AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
01.07.2008
QEYDİYYAT NÖMRƏSİ
150
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına dəyişikliklər və əlavə edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-07-2008, Nəşr nömrəsi: 07, Maddə nömrəsi: 672)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
01.07.2008
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
100.000.000
360.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin xərclər smetası, işçilərinin say həddi və aylıq vəzifə maaşları haqqında

Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına dəyişikliklər və əlavə edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

 

“Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanının 3.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 1. “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 4, maddə 299, № 8, maddə 550, № 10, maddə 639; 1999-cu il, № 2, maddə 150; 2000-ci il, № 5, maddə 374, № 7, maddə 559, № 8 (III kitab), maddə 643, № 9, maddələr 690, 699, 700, № 10, maddə 770;2001-ci il, № 4, maddə 289, № 8, maddə 561; 2002-ci il, № 4 (II kitab), maddələr 209, 212; 2005-ci il, № 1, maddə 56; 2006-cı il, № 2, maddə 180, № 4, maddə 367, № 7, maddə 652) 4.7-ci yarımbəndində “Giriş-Çıxış” avtomatlaşdırılmış məlumat-axtarış sisteminin” sözləri “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat- axtarış sisteminin” sözləri ilə əvəz edilsin.

 2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 mart tarixli 25 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 192; 2008-ci il, № 1, maddə 37; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 7 may tarixli, 110 nömrəli qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasına gəlmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün vizaların müddətlərinin uzadılması Qaydaları”nın 9-cu bəndində “Giriş-Çıxış” avtomatlaşdırılmış məlumat-axtarış sisteminin Mərkəzi Serverinə” sözləri “Giriş- çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə” sözləri ilə əvəz edilsin.

 3. “Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 yanvar tarixli 11 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 55, № 4, maddə 378, № 10, maddə 980; 2006-cı il, № 2, maddə 180, № 4, maddə 367, № 7, maddə 652; 2007-ci il, № 6, maddə 700, № 7, maddə 743, № 12, maddə 1355; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 30 aprel tarixli 106 nömrəli qərarı) 1.7-ci yarımbəndində “Giriş-Çıxış” avtomatlaşdırılmış məlumat-axtarış sisteminin” sözləri “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin” sözləri ilə əvəz edilsin.

 4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 12 iyun tarixli 143 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 571) ilə təsdiq edilmiş “Elektron sağlamlıq kartı” sisteminin tətbiqi Qaydaları”na aşağıdakı məzmunda 5.1-1-ci bənd əlavə edilsin:

 “5.1-1. Elektron sağlamlıq kartında olan pasport və şəxsiyyət vəsiqələrinin doldurulmasına aid məlumatlar “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə daxil edilir”.

 5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 5 fevral tarixli 28 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 109; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il, 8 may tarixli 111 nömrəli qərarı) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının vətəndaşlarına, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən fərdi identifikasiya nömrəsinin daxil edilməli olduğu və həmin şəxslərin uçotunun aparıldığı digər dövlət informasiya sistemlərinin Siyahısı”nın ikinci abzasında “Giriş-Çıxış” Avtomatlaşdırılmış Məlumat Axtarış Sistemi” sözləri “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi” sözləri ilə əvəz edilsin.

6. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

 

Bakı şəhəri, 1 iyul 2008-ci il

 № 150

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status