AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
23.03.2002
QEYDİYYAT NÖMRƏSİ
46
ADI
Dövlət sosial sığorta şəhadətnaməsinin formasının təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-03-2002, Nəşr nömrəsi: 03, Maddə nömrəsi: 149)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
23.03.2002
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
080.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Dövlət sosial sığorta şəhadətnaməsinin formasının təsdiq edilməsi haqqında

Dövlət sosial sığorta şəhadətnaməsinin formasının təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

"Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli, 616 nömrəli Fərmanının 1-ci bəndinin altıncı abzasının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Dövlət sosial sığorta şəhadətnaməsinin forması" təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu ilə birlikdə dövlət sosial sığorta şəhadətnaməsinin spesifikasiyası və onun hazırlanması ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri   A. RASİZADƏ

 

Bakı şəhəri, 23 mart 2002-ci il

     № 46

 


 

Dövlət sosial sığorta şəhadətnaməsinin

 

TƏSVİRİ

 

Dövlət sosial sığorta şəhadətnaməsi (bundan sonra – sığorta şəhadətnaməsi adlandırılacaq) 85 mm x 55 mm ölçülüdür. [1]

Sığorta şəhadətnaməsinin üz və arxa tərəfləri xətti qradient rəngləmə üsulundan və keçidlərdən istifadə etməklə narıncı-ağ və narıncı rəngdədir xüsusi ornamentlə işlənmiş, kənarlardan 1,5 mm içəriyə doğru perimetr boyunca "Fərdi uçot" sözləri ilə haşiyələnmişdir. [2]

Sığorta şəhadətnaməsinin üz tərəfinin yuxarı sol küncündə Azərbaycan Respublikası Dövlət gerbinin rəngli təsviri verilmiş, onun yanında soldan sağa “Azərbaycan Respublikası” sözləri, onun altında “Dövlət sosial sığorta şəhadətnaməsi” sözləri, onun altında “sosial sığorta nömrəsi” sözləri yazılmış və qarşısında sosial sığorta nömrəsini yazmaq üçün yer qoyulmuşdur.

Sığorta şəhadətnaməsinin üz tərəfinin yuxarı sağ küncündə sәkkizguşәli ulduzun təsviri verilmiş, ulduzun daxilində diametrləri 10,5 mm 7,7 mm olan konsentrik çevrələr çəkilmişdir.

Konsentrik çevrələrin əmələ gətirdiyi halqa boyunca “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu” sözləri yazılmış, 7,7 mm diametrli çevrənin daxilində “Fərdi uçot” sözləri yazılmışdır. [3]

Sığorta şəhadətnaməsinin üz tərəfində “Soyadı”, “Adı, “Atasının adı”, “Doğulduğu tarix (il, ay, gün)”, “Doğulduğu yer”, “Cinsi”, “Ünvanı” və “Fərdi identifikasiya nömrəsi” sözləri yazılmışdır. [4]

Sığorta şəhadətnaməsinin arxa tərəfində “Dövlət sosial sığorta şəhadətnaməsi sığortaolunanda saxlanılır.”, “Dövlət sosial sığorta şəhadətnaməsi yalnız şəxsiyyəti təsdiq edən sənədlə birgə təqdim edildikdə etibarlıdır.”, “Dövlət sosial sığorta şəhadətnaməsi əvvəlki sosial sığorta nömrəsi saxlanılmaqla aşağıdakı hallarda dəyişdirilə bilər:”, “-sığortaolunanın soyadı, adı, atasının adı, doğulduğu il, ay, gün, doğulduğu yer və cinsi dəyişdikdə;”, “-dövlət sosial sığorta şəhadətnaməsində yazılan məlumatlarda yanlışlıq və yaxud səhv aşkar edildikdə;”, “-dövlət sosial sığorta şəhadətnaməsi yararsız hala düşdükdə;”, “-qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.” Dövlət sosial sığorta şəhadətnaməsi itirildikdə onun dublikatı verilir. sözləri yazılmışdır. [5]

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2002-ci il 23 mart tarixli 46 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Dövlət sosial sığorta şəhadətnaməsinin forması

 

Üz tərəf

 

“Gerb”

 

“Enbilem”

 
AZƏRBAYCAN RESPUBLİKASI

DÖVLƏT SOSİAL SIĞORTA ŞƏHADƏTNAMƏSİ

sosial sığorta nömrəsi

Soyadı

 

Adı

 

Atasının adı

 

Doğulduğu tarix

 

Doğulduğu yer

 

Cinsi

 

Ünvanı

 

Fərdi identifikasiya nömrəsi [6]

 

 

Arxa tərəf [7]

 

Dövlət sosial sığorta şəhadətnaməsi sığortaolunanda saxlanılır.

Dövlət sosial sığorta şəhadətnaməsi yalnız şəxsiyyəti təsdiq edən sənədlə birgə təqdim edildikdə etibarlıdır.

Dövlət sosial sığorta şəhadətnaməsi əvvəlki sosial sığorta nömrəsi saxlanılmaqla aşağıdakı hallarda dəyişdirilə bilər:

 

  • Sığortaolunanın soyadı, adı, atasının adı, doğulduğu il, ay, gün, doğulduğu yer və cinsi dəyişdikdə;
  • dövlət sosial sığorta şəhadətnaməsi itirildikdə;
  • dövlət sosial sığorta şəhadətnaməsində yazılan məlumatlarda yanlışlıq və yaxud səhv aşkar edildikdə;
  • dövlət sosial sığorta şəhadətnaməsi yararsız hala düşdükdə;
  • qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.
  • Dövlət sosial sığorta şəhadətnaməsi itirildikdə onun dublikatı verilir.

 

 


 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       21 iyun 2005-ci il tarixli 110 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

2.       7 fevral 2008-ci il tarixli 33 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 114)

3.       22 iyun 2016-cı il tarixli 245 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 25 iyun 2016-cı il, № 136, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1221)

  1. 28 noyabr 2016-cı il tarixli 486 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 noyabr 2016-cı il, № 264, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №11, maddə 1974)
  2. 5 mart 2021-ci il tarixli 63 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 mart 2021-ci il, № 56, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 282)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



[1] 21 iyun 2005-ci il tarixli 110 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə birinci abzasda " 100 mm x 70 mm ölçülüdür" sözləri " 85 mm x 55 mm ölçülüdür" sözləri ilə əvəz edilmişdir.

 

[2] 21 iyun 2005-ci il tarixli 110 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə ikinci abzasda "açıq çəhrayı rəngdə" sözləri "xətti qradient rəngləmə üsulundan və keçidlərdən istifadə etməklə narıncı-ağ və narıncı rəngdədir" sözləri ilə əvəz edilmişdir və "xüsusi ornamentlə işlənmiş, kənarlardan 1,5 mm içəriyə doğru perimetr boyunca "Fərdi uçot" sözləri ilə haşiyələnmişdir" sözləri çıxarılmışdır.

 

[3] 28 noyabr 2016-cı il tarixli 486 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 noyabr 2016-cı il, № 264, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №11, maddə 1974) ilə “Dövlət sosial sığorta şəhadətnaməsinin Təsviri”nin beşinci abzasında “Dövlət Sosial Müdafiə Fondu” sözləri “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu” sözləri ilə əvəz edilmişdir.

5 mart 2021-ci il tarixli 63 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 mart 2021-ci il, № 56, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 282) ilə “Dövlət sosial sığorta şəhadətnaməsinin Təsviri”nin beşinci abzasında “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında” sözləri “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində” sözləri ilə əvəz edilmişdir.

 

[4] 28 noyabr 2016-cı il tarixli 486 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 noyabr 2016-cı il, № 264, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №11, maddə 1974) ilə “Dövlət sosial sığorta şəhadətnaməsinin Təsviri”nin altıncı abzasa “Cinsi” sözündən sonra “, “Ünvanı” və “Fərdi identifikasiya nömrəsi” sözləri əlavə edilmişdir.

 

[5] 7 fevral 2008-ci il tarixli 33 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 114) ilə həmin qərarla təsdiq edilmiş «Dövlət sosial sığorta şəhadətnaməsinin Təsviri»nin yeddinci abzasında «sığorta olunanda (işçidə)» sözləri «sığortaolunanda» sözləri ilə, «sığorta olunanın» sözləri «sığortaolunanın» sözləri ilə əvəz edilsin, «-dövlət sosial sığorta şəhadətnaməsi itirildikdə;»,» sözləri çıxarılmışdır və «-qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.»» sözlərindən sonra «Dövlət sosial sığorta şəhadətnaməsi itirildikdə onun dublikatı verilir.» sözləri əlavə edilmişdir.

 

[6] 22 iyun 2016-cı il tarixli 245 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 25 iyun 2016-cı il, № 136, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1221) ilə “Dövlət sosial sığorta şəhadətnaməsinin forması”nın “Üz tərəf” hissəsinə “Cinsi” abzasından sonra “Ünvanı” və “Fərdi identifikasiya nömrəsi” abzasları əlavə edilmişdir.

 

[7] 7 fevral 2008-ci il tarixli 33 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 113) ilə həmin qərarla təsdiq edilmiş «Dövlət sosial sığorta şəhadətnaməsinin forması»nın «Arxa tərəf» hissəsinin birinci abzasında «sığorta olunanda (işçidə)» sözləri «sığortaolunanda» sözləri ilə, dördüncü abzasında «sığorta olunanın» sözləri «sığortaolunanın» sözləri ilə əvəz edilmişdir, beşinci abzası çıxarılmışdır, altıncı, yeddinci, səkkizinci abzaslar müvafiq olaraq beşinci, altıncı, yeddinci abzaslar hesab olunmuşdur və yeni məzmunda səkkizinci abzas əlavə edilmişdir.

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status