AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
14.12.2005
QEYDİYYAT NÖMRƏSİ
227
ADI
“Telekommunikasiya şəbəkələrini, vasitə və qurğularını mühafizə Qaydaları”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-2005, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 1227)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
14.12.2005
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.000.000
180.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
“Telekommunikasiya şəbəkələrini, vasitə və qurğularını mühafizə Qaydaları”nın təsdiq edilməsi haqqında

“Telekommunikasiya şəbəkələrini, vasitə və qurğularını mühafizə Qaydaları”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 277 nömrəli Fərmanının 1.11-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Telekommunikasiya şəbəkələrini, vasitə və qurğularını mühafizə Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. “Azərbaycan Respublikasında rabitə vasitələrini və qurğularını mühafizə Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 19 dekabr tarixli 138 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

 

Bakı şəhəri, 14 dekabr 2005-ci il

      № 227

 

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin

2005-ci il 14 dekabr tarixli 227 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Telekommunikasiya şəbəkələrini, vasitə və qurğularını mühafizə

 

QAYDALARI

 

1. ÜMUMİ MÜDDƏALAR

 

1.1. Bu Qaydalar “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 277 nömrəli Fərmanının 1.11-ci bəndinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının telekommunikasiya şəbəkələrini, vasitə və qurğularını mühafizə qaydalarını müəyyən edir.

1.2. Bu Qaydalar telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının mülkiyyət formasından, fəaliyyət yerindən asılı olmayaraq, bütün hüquqi və fiziki şəxslər üçün məcburidir.

1.3. Telekommunikasiya şəbəkəsində fəaliyyət göstərən telekommunikasiya operator və provayderləri ümumi istifadədə və istismarda olan telekommunikasiya vasitə və qurğularının qorunmasını bu Qaydalara uyğun həyata keçirirlər.

1.4. Telekommunikasiya şəbəkələrinə, vasitə və qurğularına aşağıdakılar aid edilir:

yeraltı, hava və sualtı kabel rabitə xətləri;

məftilli rabitə xətləri;

radiorele xətləri və stansiyaları;

yerüstü peyk stansiyaları;

GSM, CDMA və digər müasir standartlı mobil şəbəkələrin stansiyaları;

kabel xətlərinin yerüstü və yeraltı qurğuları, xidmət olunmayan gücləndirici məntəqə (bundan sonra - XOGM), kabel köşkləri və şkafları, yeraltı kabel xətlərini göstərən nişanlayıcı dirəklər və s.;

telekommunikasiya xidmətlərinin göstərilməsi üçün istifadə edilən bina, qüllə və digər mühəndis-texniki qurğular.

 

2. TELEKOMMUNİKASİYA ŞƏBƏKƏLƏRİNİ, VASİTƏ VƏ QURĞULARINI MÜHAFİZƏ ZONALARI

 

2.1. Telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının zədələnməsinin qarşısını almaq məqsədilə aşağıdakı mühafizə zonaları müəyyən edilir:

2.1.1. yeraltı kabel və məftilli hava xətləri üçün yan naqillərə və kabellərə paralel olaraq hər iki tərəfə 2 metr məsafədə torpaq sahəsi (fəza nəzərə alınmaqla);

2.1.2. kabel rabitə xidmətlərində yeraltı və yerüstü xidmət olunmayan gücləndirici və regenerasiya məntəqələrinin divarlarının xaricindən ən azı 3 metr və torpaqlanma dövrəsindən ən azı 2 metr məsafədə torpaq sahəsi;

2.1.3. dənizaltı kabel rabitə xətləri boyunca suyun üst səthindən onun dibinə qədər olan məsafədə, paralel müstəvilər arasında, kənar kabeldən hər tərəfə 0,25 mil (460 metr) su sahəsi;

2.1.4. çay, göl, su hövzələri və kanallarından keçən kabel rabitə xətlərindən hər iki tərəfə 100 metr məsafədə su sahəsi;

2.1.5. daş, çınqıl və s. tikinti materialları götürülən çaylardan keçən yeraltı rabitə kabelindən çayın mənbəyi istiqamətində 100 metr, mənsəbi istiqamətində 300 metr məsafə;

2.1.6. meşə massivlərindən və yaşıllıqlardan keçən yeraltı kabel rabitə xətləri üçün keçid mühafizə zonası kabellərin hər iki tərəfindən paralel olaraQ

ən azı 2 metr məsafədə torpaq sahəsi, hava xətləri üçün isə yan naqillərə paralel olaraq hər iki tərəfdən ən azı 3 metr məsafədə torpaq sahəsi;

2.1.7. qüllələrin (H> 30 m ), dayaqların (H30 m) və parabolik antenaların, hündürlüyünün 20% ölçüsü də əlavə olunmaqla, mühafizə zonası;

2.1.8. peyk stansiyasının yerləşdiyi yerdən 1,5- 2 km radiusda mühafizə zonası;

2.1.9. radiorele avadanlıqlarının istismarı üçün tələb olunan birbaşa görünüş təmin edilməklə, radiorele xəttindən 6-10 metr radiusda mühafizə zonası;

2.1.10. izolyasiyası olmayan fider xətləri üçün fider xətlərində olan gərginlik və güc nəzərə alınmaqla, 80-100 metr mühafizə zonası.

 

3. TELEKOMMUNİKASİYA ŞƏBƏKƏLƏRİNİN, VASİTƏ VƏ QURĞULARININ MÜHAFİZƏSİNİN HƏYATA KEÇİRİLMƏSİ TƏDBİRLƏRİ

 

3.1. Yaşayış məntəqələrindən kənarda yeraltı rabitə xətlərinin keçdiyi magistral boyu xəbərdaredici dirəklər basdırılır.

3.2. Dənizdən, su hövzələrindən, kanallarından, çaydan və göldən keçən kabel rabitə xətlərini mühafizə zonasının sərhədinə (kabellərin sahilə çıxdığı yerdə) xəbərdaredici nişanlar və siqnal işarələri (mayaklar) qoyulur. Dənizaltı rabitə kabellərinin keçdiyi magistrallar “Dənizçilər üçün xəbərdarlıq” sənədlərində göstərilir və dənizçi xəritələrində qeyd olunur. Mühafizə zonalarında gəmilərin hərəkəti və naviqasiyanı qadağan edən işarələr qəbul olunmuş standartlara uyğun müəyyən olunur.

3.3. Rabitə xətləri parklardan, bağçalardan və qoruqlardan keçdiyi halda aidiyyəti telekommunikasiya operatorlarının razılığı ilə keçidlərin eni azaldıla bilər.

3.4. Telekommunikasiya şəbəkələri, vasitə və qurğuları ilə digər yeraltı, yerüstü kommunikasiyalar arasındakı minimal məsafə bu Qaydaların əlavəsinə uyğun tənzimlənir.

3.5. Radiorele rabitə xətləri, ötürücü antenalar və yerüstü peyk stansiyaları üçün xüsusi torpaq sahələri ayrılır ki, burada radio dalğalarının maneəsiz yayılmasına çətinlik törədən bina və qurğuların tikilməsi, ağac əkilməsi və s. qadağan edilir.

3.6. Birinci dərəcəli meşələrin ərazisində və başqa qorunan ərazilərdə rabitə xətlərini mühafizə zonası aidiyyəti dövlət orqanının nümayəndələrinin iştirakı ilə vaxtaşırı kollardan və ağaclardan təmizlənməli, yanğın təhlükəsizliyi vəziyyətinə gətirilməli, cığırın eni nəzərdə tutulan normada olduğu kimi saxlanılmalıdır.

3.7. Xidmət olunmayan gücləndirici məntəqələr və regenerasiya qurğuları xüsusi konteynerlərdə yerləşdirilir və lazımi nişanlarla təmin olunur.

3.8. Rabitə qurğularını mühafizə zonasındakı torpaq sahələri kənd təsərrüfatı məqsədləri üçün ayrılarkən, yerli idarəetmə orqanları ayrılan torpaq sahələrini aidiyyəti telekommunikasiya operatoru ilə razılaşdırmalı və torpaq istifadəçisinə verilən sənəddə xüsusi qeydlər aparmalıdırlar.

3.9. Telekommunikasiya qurğularının yerləşdiyi mühafizə zonalarına aid olan torpaq sahələrindən istifadə qaydaları Azərbaycan Respublikasının mövcud qanunvericiliyi ilə tənzimlənir.

3.10. Yaşayış məntəqələrinin yenidən qurulması, ayrı-ayrı binaların, yolların, körpülərin təmiri, meliorasiya işlərinin görülməsi, faydalı qazıntı yataqlarının emalı zamanı və bu kimi digər hallarda telekomunikasiya qurğularının köçürülməsi və ya yenidən qurulması sifarişçinin vəsaiti hesabına, mövcud standartlara və telekommunikasiya şəbəkəsinin mülkiyyətçisinin texniki şərtlərinə uyğun şəkildə həyata keçirilir.

3.11. Mövcud olan yollarla kəsişməsi nəzərdə tutulan telekommunikasiya xətlərinin, vasitə və qurğularının tikintisi, habelə mövcud yolları mühafizə zonalarında yerləşdirilmiş telekommunikasiya xətlərinin, vasitə və qurğularının istismarı və onlarda qəza-bərpa işlərinin aparılması ümumi istifadədə olan yollara aid olduqda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə, bələdiyyələrin və ya yerli icra hakimiyyəti orqanlarının balansında olan yollara aid olduqda müvafiq bələdiyyə və ya yerli icra hakimiyyəti orqanı ilə, özəl yollara aid olduqda isə onların mülkiyyətçiləri ilə razılaşdırılmalıdır. [1]

3.12. Telekommunikasiya şəbəkələri, vasitə və qurğularının tikintisi və yenidən qurulması ərazi planlaşdırılması sənədləri əsasında həyata keçirilməlidir. [2]

3.13. Rayonların ərazilərində yerləşən yeraltı, hava və sualtı kabel rabitə xətləri və məftilli rabitə xətləri yerli icra hakimiyyəti orqanlarının memarlıqtikinti xidmətləri tərəfindən rayon və şəhərlərin inzibati xəritələrində göstərilməlidir.

3.14. Telekommunikasiya şəbəkələrində yalnız sertifikatlaşdırılmış proqram təminatlarından istifadə olunmalıdır. Bununla əlaqədar:

telekommunikasiya şəbəkələrində tətbiq olunan proqram təminatının mühafizə rejimi onun istehsalçısı və mülkiyyətçisi tərəfindən müəyyən edilməlidir;

zərurət yarandığı halda proqram təminatına daxil olma və dəyişikliklərin aparılması yalnız istehsalçı şirkətin nümayəndələri ilə birgə yerinə yetirilməlidir.

3.15. Proqram təminatlarına icazəsiz daxilolma hallarından müdafiə məqsədilə şəbəkədə beynəlxalq standartlara uyğun proqram vasitələrindən istifadə olunmalıdır.

3.16. Proqram təminatının mülkiyyətçisi onun mühafizəsi üçün məsul struktur bölməsini və yaxud məsul şəxsi müəyyən edə bilər.

 

4. TELEKOMMUNİKASİYA ŞƏBƏKƏLƏRİNİ, VASİTƏ VƏ QURĞULARINI MÜHAFİZƏ ZONALARINDA İŞLƏRƏ QOYULAN QADAĞALAR VƏ ŞƏRTLƏR

 

4.1. Telekommunikasiya şəbəkələrini, vasitə və qurğularını mühafizə zonalarında aidiyyəti dövlət orqanlarının və telekommunikasiya operatorlarının razılığı və iştirakı olmadan aşağıdakı işlərin görülməsi qadağandır:

4.1.1. tikinti, quraşdırma, rekonstruksiya və partlayış işlərinin aparılması;

4.1.2. 0,3 metr dərinlikdə qazma işlərinin aparılması;

4.1.3. xüsusi maşın və mexanizmlərlə qazıntı və hamarlama işlərinin aparılması;

4.1.4. geoloji axtarış, geodeziya, buruq qazma və digər kəşfiyyat işlərinin aparılması;

4.1.5. ağacların əkilməsi, tarla düşərgələrinin salınması, materialların, yem və gübrələrin saxlanılması, tonqal yandırılması, poliqon yaradılması, rabitə dayaqlarının (dirəklərinin) yanına və hava rabitə xətlərinin altına yanğın təhlükəsi törədə biləcək digər tullantıların yığılması;

4.1.6. avtonəqliyyat, traktor və texnika üçün keçid yollarının salınması, məftilli və kabel rabitə xətlərinin qırılması üçün təhlükə yaradan yük maşınlarının bu xətlərin altından keçirilməsi və qabaritli yüklərin daşınması;

4.1.7. rabitə vasitə və qurğuları yerləşən bina və körpülərin köçürülməsi, təmir olunması və kollektorların, metropoliten tunellərinin, avtomobil və dəmir yollarının əsaslı təmiri;

4.1.8. telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının zədələnməsinə, normal iş rejiminə xələl gətirilməsinə səbəb olan işlərin aparılması;

4.1.9. hüquqi və fiziki şəxslərə məxsus elektrik xətlərinin, kabellərin rabitə dirəklərindən asılması və kabel-kanalizasiya qurğuları vasitəsilə çəkilməsi.

4.2. Telekommunikasiya şəbəkələrində tətbiq olunan proqram təminatına giriş bu proqram təminatının istismarına məsul olan şəxslər üçün gizli fərdi parollardan istifadə etməklə təmin olunmalıdır.

 

5. TELEKOMMUNİKASİYA ŞƏBƏKƏLƏRİNİ, VASİTƏ VƏ QURĞULARINI MÜHAFİZƏ ZONALARI ÜZRƏ TELEKOMMUNİKASİYA OPERATORLARININ, HÜQUQİ VƏ FİZİKİ ŞƏXSLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ

 

5.1. Telekommunikasiya operatorlarının texniki işçiləri həmin operatorlara məxsus telekommunikasiya şəbəkələrini, vasitə və qurğularını mühafizə zonalarına 24 saat ərzində maneəsiz daxil olmaq və təmir işləri aparmaq hüququna malikdirlər.

5.2. Telekommunikasiya operatorları telekommunikasiya şəbəkələrinə, vasitə və qurğularına texniki xidmət göstərilməsi üçün zəruri olan yolları, keçidləri, körpüləri və digər qurğuları, aidiyyəti üzrə razılaşdırmaqla, inşa etmək hüququna malikdirlər.

5.3. Telekommunikasiya operatorları tərəfindən kənd təsərrüfatı torpaqlarından keçən rabitə xətlərinin planlı təmir işləri torpaqlarda tarla bitkiləri əkilməyən dövrdə aparılmalıdır.

5.4. Telekommunikasiya şəbəkələrində, vasitə və qurğularında baş vermiş qəzanın telekommunikasiya operatorları tərəfindən aradan qaldırılmasına və təcili bərpa işlərinin aparılmasına şərait yaradılmalıdır.

5.5. Telekomunikasiya operatorları bərpa işlərini yerinə yetirdikdən sonra aidiyyəti dövlət orqanları ilə razılaşdırılmış layihə əsasında torpaq sahəsini və yol örtüyünü əvvəlki vəziyyətə gətirməlidirlər (rekultivasiya etməlidirlər).

5.6. Telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının təmiri, mövcud qurğulara əlavələr edilməsi və onların bərpası zamanı yol örtüyünün sökülməsi və torpağın çıxarılması tələb olunarsa, bu işlərin aparılması ümumi istifadədə olan yollara aid olduqda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə, bələdiyyələrin və ya yerli icra hakimiyyəti orqanlarının balansında olan yollara aid olduqda müvafiq bələdiyyə və ya yerli icra hakimiyyəti orqanı ilə, özəl yollara aid olduqda isə onların mülkiyyətçiləri ilə əvvəlcədən razılaşdırılmalıdır. [3]

5.7. Xüsusi əhəmiyyətli rabitə xətləri qəflətən zədələndikdə və ehtiyat istiqamətlə rabitənin təşkili mümkün olmadıqda, həmin xətlərin bərpası üçün təxirəsalınmaz tədbirlərin görülməsi ilə əlaqədar yol örtüklərinin sökülməsi və qazıntı işlərinin aparılması zərurəti yarandıqda əvvəlcədən razılaşdırılmadan, lakin ümumi istifadədə olan yollara aid olduqda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin, bələdiyyələrin və ya yerli icra hakimiyyəti orqanlarının balansında olan yollara aid olduqda müvafiq bələdiyyənin və ya yerli icra hakimiyyəti orqanının, özəl yollara aid olduqda isə onların mülkiyyətçilərinin nümayəndəsinin iştirakı ilə yerində aktlaşdırılmaqla, həmin işlər aparıla bilər.

5.8. Telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının təmiri, mövcud qurğulara əlavələr edilməsi və onların bərpası ilə əlaqədar sökülmüş yol örtüyünün bərpası ümumi istifadədə olan yollara aid olduqda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin, bələdiyyələrin və ya yerli icra hakimiyyəti orqanlarının balansında olan yollara aid olduqda müvafiq bələdiyyə və ya yerli icra hakimiyyəti orqanının, özəl yollara aid olduqda isə onların mülkiyyətçilərinin razılığı ilə telekommunikasiya operatorları tərəfindən və ya bərpa xərcləri operatorlar tərəfindən, qəza onlardan asılı olmayan hallarda baş verdikdə isə qanunvericilikdə müəyyən edilən şəxslər və ya orqanlar tərəfindən tam ödənilməsi şərtilə yolun mənsubiyyətindən asılı olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, müvafiq bələdiyyələr, yerli icra hakimiyyəti orqanları, hüquqi və ya fiziki şəxslər tərəfindən yerinə yetirilir. [4]

5.9. Obyekt, bina və digər tikinti layihələrində, layihələndirilən ərazidə mövcud olan telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının keçdiyi yer göstərilməli və tikinti layihəsinə dair digər aidiyyəti dövlət orqanları ilə yanaşı, telekommunikasiya sahəsi üzrə səlahiyyətli dövlət orqanının da rəyi alınmalıdır. Telekommunikasiya vasitə və qurğularının tam mühafizəsi və köçürülməsi (lazım gələrsə) layihəni həyata keçirən müəssisənin vəsaiti hesabına işə başlamazdan əvvəl təmin edilməlidir. [5]

5.10. Tikinti işləri aparan təşkilat tərəfindən telekommunikasiya şəbəkələri, vasitə və qurğuları zədələnərsə, həmin tikinti təşkilatı təcili olaraq telekommunikasiya operatoruna bu barədə xəbər verməli, həmçinin işçi qüvvəsi və mexanizmlərin köməyi ilə qəzanın qısa müddətdə aradan qaldırılmasına kömək etməlidir.

5.11. Su hövzələrində olan sualtı kabellər su nəqliyyatı vasitələrinə ilişib qalxarsa, gəmi komandiri həmin kabelin tam zədəsiz halda azad olunması üçün tədbirlər görməyə borcludur. Kabelin ilişdirilib qaldırılması vaxtı və həmin yerin koordinatları haqqında gəmi komandiri yaxın limana, liman isə bu barədə telekommunikasiya operatoruna təcili məlumat verməlidir.

5.12. Hüquqi və fiziki şəxslər qazıntı işləri apararkən texniki sənədlərdə göstərilməyən yeraltı rabitə kabelinə rast gələrlərsə, dərhal işləri dayandırmalı və telekommunikasiya operatoruna bu barədə təcili məlumat verməlidirlər.

5.13. Yerli icra hakimiyyəti orqanları tikinti aparan təşkilatdan, torpaq sahəsinin ayrılması ilə əlaqədar müraciət edən hər bir fiziki və hüquqi şəxsdən bu işlərin aparılması üçün aidiyyəti telekommunikasiya operatorunun razılığını tələb etməlidirlər.

5.14. Yüksək gərginlikli elektrik xətlərinin, eləcə də bütün elektrik xətlərinin çəkilişi və rekonstruksiyası zamanı hava rabitə xətlərinin mühafizəsi elektrik şəbəkəsi operatoru tərəfindən normativlərə uyğun gözlənilməlidir.

Əks halda, hava rabitə xətlərinin yerinin köçürülməsi və ya yeraltı kommunikasiyaların tikintisi elektrik şəbəkəsi operatorunun vəsaiti hesabına təmin edilməlidir.

 

6. TELEKOMMUNİKASİYA ŞƏBƏKƏLƏRİ, VASİTƏ VƏ QURĞULARININ ZƏDƏLƏNMƏSİNƏ GÖRƏ MƏSULİYYƏT

 

6.1. Hüquqi və fiziki şəxslər tərəfindən bu Qaydalar pozulduqda, onlar Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktlarında nəzərdə tutulan məsuliyyət daşıyırlar.

6.2. Telekommunikasiya şəbəkələrinə, vasitə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilir.

6.3. Dəymiş ziyan təqsirkar fiziki və hüquqi şəxs tərəfindən könüllü şəkildə ödənilir, tərəflərin razılığa gəlməməsi halında isə ödəmə məhkəmə yolu ilə təmin edilir.

6.4. Telekommunikasiya şəbəkələrində tətbiq olunan proqram təminatının istismarına məsul olan şəxslər proqram təminatının təhlükəsizliyinə görə məsuliyyət daşıyırlar.

 

 


Telekommunikasiya şəbəkələrini, vasitə

və qurğularını mühafizə Qaydalarına

ƏLAVƏ

 

 

Rabitə kabel xətlərinin digər yeraltı, yerüstü, sualtı və hava qurğularından minimal məsafəsi

Sıra

№-si

Yaxınlaşma obyekti və onun ölçü xarakteristikası

Minimal məsafə (metrlə)

Üfüqi istiqamət üzrə

Şaquli istiqamət üzrə (kəsişmə zamanı)

1

2

3

4

1.

 

Dövlət əhəmiyyətli magistral avtomobil

və dəmiryolu körpüləri:

5-100

-

1.1.

çay və kanallar üzərində olanlar (körpü kənarından)

 

 

1.2.

digər körpülərdə (xüsusi hal)

dəmir boruda yerləşməklə piyada yolunun kənarı ilə

 

2.

Avtomobil və dəmir yollarında

yolun torpaq hissəsindən 5 metr aralı

avtomobil yolunun əsasından və relsin şpalı altından 1 m aşağı olmaqla, küvetin kənarından 0,8 m məsafədə (qeyd 1)

3.

Kabel kanalizasiyaları (boru kəməri və quyu)

0,25

0,1

4.

Şəhər kanalizasiyaları

0,5

0,25/0,15

5.

Qaz kəmərləri:

 

 

5.1.

yüksək təzyiqli (5,5 MPA-ya qədər) neft kəmərləri və şəhər xaricində olan boru kəmərləri

10

0,5/0,15

5.2.

şəhər magistralında 5 MPA-dan 1,2 MPA-ya qədər təzyiqi olan kabelə yaxınlaşan və onunla kəsişən

1

0,5/0,15

5.3.

eynilə 0,6-1,2 MPA arası

3

0,15

5.4.

eynilə 0,3-0,6 MPA arası

2

0,15

5.5.

eynilə 5 KPA-0,3 MPA arası

1,5

0,15

5.6.

eynilə 5 KPA

1

0,15

5.7.

eyni divar üstü və 5 KPA təzyiqlə

1

-

6.

Paylayıcı şəbəkələrin aşağıdakı diametrli su boruları:

 

 

6.1.

kabelə yaxınlaşan və onunla kəsişən 300 mm-lik su boruları

0,5

0,25/0,15

6.2

eynilə kabel kanalizasiyasına yaxınlaşan və kəsişmə zamanı

0,5

0,15

6.3.

eynilə diametri 300 mm-dən yuxarı kabelə yaxınlaşan və kəsişən su boruları

1

0,25/, 0,15

6.4.

eynilə kabel kanalizasiyasına yaxınlaşan və kəsişən su boruları

1

0,15

7.

İstilik şəbəkəsi

1

0,25/, 0,15

8.

Yeraltı şəbəkələr üçün olan ümumi kollektorlar

0,5

 

9.

Şəhər və şəhərtipli qəsəbələrdəki binalar

0,6 m-dən az olmayaraq

-

10.

Küçələrin məhəccər daşları

1,5

-

11.

Tunellərin divar və qayaları

0,5

-

12.

Kanalların kənarı və qum təpəciklərinin aşağı hissəsi

1

-

13.

Suvarma kanalları (kanalların kənarından)

1,5

-

1

2

3

4

14.

Şəhərlərdə ağacların gövdələri

1,5

-

15.

220 kV-ya qədər olan yüksək gərginlikli kabellər

1,0 (qeyd 2)

0,5 (qeyd 3)

16.

Torpağın xüsusi müqaviməti aşağıda göstərilmiş qədər olduqda, gərginliyi 750 kV olan dəyişən cərəyanlı hava xətlərinin dayaqları və ya onların torpaqlayıcılarının yaxın elektrodları, Om m:

 

 

 

16.1.

100-ə qədər (daxil olmaqla)

15

-

16.2.

100-dən çox 500-ə qədər (daxil olmaqla)

25

-

16.3.

500-dən çox 1000-ə qədər (daxil olmaqla)

40

-

16.4.

1000-dən çox.

50

-

17

Torpağın xüsusi müqaviməti aşağıda göstərilən qədər olduqda, 110-500 kV gərginlikli hava xətti dayaqları və ya onların torpaqlayıcılarının yaxın elektrodları, Om m:

 

 

17.1.

100-ə qədər (daxil olmaqla)

15

-

17.2.

100-dən çox 500-ə qədər (daxil olmaqla)

25

-

17.3.

500-dən çox 1000-ə qədər (daxil olmaqla)

40

-

17.4.

1000-dən çox

50

-

18.

Torpağın xüsusi müqaviməti aşağıda göstərilən qədər olduqda, gərginliyi 750 kV olan dəyişən cərəyanlı hava xəttinin yaxın naqilindən rabitə xəttinin yeraltı kabelinə (kabel kanalizasiyasına) qədər olan məsafə, Om m:

 

 

18.1.

500-ə qədər olduqda (daxil olmaqla).

30

-

18.2

500-dən çox 1000-ə qədər (daxil olmaqla)

40

-

18.3.

1000-dən çox

50

-

19.

400-500 kV gərginlikli hava xəttindən rabitə xəttinin kabel dayağının (kəsişmə zamanı) üst qurtaracağına qədər olan məsafə

20

-

20.

Xüsusi müqavimət aşağıda göstərilən qədər olduğu halda 1-35 kV qədər gərginlikli hava xətt dayaqları və ya onların torpaqlayıcılarının yaxın elektrodları, Om m (p-torpağın xüsusi müqavimətlidir):

 

 

20.1.

100-ə qədər (daxil olmaqla)

0.83√p

-

20.2.

100-dən çox 500-ə qədər (daxil olmaqla)

10

-

20.3.

500-dən çox 1000-ə qədər (daxil olmaqla)

11

-

20.4.

1000-dən çox

0.35√p

-

21.

Xüsusi müqavimət aşağıda göstərilən qədər olduğu halda 110 kV və çox gərginlikli hava xətt dayaqları və ya onların torpaqlayıcılarının yaxın elektrodları, Om m (p-torpağın xüsusi müqavimətidir):

 

 

21.1.

100-ə qədər (daxil olmaqla)

10

-

21.2.

100-dən çox 500-ə qədər (daxil olmaqla)

25

-

21.3.

500-dən çox 1000-ə qədər (daxil olmaqla)

35

-

21.4.

1000-dən çox

50

-

22.

Rabitə xətlərinin yeraltı və asma kabelləri ilə 1 kV gərginlikli izolə olunmamış hava xətlərinin torpaqlanmamış dəmir-beton dayaqlarının və ağac dayaqların torpaqlayıcılarının kəsişməsi halında:

 

 

22.1.

yaşayış yerlərində

3

-

1

2

3

4

22.2.

yaşayış olmayan yerlərdə

10

-

23.

Yeraltı və asma kabellə 1 kV gərginlikli izolə olunmamış naqilli torpaqlanmamış ağac hava xətlərinin dayaqlarının kəsişməsi halında:

 

 

23.1.

yaşayış yerlərində

2

-

23.2.

yaşayış olmayan yerlərdə

5

-

23.3.

əhalinin sıx olduğu yerlərdə

1 (qeyd 7)

-

24.

Hava xəttinin dayağının ayağından elektrik dəmir yolunun yaxın relsinə qədər olan məsafə. Burada dəmir yolunun mərkəzi xəttinin yaratdığı kəsişmə bucağı:

 

 

24.1.

900 olduqda

20

-

24.2.

85o olduqda

30

-

24.3.

80o olduqda

40

-

24.4.

75o olduqda

50

-

25.

Torpağın xüsusi müqaviməti aşağıda göstərilən qədər olduqda, yeraltı rabitə kabelinin 1-35 kV gərginlikli yerüstü elektrik nəqliyyatının kontakt şəbəkə dayaqları ilə kəsişməsi halında:

 

 

25.1.

100-ə qədər (daxil olmaqla)

0.83√p

-

25.2.

100-dən çox 500-ə qədər (daxil olmaqla)

10

-

25.3.

500-dən çox 1000-ə qədər (daxil olmaqla)

10

-

25.4.

1000-dən çox 

0.35√p

-

26.

Rabitə xəttinin yeraltı kabeli ilə 1 kV gərginliyə qədər olan yerüstü elektrik nəqliyyatının kontakt şəbəkə dayaqları ilə kəsişməsi:

 

 

26.1.

yaşayış yerlərində

3

-

26.2.

yaşayış olmayan yerlərdə

10

-

27.

Elektrik xətlərinin hava rabitə xətləri ilə şaquli istiqamətdə kəsişmələri arasındakı ən az məsafə:

 

 

27.1.

10 kV-35 kV-a qədər

ildırım ötürücü (İÖ) olduqda 2, İÖ olmadıqda isə 4

-

27.2.

35 kV-110 kV-a qədər

İÖ olduqda 3, İÖ olmadıqda 5

-

27.3.

330 kV-500 kV-a qədər

İÖ olduqda 5, İÖ olmadıqda 7

-

28.

Elektrik dəmir yolu ilə yeraltı rabitə kabelinin kəsişmə nöqtəsindən istiqamətləndirici oxlar və sorucu kabellərin birləşmə yerinə qədər olan məsafə

10

-

28.1.

eynilə tramvay yollarının kəsişmə yerinə qədər olan məsafə

3

-

28.2.

eynilə tramvay yollarının kəsişdiyi yerdə kontakt şəbəkə dayaqlarından kabel kanalizasiya quyularına qədər olan məsafə

15

-

29.

Tramvay yolları

yaxın relsdən 2 m

relsin ayağında 1 m aşağı

30.

Rabitə kabelləri

0,5 (qeyd 8)

0,25/0,15

31.

Radio translyasiyası kabelləri:

 

 

31.1.

I sinif

1,0

0,5/0,25

31.2.

II sinif

0,5

0,5/0,25

32.

Hava rabitə xətlərinin ildırım keçiricisinin

25

 

1

2

3

4

 

torpaqlayıcıları

 

 

33.

Hava rabitə xətlərinin dayaqları, tarımlayıcı kanalları:

 

 

33.1.

yaşayış yerlərində

1

 

33.2.

yaşayış olmayan yerlərdə

Hesabat üzrə

 

 

Qeydlər:

1. Kabellər küvetdə kərpic, dəmir-beton, plitə və s. ilə mühafizə olunduğu zaman bu məsafə 0,5 m-ə qədər azaldıla bilər;

2. Kiçik tezlikli rabitə kabellərinin 10 kV gərginlikli elektrik kabelləri ilə yaxınlaşdığı halda kabelin mühafizəsi şərtilə (boru içi ilə çəkilmə, yanmaz arakəsmələrin qoyulması və s.) 0,5 m yaxınlığa icazə verilir;

3. Elektrik kabeli 35 kV-a qədər gərginlikli olduğu halda bütün kəsişmə boyu beton borular və ya arakəsmələrdən istifadə etməklə, aralıq məsafənin 0,15 m-ə qədər olmasına icazə verilir. Bu halda rabitə kabeli elektrik kabelindən yuxarıda yerləşməlidir;

4. Kabelin dəmir boru içi ilə çəkildiyi və ya üstü şvellerlə örtüldüyü və hava xəttinin kənar naqillərinin arasındakı məsafə + 15 m olduğu halda, bu məsafənin 10 m-ə qədər azaldılmasına icazə verilir;

5. Kabelin dəmir boru içi ilə çəkildiyi və ya üstü şvellerlə örtüldüyü və hava xəttinin kənar naqillərinin arasındakı məsafə + 10 m olduğu halda, bu məsafənin 5 m-ə qədər azaldılmasına icazə verilir;

6. Bu məsafələr yaşayış yerlərində 3 m-dən 2 m-ə qədər, yaşayış olmayan yerlərdə 9 mdən 5 m-ə qədər azaldıla bilər;

7. Bu halda kabel dəmir borunun içi ilə aparılmalı və ya aralarındakı məsafə 3 m-dən az olmayaraq üstü şvellerlə örtülməlidir;

8. Bu norma kabel kanalizasiya qurğularında olan rabitə xətti üçün verilmişdir.

Məxrəcdə kabelin torpağa döşəndiyi hal üçün, surətdə boru ilə çəkiliş halı üçün, kəsr xətti olmadıqda isə hər iki hal üçün verilmişdir;

Kabel və kabel kanalizasiyası su şəbəkəsi xətlərindən hündürdə fəaliyyətdə olan rabitə xətlərindən, elektrik kabellərindən, qaz və neft kəmərlərindən, istilik şəbəkəsindən yuxarı və ya aşağı çəkilir.

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       12 iyun 2013-cü il tarixli 126 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 21 iyun 2013-cü il, № 133; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 06, maddə 740)

2.       22 iyun 2016-cı il tarixli 239 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 25 iyun 2016-cı il, № 136, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1215)

3.       23 yanvar 2018-ci il tarixli 23 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 25 yanvar 2018-ci il, № 17, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, maddə 139)

4.       17 may 2018-ci il tarixli 226 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 19 may 2018-ci il, № 112, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 4, maddə 1133)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 17 may 2018-ci il tarixli 226 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 19 may 2018-ci il, № 112, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 4, maddə 1133) ilə “Telekommunikasiya şəbəkələrini, vasitə və qurğularını mühafizə Qaydaları”nın 3.11-ci bəndində “Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi” sözləri “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” sözləri ilə əvəz edilmişdir.

 

[2] 12 iyun 2013-cü il tarixli 126 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 21 iyun 2013-cü il, № 133; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 06, maddə 740) ilə "Telekommunikasiya şəbəkələrini, vasitə və qurğularını mühafizə Qaydaları"nda 3.12-ci bənddə “şəhərsalma sənədləri” sözləri “ərazi planlaşdırılması sənədləri” sözləri ilə əvəz edilmişdir.

 

[3] 22 iyun 2016-cı il tarixli 239 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 25 iyun 2016-cı il, № 136, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1215) ilə 5.6-cı və 5.8-ci bəndlərdə “Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi” sözləri “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilmişdir.

 

[4] 22 iyun 2016-cı il tarixli 239 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 25 iyun 2016-cı il, № 136, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1215) ilə 5.7-cı və 5.8-ci bəndlərdə “Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin” sözləri “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin” sözləri ilə əvəz edilmişdr.

 

23 yanvar 2018-ci il tarixli 23 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 25 yanvar 2018-ci il, № 17, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, maddə 139) ilə “Telekommunikasiya şəbəkələrini, vasitə və qurğularını mühafizə Qaydaları”nın 5.6-cı, 5.7-ci bəndlərində və 5.8-ci bənddə hər iki halda ismin müvafiq hallarında “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti” sözləri ismin müvafiq hallarında “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” sözləri ilə əvəz edilmişdir.

 

[5] 12 iyun 2013-cü il tarixli 126 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 21 iyun 2013-cü il, № 133; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 06, maddə 740) ilə "Telekommunikasiya şəbəkələrini, vasitə və qurğularını mühafizə Qaydaları"nda 5.9-cu bənddə “tikinti layihəsi digər aidiyyəti dövlət orqanları ilə yanaşı, telekommunikasiya sahəsi üzrə səlahiyyətli dövlət orqanı ilə də razılaşdırılmalıdır” sözləri “tikinti layihəsinə dair digər aidiyyəti dövlət orqanları ilə yanaşı, telekommunikasiya sahəsi üzrə səlahiyyətli dövlət orqanının da rəyi alınmalıdır” sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status