AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
27.12.2007
QEYDİYYAT NÖMRƏSİ
210
ADI
Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə uçan şəxslərə güzəştlərin edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-2007, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 1345)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
01.01.2008
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
180.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə uçan şəxslərə güzəştlərin edilməsi haqqında

Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə uçan şəxslərə güzəştlərin edilməsi haqqında [1]

 

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Tarif (qiymət) Şurası tərəfindən Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə uçuş tarifinin 95 manat həcmində təsdiq edildiyini, erməni qəsbkarlarının təcavüzü nəticəsində Naxçıvan Muxtar Respublikası əhalisinin blokada şəraitində yaşadığını, hava nəqliyyatının Muxtar Respublika ilə Azərbaycan Respublikasının digər əraziləri arasında əlaqə yaradan əsas nəqliyyat növü olduğunu və Naxçıvan Muxtar Respublikasına humanitar əlaqələrin təmin edilməsi zəruriliyini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. «Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyəti vasitəsilə Bakı-Naxçıvan və Naxçıvan- Bakı hava xətti ilə uçan Azərbaycan Respublikasının vətəndaşlarına və vətəndaşlığı olmayan şəxslərə (Azərbaycan Respublikasının vətəndaşlığı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olmayan şəxslərə) təsdiq olunmuş uçuş tarifi üzrə 20 manat (aeroportda hava gəmisinə xidmət xərcləri və digər əlavə xərclər nəzərə alınmaqla) məbləğində güzəşt edilsin.

2. I və II dərəcə əlilliyi olan şəxslərə, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, 2 yaşından 12 yaşınadək uşaqlara və tələbələrə (ildə 2 dəfə gediş-gəliş üçün) bu qərarın 1-ci bəndində müəyyən edilmiş güzəştdən əlavə olaraq, 10 manat məbləğində güzəşt müəyyən edilsin. [2]

3. Bu qərarın 1-ci və 2-ci bəndlərində nəzərdə tutulmuş güzəştlər Azərbaycan Respublikasının dövlət büdcəsindən "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinə kompensasiya edilsin. [3]

4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, «Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyəti ilə birlikdə «Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə uçan şəxslərə edilən güzəştlərlə bağlı dövlət büdcəsindən kompensasiyanın verilməsi və həmin şəxslərin uçota alınması qaydaları»nı müəyyən etsin.

5. «Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyətinə tapşırılsın ki:

- Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə güzəştli şərtlərlə uçan Azərbaycan Respublikası vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin (Azərbaycan Respublikasının vətəndaşlığı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olmayan şəxslərin) dəqiq uçotunun aparılmasını təşkil etməklə, həmin güzəştlərin tətbiqində sui-istifadə hallarına yol verilməməsini təmin etsin;

- güzəştlərin tətbiq edilməsi barədə rübdə bir dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə hesabat təqdim etsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Naxçıvan Muxtar Respublikasına mülki aviasiyanın uçuş tariflərinin tənzimlənməsi haqqında» 1994-cü il 15 noyabr tarixli 399 nömrəli qərarın 1-ci bəndi və «Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Naxçıvan Muxtar Respublikasına mülki aviasiyanın uçuş tariflərinin tənzimlənməsi haqqında» 1994-cü il 15 noyabr tarixli 399 nömrəli qərarında dəyişiklik edilməsi barədə» 1995-ci il 5 iyun tarixli 133 nömrəli qərar qüvvədən düşmüş hesab edilsin.

7. Bu qərar 2008-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

 

Bakı şəhəri, 27 dekabr 2007-ci il

  210

 


QƏRARA  EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

1.       20 avqust 2008-ci il tarixli 192 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 787)

2.       5 fevral 2009-cu il tarixli 21 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 144)

3.       30 oktyabr 2009-cu il tarixli 170 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №10, maddə 859)

4.       31 oktyabr 2014-cü il tarixli 363 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №10, maddə 1330)

5.       7 mart 2019-cu il tarixli 81 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 515)

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI



[1] 5 fevral 2009-cu il tarixli 21 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 144) ilə 1-ci, 3-cü, 4-cü, 5-ci bəndlərində ismin müvafiq hallarında «Dövlət Konserni» sözləri ismin müvafiq hallarında «Qapalı Səhmdar Cəmiyyəti» sözləri ilə əvəz edilmişdir.

 

[2] 31 oktyabr 2014-cü il tarixli 363 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №10, maddə 1330) ilə 2-ci hissəsində “ 5 rəqəmi “ 2 rəqəmi ilə əvəz edilmişdir.

 

30 oktyabr 2009-cu il tarixli 170 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №10, maddə 859)  ilə 1-ci bəndində "55" rəqəmi "20" rəqəmi ilə əvəz edilsin və 3-cü bəndi yeni redaksiyada verilmişdir.

 

Əvvəlki redaksiyada deyilirdi:

Bu qərarla müəyyən edilmiş güzəşt məbləğinin Azərbaycan Respublikasının vətəndaşları və vətəndaşlığı olmayan şəxslər (Azərbaycan Respublikasının vətəndaşlığı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olmayan şəxslər) üçün 20 manat məbləğində olan hissəsi və I, II qrup əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər 5 yaşından 12 yaşınadək uşaqlar və tələbələr (ildə 2 dəfə gediş-gəliş üçün) üçün isə 30 manat məbləğində olan hissəsi Azərbaycan Respublikasının dövlət büdcəsindən «Azərbaycan Hava Yolları» Dövlət Konserninə kompensasiya edilsin. Güzəştin qalan hissəsi «Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyətinin maliyyə-təsərrüfat fəaliyyətinə aid edilsin.

 

7 mart 2019-cu il tarixli 81 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 515) ilə 2-ci hissədə “qrup əlillərə” sözləri “dərəcə əlilliyi olan şəxslərə” sözləri ilə və “şəxslərə” sözü “uşaqlara,” sözü ilə əvəz edilmişdir.

 

[3] 20 avqust 2008-ci il tarixli 192 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 787) ilə 2-ci bəndində «əlillərə» sözündən sonra «, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə» sözləri, 3-cü bəndində «əlillər» sözündən sonra  «, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər» sözləri əlavə edilmişdir.

 

30 oktyabr 2009-cu il tarixli 170 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №10, maddə 859)  ilə 1-ci bəndində "55" rəqəmi "20" rəqəmi ilə əvəz edilsin və 3-cü bəndi yeni redaksiyada verilmişdir.

 

Əvvəlki redaksiyada deyilirdi:

Bu qərarla müəyyən edilmiş güzəşt məbləğinin Azərbaycan Respublikasının vətəndaşları və vətəndaşlığı olmayan şəxslər (Azərbaycan Respublikasının vətəndaşlığı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olmayan şəxslər) üçün 20 manat məbləğində olan hissəsi və I, II qrup əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər 5 yaşından 12 yaşınadək uşaqlar və tələbələr (ildə 2 dəfə gediş-gəliş üçün) üçün isə 30 manat məbləğində olan hissəsi Azərbaycan Respublikasının dövlət büdcəsindən «Azərbaycan Hava Yolları» Dövlət Konserninə kompensasiya edilsin. Güzəştin qalan hissəsi «Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyətinin maliyyə-təsərrüfat fəaliyyətinə aid edilsin.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status