AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
04.09.2008
QEYDİYYAT NÖMRƏSİ
202
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-09-2008, Nəşr nömrəsi: 09, Maddə nömrəsi: 853)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
04.09.2008
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.000.000
100.000.000
110.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Sahibkarlıq fəaliyyəti subyektlərinin dövlət qeydiyyatının “bir pəncərə” prinsipinə uyğun təşkili ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 20 fevral tarixli 713 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

I. Azərbaycan Respublikası Nazirlər Kabinetinin aşağıdakı qərarlarına əlavələr və dəyişikliklər edilsin:

1. “Azərbaycan Respublikasının uçot vahidlərinin Dövlət registrinin yaradılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 9 sentyabr tarixli 496 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin:

1.1. adında və mətnində “uçot vahidlərinin” sözləri “statistik vahidlərin” sözləri ilə əvəz edilsin və 3-cü, 4-cü və 6-cı bəndləri çıxarılsın;

1.2. həmin qərarla təsdiq edilmiş “Azərbaycan Respublikası uçot vahidlərinin Dövlət Registri haqqında Əsasnamə”nin adında “uçot vahidlərinin” sözləri “statistik vahidlərin” sözləri ilə əvəz edilsin;

1.3. 2-ci bəndin birinci abzasından “(Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 25 noyabr tarixli 338 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təsərrüfat subyektinin Dövlət qeydiyyatı haqqında” Əsasnamə”nin 1-ci maddəsinin 4-cü bəndində nəzərdə tutulan təsərrüfat fəaliyyəti ilə məşğul olan vətəndaşlardan başqa)” sözləri çıxarılsın;

1.4. 6-cı, 12-ci, 13-cü, 15-ci, 17-ci bəndlər və 14-cü bəndin birinci abzasının üçüncü cümləsindən “, habelə maliyyə əməliyyatları və iqtisadi əməliyyatlar aparılarkən” sözləri və ikinci abzası çıxarılsın;

1.5. 16-cı bənd aşağıdakı redaksiyada verilsin: “Dövlət qeydiyyatına alınmış hüquqi şəxs, habelə xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və ya filialı ləğv edildikdə və ya dövlət reyestrindəki yazılar ləğv edildikdə, statistika orqanına bu barədə məlumat verilir.”.

2. “Azərbaycan Respublikası hökumətinin bəzi qanunvericilik aktlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 22 fevral tarixli 126 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2-ci bəndin birinci abzasından “3-cü bəndində “olan” sözündən sonrakı cümlə aşağıdakı redaksiyada verilsin” sözləri və ikinci abzas çıxarılsın;

2.2. 3-cü bəndin birinci abzasından “2-ci bəndində “obyektlərinin” sözündən sonrakı cümlə aşağıdakı redaksiyada verilsin” sözləri və a, v, q yarımbəndləri çıxarılsın.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 17 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Məktəbəqədər tərbiyə müəssisələri haqqında Əsasnamə” nin 8-ci bəndindən “və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən qeydə alınmış” sözləri çıxarılsın, 60-cı bəndində “yerli icra hakimiyyətlərinin və təsisçinin təqdimatına əsasən, Təhsil Nazirliyində qeydiyyata” sözləri “dövlət qeydiyyatına” sözləri ilə əvəz edilsin, 67-ci bəndinin isə ikinci və üçüncü cümlələri çıxarılsın.

[1] 4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 30 mart tarixli 72 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisəsi haqqında Əsasnamə”nin 67-ci bəndindən “Təhsil Nazirliyində” sözləri çıxarılsın.

[2] 5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 30 mart tarixli 73 nömrəli qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili müəssisələrinin Əsasnaməsi”nin 32-ci bəndindən “Təhsil Nazirliyində” sözləri çıxarılsın.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə işəgötürənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 9, maddə 596; 2000-ci il, № 10, maddə 764; 2001-ci il, № 3, maddə 214; 2003-cü il, № 6, maddə 342; 2005-ci il, № 7, maddə 661, № 9, maddələr 857, 858, № 12, maddə 1244; 2006-cı il, № 1, maddə 58, № 3, maddə 291, № 4, maddə 370, № 9, maddələr 819, 821, № 10, maddələr 902, 903; 2007-ci il, № 2, maddələr 185, 188, № 5, maddə 544; 2008-ci il, № 2, maddələr 114, 129, 130) 74-cü, 113-cü bəndinin səkkizinci abzasında “qeydiyyatda olduğu” sözləri “uçotda olduğu” sözləri ilə, Əsasnaməyə əlavədə isə “qeydiyyat nömrəsi” sözləri “uçot nömrəsi” sözləri ilə əvəz edilsin.

7. “Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamənin, Sürücülük vəsiqəsini almaq üçün yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə məsələləri üzrə təcrübi imtahanlara müstəqil hazırlanması qaydalarının və Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 41 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 3, maddə 197; 2003-cü il, № 6, maddə 342; 2006-cı il, № 9, maddə 822, № 11, maddə 989; 2008-ci il, № 2, maddə 116) aşağıdakı dəyişikliklər edilsin:

7.1. həmin qərarla təsdiq edilmiş “Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamə”nin 1.2-ci bəndinin birinci cümləsində “uçota alınmış” sözlərindən əvvəl “Azərbaycan Respublikasının Vergilər Nazirliyindən alınmış məlumata əsasən” sözləri əlavə edilsin;

7.2. həmin qərarla təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamə”nin 2.3-cü bəndində “İdarəsində qeydiyyata alınmalıdırlar” sözləri “İdarəsi Azərbaycan Respublikasının Vergilər Nazirliyindən alınmış məlumata əsasən uçota alır” sözləri ilə əvəz edilsin.

8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 4 sentyabr tarixli 158 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 9, maddə 684; 2005-ci il, № 12, maddə 1244; 2008-ci il, № 2, maddələr 116, 132) ilə təsdiq edilmiş “Şəhərsalma fəaliyyətinə, o cümlədən şəhərsalma sənədlərinin həyata keçirilməsində sifarişçinin, tərtibatçının və podratçının fəaliyyətinə də nəzarətin həyata keçirilməsi Qaydaları”nın 2.2-ci bəndinin ikinci abzasından “dövlət qeydiyyatı,” sözləri çıxarılsın.

9. “Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları”, “Dövlət reyestr kitabı”, “Dövlət qeydiyyatı haqqında şəhadətnamə”, “Dövlət reyestrindən çıxarışın forması və çıxarışda göstərilən məlumatların həcmi” və “Dövlət qeydiyyatına alınması barədə ərizənin məzmunu”nun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 aprel tarixli 70 nömrəli qərarına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 4, maddə 384, № 9, maddə 868, № 12, maddə 1228; 2006-cı il, № 10, maddə 902) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:

9.1. adında və 1-ci bəndində “Dövlət qeydiyyatı haqqında şəhadətnamə”, “Dövlət reyestrindən çıxarışın forması və çıxarışda göstərilən məlumatların həcmi” və “Dövlət qeydiyyatına alınması barədə ərizənin məzmunu”nun” sözləri müvafiq olaraq “Qeyri-kommersiya hüquqi şəxslə rinin dövlət qeydiyyatı haqqında şəhadətnamə”, “Qeyri-kommersiya qurumlarının dövlət reyestrindən çıxarışın forması və çıxarışda göstərilən məlumatların həcmi” və “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatına alınması barədə ərizənin forması” sözləri ilə əvəz edilsin;

9.2. həmin qərarla təsdiq edilmiş “Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları”na aşağıdakı əlavələr və dəyişikliklər edilsin:

9.2.1. 1.2-ci bənd çıxarılsın;

9.2.2. 1.3-cü bənddən “vahid” və “mərkəzləşdirilmiş qaydada Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən” sözləri çıxarılsın, “149 nömrəli” sözlərindən sonra isə “və “Sahibkarlıq fəaliyyəti subyektlərinin dövlət qeydiyyatının “bir pəncərə” prinsipinə uyğun təşkili ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2008-ci il 20 fevral tarixli 713 nömrəli” sözləri əlavə edilsin;

9.2.3. 1.4-cü bənddə “Hüquqi şəxslərin vahid dövlət reyestri (bundan sonra - vahid dövlət reyestri)” sözləri “Qeyri-kommersiya hüquqi şəxslərinin dövlət reyestri” sözləri ilə əvəz edilsin;

9.2.4. 1.5-ci bənd aşağıdakı redaksiyada verilsin: “Kommersiya hüquqi şəxslərinin dövlət reyestri (bundan sonra – dövlət reyestri) dövlət qeydiyyatına alınmış şəxslər barəsində Azərbaycan Respublikasının Vergilər Nazirliyinə bilavasitə tabe olan vergi orqanlarının öz səlahiyyətləri daxilində bu Qaydalara uyğun tərtib etdikləri reyestrlərin məlumatları əsasında Azərbaycan Respublikasının Vergilər Nazirliyinin informasiya sistemində elektron daşıyıcılarda mərkəzləşdirilmiş qaydada tərtib edilir.”;

9.2.5. 1.6-cı bənddən “vahid” sözü hər iki halda çıxarılsın;

9.2.6. 2.1.1-ci yarımbənd çıxarılsın;

9.2.7. 2.2-ci bənddən “vahid” sözü çıxarılsın;

9.2.8. 2.3-cü bəndə aşağıdakı məzmunda 2.3.5-ci yarımbənd əlavə edilsin:

“2.3.5. elektron informasiya, habelə qeyri-kommersiya hüquqi şəxslərinə dair kağız daşıyıcılarda olan məlumatlar”;

9.2.9. 2.4-cü bəndin əvvəlinə “Qeyri-kommersiya hüquqi şəxslərinin” sözləri əlavə edilsin və həmin bəndə aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:

“Kommersiya hüquqi şəxslərinin reyestr məlumatlarının daşıyıcıları olan “Kommersiya hüquqi şəxslərinin dövlət reyestr kitabı”nın məlumatları dövlət reyestrinin tərkibinə daxil edilə bilər.”;

9.2.10. 2.6-cı bəndin ikinci abzasında “dövlət reyestri” sözlərindən əvvəl “qeyri-kommersiya hüquqi şəxslərinin” sözləri əlavə edilsin;

9.2.11. 3.1.5-ci yarımbənd aşağıdakı redaksiyada verilsin: “vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (kommersiya qurumları üçün), qeyri-kommersiya qurumunun qeydiyyat nömrəsi;”;

 9.2.12. 4.2-ci bəndin birinci cümləsinin əvvəlinə “Qeyri-kommersiya qurumlarının” sözləri əlavə edilsin;

9.2.13. aşağıdakı məzmunda 4.2-1-ci bənd əlavə edilsin:

“4.2-1. Kommersiya qurumlarının qeydiyyat (reyestr) məlumatları AVİS-ə işlənilməklə, məlumat bazasına daxil edilir. Məlumatlar elektron daşıyıcılardan emal edilir və sistem tərəfindən dövlət qeydiyyatı nömrəsi (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) verilir. “Kommersiya hüquqi şəxslərinin dövlət reyestr kitabı”nın kağız variantı qeydiyyat məlumatlarının elektron daşıyıcılardan kağız üzərinə çap edilərək, xüsusi kitablara tikilməklə aparılır. Kommersiya qurumlarının dövlət qeydiyyatı və qeydiyyat məlumatlarının dəyişdirilməsi zamanı dövlət reyestr kitabına həmin dəyişikliyi özündə əks etdirən yeni səhifə əlavə edilir.”;

9.2.14. 4.3-cü və 4.4-cü bəndlərin əvvəlinə “Qeyri-kommersiya hüquqi şəxslərinin” sözləri əlavə edilsin;

9.2.15. aşağıdakı məzmunda 4.4-1-ci bənd əlavə edilsin:

“4.4-1. Kommersiya qurumları üzrə hər reyestr kitabına sayı 50-dən az olmayan kommersiya qurumuna aid məlumatlar yığılır. Qurumların sayı çox olduqda, informasiya sistemində verilmiş nömrəyə uyğun yeni kitab açılır.”;

9.2.16. 4.5-ci bəndin birinci cümləsi çıxarılsın;

9.2.17. 4.6-cı bəndin əvvəlinə “Qeyri-kommersiya hüquqi şəxslərinin dövlət reyestr kitabının” sözləri əlavə edilsin;

9.2.18. aşağıdakı məzmunda 4.6-1-ci bənd əlavə edilsin:

“4.6-1. “Kommersiya hüquqi şəxslərinin dövlət reyestr kitabı”nın hər səhifəsinin yuxarı sağ hissəsində “Qeydiyyat nömrəsi (VÖEN)”, “Kitab nömrəsi” və “Kitabdakı sıra nömrəsi” göstərilir. Bu məlumatlar informasiya sistemində müəyyən edilərək, kitabın müvafiq vərəqində çap edilir.” ;

9.2.19. 4.7-ci bənddə “Kitabın” sözü “Qeyri-kommersiya hüquqi şəxslərinin dövlət reyestr kitabının” sözləri ilə əvəz edilsin;

9.2.20. 4.8-ci bəndin birinci cümləsinin əvvəlinə “Qeyri-kommersiya hüquqi şəxslərinin” sözləri əlavə edilsin;

9.2.21. aşağıdakı məzmunda 4.8-1-ci bənd əlavə edilsin:

“4.8-1. Kommersiya hüquqi şəxslərinin dövlət reyestr kitabı”nda yol verilmiş səhvlər informasiya sistemində düzəliş etməklə aradan qaldırılır.”;

9.2.22. 4.9-cu bənddə “həyata keçirir” sözləri “və Azərbaycan Respublikasının Vergilər Nazirliyi öz səlahiyyətləri daxilində həyata keçirirlər” sözləri ilə əvəz edilsin;

9.2.23. 4.10-cu bənd aşağıdakı redaksiyada verilsin:

“4.10. Qeyri-kommersiya hüquqi şəxslərinin dövlət reyestr kitabının hər sütununda qeydə alınmalı faktlar aşağıdakı qaydada kodlaşdırılır:

A) adı; B) təşkilati-hüquqi forması; C) hüquqi ünvanı; M) maliyyə ili; R) fəaliyyət ərazisi; V) hüquqi varislik; F) hüquqi şəxsin təsisçiliyi ilə yaradılmış filial, nümayəndəliklər və digər qurumların adı, olduğu yer, təşkilati-hüquqi forması və qeydiyyatı haqqında məlumatlar; L) ləğv edilməsi; T) hər bir qanuni təmsilçinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri haqqında məlumatlar; N) fondlarda Himayəçilər Şurasının üzvlərinin hər birinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri haqqında məlumatlar; S) hər bir təsisçinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri, təsisçi hüquqi şəxsdirsə, onun adı, hüquqi ünvanı və qeydiyyatı haqqında məlumatlar; İ) fəaliyyət predmeti və məqsədi (dini qurumlar üçün həm də mənsub olduğu dini konfessiya); K) fondlarda nizamnamə kapitalının miqdarı; P) fondlarda təsisçinin əmlak payının miqdarı; Q) digər qeydlər.”;

9.2.24. 4.11-ci və 4.12-ci bəndlərin birinci cümlələrinin əvvəlinə “Qeyri-kommersiya hüquqi şəxslərinin” sözləri əlavə edilsin;

9.2.25. 4.13-cü bənd aşağıdakı redaksiyada verilsin:

“4.13. Kommersiya və qeyri-kommersiya hüquqi şəxslərinin dövlət reyestr kitablarının elektron variantı forma və məzmun etibarilə kağız daşıyıcılardan fərqlənmir. “Qeyri-kommersiya hüquqi şəxslərinin dövlət reyestr kitabı”nın elektron variantı vahid proqram texniki təminat əsasında tərtib edilir. Kommersiya hüquqi şəxslərinin dövlət reyestri məlumatları müasir informasiya və kommunikasiya texnologiyalarında istifadə edilməklə hazırlanmış xüsusi proqram təminatı vasitəsilə AVİS-də toplanır və müxtəlif aparat platformalarından istifadə edilməklə mühafizə edilir.”;

9.2.26. 4.14-cü bənddən “təhsilli, hüquqşünas ixtisasına malik” sözləri “təhsili” sözü ilə əvəz edilsin;

9.2.27. 4.15.1-ci yarımbənddə “reyestrin” sözü “qeyri-kommersiya hüquqi şəxslərinin reyestrinin” sözləri ilə əvəz edilsin;

9.2.28. 4.15.2-ci yarımbəndin əvvəlinə “qeyri-kommersiya hüquqi şəxslərinin” sözləri əlavə edilsin və həmin yarımbəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“kommersiya hüquqi şəxslərinin reyestr nömrələrinin xüsusi alqoritm əsasında hazırlanmış proqram tərəfindən verilməsinə əməl edilməsi; ”;

9.2.29. aşağıdakı məzmunda 4.15.5-ci yarımbənd əlavə edilsin:

“4.15.5. qurumların adlarının unikallığının gözlənilməsi.”;

9.2.30. 5-ci bölmənin adı aşağıdakı redaksiyada verilsin:

“5. Qeyri-kommersiya qurumlarının qeydiyyat (reyestr) nömrəsi”;

9.2.31. 5.1-ci bənddə “alınan quruma” sözləri “alınan qeyri-kommersiya qurumuna” sözləri ilə əvəz edilsin;

9.2.32. 5.2.3-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“5.2.3. qeyri-kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatı haqqında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən buraxılan “Ədliyyə” qəzetində, kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatı haqqında Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən buraxılan “Vergilər” qəzetində məlumat dərc olunur.” ;

9.2.33. 5.3-cü bəndin birinci cümləsinin və 5.4-cü bəndin əvvəlinə “Qeyri-kommersiya hüquqi şəxslərinin” sözləri əlavə edilsin;

9.2.34. aşağıdakı məzmunda 5.3-1-ci bənd əlavə edilsin:

“5.3-1. Kommersiya hüquqi şəxslərinə Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən 10 rəqəmdən ibarət qeydiyyat nömrəsi (VÖEN) verilir. Qeydiyyat nömrəsindəki birinci iki rəqəm ərazi inzibati vahidinin kodunu, sonrakı altı rəqəm sıra sayını göstərir, doqquzuncu rəqəm xüsusi alqoritm tərəfindən verilir, onuncu rəqəm isə hüquqi statusa uyğun olaraq seçilir. İnformasiya sistemi qeydiyyat nömrələrinin unikallığını təmin edir.”;

9.2.35. 5.5-ci bəndin birinci cümləsinin əvvəlinə “Qeyri-kommersiya hüquqi şəxslərinin” sözləri əlavə edilsin və həmin bənddə “üç rəqəm” sözləri “dörd hərf və ya rəqəmlər” sözləri ilə əvəz edilsin və dördüncü, beşinci və altıncı cümlələr çıxarılsın;

9.2.36. 6.1-ci bənddə “vaxtdan ən geci 3 gün keçənədək” sözləri “vaxt” sözü ilə əvəz edilsin;

9.2.37. 6.6-cı bənddə “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən buraxılan “Ədliyyə” sözləri “dövlət” sözü ilə əvəz edilsin;

9.2.38. 6.7-ci bənddə “Qurumlar” sözü “Qeyri-kommersiya qurumları” sözləri ilə əvəz edilsin;

9.2.39. 6.8-ci bənddə “hüquqi şəxslər” sözləri “qeyri-kommersiya qurumları” sözləri ilə əvəz edilsin;

9.2.40. aşağıdakı məzmunda 6.8-1-ci bənd əlavə edilsin:

“6.8-1. Kommersiya hüquqi şəxsinin, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filiallarının dövlət qeydiyyatını aparan orqan:

hər gün dövlət qeydiyyatına aldığı kommersiya hüquqi şəxslərinin, habelə xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və filialları barədə məlumatları aidiyyəti üzrə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə və Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna elektron və (və ya) kağız daşıyıcı formasında göndərir;

qanunvericiliklə müəyyən edilmiş hallarda dövlət qeydiyyatına alınmış kommersiya hüquqi şəxsinin, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və ya filialı ləğv edildikdə və ya dövlət reyestrindəki yazılar ləğv edildikdə, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə və Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna bir gün müddətində bu barədə məlumat verir.”;

9.2.41. 7-ci bölmə çıxarılsın;

9.2.42. 8.3-cü bəndin birinci cümləsində “qurumun” sözündən əvvəl “qeyri-kommersiya” sözləri əlavə edilsin. ;

9.2.43. 8.4-cü bəndin birinci cümləsinin əvvəlinə “qeyri-kommersiya qurumlarının” sözləri və həmin bəndə aşağıdakı məzmunda dördüncü cümlə əlavə edilsin:

“Dövlət qeydiyyatına alınmış kommersiya qurumlarının arxiv sənədlərinin saxlanılması qaydaları Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən müəyyən edilir.”;

9.2.44. 8.5-ci bəndin ikinci və dördüncü cümlələrində “qeydiyyat nömrəsi” sözlərindən sonra “(vergi ödəyicisinin eyniləşdirmə nömrəsi)” sözləri əlavə edilsin.;

9.2.45. 8.6-cı bəndin birinci cümləsinin əvvəlinə “Qeyri-kommersiya qurumlarının” sözləri əlavə edilsin.;

9.2.46. 8.11-ci bəndin ikinci cümləsindən “, statistika orqanının verdiyi şəhadətnamənin” sözləri çıxarılsın;

9.3. həmin qərarla təsdiq edilmiş “Hüquqi şəxslərin, xarici hüquqi şəxslərin nümayəndəlik və filiallarının dövlət qeydiyyatına alınması barədə ərizənin məzmunu”na aşağıdakı əlavə və dəyişikliklər edilsin:

9.3.1. adında “Hüquqi şəxslərin, xarici” sözləri “Qeyri-kommersiya hüquqi şəxslərinin, xarici qeyri-kommersiya” sözləri ilə, “məzmunu” sözü “forması” sözü ilə əvəz edilsin;

9.3.2. 1-ci bənddə “hüquqi şəxslərin, xarici” sözləri “qeyri-kommersiya hüquqi şəxslərinin, xarici qeyri-kommersiya” sözləri ilə əvəz edilsin və “149 nömrəli” sözlərindən sonra “və “Sahibkarlıq fəaliyyəti subyektlərinin dövlət qeydiyyatının “bir pəncərə” prinsipinə uyğun təşkili ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2008-ci il 20 fevral tarixli 713 nömrəli” sözləri əlavə edilsin;

9.3.3. 6-cı bənd çıxarılsın;

9.4. həmin qərarla təsdiq edilmiş “Dövlət reyestrindən çıxarışın forması və çıxarışda göstərilən məlumatların həcmi”ndə aşağıdakı dəyişikliklər edilsin:

9.4.1. 1-ci bəndində “Dövlət reyestrindən” sözləri “Qeyri-kommersiya qurumlarının dövlət reyestrindən” sözləri ilə əvəz edilsin;

9.4.2. 2-ci bənddə “hüquqi şəxslərin” sözləri “qeyri-kommersiya hüquqi şəxslərinin” sözləri ilə əvəz edilsin;

9.4.3. 3-cü bənddən “, dövlət reyestrinin kateqoriyası (kommersiya, qeyri-kommersiya və s.)” sözləri çıxarılsın;

9.4.4. 4-cü bənddə “3.2-ci bəndində” sözləri “3.2.3-cü yarımbəndində” sözləri ilə, “(1 və 2 nömrəli əlavələr)” sözləri isə “(1 nömrəli əlavə)” sözləri ilə əvəz edilsin;

9.4.5. 5-ci bənddən “eyniləşdirmə kodu,” sözləri çıxarılsın;

9.4.6. 6-cı bənddə “(3 və 4 nömrəli əlavələr)” sözləri “(2 nömrəli əlavə)” sözləri ilə əvəz edilsin;

9.4.7. 8-ci bənddə “Yenidən qeydiyyat, həmçinin başqa” sözləri “Başqa” sözü ilə əvəz edilsin və “və hüquqi varislik faktları” sözləri çıxarılsın;

9.4.8. 10-cu bənddən “və növündən” sözləri çıxarılsın;

9.4.9. 1 və 3 nömrəli əlavələr çıxarılsın;

9.4.10. 2 nömrəli əlavənin yuxarı sağ küncündə “Dövlət reyestrindən” sözləri “Qeyri-kommersiya qurumlarının dövlət reyestrindən” sözləri ilə, “2 nömrəli əlavə” sözləri “1 nömrəli əlavə” sözləri ilə əvəz edilsin və 4-cü bənd çıxarılsın;

9.4.11. 4 nömrəli əlavənin yuxarı sağ küncündə “Dövlət reyestrindən” sözləri “Qeyri-kommersiya qurumlarının dövlət reyestrindən” sözləri ilə, “4 nömrəli əlavə” sözləri “2 nömrəli əlavə” sözləri ilə əvəz edilsin və 4-cü bənd çıxarılsın;

9.5. həmin qərarla təsdiq edilmiş “Hüquqi şəxsin adında edilmiş dəyişikliyin dövlət qeydiyyatı haqqında Şəhadətnamə”nin və “Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında Şəhadətnamə”nin adında və “Qeyd” hissəsində “Hüquqi şəxsin” sözləri “Qeyri- kommersiya hüquqi şəxsinin” sözləri ilə əvəz edilsin;

9.6. həmin qərarla təsdiq edilmiş “Xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət qeydiyyatı haqqında Şəhadətnamə”nin adında və “Qeyd” hissəsində, “Xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının adında edilmiş dəyişikliyin dövlət qeydiyyatı haqqında Şəhadətnamə”nin adında “Xarici hüquqi şəxsin” sözləri “ xarici qeyri-kommersiya hüquqi şəxsinin” sözləri ilə əvəz edilsin;

9.7. həmin qərarla təsdiq edilmiş “Kommersiya hüquqi şəxslərin dövlət reyestri”nin forması aşağıdakı redaksiyada verilsin:

 

 


 

KOMMERSİYA HÜQUQİ ŞƏXSLƏRİNİN DÖVLƏT REYESTRİ

 

Qeydiyyat nömrəsi (VÖEN) Qeydiyyata alındığı tarix

Kitabın nömrəsi Kitabdakı sıra nömrəsi

Maliyyə ili Ləğv edilmə tarixi

 

Sıra nömrəsi

Kommersiya hüquqi şəxsinin adı

Faktın qeydə alındığı tarix

A

B

C

 

 

 

 

 

 

 

Sıra nömrəsi

Hüquqi ünvanı

Hüquqi varislik

Filial, nümayəndəlik

və digər qurumlar haqqında məlumat

Qanuni təmsilçilər

Müşahidə şurasının üzvləri

Nizamnamə kapitalının miqdarı

Təsisçilərin adı və payların miqdarı

Təşkilati hüquqi forması

Faktın qeydə alındığı tarix

1

2

3

4

5

6

7

8

9

10

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

9.8. həmin qərarla təsdiq edilmiş “Xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin dövlət reyestri”nin formasından sonra “Xarici kommersiya  hüquqi şəxslərin filial və nümayəndəliklərinin dövlət reyestri”nin forması əlavə edilsin (əlavə olunur):

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2005-ci il 13 aprel tarixli 70 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

XARİCİ KOMMERSİYA HÜQUQİ ŞƏXSLƏRİNİN FİLİAL VƏ NÜMAYƏNDƏLİKLƏRİNİN DÖVLƏT REYESTRİ

 

Qeydiyyat nömrəsi (VÖEN) Qeydiyyata alındığı tarix

Kitabın nömrəsi Kitabdakı sıra nömrəsi

Maliyyə ili Ləğv edilmə tarixi

 

Sıra nömrəsi

 

Kommersiya qurumunun  adı

 

Faktın qeydə

alındığı tarix

A

B

C

 

 

 

 

 

 

 

 

Sıra nömrəsi

 

 

Hüquqi ünvanı

 

 

Qanuni təmsilçilər

 

Təsisçi barədə   məlumat

Təşkilatın hüquqi forması

Faktın qeydə alındığı tarix

1

2

3

4

5

6

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


9.9. həmin qərarla təsdiq edilmiş “Qeyri-kommersiya hüquqi şəxslərin dövlət reyestri”nin I bölməsindən “E” yarımbəndi çıxarılsın və II bölmədə “S” yarımbəndindən “fondlarda” sözü çıxarılsın.

10. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına dəyişikliklər edilməsi və bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 8 aprel tarixli 101 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 4, maddə 371) 1.1.2-ci yarımbəndinin yeddinci, səkkizinci və doqquzuncu abzasları çıxarılsın.

11. “Azərbaycan Respublikasında baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 7 iyul tarixli 167 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı, № 7, maddə 635) 1-ci bəndindən “Azərbaycan Respublikasında baytarlıq fəaliyyəti ilə məşğul olmaq üçün dövlət baytarlıq orqanında uçota durma Qaydaları” və” sözləri çıxarılsın.

12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 29 dekabr tarixli 280 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1165) ilə təsdiq edilmiş “Fitosanitar sertifikatının verilməsi üçün tələb olunan sənədlərin Siyahısı”nın 2-ci bəndinin birinci abzasında “şəxslərin dövlət qeydiyyatı” sözləri “şəxslər” sözü ilə əvəz edilsin.

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 13 avqust tarixli 127 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 853) ilə təsdiq edilmiş “Özəl mühafizə müəssisəsi və ya hüquqi şəxsin mühafizə bölməsi tərəfindən xüsusi vasitənin əldə olunması, saxlanılması və ondan təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamənin verilməsi Qaydası”nın 2.1.1-ci yarımbəndində “Ədliyyə Nazirliyində” sözlərindən sonra “və ya Azərbaycan Respublikasının Vergilər Nazirliyində” sözləri əlavə edilsin.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 24 avqust tarixli 134 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 859) ilə təsdiq edilmiş “Atçılıq təsərrüfatının zavod kateqoriyasına aid edilməsi Qaydaları və Şərtləri”nin 2.1.3-cü yarımbəndi çıxarılsın.

II. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri   A.RASİZADƏ

 

Bakı şəhəri, 4 sentyabr 2008-ci il

№ 202

 

 

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       14 yanvar 2011-ci il tarixli 7 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 1, maddə 60)

2.       21 yanvar 2011-ci il tarixli 9 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 1, maddə 62)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



[1] 21 yanvar 2011-ci il tarixli 9 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 1, maddə 62) ilə 4-cü bəndi çıxarılmışdır.

 

[2] 14 yanvar 2011-ci il tarixli 7 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 1, maddə 60) ilə 5-ci bəndi çıxarılmışdır.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status