə)

"Baytarlıq haqqında" Azərbaycan Respublikası Qanununun 13.1.5-ci maddəsinə əsasən qərara alıram:

_____________________________________________________________________________________

(heyvan, heyvan mənşəli məhsul və xammal)

_____________________________________________________________________________________

dəyəri ödənilməklə götürülsün, təkrar emal edilsin, zərərsizləşdirilsin və ya məhv edilsin).

 

Bu qərar, barəsində tətbiq edilən dövlət baytarlıq nəzarəti obyektinin mülkiyyətçisi (və ya digər səlahiyyətli şəxsi) tərəfindən məcburi icra edilməlidir.

 

Qərar _____________nüsxədə tərtib edildi.

Qərarı qəbul edən şəxsin imzası__________________________

Qərarın nüsxəsini aldım______________________________

(soyadı, adı, atasının adı, imza, tarix)

 

Qeyd. Bu qərar əhalinin və heyvanların sağlamlığı üçün təhlükəliliyi müvafiq ekspertiza nəticələri və ya laboratoriya müayinələri ilə sübut edilmiş hallarda verilə bilər.

 

M.Y.


"Heyvan saxlayan, habelə heyvan mənşəli məhsulların

və xammalın emalı, saxlanması və onların ticarəti ilə

məşğul olan hüquqi və fiziki şəxslərin baytarlıq

qaydalarının və normalarının pozulduğu hallarda onların

fəaliyyətinin müvəqqəti dayandırılması və ya qadağan

edilməsi, həmçinin dövlət baytarlıq orqanlarının

icrası məcburi olan qərarlarının forması, onların

tərtib edilməsi və verilməsi Qaydaları"na

5 nömrəli ƏLAVƏ

 

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti Dövlət baytarlıq nəzarətində olan yüklərin idxalı, ixracı və tranzit daşınmasında baytarlıq (baytarlıq-sanitariya) tələblərinin pozulması halları baş verdikdə, qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq tədbirlər görülənə kimi qanunvericilikdə müəyyən edilmiş qaydada yüklərin saxlanması və dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi haqqında

 

QƏRAR  

 

Şəhər (rayon)__________________________________         __________________200   ____il

Mən ________________________________________________________________________________

(şəhər (rayon) dövlət baytarlıq orqanının rəhbəri (soyadı, adı, atasının adı)

__________________________________________________________________________məxsus olan

(hüquqi və ya fiziki şəxsin adı, ünvanı)

_____________________________________________________________________________________

(dövlət baytarlıq nəzarətində olan yükün adı)

_____________________________________________ zamanı

(idxal, ixrac, tranzit daşınması)

dövlət baytarlıq nəzarətini həyata keçirərkən _____________________________aşkar edilmişdir.

                                                         (pozuntunun səbəbi)

 

"Baytarlıq haqqında"  Azərbaycan Respublikası Qanununun  13.1.7-ci maddəsini əsas götürərək qərara alıram:

 

Aşkar edilmiş pozuntu halları aradan qaldırılanadək ___________________________saxlanılsın.

(yükün adı, ünvan)

 

Bu qərar, barəsində tətbiq edilən dövlət baytarlıq nəzarəti obyektinin mülkiyyətçisi (və ya digər səlahiyyətli şəxsi) tərəfindən məcburi icra edilməlidir.

 

Qərar_____________ nüsxədə tərtib edildi.

Qərarı qəbul edən şəxsin imzası_________________________________

Qərarın nüsxəsini aldım________________________________________

(soyadı, adı, atasının adı, imza, tarix)

M.Y.

 


"Heyvan saxlayan, habelə heyvan mənşəli məhsulların

və xammalın emalı, saxlanması və onların ticarəti ilə

məşğul olan hüquqi və fiziki şəxslərin baytarlıq

qaydalarının və normalarının pozulduğu hallarda onların

fəaliyyətinin müvəqqəti dayandırılması və ya qadağan

edilməsi, həmçinin dövlət baytarlıq orqanlarının

icrası məcburi olan qərarlarının forması, onların

tərtib edilməsi və verilməsi Qaydaları"na

6 nömrəli ƏLAVƏ

 

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti Qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyatdan keçməyən, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, saxta, keyfiyyətsiz baytarlıq preparatlarının, yem və yem əlavələrinin qanunla müəyyən edilmiş qaydada götürülməsi və məhv edilməsi haqqında

 

QƏRAR  

 

Şəhər (rayon) ____________________________      ____________________200 _____il

Mən________________________________________________________________________________

(şəhər (rayon) dövlət baytarlıq orqanının rəhbəri (soyadı, adı, atasının adı)

_________________________________________________________________________məxsus olan

(hüquqi və ya fiziki şəxsin adı)

_____________________________________________________________________________________

(baytarlıq preparatı, yem və yem əlavələri)

dövlət baytarlıq nəzarətini həyata keçirərkən,____________________________________________

____________________________________________________________________müəyyən etdim və

(aşkar olunmuş halları göstərməklə)

 

"Baytarlıq haqqında" Azərbaycan Respublikası Qanununun 13.1.8-ci maddəsinə əsasən qərara alıram:

____________________________________________________________________________________

(baytarlıq preparatının, yem və yem əlavələrinin adı, miqdarı, çəkisi, sayı)

götürülsün və məhv edilsin.

 

Bu qərar, barəsində tətbiq edilən dövlət baytarlıq nəzarəti obyektinin mülkiyyətçisi (və ya digər səlahiyyətli şəxsi) tərəfindən məcburi icra edilməlidir.

 

Qərar________________  nüsxədə tərtib edildi.

Qərarı qəbul edən şəxsin imzası ____________________________________

Qərarın nüsxəsini aldım ___________________________________________

(soyadı, adı, atasının adı, imza, tarix)

 

M.Y.

 


Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2007-ci il 5 oktyabr tarixli 156 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Xəstəliklə yoluxma zonasında təcrid rejiminin saxlanılması məqsədilə birgə karantin polis və baytarlıq nəzarəti postlarının sayı və yerləşdirilməsi [13]

 

QAYDALARI

 

l. ÜMUMİ MÜDDƏALAR

 

1.1. Bu Qaydalar “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanının 1.43-cü bəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və xəstəliklə yoluxma zonasında təcrid rejiminin saxlanılması məqsədilə birgə karantin polis və baytarlıq nəzarəti postlarının sayını və yerləşdirilməsini müəyyən edir. [14]

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 7 iyul tarixli 167 nömrəli və 2006-cı il 19 oktyabr tarixli 228 nömrəli qərarları ilə təsdiq edilmiş "Heyvanların və əhalinin sağlamlığı üçün təhlükə törədən xüsusi təhlükəli xəstəliklərin Siyahısı"nda və "Karantin və məhdudiyyət tədbirləri tətbiq edilən yoluxucu heyvan xəstəliklərinin Siyahısı"nda göstərilən xəstəliklər baş verdikdə, karantin və məhdudlaşdırıcı tədbirlər tətbiq edilir.

 

2. HEYVANLARIN XÜSUSİ TƏHLÜKƏLİ XƏSTƏLİKLƏRİ, O CÜMLƏDƏN HEYVAN VƏ İNSANLAR ÜÇÜN ÜMUMİ OLAN XƏSTƏLİKLƏR BAŞ VERDİYİ ÖLKƏ VƏ REGİONLARDAN HEYVAN VƏ HEYVANDARLIQ MƏHSULLARININ İDXALINA, İXRACINA MƏHDUDİYYƏT VƏ QADAĞALARIN QOYULMASI [15]

 

2.1. Heyvanların xüsusi təhlükəli xəstəlikləri, o cümlədən heyvan və insanlar üçün ümumi olan xəstəliklərin baş verdiyi ölkələrdən və regionlardan heyvanların, heyvan mənşəli məhsulların, yem və yem əlavələrinin idxalına və ixracına məhdudiyyət və qadağalar Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (bundan sonra - Dövlət Baytarlıq Nəzarəti Xidməti)  tərəfindən qoyulur. [16]

2.2. Dövlət baytarlıq nəzarətində olan yüklərin idxalı zamanı ölkə ərazisinə təhlükəli yoluxucu xəstəliklərin daxil olmasına və yayılmasına yol verməmək məqsədilə Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən yüklərin idxal edildiyi ölkənin dövlət baytarlıq orqanından və ya onun ərazi bölmələrindən həmin ölkənin epizootik vəziyyəti və yüklərin xüsusi təhlükəli xəstəliklərə görə sağlam olması barədə əvvəlcədən rəsmi məlumat alınmalıdır.

2.3. Dövlət baytarlıq orqanı tərəfindən baxış keçirilərkən heyvanların təhlükəli xəstəliklərdən hər hansı birinə görə xəstə və ya onun törədicisi ilə yoluxmuş  olması,  habelə beynəlxalq baytarlıq sertifikatının düzgün tərtib edilməməsi müəyyən edilərsə, həmin yükün tranzitinin qadağan edilməsi, yoluxucu xəstəlik diaqnozu təsdiq edildikdə həmin heyvanların (heyvan partiyasının) ixrac edən ölkəyə qaytarılması, kəsimi və ya məhv edilməsi haqqında qərar qəbul edilə bilər. [17]

2.4. İdxal edilən heyvanlar, heyvan mənşəli məhsullar, yem və yem əlavələri ölkə ərazisinə daxil olduqdan sonra onlarda xüsusi təhlükəli xəstəliklər aşkar edildikdə, xəstəliyin yerində məhv edilməsi və yayılmaması üçün hər bir xəstəliyə uyğun karantin tədbirlərinə əməl edilməklə dezinfeksiya işləri həyata keçirilir.

2.5. Xəstəlik aşkar edilən ərazidən heyvanların, heyvan mənşəli məhsulların, yem və yem əlavələrinin və s. kənara çıxarılması ərazinin dövlət baytarlıq orqanı tərəfindən qadağan edilir, orada ciddi karantin tədbirləri həyata keçirilir. Aşkar edilmiş xəstəlik ekzotik xəstəlik olduqda isə heyvanların və onların məhsullarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 16 aprel tarixli 66 nömrəli qərarı ilə təsdiq edilmiş "Bir sıra karantin və xüsusi təhlükəli yoluxucu xəstəliklər baş verdikdə, həmin xəstəliklərin ləğv edilməsi zamanı hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın əvəzinin ödənilməsi Qaydaları"na uyğun olaraq yerində məhv edilməsi məsələsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq orqanlarının iştirakı ilə həll edilir.

 

3. KARANTİN VƏ MƏHDUDLAŞDIRICI TƏDBİRLƏR

 

3.1. Xəstəlik mənbəyində və xəstəliyə görə qeyri-sağlam məntəqələrdə xüsusi təhlükəli xəstəliklərin, o cümlədən heyvan və insanlar üçün ümumi olan yoluxucu xəstəliklərin baş verdiyi halda xəstəliyin dərəcəsindən asılı olaraq onun yerində ləğv edilməsi və yayılmasının qarşısını almaq məqsədilə karantin və ya məhdudlaşdırıcı tədbirlər həyata keçirilir.

3.2. Heyvanların xüsusi təhlükəli xəstəliklərinin yayılması dərəcəsindən asılı olaraq, xəstəlik bir rayonun ərazisində və ya ərazi vahidində baş verdikdə, ərazi baş dövlət baytarlıq müfəttişinin, bir neçə rayonda, bölgədə və ya respublikanın bütün ərazisində isə respublikanın baş dövlət baytarlıq müfəttişinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları ilə birgə təqdimatı əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə karantin və ya məhdudiyyət tədbirləri tətbiq edilir.

Karantin və məhdudiyyət tədbirləri aşağıdakıları əhatə edir:

infeksiya mənbəyinin müəyyənləşdirilməsi, onun zərərsizləşdirilməsi və ləğv edilməsi;

xəstəliyə yoluxma təhlükəsi olan heyvanlarda peyvənd vasitəsilə immunitetin yaradılması;

epizootiya ocağında infeksiyanın yayılmasının qarşısını almaq məqsədilə ərazidə olan heyvan mənşəli məhsulların, xammalın, yemin, peyinin, istehsalat tullantılarının zərərsizləşdirilməsi, dezinfeksiyası, mühafizə-məhdudlaşdırıcı tədbirlərin planlı və məqsədyönlü aparılması.

Karantin və məhdudiyyət qoyulan ərazidə sağlamlaşdırma məqsədilə tədbirlər planı hazırlanır və orada görülən işlərin adları və icra müddəti göstərilir.

3.3. Səlahiyyətli dövlət orqanı tərəfindən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq, karantin tədbirlərini həyata keçirmək üçün infeksiya zonasına gedən yolun kənarında "Karantin" sözü yazılmış xüsusi lövhə asılır. Əraziyə gələn əsas yol saxlanmaqla, digər yollar müəyyənləşdirilərək bağlanır. Əsas yolda bütün gün ərzində fəaliyyət göstərən birgə karantin polis və baytarlıq nəzarəti postu yaradılır və şlaqbaum qoyulur. Həmin yerdə dezinfeksiya sədləri (dezobaryer) düzəldilir, eyni zamanda yemlərin, ləvazimatların, avadanlıqların və digər əşyaların gətirilməsi üçün yükboşaltma meydançası təşkil edilir.

3.4. Karantin müddətində həmin ərazidə yerləşən bazarların, heyvan tədarükü (kəsimi) məntəqələrinin, əlaqəli müəssisələrin, həmçinin yarmarkaların, hərracların, sərgilərin, dövlət baytarlıq nəzarətinə cəlb edilən yüklərin kütləvi toplanılan yerlərinin fəaliyyəti ərazinin dövlət baytarlıq orqanının müvafiq qərarı ilə müvəqqəti dayandırılır.

3.5. Xüsusi təhlükəli yoluxucu xəstəlik aşkar edilən ərazinin ətraf təsərrüfatlarla bütün əlaqələri kəsilir, ərazidən keçən sərnişin daşınmasında iştirak edən nəqliyyat vasitələrinin marşrutu dəyişdirilir. Ərazinin dövlət baytarlıq orqanının müvafiq qərarı ilə ərazidə baytarlıq nəzarətində olan yüklərin dəmiryol stansiyaları, hava və su limanları vasitəsilə başqa yerlərə aparılmasına və həmin yüklərdən ibarət poçt bağlamalarının göndərilməsinə qadağa qoyulur.

3.6. Xüsusi təhlükəli xəstəliklər baş verdikdə, səlahiyyətli dövlət orqanı tərəfindən yaradılmış epizootiya əleyhinə fövqəladə komissiya tərəfindən infeksiya mənbəyinin ətrafında xəstəliyin yayılma təhlükəsi olan zonalar və onun sərhədləri xəstəliyin növündən və yayılma dərəcəsindən asılı olaraq (infeksiya ocağının, təhlükəli zonanın və baytarlıq nəzarətində olan zonanın radiusları) müəyyənləşdirilir.

3.7. Xüsusi təhlükəli yoluxucu xəstəlik heyvandarlıq və ya quşçuluq təsərrüfatında baş verdikdə, sanitar-buraxılış məntəqəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir, heyvanlara və ya quşlara qulluq edən şəxslər təsərrüfatdan kənara  çıxarkən,  tam baytarlıq-sanitariya işləməsindən keçirilir, təsərrüfatın rəhbəri tərəfindən onlar karantin dövründə xüsusi geyim, rezin çəkmə və s. ləvazimatlarla təmin edilir.

3.8. Geniş yayılma qorxusu olmayan yoluxucu xəstəliklər (nekrobakterioz, qaramalın çiçəyi, atların saqqosu və s.) baş verdikdə, karantin tədbirləri əvəzinə məhdudiyyət tədbirləri həyata keçirilir.

3.9. Karantin və ya məhdudiyyət tədbirləri zamanı xəstə və xəstəliyə şübhəli heyvanlar dövlət baytarlıq müfəttişinin nəzarəti altında şərti sağlam heyvanlardan ayrılır. Xəstə heyvanların ayrıca saxlanması üçün izolyator yaradılır. İzolyator sağlam heyvanlar saxlanan yerdən 100 metr aralıda təşkil edilir.

3.10. Heyvan mənşəli məhsulların və xammalın istehsalı, tədarükü, saxlanması, emalı və satışı ilə məşğul olan fiziki və mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslər karantin və məhdudlaşdırıcı tədbirlər qoyulduqda, xəstəliyin yayılmaması üçün nəzərdə tutulan vəzifələrin yerinə yetirilməsinə və baytarlıq-sanitariya tələblərinə ciddi əməl etməlidirlər.

3.11. Xüsusi təhlükəli xəstəlik baş verdiyi ərazidə nəzərdə tutulan kompleks baytarlıq tədbirləri həyata keçirildikdən sonra bu ərazidə Azərbaycan Respublikası  Nazirlər Kabinetinin qərarı  ilə karantin və ya məhdudiyyət tədbirlərinin tətbiqi dayandırılır. Zəruri hallarda baytarlıq tədbirlərinin həyata keçirilməsi    üçün    karantinin    götürülməsi    barədə    qərarda    müəyyən məhdudiyyət tədbirlərinin davam etdirilməsi göstərilə bilər.

 

4. XÜSUSİ BAYTARLIQ TƏDBİRLƏRİ

 

4.1. Qoyulmuş karantin və məhdudlaşdırıcı tədbirlərin həyata keçirilməsində müvafiq təşkilati, təsərrüfat və baytarlıq tədbirlərinin aparılmasına xəstəlik baş vermiş müəssisə və təşkilatların rəhbərləri, kənd, qəsəbə və şəhər bələdiyyə orqanları və həmin ərazinin dövlət baytarlıq xidməti işçiləri cavabdehlik daşıyırlar.

4.2. Karantin və məhdudlaşdırıcı tədbirlər tətbiq edildikdə, ilk növbədə xəstəlik mənbəyində və təhlükəli zonada xəstəliyə həssas heyvanların miqdarı müəyyənləşdirilir, ekzotik infeksiyalar zamanı xəstə və şübhəli heyvanlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 16 aprel tarixli 66 nömrəli qərarı ilə təsdiq edilmiş "Bir sıra karantin və xüsusi təhlükəli yoluxucu xəstəliklər baş verdikdə, həmin xəstəliklərin ləğv edilməsi zamanı hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın əvəzinin ödənilməsi Qaydaları"na uyğun olaraq yerində məhv edilir, digər hallarda isə onlar müalicəyə cəlb edilir. Xəstə heyvanların müalicəsi üçün lazım olan bioloji və digər baytarlıq preparatları Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən təmin edilir.

4.3. Spesifik serumla passiv peyvənd edilmiş heyvanlar sağaldıqdan sonra onlar baytar mütəxəssisləri tərəfindən termometriyadan keçirilir, əldə olan peyvənd vasitələri ilə əvvəlki peyvəndləmənin aparılma vaxtından asılı olmayaraq xəstəlik mənbəyində və ona qonşu ərazilərdə mövcud olan bütün həssas heyvanlar dövlət baytarlıq orqanı tərəfindən məcburi (aktiv) peyvəndləməyə cəlb olunaraq siyahı tutulur və bu barədə akt tərtib edilir.

4.4. Xəstəlik aşkar edilmiş ərazi mexaniki təmizlənməklə vaxtaşırı məcburi dezinfeksiya edilir, xəstəlik tam ləğv edildikdən sonra dövlət baytarlıq orqanı tərəfindən dezinfeksiya maddələri ilə son dezinfeksiya aparılır və bu barədə akt tərtib olunur.

4.5. Xəstəliyin transmissiv keçiricisi olan qansoran həşəratların məhvi üçün dezinseksiya, gəmiricilərin məhv edilməsində isə dövlət baytarlıq orqanı tərəfindən deratizasiya işləri həyata keçirilir və bu barədə akt tərtib olunur.

4.6. Karantin və məhdudlaşdırıcı tədbirlərin müddəti xəstəliyin inkubasiya dövründən və axırıncı xəstənin kliniki sağalmasından sonra müəyyənləşdirilir.

 

5. XƏSTƏLİKLƏ YOLUXMA ZONASINDA TƏCRİD REJİMİNİN SAXLANMASI MƏQSƏDİLƏ BİRGƏ KARANTİN POLİS VƏ BAYTARLIQ NƏZARƏTİ POSTLARININ MÜƏYYƏN EDİLMƏSİ QAYDALARI

 

5.1. Baytarlıq (baytarlıq-sanitariya) baxımından sağlam ərazilərdə heyvan və insanlar üçün ümumi olan iti və tez yayılan yoluxucu xəstəliklər (dabaq, qrip, taun və s.) baş verdiyi hallarda xəstəliklə yoluxma zonasında təcrid rejimini saxlamaq, infeksiya ocağından amilin kənara yayılmasının qarşısını almaq məqsədilə Dövlət Baytarlıq Nəzarəti Xidmətinin və daxili işlər orqanlarının iştirakı ilə birgə karantin polis və baytarlıq nəzarəti postları Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə yaradılır, sayı və yerləşdirilməsi müəyyən edilir.

5.2. Mövcud epizootik vəziyyətdən asılı olaraq birgə karantin polis və baytarlıq nəzarəti postları respublikalararası, rayonlararası, təsərrüfatlararası və ayrıca təsərrüfatda və s. yaradıla bilər.

5.3. Birgə karantin polis və baytarlıq nəzarəti postlarının maliyyələşdirilməsi epizootiya əleyhinə tədbirlərin yerinə yetirilməsinə ayrılmış büdcə vəsaiti hesabına aparılır.

5.4. İti yoluxucu xəstəliklərə görə qeyri-sağlam məntəqədə xüsusi baytarlıq-sanitariya tədbirləri həmin ərazinin dövlət baytarlıq orqanının göstərişinə əsasən aparılır.

5.5. Baş vermiş epizootiyanın ləğvi məqsədilə birgə karantin polis və baytarlıq nəzarəti postlarında görüləcək işlər barədə epizootiya əleyhinə fövqəladə komissiya tərəfindən operativ tədbirlər planı tərtib edilir.

5.6. Xəstəlik ocağının ləğv edilməsi üçün baytarlıq-sanitariya və karantin tədbirlərinin vaxtında və keyfiyyətli aparılmasına bilavasitə ərazinin baytarlıq xidməti və təsərrüfat subyektləri məsuliyyət daşıyırlar.

5.7. Xəstəlik baş vermiş ərazidə əhali və heyvandarlıqla məşğul olan şəxslər arasında vaxtaşırı baytarlıq-sanitariya tədbirləri, kənd təsərrüfatı heyvanlarının və quşların yoluxucu xəstəliklərinin ləğv edilməsi məsələləri barədə baytarlıq-maarifləndirmə işləri aparılmalıdır.

5.8. Birgə karantin polis və baytarlıq nəzarəti postları mütəmadi olaraq dezinfeksiyaedici texnika və dezinfeksiya maddələri ilə təmin edilməlidir.

5.9. Xəstəlik ocağında karantin tələblərinə əməl edilməklə, vaxtında dezinfeksiya, dezinseksiya və deratizasiya işləri aparılmalıdır.

5.10. Karantin polis və baytarlıq nəzarəti postlarının işçiləri xüsusi sanitar geyim forması (ayaqqabı, çəkmə, xalat, kombinezon, rezin əlcək, papaq və s.) ilə təmin edilməlidirlər.

5.11.    Xəstəlik baş vermiş ərazidə epizootik vəziyyət tam öyrənildikdən, karantin və məhdudiyyət tədbirləri başa çatdıqdan sonra birgə karantin polis və baytarlıq nəzarəti postlarının götürülməsi mümkünlüyünə baxılır.

 

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2007-ci il 5 oktyabr tarixli 156 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Dövlət baytarlıq nəzarətində olan yüklərin baytarlıq normalarının tələblərinə uyğunluğunun yoxlanılması və onlara baxış keçirilməsi

 

QAYDALARI

 

l. ÜMUMİ MÜDDƏALAR

 

1.1. Bu Qaydalar "Baytarlıq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanının 1.23-cü, 1.26-cı, 1.31-ci və 1.34-cü bəndlərinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və dövlət baytarlıq nəzarətində olan yüklərin baytarlıq normalarının tələblərinə uyğunluğunun yoxlanılması və onlara baxış keçirilməsi yollarını tənzimləyir.

1.2. Dövlət baytarlıq nəzarətində olan yüklərin baytarlıq normalarının tələblərinə uyğunluğunun yoxlanılması və onlara baxış keçirilməsi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (bundan sonra - Dövlət Baytarlıq Nəzarəti Xidməti) tərəfindən həyata keçirilir. [18]

 

2. HEYVANLARA, HEYVAN MƏNŞƏLİ MƏHSULLARA VƏ XAMMALA BAYTARLIQ (BAYTARLIQ-SANİTARİYA) BAXIŞININ KEÇİRİLMƏSİ

 

2.1. Dövlət baytarlıq nəzarətində olan heyvanlara, heyvan mənşəli məhsullara və xammala səlahiyyətli dövlət baytarlıq müfəttişi tərəfindən baytarlıq (baytarlıq-sanitariya) baxışının keçirilməsində əsas məqsəd baytarlıq (baytarlıq-sanitariya) normativlərinin tələblərinə riayət edilməsini, belə tələblərin pozulmasının qarşısının alınmasını və neqativ halların baş verməsinə imkan verilməməsini, habelə baytarlıq (baytarlıq-sanitariya) baxımından sağlam heyvanların, heyvan mənşəli məhsulların və xammalın dövriyyəyə buraxılmasını təmin etməkdən ibarətdir.

2.2. Baytarlıq (baytarlıq-sanitariya) baxışı heyvanların kliniki müayinəsinin (termometriya edilməsi, selikli qişaların rəngi, burun aynasının və tüklərin vəziyyəti, heyvanın xarici görünüşü və s.), heyvan mənşəli məhsulların və xammalın orqonoleptik və laborator müayinələrinin və dövlət baytarlıq nəzarətində olan yüklərə verilən baytarlıq sənədlərinin ekspertizasının aparılması yolu ilə həyata keçirilir.

2.3. Heyvanlara, heyvan mənşəli məhsullara və xammala baytarlıq (baytarlıq-sanitariya) baxışı müvafiq olaraq baytarlıq, baytarlıq-sanitariya ekspertizası laboratoriyalarında, nəqliyyata isə nəqliyyat baytarlıq nəzarəti məntəqələrində həyata keçirilir. [19]

2.4. Dövlət baytarlıq nəzarətində olan yüklərin tranziti zamanı yük daşıyandan beynəlxalq baytarlıq sertifikatı tələb edilməklə, plomblanmış nəqliyyat vasitələri və ya konteynerlər ilə daşınma halları istisna olmaqla, heyvanlara baytarlıq (baytarlıq-sanitariya) baxışı keçirilir.

2.5. Heyvan yetişdirilməsi, heyvan mənşəli məhsulların və xammalın istehsalı, emalı, saxlanması, daşınması və satışı ilə məşğul olan hüquqi və fiziki şəxslər dövlət baytarlıq nəzarətində olan yüklərə baxış keçirilməsi zamanı baytar mütəxəssislərinə lazımi şərait yaratmalı və kömək göstərməli, heyvanları və onlardan alınan məhsulları baytarlıq (baytarlıq-sanitariya) baxışından keçirmək üçün səlahiyyətli dövlət baytarlıq müfəttişlərinə maneəsiz və vaxtında təqdim etməlidirlər.

2.6. Dövlət baytarlıq nəzarətində olan yüklərə baytarlıq baxışı həmin yüklərin dövriyyəsi zamanı hüquqi və fiziki şəxslər tərəfindən müraciət edildikdə, dövlət baytarlıq orqanının tədbirlər planında nəzərdə tutulmuş vaxtlarda və ərazidə epizootiya baş verərsə, həmin yüklərə baxış üçün zərurət yarandığı hallarda həyata keçirilir.

 

3. HEYVAN MƏNŞƏLİ MƏHSULLARIN VƏ XAMMALIN İSTEHSALI, TƏDARÜKÜ, SAXLANMASI, EMALI VƏ SATIŞI OBYEKTLƏRİNDƏ DÖVLƏT BAYTARLIQ NƏZARƏTİNİN HƏYATA KEÇİRİLMƏSİ, HƏMÇİNİN HEYVANLARIN, HEYVAN MƏNŞƏLİ MƏHSULLARIN VƏ XAMMALIN NORMATİV TEXNİKİ SƏNƏDLƏRİNİN VƏ BAYTARLIQ NORMATİVLƏRİNİN TƏLƏBLƏRİNƏ UYĞUNLUĞUNUN MÜƏYYƏN EDİLMƏSİ

 

3.1. Heyvan mənşəli məhsulların və xammalın istehsalı, tədarükü, saxlanması, emalı və satışı obyektlərində dövlət baytarlıq nəzarəti - heyvan, heyvan mənşəli məhsul və xammalın normativ texniki sənədlərinin və baytarlıq normalarının tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədilə Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən həyata keçirilən hüquqi, iqtisadi və təşkilati tədbirlərin məcmusudur.

3.2. Heyvan mənşəli məhsulların və xammalın istehsalı, tədarükü, saxlanması, emalı və satışı obyektlərində baytarlıq (baytarlıq-sanitariya) vəziyyəti səlahiyyətli baytarlıq müfəttişi tərəfindən qiymətləndirilməli və onlara mütəmadi olaraq, dövlət baytarlıq nəzarəti həyata keçirilməlidir (obyektin girişində dezinfeksiya səddinin, sanitar-buraxılış məntəqəsinin olub-olmaması, profilaktik tədbirlərin epizootik plana uyğun aparılması, emal müəssisələrində sanitariya tələblərinə və standartlara əməl edilməsi və s.).

3.3. Dövlət baytarlıq nəzarəti çərçivəsində heyvanların, heyvan mənşəli məhsulların və xammalın təhlükəsizliyinin təmin edilməsi məqsədilə onlara verilən baytarlıq sənədlərinin düzgün olması, belə yüklərdə insan və heyvanların sağlamlığı üçün təhlükəli olan xəstəliklərə qarşı profilaktik tədbirlərin aparılması, xəstəliklərə görə sağlam olmasının müvafiq laborator müayinələrlə yoxlanılması, heyvan mənşəli məhsullar və xammalın baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçirilməsi dövlət baytarlıq müfəttişi tərəfindən yoxlanılmalıdır.

3.4. Yoluxucu xəstəliklərə görə xəstə və xəstəliyə şübhəli, eyni zamanda ölüm təhlükəsi olan heyvanların (ağır zədələr, sınıqlar, yanma və s.) baytarlıq normativlərinin tələblərinə cavab verdiyi halda, səlahiyyətli dövlət baytarlıq müfəttişi tərəfindən onların kəsilməsinə icazə verilə bilər.

3.5. Dövlət baytarlıq nəzarətində olan yüklər bazara daxil olduqda, onların sahibləri yükün çıxdığı ərazinin baytarlıq xidməti tərəfindən həmin yükə baxış keçirildiyini, onun yoluxucu xəstəliklərə görə sağlam olmasını təsdiqləyən və etibarlılığı 3 gündən çox olmayan müvafiq baytarlıq sənədini bazarın dövlət baytarlıq müfəttişinə təqdim etməlidirlər.

3.6. Heyvan mənşəli məhsulları bazarlara satış məqsədilə gətirən hüquqi və fiziki şəxslərdə həmin məhsulun sağlamlığına dair müvafiq baytarlıq sənədləri olmadıqda, habelə baş və daxili orqanlar cəmdəklə birgə gətirilmədikdə, həmin məhsullar bazarın dövlət baytarlıq müfəttişi tərəfindən xəstəliklərə görə şübhəli sayılır və məhsuldan müvafiq qaydada nümunə götürülərək müayinə olunması üçün müvafiq baytarlıq laboratoriyasına göndərilir və müayinənin nəticəsi bilinənə kimi həmin məhsul müvəqqəti saxlanca qoyulur. Laboratoriyaya göndərilmiş şübhəli məhsul müvafiq testlərdən keçirilərək onun sağlamlığı müəyyən edildikdən sonra məhsulun sahibinə və həmin məhsulu müayinəyə göndərən dövlət baytarlıq müfəttişinə həmin məhsulun satışına icazə verən və ya məhsulun zərərsizləşdirilməsi, məhv edilməsi barədə göstəriş sənədi verilir.

3.7. Heyvan mənşəli məhsulların və xammalın istehsalı, tədarükü, emalı və satışı baytarlıq müfəttişlərinin bilavasitə nəzarəti altında həyata keçirilməli, həmin məhsullar və xammal müvafiq standartlara cavab verməli, hər bir partiya məhsul və xammal baytarlıq normalarının tələbləri baxımından qiymətləndirilməli, sağlamlığını əks etdirən və istifadəyə yararlı olmasına dair baytarlıq laboratoriyasının müsbət rəyi olmalıdır.

Baytarlıq (baytarlıq-sanitariya) baxışından keçirilməyən, baytarlıq normativlərinin tələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılmış yerlər-dən kənarda heyvanların kəsilməsinə, ətin və digər məhsulların qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq (baytarlıq-sanitariya) ekspertizası aparılmadan satışına və istifadəsinə yol verilmir.

3.8. Heyvan mənşəli xammalın tədarükünə, saxlanmasına, emalına və satışına ərazinin dövlət baytarlıq orqanı tərəfindən dövlət baytarlıq nəzarəti həyata keçirilməli, belə xammalın yoluxucu xəstəliklərə görə sağlam olan təsərrüfatlardan, yaşayış məntəqələrindən tədarük edildiyi barədə müvafiq baytarlıq sənədi olmalıdır.

3.9. Heyvanların kəsimi, heyvan mənşəli məhsulların və xammalın emalı müəssisələrinin müdiriyyəti məhsulların və xammalın normativ texniki sənədlərə və baytarlıq normativlərinin tələblərinə uyğunluğunu yoxlamaq üçün həmin müəssisədə baytarlıq istehsalat-nəzarət bölmələrini yaratmalı, həmçinin dövlət baytarlıq müfəttişlərinə baytarlıq nəzarətini həyata keçirmək üçün lazım olan şəraiti yaratmağa borcludur.

3.10.    Baytarlıq normativlərinə əməl edilməsi baytarlıq sahəsində fəaliyyət göstərən, heyvan mənşəli məhsulların və xammalın istehsalı, tədarükü, saxlanması, daşınması və ticarəti ilə məşğul olan hüquqi və fiziki şəxslər üçün məcburidir.

 

4. DÖVLƏT BAYTARLIQ NƏZARƏTİNDƏ OLAN YÜKLƏRƏ VERİLƏN BAYTARLIQ SƏNƏDLƏRİNİN HƏMİN YÜKLƏRƏ UYĞUNLUĞUNUN YOXLANILMASI

 

4.1. Dövlət baytarlıq nəzarətində olan yüklərin onlara verilən baytarlıq sənədlərinə uyğun olması qaydalarına əməl edilməsi ölkə ərazisində belə yüklərin istehsalı, tədarükü, emalı, saxlanması, satışı və idxal-ixracı ilə məşğul olan bütün hüquqi və fiziki şəxslərin borcudur.

4.2. Dövlət baytarlıq nəzarətində olan yüklərin tədarükünü, saxlanmasını, idxal və ixracmı həyata keçirən hüquqi və fiziki şəxslərin həmin yüklərin çıxdığı ərazinin baytarlıq (baytarlıq-sanitariya) vəziyyəti barədə ərazi dövlət baytarlıq orqanından aldıqları müvafiq müşayiətedici baytarlıq sənədləri və bu sənədlərin həmin yüklərə uyğunluğu bu işlərə dövlət baytarlıq nəzarətini həyata keçirən dövlət baytarlıq müfəttişləri tərəfindən araşdırılmalıdır.

4.3. Azərbaycan Respublikasına idxal edilən dövlət baytarlıq nəzarətində olan yüklərin gömrük rəsmiləşdirilməsi zamanı onlara ayrı-ayrılıqda verilən beynəlxalq baytarlıq sertifikatları dövlət sərhəd buraxılış məntəqələrində gömrük orqanları tərəfindən baxışından keçirilməli, onların Beynəlxalq Epizootik Büronun müvafiq normalarının tələblərinə uyğunluğu yoxlanılmalıdır. [20]

4.4. Dövlət baytarlıq orqanı dövlət baytarlıq nəzarətində olan yüklərə baxış keçirərkən, onların təhlükəli xəstəliklərdən hər hansı birinə görə xəstə və ya onun törədicisi ilə yoluxmuş olmasını, habelə müvafiq baytarlıq sənədlərinin düzgün tərtib edilməməsini müəyyən edərsə, həmin yükün ölkə ərazisində dövriyyəsini, habelə idxalını, ixracını və ya tranzitini müvəqqəti qadağan edə bilər. Yoluxucu xəstəliyin diaqnozu təsdiq edildikdən sonra dövlət baytarlıq orqanı həmin yüklərin realizə edilməsi haqqında qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq qərar verə bilər. [21]

 

5. TƏRKİBİNDƏ HEYVANLARIN BOY ARTIMINI SÜRƏTLƏNDİRƏN VƏ MƏHSULDARLIĞINI YÜKSƏLDƏN ANTİBİOTİKLƏR, HORMONLAR VƏ BİOLOJİ STİMULYATORLAR OLAN BAYTARLIQ PREPARATLARl, YEM VƏ YEM ƏLAVƏLƏRİNİN BAYTARLIQ NORMALARININ TƏLƏBLƏRİNƏ UYĞUNLUĞUNUN MÜƏYYƏN EDİLMƏSİ VƏ ONLARIN TƏTBİQİNƏ İCAZƏ VERİLMƏSİ

 

5.1. Ölkə ərazisində istehsal olunan və tərkibində heyvanların boy artımını sürətləndirən və məhsuldarlığını yüksəldən antibiotiklər, hormonlar və bioloji stimulyatorlar olan baytarlıq preparatları, yem və yem əlavələri baytarlıq normativlərinin tələblərinə cavab verməli, dövlət baytarlıq nəzarətində saxlanmalı və bütün istehsal sənədləri baytarlıq baxışından keçirilməlidir.

5.2. Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən ölkə ərazisində istehsal edilən və ya ölkəyə idxal olunan və tərkibində heyvanların boy artımını sürətləndirən və məhsuldarlığını yüksəldən antibiotiklər, hormonlar və bioloji stimulyatorlar olan baytarlıq preparatlarının, yem və yem əlavələrinin müşayiətedici sənədlərinin, onlara verilən baytarlıq sertifikatlarının həmin yüklərə uyğunluğu yoxlanılmalı, yüklərin sağlamlığının, keyfiyyətinin, zərərsizliyinin, heyvan orqanizmində heç bir fəsad törətmədiyinin aydınlaşdırılması məqsədilə həmin yüklərin Azərbaycan Dövlət Baytarlıq Preparatlarına Elmi Nəzarət İnstitutu tərəfindən sınaqdan keçirilməsi və qeydiyyata alınması barədə verilən sənədləri araşdırılmalıdır.

5.3. Tərkibində heyvanların boy artımını sürətləndirən və məhsuldarlığını yüksəldən antibiotiklər, hormonlar və bioloji stimulyatorlar olan baytarlıq preparatları, yem və yem əlavələri hazırlanma texnologiyasından və mənşəyindən asılı olaraq, onların patogen mikroblarla yoluxma ehtimalı nəzərə alınaraq, istehsal olunduğu ərazinin sağlamlığını əks etdirən baytarlıq sənədlərisəlahiyyətli dövlət baytarlıq orqanının dövlət baytarlıq müfəttişi tərəfindən ciddi qaydada baytarlıq baxışından keçirilməlidir.

5.4. Tərkibində heyvanların boy artımını sürətləndirən və məhsuldarlığını yüksəldən antibiotiklər, hormonlar və bioloji stimulyatorlar olan baytarlıq preparatlarının, yem və yem əlavələrinin tətbiqinə yalnız onlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 16 aprel tarixli 66 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında baytarlıq preparatlarının sınaqdan keçirilməsi, dövlət qeydiyyatına alınması və dövlət reyestrinin aparılması, istehsalı, idxalı, saxlanması, daşınması, satışı və istifadəsi, habelə yeni baytarlıq preparatlarının, avadanlıqlarının və yem əlavələrinin istehsalına və tətbiqinə dair normativ texniki sənədlərin təsdiq edilməsi və aprobasiyasına dair rəy verilməsi Qaydaları"na uyğun olaraq sınaqdan keçirildikdən və dövlət qeydiyyatına alındıqdan sonra icazə verilir.

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2007-ci il 5 oktyabr tarixli 156 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Heyvanların və əhalinin sağlamlığı üçün təhlükəli olan xəstəliklərə tutulmuş heyvanların, onlardan alınan məhsulların və xammalın təhlükəlilik dərəcəsindən asılı olaraq götürülməsi, məhv edilməsi ya götürülmədən məcburi zərərsizləşdirilməsi, emalı və ya təkrar emalı

 

QAYDALARI

 

1. ÜMUMİ MÜDDƏALAR

 

1.1. Bu Qaydalar "Baytarlıq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanının 1.29-cu və 1.45-ci bəndlərinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və heyvanların, əhalinin sağlamlığı üçün təhlükəli olan xəstəliklərə tutulmuş heyvanların, heyvan mənşəli məhsulların, xammalın (bundan sonra - yüklər) təhlükəlilik dərəcəsindən asılı olaraq götürülməsi, məhv edilməsi və ya götürülmədən məcburi zərərsizləşdirilməsi, emalı və ya təkrar emalı istiqamətlərini tənzimləyir.

1.2. Ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda və dövlət baytarlıq (baytarlıq-sanitariya) nəzarətindən keçməyən yüklərin satışı qadağandır. Bu tələblərə əməl olunmadığı hallarda, Azərbaycan Respublikasının 2006-cı il 5 dekabr tarixli 193-IIIQD nömrəli Qanununa əsasən hazırlanmış, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 2007-ci il 22 iyun tarixli 177 nömrəli əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən 2007-ci il 2 iyul tarixli 3343 nömrə ilə qeydiyyat şəhadətnaməsi verilmiş "Baytarlıq haqqında qanunvericiliyin pozulması ilə əlaqədar inzibati xətalar haqqında sənədlərin tərtib olunması Qaydaları"na uyğun olaraq yüklər dövriyyədən götürülür, zərərsizləşdirilir və ya məhv edilir. [22]

1.3. Heyvanların və əhalinin sağlamlığı üçün təhlükəli olan xəstəliklər baş verdikdə, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (bundan sonra - Agentlik) tərəfindən ərazidə heyvandarlıqla məşğul olan bütün müəssisələrə, vətəndaşlara heyvanların kəsilməsi və ya məhv edilməsi, heyvan mənşəli məhsulların və xammalın zərərsizləşdirilməsi və ya utilizasiya edilməsi haqqında icrası məcburi olan qərarlar qəbul edilir. [23]

1.4. Heyvanların və əhalinin sağlamlığı üçün təhlükə törədən dövlət baytarlıq nəzarətində olan yüklərin götürülməsi, götürülmədən məcburi zərərsizləşdirilməsi və ya məhv edilməsi, emalı və ya təkrar emalı prosesi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Səhiyyə Nazirliyi və Agentlik ilə razılaşdırılaraq, yerli icra hakimiyyəti orqanları tərəfindən xüsusi ayrılmış yerlərdə həyata keçirilir. [24]

 

2. BAYTARLIQ-SANİTARİYA QAYDA VƏ TƏLƏBLƏRİNİN POZULMASINA GÖRƏ YÜKLƏRİN GÖTÜRÜLMƏSİ, MƏHV EDİLMƏSİ VƏ YA GÖTÜRÜLMƏDƏN ZƏRƏRSİZLƏŞDİRİLMƏSİ HALLARI

 

2.1. Baytarlıq-sanitariya qayda və tələblərinin pozulmasına görə təhlükəlilik dərəcəsindən asılı olaraq yüklərin götürülməsi, məhv edilməsi və ya götürülmədən zərərsizləşdirilməsi barədə qərar bu sahədə dövlət baytarlıq nəzarətini həyata keçirən Agentlik tərəfindən aşağıda göstərilən hallarda qəbul edilir: [25]

2.1.1. yüklərin təhlükəsizliyinə və keyfiyyətinə nəzarəti həyata keçirən səlahiyyətli şəxsdə yüklərdə aşkar görünən keyfiyyətsizlik əlamətlərinin olmasına şübhə qalmadıqda;

2.1.2. yüklərə istehsalçı tərəfindən onun mənşəyini, təhlükəsizliyini və keyfiyyətini təsdiq edən sənədlər verilmədikdə, habelə yüklərin sertifikatlaşdırılmasına dair sənədlər müəyyən edilmiş qaydada tərtib edilmədikdə;

2.1.3. tərkibi həmin yüklərin adına və ya görünüşünə uyğun gəlmədikdə;

2.1.4. yararlılıq müddətinin təyin edilməsi vacib olan yüklərin yararlılıq müddəti təyin edilmədikdə və ya yararlılıq müddəti bitdikdə;

2.1.5. ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda satıldıqda və ya dövlət baytarlıq (baytarlıq-sanitariya) nəzarətindən keçmədikdə.

 

3. YÜKLƏRİN GÖTÜRÜLMƏSİ, MƏHV EDİLMƏSİ VƏ YA GÖTÜRÜLMƏDƏN ZƏRƏRSİZLƏŞDİRİLMƏSİ, EMALI VƏ TƏKRAR EMALI QAYDALARI

 

3.1. Bu Qaydaların 4-cü və 5-ci bölmələrində göstərilən xəstəliklərə yoluxmuş yüklər, habelə 2-ci bölmədə qeyd edilmiş hallar aşkar edildikdə, onların götürülməsi, məhv edilməsi və ya götürülmədən zərərsizləşdirilməsi barədə qərar yükün müvafiq müayinəsi və ekspertizasından sonra verilə bilər.

3.2. Yüklərin götürülməsi, məhv edilməsi və ya götürülmədən zərərsizləşdirilməsi barədə müvafiq qərar Agentlik tərəfindən qəbul edilir. [26]

3.3. Dövlət baytarlıq orqanı tərəfindən seçilmiş yüklərin nümunələrinin müayinəsi və ekspertizası dövlət baytarlıq (baytarlıq-sanitariya) ekspertizası laboratoriyalarında aparılır.

Yüklərin baytarlıq-sanitariya ekspertizası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 4 dekabr tarixli 255 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət baytarlıq nəzarəti obyektlərinin baytarlıq (baytarlıq-sanitariya) ekspertizasının aparılması Qaydaları"na uyğun olaraq aparılır. [27]

3.4. Yüklərin müayinə və ekspertizalarının nəticələri aktla rəsmiləşdirilir.

3.5. Müayinənin və ekspertizanın nəticəsinə görə istifadəyə yararsız və ya şərti yararsız sayılmış yük dövlət baytarlıq orqanının qərarına əsasən dövriyyədən çıxarılaraq götürülür.

3.6. Götürülmüş yüklər heyvanların yemlənməsinə, təkrar sənaye emalına göndərilənə və ya məhv olunana qədər dəqiq çəkisi göstərilməklə, xüsusi uçota alınaraq, ayrıca yerdə saxlanılır.

3.7. Bu yüklərin saxlanmasına və nəzərdə tutulmuş qaydada istifadəsinə məsuliyyəti yük sahibi daşıyır.

3.8. Götürülmüş yüklərin təkrar emala yönəldilməsi və ya heyvanlara yem üçün istifadə edilməsi dövlət baytarlıq orqanlarının razılığı və iştirakı ilə yük sahibləri və ya müqavilə ilə onların vəkil etdiyi hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilir.

3.9. Götürülmüş yükün sonrakı aqibəti barədə sənəd məhsul sahibi tərəfindən qərar çıxarmış Agentliyə təqdim edilir. [28]

3.10. İnsan qidalanması üçün yararsız sayılmış yüklərin təkrar sənaye emalı mümkün olmazsa və heyvanların yemlənməsi üçün istifadə edilməzsə, onlar məhv edilir.

3.11. Əhalinin və heyvanların sağlamlığı üçün təhlükə törədən yüklərin zərərsizləşdirilməsi və ya məhv edilməsi bu məqsəd üçün xüsusi ayrılmış yerlərdə həyata keçirilir. Mikrobioloji cəhətdən təhlükə törədən yüklər məhv edilməzdən əvvəl zərərsizləşdirilir.

3.12. Yüklərin məhv edilməsi barədə qəbul olunmuş qərardan (heyvanların və əhalinin sağlamlığı üçün xüsusi təhlükəli yüklər istisna olmaqla) 5 gün ərzində şikayət verildiyi halda, yük sanitariya-epidemioloji və epizootoloji cəhətdən təhlükə törətmirsə, onların məhv edilməsi dayandırılır. Şikayətə baxılması qanunvericiliklə nəzərdə tutulmuş qaydada həyata keçirilir.

3.13. Yükün məhv edilməsi (yandırılma, basdırılma) məhvedilmə barədə qərar qəbul etmiş Agentlik mütəxəssislərinin iştirakı ilə yük sahibi və ya onun vəkil etdiyi digər şəxs tərəfindən həyata keçirilərək aktlaşdırılır.

3.14. Heyvanların və əhalinin sağlamlığı üçün xüsusi təhlükəli yüklərin məhvi nəticəsində dəymiş ziyanın əvəzini yük sahibləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 16 aprel tarixli 66 nömrəli qərarı ilə təsdiq edilmiş "Bir sıra karantin və xüsusi təhlükəli yoluxucu xəstəliklər baş verdikdə, həmin xəstəliklərin ləğv edilməsi zamanı hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın əvəzinin ödənilməsi Qaydaları"na uyğun olaraq almaq
hüququna malikdirlər.

 

4. YÜKLƏRİN GÖTÜRÜLMƏSİNƏ VƏ MƏHV EDİLMƏSİNƏ SƏBƏB OLAN XƏSTƏLİKLƏR

 

4.1. Bütün növ heyvanlar üçün ümumi olan xəstəliklər:

quduzluq;

dabaq;

qarayara;

tulyaremiya;

botulizm.

4.2. Qaramalın xəstəlikləri:

taun;

rinotraxeit;

kataral isitmə;

emfizematoz karbunkul.

4.3. Davarın xəstəlikləri:

skrepi;

bradzot-enterotoksemiya;

çiçək.

4.4. Donuzların xəstəliyi:

Afrika taunu.

4.5. Quşların xəstəliyi:

taun;

qamboro;

yüksək patogenli quş qripi;

ornitoz;

streptokokkoz.

4.6. Atların xəstəlikləri:

epizootik limfanqoit;

cütləşmə xəstəliyi;

Afrika taunu;

manqo;

saqqo.

4.7. Dəvələrin xəstəliyi:

taun.

4.8. İt və pişiklərin xəstəlikləri:

toksoplazmoz;

mikrosporiya.

4.9. Dovşan, qunduz və vəhşi heyvanların xəstəlikləri:

vərəm;

tulyaremiya;

miksomatoz;

streptokokkoz;

stafilokokkoz;

kaxeksiya;

trixinelyoz;

tetanus.

 

5. YÜKLƏRİN GÖTÜRÜLMƏDƏN MƏCBURİ ZƏRƏRSİZLƏŞDİRİLMƏSİNƏ, EMALINA VƏ TƏKRAR EMALINA SƏBƏB OLAN XƏSTƏLİKLƏR

 

5.1. Bütün növ heyvanlar üçün ümumi olan xəstəliklər:

brusellyoz (kliniki xəstələr, seroloji müayinəyə müsbət reaksiya verənlər);

vərəm (kliniki xəstələr, tuberkulinə müsbət reaksiya verənlər);

leykoz.

5.2. Donuzların xəstəliyi:

taun.

5.3. Quşların xəstəlikləri:

infeksion larinqotraxeit;

infeksion bronxit;

çiçək;

pasterelyoz.

5.4. Atların xəstəliyi:

yoluxucu ensefalomielit.

 

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2007-ci il 5 oktyabr tarixli 156 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Karantin müddətində bazarların, heyvan tədarükü (kəsimi) məntəqələrinin, əlaqəli müəssisələrin, həmçinin yarmarkaların, hərracların, sərgilərin, dövlət baytarlıq nəzarətinə cəlb edilən yüklərin daşınması ilə əlaqədar onların kütləvi toplanılan yerlərinin fəaliyyətinin müvəqqəti dayandırıla bilməsi

 

QAYDALARI

 

1. Bu Qaydalar "Baytarlıq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanının 1.42-ci bəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və karantin müddətində bazarların, heyvan tədarükü (kəsimi) məntəqələrinin, əlaqəli müəssisələrin, həmçinin yarmarkaların, hərracların, sərgilərin, dövlət baytarlıq nəzarətinə cəlb edilən yüklərin
daşınması ilə əlaqədar onların kütləvi toplanılan yerlərinin fəaliyyətinin müvəqqəti dayandırılmasını tənzimləyir.

2. Karantin müddətində bazarların, heyvan tədarükü (kəsimi) məntəqələrinin, əlaqəli müəssisələrin, həmçinin yarmarkalarm, hərracların, sərgilərin, dövlət baytarlıq nəzarətində olan yüklərin daşınması ilə əlaqədar onların kütləvi toplanılan yerlərinin fəaliyyəti məhkəmə qərarı qəbul edilənə kimi müvəqqəti dayandırıla bilər.

3. Karantin müddətində yoluxucu xəstəliklərin yayılmasında rolu olan dövlət baytarlıq nəzarətindəki yüklərin daşınmasının, realizə edilməsinin qarşısını almaq üçün "Baytarlıq haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.6-cı maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli 394 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə"nin 8.48.2-ci bəndinə uyğun olaraq, həmin yüklərin kütləvi toplanılan yerlərinin fəaliyyəti Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq strukturu ilə razılaşdırılaraq, ərazi dövlət
baytarlıq
orqanının qərarı ilə müvəqqəti dayandırıla bilər.

4. Dövlət baytarlıq müfəttişinin "Baytarlıq qaydalarının və normalarının pozulduğu hallarda, habelə heyvan və insanlar üçün ümumi olan xəstəliklər də daxil olmaqla xüsusi təhlükəli və digər yoluxucu xəstəliklərin baş verməsi və yayılması təhlükəsi müəyyən edildikdə hüquqi və fiziki şəxslərin fəaliyyətinin müvəqqəti dayandırılması və ya qadağan edilməsi haqqında" qərarında müvəqqəti dayandırılmaya səbəb olan hallar əsaslandırılmalı və maraqlı
şəxsin şikayət vermək hüququ göstərilməlidir.

5. Baytarlıq nəzarətində olan yüklərin kütləvi toplandığı yerlərin, bazarların, kəsim məntəqələrinin, yarmarkaların, əlaqəli sahələrin, hərracların, sərgilərin rəhbərləri, yaxud digər məsul şəxslər fəaliyyətin müvəqqəti dayandırılması ilə əlaqədar ərazi dövlət baytarlıq orqanının Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin müvafiq yerli strukturu ilə razılaşdırılmış qərarının icrasını təmin etməyə və digər baytarlıq-sanitariya qaydalarına əməl etməyə borcludurlar.

6. Karantin müddətində fəaliyyəti dayandırılmış ərazidə dövlət baytarlıq nəzarətində olan yüklərin realizə olunması və qəbul edilməsi qadağandır.

7. Baytarlıq nəzarətində olan yüklərin kütləvi toplanılan yerlərinin fəaliyyətə başlaması və məhsulların təyinatı üzrə realizə edilməsi karantin müddəti bitdikdən dərhal sonra Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq yerli strukturu ilə razılaşdırılmaqla, ərazi dövlət baytarlıq orqanının göstərişi əsasında təmin edilir. [29]

 

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2007-ci il 5 oktyabr tarixli 156 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Epizootiya əleyhinə fövqəladə komissiyanın yaradılması və fəaliyyəti

 

QAYDALARI

 

1. ÜMUMİ MÜDDƏA

 

Bu Qaydalar "Baytarlıq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanının 1.44-cü bəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və Azərbaycan Respublikasının ərazisində və ya rayon (şəhər) daxilində heyvanların yoluxucu və digər kütləvi xəstəlikləri və zəhərlənmələri baş verdikdə, onun yayılmasının qarşısını almaq və ləğv etmək üçün epizootiya əleyhinə fövqəladə komissiyaların (bundan sonra-komissiya) yaradılmasını və fəaliyyətini, habelə aidiyyəti dövlət orqanlarının vəzifələrini müəyyən edir.

 

2. EPİZOOTİYA ƏLEYHİNƏ FÖVQƏLADƏ KOMİSSİYANIN YARADILMASI

 

2.1. Epizootiya əleyhinə fövqəladə komissiya Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən respublika və rayon (şəhər) üzrə yaradılır. [30]

2.2. Respublika üzrə komissiyanın tərkibinə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və digər aidiyyəti dövlət orqanlarının səlahiyyətli nümayəndələri, rayon və şəhərlərdə isə yerli icra hakimiyyəti orqanlarının və adı çəkilən dövlət orqanlarının aidiyyəti yerli qurumlarının rəhbərləri və ya onların müavinləri daxil edilirlər. [31]

2.3. Epizootiya əleyhinə fövqəladə komissiyanın say tərkibi baş vermiş xəstəliyin mahiyyətindən asılı olaraq, orada iştirak edən dövlət orqanlarının sayı ilə müəyyən edilir.

Komissiyanın sədri səlahiyyətli dövlət orqanı tərəfindən təyin edilir.

Komissiyanın fəaliyyətinə sədr rəhbərlik edir.

3. EPİZOOTİYA ƏLEYHİNƏ FÖVQƏLADƏ KOMİSSİYANIN FƏALİYYƏTİ

 

3.1. Epizootiya əleyhinə fövqəladə komissiyanın iclasları heyvanların yoluxucu və digər kütləvi xəstəlikləri və zəhərlənmələri baş verdikdə, həmin xəstəliyin qısa müddətdə qarşısının alınması məqsədilə hazırlanıb təsdiq edilmiş tədbirlər planına uyğun olaraq çağırılır. Komissiyanın iclaslarında heyvan və insanlar üçün təhlükəli olan xəstəliklərə qarşı aparılan mübarizə işlərinin vəziyyəti müzakirə edilir, konkret təkliflər hazırlanıb həyata keçirilir.

3.2. Epizootiya əleyhinə fövqəladə komissiya heyvanların yoluxucu və digər kütləvi xəstəlikləri və zəhərlənmələrinin qarşısını almaq və ləğv etmək sahəsində dövlət orqanlarının, hüquqi və fiziki şəxslərin fəaliyyətini əlaqələndirir, xəstəliyin xüsusiyyətlərindən asılı olaraq, xəstəlik amilinin vaxtında aşkar edilməsini, onun yayılma radiusunun müəyyənləşməsini, ona qarşı ümumi və spesifik profilaktik tədbirlərin aparılması üçün lazım olan peyvənd vasitələrinin, dezinfeksiya maddələrinin, avadanlıq və digər ləvazimatların miqdarını dəqiqləşdirir, onların əldə edilməsi üçün maliyyə vəsaitinin ayrılması və ya maliyyə vəsaiti çatışmadıqda, aidiyyəti dövlət orqanları qarşısında vəsatət qaldırılması məsələsinə baxır.

3.3. Epizootiya əleyhinə fövqəladə komissiyanın iclasları komissiyanın sədri tərəfindən təsdiq edilmiş iş planına uyğun olaraq keçirilir.

3.4. Epizootiya əleyhinə fövqəladə komissiyanın iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli sayılır.

3.5. Epizootiya əleyhinə fövqəladə komissiyanın çıxardığı qərarlar iclasda iştirak edən komissiya üzvlərinin ümumi sayının sadə səs çoxluğu ilə qəbul edilir və komissiyanın sədri və üzvləri tərəfindən imzalanan protokolla rəsmiləşdirilir.

3.6. Epizootiya əleyhinə fövqəladə komissiyanın iclaslarının keçirilməsi ilə bağlı təşkilati məsələlərin həll edilməsi və kargüzarlıq işlərinin aparılması məqsədilə komissiyanın katibliyi yaradıla bilər.

3.7. Epizootiya əleyhinə fövqəladə komissiyanın fəaliyyətinin və xəstəliklərin qarşısının alınması və ləğvinə yönəldilmiş epizootiya əleyhinə tədbirlərin maliyyələşdirilməsi fövqəladə və əvvəlcədən nəzərə alınmayan hallara görə dövlət büdcəsinin vəsaiti hesabına aparılır.

3.8. Epizootiya əleyhinə fövqəladə komissiyanın çıxardığı qərarların bütün dövlət orqanları, fiziki və mülkiyyət formasından asılı olmayaraq, hüquqi şəxslər tərəfindən yerinə yetirilməsi məcburidir.

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       28 yanvar 2009-cu il tarixli 14 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 34)

  1. 16 iyul 2014-cü il tarixli 253 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 27 iyul 2014-cü il, № 160; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 941)
  2. 13 fevral 2015-ci il tarixli 38 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 fevral 2015-ci il, № 42, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №2, maddə 227)
  3. 1 dekabr 2018-ci il tarixli 519 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 6 dekabr 2018-ci il, № 275, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2722)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 1 dekabr 2018-ci il tarixli 519 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 6 dekabr 2018-ci il, № 275, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2722) ilə preambuladan “1.12-ci, 1.13-cü, 1.14-cü, 1.15-ci, 1.21-ci,” sözləri çıxarılmışdır.

 

[2] 16 iyul 2014-cü il tarixli 253 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 27 iyul 2014-cü il, № 160; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 941) ilə 1-ci hissədə “müfəttişlərinin” sözü “orqanlarının” sözü ilə əvəz edilmişdir.

 

1 dekabr 2018-ci il tarixli 519 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 6 dekabr 2018-ci il, № 275, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2722) ilə 1-ci hissədən “Heyvan saxlayan, habelə heyvan mənşəli məhsulların və xammalın emalı, saxlanması və onların ticarəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin baytarlıq qaydalarının və normalarının pozulduğu hallarda onların fəaliyyətinin müvəqqəti dayandırılması və ya qadağan edilməsi, həmçinin dövlət baytarlıq orqanlarının icrası məcburi olan qərarlarının forması, onların tərtib edilməsi və verilməsi Qaydaları”,” sözləri çıxarılmışdır və həmin hissədə “Xüsusi təhlükəli xəstəliklər baş verdikdə karantin və digər məhdudiyyət tədbirlərinin tətbiqi Qaydaları” sözləri “Xəstəliklə yoluxma zonasında təcrid rejiminin saxlanılması məqsədilə birgə karantin polis və baytarlıq nəzarəti postlarının sayı və yerləşdirilməsi Qaydaları” sözləri ilə əvəz edilmişdir.

 

[3] 28 yanvar 2009-cu il tarixli 14 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 34) ilə "Heyvan, heyvan mənşəli məhsullar və xammal istehsalı, tədarükü, saxlanması, emalı və satışına, habelə yem və yem əlavələrinin dövriyyəsinə dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi Qaydaları"nın 1-ci bəndində "dövriyyəsinə" sözündən sonra "(dövlət sərhədinin buraxılış  məntəqələrində istisna olmaqla)" sözləri əlavə edilmişdir.

 

[4] 13 fevral 2015-ci il tarixli 38 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 fevral 2015-ci il, № 42, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №2, maddə 227) ilə “Heyvan, heyvan mənşəli məhsullar və xammal istehsalı, tədarükü, saxlanması, emalı və satışına, habelə yem və yem əlavələrinin dövriyyəsinə dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 2.1-ci bəndində “Dövlət Baytarlıq Xidməti” sözləri “Dövlət Baytarlıq Nəzarəti Xidməti” sözləri ilə əvəz edilmişdir.

 

[5] 16 iyul 2014-cü il tarixli 253 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 27 iyul 2014-cü il, № 160; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 941) ilə 2.4.3-cü yarımbəndə “xidməti vəsiqəni” sözlərindən sonra “, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin obyektlərinə həmçinin nəzarətin həyata keçirilməsi haqqında qərarın surətini və nəzarətin Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı” sözləri əlavə edilmişdir.

 

[6] 16 iyul 2014-cü il tarixli 253 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 27 iyul 2014-cü il, № 160; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 941) ilə 2.14-cü bənddə “orqanının müfəttişi” sözləri “orqanı” sözü ilə əvəz edilmişdir.

 

[7] 16 iyul 2014-cü il tarixli 253 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 27 iyul 2014-cü il, № 160; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 941) ilə adında, mətnində və Qaydalara 1-6 nömrəli əlavələrin adlarında ismin müvafiq hallarında “müfəttişləri” sözü ismin müvafiq hallarında “orqanları” sözü ilə əvəz edilmişdir.

 

[8] 16 iyul 2014-cü il tarixli 253 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 27 iyul 2014-cü il, № 160; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 941) ilə 3.3-cü bənddən “bu qərarı tərtib edən dövlət baytarlıq müfəttişinin çalışdığı” sözləri çıxarılmışdır.

 

13 13 fevral 2015-ci il tarixli 38 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 fevral 2015-ci il, № 42, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №2, maddə 227) ilə “Heyvan saxlayan, habelə heyvan mənşəli məhsulların və xammalın emalı, saxlanması və onların ticarəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin baytarlıq qaydalarının və normalarının pozulduğu hallarda onların fəaliyyətinin müvəqqəti dayandırılması və ya qadağan edilməsi, həmçinin dövlət baytarlıq orqanlarının icrası məcburi olan qərarlarının forması, onların tərtib edilməsi və verilməsi Qaydaları”nın 3.3-cü bənddə “Dövlət Baytarlıq Xidmətinə (bundan sonra - Dövlət Baytarlıq Xidmətinə)” sözləri “Dövlət Baytarlıq Nəzarəti Xidmətinə (bundan sonra - Dövlət Baytarlıq Nəzarəti Xidmətinə)” sözləri ilə əvəz edilmişdir.

 

[9] 16 iyul 2014-cü il tarixli 253 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 27 iyul 2014-cü il, № 160; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 941) ilə 3.9-cu bənddən “həmin qərarları tərtib edən dövlət baytarlıq müfəttişləri tərəfindən imzalanır və onun tabe olduğu” sözləri çıxarılmışdır.

 

[10] 13 fevral 2015-ci il tarixli 38 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 fevral 2015-ci il, № 42, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №2, maddə 227) ilə “Heyvan saxlayan, habelə heyvan mənşəli məhsulların və xammalın emalı, saxlanması və onların ticarəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin baytarlıq qaydalarının və normalarının pozulduğu hallarda onların fəaliyyətinin müvəqqəti dayandırılması və ya qadağan edilməsi, həmçinin dövlət baytarlıq orqanlarının icrası məcburi olan qərarlarının forması, onların tərtib edilməsi və verilməsi Qaydaları”nın 3.10-cu bənddə “Dövlət Baytarlıq Xidmətinə” sözləri “Dövlət Baytarlıq Nəzarəti Xidmətinə” sözləri ilə əvəz edilmişdir.

 

[11] 13 fevral 2015-ci il tarixli 38 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 fevral 2015-ci il, № 42, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №2, maddə 227) ilə “Heyvan saxlayan, habelə heyvan mənşəli məhsulların və xammalın emalı, saxlanması və onların ticarəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin baytarlıq qaydalarının və normalarının pozulduğu hallarda onların fəaliyyətinin müvəqqəti dayandırılması və ya qadağan edilməsi, həmçinin dövlət baytarlıq orqanlarının icrası məcburi olan qərarlarının forması, onların tərtib edilməsi və verilməsi Qaydaları”na 1, 2, 3, 4, 5 və 6 nömrəli əlavələrin başlıqlarında “Dövlət Baytarlıq Xidməti” sözləri “Dövlət Baytarlıq Nəzarəti Xidməti” sözləri ilə əvəz edilmişdir.

 

[12] 16 iyul 2014-cü il tarixli 253 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 27 iyul 2014-cü il, № 160; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 941) ilə 1-6 nömrəli əlavələrin mətnində “müfəttişi” sözü “orqanının rəhbəri” sözləri ilə əvəz edilmişdir.

 

[13] 1 dekabr 2018-ci il tarixli 519 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 6 dekabr 2018-ci il, № 275, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2722) ilə “Xüsusi təhlükəli xəstəliklər baş verdikdə karantin və digər məhdudiyyət tədbirlərinin tətbiqi Qaydaları”nın adı yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

Xüsusi təhlükəli xəstəliklər baş verdikdə karantin və digər məhdudiyyət tədbirlərinin tətbiqi qaydaları

 

[14] 1 dekabr 2018-ci il tarixli 519 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 6 dekabr 2018-ci il, № 275, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2722) ilə “Xüsusi təhlükəli xəstəliklər baş verdikdə karantin və digər məhdudiyyət tədbirlərinin tətbiqi Qaydaları”nın 1.1-ci bəndində “1.14-cü, 1.15-ci və 1.43-cü bəndlərinin” sözləri “1.43-cü bəndinin” sözləri ilə və “karantin qoyulan ərazidə qoruyucu-karantin, xəstəliyin profilaktikası məqsədilə aparılan spesifik baytarlıq və digər lazımi tədbirlərin həyata keçirilməsini, baş vermiş xəstəliyin yayılma təhlükəsi olan zonalarda məhdudiyyət və xəbərdarlıq təyinatlı tədbirlərin görülməsini” sözləri “xəstəliklə yoluxma zonasında təcrid rejiminin saxlanılması məqsədilə birgə karantin polis və baytarlıq nəzarəti postlarının sayını və yerləşdirilməsini” sözləri ilə əvəz edilmişdir.

 

[15] 1 dekabr 2018-ci il tarixli 519 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 6 dekabr 2018-ci il, № 275, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2722) ilə “Xüsusi təhlükəli xəstəliklər baş verdikdə karantin və digər məhdudiyyət tədbirlərinin tətbiqi Qaydaları”nın 2-4-cü hissələri ləğv edilmişdir.

 

[16] 13 fevral 2015-ci il tarixli 38 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 fevral 2015-ci il, № 42, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №2, maddə 227) ilə “Xüsusi təhlükəli xəstəliklər baş verdikdə karantin və digər məhdudiyyət tədbirlərinin tətbiqi Qaydaları”nın 2.1-ci bəndində “Dövlət Baytarlıq Xidməti (bundan sonra - Dövlət Baytarlıq Xidməti)” sözləri “Dövlət Baytarlıq Nəzarəti Xidməti (bundan sonra - Dövlət Baytarlıq Nəzarəti Xidməti)” sözləri ilə, 2.2-ci, 4.2-ci və 5.1-ci bəndlərində ismin müvafiq hallarında “Dövlət Baytarlıq Xidməti” sözləri ismin müvafiq hallarında “Dövlət Baytarlıq Nəzarəti Xidməti” sözləri ilə əvəz edilmişdir.

 

[17] 16 iyul 2014-cü il tarixli 253 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 27 iyul 2014-cü il, № 160; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 941) ilə “Xüsusi təhlükəli xəstəliklər baş verdikdə karantin və digər məhdudiyyət tədbirlərinin tətbiqi Qaydaları”nın 2.3-cü bəndində, 2.5-ci bəndinin birinci cümləsində, 3.4-cü bəndində, 3.5-ci bəndinin ikinci cümləsində və 5.4-cü bəndində ismin müvafiq hallarında “müfəttiş” sözü ismin müvafiq hallarında “orqan” sözü ilə əvəz edilmişdir.

 

[18] 13 fevral 2015-ci il tarixli 38 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 fevral 2015-ci il, № 42, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №2, maddə 227) ilə “Dövlət baytarlıq nəzarətində olan yüklərin baytarlıq normalarının tələblərinə uyğunluğunun yoxlanılması və onlara baxış keçirilməsi Qaydaları”nın 1.2-ci bəndində “Dövlət Baytarlıq Xidməti (bundan sonra - Dövlət Baytarlıq Xidməti)” sözləri “Dövlət Baytarlıq Nəzarəti Xidməti (bundan sonra - Dövlət Baytarlıq Nəzarəti Xidməti)” sözləri ilə, 3.1-ci və 5.2-ci bəndlərində “Dövlət Baytarlıq Xidməti” sözləri “Dövlət Baytarlıq Nəzarəti Xidməti” sözləri ilə əvəz edilmişdir.

 

[19] 28 yanvar 2009-cu il tarixli 14 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 34) ilə "Dövlət baytarlıq nəzarətində olan yüklərin baytarlıq normalarının tələblərinə uyğunluğunun yoxlanılması və onlara baxış keçirilməsi Qaydaları"nın 2.3-cü bənddə "nəqliyyata isə baytarlıq (baytarlıq-sanitariya) nəzarəti və sərhəd baytarlıq nəzarəti məntəqələrində" sözləri "nəqliyyata isə nəqliyyat baytarlıq nəzarəti məntəqələrində" sözləri ilə əvəz edilmişdir.

 

[20] 28 yanvar 2009-cu il tarixli 14 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 34) ilə "Dövlət baytarlıq nəzarətində olan yüklərin baytarlıq normalarının tələblərinə uyğunluğunun yoxlanılması və onlara baxış keçirilməsi Qaydaları"nın 4.3-cü bənd aşağıdakı redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

4.3. Azərbaycan Respublikasına idxal edilən dövlət baytarlıq nəzarətində olan yüklərin gömrük rəsmiləşdirilməsi zamanı onlara ayrı-ayrılıqda verilən beynəlxalq baytarlıq sertifikatları və digər baytarlıq sənədləri dövlət sərhəd baytarlıq nəzarəti məntəqələrində baytarlıq baxışından keçirilməli, onların Beynəlxalq Epizootik Büronun müvafiq normalarının tələblərinə uyğunluğu məntəqənin baytar mütəxəssisləri tərəfindən yoxlanılmalıdır.

 

[21] 16 iyul 2014-cü il tarixli 253 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 27 iyul 2014-cü il, № 160; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 941) ilə “Dövlət baytarlıq nəzarətində olan yüklərin baytarlıq normalarının tələblərinə uyğunluğunun yoxlanılması və onlara baxış keçirilməsi Qaydaları”nın 4.4-cü bəndinin birinci və ikinci cümlələrində “müfəttişi” sözü “orqanı” sözü ilə əvəz edilmişdir.

 

[22] 1 dekabr 2018-ci il tarixli 519 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 6 dekabr 2018-ci il, № 275) ilə “Heyvanların və əhalinin sağlamlığı üçün təhlükəli olan xəstəliklərə tutulmuş heyvanların, onlardan alınan məhsulların və xammalın təhlükəlilik dərəcəsindən asılı olaraq götürülməsi, məhv edilməsi və ya götürülmədən məcburi zərərsizləşdirilməsi, emalı və ya təkrar emalı Qaydaları”nın 1.2-ci bəndin ikinci cümləsi çıxarılmışdır.

 

[23] 16 iyul 2014-cü il tarixli 253 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 27 iyul 2014-cü il, № 160; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 941) ilə “Heyvanların və əhalinin sağlamlığı üçün təhlükəli olan xəstəliklərə tutulmuş heyvanların, onlardan alınan məhsulların və xammalın təhlükəlilik dərəcəsindən asılı olaraq götürülməsi, məhv edilməsi və ya götürülmədən məcburi zərərsizləşdiriləsi, emalı və ya təkrar emalı Qaydaları”nın 1.3-cü və 2.1-ci bəndlərində “müfəttişləri” sözü “orqanları” sözü ilə, 3.2-ci bəndində “müfəttişi” sözü “orqanının rəhbəri” sözləri ilə əvəz edilmişdir.

 

1 dekabr 2018-ci il tarixli 519 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 6 dekabr 2018-ci il, № 275, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2722) ilə “Heyvanların və əhalinin sağlamlığı üçün təhlükəli olan xəstəliklərə tutulmuş heyvanların, onlardan alınan məhsulların və xammalın təhlükəlilik dərəcəsindən asılı olaraq götürülməsi, məhv edilməsi və ya götürülmədən məcburi zərərsizləşdirilməsi, emalı və ya təkrar emalı Qaydaları”nın 1.3-cü bəndində “dövlət baytarlıq orqanları” sözləri “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (bundan sonra - Agentlik)” sözləri ilə və “göstərişlər verilə bilər” sözləri “qərarlar qəbul edilir” sözləri ilə əvəz edilmişdir.

 

[24] 13 fevral 2015-ci il tarixli 38 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 fevral 2015-ci il, № 42, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №2, maddə 227) ilə “Heyvanların və əhalinin sağlamlığı üçün təhlükəli olan xəstəliklərə tutulmuş heyvanların, onlardan alınan məhsulların və xammalın təhlükəlilik dərəcəsindən asılı olaraq götürülməsi, məhv edilməsi və ya götürülmədən məcburi zərərsizləşdirilməsi, emalı və ya təkrar emalı Qaydaları”nın 1.4-cü bəndində “Dövlət Baytarlıq Xidməti” sözləri “Dövlət Baytarlıq Nəzarəti Xidməti” sözləri ilə əvəz edilmişdir.

 

1 dekabr 2018-ci il tarixli 519 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 6 dekabr 2018-ci il, № 275, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2722) ilə “Heyvanların və əhalinin sağlamlığı üçün təhlükəli olan xəstəliklərə tutulmuş heyvanların, onlardan alınan məhsulların və xammalın təhlükəlilik dərəcəsindən asılı olaraq götürülməsi, məhv edilməsi və ya götürülmədən məcburi zərərsizləşdirilməsi, emalı və ya təkrar emalı Qaydaları”nın 1.4-cü bəndində “Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti” sözləri “Agentlik” sözü ilə əvəz edilmişdir.

 

[25] 1 dekabr 2018-ci il tarixli 519 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 6 dekabr 2018-ci il, № 275, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2722) ilə “Heyvanların və əhalinin sağlamlığı üçün təhlükəli olan xəstəliklərə tutulmuş heyvanların, onlardan alınan məhsulların və xammalın təhlükəlilik dərəcəsindən asılı olaraq götürülməsi, məhv edilməsi və ya götürülmədən məcburi zərərsizləşdirilməsi, emalı və ya təkrar emalı Qaydaları”nın 2.1-ci və 3.13-cü bəndlərində “dövlət baytarlıq orqanları” sözləri “Agentlik” sözü ilə əvəz edilmişdir.

 

[26] 1 dekabr 2018-ci il tarixli 519 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 6 dekabr 2018-ci il, № 275, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2722) ilə “Heyvanların və əhalinin sağlamlığı üçün təhlükəli olan xəstəliklərə tutulmuş heyvanların, onlardan alınan məhsulların və xammalın təhlükəlilik dərəcəsindən asılı olaraq götürülməsi, məhv edilməsi və ya götürülmədən məcburi zərərsizləşdirilməsi, emalı və ya təkrar emalı Qaydaları”nın 3.2-ci bəndində “dövlət baytarlıq orqanının rəhbəri” sözləri “Agentlik” sözü ilə əvəz edilmişdir.

 

[27] 1 dekabr 2018-ci il tarixli 519 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 6 dekabr 2018-ci il, № 275, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2722) ilə “Heyvanların və əhalinin sağlamlığı üçün təhlükəli olan xəstəliklərə tutulmuş heyvanların, onlardan alınan məhsulların və xammalın təhlükəlilik dərəcəsindən asılı olaraq götürülməsi, məhv edilməsi və ya götürülmədən məcburi zərərsizləşdirilməsi, emalı və ya təkrar emalı Qaydaları”nın 3.3-cü bəndin ikinci abzasında “ekspertizası və diaqnostika müayinələrinin” sözləri “ekspertizasının” sözü ilə əvəz edilmişdir.

 

[28] 1 dekabr 2018-ci il tarixli 519 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 6 dekabr 2018-ci il, № 275, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2722) ilə “Heyvanların və əhalinin sağlamlığı üçün təhlükəli olan xəstəliklərə tutulmuş heyvanların, onlardan alınan məhsulların və xammalın təhlükəlilik dərəcəsindən asılı olaraq götürülməsi, məhv edilməsi və ya götürülmədən məcburi zərərsizləşdirilməsi, emalı və ya təkrar emalı Qaydaları”nın 3.9-cu bəndində “dövlət baytarlıq orqanına” sözləri “Agentliyə” sözü ilə əvəz edilmişdir.

 

[29] 16 iyul 2014-cü il tarixli 253 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 27 iyul 2014-cü il, № 160; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 941) ilə “Karantin müddətində bazarların, heyvan tədarükü (kəsimi) məntəqələrinin, əlaqəli müəssisələrin, həmçinin yarmarkaların, hərracların, sərgilərin, dövlət baytarlıq nəzarətinə cəlb edilən yüklərin daşınması ilə əlaqədar onların kütləvi toplanılan yerlərinin fəaliyyətinin müvəqqəti dayandırıla bilməsi Qaydaları”nın 3-cü, 5-ci və 7-ci hissələrində “müfəttişinin” sözü “orqanının” sözü ilə əvəz edilmişdir.

 

[30] 1 dekabr 2018-ci il tarixli 519 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 6 dekabr 2018-ci il, № 275, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2722) ilə “Epizootiya əleyhinə fövqəladə komissiyanın yaradılması və fəaliyyəti Qaydaları”nın 2.1-ci bəndində “Kənd Təsərrüfatı Nazirliyi” sözləri “Qida Təhlükəsizliyi Agentliyi” sözləri ilə əvəz edilmişdir.

 

[31] 1 dekabr 2018-ci il tarixli 519 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 6 dekabr 2018-ci il, № 275, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2722) ilə “Epizootiya əleyhinə fövqəladə komissiyanın yaradılması və fəaliyyəti Qaydaları”nın 2.2-ci bəndinə “tərkibinə” sözündən sonra “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin,” sözləri əlavə edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status