AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
28.01.2009
QEYDİYYAT NÖMRƏSİ
14
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və dəyişikliklər edilməsi və bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-01-2009, Nəşr nömrəsi: 01, Maddə nömrəsi: 34)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
28.01.2009
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
100.000.000
120.000.000
150.000.000
180.000.000
350.000.000
360.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və dəyişikliklər edilməsi və bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi haqqında

Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və dəyişikliklər edilməsi və bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi haqqında

 

AZƏRBAYCAN  RESPUBLİKASININ NAZİRLƏR  KABİNETİNİN QƏRARI

 

"Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında "bir pəncərə" prinsipinin tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 11 noyabr tarixli 12 nömrəli Fərmanının 7-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsini gücləndirmək tədbirləri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 16 oktyabr tarixli 560 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin:

1.1. 10-cu bəndində "Azərbaycan Respublikası daxili işlər və səhiyyə" sözləri "Azərbaycan Respublikasının Səhiyyə və Ədliyyə" sözləri ilə əvəz edilsin;

1.2. 13-cü və 15-ci bəndlər çıxarılsın;

1.3. həmin qərarla təsdiq edilmiş 3 nömrəli əlavə - "Azərbaycan Respublikasının dövlət sərhədində profilaktik zolaq və baytar-sanitar rejiminə dair Qaydalar"a aşağıdakı əlavələr ya dəyişikliklər edilsin:

1.3.1. preambulası üzrə:

1.3.1.1. ikinci abzasda "sərhədini" sözündən sonra və üçüncü abzasda "ərazisindən" sözündən sonra "(dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla)" sözləri əlavə edilsin;

1.3.1.2. beşinci abzas çıxarılsın və altıncı abzas aşağıdakı redaksiyada verilsin:

" - Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqələrində aparılan digər baytarlıq nəzarəti tədbirləri.";

1.4. 1-ci bəndin birinci abzasında "sərhədindən" sözündən sonra və 2-ci bəndin birinci abzasında "ərazisindən" sözündən sonra "(dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla)" sözləri əlavə edilsin;

1.5. 1.4-cü bəndin birinci abzasında, ikinci abzasının ikinci cümləsində, üçüncü abzasında, 2.1-ci bəndin birinci cümləsində, 2.2-ci bəndin birinci cümləsində və 2.4-cü bənddə "dövlət sərhəd" sözləri "sərhəd zolaq" sözləri ilə əvəz edilsin;

1.6. 3-cü bəndin birinci abzasında "keçərkən" sözündən sonra "gömrük orqanları tərəfindən" sözləri əlavə edilsin;

1.7. 3.1-ci bənd üzrə:

1.7.1. birinci cümlədən "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, digər əlaqədar nazirliklər və təşkilatlarla birgə" sözləri və ikinci cümləsi çıxarılsın;

1.7.2. aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:

"Dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla heyvanların, heyvan mənşəli məhsulların, xammalın və yemlərin yüklənməsi-boşaldılması, emalı yerlərində dövlət baytarlıq nəzarəti təşkil edilir.";

1.8. 3.2-ci, 3.5-ci, 4-cü və 5.4-cü bəndlər çıxarılsın;

1.9. 3.3-cü bənd üzrə:

1.9.1. birinci abzasda "Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Azərbaycan Respublikası Xarici İqtisadi Əlaqələr Nazirliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, «Azərbaycan Hava Yolları» Konserni, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Xarici Turizm Şurası, Xəzər Dəniz Gəmiçiliyi, Azərbaycan Respublikası Dəmir Yolu İdarəsi, «Azəravtonəqliyyat» Dövlət Konserni, «Azərbalıq» Konserni, Azərbaycan Respublikası Rabitə Nazirliyi və digər nazirliklər və baş idarələr" sözləri "Aidiyyəti qurumlar" sözləri ilə əvəz edilsin;

1.9.2. "Qeyd" hissəsinin birinci abzasının ikinci cümləsi çıxarılsın;

1.9.3. ikinci abzasında "və Respublika Səhiyyə Nazirliyinə" sözləri ",Səhiyyə Nazirliyinə və Dövlət Gömrük Komitəsinə" sözləri ilə əvəz edilsin;

1.10. 3.4-cü bəndin ikinci abzasında "və əlaqədar nazirlik və təşkilatlara" sözləri "və əlaqədar nazirliklərə, təşkilatlara və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə" sözləri ilə əvəz edilsin;

1.11. 5-ci bəndin birinci abzası aşağıdakı redaksiyada verilsin:
"Azərbaycan  Respublikasının dövlət sərhədinin buraxılış məntəqələrində aparılan digər baytarlıq nəzarəti tədbirləri məqsədi ilə gömrük orqanları:";

1.12. 5.1-ci bənddən "Azərbaycan Respublikasının sərhədlərində baytar nəzarəti məntəqəsinin baytar həkimləri" sözləri çıxarılsın;

1.13. "Qaydalara dair İzahat" hissəsinin birinci abzasında "baytar-sanitar" sözləri "gömrük orqanları tərəfindən baytarlıq" sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 9 mart tarixli 140 nömrəli qərarı ilə təsdiq edilmiş 3 nömrəli əlavə - "Azərbaycan Respublikası ərazisinin sanitar mühafizəsi Qaydaları"na aşağıdakı əlavələr və dəyişikliklər edilsin:

2.1. 1.2-ci bəndə aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:
"Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrində sanitariya nəzarətini gömrük orqanları həyata keçirirlər və öz fəaliyyətini qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə əlaqələndirirlər.";

2.2. 1.6-cı bənddə "sahələrinə" sözündən sonra və 1.8-ci bənddə "təşkilatlarına" sözündən sonra "və gömrük orqanlarına" sözləri əlavə edilsin;

2.3. 2.2-ci bənddə "Ticarət Nazirliyi, "Azərbalıq" konserni və onların yerli təşkilatları" sözləri "Aidiyyəti qurumlar" sözləri ilə əvəz edilsin;

2.4. 2.4-cü bəndin birinci abzasında "tibbi sanitar baxışına" sözləri "sanitariya nəzarətinə" sözləri ilə, dördüncü abzasında "tibbi sanitar yoxlanışından" sözləri isə "sanitariya nəzarətindən" sözləri ilə əvəz edilsin;

2.5. 2.5-ci bəndin birinci cümləsində "tibbi sanitar yoxlanışı" sözləri "sanitariya nəzarəti" sözləri ilə əvəz edilsin, "xidməti idarələrin" sözləri və ikinci cümləsi çıxarılsın, üçüncü cümləsində isə "yük gömrük xidmətinə təqdim edilənədək onların saxlanmasını" sözləri "yükün saxlanılmasını gömrük orqanlarının məlumatına əsasən" sözləri ilə əvəz edilsin;

2.6. 2.6-cı bəndin birinci abzasında "tibbi sanitar yoxlanışı" sözləri "sanitariya nəzarəti" sözləri ilə, ikinci abzasında isə "Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin sanitar epidemioloji xidmətinin sanitar karantin şöbələri və məntəqələrinin" sözləri "gömrük orqanlarının" sözləri ilə əvəz edilsin;

2.7. 2.7-ci bənddə "Tibbi sanitar yoxlanışı" sözləri "sanitariya nəzarəti" sözləri ilə əvəz edilsin;

2.8. 2.8-ci bənddə "dövlət sərhədinin buraxılışı məntəqələri, gömrük idarəsi və başqa orqanlar" sözləri "dövlət sərhədinin buraxılışı məntəqələrində gömrük orqanları" sözləri ilə, "məntəqədə tibbi sanitar yoxlama aparmaq, həvalə edilmiş idarəyə" sözləri "məntəqə müvafiq sanitar epidemioloji təşkilata" sözləri ilə əvəz edilsin;

2.9. 2.9-cu bəndin birinci abzasında "2.6. bənddə göstərilən tibb idarəsi" sözləri "gömrük orqanları" sözləri ilə, ikinci abzasında isə "gömrük və başqa orqanlar" və "tibbi sanitar yoxlamaya" sözləri müvafiq olaraq "gömrük orqanları" və "sanitariya nəzarətinə" sözləri ilə əvəz edilsin;

2.10. 2.10-cu bənddə "2.6. bənddə göstərilən tibb idarələri" sözləri "gömrük orqanları" sözləri ilə, "tibbi sanitar yoxlanışı" sözləri "sanitariya nəzarətini" sözləri ilə əvəz edilsin;

2.11. 2.11-ci bənd çıxarılsın;

2.12. 2.13-cü bəndin ikinci abzasında "tibbi sanitar yoxlanışı aparan idarə" sözləri "sanitariya nəzarətini aparan gömrük orqanları" sözləri ilə əvəz edilsin və "və tabeliyində olduğu" sözləri çıxarılsın;

2.13. 2.14-cü bənddən "profilaktik dezinfeksiya idarəsi tərəfindən qəbul edilmiş pul-ödəniş tarifi ilə nəqliyyat vasitəsinin aid olduğu idarə hesabından ödənilməklə" sözləri çıxarılsın;

2.14. 2.17-ci bənddə "Təcridolunma zamanı xəstənin" sözləri "Xəstənin" sözü ilə əvəz edilsin;

2.15. 2.20-ci bənd aşağıdakı redaksiyada verilsin:

"2.20. Nəqliyyat təşkilatlarının, sərnişinlərin, heyət üzvlərinin və s. müraciəti və gömrük orqanlarının bildirişinə əsasən onlara nəqliyyat vasitələri və ya yüklər barədə epidemiya əleyhinə aparılan tədbirlər (səbəbini, gəlmə və getmə vaxtı göstərilməklə), görülən işlər haqqında pulsuz şəhadətnamə verilir, hava gəmilərində aparılan tədbirlər haqqında məlumat ümumi hava deklarasiyasının sanitar hissəsinə əlavə oluna bilər.";

2.16. 2.24-cü bənddə "sanitar yoxlanışından" sözləri "sanitariya nəzarətindən" sözləri ilə əvəz edilsin;

2.17. 2.25-ci bənddə "tələb olunan, xarici ölkələrə gedən" sözləri "tələb olunan ölkələrə gedən" sözləri ilə, "müvafiq sanitar karantin şöbələrinə" sözləri "dövlət sərhədinin buraxılış məntəqələrində gömrük orqanlarına" sözləri ilə əvəz edilsin;

2.18. 3-cü bölməyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
"Xüsusi tədbirlər respublika ərazisində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, dövlət sərhədinin buraxılış məntəqələrində isə gömrük orqanları tərəfindən aparılır.".


3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 10 yanvar tarixli 6 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən "İcazə Sistemi" haqqında Əsasnamə"yə aşağıdakı əlavələr və dəyişikliklər edilsin:

3.1. 3-cü bənd aşağıdakı redaksiyada verilsin:

"3. Beynəlxalq avtomobil daşımalarını həyata keçirən xarici dövlətlərin nəqliyyat vasitələrinə Azərbaycan Respublikasının ərazisinə giriş-çıxış, yüklənmə və tranzit keçid hüququnu müəyyənləşdirən xüsusi sənəd - "İcazə" blankı dövlət sərhədinin buraxılış məntəqələrində gömrük orqanları tərəfindən verilir və nəzarət olunur.

Azərbaycan Respublikasının ərazisində (dövlət sərhədinin buraxılış məntəqələri istisna olmaqla) xarici dövlətlərin nəqliyyat vasitələri ilə həyata keçirilən beynəlxalq avtomobil daşımalarının tənzimlənməsini və nəzarəti Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi həyata keçirir."

3.2. 4-cü bənddə, 5-ci bəndin birinci və ikinci abzaslarında, 6-cı bənddə, 8-ci bənddə, 10-cu bənddə, 11-ci bəndin, birinci, üçüncü, beşinci, altıncı, onuncu, on birinci, on dördüncü abzaslarında, 12-ci bəndinin birinci və ikinci abzaslarında, 14-cü və 15-ci bəndlərdə ismin müvafiq hallarında verilmiş "İcazə blankı" sözləri ismin müvafiq hallarında "İcazə" blankı" sözləri ilə əvəz edilsin;

3.3. 4-cü bənddə "xarici" sözündən sonra "yük" sözü çıxarılsın və "yüklənmə haqqında" sözlərindən sonra "sərhəddə gömrük orqanları və ya ölkə ərazisində Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi tərəfindən verilən" sözləri əlavə edilsin;

3.4. 5-ci bəndin ikinci abzasında "Nəqliyyat Nazirliyinin sərhəd-buraxılış məntəqələrindəki" sözləri "gömrük orqanlarının" sözləri ilə əvəz edilsin;

3.5. 6-cı bəndin birinci abzasında "tərəflərin səlahiyyətli orqanları tərəfindən" sözləri "Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və digər tərəfin səlahiyyətli orqanı tərəfindən" sözləri ilə əvəz edilsin, aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:

"Beynəlxalq avtomobil əlaqələri haqqında hökumətlərarası sazişlərə uyğun olaraq müəyyən edilmiş kvotalar üzrə mübadilə edilmiş "İcazə" blanklarının istifadəsinin və Beynəlxalq Nəqliyyat Forumunun çoxtərəfli illik və qısamüddətli icazələrinin uçotunun aparılması məqsədi ilə növbəti ayın 10-dək Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə məlumat verir.";

3.6. 9-cu bənddə "Böyükqabaritli, yüksəktonnajlı və ya təhlükəli yükü olan avtonəqliyyat vasitələrinə" sözləri "İriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinə" sözləri ilə əvəz edilsin;

3.7. 10-cu bəndə aşağıdakı məzmunda ikinci və üçüncü abzaslar əlavə edilsin:

"Beynəlxalq avtomobil daşımalarını yerinə yetirən xarici dövlətlərin nəqliyyat vasitələrinə sərhəddə "İcazə" blanklarının verilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi Dövlət Gömrük Komitəsini müvafiq blanklarla (tələb olan növdə və miqdarda) təmin etməlidir.

Beynəlxalq avtomobil daşımalarını yerinə yetirən xarici dövlətlərin nəqliyyat vasitələrinə dövlət sərhədinin buraxılış məntəqələrində gömrük orqanları tərəfindən verilmiş "İcazə" blanklarının uçotu və hesabatının təşkili məqsədi ilə növbəti ayın 10-dək Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə məlumat verməlidir.".

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 61 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 5, maddə 247; 2005-ci il, № 6, maddə 558) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət baytarlıq nəzarəti funksiyasını yerinə yetirən şəxslər üçün xüsusi geyim formasının və fərqləndirici nişanların Təsviri"ndə aşağıdakı dəyişikliklər edilsin:

4.1. 4.1-ci bəndin ikinci abzasından "«Sərhəd baytarlıq nəzarəti»," sözləri çıxarılsın;

4.2. 5.3-cü bəndin altıncı abzasından ", sərhəd baytar (keçid) məntəqələrinin rəisləri" sözləri, yeddinci abzasından ", sərhəd baytar nəzarəti (keçid) məntəqələrinin baytar həkimləri" sözləri və onuncu abzasından "və sərhəd baytar nəzarəti məntəqələrinin" sözləri çıxarılsın;

4.3. 5.3-cü bəndin doqquzuncu abzasında ", sərhəd baytar nəzarəti (zolaq)" sözləri", "sərhəd zolaq" sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 7 mart tarixli 65 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu 2006-cı il, № 3, maddə 293) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət baytarlıq nəzarəti vacib olan obyektlərin mülkiyyətçilərinin vəsaiti hesabına qanunla müəyyən edilmiş tədbirlərin maliyyələşdirilməsinin Qaydası və şərtləri"nin II hissəsinin dördüncü abzasında "(məcburi və dövlət sərhəd baytarlıq məntəqələrində dezinfeksiya, dezinseksiya və deratizasiya istisna olunmaqla)" sözləri "(məcburi dezinfeksiya, dezinseksiya və deratizasiya və dövlət sərhədinin buraxılış məntəqələrində nəqliyyat vasitələrinin dezinfeksiyası istisna olunmaqla)" sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 7 dekabr tarixli 260 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu 2006-cı il,     № 12, maddə 1151; 2008-ci il, № 1, maddə 39) aşağıdakı dəyişikliklər edilsin:

6.1. həmin qərarla təsdiq edilmiş "Karantin tətbiq edilən zərərli orqanizmlərlə sirayətlənmiş yük zərərsizləşdirildikdən sonra sahibi tərəfindən geri götürülmədikdə məhv edilmək ehtimalı olan vaxtı və yükün məhv edilməsi halları və Qaydası"nın 3-cü bəndindən və 5-ci bəndindən (hər iki halda) "və ya sərhəd" sözləri çıxarılsın;

6.2. həmin qərarla təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisinə idxal olunan karantin nəzarətində olan materiallarda karantin tətbiq edilən zərərli orqanizmlər aşkar olunduqda onların fitosanitar nəzarəti məntəqələrində və ya yükün təyinat yerlərində zərərsizləşdirilməsi qaydası da daxil olmaqla, karantin nəzarətində olan materialların zərərsizləşdirilməsi Qaydaları"nın 10-cu bəndindən "və ya sərhəd" sözləri çıxarılsın;

7. "Fitosanitar nəzarəti sahəsində bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 29 dekabr tarixli 280 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1165; 2008-ci il, № 9, maddə 853) aşağıdakı dəyişikliklər edilsin:

7.1. 1-ci bəndində "Bitki və bitkiçilik məhsullarının idxalına və ixracına, Azərbaycan Respublikasının ərazisindən tranzit daşınmasına və dövriyyəsinə idxal karantin icazəsinin və fitosanitar sertifikatlarının verilməsi Qaydaları" sözləri "Bitki və bitkiçilik məhsullarının idxalına və ixracına, Azərbaycan Respublikasının ərazisində daşınmasına, təkrar ixracına və dövriyyəsinə idxal karantin icazəsinin, təkrar ixracat fitosanitar sertifikatının və fitosanitar sertifikatlarının verilməsi Qaydaları" sözləri ilə, "gətirilən və Azərbaycan Respublikasından aparılan karantin nəzarətində
olan materiallara, o cümlədən baqajlarda, poçt bağlamalarında və sərnişinlərin əl yüklərində gətirilən bitki və bitkiçilik məhsullarına" sözləri isə "gətirilmiş və respublikadan aparılması nəzərdə tutulan karantin nəzarətində olan materiallara" sözləri ilə əvəz edilsin;

7.2. həmin qərarla təsdiq edilmiş "Bitki və bitkiçilik məhsullarının idxalına və ixracına, Azərbaycan Respublikasının ərazisindən tranzit daşınmasına və dövriyyəsinə idxal karantin icazəsinin və fitosanitar sertifikatlarının verilməsi Qaydaları"na aşağıdakı əlavələr və dəyişikliklər edilsin:

7.2.1. adında, 1.1-ci və 1.2-ci bəndlərdə "idxalına və ixracına," sözlərindən sonra "təkrar ixracına," sözləri əlavə edilsin, "ərazisindən tranzit" sözləri "ərazisində" sözü ilə əvəz edilsin və "idxal karantin icazəsinin" sözlərindən sonra ", təkrar ixracat fitosanitar sertifikatı" sözləri əlavə edilsin;

7.2.2.      2.3-cü bəndin ikinci abzasında "sərhəd fitosanitar nəzarəti məntəqəsinə" sözləri "dövlət sərhədinin buraxılış məntəqələrinə" sözləri ilə əvəz edilsin;

7.2.3.      3.6-cı bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
"Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrində fitosanitar nəzarətini gömrük orqanları həyata keçirirlər.";

7.2.4.      3.7-ci bənd çıxarılsın;

7.2.5. 3.8-ci bəndin birinci abzasının birinci cümləsində "sərhəddə fitosanitar nəzarəti məntəqəsində" və "göndərilərkən, bitki və" sözləri müvafiq olaraq "dövlət sərhədinin buraxılış məntəqələrində" və "göndərilir. Bitki və" sözləri ilə, ikinci cümləsində "3" rəqəmi "2" rəqəmi ilə və "iki" sözü "bir" sözü ilə, üçüncü cümləsində isə "sertifikatının bir nüsxəsini Dövlət Xidmətinin fitosanitar nəzarəti məntəqəsinə verməlidir" sözləri "sertifikatı gömrük orqanlarına göstərməlidir" sözləri ilə əvəz edilsin;

7.2.6. IV bölmənin adı aşağıdakı redaksiyada verilsin:

"IV. Bitki və bitkiçilik məhsullarının təkrar ixracına (tranzitinə), ölkə ərazisində daşınmasına və dövriyyəsinə təkrar ixracat fitosanitar sertifikatı və fitosanitar sertifikatlarının verilməsi";

7.2.7.      4.2-ci bəndin birinci abzası aşağıdakı redaksiyada verilsin:
"4.2. Dövlət Xidmətinin yerli qurumları tərəfindən ölkə daxilində daşımalar zamanı bitki və bitkiçilik məhsullarının becərilmə dövründə aparılan müşahidələrin və müvafiq laboratoriya ekspertizasının nəticələri əsasında ətraflı fitosanitar karantin baxışı keçirilir və bu Qaydaların 2 nömrəli əlavəsindəki nümunəvi formaya uyğun daxili karantin sertifikatı verilir. Daxili karantin sertifikatı 2 nüsxədə hazırlanır, onun bir nüsxəsi ərizəçiyə (yük sahibinə) verilir, digər nüsxəsi isə Dövlət Xidmətinin yerli qurumunda saxlanılır.";

7.2.8.      4.3-cü bəndin birinci abzasında "Tranzit olunan" sözləri "Gətirilən" sözləri ilə, "lazım gəldikdə" sözləri "təkrar ixrac (tranzit) olunduqda" sözləri ilə əvəz edilsin, "uyğun" sözündən sonra ", fitosanitar sertifikatı və ya" sözləri əlavə edilsin;

7.2.9.      həmin Qaydalara 2 nömrəli əlavə - "Daxili karantin sertifikatı (nümunəvi forma)"nın "Qeydlər" hissəsi aşağıdakı redaksiyada verilsin:

"Qeyd. Daxili karantin sertifikatı yalnız Azərbaycan Respublikasının ərazisində qüvvədədir və daxili yük daşımalarına tətbiq edilir.";

7.3. həmin qərarla təsdiq edilmiş "Azərbaycan Respublikasına gətirilən və Azərbaycan Respublikasından aparılan karantin nəzarətində olan materiallara, o cümlədən baqajlarda, poçt bağlamalarında və sərnişinlərin əl yüklərində gətirilən bitki və bitkiçilik məhsullarına fitosanitar karantin baxışının keçirilməsi və laboratoriya ekspertizasının aparılması Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:

7.3.1.      adında və 1-ci bəndində "gətirilən və Azərbaycan Respublikasından aparılan karantin nəzarətində olan materiallara, o cümlədən baqajlarda, poçt bağlamalarında və sərnişinlərin əl yüklərində gətirilən bitki və bitkiçilik məhsullarına" sözləri "gətirilmiş və respublikadan aparılması nəzərdə tutulan karantin nəzarətində olan materiallara" sözləri ilə əvəz edilsin;

7.3.2. 2-ci bənddə "gətirilən və respublikadan aparılan karantin nəzarətində olan materiallara, o cümlədən baqajlarda, poçt bağlamalarında və sərnişinlərin əl yüklərində gətirilən bitki və bitkiçilik məhsullarına" sözləri "gətirilmiş və respublikadan aparılması nəzərdə tutulan karantin nəzarətində olan materiallara" sözləri ilə əvəz edilsin;

7.3.3. 3.2-ci bənddə "gətirilən və ya ölkədən aparılan" sözləri "gətirilmiş və ya ölkədən aparılması nəzərdə tutulan" sözləri ilə əvəz edilsin;

7.3.4. 3.4-cü bənddə "ölkədən aparılan" sözləri "ölkədən aparılması nəzərdə tutulan" sözləri ilə əvəz edilsin;

7.3.5. 4-cü bənddə "gətirilən və ölkədən aparılan" sözləri "gətirilmiş və ölkədən aparılması nəzərdə tutulan" sözləri ilə əvəz edilsin;

7.3.6.      7-ci bənddə "Azərbaycan Respublikasına gətirilən karantin nəzarətində olan materiallar müvafiq sənədlərlə müşayiət olunmadığı və zərərli" sözləri "Zərərli" sözü ilə əvəz edilsin;

7.3.7.      9-cu bənddə "gətirilən" sözü "gətirilmiş" sözü ilə əvəz edilsin;

7.3.8.      12-ci bənddə "aparılan" sözü "aparılması nəzərdə tutulan" sözləri ilə əvəz edilsin;

7.3.9.      13-cü bənd aşağıdakı redaksiyada verilsin:

"13. Dövlət Xidmətinin yerli qurumları tərəfindən ölkə daxilində daşımalar zamanı bitki və bitkiçilik məhsullarının becərilmə dövründə aparılan müşahidələrin və müvafiq laboratoriya ekspertizasının nəticələri əsasında ətraflı fitosanitar karantin baxışı keçirilir və daxili karantin sertifikatı verilir.";

7.3.10.    14-cü bəndin birinci cümləsində "sərhəd fitosanitar nəzarəti məntəqələrində" və "göndərilərkən, bitki və" sözləri müvafiq olaraq "dövlət sərhədinin buraxılış məntəqələrində" və "göndərilir. Bitki və" sözləri ilə, ikinci cümləsində "3" rəqəmi "2" rəqəmi ilə və "iki" sözü "bir" sözü ilə, üçüncü cümləsində isə "sertifikatının bir nüsxəsini Dövlət Xidmətinin fitosanitar nəzarəti məntəqəsinə verməlidir" sözləri "sertifikatı gömrük orqanlarına göstərməlidir" sözləri ilə əvəz edilsin;

7.3.11. 15-ci və 17-ci bəndlər çıxarılsın;

7.4. həmin qərarla təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisindən tranzit daşınan karantin nəzarətində olan materiallar üzərində fitosanitar nəzarətinin həyata keçirilməsi Qaydası"nda aşağıdakı dəyişikliklər edilsin:

7.4.1. 1-ci bənddə "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin yerli qurumları (bundan sonra - Dövlət Xidməti)" sözləri "gömrük orqanları" sözləri ilə əvəz edilsin;

7.4.2.      2-ci bənd aşağıdakı redaksiyada verilsin:

"2. Ölkə ərazisindən tranzit daşınan bitki və bitkiçilik məhsullarının müvafiq sənədlərlə müşayiət olunmadığı və zərərli orqanizmlərlə sirayətlənməsi riski mövcud olduğu halda, onların ölkə ərazisinə daxil olmasının və yayılmasının qarşısının alınması məqsədi ilə gömrük orqanları dövlət fitosanitar nəzarəti xidmətinə məlumat verməlidir. Dövlət fitosanitar nəzarəti xidməti öz növbəsində aşağıdakı fitosanitar tədbirləri həyata keçirir:

2.1. analiz (test), müayinə, məhsulun saxlanması və məhv edilməsi məqsədi ilə bitki və bitkiçilik məhsullarını, digər karantin nəzarətində olan materialları ölkə daxilində yerləşən fitosanitar nəzarəti məntəqələrində saxlamaq, geri qaytarmaq və onların idxalına məhdudiyyətlər qoymaq;

2.2. bitki və bitkiçilik məhsullarının respublikaya gətirilməsini qadağan etmək və ya məhdudlaşdırmaq.";

7.4.3.      5-ci bənddə "dövlət fitosanitar müfəttişləri" sözləri "gömrük orqanları" sözləri ilə "Dövlət Xidmətinin müvafiq ştampı" sözləri isə "müvafiq ştamp" sözləri ilə əvəz edilsin;

7.4.4.      8-ci bənddə "Dövlət Xidməti" sözləri "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin yerli qurumları" sözləri ilə əvəz edilsin.

8. "Azərbaycan Respublikasında baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 11 nömrəli qərarına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 1, maddə 55) aşağıdakı əlavə və dəyişikliklər edilsin:

8.1. həmin qərarla təsdiq edilmiş "Heyvanların planlı profilaktik və ya məcburi peyvənd edilməsi, heyvan xəstəliklərinin baş verməsinin və yayılmasının qarşısının alınması, xəstəlikləri ləğv etmək üçün epizootiya mənbələrində və qeyri-sağlam məntəqələrdə, heyvandarlıq binalarında onların ərazilərində, nəqliyyatda və digər yerlərdə dezinfeksiya, dezinseksiya      deratizasiya   işlərinin   aparılması   Qaydası"nın 3.1-ci bəndində (ikinci halda) "nəqliyyat vasitəsi" sözlərindən sonra "gömrük orqanı tərəfindən" sözləri əlavə edilsin.

8.2. həmin qərarla təsdiq edilmiş "Başqa ölkələrdən gətirilən heyvanların sağlamlığını müəyyənləşdirmək üçün onların təcrid olunmuş halda saxlanılması Qaydası və Müddəti"nin 2.2-ci bəndində "dövlət sərhəd-baytarlıq nəzarəti məntəqəsində baxışdan" sözləri "dövlət sərhədinin buraxılış məntəqələrində gömrük orqanları tərəfindən baytar nəzarətindən" sözləri ilə əvəz edilsin;

9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 25 yanvar tarixli 14 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 1, maddə 58) ilə təsdiq edilmiş "Fitosanitar nəzarəti məntəqələrinin yerləşdirilməsi və fəaliyyəti Qaydası"na aşağıdakı əlavələr və dəyişikliklər edilsin:

9.1. 2-ci bənd aşağıdakı redaksiyada verilsin:

"2. Başqa dövlətlərdən zərərli orqanizmlərin daxil olmasının və yayılmasının qarşısını almaq məqsədi ilə Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin (bundan sonra - Dövlət Xidməti) fitosanitar nəzarəti məntəqələri təşkil edilir.

Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrində fitosanitar nəzarətini gömrük orqanları həyata keçirirlər.";

9.2. 4.2-ci bəndin əvvəlinə "öz səlahiyyətləri daxilində" sözləri əlavə edilsin və "tranzit" sözü çıxarılsın;

9.3. 5.1-ci bənddə "sahəsində" sözündən sonra "(dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla)" sözləri əlavə edilsin;

9.4. 5.2-ci bənddə "sərhədboyu" sözü "(dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla)" sözləri ilə əvəz edilsin;

9.5. 5.3-cü bənd aşağıdakı redaksiyada verilsin:

"5.3. Azərbaycan Respublikasına gətirilmiş və respublikadan aparılması nəzərdə tutulan karantin nəzarətində olan materiallara qanunvericiliklə müəyyən edilmiş qaydada fitosanitar karantin baxışı keçirmək və laboratoriya ekspertizasını aparmaq;";

9.6. 5.5-ci bənddə "idxal və ixracına," sözlərindən sonra "təkrar ixracına," sözləri əlavə edilsin, "tranzit" sözü çıxarılsın və "dövriyyəsinə" sözündən sonra "idxal karantin icazəsi, təkrar ixracat fıtosanitar sertifikatı və ya" sözləri əlavə edilsin;

9.7. 15-ci bənddən "dövlət sərhədindən dövlətlərarası əlaqələrin həyata keçirildiyi müvafiq yerlərə uyğun" sözləri çıxarılsın.

10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 22 may tarixli 80 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 550; 2008-ci il, № 7, maddə 673) ilə təsdiq edilmiş "Dövlət nümunəvi  baytarlıq uçot və hesabat sənədləri blanklarının Forması"nda aşagıdakı dəyişikliklər edilsin:

10.1. 2-ci bənddə "Sərhəd baytarlıq nəzarəti məntəqələrində idxal, ixrac və tranzit heyvanların qəbulu və baxışının uçotu jurnalı Forma № 28-vet'-də və "Sərhəd baytarlıq nəzarəti məntəqələrində idxal və ixrac edilən heyvan mənşəli məhsulların və xammalın, yem və yem əlavələrinin baxışının uçotu jurnalı Forma № 29-vet"-də "Sərhəd baytarlıq nəzarəti məntəqələrində" sözləri "Dövlət sərhədinin buraxılış məntəqələrində" sözləri ilə əvəz edilsin;

10.2. 3-cü bənddə "Forma № vet-6"-da "nəqliyyat və sərhəd baytarlıq nəzarəti məntəqələri" sözləri "nəqliyyat baytarlıq nəzarəti və dövlət sərhədinin buraxılış məntəqələri" sözləri ilə əvəz edilsin.

11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 25 sentyabr tarixli 142 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 9, maddə 918) ilə təsdiq edilmiş "Yeyinti məhsullarına baytarlıq şəhadətnaməsinin verilməsi Qaydası"nın 2.11-ci bəndi çıxarılsın.

12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 5 oktyabr tarixli 156 nömrəli qərarına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 1016) aşağıdakı əlavə və dəyişikliklər edilsin;

12.1. həmin qərarla təsdiq edilmiş "Heyvan, heyvan mənşəli məhsullar və xammal istehsalı, tədarükü, saxlanması, emalı və satışına, habelə yem və yem əlavələrinin dövriyyəsinə dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi Qaydaları"nın 1-ci bəndində "dövriyyəsinə" sözündən sonra "(dövlət sərhədinin buraxılış  məntəqələrində istisna olmaqla)" sözləri əlavə edilsin.

12.2. həmin qərarla təsdiq edilmiş "Dövlət baytarlıq nəzarətində olan yüklərin baytarlıq normalarının tələblərinə uyğunluğunun yoxlanılması və onlara baxış keçirilməsi Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:

12.2.1. 2.3-cü bənddə "nəqliyyata isə baytarlıq (baytarlıq-sanitariya) nəzarəti və sərhəd baytarlıq nəzarəti məntəqələrində" sözləri "nəqliyyata isə nəqliyyat baytarlıq nəzarəti məntəqələrində" sözləri ilə əvəz edilsin;

12.2.2. 4.3-cü bənd aşağıdakı redaksiyada verilsin:

"4.3. Azərbaycan Respublikasına idxal edilən dövlət baytarlıq nəzarətində olan yüklərin gömrük rəsmiləşdirilməsi zamanı onlara ayrı-ayrılıqda verilən beynəlxalq baytarlıq sertifikatları dövlət sərhəd buraxılış məntəqələrində gömrük orqanları tərəfindən baxışından keçirilməli, onların Beynəlxalq Epizootik Büronun müvafiq normalarının tələblərinə uyğunluğu yoxlanılmalıdır.".

13. "Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsini gücləndirmək məqsədi ilə əlavə qayda və əsasnamələrin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 9 mart tarixli 140 nömrəli qərarının 4-cü bəndi və həmin qərarla təsdiq edilmiş 4 nömrəli əlavə - "Azərbaycan Respublikası sərhədində baytar nəzarəti məntəqəsi haqqında Əsasnamə" qüvvədən düşmüş hesab edilsin.

14. "Dövlət sərhədlərində baytarlıq nəzarəti məntəqələrinin yerləşdirilməsinin və fəaliyyətinin sərhəd rejiminin xüsusiyyətləri nəzərə alınmaqla müəyyən edilməsi Qaydaları"nın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər  Kabinetinin 2007-ci il 2 aprel tarixli 59 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il №4 maddə 386) qüvvədən düşmüş hesab edilsin.

15. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

 

Bakı şəhəri, 28 yanvar 2009-cu il

                   № 14

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status