AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
10.06.2008
QEYDİYYAT NÖMRƏSİ
134
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-06-2008, Nəşr nömrəsi: 06, Maddə nömrəsi: 586)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
10.06.2008
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
140.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

«Azərbaycan Respublikasının Əli Bayramlı şəhərinin Şirvan şəhəri adlandırılması haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 7 may tarixli 2800 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 3 mart tarixli 122 nömrəli qərarına 7 nömrəli əlavə - «Azərbaycanın iqtisadi rayonlarında ekoloji vəziyyət və atmosfer havasının ekoloji əhəmiyyət əmsalları» ndakı cədvəlin 5-ci bəndinin «İqtisadi rayonlar» sütununda «Əli-Bayramlı» sözləri «Şirvan» sözü ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 8 avqust tarixli 171 saylı qərarı ilə təsdiq edilmiş «Azərbaycan Dövlət Dəmir Yolunun say tərkibi»nin iyirmi ikinci, altmış səkkizinci, doxsan birinci abzaslarında «Əli-Bayramlı» sözləri «Şirvan» sözü ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 23 avqust tarixli 116 nömrəli qərarı ilə təsdiq edilmiş Əlavə № 1 - «Peşə məktəbi və peşə liseyi statusu verilən tədris müəssisələrinin Siyahısı»nın «Peşə liseyləri» bölməsinin «Respublikanın rayonları üzrə» hissəsinin on yeddinci abzasında «Əli- Bayramlı» sözləri «Şirvan» sözü ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 29 sentyabr tarixli 111 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 3, maddə 265; 2006-cı il, № 11, maddə 1000) ilə təsdiq edilmiş «Ölkənin iqtisadiyyatı üçün xüsusi əhəmiyyət kəsb edən dövlət müəssisələrinin siyahısı»nın «Yanacaq və energetika kompleksi üzrə» bölməsinin «a)» bəndinin beşinci və iyirmi üçüncü abzaslarında, «Azərenerji» Səhmdar Cəmiyyəti üzrə» hissəsinin üçüncü abzasında, «Nəqliyyat kompleksi üzrə» bölməsinin «Azərbaycan Dövlət Dəmir Yolu üzrə» hissəsinin ikinci və on altıncı abzaslarında «Əli-Bayramlı» sözləri «Şirvan» sözü ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 23 iyul tarixli 158 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 7, maddə 477; 2005-ci il, № 8, maddə 782; 2007-ci il, № 7, maddə 741) ilə təsdiq edilmiş «Kadastr qiymət rayonları və yarımrayonları üzrə torpaqların normativ qiyməti»nin «Qeyd» hissəsinin 2-ci bəndində «Əli-Bayramlı» sözləri «Şirvan» sözü ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 25 sentyabr tarixli 193 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 9, maddə 600; 2006-cı il, № 9, maddə 822) ilə təsdiq edilmiş «Mülki müdafiə üzrə Azərbaycan Respublikası ərazisinin zonalara, şəhərlərinin qruplara və təsərrüfat obyektlərinin dərəcələrə bölünməsi Qaydaları»na 1 və 2 nömrəli əlavələrin beşinci abzaslarında «Əli Bayramlı» sözləri «Şirvan» sözü ilə əvəz edilsin.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 1 mart tarixli 30 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 3, maddə 187; 2001-ci il, № 5, maddə 345) ilə təsdiq edilmiş «Akkreditiv və ya qabaqcadan ödəmə sisteminə keçirilməyən müəssisələrin Siyahısı»nın II hissəsinin 2-ci bəndində «Əli-Bayramlı» sözləri «Şirvan» sözü ilə əvəz edilsin.

8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 28 iyun tarixli 110 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 6, maddə 387; 2002-ci il № 7, maddə 448; 2006-cı il, № 2, maddə 203, № 8, maddə 731, № 12, maddə 1161) ilə təsdiq edilmiş «Fiziki şəxslərin mülkiyyətində olan binaların inventar dəyərinin hesablanması Qaydası»na 1 nömrəli əlavə - «Vətəndaşlara məxsus tikililərin qiymətləndirilməsində qiymət normalarının təyin edilməsi üçün Azərbaycan Respublikasının şəhər və rayonlarının zonalara bölünməsi Siyahısı»nın «1-ci zona» hissəsində «Əli Bayramlı» sözləri «Şirvan» sözü ilə əvəz edilsin.

9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 24 sentyabr tarixli 152 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 9, maddə 560; 2000-ci il, № 8 (III kitab), maddə 646, № 10, maddə 765; 2001-ci il № 1, maddə 70, № 7, maddə 512; 2002-ci il, № 11, maddə 675; 2005-ci il, № 1, maddə 49, № 6, maddələr 555, 558; 2006-cı il, № 4, maddə 370; 2007-ci il, № 12, maddə 1336) ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında balıq ehtiyatlarının mühafizəsi və balıq ovu Qaydaları»nın 51-ci bəndinin üçüncü abzasında «Əli Bayramlı» sözləri «Şirvan» sözü ilə əvəz edilsin.

10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 1 may tarixli 79 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 5, maddə 360; 2004-cü il, № 2, maddə 121; 2005-ci il, №1, maddə 49, №6, maddə 558; 2006-cı il, №4, maddələr 370, 374, № 9, maddə 822, № 11, maddə 994; 2008-ci il, № 2, maddə 132; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 6 may tarixli 109 nömrəli qərarı) ilə təsdiq edilmiş «Torpaqların zonalaşdırılmasının ümumi əsasları və prinsipləri»nin 2.1-ci bəndində «Əli Bayramlı» sözləri «Şirvan» sözü ilə əvəz edilsin.

11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 29 dekabr tarixli 230 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 12, maddə 881) ilə təsdiq edilmiş «Kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla müəyyənləşdirilmiş şərti balları» cədvəlinin «Kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar» sütununun 13-cü bəndində «Əli Bayramlı» sözləri «Şirvan» sözü ilə əvəz edilsin.

12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 24 yanvar tarixli 23 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 1, maddə 72; 2007-ci il, №11, maddə 1190) ilə təsdiq edilmiş «Özəlləşdirilən dövlət müəssisələrinin (obyektlərinin) ilkin qiymətinə tətbiq edilən əmsallar»ın 4-cü bəndinin «Naxçıvan, Xankəndi, Əli Bayramlı, Mingəçevir, Lənkəran, Yevlax və Şəki şəhərləri üzrə» hissəsinin adında «Əli Bayramlı» sözləri «Şirvan» sözü ilə əvəz edilsin.

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 iyun tarixli 113 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 6, maddə 434; 2006-cı il, № 12, maddə 1161) ilə təsdiq edilmiş «Özəlləşdirilən dövlət müəssisələrinin (birliklərinin) və ləğv olunmuş nazirlik, dövlət şirkəti və konsernlərinin sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlərinin (yaşayış binaları və yataqxanalarda yerləşən qeyri-yaşayış sahələri istisna olmaqla) yerli icra hakimiyyəti orqanlarının, aidiyyəti üzrə müvafiq təşkilatların balansına verilməsi siyahısı»nın «Əli Bayramlı şəhər İcra Hakimiyyətinə» hissəsinin adında və 31-ci, 32-ci bəndlərinin «Ünvanı» sütununda «Əli Bayramlı» sözləri «Şirvan» sözü ilə əvəz edilsin.

14. «Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 8, maddə 555; 2005-ci il, № 11, maddə 1065; 2006-cı il, № 12, maddə 1161; 2007-ci il, № 7, maddələr 737, 738; 2008-ci il, №1, maddə 36, №2, maddə 104) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - «Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı» nın «Bağ-park, monumental və xatirə abidələri» bölməsinin 479-cu bəndinin «Yerləşdiyi ünvan» sütununda, «Arxeoloji abidələr»in «Əli Bayramlı şəhəri» bölməsinin adında və 555-ci bəndinin «Yerləşdiyi ünvan» sütununda, 3 nömrəli əlavə - «Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı» nın «Əli Bayramlı şəhəri» hissəsinin adında və 3775-ci bəndinin «Yerləşdiyi ünvan» sütununda «Əli Bayramlı» sözləri «Şirvan» sözü ilə əvəz edilsin.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 8 iyul tarixli 106 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 7, maddə 446; 2003-cü il, №5, maddə 248; 2006-cı il, № 12, maddə 1161) ilə təsdiq edilmiş «Bələdiyyə mülkiyyətinə verilən dövlət əmlakının Siyahısı»nın «Əli Bayramlı şəhəri» hissəsinin adında «Əli Bayramlı» sözləri «Şirvan» sözü ilə əvəz edilsin.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 5 yanvar tarixli 1 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 46) ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının respublika əhəmiyyətli avtomobil yollarının siyahısı»nda «R-44 və R-45 indeksli və nömrəli» yollarının adında «Əli Bayramlı» sözləri «Şirvan» sözü ilə əvəz edilsin.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 1, maddə 55) ilə təsdiq edilmiş «Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı»nın 24-cü bəndinin «Müəssisənin (qan bankının) adı» sütununda «Əli Bayramlı» sözləri «Şirvan» sözü ilə əvəz edilsin.

18. «Əli Bayramlı Pedaqoji Texnikumunun adının dəyişdirilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 mart tarixli 66 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 3, maddə 294) 1-ci bəndində «Əli Bayramlı» sözləri (ikinci halda) «Şirvan» sözü ilə əvəz edilsin.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 17 iyun tarixli 149 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 576) ilə təsdiq edilmiş «Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Strukturu»nun 107-ci bəndinin «Struktur vahidlərinin adı» sütununda «Əli Bayramlı» sözləri «Şirvan» sözü ilə əvəz edilsin.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 19 iyul tarixli 179 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, №7, maddə 646; 2008-ci il, № 2, maddə 130) ilə təsdiq edilmiş «Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı»nın «Tədbirlər Proqramının həyata keçirilməsi Planı»nın «Tədbirlərin adı» sütununun 4-cü bəndində «Əli Bayramlı» sözləri «Şirvan» sözü ilə əvəz edilsin.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 iyul tarixli 189 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 7, maddə 654) ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Təhsil Nazirliyinin Strukturu»ndakı cədvəlin «Orta ixtisas məktəbləri» hissəsinin 26-cı bəndində, «Peşə liseyi və peşə məktəbləri» hissəsinin 64-cü bəndində və «Məktəbdənkənar təhsil müəssisələri və digər təşkilatlar» hissəsinin 11-ci bəndində «Əli Bayramlı» sözləri «Şirvan» sözü ilə əvəz edilsin.

22. «Təhsil Sektorunun İnkişafı Layihəsinin «Maliyyələşdirmə və büdcə islahatları» alt komponentinin icrası haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 22 fevral tarixli 36 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 196) 1-ci bəndində, həmin qərara əlavə - «Təhsil Sektorunun İnkişafı Layihəsinin «Maliyyələşdirmə və büdcə islahatları» alt komponenti çərçivəsində üç pilot rayonunda (Əli Bayramlı şəhəri, İsmayıllı və Ucar rayonları) maliyyə müstəqilliyi verilmiş məktəblərin siyahısı»nın adında və «Əli Bayramlı şəhəri üzrə» hissəsinin adında «Əli Bayramlı» sözləri «Şirvan» sözü ilə əvəz edilsin.

23. «Dövlət Neft Şirkəti tərəfindən respublikanın regionlarında inşa edilmiş məktəb binalarının, yaşayış evinin və idman kompleksinin yerli icra hakimiyyəti orqanlarının balansına verilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 24 may tarixli 82 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 552) 2-ci bəndində və həmin qərara əlavə - «Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən inşa edilmiş və yerli icra hakimiyyəti orqanlarının balansına verilən obyektlərin siyahısı»nın «Ünvanı» və «Balansına verilən yerli icra hakimiyyətləri» sütunlarının 1-ci və 9-cu bəndlərində «Əli Bayramlı» sözləri «Şirvan» sözü ilə əvəz edilsin.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 25 sentyabr tarixli 140 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №9, maddə 916; 2008-ci il, № 2, maddə 137) ilə təsdiq edilmiş «Mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ödənilməli olan sadələşdirilmiş verginin hesablanması üçün ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə əmsalları»nda «Əli Bayramlı» sözləri «Şirvan» sözü ilə əvəz edilsin.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 noyabr tarixli 191 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №11, maddə 1189) ilə təsdiq edilmiş «Dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün icarə haqqının minimum məbləği»nin «Naxçıvan MR, Əli Bayramlı, Mingəçevir, Lənkəran, Yevlax və Şəki şəhərləri üzrə» hissəsinin adında «Əli Bayramlı» sözləri «Şirvan» sözü ilə əvəz edilsin.

26. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

 

Bakı şəhəri, 10 iyun 2008-ci il

№ 134

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status