AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
17.02.1994
QEYDİYYAT NÖMRƏSİ
67
ADI
Azərbaycan Respublikası hərbi qulluqçularının və hərbi vəzifəlilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
01.01.1994
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.000.000
340.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikası hərbi qulluqçularının və hərbi mükəlləfiyyətlərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında

Azərbaycan Respublikası hərbi qulluqçularının və hərbi vəzifəlilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında [1]

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası hərbi qulluqçularının və hərbi vəzifəlilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə, Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır:

1. Hərbi qulluqçuların sıravi, komanda və rəis heyətlərinin məharət (tibb hərbi qulluqçularının isə ixtisas) dərəcəsinə görə aylıq vəzifə maaşına aşağıdakı məbləğlərdə əlavələr müəyyən edilsin: [2]

2-ci məharət (ixtisas) dərəcəsi olan zabit və rəis heyətlərinə – 15 faiz miqdarında;

1-ci məharət (ixtisas) dərəcəsi olan zabit və rəis heyətlərinə – 25 faiz miqdarında;

usta məharət (ali ixtisas) dərəcəsi olan zabit və rəis heyətlərinə – 35 faiz;

2-ci məharət (ixtisas) dərəcəsi olan gizirlərə, miçmanlara, müddətdən artıq xidmət edən hərbi qulluqçulara və sıravi heyətə – 10 faiz miqdarında;

1-ci məharət (ixtisas) dərəcəsi olan gizirlərə, miçmanlara, müddətdən artıq xidmət edən hərbi qulluqçulara və sıravi heyətə – 15 faiz miqdarında;

usta məharət (ali ixtisas) dərəcəsi olan gizirlərə, miçmanlara, müddətdən artıq xidmət edən hərbi qulluqçulara və sıravi heyətə – 25 faiz miqdarında;

2-ci məharət (ixtisas) dərəcəsi olan müddətli xidmət edən hərbi qulluqçulara – 5 faiz miqdarında;

1-ci məharət (ixtisas) dərəcəsi olan müddətli xidmət edən hərbi qulluqçulara – 10 faiz miqdarında;

usta məharət (ali ixtisas) dərəcəsi olan müddətli xidmət edən hərbi qulluqçulara – 15 faiz miqdarında

1-1. Bu qərarın 1-ci bəndində məharət dərəcəsinə görə aylıq vəzifə maaşına müəyyən edilmiş əlavələr ədliyyə orqanlarının penitensiar və tibb xidmətlərinin , Dövlət Feldyeger Xidmətinin və fövqəladə hallar orqanlarının xüsusi rütbəsi olan əməkdaşlarına və hərbi prokurorluq orqanlarının hərbi qulluqçularına da şamil edilir. [3]

2. Azərbaycan Respublikası Müdafiə, Milli Təhlükəsizlik, Ədliyyə, Fövqəladə Hallar və Daxili İşlər Nazirlikləri, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Hərbi Prokurorluğu, Xüsusi Dövlət Mühafizə XidmətiAzərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin hərbi qulluqçularının sıravi, komanda və rəis heyətinin məharət dərəcələrinin təyin edilməsi qaydası haqqında əsasnamə təsdiq etsinlər. [4]

2-1. Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətinin hərbi qulluqçularına məharət dərəcələri Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi tərəfindən təyin edilir. [5]

3. Hərbi rütbələrə görə maaşların məbləği 1 saylı əlavəyə, xidməti illərə görə verilən üstəlik haqqın məbləği isə 2 saylı əlavəyə uyğun olaraq təyin edilsin.

4. Toplanışlara çağırılmış hərbi vəzifəlilərə toplanışda olduqları müddət ərzində, hərbi hissəyə gedib-gəlmək üçün yola sərf etdiyi vaxt da daxil olmaqla, toplanışa çağırılmış hərbi vəzifəlinin özünə əsas iş yerində orta aylıq əmək haqqı 26000 manatdan aşağı olmamaqla, eləcə də himayəsində olanların hər birinə 23 yaşınadək əyani oxuyan tələbə və şagirdlər də daxil olmaqla 7000 manat miqdarında ödənilir. [6]

Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aylıq müavinət ödənilir. [7]

5. Azərbaycan Respublikası Maliyyə Nazirliyi həmin qərarın tətbiqi ilə bağlı xərclərin maliyyələşdirilməsini təmin etsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 may 1992-ci il tarixli 271 saylı qərarının 5-ci bəndi və 16 iyun 1993-cü il tarixli 308 saylı qərarının 3-cü bəndi öz qüvvəsini itirmiş hesab edilsin.

7. Bu qərar 1994-cü il yanvar ayının 1-dən qüvvəyə minsin.

 

Baş nazir  S.HÜSEYNOV

 

Bakı şəhəri, 17 fevral 1994-cü il

      № 67

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

1994-cü il 17 fevral tarixli 67 saylı qərarına

1 saylı əlavə [8]

 

 

Azərbaycan Respublikası hərbi qulluqçularının hərbi rütbələrə görə maaşlarının

 

VAHİD MƏBLƏĞİ

 

Hərbi qulluqçuların kateqoriyasının adı

Tarif əmsalı (qanunvericiliklə əməyin ödənilməsinin minimum məbləğinə olan nisbətlə)

Kiçik çavuş

2,4

Çavuş

2,5

Baş çavuş

2,6

Kiçik gizir

2,7

Gizir

3,0

Baş gizir

3,2

Kiçik leytenant

3,6

Leytenant

4,0

Baş leytenant

4,4

Kapitan

4,8

Mayor

5,2

Polkovnik-leytenant

5,6

Polkovnik

6,0

General-mayor

6,6

General-leytenant

7,2

General-polkovnik

7,8

Ordu Generalı

8,4

 

 

İşlər müdiri İ. HACIYEV

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

1994-cü il 17 fevral tarixli 67 saylı qərarına

2 saylı əlavə

 

 

Azərbaycan Respublikası hərbi qulluqçularına xidməti illərə görə verilən əlavələrin

 

M Ə B L Ə Ğ İ

 

İş stajına görə

Vəzifə və rütbə maaşlarına görə faizlə

1 ildən 2 ilə qədər

5

2 ildən 5 ilə qədər

10

5 ildən 10 ilə qədər

15

10 ildən 15 ilə qədər

20

15 ildən 20 ilə qədər

25

20 ildən 25 ilə qədər

30

25 ildən 30 ilə qədər

40

30 ildən yuxarı

50

 

 

İşlər müdiri İ. HACIYEV

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       31 oktyabr 1994-cü il tarixli 371 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

2.       26 may 1996-cı il tarixli 60 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

3.       13 sentyabr 2006-cı il tarixli 204 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 819)

4.       19 oktyabr 2006-cı il tarixli 227 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 10, maddə 903)

5.       11 mart 2008-ci il tarixli 68 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 3, maddə 237)

6.       24 dekabr 2010-cu il tarixli 242 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 12, maddə 1123)

7.       12 yanvar 2011-ci il tarixli 2 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 1, maddə 55)

8.       6 dekabr 2012-ci il tarixli 284 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 9 dekabr 2012-ci il, № 275, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1348)

9.       22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585)

10.    19 aprel 2017-ci il tarixli 159 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 aprel 2017-ci il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 4, maddə 643)

11.    27 aprel 2020-ci il tarixli 151 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №4, maddə 497)

12.    19 aprel 2021-ci il tarixli 101 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 aprel 2021-ci il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 4, maddə 404)

 

QƏRARA  EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 6 dekabr 2012-ci il tarixli 284 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 9 dekabr 2012-ci il, № 275, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1348) ilə adında və preambulasında “hərbi mükəlləfiyyətlilərinin” sözləri “hərbi vəzifəlilərinin” sözləri ilə əvəz edilmişdir.

 

[2] 31 oktyabr 1994-cü il tarixli 371 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 1 bəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

1. Hərbi qulluqçuların sıravi, komanda və rəis heyətlərinin məharət dərəcəsinə görə aylıq vəzifə maaşına aşağıdakı məbləğlərdə əlavələr müəyyən edilsin:

- 2-ci məharət dərəcəsi olan zabit və rəis heyətlərinə - 15 faiz miqdarında;

- 1-ci məharət dərəcəsi olan zabit və rəis heyətlərində - 25 faiz miqdarında;

- usta məharət dərəcəsi olan zabit və rəis heyətlərinə - 35 faiz miqdarında;

- 2-ci məharət dərəcəsi olan gizirlərə, miçmanlara, müddətindən artıq xidmət edən hərbi qulluqçulara və sıravi heyətə - 10 faiz miqdarında;

- 1-ci məharət dərəcəsi olan gizirlər, miçmanlara, müddətdən artıq xidmət edən hərbi qulluqçulara və sıravi heyətə - 15 faiz miqdarında;

- usta məharət dərəcəsi olan gizirlərə, miçmanlara, müddətdən artıq xidmət edən hərbi qulluqçulara və sıravi heyətə - 25 faiz miqdarında;

- 2-ci məharət dərəcəsi olan və müddətli xidmət edən hərbi qulluqçulara - 5 faiz miqdarında;

- 1-ci məharət dərəcəsi olan və müddətli xidmət edən hərbi qulluqçulara - 10 faiz miqdarında;

- usta məharət dərəcəsi olan və müddətli xidmət edən hərbi qulluqçulara - 15 faiz miqdarında.

 

[3] 19 oktyabr 2006-cı il tarixli 227 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 10, maddə 903) ilə 1-1-ci bənd əlavə edilmişdir.

11 mart 2008-ci il tarixli 68 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 3, maddə 237) ilə 1-1-ci bəndində “xidmətlərinin” sözündən sonra “, Dövlət Feldyeger Xidmətinin” sözləri əlavə edilmişdir.

24 dekabr 2010-cu il tarixli 242 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 12, maddə 1123)ilə 1-1-ci bənddə "Dövlət Feldyeger Xidmətinin" sözlərindən sonra "və fövqəladə hallar orqanlarının" sözləri əlavə edilmişdir.

19 aprel 2017-ci il tarixli 159 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 aprel 2017-ci il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 4, maddə 643) ilə 1-1-ci hissədən “, Dövlət Feldyeger Xidmətinin” sözləri çıxarılmışdır.

 

[4] 19 oktyabr 2006-cı il tarixli 227 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 10, maddə 903) ilə 2-ci bənddə "Milli Təhlükəsizlik" sözlərindən sonra ", Ədliyyə" sözü əlavə edilmişdir.

 

[5] 27 aprel 2020-ci il tarixli 151 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №4, maddə 497) ilə yeni məzmunda 2-1-ci hissə əlavə edilmişdir.

 

22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585) ilə 2-ci hissəsindən “Milli Təhlükəsizlik,” sözləri çıxarılmışdır və həmin hissəyə “Nazirlikləri,” sözündən sonra “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti” sözləri əlavə edilmişdir.

19 aprel 2017-ci il tarixli 159 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 aprel 2017-ci il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 4, maddə 643) ilə 2-ci hissədə “Dövlət Feldyeger Xidməti” sözləri “Xüsusi Dövlət Mühafizə Xidməti” sözləri ilə əvəz edilmişdir.

 

[6] 6 dekabr 2012-ci il tarixli 284 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 9 dekabr 2012-ci il, № 275, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1348) ilə 4-cü hissədə “Təlim və ya yoxlama toplanışlarına” sözləri “Toplanışlara” sözü ilə, “hərbi mükəlləfiyyətlilərə” sözləri “hərbi vəzifəlilərə” sözləri ilə, “hərbi mükəlləfiyyətlinin” sözləri "hərbi vəzifəlinin” sözləri ilə əvəz edilmişdir.

 

[7] 26 may 1996-cı il tarixli 60 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə qərarın 4-cü bəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

4. Təlim və ya yoxlama toplanışlara çağırılmış hərbi mükəlləfiyyətlilərə toplanışda olduqları müddət ərzində, hərbi hissəyə gedib-gəlmək üçün yola sərf etdiyi vaxt da daxil olmaqla, toplanışa çağırılmış hərbi mükəlləfiyyətlinin özünə əsas iş yerində orta aylıq əmək haqqı əməyin ödənilməsinin minimum məbləğinin dörd misli miqdarından aşağı olmamaqla, eləcə də himayəsində olanların hər birinə, 23 yaşınadək əyani oxuyan tələbə və şagirdləri də daxil olmaqla, əməyin ödənilməsinin minimum məbləğinin bir misli miqdarında müavinət ödənilir.

Təkrarən həqiqi müddətli hərbi qulluğa çağırılan və yaxud təlim və ya yoxlama toplanışlara çağırılmış daimi iş yeri olmayan şəxslərə onların yaşayış yeri üzrə şəhər (rayon) icra hakimiyyətləri tərəfindən himayələrində olan hər birinə, 23 yaşınadək əyani oxuyan tələbə və şagirdlər də daxil olmaqla, əməyin ödənilməsinin minimum məbləğinin iki misli miqdarında müavinət ödənilir.

 

13 sentyabr 2006-cı il tarixli 204 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 819) ilə 4-cü bəndinin birinci abzasından “, eləcə də himayəsində olanların hər birinə 23 yaşınadək əyani oxuyan tələbə və şagirdlər də daxil olmaqla 7000 manat miqdarında” sözləri çıxarılmışdır və ikinci abzası yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Təkrarən həqiqi müddətli hərbi qulluğa çağırılan və yaxud təlim və ya yoxlama toplanışlarına çağırılmış daimi iş yeri olmayan şəxslərə onların yaşayış yeri üzrə şəhər (rayon) icra hakimiyyəti orqanları tərəfindən himayələrində olanların hər birinə 23 yaşınadək əyani oxuyan tələbə və şagirdlər də daxil olmaqla, 13000 manat məbləğində müavinət ödənilir.

 

19 aprel 2021-ci il tarixli 101 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 aprel 2021-ci il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 4, maddə 404) ilə 4-cü hissənin ikinci abzası yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Müddətli xidmət hərbi qulluqçularının 16 yaşadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşadək) uşaqlarına qanunvericiliklə nəzərdə tutulmuş miqdarda sosial müavinət verilir.

 

[8] 26 may 1996-cı il tarixli 60 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 1 nömrəli əlavəsi öz qüvvəsini itirmiş hesab edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status