AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
29.05.2008
QEYDİYYAT NÖMRƏSİ
121
ADI
“Atçılıq sahəsində dövlət nəzarətinin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-05-2008, Nəşr nömrəsi: 05, Maddə nömrəsi: 444)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
29.05.2008
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
290.000.000
150.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
«Atçılıq sahəsində dövlət nəzarətinin həyata keçirilməsi Qaydası»nın təsdiq edilməsi barədə

“Atçılıq sahəsində dövlət nəzarətinin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Atçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 may tarixli 580 nömrəli Fərmanının 1.6-cı bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Atçılıq sahəsində dövlət nəzarətinin həyata keçirilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri   A. RASİZADƏ

 

Bakı şəhəri, 29 may 2008-ci il

  № 121

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2008-ci il 29 may tarixli 121 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Atçılıq sahəsində dövlət nəzarətinin həyata keçirilməsi

 

Q A Y D A S I

 

1. ÜMUMİ MÜDDƏA

 

1.1. Bu Qayda “Atçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 may tarixli 580 nömrəli Fərmanının 1.6-cı bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və atçılıq sahəsində dövlət nəzarətinin həyata keçirilməsi qaydasını tənzimləyir.

 

2. DÖVLƏT NƏZARƏTİ

 

2.1. Atçılıq sahəsində dövlət nəzarəti Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Atçılıq təsərrüfatında araşdırmalar, yoxlamalar Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin nümayəndələrinin iştirakı ilə aparılır. [1]

2.2. Atçılıq sahəsində dövlət nəzarətini həyata keçirən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri aşağıdakı səlahiyyətlərə malikdirlər:

2.2.1. mülkiyyət formasından asılı olmayaraq, respublika daxilində fəaliyyət göstərən, atçılıqla məşğul olan subyektlərin müvafiq qanunvericiliyin, o cümlədən atçılığa dair normativ sənədlərin tələblərinin yerinə yetirilməsinə nəzarət etmək və həmin qanunvericiliyi pozan şəxslər haqqında qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;

2.2.2. atçılıqla məşğul olan subyektlərin obyektlərinə daxil olmaq, onlardan müvafiq məlumatlar almaq;

2.2.3. seleksiya və təkrar istehsal sahəsində yeni texnologiyaların, avadanlıqların tətbiqinin müvafiq təlimatlara uyğun aparılmasına nəzarət etmək;

2.2.4. dövlət qeydiyyatına alınması haqqında şəhadətnaməsi olmayan damazlıq atlarının satışının qadağan olunması ilə bağlı tədbirlər görmək;

2.2.5. damazlıq atçılıq sahəsində mübahisəli məsələlərin həlli üçün ekspert rolunda çıxış etmək;

2.3. Atçılıq sahəsində baytarlıq-sanitariya nəzarəti Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun həyata keçirilir.

2.3-1. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan atçılıq subyektlərində dövlət nəzarəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. [2]

2.4. Atçılıqla məşğul olan subyektlər tərəfindən yol verilmiş pozuntuların aradan qaldırılması üçün onlara qanunvericiliklə müəyyən edilmiş qaydada icrası məcburi olan göstərişlər yazılı formada verilir. Göstərişlər əmr və sərəncam formasında rəsmiləşdirilir.

2.5. İcrası məcburi olan göstərişlər yerinə yetirilmədikdə, müvafiq atçılıq subyektlərinin fəaliyyətini dayandırmaq barədə məhkəməyə müraciət olunur, onlar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilirlər. [3]

Qeyd. Bu Qaydada dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər. [4]

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       14 fevral 2014-cü il tarixli 46 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 fevral 2014-cü il, № 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №02, maddə 201)

2.       16 iyul 2014-cü il tarixli 254 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 31 iyul 2014-cü il, № 161; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 942)

3.       18 fevral 2015-ci il tarixli 41 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 fevral 2015-ci il, № 42, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №2, maddə 230)

4.       2 may 2017-ci il tarixli 193 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 may 2017-ci il, № 94, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №5 , maddə 964)

5.       18 oktyabr 2017-ci il tarixli 449 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 oktyabr 2017-ci il, № 231, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №10 , maddə 1911)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 14 fevral 2014-cü il tarixli 46 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 fevral 2014-cü il, № 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №02, maddə 201) ilə “Atçılıq sahəsində dövlət nəzarətinin həyata keçirilməsi Qaydası”nın 2.1-ci bəndinin ikinci cümləsində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.

18 fevral 2015-ci il tarixli 41 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 fevral 2015-ci il, № 42, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №2, maddə 230) ilə “Atçılıq sahəsində dövlət nəzarətinin həyata keçirilməsi Qaydası”nın 2.1-ci bəndinin ikinci cümləsi çıxarılmışdır.

2 may 2017-ci il tarixli 193 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 may 2017-ci il, № 94, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №5 , maddə 964) ilə “Atçılıq sahəsində dövlət nəzarətinin həyata keçirilməsi Qaydası”nın 2.1-ci bənddən “öz səlahiyyətləri daxilində” sözləri çıxarılmışdır.

 

[2] 16 iyul 2014-cü il tarixli 254 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 31 iyul 2014-cü il, № 161; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 942) ilə “Atçılıq sahəsində dövlət nəzarətinin həyata keçirilməsi Qaydası”na 2.3-1-ci bənd əlavə edilmişdir.

 

[3] 2 may 2017-ci il tarixli 193 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 may 2017-ci il, № 94, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №5 , maddə 964) ilə “Atçılıq sahəsində dövlət nəzarətinin həyata keçirilməsi Qaydası”nın 2.5-ci bənddə “qanunvericiliklə” sözü “Azərbaycan Respublikasının qanunları ilə” sözləri ilə əvəz edilmişdir.

 

18 oktyabr 2017-ci il tarixli 449 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 oktyabr 2017-ci il, № 231, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №10 , maddə 1911) ilə “Atçılıq sahəsində dövlət nəzarətinin həyata keçirilməsi Qaydası”nın 2.5-ci bəndində “Azərbaycan Respublikasının qanunları ilə” sözləri "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə” sözləri ilə əvəz edilmişdir.

 

[4] 2 may 2017-ci il tarixli 193 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 may 2017-ci il, № 94, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №5 , maddə 964) ilə “Atçılıq sahəsində dövlət nəzarətinin həyata keçirilməsi Qaydası”nın 2.5-ci bənddən sonra yeni məzmunda “Qeyd” əlavə edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status