AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
22.10.2008
QEYDİYYAT NÖMRƏSİ
250
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-10-2008, Nəşr nömrəsi: 10, Maddə nömrəsi: 937)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
22.10.2008
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

"Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanının 8.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 18 sentyabr tarixli 126 nömrəli qərarı ilə təsdiq edilmiş "Tikintisi dondurulmuş, tikintisinin normativ müddətləri ötmüş və tikintisi başa çatdırılmamış obyektlərin start qiymətlərinə tətbiq edilən əmsallar"ın 2-ci bəndində, 2001-ci il 24 yanvar tarixli 23 nömrəli qərarı ilə (Azərbaycan. Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №1, maddə 72; 2007-ci il, №11, maddə 1190; 2008-ci il, №6, maddə 586) təsdiq edilmiş "Özəlləşdirilən dövlət müəssisələrinin (obyektlərinin) ilkin qiymətinə tətbiq edilən əmsallar"ın 4-cü bəndində və 2007-ci il 29 noyabr tarixli 191 nömrəli qərarı ilə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №11, maddə 1189; 2008-ci il, №6, maddə 586) təsdiq edilmiş "Dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün icarə haqqının minimum məbləği"ndə "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş "Özəlləşdirilən dövlət müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə"də verilmiş" sözləri "bu qərarda göstərilən" sözləri ilə əvəz edilsin və müvafiq hallarda "zona bölgüsü" və "zonalar üzrə" sözlərindən sonra "və bu zonaların müəyyən edilmiş qaydada Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən təsdiq edilmiş sərhədləri" sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli 93 nömrəli qərarı ilə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, №4, maddə 301, №7, maddə 477; 2000-ci il, №5, maddə 369, №7, maddə 560; 2008-ci il, №5, maddələr 432,443) təsdiq edilmiş "Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:

2.1. 7-ci bəndi çıxarılsın;

2.2. 8-ci bəndinin birinci abzasının ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

"Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin illik icarə haqqı Bakı şəhəri üzrə torpağın normativ qiymətinin 10 faizi həcmində müəyyən edilir."

3. Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə tapşırılsın ki, torpaq sahələrinin özəlləşdirilməsi ilə bağlı normativ qiymətləri müəyyən etmək üçün Bakı şəhəri üzrə zonaların yeni sərhədlərini müəyyən edilmiş qaydada təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

 

Bakı şəhəri, 22 oktyabr 2008-ci il

                       № 250

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status