AKTIN NÖVÜ
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
QƏBUL EDİLDİYİ TARİX
22.06.2006
QEYDİYYAT NÖMRƏSİ
8
ADI
"Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası"na (hissə 75) əlavələr
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikası Normativ Aktlarının Bülleteni (Dərc olunma tarixi: 31-07-2006, Nəşr nömrəsi: 07)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
070.000.000
190.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
3231
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
"Dövlət qeydiyyatına alınmışdır"

"Dövlət qeydiyyatına alınmışdır"

Azərbaycan Respublikasının

Ədliyyə Nazirliyi

Qeydiyyat № 3231

"07" iyul 2006-cı il

 

 

Nazir_____________ Fikrət Məmmədov

"Təsdiq edilmişdir"

Azərbaycan Respublikası

Əmək və Əhalinin Sosial

Müdafiəsi Nazirliyi

kollegiyasının

"22" iyun 2006-cı il

tarixli 8 №-li qərarı ilə

Nazir _____________ Fizuli Ələkbərov

 

"Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası"na (hissə 75) əlavələr [1]

 

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 29 mart 1997-ci il tarixli 16-4/3 nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 04 aprel 1997-ci il tarixdə dövlət qeydiyyatına alınmış (şəhadətnamə 40) "Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası"na (hissə 75) aşağıdakı əlavələr edilsin:

 

1. "Ali məktəblər" adlı "XIII BÖLMƏ"də "Rektor" vəzifəsinin tarif-ixtisas xüsusiyyətlərindən sonra aşağıdakı redaksiyada "Birinci prorektor" vəzifəsinin tarif-ixtisas xüsusiyyətləri əlavə edilsin:

 

Birinci prorektor

 

Əmək funksiyası: Rektor qarşısında cavabdehlik daşımaqla bütün işçilər, tələbələr, aspirantlar, doktorantlar və dinləyicilər üçün məcburi olan sərəncam və göstərişlər verir. Tədris, elmi-tədqiqat işlərinə, elmi və elmi-pedaqoji kadrların hazırlanması, beynəlxalq əlaqələr, humanitar, təsərrüfat və digər sahələr üzrə işlərə nəzarət etməklə rektor qarşısında hesabat verir.

Rektor olmadıqda onun səlahiyyətlərini icra edir.

Bilməlidir: Təhsil, elm və tərbiyə məsələlərinə dair hökumət və dövlət orqanlarının qərarlarını, ali təhsillə və elmi-tədqiqatla bağlı normativ sənədləri, xarici ölkələrin elm və təhsil sahəsindəki nailiyyətlərini, ali məktəb pedaqogikası və psixologiyasını, təhsilin iqtisadiyyatını, maliyyə-təsərrüfat fəaliyyətinin əsaslarını, tədrisin təşkilini, əmək qanunvericiliyi və əməyin mühafizəsini, texniki təhlükəsizlik və yanğından mühafizə qaydalarını.

 

Ödəniş dərəcəsinə ixtisas tələbləri:

18-ci dərəcə - müvafiq profil üzrə alimlik dərəcəsi, elmi adı, pedaqoji sahədə və ya rəhbər vəzifələrdə 5 ildən az olmayan əmək stajı olmaqla özünüidarəetmə prinsipi əsasında fəaliyyət göstərən ali məktəblərdə çalışdıqda.

2. "Təhsil, təlim-tərbiyə sahəsində qulluqçu vəzifələrinin adı və dərəcə diapazonu" cədvəlinin "Vəzifələr" sütununda XIII bölmədə "Rektor" sözündən sonra "Birinci prorektor" sözləri və "Dərəcələr diapazonu" sütununda bu vəzifənin qarşısında "18" rəqəmi əlavə olunsun.

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 20 dekabr 2017-ci il tarixli 18-1 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının Qərarı

 

BÜLLETENƏ EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 20 dekabr 2017-ci il tarixli 18-1 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının Qərarı ilə ləğv edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status