AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
04.05.2002
QEYDİYYAT NÖMRƏSİ
76
ADI
İşsizlik müavinətlərinin maliyyələşdirilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-05-2002, Nəşr nömrəsi: 05, Maddə nömrəsi: 313)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
04.05.2002
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
080.000.000
090.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Pensiya və müavinət xərclərinin, əlillərin, işaxtaranların və işsiz vətəndaşların sosial müdafiəsi tədbirlərinin maliyyələşdirilməsi haqqında

İşsizlik müavinətlərinin maliyyələşdirilməsi haqqında [1]

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI [2]

 

Sosial sığorta haqqında Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş Dövlət Proqramına uyğun olaraq işsizlik müavinətlərinin məcburi dövlət sosial sığorta haqları hesabına maliyyələşdirilməsini nəzərə alaraq, həmin maliyyələşmənin mexanizminin müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: [3]

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:

Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu ilə birlikdə işsizlik müavinətlərinin ödənilməsi üzrə vəsaitlərin məbləği barədə illik proqnozu müəyyənləşdirsin; [4]

məşğulluq xidməti orqanlarının və Dövlət Sosial Təminat Xidmətinin müvafiq idarə aparatının saxlanılması, məşğulluq (işsizlik müavinətləri istisna olmaqla), əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi ilə əlaqədar xərclər smetasını təsdiq edib Maliyyə Nazirliyinə təqdim etsin. [5]

2. Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları işləməyən əhaliyə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün ötən ayın faktiki xərcinə müvafiq olaraq avans şəklində hər ayın 20-nə qədər, dəqiqləşdirilmiş tələbat əsasında isə ayın sonunadək əhalinin sosial müdafiəsi mərkəzlərinə vəsait köçürsünlər. [6]

3. Əhalinin sosial müdafiəsi mərkəzləri daxil olan vəsaitləri müvafiq ödəniş müəssisələrinə köçürsünlər.

4. Ödəniş müəssisələri daxil olmuş vəsaitlərin bilavasitə işləməyən əhaliyə çatdırılmasını təmin etsinlər. İşləməyən əhaliyə pensiya və müavinətlərin ödənişi onların ərizələrinə əsasən Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yerli orqanları və müvafiq banklar tərəfindən həyata keçirilsin.

5. İşsizlik müavinətləri üzrə hər il Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan Dövlət Proqramında nəzərdə tutulmuş xərclərin maliyyələşdirilməsi hər ayın əvvəlində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin verdiyi sifariş əsasında Dövlət Sosial Müdafiə Fondundan mərkəzləşdirilmiş qaydada onun xəzinə hesabına köçürülsün. [7]

6. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti müvafiq Dövlət Proqramına uyğun olaraq işsizlik müavinətlərinin maliyyələşdirilməsi üçün köçürülmüş vəsaitlərin xərclənməsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna hər rüb artan yekunla Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən təsdiq edilmiş formalarda hesabat təqdim etsin. [8]

7. İşsizlik müavinətlərinin maliyyələşdirilməsi və bu müavinətlərin ödənişi üzrə bank əməliyyatlarının aparılması üçün xidmət haqqı xərcləri məcburi dövlət sosial sığorta vəsaitləri hesabına ödənilsin. [9]

8. Bank köçürmələrinin hazırlanmasına və işlənməsinə görə xidmət haqqı və nağd pul vəsaitinə görə banklar tərəfindən tutulan haqqın məbləği, habelə işsizlik müavinətlərinin əhaliyə çatdırılması üçün xidmət haqqının məbləği Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və müvafiq banklar arasında bağlanmış müqavilələrlə tənzimlənir. [10]

9. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsinin və Əlillərin Sosial Müdafiəsi Baş İdarəsinin xərclərinin kassa icrasının Dövlət Xəzinədarlığı vasitəsilə həyata keçirilməsini təmin etsin. Baş Məşğulluq İdarəsinin, Əlillərin Sosial Müdafiəsi Baş İdarəsinin və onların yerli orqanlarının 2002-ci il 1 yanvar tarixə bank hesablarında olan vəsait qalıqları Dövlət Sosial Müdafiə Fondunun və onun müvafiq yerli orqanlarının hesablarına köçürülsün.

10. İşsizlik müavinətlərinin maliyyələşdirilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin hesabına Dövlət Sosial Müdafiə Fondundan köçürülmüş vəsaitlərin ilin sonuna xərclənməmiş hissəsinin tam məbləğdə növbəti ilə keçirilməklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun müvafiq xəzinə hesablarına köçürülməsi təmin edilsin. [11]

11. Müəyyən edilsin ki:

işsizlik müavinətlərinin təyin edilməsinin düzgün aparılmasına və vaxtında maliyyələşdirilməsinə, onların maliyyələşdirilməsi üçün köçürülmüş vəsaitlərin öz təyinatına xərclənməməsinə — Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi; [12]

işsizlik müavinətlərinin təyinat üzrə əhaliyə vaxtında və düzgün çatdırılmamasına — ödəniş müəssisələri; [13]

tələb olunan vəsaitin vaxtında maliyyələşdirilməsinə — Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu; [14]

verilmiş sifarişlər əsasında xəzinə əməliyyatlarının vaxtında aparılmamasına — Azərbaycan Respublikasının Maliyyə Nazirliyi məsuliyyət daşıyırlar. [15]

12. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri  A.RASİZADƏ

 

Bakı şəhəri, 4 may 2002-ci il

   № 76

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       21 sentyabr 2004-cü il tarixli 135 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

2.       22 fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 130)

3.       17 fevral 2011-ci il tarixli 30 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 157)

4.       10 may 2011-ci il tarixli 76 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 5, maddə 449)

5.       13 fevral 2012-ci il tarixli 34 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı( Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 02, maddə 179)

6.       13 iyun 2014-cü il tarixli 194 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 iyun 2014-cü il, № 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №6, maddə 747)

7.       1 iyul 2016-cı il tarixli 259 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 5 iyul 2016-cı il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №7, maddə 1339)

8.       28 noyabr 2016-cı il tarixli 488 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 noyabr 2016-cı il, № 264, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №11, maddə 1976)

9.       27 mart 2017-ci il tarixli 102 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 mart 2017-ci il, № 63, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 500)

10.    28 dekabr 2017-ci il tarixli 608 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 dekabr 2017-ci il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12, II kitab, maddə 2553)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



[1] 22 fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 130) ilə adında “əlillərin” sözündən sonra “və sağlamlıq imkanları məhdud uşaqların” sözləri əlavə edilmişdir.

17 fevral 2011-ci il tarixli 30 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə adı yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Pensiya və müavinət xərclərinin, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların işaxtaranların və işsiz vətəndaşların sosial müdafiəsi tədbirlərinin maliyyələşdirilməsi haqqında

 

[2] 28 dekabr 2017-ci il tarixli 608 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 dekabr 2017-ci il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12, II kitab, maddə 2553) ilə “İşsizlik müavinətlərinin maliyyələşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 4 may tarixli 76 nömrəli qərarı ləğv edilmişdir.

 

[3] 22 fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 130) ilə preambulasında “əlillərin” sözündən sonra “və sağlamlıq imkanları məhdud uşaqların” sözləri əlavə edilmişdir.

17 fevral 2011-ci il tarixli 30 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 157) ilə preambula yeni redaksiyada verilmişdir.

13 fevral 2012-ci il tarixli 34 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 02, maddə 179) ilə preambulasından “Dövlət Proqramına uyğun olaraq” sözləri, 5-ci hissəsindən “hər il Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan Dövlət Proqramında” sözləri və 6-cı hissəsindən “müvafiq Dövlət Proqramına uyğun olaraq” sözləri çıxarılmışdır.

 

[4] 17 fevral 2011-ci il tarixli 30 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 157) ilə 1-ci bəndin ikinci abzasında “işləməyən əhaliyə pensiya və müavinətlərin” sözləri “işsizlik müavinətlərinin” sözləri ilə əvəz edilmişdir, üçüncü abzası yeni redaksiyada verilmişdir.

1 iyul 2016-cı il tarixli 259 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 5 iyul 2016-cı il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №7, maddə 1339) ilə 1-ci hissənin ikinci abzasından “Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu ilə birlikdə” sözləri çıxarılmışdır.

 

[5] 10 may 2011-ci il tarixli 76 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 5, maddə 449) ilə 1-ci hissənin üçüncü abzasında "Əlillərin Sosial Müdafiəsi Baş İdarəsinin" sözləri "Dövlət Sosial Təminat Xidmətinin" sözləri ilə əvəz edilmişdir.

28 noyabr 2016-cı il tarixli 488 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 noyabr 2016-cı il, № 264, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №11, maddə 1976) ilə 1-ci hissənin üçüncü abzası çıxarılmışdır.

 

[6] 17 fevral 2011-ci il tarixli 30 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 157) ilə 2-ci, 3-cü, 4-cü və 9-cu bəndlər çıxarılmışdır.

 

[7] 17 fevral 2011-ci il tarixli 30 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 157) ilə 5-ci bənd yeni redaksiyada verilmişdir.

10 may 2011-ci il tarixli 76 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 5, maddə 449) ilə 5-ci və 10-cu hissələrdə "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsinin" sözləri "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin" sözləri ilə, 6-cı hissədə "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsi" sözləri "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti" sözləri ilə əvəz edilmişdir.

 

[8] 22 fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 130) ilə 6-cı bənddə “uyğun olaraq əlillərin” sözlərindən sonra “və sağlamlıq imkanları məhdud uşaqların” sözləri əlavə edilmişdir.

17 fevral 2011-ci il tarixli 30 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 157) ilə 6-cı bənd yeni redaksiyada verilmişdir.

1 iyul 2016-cı il tarixli 259 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 5 iyul 2016-cı il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №7, maddə 1339) ilə 6-cı hissədə “Dövlət Sosial Müdafiə Fonduna” sözləri “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna” sözləri ilə əvəz edilmişdir.

 

[9] 22 fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 130) ilə  7-ci bənddə “və əlillərin” sözləri “ , əlillərin və sağlamlıq imkanları məhdud uşaqların” sözləri ilə əvəz  edilmişdir.

17 fevral 2011-ci il tarixli 30 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 157) ilə 7-ci bənd yeni redaksiyada verilmişdir.

 

[10] 17 fevral 2011-ci il tarixli 30 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 157) ilə 8-ci bənddə “pensiya, müavinət və yardımların sözləri “işsizlik müavinətlərinin” sözləri ilə əvəz edilmişdir.

13 iyun 2014-cü il tarixli 194 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 iyun 2014-cü il, № 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №6, maddə 747) ilə 8-ci hissəsində “İnformasiya Texnologiyaları” sözləri “Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilmişdir.

1 iyul 2016-cı il tarixli 259 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 5 iyul 2016-cı il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №7, maddə 1339) ilə 8-ci hissədən “Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu,” sözləri çıxarılmışdır.

 

[11] 17 fevral 2011-ci il tarixli 30 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 157) ilə 10-cu bənd yeni redaksiyada verilmişdir.

1 iyul 2016-cı il tarixli 259 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 5 iyul 2016-cı il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №7, maddə 1339) ilə 5-ci və 10-cu hissələrdə “Dövlət Sosial Müdafiə Fondu tərəfindən” sözləri “Dövlət Sosial Müdafiə Fondundan” sözləri ilə, 10-cu hissədə “Dövlət Sosial Müdafiə Fondunun” sözləri “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun” sözləri ilə əvəz edilmişdir.

 

[12] 22 fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 130) ilə  11-ci bəndin ikinci abzasında “və əlillərin” sözləri “ , əlillərin və sağlamlıq imkanları məhdud uşaqların” sözləri ilə əvəz edilmişdir.

17 fevral 2011-ci il tarixli 30 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 157) ilə 11-ci bəndin üçüncü abzasında “işləməyən əhaliyə pensiya və müavinət vəsaitlərinin sözləri “işsizlik müavinətlərinin” sözləri ilə əvəz edilmişdir, ikinci abzası yeni redaksiyada verilmişdir.

1 iyul 2016-cı il tarixli 259 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 5 iyul 2016-cı il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №7, maddə 1339) ilə 11-ci hissənin ikinci abzasına “düzgün aparılmasına və” sözlərindən sonra “vaxtında maliyyələşdirilməsinə,” sözləri əlavə edilmişdir.

 

27 mart 2017-ci il tarixli 102 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 mart 2017-ci il, № 63, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 500) ilə 1-ci hissəsinin ikinci abzasda “xərclənməsinə” sözü “xərclənməməsinə” sözü ilə əvəz edilmişdir.

 

[13] 27 mart 2017-ci il tarixli 102 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 mart 2017-ci il, № 63, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 500) ilə 1-ci hissəsinin üçüncü abzasda “çatdırılmasına” sözü “çatdırılmamasına” sözü ilə əvəz edilmişdir.

 

[14] 1 iyul 2016-cı il tarixli 259 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 5 iyul 2016-cı il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №7, maddə 1339) ilə 11-ci hissənin dördüncü abzası ləğv edilmişdir.

[15] 27 mart 2017-ci il tarixli 102 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 mart 2017-ci il, № 63, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 500) ilə 1-ci hissəsinin dördüncü abzasda “aparılmasına” sözü “aparılmamasına” sözü ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status