AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
08.01.2009
QEYDİYYAT NÖMRƏSİ
5
ADI
"Ekoloji təmiz kənd təsərrüfatı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-01-2009, Nəşr nömrəsi: 01, Maddə nömrəsi: 26)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
08.01.2009
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
220.000.000
290.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
"Ekoloji təmiz kənd təsərrüfatı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə

"Ekoloji təmiz kənd təsərrüfatı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ QƏRARI

 

"Ekoloji təmiz kənd təsərrüfatı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli 818 nömrəli Fərmanının 1.4, 1.5, 1.6, 1.7, 1.8, 1.9, 1.10, 1.11-ci bəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Eyni vaxtda ekoloji təmiz və ənənəvi kənd təsərrüfatı üsulları ilə məhsul istehsalı Qaydaları", "Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının istehsalı Qaydaları, habelə ekoloji təmiz kənd təsərrüfatında istifadəsinə icazə verilən təbii və qeyri-təbii vasitələrin siyahısı", "Ekoloji təmiz kənd təsərrüfatı subyektlərinə verilən sənədin (sertifikatın) forması və verilməsi Qaydası", "Ekoloji təmiz kənd təsərrüfatında ekoloji müşahidə və sertifikatlaşdırma Qaydaları və akkreditasiya olunmuş orqanların funksiyaları", "Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının sertifikatlaşdırılması Qaydaları və sertifikatın nümunəvi forması", "Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının dövriyyəsi Qaydaları". "Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının markalanması Qaydası", "Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının saxlanması və daşınması Qaydaları" təsdiq edilsin (əlavə olunur). [1]

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri

A. RASİ-ZADƏ

Bakı şəhəri, 8 yanvar 2009-cu il

                      № 5


 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2009-cu il 8 yanvar

tarixli 5 nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

 

Eyni vaxtda ekoloji təmiz və ənənəvi kənd təsərrüfatı üsulları ilə məhsul istehsalı

QAYDALARI

 

1. Ümumi müddəa

 

1.1. Bu Qaydalar «Ekoloji təmiz kənd təsərrüfatı haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli 818 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və eyni vaxtda ekoloji təmiz və ənənəvi kənd təsərrüfatı üsulları ilə məhsul istehsalı qaydalarını tənzimləyir.

1.2. Eyni vaxtda ekoloji təmiz və ənənəvi kənd təsərrüfatı üsulları ilə məhsul istehsalının məqsədi mövcud bazarın və əhalinin kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsini təmin etməkdir.

 

2. Eyni vaxtda ekoloji təmiz və ənənəvi kənd təsərrüfatı üsulları ilə məhsul istehsalı

 

2.1. Eyni vaxtda ekoloji təmiz və ənənəvi kənd təsərrüfatı üsulları ilə məhsul istehsalı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi, müşahidə və sertifikatlaşdırma orqanlarının nümayəndələrindən təşkil olunmuş Komissiya tərəfindən subyektin müraciəti əsasında ekoloji təmiz kənd təsərrüfatının ümumi prinsiplərinə əsaslanaraq, aşağıdakı müstəsna hallarda icazə verilir: [2]

- kənd təsərrüfatı məhsulları qıtlığı yarandığı hallarda;

- ekoloji təmiz kənd təsərrüfatı subyektinin istifadəsində olan torpaq sahələri genişləndirildikdə və ya müvafiq istehsal obyekti yeni istifadəyə götürüldükdə;

- balanslaşdırılmış davamlı aqroekosistemin yaradılması mümkün olmadıqda və ya hər hansı fövqəladə hadisələrin təsiri nəticəsində bu sistem pozulduqda;

- ekoloji təmiz kənd təsərrüfatı sahələrinin müəyyən hissəsində xəstəlik, zərərvericilər və alaq otlarına, habelə karantin obyektlərinə qarşı aqrotexniki yollarla mübarizə aparılması mümkün olmadıqda, məhsulun məhv olmasının qarşısını  almaq  məqsədi  ilə  məcburən  ekoloji  təmiz kənd  təsərrüfatında tətbiqinə icazə verilməyən vasitələrdən istifadə edildikdə.

2.2. Sahibkar eyni ərazidə bir neçə istehsal vahidini idarə edirsə, qeyri-ekoloji metodlarla istehsal edilən məhsullar da müşahidə obyekti olmalıdır. Hər bir istehsal vahidində aydın fərqləndirilən sortlardan və yaxud fərqli növlərdən istifadə edilməlidir.

2.3. Əgər bu Qaydaların 2.1-ci bəndindəki kənaraçıxmalara icazə verilirsə, bu halda əlavə araşdırmalar, müşahidələr və təhlillər aparılmalı, sahibkarın müxtəlif statuslu məhsulların qarışmasının qarşısını almaq qabiliyyətinin qiymətləndirilməsi kimi tədbirlər görülməli və istehsal zamanı aşağıdakı tədbirlər yerinə yetirilməlidir:

- ekoloji təmiz kənd təsərrüfatı istehsalı üçün qeydiyyatlar (mühasibatlıq sənədləşmələri) ayrıca aparılmalıdır;

- ekoloji təmiz kənd təsərrüfatı vasitələri (biopreparatlar, toxumlar və s.) üçün ayrıca anbar olmalı və bu anbar işarələnməlidir;

- ekoloji təmiz kənd təsərrüfatı məhsulları üçün ayrıca çiləyici cihazlar olmalı və onlar işarələnib ayrıca saxlanılmalıdır;

- ekoloji təmiz kənd təsərrüfatı məhsulları xüsusi yığım vasitələri ilə toplanmalı, belə imkan olmadıqda isə ekoloji məhsulların yığımından əvvəl həmin vasitələr yuyulub təmizlənməlidir.

2.4. Ekoloji təmiz heyvandarlıqda bütün heyvanlar bir və yaxud bir neçə oxşar istehsal vahidində «Ekoloji təmiz kənd təsərrüfatı haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə uyğun saxlanmalıdır. Həmin Qanunun 8.2-ci maddəsinə uyğun olaraq ekoloji təmiz kənd təsərrüfatı subyektlərinə başqa təsərrüfatlarda yetişdirilən heyvanların gətirilməsinə müvafiq baytarlıq-sanitariya qaydalarına əməl etməklə qanunvericilikdə nəzərdə tutulmuş hallarda yol verilir.

2.5. Ekoloji təmiz kənd təsərrüfatında saxlanılan heyvanlar adi otlaq sahələrində aşağıdakı şərtlərə əsasən otarıla bilər:

- bu sahədə ən azı son üç il ərzində bu Qaydalara əsasən icazə verilən vasitələrdən başqa, digərlərindən istifadə edilməmiş olsun;

- saxlanılan heyvanlarla digər heyvanlar arasında ayrılma sistemi olsun.

2.6. Ekoloji təmiz kənd təsərrüfatı məhsullarının emalı üçün müvafiq emal müəssisəsi olmadıqda, məhsulun ənənəvi emal müəssisəsində avadanlıqlarla tam təmin edildikdən sonra və ayrılma sisteminə ciddi riayət olunmaqla emal edilməsinə yol verilir.

 

3. Hesabat və nəzarət

 

Eyni vaxtda ekoloji təmiz və ənənəvi kənd təsərrüfatı üsulları ilə məhsul istehsal edən subyektlər barədə hesabat və onlara nəzarət işləri müvafiq ekoloji müşahidə və sertifikatlaşma orqanları tərəfindən həyata keçirilir.

 


 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2009-cu il 8 yanvar

tarixli 5 nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

 

Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının istehsalı Qaydaları, habelə ekoloji təmiz kənd təsərrüfatında istifadəsinə icazə verilən təbii və qeyri-təbii vasitələrin siyahısı [3]

 

1. Ümumi  müddəa

 

Bu Qaydalar "Ekoloji təmiz kənd təsərrüfatı haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli 818 nömrəli Fərmanının 1.5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının istehsal qaydalarını, habelə ekoloji təmiz kənd təsərrüfatında istifadəsinə icazə verilən təbii və qeyri-təbii vasitələrin siyahısını müəyyən edir.

 

2. Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının istehsalı

 

2.1. Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsulları istehsalında aşağıdakı tələblərə əməl olunmalıdır:

- təsərrüfat subyektinin malik olduğu torpaq, su, əkin materialı və digər vasitələr ekoloji cəhətdən təmiz və təhlükəsiz olmalı;

- torpağın strukturunun saxlanması və təbii münbitliyinin artırılması üçün kimyəvi-sintetik (süni) maddələrdən istifadə edilmədən ekoloji üsullarla (növbəli əkin, çürümüş peyin, konpost, yaşıl gübrələr və s.) tənzimlənməli;

- bitkilərin xəstəlik, zərərverici və alaq otlarından mühafizəsində yalnız aqrotexniki, mexaniki və bioloji üsullardan, həmçinin ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsalında tətbiqinə icazə verilmiş digər vasitələrdən istifadə edilməli;

- ekoloji təmiz heyvandarlıq məhsulları və ekoloji təmiz bitkiçilik məhsulları istehsalı əlaqələndirilməli;

- bitkiçilikdə və heyvandarlıqda quraqlığa, xəstəliklərə, zərərvericilərə və digər amillərə davamlı, yerli şəraitə uyğunlaşmış sortlar və cinslərdən istifadə olunmalı;

- xəstəliklər zamanı baytar mütəxəssisləri tərəfindən kimyəvi, farmasevtik preparatlardan və antibiotiklərdən mümkün qədər az istifadə edilməli və təbii müalicə üsulları olan fizio və fitoterapevtik vasitələrə, eləcə də ənənəvi müalicələrə üstünlük verilməlidir. Əgər yuxarıda göstərilən müalicə vasitələri effektiv olmazsa, onda baytar həkiminin nəzarəti altında kimyaterapevtik vasitələrin və antibiotiklərin tətbiqinə icazə verilir. Həmin preparatların istifadəsi zamanı əvvəlcədən heyvana dəqiq diaqnoz qoyulmalı, doza seçilməli və müalicə kursu təyin edilməlidir. Bu zaman yekun heyvandarlıq məhsulunun növü nəzərə alınmalı (ət, süd, yumurta və s.) və bu barədə heyvan məhsulu realizə edilməkdən əvvəl qanunvericilikdə nəzərdə tutulmuş qaydada akkreditasiya olunmuş sertifikatlaşdırma orqanlarına məlumat verilməlidir; [4]

- yemlərə əlavə edilmiş sintetik boy stimulyatorlarının, məhsuldarlığı artıran və ya təbii inkişafın qarşısını alan sintetik maddələrin yem istehsalında və yemləmə məqsədi ilə istifadəsinə yol verilməməli;

- heyvanların müalicəsi və heyvandarlıq müəssisələrinin dezinfeksiya edilməsi mövcud qanunvericiliyə uyğun təşkil edilməli.

2.2. Ekoloji təmiz kənd təsərrüfatında istifadəsinə icazə verilən və müvafiq beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş təbii və qeyri-təbii vasitələrin siyahısı aşağıdakı qaydada müəyyən edilir:

 

1. Müxtəlif heyvan növlərinin yerləşdirilməsi üçün daxili və xarici minimum səth ərazisi

 

Qaramal, qoyun və donuzlar

Daxili ərazi

(sırf heyvanlara aid olan sahə)

Xarici ərazi (gəzinti ərazisi, örüş istisna

olunmaqla)

 

minimum diri

çəkisi

m2/baş

m2/baş

1

2

3

4

Damazlıq və kökəltmə üçün qaramal və atlar

100 kq

200 kq

350 kq

350 kq-dan yuxarı

1.5

2.5

4.0

5.0

(hər 100 kq-a

minimum 1 m 2 )

1.1

1.9

3.0

3.7

( hər 100 kq-a minimum 0,75 m 2 )

Südlük inəklər

 

6

4.5

Damazlıq buğalar

 

10

30

Qoyun və keçilər

 

1.5 qoyun/keçi 0.35 quzu /çəpiş

2.5 qoyun/keçi 2.5 ilə 0.5 quzu/çəpiş

40   günlük çoşqaları olan donuzlar

 

7.5

2.5

Ətlik donuzlar

50 kq yuxarı

85 kq yuxan

110 kq-dan

yuxan

0.8

1.1

1.3

0.6

0.8

1

Çoşqalar

40 gündən artıq və 30 kq-a qədər

0.6

0.4

Damazlıq donuzlar

 

2.5 dişi

6.0 erkək

1.9

8.0

 

2. Müxtəlif növ quşlan yerləşdirmək üçün daxili və xarici minimum səth ərazisi

 

Ev

quşları

Daxili ərazi ( heyvanlar üçün ayrılan ərazi)

Xarici ərazi

( bir baş üçün

m 2 ərazi)

heyvanların sayı (m2)

hər bir

heyvan üçün

olan tara

(sm)

yuva

1

2

3

4

5

Yumurtlayan toyuqlar

6

18

Hər hinə 8

yumurtlayan

toyuq və ya əgər hin ümumidirsə,

hər quşa 120 sm2

4, bir şərtlə ki, 170 kq

N/ha/il normasını

keçməməlidir

Ətlik toyuqlar (stasionar hinlərdə)

Hər m2-ə ümumi

diri çəkisi

maksimum 21 kq

olan 10 quş

20 (ancaq

Qvineya

quşlan üçün)

 

4 Broylerlər və

Qvineya ev quşları

üçün

4.5 ördək,

10 hinduşka,

15 qaz.

Bütün növlər üçün

yuxarıda qeyd olunan

limit l70kqN/ha/il

keçməməlidir

Ətlik

quşlar

(mobil

hinlərdə)

Mobil hinlərdə 16 quş  (ancaq bir şərtlə ki, mobil hinlərin ərazisi 150 m2 keçməsin və gecələr açıq saxlansın və hər m2-ə  maksimum 30 kq diri çəki düşsün)

 

 

2.5 - limiti 170 kq N/ha/il ötməməlidir

 

3. İstifadəsinə icazə verilən mineral mənşəli qida maddələri

 

1. Mineral mənşəli yemlər, mikro-elementlər, vitaminlər və ya provitaminlər ancaq təbii olduqları halda istifadə edilə bilər. Bu maddələrin olmadığı hallarda və ya müstəsna hallarda onların kimyəvi üsullarla müəyyən edilmiş əvəzedicilərinin istifadəsinə də icazə verilir.

2. Ancaq aşağıda göstərilən maddələr bu kateqoriyaya aiddir:

 

Natrium:

 

rafinə edilməmiş dəniz duzu

 

iri daş duz

 

natrium sulfat

 

natrium karbonat

 

natrium bikarbonat

 

natrium xlorid

 

 

 

 

Kalium:

kalium xlorid

 

 

 

Kalsium:

 

lithotamnion və merqqel

 

 

su   heyvanlarının   qabığı      (həmçinin   dəniz  

molyusklarının sümükləri)

 

kalsium karbonat

 

kalsium laktat(süd turşusu)

 

kalsium qlükonat

 

 

 

Fosfor:

 

flüorsuzlaşdırlmış bi-kalsium

 

fosfat flüorsuzlaşdırılmış mono-kalsium fosfat

 

mono-natrium fosfat

 

kalsium-maqnezium fosfat

 

kalsium-natrium fosfat

 

 

 

Maqnezium:

 

maqnezium oksid (maqnezium anhidridi)

 

maqnezium sulfat

 

maqnezium xlorid

 

maqnezium karbonat maqnezium fosfat

 

 

 

Kükürd:

 

natrium sulfat

4. İstifadəsinə icazə verilən heyvan mənşəli yem materialları

1. Süd və süd məhsulları, balıq, digər dəniz heyvanları və onlardan alınan məhsullar istisna olmaqla, heyvan mənşəli yemlər istifadə edilməməli və yaxud Azərbaycan Respublikasının qanunvericiliyində qeyd olunduğu kimi istifadə olunmalıdır. İstənilən halda məməlilərdən alınma materiallarla (süd və süd məhsulları istisna olmaqla) gövşəyənləri yemləməyə icazə verilmir.

2. Süd və süd məhsulları. Ancaq aşağıda qeyd olunan maddələr bu kateqoriyaya aiddir:

çiy süd, süd unu, yağsız süd, yağsız süd unu, ayran, ayran unu, pendir suyu, pendir suyunun tozu, az şəkərli pendir suyunun tozu, proteinli pendir suyunun tozu (fiziki üsulla ekstraksiya olunmuş), kazein unu, laktoza tozu, kəsmik və qatıq.

3. Balıq, digər dəniz heyvanları, onların məhsulları və onlardan alınan məhsullar.

Ancaq aşağıda qeyd olunan maddələr bu kateqoriyaya daxildirlər: balıq, balıq yağı və rafinə edilməmiş treska ciyərinin yağı; balıq molyuskları və xərçəngəbənzər canlıların fermentasiyası, istər həllolan formada, istərsə də həllolmayan formada olsun, ancaq gənc heyvanlar üçün tətbiq edilir.

Balıq yemləri.

4. Quşçuluqda yem kimi istifadə olunan yumurtalar, yumurta məhsulları (eyni mənbədən).

 

5. Qida əlavələri, heyvanların qidalandırılmasında istifadə olunan bəzi maddələr və qidalarda istifadə olunan emal əlavələri

1. Qida əlavələri

1.1. Mikroelementlər. Ancaq bu kateqoriyadan olan maddələr istifadə edilə bilər:

E1 

Dəmir:

 

dəmir (II) karbonat

 

dəmir (II) sulfat monohidrat və ya heptahidrat

 

dəmir (III) oksidi

 

 

E2

Yod:

 

kalsium, anhidrid

 

kalsium yodit, hexahidrat

 

natrium yodit

 

 

E3

Kobalt:

 

kobalt (II) sulfat monohidrat və ya heptahidrat

 

əsası kobalt (II) karbonat, monohidrat

 

 

E4

Mis:

 

mis (II) oksid

 

əsası mis (II) karbonat, monohidrat

 

mis (II) sulfat, pentahidrat

 

 

E5

Manqan:

 

manqan (II) karbonat

 

manqan oksid Mn304

 

manqan (II) sulfat, mono- və ya tetrahidrat

 

 

E6

Sink:

 

sink karbonat

 

sink oksid

 

sink sulfat mono- və ya heptahidrat

 

 

E7

Molibden:

 

ammonium molibdenat, natrium molibdenat

 

 

E8

Selen:

 

Natrium selenat

 

Natrium selenit

1.2. Vitaminlər, provitaminlər, oxşar təsirlərə malik kimyəvi cəhətdən yaxşı müəyyən olunmuş maddələr. Ancaq aşağıda qeyd olunan maddələr bu kateqoriyaya daxildir:

- təbii, xammal yem materialında təbii halda rast gəlinən vitaminlər,

- təkmədəli heyvanlar üçün təbii vitaminlərə oxşar olan sintetik vitaminlər,

- Avropa İttifaqına üzv dövlətin səlahiyyətli nümayəndəsinin icazəsi ilə gövşəyənlər üçün təbii vitaminlərə müvafiq olan sintetik vitaminlər A, D və E.

1.3. Fermentlər.

1.4. Mikroorqanizmlər.

1.5. Qoruyucular. Ancaq aşağıdakı maddələr bu kateqoriyaya daxildir:

 

E 200 - sorbin turşusu

E 236 - qarışqa turşusu

E 260 - asetat turşusu

E 270 - süd turşusu

E 280 - propion turşusu

E 330 - limon turşusu

Süd turşusu, qarışqa turşusu, propion turşusu və limon turşularından silos hazırlanmasında istifadəyə o zaman icazə verilir ki, adekvat fermentasiyaya havanın daxil olmasına icazə verilməsin.

1.6. Birləşdirici materiallar, yapışma əleyhinə vasitələr və koaqulyantlar. Ancaq aşağıda qeyd olunan maddələr bu kateqoriyaya daxil edilə bilər:

 

E470

təbii mənşəli kalsium stearat

E551b

kolloid silisium dioksid

E551c

kieselgur- zoğal turşusu

E558

bentonit

E559

kaolinit gili

E560

stearit və xloritin təbii qarışığı

E561

vermikulit

E562

sepiolit

E599

perlit

1.7. Antioksidant maddələr. Ancaq aşağıda qeyd olunan maddələr bu kateqoriyaya daxil edilə bilər :

E 306 -    təbii mənşəli tokoferolla zəngin ekstraktlar

1.8.   Silos  əlavələri.  Ancaq  aşağıda  qeyd  olunan  maddələr bu kateqoriyaya daxil edilə bilər :

fermentlər, mayalar, bakteriyalar.

2. Heyvanların yemləndirilməsində istifadə olunan bəzi məhsullar

Bu kateqoriyaya pivə mayası daxil edilə bilər.

3. Yem hazırlanmasında istifadə olunan emal əlavələri

Silos üçün emal köməkçi vasitələri. Ancaq aşağıda qeyd olunan maddələr bu kateqoriyaya daxil edilə bilər:

- dəniz duzu, dənəvər daş duz, ayran, taxıl unu,  şəkər, şəkər çuğunduru şrotu və patkalar

Heyvandarlıq binalarını və qurğularını (məsələn, avadanlıq, qab və alətlər) təmizləmək və dezinfeksiya etmək üçün icazə verilən məhsullar:

Kalium və natrium sabunu

Su və buxar

Əhəng südü

Əhəng

Sönməmiş əhəng

Natrium hipoxlorid (məsələn, maye ağardıcı kimi)

Natrium hidroksid

Kalium hidroksid

Hidrogen peroksid

Bitkilərin təbii efir yağları

Limon, perasetat, qarışqa, süd, oksalat turşusu və asetat turşuları

Etil spirti

Nitrat turşusu (süd avadanlıqları)

Fosfor turşusu (süd avadanlıqları)

Formaldehid

Yelinin və sağım avadanlıqlarının təmizlənməsi və dezinfeksiyası üçün vasitələr Natrium karbonat

 

6. Torpağın gübrələnməsi və yaxşılaşdırılması üçün istifadə olunan maddələr

 

Maddələr

Təsvir, tərkibinə qoyulan tələblər və istifadə şərtləri

1

2

Təsərrüfatyanı peyin

Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac vardır

Heyvan nəcisi və bitki qarışıqlarından (heyvan üçün döşənək) ibarət məhsul

Heyvan növlərinin əlamətləri

Ekstensiv heyvandarlıq fermalarından gətirilir

Maye halda olan heyvan ekskrementi (maye peyin, sidik və s.)

Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac vardır

Nəzarət   olunan fermentasiyadan və yaxud müvafiq durulaşdırmadan sonra

Heyvan növlərinin əlamətləri Sənaye əsaslı təsərrüfat mənbələri qadağan edilir

Kompostlaşdırılmış heyvan

ekskrementləri, həmçinin quş zılı və kompostlaşdırılmış təsərrüfatyanı peyin

Sertifikatlaşdırma qurumu tərəfindən    təsdiq edilməsinə ehtiyac vardır

Sənaye əsaslı istehsalı olan təsərrüfat mənbələri qadağan edilir

Qurudulmuş təsərrüfatyanı gübrə və dehidratlaşdırılmış quş peyini

Sertifikatlaşdırma qurumu tərəfindən   təsdiq edilməsinə ehtiyac vardır

Heyvan növlərinin əlamətləri

Ekstensiv heyvandarlıq fermalarından gətirilir

Guano

Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac vardır

Göbələk təsərrüfatı tullantılarından və vermikulit substratı qalıqlarından hazırlanan kompost

Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac vardır

Substratın ilkin tərkibi bu siyahıda olan məhsullarla məhdudlaşdırılmalıdır

Qurdların (soxulcan kompostları) və həşəratların ekskrementləri

Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac vardır

Substratın ilkin tərkibi bu siyahıda olan məhsullarla məhdudlaşdırılmalıdır

Torf

Bağçılıqda məhdud şəkildə istifadə (gülçülük, meşəçilik, tinglik)

Gil (məsələn, perlit, vermikulit vəs.)

 

 

 

1

2

Kompostlaşdırılmış və yaxud çürüdülmüş məişət tullantıları

Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac vardır Ancaq tərəvəz və heyvan mənşəli tullantılar Sortlara ayrılmış məişət tullantılarından alınan kompostlaşdırılmış və bioqaz istehsalı üçün anaerob şəklində fermentləşdirilmiş məhsullar Ancaq qapalı və nəzarət edilən toplama sistemində qəbul edilən konsentrasiya quru maddə hesabı ilə mg/kq ilə: kadmium 0.7; mis 70; nikel 25; qurğuşun 45; sink 200; civə 0.4; xrom (cəmi) 70; xrom (Vİ) 0 (3)

Tərəvəz tullantılarının kompostlaşdırılmış və ya fermentləşdirilmiş qarışığı

Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac vardır Tərəvəz kütləsi qarışıqlarından əldə edilən məhsul, hansı ki, kompostlaşdırılmış və bioqaz istehsalı üçün anaerob şəklində fermentləşdirilməyə məruz qalmışdır

Aşağıda qeyd olunan heyvan mənşəli məhsulları:

 

Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac vardır

- qan unu;

- dırnaq unu;

- buynuz unu;

- sümük unu yaxud

- jelatinsizləşdirilmiş sümük unu;

Quru maddə hesabı ilə xromun maksimum konsentrasiyası mg/kq (Vİ): 0 (3)

- balıq unu;

- ət unu;

- dəri və tük unu;

- yun;

- xəz;

- tük;

süd məhsulları

Gübrələmə üçün bitki mənşəli məhsullar və onların əlavə məhsulları (məsələn, yaglı toxumlardan alınan yemlər, kakao ovuntuları, səməni küləşi və s. )

Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac vardır

Dəniz yosunları və onlardan alınan məhsullar

Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac vardır

Aşağıdakı üsullarla birbaşa əldə edilən:

a) qurudulma, dondurulma və üyütmə kimi fiziki proseslər;

b) su və ya sulu turşular və/yaxud qələvi məhlullar;

c) fermentasiya

 

1

2

Taxta kəpəyi və ağac tullantıları

Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac vardır

Ağaclar kəsildikdən sonra kimyəvi üsulla işlənilmir

Kompostlaşdırılmış qabıq

Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac vardır

Ağaclar kəsildikdən sonra kimyəvi üsulla işlənilmir

Ağac külü

Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac vardır

Kəsildikdən sonra kimyəvi üsulla işlənməyən ağaclardan

Yumşaq fosforit

Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac vardır

Kadmium 90 mq/kq P205 limiti keçməməlidir

Tomas şlak

Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac vardır

Xam kalium duzları (məsələn, kainite, silvinit və s.)

Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac vardır

Kalium sulfat, tərkibində maqnezium duzları da ola bilər

Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac vardır

Məhsul fiziki ekstraksiya prosesləri nəticəsində xam kalium duzundan əldə edilir və tərkibində ola bilər ki, maqnezium duzları da olsun

Təbii mənşəli kalsium karbonat (məsələn, tabaşir, əhəng gili, breton ameliorantı, merqel, torpaq əhəngi, fosfat tabaşiri)

 

Təbii mənşəli maqnezium və kalsium karbonat (məsələn, maqnezium tabaşiri, torpaq maqnezium əhəngdaşı və s.)

Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac vardır

 

Ancaq təbii mənbələrdən

Kalsium xlorid məhlulu

Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac vardır Alma ağaclarında yarpaq çiləmələri, kalsium çatışmazlığını aşkar etdikdən sonra

Maqnezium sulfat (Epsom duzu) (məsələn, kizerit MgS04.H20)

 

Gips (kalsium sulfat)

Ancaq təbii mənşəli

Distillə qazanının dibində qalan tullantılar

Amonium distillyatorunun qalıqları istisna olunur

Natrium xlorid

Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac vardır

Ancaq yataq halında tapılan duz

 

 

1

2

Alüminium kalsium fosfat

Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac vardır 90 mq/kq P205 limitini keçməməlidir Qələvi torpaqlarda məhdud miqdarda istifadə olunur (pH>7.5)

Mikroelementlər (məsələn, bor mis, dəmir, manqan, molibden, sink)

Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac vardır

Elementar kükürd

Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac vardır

Gil (məsələn, perlit, vermikulit)

 

Şəkər istehsalmdan gələn sənaye əhəngi (məsələn, vanesse)

Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac vardır

Vakuumla duz istehsalından əldə edilən sənaye əhəngi

Dağlarda rast gəlinən duzlu məhlullardan alınan vakuumla duz istehsalından alınma məhsullar

 

7. Bitki zərərvericiləri və xəstəliklərinə qarşı istifadə olunan maddələr

 

Bitki mühafizəsi üçün istifadə olunan maddələr

Aşağıdakı aktiv maddələri özündə cəmləşdirən və ya onlardan ibarət olan bütün məhsullar üçün qəbul edilən ümumi şərtlər:

- cari standartların 1 nömrəli əlavəsinə müvafiq olaraq istifadə edilə bilər; [5]

- ancaq ölkə daxilində tətbiq edilən bitki mühafizə məhsulları və qanunvericiliyə müvafiq olaraq tətbiq edilə bilər.

 

Maddə

Təsvir, tərkibinə qoyulan tələblər, istifadə şərtləri

1

2

I. Bitki və heyvan mənşəli maddələr

Chrysanthemum

cinerariaefolium-dan alınan Pyretrin ekstraktı

İnsektisid

Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq

edilməsinə ehtiyac vardır

Rotenon, Derris elliptica, Derris spp. və Lonchocarpus ssp. və Thephrosia spp.-dən alınmış ekstrakt (C23H2206)

İnsektisid

Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq

edilməsinə ehtiyac vardır

Kvassiya preparatı, Quassia amaradan altnmış ekstrakt

İnsektisid, repellent

Azadiraxtin, Azadirachta indica (Neem ağacı)-dan alınmış ekstrakt

İnsektisid

Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq

edilməsinə ehtiyac vardır

Arı mumu, propolis

Budamada istifadə edilir Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac vardır

Bitki yağları (məsələn, nanə yağı, şam ağacından alınan efir yağları, zirə yağı)

İnsektisid, akarisid, fungisid və cücərməni ləngidən ingibitor

Jelatin

İnsektisid

Lesitin

Fungisid

 

1

2

Hidrolizə edilmiş  proteinlər (məsələn, kazein )

Attraktant

Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq

edilməsinə ehtiyac vardır

Nicotiana tabacumdan alınmış ekstrakt (sulu məhlul)

Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq

edilməsinə ehtiyac vardır

Ancaq 2002-ci il martın 31-dən sonrakı müddətdə

İnsektisid

Subtropik meyvə ağaclarında ancaq mənənələrə qarşı (məsələn, portağalda, limonda) və tropik bitkilərdə; yalnız vegetasiya dövrünün əvvəllərində

istifadə etməli

II. Zərərvericilərə qarşı bioloji mübarizədə istifadə olunan mikroorqanizmlər

Mikroorqanizmlər (bakteriya, virus və göbələklər ) məsələn, Bacillus thuringensis, Granulosis virus, və s.

Ancaq genetik dəyişdirilməmiş məhsullar

            III. Ekoloji təsərrüfatçılıqda ənənəvi olaraq istifadə olunan maddələr

Mis hidroksid şəklində olan mis, mis oksixlorid, (3-cü dərəcədən), mis sulfat, mis oksid (bordo mayesi)

Fungisid

Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac vardır. Bitki mühafizə vasitələri üzrə qanunvericilikdə əgər ümumi qaydalar və yaxud spesifik şərtlər şəklində varsa, daha məhdud miqdarda, yəni 2006-cı il yanvarın 1-dən hər hektara bir ildə 6 kq-a qədər mis istifadə edilməsinə icazə verilir. Çoxillik bitkilər üçün əvvəlki paraqrafdan fərqli olaraq maksimum səviyyə aşağıdakı qədər olmalıdır: - 2007-ci il yanvarın 1-dən hər hektar üçün bir ildə istifadə oluna biləcək maksimum miqdar əvvəlki 4 il müddətində istifadə edilmiş miqdarın qalıqları da nəzərə alınmaqla hesablanmalıdır, müvafiq olaraq 36, 34, 32 və 30 kq mis 2007, 2008, 2009, 2010-cu və ondan sonrakı illər üçün

Kükürd

Fungisid, akarisid, repellent

Etilen

Kivinin və şərq xirniyinin yetişdirilməsi üçün Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac vardır

Yağ turşulu kalium duzu (yaşıl sabun)

İnsektisid

Kaliumzəyi (Kainit)

Bananın yetişməsinin qarşısını almaq

KükürdlU əhəng (kalsium polisulfid)

Fungisid, insektisid, akarisid Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac vardır

 

 

1

2

Parafin yağı

İnsektisid, akarisid

Ancaq meyvə ağaclarında, üzüm, zeytun ağaclarında və tropik bitkilərdə Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac vardır

Mineral yağlar

Sertifikatlaşdırma qurumu tərəfındən təsdiq

edilməsinə ehtiyac vardır

İnsektisid, akarisid

Ancaq meyvə ağaclannda, üzüm, zeytun

ağaclannda və tropik bitkilərdə

Dəmir (III) ortofosfat

Mollyuskisid

Becərilən bitkilərin cərgə aralarına, səthə çilənir

Kalium permanqanat

Fungisid, bakterisid

Ancaq meyvə ağaclannda, zeytun ağaclannda və üzümlərdə

Kvars qumu

Repellent

IV. Aldadıcı tələlərdə və yaxud qurğularda istifadə olunan maddələr

Ümumi şərtlər:

 

- tələlər və ya qurğular maddələrin ətraf mühitə yayılmasına və becərilən bitkilərlə təmasına yol verməməlidir;

- istifadədən sonra tələlər toplanmalı və təhlükəsiz yerlərdə saxlanmalıdır

Feromonlar

Attraktant; seksual davramşı pozanlar Ancaq tələlərdə və qurğularda

Diamonium fosfat

Attraktant

Ancaq tələlərdə

Piretroidlər (ancaq deltametrin vəya lambdasixalotrin)

Sertifıkatlaşdırma qurumu tərəfındən təsdiq

edilməsinə ehtiyac vardır

İnsektisid

Xüsusi attraktantlafla ancaq tələlərdə

Ancaq Batrocera oleae və Ceratitis capitata wied

əleyhinə

V. Digər maddələr

Kalsium hidroksid

Fungisid

Ancaq meyvə ağaclarında Nectria galligenaya nəzarət etmək üçün

 

8. Qeyri-kənd təsərrüfatı mənşəli inqrediyentləri

3.1. Qida əlavələri, inert maddələr daxil olmaqla

 

INS

Adı

Xüsusi şərtlər

1

2

3

Bitki və heyvandarlıq məhsulları üçün

E170

Kalsium karbonat

Rəngləmək üçün istisna olmaqla bütün icazə verilən formaları

E220

Kükürd dioksid

Şərab məhsulları

1

2

3

E270

Süd turşusu

Kolbasa qabığı

E290

Karbon dioksid

 

E296

Alma turşusu

 

E300

Askorbin turşusu

 

E306

Tokoferol, qarışıq təbii konsentratlar

Kərə və bitki yağlarında anti oksidant

E322

Lesitin

Ağardıcı və üzvi həlledicilərdən istifadə olunmadan əldə edilən süd məhsulları, süd tərkibli uşaq yeməkləri, yağ məhsulları, mayonez

E330

Limon turşusu

Meyvə və tərəvəz məhsulları

E333

Kalsium sitrat

 

E334

Tartar turşusu (L (+)-)

 

E335

Natrium tartrat

Tortlar, qənnadı məhsulları

E336

Kalium tartrat

Yarmadan səhər yeməkləri, qənnadı məhsullar

E341(i)

Mono kalsium fosfat

Ancaq özü məsamələnən unlar üçün köpürtmə vasitələri

E400

Alqin turşusu

 

E401

Natrium alqinat

 

E402

Kalium alqinat

 

E406

Aqar

 

E407

Karaqen (Chondrus crispus)

Süd məhsulları

E410

Karob kitrəsi

Süd məhsulları, ət məhsulları

E412

Quar kitrəsi

Süd məhsulları, konservləşdirilmiş ət, yumurta məhsulları

E413

Traqakant kitrəsi

 

E414

Ərəb kitrəsi (qum arabika)

Süd, yağ və qənnadı məhsulları

E415

Ksantamonas bakteriyalannın kitrəsi

Yağ məhsulları, meyvə və tərəvəzlər, tortlar və biskvitlər, salatlar

E416

Karaqa kitrəsi

 

E422

Qliserol

Bitki ekstraktları

E440 (i)

Pektinlər (dəyişilməmiş)

Qənnadı məmulatları Süd məhsulları

E500

Natrium karbonat

 

E501

Kalium karbonat

Yarmadan hazırlanan səhər yeməkləri, tortlar və biskvitlər, qənnadı məmulatları

E503

Amonium karbonat

 

E504

Maqnezium karbonat

 

E516

Kalsium sulfat

İnert maddə

Tortlar və biskvitlər, soya məhsulları,

çörəkbişirmə mayası

E524

Natrium hidroksid

Kaustik məhlulla (Laugengeback) səthin

işlənməsi

Taxıl məhsulları

E551

Silisium dioksid

Otlar və ədviyyatlar üçün yapışma əleyhinə vasitələr

1

2

3

E938

Arqon

 

E941

Azot

 

E948

Oksigen

 

 

3.2. Aromatizatorlar

Kodeks Alimentariusun təbii Aromatizatorlar üçün ümumi tələbatlarında (CAC/GL 29-1987) qeyd edildiyi kimi, təbii aromatik maddələr və yaxud təbii aromatik preparatlar kimi etiketlənmiş məhsullar və maddələr.

3.3. Su və duz

İçməli su.

Duzlar (natrium xlorid və ya kalium xlorid əsas komponentlər kimi, əsasən qida emalı sahəsində istifadə edilir).

3.4. Mikroorqanizmlər və fermentlərdən hazırlanan preparatlar Qida emalında hər hansı bir mikroorqanizmlər və fermentlərdən alınan preparatlar (genetik dəyişdirilmiş mikroorqanizmlər, yaxud fermentlər istisna olmaqla) normal şəkildə istifadə olunur.

3.5. Minerallar (mikroelementlər daxil olmaqla), vitaminlər, əvəzolunmaz yağ və amin turşuları və digər azot birləşmələri.

Ancaq indiyə qədər ərzaq məhsullarında qanuni şəkildə istifadə edilən və qəbul edilmiş maddələr.

 

9. Kənd təsərrüfatı mənşəli məhsulların hazırlanmasında istifadə olunan emal köməkçi vasitələri

 

Maddə

Xüsusi şərtlər

1

2

Bitki və heyvan məhsulları üçün

Su

 

Kalsium xlorid

Koaqulyasiya faktoru

Qatılaşdırma, pendir hazırlanmasında

koaqulyasiya vasitəsi kimi

Kalsium karbonat

 

Kalsium hidroksid

 

Kalsium sulfat

Koaqulyasiya faktoru

Maqnezium xlorid (yaxud niqari)

Koaqulyasiya faktoru

Kalium karbonat

Üzüm kişmişinin qurudulması

Limon turşusu

Yağ istehsalı və nişastanın hidrolizi pH tənzimləyici

Sulfat turşusu

Şəkər istehsalında ekstraksiya suyunun pH nizamlayıcısı

Karbon dioksid

 

Azot

 

Etanol

Həlledici

Aşılayıcı turşu

Filtrasiya vasitəsi

Yumurta ağı albumini

 

Kazein

 

Jelatin

 

 

1

2

Jelatin (balığın hava qovuqcuğundan hazırlanmış)

 

Tərəvəz yağları

Yağlandırma, ayrılma üçün və yaxud köpük əleyhinə vasitə

Silisium dioksid geli, yaxud colloid məhlulu

 

Aktivləşdirilmiş karbon

 

Talk

 

Bentonit

 

Kaolin

 

Qumlu torpaq

 

Perlit

 

Fındıq qabığı

 

Düyü unu

 

Arı mumu

Ayırıcı vasitə

Karnauba mumu

Ayırıcı vasitə

Sulfat turşusu

Şəkər istehsalında ekstraksiya suyunun pH tənzimləyicisi

Natrium hidroksid

Şəkər istehsalında pH tənzimləyicisi raps (Brassica spp) toxumlarından yağ istehsalı

Natrium karbonat

Şəkər istehsalı

 

10. Ekoloji yolla istehsal olunmayan kənd təsərrüfatı mənşəli, istifadəsinə icazə verilən inqrediyentlər

 

Adı

Botaniki adı

1

2

Emal edilməmiş tərəvəz məhsulları

Yeyilən meyvələr, qərzəkli meyvələr və toxumlar:

 

Palıd qozası

Quercus ssp.

Kola ağacının qozası

Cola acuminata

Motmotu (qarağat fəsiləsindən) meyvəsi

Ribes uva-crispa

Həvəşçiçək (passiflora) meyvəsi

Passiflora edulis

Moruq (qurudulmuş)

Rubus ideas

Qırmızı qarağat (qurudulmuş)

Ribes rubum

Yeyilən ədviyyatlar və otlar:

İstiot (Peru mənşəli)

Schinus molle L.

Qıtıqotu toxumları

Aromacia rusticana

Dərman alpiniyası (ətirli kökləri)

Alpina offıcinarum

Günəbaxan çiçəkləri

Carthamus tinctorius

Kulinariyada yarpaqlan istifadə edilən ot

Nasturcium officinale

Digər:

Qeyri-ekoloji qida məhsullarının hazırlanmasında icazə verilən yosunlar, dəniz yosunları da daxil olmaqla [6]

 

 

1

2

İcazə verilən proseslərlə emal edilmiş tərəvəz məhsulları:

Saflaşdırılmış, yaxud saflaşdırılmamış heyvan və bitki yağlan, amma kimyəvi cəhətdən dəyişilməmiş, bu və ya digər bitkilərdən alınmış:

Kakao

Theobroma cacao

Kokos palmasının qozası

Cocos nucifera

Zeytun

Olea eoropea

Günəbaxan

Helianthus annuus

Palma

Elaeis guineesis

Raps

Brassica napus, rapa

Boyaq safloru

Carthamus tinctorius

Küncüt

Sesamum indicum

Soya

Glycine max

Aşağıdakı şəkərlər, nişasta, taxıl və lifli bitkilərdən alınan digər məhsullar:

Fruktoza

 

Düyü küləşindən hazırlanmış kağız

 

Preslənmiş çörək kağızı

 

Kimyəvi dəyişilməmiş düyü və mum, qarğıdalıdan alınmış nişasta

 

Digər:

Noxud proteini

Pisum spp.

Şəkər qamışının şirəsindən alınmış spirt

 

Bu standartda göstərilən meyvə aromatizatorlarından hazırlanmış brendi (spirtli içki)

 

Heyvan mənşəli məhsullar:

Qeyri-ekoloji qida məhsullarının hazırlanmasında icazə verilən su heyvanları, süni şəraitdə yetişdirilməyən

 

Pendir suyu (herasuola)

 

 

11. Ekoloji təmiz məhsul istehsalında tətbiq olunan bioloji mühafizə vasitələri

 

Akaroentomofaqlar

Trixoqramma

Enkarziya

Afıdius

Qallitsa afidimiza

Noeseyulyus

Fitoseyulus

Mikrobioloji preparatlar

Nematofagin

Trixodermin

Vertisillin

Boverin

Aktofıt

Pentafaq - J

Planriz

Qaupsin

Bitoksibatsillin

Lepidotsid

Bakteriodentisid

 

3. Hesabat və nəzarət

3.1. Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının istehsalına, habelə ekoloji təmiz kənd təsərrüfatında istifadəsinə icazə verilən təbii və qeyri-təbii vasitələrin siyahısının tətbiq olunmasına nəzarəti Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi həyata keçirirlər. [7]

3.2. Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının istehsalı barədə hesabatlar hər rübün sonunda Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə təqdim edilir.

 


 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2009-cu il 8 yanvar

tarixli 5 nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

 

Ekoloji təmiz kənd təsərrüfatı subyektlərinə verilən sənədin (sertifikatın) forması və verilməsi Qaydası

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda "Ekoloji təmiz kənd təsərrüfatı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli 818 nömrəli Fərmanının 1.6-cı bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və ekoloji təmiz kənd təsərrüfatı subyektlərinə verilən sənədin (sertifikatın) forması və verilməsi ilə bağlı məsələləri tənzimləyir.

1.2. Ekoloji təmiz kənd təsərrüfatı subyektlərinə müvafiq sənəd (sertifikat) onların təqdim etdiyi aşağıdakı məlumatlar əsasında verilir:

- subyektin adı və ünvanı;

- fəaliyyətin həyata keçirildiyi bina və ya sahənin yerləşdiyi ərazi;

- fəaliyyətin xarakteri və məhsulun növləri;

- ekoloji təmiz kənd təsərrüfatı sahəsində milli qanunvericiliyin tələblərinə riayət edilməsi barədə subyektin öhdəliyi;

- ekoloji təmiz kənd təsərrüfatı subyekti ilə işləyən ekoloji müşahidə və sertifikatlaşdırma üzrə akkreditasiya olunmuş orqanların adları;

- ekoloji təmiz kənd təsərrüfatı subyektlərində istehsal və emal edilən məhsulların ekoloji tələblərə uyğun olması barədə ekoloji müşahidə və sertifikatlaşdırma orqanlarının rəsmi təklifləri.

 

2. Sertifikatın verilməsi

 

2.1. Subyektlər ekoloji təmiz məhsul istehsalını qrup şəklində apara bilərlər. Belə halda subyekt istehsal qrupunun adından müvafiq orqana müraciət etməlidir.

2.2. Subyekt hər bir məhsul üçün ayrı-ayrılıqda və ya hər növ məhsul istehsalını ayrıca qeyd etməklə, sertifikat almaq üçün müvafiq orqana müraciət edə bilər.

2.3. Aşağıdakı hallarda "ekoloji təmiz kənd təsərrüfatı subyekti" sertifikatı verilmir:

- iri sənaye mərkəzləri daxilində yerləşən təsərrüfat subyektlərinə;

- zərərli tullantıları olan sənaye obyektləri və mərkəzi nəqliyyat yolları yaxınlığında yerləşmiş təsərrüfat subyektlərinə;

- bitkilərin və heyvanların təbii şəraitdə yetişdirilməsi üçün ekoloji təmiz torpağa, suya, sağlam mal-qaraya, əlverişli əkinçilik şəraitinə malik olmayan təsərrüfat subyektlərinə;

- ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalında genetik modifikasiya olunmuş orqanizmlər və onların törəmələrindən istifadə edildikdə.

2.4. Subyektə verilən sertifikatın forması bu Qaydaya əlavədə göstərildiyi kimi müəyyən edilir.

2.5. Ekoloji təmiz kənd təsərrüfatı subyekti sertifikatı 1 (bir) il müddətinə verilir.

2.6. Ekoloji standartlara, normativlərə və tələblərə əməl etmədiyi halda, ekoloji müşahidə orqanının məlumatları və sertifikatlaşdırma orqanının təklifi əsasında ekoloji təmiz kənd təsərrüfatı subyektinin sertifikatı ləğv edilir.

 


 

"Ekoloji təmiz kənd təsərrüfatı subyektlərinə

verilən sənədin (sertifikatın) forması və

verilməsi Qaydası"na əlavə

 

 

 

Sertifikatlaşdırma orqanın loqosu

 

Sertifikatlaşdırma orqanın adı və ünvanı

 

SERTİFİKAT EKOLOJİ TƏMİZ KƏND

TƏSƏRRÜFATI SUBYEKTİ

 

Verilir: _________________________________________________________________________________________________________

(ekoloji təmiz kənd təsərrüfatı subyektinin adı)

Ünvan: _________________________________________________________________________________________________________

 

 

Məhsulun adı və təsviri:

 

 

 

Fəaliyyətin xarakteri:

 

 

Müqavilə nömrəsi

 

 

 

 

 

Qüvvədədir

 

 

gün    ay         200...    -dən    gün ay         200.. -dək

Rəhbər   adı, soyadı

______________________________

 

Sertifikat -si

Orijinal sertifikatların

sayı:

 

 

Sertifikatlaşdırma

aparan orqanın adı:

Kod №-si

Ünvan:

______________________________

imza

Möhür

Verilmə tarixi:


 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2009-cu il 8 yanvar

tarixli 5 nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

 

Ekoloji təmiz kənd təsərrüfatında ekoloji müşahidə və sertifikatlaşdırma Qaydaları və akkreditasiya olunmuş orqanların funksiyaları [8]

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar «Ekoloji təmiz kənd təsərrüfatı haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli 818 nömrəli Fərmanının 1.7-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və ekoloji təmiz kənd təsərrüfatında ekoloji müşahidə və sertifikatlaşdırma qaydalarını və akkreditasiya olunmuş orqanların funksiyalarını tənzimləyir.

1.2. Ekoloji təmiz kənd təsərrüfatına keçid dövrü ekoloji müşahidə üzrə akkreditasiya olunmuş orqanı ilə istehsalçı arasında müvafiq müqavilə bağlandıqdan sonra başlanır.

1.3. Ekoloji təmiz kənd təsərrüfatına keçid dövrü ərzində həyata keçirilən istehsal prosesləri üzərində ekoloji müşahidə üzrə akkreditasiya olunmuş orqan tərəfindən müntəzəm araşdırmalar, müşahidələr və təhlillər aparılır və istehsal metodlarının müəyyən olunmuş ekoloji tələblərə uyğunluğu təmin edilir.

1.4. Ekoloji təmiz kənd təsərrüfatına keçid dövründə olan təsərrüfatda tətbiq edilən istehsal prosesləri ekoloji tələbləri ödədiyi halda sertifikatlaşdırma üzrə akkreditasiya olunmuş orqan həmin təsərrüfatda istehsal olunan məhsulların "keçid dövrünün məhsulu" adı ilə satışına icazə verə bilər. Bu halda satışa çıxarılan məhsullar "keçid dövrünün məhsulu" kimi markalanmalıdır.

1.5. Müşahidənin məqsədi istehsal və emal prosesinin idarə edilməsi sisteminin sistematik, müstəqil şəkildə, obyektiv qiymətləndirməkdir. Müşahidə zamanı bütün ekoloji istehsal prosesi qiymətləndirilir və aşağıdakı qaydada keçirilir: [9]

ilkin müşahidə - keçid dövrü başlandıqdan sonra bir ay müddətində ilk müşahidə və araşdırmalar aparılır;

müntəzəm illik müşahidə - bu növ müşahidə keçid dövründə və yaxud sertifikat verildikdən sonra ildə bir dəfə keçirilir;

xəbərdarlıq edilmədən müşahidə - müşahidənin tarixi subyektə əvvəlcədən bildirilmir. Müşahidənin tarixi təsərrüfatın xüsusiyyətlərindən və ekoloji texnologiyaya olan risklərdən asılıdır;

əlavə müşahidə - subyekt istehsal sahəsini 20 faiz və daha artıq artırdıqda, yeni istehsal, yaxud emal xətti istifadəyə verildikdə, subyekt xammal təchizatçısını dəyişdikdə, yaxud digər əhəmiyyətli dəyişikliklər etdikdə, ərizəçinin istehsal sahəsi ondan asılı olmayan səbəblərdən çirkləndikdə və başqa mühüm dəyişikliklər baş verdikdə, yaxud bəyan edildikdə aparılır.

1.6. Müşahidələrin nəticəsi barədə təhlillər hazırlanır. Onun əsasında qəbul olunmuş qərar barədə subyekt məlumatlandırılır.

1.7. Sertifikatlaşdırma üzrə akkreditasiya olunmuş orqan aşağıdakı qərarları qəbul edə bilər: [10]

sertifikatın verilməsi;

sertifikatın dayandırılması, yaxud ləğv edilməsi, sertifikatlaşdırmadan imtina edilməsi;

təsərrüfatda istehsal olunan məhsulları "keçid dövrünün məhsulu" adı ilə satışına icazə verilməsi.

 

2. Keçid dövrü

 

Ekoloji təmiz kənd təsərrüfatına keçid dövrü ənənəvi kənd təsərrüfatının müəyyən müddət ərzində ekoloji təmiz kənd təsərrüfatına keçirilməsini və balanslaşdırılmış davamlı aqroekosistemin yaradılmasını nəzərdə tutur.

 

3. Müşahidənin təxirə salınması və ya onun vaxtının dəyişdirilməsi

 

Ekoloji təmiz kənd təsərrüfatına keçid dövründə ekoloji müşahidə üzrə akkreditasiya olunmuş orqan ilə istehsalçı arasında bağlanmış müvafiq müqaviləyə əsasən müşahidələrin qrafiki tərtib olunmalıdır. Qrafikdə müşahidənin təxirə salınması və ya onun vaxtının dəyişdirilməsi tələb olunduqda, səbəbi göstərilməklə, bu barədə 30 gün əvvəlcədən sahibkar sertifikatlaşdırma orqanına müraciət etməlidir.

 

4. Sertifikatlaşdırma: sertifikatın verilməsi, qüvvədə olması və ləğv edilməsi

 

4.1. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının sertifikatlaşdırılması torpağın hazırlanmasından məhsulun istehlakçıya çatdırılmasına qədər olan bütün mərhələlərdə tələb olunan ekoloji proseslərin tətbiqinə dair ekoloji müşahidə üzrə akkreditasiya olunmuş orqanın verdiyi rəsmi məlumatlar əsasında aparılır.

4.2. Əgər uyğunsuzluqlar, yaxud standartın tələblərinin pozulması aşkar olunarsa, sertifikatlaşdırma üzrə orqan ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının sertifikatının ləğv edilməsi haqqında qərar qəbul edir.

 

5. Subyektin öhdəlikləri

 

Ekoloji təmiz kənd təsərrüfatı subyekti aşağıdakılar üçün cavabdehdir:

- “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsi ilə müəyyən edilmiş qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən edilmiş tələblərə uyğun istehsalın təşkili; [11]

- qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla müvafiq qaydada akkreditasiya olunmuş sertifikatlaşdırma orqanına ekoloji istehsalla birbaşa və ya dolayısı ilə əlaqəsi olan bütün sənədləri (maliyyə sənədləri daxil olmaqla) təqdim etmək, obyektlərə və istehsal sektorlarını sərbəst müşahidə etməyə icazə vermək;

- qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, ekoloji sertifikatlaşdırma sistemindəki bütün dəyişikliklər, yaxud ekoloji istehsalın idarə edilməsi, mülkiyyətçilik, istehsal növü və s. daxil olmaqla, sertifikatlaşdırma prosesinə təsir edə biləcək hər hansı fəaliyyət barədə sertifikatlaşdırma orqanmı xəbərdar etmək;

- qanunvericilikdə nəzərdə tutulmuş qaydada akkreditasiya olunmuş sertifikatlaşdırma orqanını sertifikatlaşdırma və nəzarət sistemləri ilə əlaqəli, tərəflər arasında bağlanmış müqaviləyə əhəmiyyətli təsir edə biləcək hər hansı informasiya ilə təmin etmək.

 


 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2009-cu il 8 yanvar

tarixli 5 nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

 

Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının sertifikatlaşdırılması Qaydaları və sertifikatın nümunəvi forması

 

1. Ümumi müddəa

 

Bu Qaydalar "Ekoloji təmiz kənd təsərrüfatı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli 818 nömrəli Fərmanının 1.8-ci bəndinə, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında", "Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikasının qanunlarına uyğun hazırlanmışdır və beynəlxalq standartların tələbləri nəzərə alınmaqla ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının sertifikatlaşdırılması qaydalarını və sertifikatın nümunəvi formasını müəyyən edir.

 

2. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının sertifikatlaşdırılması

 

2.1. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının sertifikatlaşdırılması torpağın hazırlanmasından məhsulun istehlakçıya çatdırılmasına qədər olan bütün mərhələlərdə tələb olunan ekoloji proseslərin tətbiqinə dair ekoloji müşahidə üzrə akkreditasiya olunmuş
orqanın verdiyi rəsmi məlumatlar əsasında aparılır.

Məlumatlar əsasında sertifikatlaşdırma üzrə akkreditasiya olunmuş orqan məhsulun AZS Milli sertifikatlaşdırma sisteminin tələblərinə uyğun sertifikatlaşdırılması haqqında qərar qəbul edir.

2.2. Ekoloji sertifikat üzərində sertifikatlaşdırılmış məhsulun adı və miqdarı göstərilir. Sertifikat məhsulun yararlıq müddəti nəzərə alınmaqla müəyyən edilir.

2.3. Sertifikat 2 orijinal nüsxədə çap olunur. Onlardan biri sertifikatlaşdırma orqanında saxlanılır, digəri isə ekoloji təmiz kənd təsərrüfatı subyektinə verilir.

2.4. Ekoloji müşahidələrin nəticəsi mənfi olduqda, sertifikatın qüvvədə olma müddəti dayandırılır və ya sertifikat ləğv edilir. Bu məhsullara ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının milli əmtəə nişanının vurulmasına yol verilmir.

2.5. Ekoloji təmiz kənd təsərrüfatı məhsullarına bu Qaydaların əlavəsində göstərilən formada sertifikat verilir (əlavə olunur).

 

 


 

"Ekoloji təmiz kənd təsərrüfatında və ərzaq məhsullarının

sertifikatlaşdırılması Qaydaları və sertifikatın nümunəvi forması"na əlavə

 

 

 

Sertifikatlaşdırma orqanın loqosu

 

 

Sertifikatlaşdırma orqanın adı və ünvanı

SERTİFİKAT

Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulları

 

Verilir:

Sahibkarın adı

 

Ünvan:

 

 

Sertifikatlaşdırılmış məhsulun adı və miqdarı:

 

 

 

Əlavə:

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Sertifikat təsdiq edir ki, məhsul "Ekoloji təmiz kənd təsərrüfatı haqqında"

Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun istehsal və emal olunmuşdur.

Qüvvədədir

gün     ay      200...-dən     gün    ay   200...-dək

 

 

 

 

Rəhbərin adı, soyadı

Möhür

Orijinal

Telefon:

Ünvan:

 

 

 

sertifikatların

 

 

 

Verilmə tarixi:

sayı: 2

 

 

______________________________

 

 

 

 

 

imza

 

 

 

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2009-cu il 8 yanvar

tarixli 5 nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

 

Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının dövriyyəsi

QAYDALARI [12]

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar "Ekoloji təmiz kənd təsərrüfatı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli 818 nömrəli Fərmanının 1.9-cu bəndinə, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında", "Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikasının qanunlarına uyğun hazırlanmışdır və ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının dövriyyəsi ilə bağlı münasibətləri tənzimləyir.

1.2. Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının dövriyyəsi qaydalarının tətbiqində məqsəd ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının istehsalçıdan istehlakçıya doğru hərəkəti yolunda mövcud olan proseslərin tənzimlənməsindən, bazarda ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarına olan tələbatın ödənilməsindən ibarətdir.

 

2. Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının dövriyyəsi

 

2.1. Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının satışı məhsulun istehsalçıdan istehlakçıya doğru hərəkəti üzrə müvafiq funksiyanı yerinə yetirən səmərəli marketinq strategiyasının formalaşdırılması vasitəsilə həyata keçirilir.

2.2. Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsulları bazarında səmərəli marketinq strategiyasının formalaşmasının əsasını istehsalın həcmi və əmtəəlik səviyyəsi, məhsulların tez xarab olması xüsusiyyəti, satış bazarlarının yerləşmə məsafəsi, daşınması, saxlanması, satışın təşkili xərclərinin səviyyəsi və digər məlumatlar təşkil edir.

2.3. Qida təhlükəsizliyi qeydiyyatına alınmış subyektlər tərəfindən istehsal olunmuş və ya məhsullarına qida təhlükəsizliyi (sağlamlıq) sertifikatı verilmiş ekoloji təmiz kənd təsərrüfatı və qida məhsulları ekoloji təmiz məhsul kimi satışa çıxarıla bilər. [13]

2.4. Azərbaycan Respublikasına idxal edilən ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının sertifikatlarının tanınması qanunvericiliyə uyğun həyata keçirilir. [14]

2.5. Azərbaycan Respublikasına idxal edilən ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının etiketi üzərində onların istehsalı prosesində genetik modifikasiya olunmuş orqanizmlərdən və onların törəmələrindən istifadə edilməməsi haqqında məlumat göstərilməlidir. [15]

 


 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2009-cu il 8 yanvar

tarixli 5 nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

 

Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının markalanması

QAYDASI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda "Ekoloji təmiz kənd təsərrüfatı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli 818 nömrəli Fərmanının 1.10-cu bəndinə, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında", "Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq hazırlanmışdır və ekoloji təmiz kənd təsərrüfatı və ərzaq
məhsullarının markalanması ilə bağlı münasibətləri tənzimləyir.

1.2. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının markalanması qaydalarının tətbiq edilməsində əsas məqsəd ekoloji təmiz məhsulların digər məhsullardan fərqlənməsini təmin etmək, alıcıların seçim imkanlarının təmin edilməsindən, malların ekoloji aspektləri haqqında ətraflı və dəqiq informasiya vermək imkanı yaratmaqdan ibarətdir.

 

2. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının markalanması

 

2.1. Ekoloji təmiz kənd təsərrüfatına keçid dövründə olan təsərrüfatda tətbiq edilən istehsal prosesləri ekoloji tələbləri ödədiyi halda sertifikatlaşdırma üzrə akkreditasiya olunmuş orqan həmin təsərrüfatda istehsal olunan məhsulların "keçid dövrünün məhsulu" adı ilə satışına icazə verə bilər. Bu halda satışa çıxarılan məhsullar "keçid dövrünün məhsulu" kimi markalanmalıdır.

2.2. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulları "EKO-keçid" və "EKO" sözləri göstərilməklə müvafiq sertifikatlaşdırma orqanı tərəfindən markalanır.

2.3. Ekoloji təmiz kənd təsərrüfatına keçid dövrünün müddəti beynəlxalq standartlara uyğun olaraq istehsal vahidləri üzrə aşağıdakı kimi müəyyən edilir:

2.3.1. birillik bitkilər üçün - səpindən əvvəl 2 il;

2.3.2. çoxillik bitkilər və çoxillik əkmələr üçün - məhsul yığımından sonra 3 il;

2.3.3. yem bitkiləri və otlaqlar üçün - 2 il;

2.3.4. ətlik məqsədi ilə yetişdirilən iribuynuzlu mal-qara üçün - 1 il;

2.3.5. südlük məqsədi ilə yetişdirilən iribuynuzlu mal-qara üçün - 12 həftə;

2.3.6. xırdabuynuzlu gövşəyən heyvanlar və donuzlar üçün - 6 ay;

2.3.7. yumurta və (və ya) ət istehsalı üçün yetişdirilən 3 günlük quşlar üçün - 10 həftə;

2.3.8. arı ailələri üçün - 1 il.

2.4. Ekoloji təmiz kənd təsərrüfatına keçid dövrü məhsullarının markalanmasında istifadə olunan rənglər və ölçülər ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının markalanmasında istifadə olunan təsvirdən fərqlənməməlidir.

2.5. Ekoloji təmiz kənd təsərrüfatına keçid dövrü başa çatdıqdan sonra istehsal olunan məhsullar ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulları kimi markalanır və etiketin üzərində "EKO" sözü göstərilir.

2.6. Yerli və müvafiq qaydada markalanmış idxal olunmuş (sərbəst dövriyyəyə buraxılmış) ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulları (xammal) bu məhsulların standartlarına uyğun emal edildikdə, alınan məhsul ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulu kimi markalanır.

2.7. Emal üçün istifadə olunan ekoloji təmiz kənd təsərrüfatı məhsulları ənənəvi üsulla istehsal olunan başqa kənd təsərrüfatı məhsulları ilə qarışdırılıb emal edildikdə, həmin emal məhsulları ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulu hesab edilmir və ümumi qaydada markalanır.

2.8. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının markalanması "Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun həyata keçirilir. Etiketin üzərində və ya qoşma sənədlərin (açıq, qabsız daşınan mallarda) mətnində aşağıdakı məlumatlar əks olunmalıdır:

- istehsal və emal müəssisəsinin adı, ünvanı və milli əmtəə nişanı;

- ekoloji təmiz kənd təsərrüfatının tətbiq olunmasını göstərməklə məhsulun adı;

- ekoloji müşahidə və sertifikatlaşdırma üzrə akkreditasiya olunmuş orqanların adı və kodu;

- məhsulun saxlanma şəraiti;

- məhsulun istehsal tarixi və yararlılıq müddəti;

- ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının digər məhsullarla birgə anbara yığılmasının qadağan olunmasına dair göstəriş.

2.9. Məhsula vurulan etiketdə ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarına qoyulan tələblərə cavab verməsini özündə əks etdirən məlumatlar göstərilməli və milli əmtəə nişanı olmalıdır.

2.10. "Azərbaycanda istehsal edilmişdir" bildirişi daxili dövriyyəyə və ixrac üçün təyin edilmiş ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının etiketində (Azərbaycan və ingilis dillərində) əks olunmalıdır.

2.11. Etiket dövlət dilində və yaxud dövlət dili ilə birgə hər hansı bir xarici dildə tərtib olunmalı və etiketlənmə məhsulun ekoloji təmizliyinə xələl gətirməməlidir.

2.12. Alıcıların seçim etmək hüququnu təmin etmək məqsədi ilə Azərbaycan Respublikasında satışa çıxarılan ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının etiketi üzərində həmin məhsulların istehsalında genetik modifikasiya olunmuş orqanizmlər və onların törəmələrindən istifadə olunmaması haqqında məlumatlar göstərilməlidir. [16]


 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2009-cu il 8 yanvar

tarixli 5 nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

 

Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının saxlanması və daşınması

 

QAYDALARI [17]

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar "Ekoloji təmiz kənd təsərrüfatı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli 818 nömrəli Fərmanının 1.11-ci bəndinə, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" və "Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikasının
Qanunlarına uyğun olaraq hazırlanmışdır və ekoloji təmiz kənd təsərrüfatı
qida məhsullarının saxlanması və daşınması ilə bağlı münasibətləri tənzimləyir.

1.2. Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının saxlanması və daşınması qaydalarının tətbiq edilməsində əsas məqsəd ekoloji təmiz məhsulların xüsusi saxlanma və daşınma üsullarının müəyyən edilməsindən ibarətdir.

 

2. Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının saxlanması və daşınması

 

2.1. Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının saxlanma yerlərində (anbarlarda, soyuducularda) onların qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun olmayan başqa məhsullarla qarışmasına və ya çirkləndirilməsinə imkan verilməməlidir. [18]

2.2. Fiziki cəhətdən təcrid olunmamış, etiketlənməmiş ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının başqa məhsullarla birgə saxlanması və daşınması qadağandır.

2.3. Ehtiyac yarandığı hallarda ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının saxlanmasında qanunvericilikdə nəzərdə tutulan qaydada istilik, nəmlik, təzyiq və icazə verilən qaz mühitindən istifadə oluna bilər.

2.4. Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının saxlanması müddətində məhsulun keyfiyyətinə mənfi təsir göstərəcək maddələrdən və qeyri-təbii metodlardan istifadə olunmasına yol verilmir.

2.5. Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının saxlanması və daşınması zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlar və ətraf mühitin mühafizəsi üzrə qanunvericilik nəzərə alınmalıdır. [19]

2.6. Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsulları xüsusi temperatur rejimini tənzimləyən və qeyd edən sistemə malik anbarlarda saxlanılmalıdır.

2.7. Ekoloji təmiz kənd təsərrüfatında ətraf mühitin çirklənməsinin qarşısını almaq məqsədi ilə yalnız bərpa edilə bilən, ikinci dəfə istifadə olunan və bioparçalanma qabiliyyətli qablaşdırma materialları, müasir texnologiya vasitələri ilə əldə edilmiş saxlama qabları və kameralarından istifadəyə icazə verilir. Materiallar, konteynerlər və anbarlar qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab verməlidir. [20]

2.8. Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının saxlanılmasında istifadə olunan saxlama məntəqələri, anbarlar mütəmadi olaraq dövlət sanitariya nəzarəti orqanları tərəfindən yoxlanılmalı və bu barədə müvafiq qeydiyyat aparılmalıdır.

2.9. Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının satışı bu məqsəd üçün ixtisaslaşdırılmış xüsusi mağazalarda həyata keçirilməlidir. Belə mağaza olmadığı hallarda isə həmin məhsulların satışı ticarət müəssisələrinin xüsusi şöbələrində aparılmalıdır.

2.10. Satıcılar ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının istehlak xüsusiyyətləri, tərkibi, kaloriliyi, məhsuldan istifadə qaydaları və üsulları, saxlama şərtləri və digər zəruri məlumatlan barədə istehlakçıları məlumatlandırmalıdırlar.

2.11. Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının xarab olmasının, əzilməsinin, qırılmasının, çirklənməsinin və s. qarşısını alacaq şəkildə bir-birindən ayrı, istehlak xüsusiyyətindən asılı olaraq döşəmə, divar və tavanla təmasda olmayacaq formada (rəf şəklində) yığılmasına ciddi riayət edilməlidir.

2.12. Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının dövriyyəsi prosesində anbarlarda saxlanılan bütün məhsullara dair məlumatların mütəmadi qeydiyyatı aparılır, məhsulların keyfiyyəti ekoloji müşahidə və sertifikatlaşdırma üzrə akkreditasiya olunmuş orqanlar tərəfindən müntəzəm yoxlanılır və aparılmış qeydlərin bir nüsxəsi həmin məhsulu saxlamağa məsul şəxslərə verilir, digərləri isə ekoloji müşahidə və sertifikatlaşdırma üzrə akkreditasiya olunmuş orqanlarda saxlanılır. [21]

2.13. Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının daşınmasında istifadə edilən nəqliyyat vasitələri və avadanlıqlar məhsulların dağılmasına, qarışmasına, keyfiyyətinin pisləşməsinə şərait yaratmamalı, ekoloji müşahidə aparılmasına imkan verməlidir. Nəqliyyat vasitələri təmiz, quru, anbar ziyanvericiləri ilə yoluxmamış və kənar qoxulardan təcrid olunmalıdır. Nəqliyyat vasitələri, daşınan məhsulun xarakterindən asılı olaraq müvafiq temperatur rejimini tənzimləyən avadanlıqlar və cihazlarla təchiz olunmalıdır. Nəqliyyat vasitəsinin bamı asan yuyula bilən gigiyenik materialdan hazırlanmış örtüyə malik olmalıdır.

2.14. Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının daşınmasında istifadə olunan nəqliyyat vasitələri xüsusi sanitariya pasportu ilə təmin edilməli və vaxtaşırı sanitariya müayinəsindən keçirilməlidir.

2.15. Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının daşınmasında istifadə olunan nəqliyyat vasitələrindən yalnız bu məqsədlər üçün istifadə olunmalıdır.

2.16. Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının saxlanması və daşınması beynəlxalq standartların, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun olaraq həyata keçirilməlidir. [22]

2.17. Diri heyvanların daşınması zamanı onların stresə, zədəyə və əzaba məruz qalmasına yol verilməməlidir.

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       14 fevral 2014-cü il tarixli 46 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 fevral 2014-cü il, № 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №02, maddə 201)

2.       18 mart 2014-cü il tarixli 80 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 28 mart 2014-cü il, № 60, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №03, maddə 311)

3.       13 may 2016-cı il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 may 2016-cı il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 955)

4.       30 avqust 2018-ci il tarixli 367 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 sentyabr 2018-ci il, № 195, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №8, maddə 1817)

5.       6 noyabr 2018-ci il tarixli 474 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 noyabr 2018-ci il, № 252, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2425)

6.       7 fevral 2020-ci il tarixli 37 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 fevral 2020-ci il, № 31, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 188)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 6 noyabr 2018-ci il tarixli 474 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 noyabr 2018-ci il, № 252, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2425) ilə 1-ci hissədən “Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının markalanması Qaydası”, ” sözləri çıxarılmışdır.

 

7 fevral 2020-ci il tarixli 37 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 fevral 2020-ci il, № 31, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 188) ilə 1-ci hissədən “Ekoloji təmiz kənd təsərrüfatı subyektlərinə verilən sənədin (sertifikatın) forması və verilməsi Qaydası”,”, “Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının sertifikatlaşdırılması Qaydaları və sertifikatın nümunəvi forması”,” “ sertifikatlaşdırma” sözləri çıxarılmışdır və həmin hissədə “ərzaq” sözü (birinci, üçüncü və dördüncü halda) “qida” sözü ilə əvəz edilmişdir.

 

[2] 14 fevral 2014-cü il tarixli 46 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 fevral 2014-cü il, № 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №02, maddə 201) ilə “Eyni vaxtda ekoloji təmiz və ənənəvi kənd təsərrüfatı üsulları ilə məhsul istehsalı Qaydaları”nın 2.1-ci bəndinin birinci abzasında “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.

 

13 may 2016-cı il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 may 2016-cı il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 955) ilə “Eyni vaxtda ekoloji təmiz və ənənəvi kənd təsərrüfatı üsulları ilə məhsul istehsalı Qaydaları”nın 2.1-ci bəndinin birinci abzasından “və Sənaye” sözləri çıxarılmışdır.

 

7 fevral 2020-ci il tarixli 37 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 fevral 2020-ci il, № 31, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 188) ilə “Eyni vaxtda ekoloji təmiz və ənənəvi kənd təsərrüfatı üsulları ilə məhsul istehsalı Qaydaları”nın 2.1-ci bəndindən “və sertifikatlaşdırma” və 3-cü hissəsindən “və sertifikatlaşma” sözləri çıxarılmışdır.

 

[3] 7 fevral 2020-ci il tarixli 37 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 fevral 2020-ci il, № 31, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 188) ilə “Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı Qaydaları, habelə ekoloji təmiz kənd təsərrüfatında istifadəsinə icazə verilən təbii və qeyri-təbii vasitələrin siyahısı”nın adında, 1-ci hissəsində, 2-ci hissəsinin adında, 2.1-ci, 3.1-ci və 3.2-ci bəndlərində “ərzaq” sözü “qida” sözü ilə əvəz edilmişdir.

 

[4] 7 fevral 2020-ci il tarixli 37 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 fevral 2020-ci il, № 31, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 188) ilə “Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı Qaydaları, habelə ekoloji təmiz kənd təsərrüfatında istifadəsinə icazə verilən təbii və qeyri-təbii vasitələrin siyahısı”nın 2.1-ci bəndin yeddinci abzasının dördüncü cümləsi çıxarılmışdır.

 

[5] 7 fevral 2020-ci il tarixli 37 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 fevral 2020-ci il, № 31, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 188) ilə “Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı Qaydaları, habelə ekoloji təmiz kənd təsərrüfatında istifadəsinə icazə verilən təbii və qeyri-təbii vasitələrin siyahısı”nın 2.2-ci bəndin “7. Bitki zərərvericiləri və xəstəliklərinə qarşı istifadə olunan maddələr”in üçüncü abzası çıxarılmışdır.

 

[6] 7 fevral 2020-ci il tarixli 37 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 fevral 2020-ci il, № 31, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 188) ilə “Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı Qaydaları, habelə ekoloji təmiz kənd təsərrüfatında istifadəsinə icazə verilən təbii və qeyri-təbii vasitələrin siyahısı”nın 2.2-ci bəndin “10. Ekoloji yolla istehsal olunmayan kənd təsərrüfatı mənşəli, istifadəsinə icazə verilən inqrediyentlər” cədvəlində “Qeyri-ekoloji ərzaq” (hər iki halda) sözləri “Qeyri-ekoloji qida” sözləri ilə əvəz edilmişdir.

 

[7] 30 avqust 2018-ci il tarixli 367 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 sentyabr 2018-ci il, № 195, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №8, maddə 1817) ilə “Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı Qaydaları, habelə ekoloji təmiz kənd təsərrüfatında istifadəsinə icazə verilən təbii və qeyri-təbii vasitələrin siyahısı”nın “3. Hesabat və nəzarət” hissəsinin 3.1-ci bəndində “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi” sözləri “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi” sözləri ilə əvəz edilmişdir.

 

[8] 7 fevral 2020-ci il tarixli 37 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 fevral 2020-ci il, № 31, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 188) ilə “Ekoloji təmiz kənd təsərrüfatında ekoloji müşahidə və sertifikatlaşdırma Qaydaları və akkreditasiya olunmuş orqanların funksiyaları”nın adından və 1.1-ci bəndindən “və sertifikatlaşdırma” sözləri çıxarılmışdır.

 

[9] 7 fevral 2020-ci il tarixli 37 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 fevral 2020-ci il, № 31, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 188) ilə “Ekoloji təmiz kənd təsərrüfatında ekoloji müşahidə və sertifikatlaşdırma Qaydaları və akkreditasiya olunmuş orqanların funksiyaları”nın 1.5-ci bəndin birinci cümləsində “qiymətləndirilməsi və onun müasir standartların tələblərinə uyğun gəlməsini müəyyənləşdirməkdir” sözləri “qiymətləndirməkdir” sözü ilə əvəz edilmişdir.

 

[10] 7 fevral 2020-ci il tarixli 37 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 fevral 2020-ci il, № 31, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 188) ilə “Ekoloji təmiz kənd təsərrüfatında ekoloji müşahidə və sertifikatlaşdırma Qaydaları və akkreditasiya olunmuş orqanların funksiyaları”nın 1.7-ci bənd, 4-cü hissə və 5-ci hissənin dördüncü abzası ləğv edilmişdir.

 

[11] 7 fevral 2020-ci il tarixli 37 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 fevral 2020-ci il, № 31, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 188) ilə “Ekoloji təmiz kənd təsərrüfatında ekoloji müşahidə və sertifikatlaşdırma Qaydaları və akkreditasiya olunmuş orqanların funksiyaları”nın 5-ci hissənin ikinci abzası yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

mövcud standartlar və qaydaların tələblərinə uyğun istehsalın təşkili;

 

[12] 7 fevral 2020-ci il tarixli 37 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 fevral 2020-ci il, № 31, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 188) ilə “Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının dövriyyəsi Qaydaları”nın adında, 1.1-ci, 1.2-ci (hər üç halda) bəndlərində, 2-ci hissəsinin adında, 2.1-ci, 2.2-ci və 2.5-ci bəndlərində “ərzaq” sözü “qida” sözü ilə əvəz edilmişdir.

 

[13] 7 fevral 2020-ci il tarixli 37 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 fevral 2020-ci il, № 31, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 188) ilə “Ekoloji təmiz kənd təsərrüfatında ekoloji müşahidə və sertifikatlaşdırma Qaydaları və akkreditasiya olunmuş orqanların funksiyaları”nın 2.3-cü bəndi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

2.3. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının ekoloji cəhətdən təmiz olduğunu təsdiq edən sertifikata malik olan hüquqi və ya fiziki şəxs, həmin məhsulları ekoloji təmiz məhsul kimi sata bilər.

 

[14] 7 fevral 2020-ci il tarixli 37 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 fevral 2020-ci il, № 31, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 188) ilə “Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının dövriyyəsi Qaydaları”nın 2.4-cü bəndi ləğv edilmişdir.

 

[15] 18 mart 2014-cü il tarixli 80 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 28 mart 2014-cü il, № 60, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №03, maddə 311) ilə Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının dövriyyəsi Qaydaları”nın 2.5-ci bəndində “istifadə haqqında məlumatlar” sözləri “istifadə edilməməsi haqqında məlumat” sözləri ilə əvəz edilmişdir.

 

[16] 18 mart 2014-cü il tarixli 80 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 28 mart 2014-cü il, № 60, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №03, maddə 311) ilə “Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının markalanması Qaydası”nın 2.12-ci bəndindən “Alıcıların seçim etmək hüququnu təmin etmək məqsədi ilə” sözləri çıxarılmışdır.

 

[17] 7 fevral 2020-ci il tarixli 37 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 fevral 2020-ci il, № 31, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 188) ilə “Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının saxlanması və daşınması Qaydaları”nın adında, 1.1-ci, 1.2-ci bəndlərində, 2-ci hissəsinin adında, 2.1-2.6-cı və 2.8-2.16-cı bəndlərində “ərzaq” sözü “qida” sözü ilə əvəz edilmişdir.

 

[18] 7 fevral 2020-ci il tarixli 37 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 fevral 2020-ci il, № 31, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 188) ilə “Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının saxlanması və daşınması Qaydaları”nın 2.1-ci bəndində “ekoloji təmiz məhsulların standartlarına” sözləri “qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə” sözləri ilə əvəz edilmişdir.

 

[19] 7 fevral 2020-ci il tarixli 37 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 fevral 2020-ci il, № 31, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 188) ilə “Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının saxlanması və daşınması Qaydaları”nın 2.5-ci bəndində “sanitariya norma və qaydaları, gigi-yenik normativlər” sözləri “qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlar” sözləri ilə əvəz edilmişdir.

 

[20] 7 fevral 2020-ci il tarixli 37 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 fevral 2020-ci il, № 31, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 188) ilə “Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının saxlanması və daşınması Qaydaları”nın 2.7-ci bəndin ikinci cümləsində “sanitariya norma və qaydaları, gigiyenik normativlərin və standartların” sözləri “qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların” sözləri ilə əvəz edilmişdir.

 

[21] 7 fevral 2020-ci il tarixli 37 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 fevral 2020-ci il, № 31, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 188) ilə “Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının saxlanması və daşınması Qaydaları”nın 2.12-ci bənddən “və sertifikatlaşdırma” (hər iki halda) sözləri çıxarılmışdır.

 

[22] 7 fevral 2020-ci il tarixli 37 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 fevral 2020-ci il, № 31, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 188) ilə “Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının saxlanması və daşınması Qaydaları”nın 2.16-cı bəndində “beynəlxalq və Azərbaycan Respublikası səviyyəsində qəbul edilmiş standartlar, sanitariya norma və qaydalarının və gigiyenik normativlərin” sözləri “beynəlxalq standartların, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların” sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status