AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
16.04.2009
QEYDİYYAT NÖMRƏSİ
64
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişikliklər və əlavə edilən və qüvvədən düşən bəzi qərarlarının Siyahısının təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-04-2009, Nəşr nömrəsi: 04, Maddə nömrəsi: 282)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
16.04.2009
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.000.000
420.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişikliklər və əlavə edilən və qüvvədən düşən bəzi qərarlarının Siyahısının təsdiq edilməsi barədə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişikliklər və əlavə edilən və qüvvədən düşən bəzi qərarlarının Siyahısının təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral  tarixli  48 nömrəli Fərmanının 11.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişikliklər və əlavə edilən bəzi qərarlarının Siyahısı” təsdiq edilsin (əlavə olunur).

2. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşən bəzi qərarlarının Siyahısı” təsdiq edilsin (əlavə olunur).

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

 Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Y.Eyyubov

 

Bakı şəhəri, 16  aprel  2009-cu il

№ 64

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2009-cu il 16 aprel tarixli 64 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişikliklər və əlavə edilən bəzi qərarlarının

 

SİYAHISI

 

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 aprel tarixli 77 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 4, maddə 285; 2002-ci il, № 8, maddə 545, № 10, maddə 649 ) ilə təsdiq edilmiş “Dövlət büdcəsinin “İqtisadi islahatların həyata keçirilməsi ilə bağlı xərclər” maddəsində nəzərdə tutulan vəsaitdən istifadə olunması haqqında Əsasnamə”nin 4.6-cı bəndində “Maliyyə Nazirliyinin Baş Dövlət Xəzinədarlığı” sözləri “Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi” sözləri ilə əvəz edilsin.

 2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 18 aprel tarixli 69 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 4, II kitab, maddə 211; 2003-cü il, № 6, maddə 342; 2004-cü il, № 4, maddə 286; 2005-ci il, № 11, maddə 1076; 2006-cı il, № 5, maddə 463) ilə təsdiq edilmiş “Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotu, qiymətləndirilməsi, saxlanılması, istifadəsi və satışı barədə Əsasnamə”nin 3.1.2-ci yarımbəndində “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Baş Dövlət Xəzinədarlığının” sözləri “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı  Agentliyinin” sözləri ilə əvəz edilsin.

3. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 aprel tarixli 77 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin “İqtisadi islahatların həyata keçirilməsi ilə bağlı xərclər” maddəsində nəzərdə tutulan vəsaitdən istifadə olunması haqqında Əsasnamə”yə əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 28 oktyabr tarixli 166 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 10, maddə 649)   6-cı bəndinin ikinci abzasında “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Baş Dövlət Xəzinədarlığı” sözləri “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı  Agentliyi” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 10 may tarixli 121 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 465) ilə təsdiq edilmiş “Qiymətli metalların, onlardan hazırlanan məhsulların, habelə qiymətli metal qırıntılarının və tullantılarının analizinin və ekspertizasının keçirilməsi halları və Qaydaları”nın 3-cü bəndində  “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Əyar Palatası (bundan sonra - Əyar Palatası)” sözləri  “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti (bundan sonra - Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti)” sözləri ilə, 4-cü bəndində, 5-ci bəndinin ikinci abzasında, 8-ci bəndinin birinci və ikinci abzaslarında ismin müvafiq hallarında “Əyar Palatası” sözləri ismin müvafiq hallarında “Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti” sözləri ilə əvəz edilsin.

5. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 10 may tarixli 122 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 466) ilə təsdiq edilmiş “Dövlət əyar damğalarının və ad damğalarının izlərinin ekspertizasının keçirilməsi halları və Qaydaları”nın 3-cü bəndində “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Əyar Palatası (bundan sonra - Əyar Palatası)” sözləri  “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti (bundan sonra - Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti)” sözləri ilə, 5-ci bəndinin ikinci abzasında, 8-ci bəndinin birinci və ikinci abzaslarında ismin müvafiq hallarında “Əyar Palatası” sözləri ismin müvafiq hallarında “Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti” sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 sentyabr tarixli 218 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 831) ilə təsdiq edilmiş “Qiymətli daşların ekspertizasının və diaqnostikasının keçirilməsi halları və Qaydaları”nın 4-cü bəndində “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Əyar Palatası (bundan sonra - Əyar Palatası)”  sözləri “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti (bundan sonra - Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti)” sözləri ilə, 5-ci və 7-ci bəndlərində, 9-cu bəndin birinci və ikinci abzaslarında ismin müvafiq hallarında “Əyar Palatası”  sözləri ismin müvafiq hallarında  “Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti” sözləri ilə əvəz edilsin.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 sentyabr tarixli 219 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 832)  ilə təsdiq edilmiş “Qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış, muzeylərdə və qanunvericiliklə müəyyən edilmiş digər yerlərdə saxlanılan əşyaların ekspertizasının keçirilməsi halları və Qaydaları”nın 2-ci bəndində  “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Əyar Palatası (bundan sonra - Əyar Palatası)” sözləri  “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti (bundan sonra - Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti)” sözləri ilə, 3-cü bəndində, 6-cı bəndində,  8-ci bəndinin birinci abzasının ikinci və üçüncü cümlələrində ismin müvafiq hallarında “Əyar Palatası” sözləri ismin müvafiq hallarında “Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti” sözləri ilə əvəz edilsin.

8.  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 fevral tarixli 39 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 198) ilə təsdiq edilmiş “Dövlət büdcəsi gəlirlərinin xarici valyutada daxil olan hissəsinin xarici valyuta ilə ödəniləcək dövlət büdcəsindən maliyyələşdirilən xərclərinin konvertasiya edilmədən xarici valyutada icrası Qaydaları”nın 1.1-ci və 3.6-cı bəndlərində ismin müvafiq hallarında “Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Baş Dövlət Xəzinədarlığı” sözləri ismin müvafiq hallarında “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi” sözləri ilə əvəz edilsin.

9.  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 2 avqust tarixli 122 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 848) ilə təsdiq edilmiş “Qiymətli metallardan zərgərlik və digər məişət məmulatlarının hazırlanması ilə məşğul olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən məhsullarına öz ad damğalarının vurulması Qaydaları”nın 2-ci və 8-ci bəndlərində ismin müvafiq hallarında “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Əyar Palatası” sözləri ismin müvafiq hallarında “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti” sözləri ilə əvəz edilsin.

10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il  28 avqust tarixli 136 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 861, № 9, maddə 923, № 10, maddə 1021, № 12, maddə 1331; 2009-cu il, № 1, maddələr 22, 32; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 16 fevral tarixli 27 nömrəli qərarı) ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”na aşağıdakı əlavələr və dəyişikliklər edilsin:

10.1. 7.1-ci bənddə “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Mərkəzi Orqanlar üzrə Xəzinə İdarəsi” sözləri “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı  Agentliyi” sözləri ilə əvəz edilsin;

10.2. 7.2-ci bənddə “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Əyar Palatası” sözləri “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti” sözləri ilə əvəz edilsin;

10.3.  aşağıdakı redaksiyada 7.3-7.5-ci bəndlər əlavə edilsin:

“7.3. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyi

7.4.  Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti

7.5. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti”;

10.4.  7.3-cu bənd müvafiq olaraq 7.6-cı bənd hesab edilsin.

11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 12, maddə 1354; 2008-ci il, № 2, maddə 127)  ilə təsdiq edilmiş "Vergi ödəyicisinə verilmiş vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:

11.1. 1.2-ci bəndin ikinci abzasının birinci cümləsində “Baş Dövlət Xəzinədarlığında (bundan sonra - BDX)” sözləri “Dövlət Xəzinədarlığı Agentliyində (bundan sonra - DXA )” sözləri ilə əvəz edilsin;

11.2. 1.2-ci bəndin ikinci abzasının ikinci cümləsində, 2.6-cı bəndin birinci və ikinci abzaslarında, 3.2-ci bəndin ikinci abzasının birinci və ikinci cümlələrində, dördüncü abzasında və 4.8-ci bənddə “BDX” akronimi “DXA” akronimi ilə, 2.3-cü bəndin birinci abzasında “BDX-nin” akronimi “DXA-nın” akronimi ilə, 3.2-ci bəndin  birinci abzasında və 4.9-cu bəndin birinci abzasında “BDX-yə” akronimi “DXA-ya” akronimi ilə əvəz edilsin.

12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 60 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 135) ilə təsdiq edilmiş “Qiymətli metalların və qiymətli daşların sertifikatlaşdırılma qaydaları, onlardan hazırlanan məhsulların (zərgərlik və digər məişət məmulatları istisna olmaqla) növlərinin siyahısını, sertifikatlaşdırılma formalarını, habelə bu məhsul növlərinin sertifikatlaşdırılmasını tələb edən hallar”ın          3-cü bəndində “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Əyar Palatası (bundan sonra - Əyar Palatası)”  sözləri “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti (bundan sonra - Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti)” sözləri ilə, 5-ci bəndinin ikinci abzasında “(Əyar Palatası)” sözləri “(Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti)” sözləri ilə əvəz edilsin.

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 61 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 136) ilə təsdiq edilmiş “Qiymətli metal külçələrinin qiymətləndirilməsi və sertifikatlaşdırılması Qaydası”nın 2-ci bəndinin birinci abzasında “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Əyar Palatası (bundan sonra - Əyar Palatası)”  sözləri “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti (bundan sonra - Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti)” sözləri ilə, 3-cü bəndində  “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Əyar Palatası”  sözləri “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti” sözləri ilə əvəz edilsin.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 9 iyul tarixli 153 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 7, maddə 675) ilə təsdiq edilmiş “Qiymətli metallardan hazırlanmış məhsulların, o cümlədən zərgərlik və digər məişət məmulatlarının əyarlanması və damğalanması Qaydaları”nın 2-ci bəndində  “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Əyar Palatası (bundan sonra - Əyar Palatası)” sözləri “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti (bundan sonra - Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti)” sözləri ilə, 6-cı və 7-ci bəndlərində ismin müvafiq hallarında “Əyar Palatası” sözləri ismin müvafiq hallarında “Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti” sözləri ilə əvəz edilsin.

15.  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 12, maddə 1115; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 25 fevral tarixli 30 nömrəli qərarı) ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”na aşağıdakı əlavələr və dəyişikliklər edilsin:

15.1. “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin yanında, tabeliyində olan:” qrafasında “Mərkəzi Orqanlar üzrə Xəzinə İdarəsi” sözləri “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı  Agentliyi” sözləri ilə, “Dövlət Əyar Palatası” sözləri isə “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti” sözləri ilə əvəz edilsin;

15.2. həmin qrafaya “Rayon, şəhər üzrə maliyyə idarə və şöbələri” sözlərindən əvvəl “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti” sözləri əlavə edilsin.

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2009-cu il 16 aprel tarixli 64 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşən bəzi qərarlarının Siyahısı

 

1. “Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 3 yanvar tarixli    1 nömrəli qərarı;

2. “Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Əyar Palatası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 22 avqust tarixli 147 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8, III kitab, maddə 651; 2001-ci il, № 7, maddə 512; 2005-ci il, № 10, maddə 987; 2007-ci il, № 2, maddə 187, № 12, maddə 1349) (4-cü bəndi istisna olmaqla);

3. “Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Əyar Palatasının fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 noyabr tarixli 199 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 11, maddə 820) 1-ci bəndi;

 4. “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Baş Dövlət Xəzinədarlığı haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 noyabr tarixli 203 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 11, maddə 824; 2003-cü il, № 4, maddə 219, №  9, maddə 525; 2005-ci il, № 6, maddə 548);

 5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 9 iyul tarixli 123 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 7, maddə 512; 2002-ci il, № 9, maddə 580) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişikliklər edilən bəzi qərarlarının Siyahısı”nın 12-ci bəndi;

6. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 8 aprel tarixli 47 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 4, maddə 219; 2005-ci il, № 4, maddə 377; 2006-cı il, № 9, maddə 822; 2007-ci il, № 1, maddələr 51, 52) 9-cu bəndi;

7. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 noyabr tarixli 203 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Baş Dövlət Xəzinədarlığı haqqında Əsasnamə”yə əlavə edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 16 sentyabr tarixli 117 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 9, maddə 525);

8. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və  dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 21 iyun tarixli 112 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 6, maddə 548) 1-ci bəndi;

9. “Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Əyar Palatası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 22 avqust tarixli 147 nömrəli qərarına dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 24 oktyabr tarixli 194 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 10, maddə 987; 2007-ci il, № 2, maddə 187) 2-ci bəndi;

10. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi və “Qiymətli metallardan istehsal edilmiş məmulatların əyarlanması, damğalanması, ekspertizası, əyar reaktivlərinin hazırlanması, qiymətli metallar və qiymətli daşlardan zərgərlik və məişət məmulatlarını hazırlayan istehsalçılara qeydiyyat şəhadətnaməsinin verilməsi, ad damğalarının qeydiyyata alınması, habelə başqa laboratoriya işlərinin aparılması üçün əyar haqqı tariflərinin təsdiq edilməsi barədə” 2002-ci il 14 fevral tarixli 26 nömrəli qərarının qüvvədən düşmüş hesab edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 9 fevral tarixli 27 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 187) 2-ci, 3-cü və 4-cü bəndləri ;

11. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 22 avqust tarixli 147 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Əyar Palatası haqqında Əsasnamə”yə əlavə və dəyişikliklər edilməsi haqqında”  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 dekabr tarixli 214 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il,   № 12, maddə 1349).

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status