AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
10.05.2002
QEYDİYYAT NÖMRƏSİ
77
ADI
Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısının və evdə təhsilin təşkili Qaydalarının təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-05-2002, Nəşr nömrəsi: 05, Maddə nömrəsi: 314)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
10.05.2002
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
190.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısının və evdə təhsilin təşkili Qaydalarının təsdiq edilməsi barədə

Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısının və evdə təhsilin təşkili Qaydalarının təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli, 540 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısı və evdə təhsilin təşkili Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri   A.RASİZADƏ

 

Bakı şəhəri, 10 may 2002-ci il

                № 77

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2002-ci il 10 may tarixli 77 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısı və evdə təhsilin

TƏŞKİLİ QAYDALARI

 

I. Evdə təhsil almaq hüququ verən xəstəliklərin [1]

 

SİYAHISI

 

Sıra

№-si

Xəstəliklərin Beynəlxalq Təsnifatı

10-cu baxış üzrə kod

Diaqnoz

Xəstəliyin gediş xüsusiyyətləri (forması, mərhələsi, fazası, ağırlıq dərəcəsi, terapiyası)

Psixoloji-tibbi-pedaqoji komissiyanın təkrar  müayinəsi

1

2

3

4

5

Nevrologiya

1.

G11.0-G11.9

İrsi ataksiya

ağır hərəkət pozuntusu

təhsilini bitirənədək

2.

G12.1

Digər irsi spinal əzələ atrofiyaları. Uşaqlarda proqressivləşən bulbar iflic [Fasio-Londe] Spinal əzələ atrofiyası

gənclik forması III tip (Kuqelberqvellander) ağır hərəkət pozuntusu

təhsilini bitirənədək

3.

G24.1

İdiopatik ailəvi distoniya

generalizə olunmuş formalar. Ağır hərəkət məhdudluğu

təhsilini bitirənədək

4.

G40.0-G40.9

Epilepsiya

gündüz saatlarında tez-tez təkrarlanan tutmalar

1 il

5.

G71.0

Əzələ distrofiyası

ağır hərəkət pozuntusu

təhsilini bitirənədək

6.

G71.2

Anadangəlmə miopatiyalar

ağır hərəkət pozuntusu

təhsilini bitirənədək

7.

G80.0-G80.9

Serebral iflic

ağır hərəkət pozuntusu (dəstəksiz hərəkət edə bilmir). Özünə qulluq etməkdə çətinlik

təhsilini bitirənədək

8.

G81.0-G81.9

Hemiplegiya

ağır hərəkət pozuntusu (dəstəksiz hərəkət edə bilmir). Özünə qulluq etməkdə çətinlik

təhsilini bitirənədək

9.

G82.0-G82.5

Paraplegiya və tetraplegiya

ağır hərəkət pozuntusu (dəstəksiz hərəkət edə bilmir). Özünə qulluq etməkdə çətinlik

təhsilini bitirənədək

Pediatriya

 

10.

 

K50.0-K50.9

Kron xəstəliyi (regional enterit)

ağır forma, residiv verən gedişlə, nazik və yoğun bağırsağın morfofunksional çatışmazlığı, çəkinin itirilməsi ilə

 

2 il

11.

K74.0-K74.6

Qaraciyərin fibrozu və sirrozu

 

2 il

12.

E84.0-E84.9

Kistik-fibroz

mukovissidoz. Ağciyər və bağırsaqların morfo-funksional çatışmazlığı ilə nəticələnən vəziyyət

təhsilini bitirənədək

 

13.

E76.2

Digər mukopolisaxa-ridozlar

lizosomal toplanma xəstəlikləri (mukopolisa-xaridozlar IV və VI tip). Cırtdanboyluluq, spon-diloepifizar displaziya, aktiv hərəkətlərin məhdudluğu

Təhsilini bitirənədək

14.

B20.1-B24

İnsan immunçatışmazlığı virusunun (İİV) törətdiyi xəstəlik

IV mərhələ, xəstəliyin ağır təzahürlərinin mövcudluğu ilə (vərəm infeksiyası istisna olmaqla)

1 il

15.

D82.0

Viskot Oldriç sindromu

atopik dermatit, hemorragik sindrom, B və T limfositlərin defisiti və s.

təhsilini bitirənədək

16.

Z94.0-Z94.9

Transplantasiya olunmuş orqan və toxumaların olması

davamlı hormonal və immunospressiv terapiya

1 il

Hematologiya

17.

D56.0

Alfa-talassemiya

ağır gedişli

1 il

18.

D56.1

Beta-talassemiya

ağır formalı (böyük və aralıq)

1 il

19.

D56.8

Digər talassemiyalar

ağır gedişli drepanotalassemiya

1 il

20.

D58.9

Dəqiqləşdirilməmiş irsi hemolitik anemiya

ağır gedişli

1 il

21.

D59.1

Digər autoimmun hemolitik anemiyalar

ağır forma, tez-tez krizlərlə müşahidə olunan, splenektomiyadan sonrakı vəziyyət

1 il

22.

D61.0

Konstitusional aplastik anemiya

ağır gedişli, somatik ağırlaşmalar

təhsilini bitirənədək

23.

D66

VIII amilin irsi çatışmazlığı

ağır gedişli, hemorragik sindrom, hərəkət məhdudiyyəti

2 il

24.

D67

IX amilin irsi çatışmazlığı

ağır gedişli, hemorragik sindrom, hərəkət məhdudiyyəti

2 il

25.

D69.1

Trombositlərin keyfiyyət qüsurları, Bernar-Sulye (nəhəng trombositlər) sindromu, Qlansman trombasteniyası

ağır gedişli, hemorragik sindrom

2 il

26.

D69.3

İdiopatik trombosito-penik purpura

xroniki gedişli, tez-tez residiv verən, hemorragik sindrom

1 il

Endokrinologiya

27.

E10.0

İnsulindən asılı şəkərli diabet, koma ilə

bazis-bolyus terapiya, ağır forması gündə 3 dəfə, yaxud daha çox insulin inyeksiyası

təhsilini bitirənədək

Allerqologiya

28.

J45.0
J96.1

Allergik komponentin üstünlüyü ilə müşahidə olunan bronxial astma;

xronik respirator çatış-mazlıq

ağır gedişli, atopik forma, tez-tez residiv verən. II dərəcəli tənəffüs çatışmazlığı. Davamlı bazis terapiya

1 il

Cərrahiyə

29.

K63.2

Bağırsaq fistulu

mədə-bağırsaq traktında aparılan ağır cərrahi əməliyyatlardan sonra yaranan

1 il

30.

Q42.2-Q42.3

Anal dəliyinin anadangəlmə olmaması, atreziyası və fistul ilə stenozu

kolostomiya sonrası yaranan disfunksiyalar

1 il

31.

T90

Başın travmalarının nəticələri

baş beyində aparılan böyük sümük defekti ilə ağır cərrahi əməliyyatlar

1 il

32.

Z96.7

Digər sümüklərin və vətərlərin implantlarının olması (kəllə plastikası)

baş beyində aparılan  ağır cərrahi əməliyyatlar

1 il

33.

R15

Nəcisi saxlaya bilməmək

anal sfinkterin III-IV dərəcəli çatışmazlığı, əməliyyatlardan sonrakı vəziyyət

1 il

34.

T92.6

Yuxarı ətrafın travmatik amputasiyasının nəticələri

reabilitasiya dövründə (protezə adaptasiya)

1 il

35.

T93.6

Aşağı ətrafın travmatik amputasiyasının nəticəsi 

reabilitasiya dövründə (protezə adaptasiya)

1 il

36.

Z89.0-Z89.9

Ətrafın olmaması

reabilitasiya dövründə (protezə adaptasiya)

1 il

37.

Q65.0-Q65.9

Budun anadangəlmə deformasiyaları

əməliyyatdan sonrakı fiksasiya dövrü

1 il

Dermatologiya

38.

L20.8

Digər atopik dermatitlər

ağır dərəcəli və ya uzun müddət (bir aydan artıq) immunosupressiv terapiya alan xəstələr

6 ay

39.

L40.1

Generalizə olunmuş pustulyoz psoriaz

 

6 ay

40.

L40.5

Artropatik psoriaz

kəskin

1 il

41.

L28.2

Herb pruriqosu

 

6 ay

42.

L13.0

Herpesə bənzər dermatit. Dürinq xəstəliyi

kəskinləşmə dövründə

1 il

43.

Q80.3

Anadangəlmə bullyoz ixtiozşəkilli eritrodermiya

 

təhsilini bitirənədək

44.

Q81.2

Distrofik bullyoz epidermoliz

 

təhsilini bitirənədək

45.

E83.2

Sink mübadiləsinin pozuntusu, enteropatik akrodermatit 

ağır formalı

6 ay

46.

L93.0

Diskşəkilli qırmızı qurd eşənəyi

kəskin

1 il

47.

L94.0

Lokal sklerodermiya

kəskin

1 il

48.

Q82.1

Piqment kserodermiyası

 

1 il

Kardiologiya

49.

I01.0-I01.9

Ürəyin cəlb olunması ilə müşahidə olunan revmatik qızdırma

tez-tez residivləşən aktiv fazada olan  revmatizm. Ürək çatış-mazlığı ilə II-III dərəcə

1 il

50.

I02.0-I02.9

Revmatik xoreya

ağır forma, davamlı kontrol edilməyən davranış (hiperkinezlər, koordinasion hərəkət pozuntusu, psixi dəyişikliklər)

1 il

51.

I10

Essensial (birincili) hipertenziya

ürək və digər orqanların çatışmazlığı ilə müşayiət olunan bədxassəli hipertenziya

1 il

52.

I11.0-I11.9

Ürəyin hipertenziv xəstəliyi

ürək və digər orqanların çatışmazlığı ilə müşayiət olunan bədxassəli hipertenziya II-III dərəcə

1 il

53.

I33.0

Kəskin və yarımkəskin infeksion endokardit

ürək çatışmazlığı, II-III dərəcə

1 il

54.

I34.1

Mitral qapağın düş-məsi (prolapsı)

ürək çatışmazlığı, II-III dərəcə

1 il

55.

I40.0

İnfeksion miokardit

ürək çatışmazlığı, II-III dərəcə

1 il

56.

I42.0-I42.9

Kardiomiopatiya

ürək çatışmazlığı, II-III dərəcə

3 il

57.

I44.1-I44.2

İkinci dərəcəli, yaxud tam qulaqcıq-mədəcik (atrioventrikulyar) blokadası

ürək çatışmazlığı, II-III dərəcə

1 il

58.

I47.0-I47.9

Paroksizmal taxikardiya

ürək vurğularının sayı 50-dən aşağı, tez-tez tutmalarla müşahidə olunan

1 il

59.

I48

Qulaqcıqların fibril-yasiyası və titrəməsi

ürək vurğularının sayı 50-dən aşağı, tez-tez tutmalarla müşahidə olunan

1 il

60.

I49.0

Mədəciklərin fibrilyasiyası və titrəməsi

ürək vurğularının sayı 50-dən aşağı, tez-tez tutmalarla müşahidə olunan

1 il

61.

I50.0-I50.9

Ürək çatışmazlığı

ürək çatışmazlığı, II-III dərəcə

1 il

62.

I51.8

Digər dəqiq göstərilməmiş ürək xəstəlikləri

pankardit, ürək çatış-mazlığı, II-III dərəcə

1 il

63.

Q20-Q28

Qаn dövrаnı sistеminin аnаdаngəlmə аnоmаliyаlаrı (inkişaf qüsurlаrı)

ürək çatışmazlığı, II-III dərəcə, septik fəsadlar olmaqla, kiçik və böyük qan dövranı pozuntusu

1 il

64.

M05.3

Digər orqan və sistemlərin cəlb olunması ilə müşayiət edilən revmotoid artrit

hərəkətin məhdudlaşması, oynaqların kobud morfofunksional pozuntusu

3 il

65.

M08.0-M08.9

Gənclik (yuvenil) artriti

hərəkətin məhdudlaşması, oynaqların kobud morfofunksional pozuntusu, poliorqan zədələn-məsi ilə (uveit, qlomerulonefrit, hepatosplenomeqaliya və s.)

1 il

66.

M32.1;

M32.8;

M32.9

Sistem qırmızı qurdeşənəyi

fasiləsiz resedivləşən gediş, yüksək fəallıq, tez-tez təkrarlanan poliorqan krizlər ilə

təhsilini bitirənədək

67.

M33.0-M33.9

Dermatopolimiozit

fasiləsiz resedivləşən gediş, dayaq hərəkət sisteminin yüksək funksional pozuntusu və prosesin daxili orqanlara təsiri

 

2 il

68.

M.34.0-M34.9

Sistemli skleroz

fasiləsiz resedivləşən gediş, dayaq hərəkət sisteminin yüksək funksional pozuntusu və prosesin daxili orqanlara təsiri

2 il

Nefrologiya

69.

N00.0-N00.9

Yumаqcıq xəstəlikləri, kəskin nefritik sindrom

ağır gedişli, arterial hipertoniya, oliquriya, hematuriya, azotemiya.  Bazis terapiyası, ağırlı-ğından asılı olaraq hormonal terapiyanın qoşulması, 3-6 ay ərzində

6 ay

70.

N03.0-N03.9

Xroniki nefritik sindromu

xronik gedişli, uzun-müddətli hormonal və immunosupressiv tera-piya

1 il

71.

N04.0-N04.9

Nefrotik sindrom

kəskin və xroniki qlomerulonefrit nefrotik sindromla, Ödem sindromu, oliquriya, hormonal terapiya. 6 ay və xəstəliyin daha uzun gedişatından asılı olaraq

1 il

72.

N11.0-N11.9

Xroniki tubulointerstisial nefrit

tez-tez residivləşən, dizuriya, davamlı leykosituriya, sidikqaçırtma. Uzunmüddətli antiresidiv terapiya

1 il

73.

N17.0-N17.9

Kəskin böyrək çatışmazlığı

azotemiya, anemiya, hipertoniya, anuriya, hemodializ

6 ay

74.

N18.0-N18.9

Xroniki böyrək xəstəliyi

uremiya, hipertoniya, anemiya, poliuriya, davamlı hemodializ

1 il

75.

Z94.0

Transplantasiya olunmuş böyrəyin olması

uzunmüddətli nəzarət, davamlı hormonal və inmmunosupressiv terapiya

1 il

Onkologiya

76.

C00-C97

Bədxassəli şişlər

uzun müddət immunosupressiv terapiyanın (kimyəvi-dərman, şüa və başqa növ terapiyalar) istifadə olun-duğu halda (1 aydan çox müddətdə) və bu müalicənin istifadəsi ilə bağlı yan təsirlərin (fəsadların) və arzu-olunmaz reaksiyaların olduğu hallarda, transplantasiyadan sonrakı vəziyyətdə

1 il

Travmatologiya və ortopediya

77.

S72.0-S72.9

Bud sümüyünün sınığı

immobilizasiya müddətində

6 ay

78.

S82.0-S82.9

Aşıq-baldır oynağı da daxil olmaqla, baldır sümüklərinin sınığı

immobilizasiya müddətində

6 ay

79.

S92.0-S92.9

Aşıq-baldır oynağı sınığı istisna olmaqla, ayağın sınığı

immobilizasiya müddətində

4 ay

80.

Q66.0-Q66.9

Pəncənin anadangəlmə deformasiyaları

ağır formalı (ortopedik ayaqqabı ilə korreksiya olunmayan);

cərrahi müdaxilədən sonra immobilizasiya müddətində

1 il

81.

Q72.0

Aşağı ətrafın (ətrafların) anadangəlmə tam olmaması

protezləşmə və digər köməkçi vasitələrlə hərəkət etmək mümkün olmadıqda

təhsilini bitirənədək

82.

Q77.0-Q77.9

Onurğanın və borulu sümüklərin böyümə defekti ilə osteoxon-drodisplaziyası

köməkçi vasitələrlə belə hərəkət etmək mümkün olmadıqda;

cərrahi müdaxilədən sonra immobilizasiya müddətində

1 il

83.

Q78.0

Natamam osteogenez, sümüklərin anadangəlmə kövrəkliyi, osteopsatiroz

köməkçi vasitələrlə belə hərəkət etmək mümkün olmadıqda;

cərrahi müdaxilədən sonra immobilizasiya müddətində

1 il

84.

Q78.8

Digər dəqiqləşdirilmiş osteoxondrodisplaziyalar

köməkçi vasitələrlə belə hərəkət etmək mümkün olmadıqda;

cərrahi müdaxilədən sonra immobilizasiya müddətində

1 il

85.

Q78.9

Dəqiqləşdirilməmiş osteoxondrodisplaziya

köməkçi vasitələrlə belə hərəkət etmək mümkün olmadıqda;

cərrahi müdaxilədən sonra immobilizasiya müddətində

1 il

86.

M91.1

Bud sümüyü başının yuvenil osteoxondrozu (Leq-Kalve-Pertes)

müalicə müddətində

1 il

87.

M86.0-M86.9

Osteomielit

müalicə və immobilizasiya müddətində

6 ay

88.

M41.0-M41.9

Skolioz

ağır formalı III-IV dərəcəli, ağrı simptomu ilə. Cərrahi müalicə zamanı

6 ay

89.

A18.0

Sümük və oynaqların vərəmi

müalicə və immobili-zasiya müddətində

6 ay

90.

T20-T32

Termiki və kimyəvi yаnıqlаr

III-IV dərəcəli müalicə müddətində və sərbəst hərəkətə mane olan aşağı ətrafların kelloid toxumaları əmələ gəldikdə (cərrahi əməliyyatla aradan qaldırılana qədər) 

6 ay

Psixiatriya

91.

F20.6

Şizofreniyanın sadə tipi

kəskinləşmə mərhələ-sində, qeyri-adekvat davranış

1 il

92.

F48.0

Nevrasteniya

ağır formalı

1 il

93.

F90.1

Hiperkinetik davranış pozuntusu

ağır formalı, davamlı və impulsiv olan davranış pozuntusu. Dissosial davranışın olması

1 il

94.

F93.1

Uşaq yaşında fobik həyəcan pozuntusu

ağır formalı, panik atakın olması

1 il

95.

F95.2

Vokalizmlərin və çox-saylı motor tiklərinin kombinasiyası

turetta sindromu

1 il

96.

F98.0

Qeyri-üzvi mənşəli enurez

gündüz

1 il

97.

F98.1

Qeyri-üzvi mənşəli enkoprez

gündüz

1 il

Psixiatriya Sağlamlıq imkanları məhdud (əqli gerilik) şəxslər üçün tədris proqramı ilə evdə təhsilin təşkili

98.

F02.8

Başqa rubrikalarda təsnif edilən, digər dəqiqləşdirilmiş xəstəliklər zamanı demensiya

epilepsiya, əqli geriliyin səviyyəsi (İQ) 50-dən aşağı olmadıqda

1 il

99.

F70.1

Yüngül dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu

ağır formalı, davamlı və impulsiv olan davranış pozuntusu

1 il

100.

F70.0

Yüngül dərəcəli əqli gerilik

a) gündüz enurezi və enkoprezi;

b) dayaq-hərəkət aparatının ağır pozuntusu (serebral iflicin ağır forması)

1 il

 

II. Evdə təhsilin təşkili qaydaları

 

1. “Sağlamlıq imkanları məhdud olan şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.14 maddəsinə əsasən, evdə təhsil - sağlamlıq vəziyyətinə görə təhsil müəssisəsində təhsil almaq imkanı olmayan şəxslərin müvafiq təhsil-müəssisəsinin pedaqoji işçiləri vasitəsilə ümumtəhsil proqramlarını evdə mənimsəməsidir.

2. Evdə fərdi qaydada təhsil alan şagirdlər müvafiq təhsil müəssisəsinə xəstəxanaların, poliklinikaların, dispanserlərin təqdim etdiyi sənədlə əsasında rayon, şəhər psixoloji-tibbi-pedaqoji komissiyaların qərarı ilə qəbul olunurlar.

3. Evdə fərdi təhsilə ümumtəhsil məktəblərinə) cari ilin I sentyabrınadək 6 yaşı tamam olan, xüsusi məktəblərdə isə (əqli cəhətdən pozuntusu olan) 7 yaşı tamam olan səlahiyyətinə görə ümumtəhsil məktəblərində oxuya bilməyən uşaqlar cəlb olunur. [2]

4. Evdə fərdi təhsilə cəlb edilən şagirdlər məktəbə aşağıda adları qeyd olunan sənədlərə əsasən qəbul olunurlar:

məktəb direktorunun adına ərizə;

doğum haqqında şəhadətnamənin surəti;

müvəffəqiyyət cədvəli (ilk dəfə təhsilə cəlb edilənlər istisna olunmaqla);

şagirdlərin şəxsi işi (ilk dəfə təhsilə cəlb edilənlər istisna olunmaqla);

yaşayış yeri üzrə qeydiyyat haqqında arayış; [3]

psixoloji-tibbi-pedaqoji komissiyanın göndərişi.

5. Evdə fərdi qaydada təhsil alan şagird evdə məktəbə və ya ərazidəki yaxın məktəbə cəlb olunur və onun təlim-tərbiyəsinin təşkili həmin məktəbə həvalə olunur.

6. Evdə təhsil ümumi təhsil pilləsinin ibtidai təhsil, ümumi orta təhsil və tam orta təhsil səviyyələrindən ibarət üç mərhələdən ibarətdir. [4]

7. Şagirdlərin evdə təhsilə qəbulu il boyu aparılır.

8. Məşğələlər bir qayda olaraq sentyabrın 1-də başlayır və mayın 25-də başa çatır.

9. Dərs ili müddətində tətillər “Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi Əsasnaməsi” əsasında verilir.

10. Evdə dərs məşğələləri ümumtəhsil proqramı ilə 45, xüsusi təhsil proqramı ilə 40 dəqiqə müəyyən edilir.

11. Gündəlik dərslərin miqdarı ümumi təhsil pilləsinin ibtidai təhsil səviyyəsində 2, ümumi orta və tam orta səviyyələrində isə 3 saatdan artıq ola bilməz. [5]

12. Fərdi təlim planları hazırlanarkən psixoloji--tibbi-pedaqoji komissiyanın rəyinə üstünlük verilir.

13. Qanunvericiliklə müəyyən edilmiş qaydada ümumi təhsil pilləsinin ümumi orta və (və ya) tam orta təhsil səviyyəsini başa vuran məzunlara attestat verilir. [6]

14. Evdə fərdi məşğul olan şagirdlərin dərs cədvəli oxuduğu məktəbin sinif rəhbəri tərəfindən valideyn və müəllimlərlə razılaşdırılaraq direktor tərəfindən təsdiq olunur.

15. Evdə fərdi məşğul olan şagirdlər ümumtəhsil və ya xüsusi məktəblərin (şagirdin inkişaf xüsusiyyətinə müvafiq) Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi tədris planı əsasında təhsil alırlar.

16. Evdə fərdi məşğul olan şagirdin dərs məşğələlərinə sinif rəhbəri, proqram materiallarının yerinə yetirilməsi və həmin prosesdə tətbiq edilən metodiki işə təlim-tərbiyə işi üzrə direktor müavini, bütün prosesini gedişinə isə direktor məsuliyyət daşıyır.

17. Evdə təhsil alan şagirdlərin biliyi ardıcıl olaraq rüblər üzrə sinif jurnalında qeyd olunur. Onların sinifdən-sinfə keçirilməsi, məktəbi bitirməsi də müvafiq qaydada sinif jurnalında öz əksini tapır.

18. Evdə fərdi təhsilə cəlb olunan uşaqlar attestasiya, yekun və digər qiymətləndirmələrdən psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı ilə azad oluna bilərlər. [7]

19. Evdə fərdi məşğul olan şagirdlərin ev dəftəri, gündəliyi tərtib olunur. Burada müəllimin qeydi, yoxlama işlərinə dair yazdığı qiymətlər öz əksini tapır.

20. Müəllimin əmək haqqı tabelik qaydasında, rayon (şəhər) təhsil şöbələri tərəfindən yerinə yetirilən proqram materialları əsasında təsdiq olunmuş stavkaya uyğun ödənilir. Şagirdin psixoloji inkişaf xüsusiyyəti sinif rəhbəri və məktəbin psixoloqu tərəfindən işlənir, ailə üzvlərinin xəstəyə baxması üçün şərait və ya fasilələr yaradılır.

21. Evdə fərdi qaydada təhsil alan şagirdlərlə işləyən pedaqoji işçinin, mütəxəssisin seçilməsində könüllülük prinsipinə əməl olunmalı, həmin kateqoriyadan olan uşaqlarla işləyəcək müəllimlərin arzusuna üstünlük verilməlidir.

22. Şagirdlərin evdə müstəqil təhsil almalarına, bədii ədəbiyyatla təmin olunmalarına, xəstəliyin xüsusiyyətinə uyğun olaraq gələcəkdə müəyyən peşə öyrənmələrinə pedaqoji kollektivlər şərait yaratmalı, onların hərtərəfli inkişafına qayğı və diqqətlə yanaşmalıdırlar.

23. Məktəb rəhbərləri hər il mayın 25-dən iyunun 25-dək evdə təhsil alan şagirdlərin həmin məktəblərdə və yaxud başqa məktəblərdə təhsillərini davam etdirmək üçün siyahılarını psixoloji-tibbi-pedaqoji komissiyanın təsdiqinə təqdim etməlidirlər.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       29 mart 2010-cu il tarixli 53 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 3, maddə 264)

2.       17 dekabr 2015-ci il tarixli 384 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 dekabr 2015-ci il, № 281, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №12, maddə 1581)

3.       27 fevral 2020-ci il tarixli 69 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 mart 2020-ci il, № 47, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 216)

4.       27 avqust 2020-ci il tarixli 309 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 avqust 2020-ci il, № 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 8, maddə 1126)

5.       26 oktyabr 2020-ci il tarixli 412 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 oktyabr 2020-ci il, № 223, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 10, maddə 1300)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 27 avqust 2020-ci il tarixli 309 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 avqust 2020-ci il, № 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 8, maddə 1126) ilə “Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısı və evdə təhsilin təşkili Qaydaları”nın “I. Evdə təhsil almaq hüququ verən xəstəliklərin Siyahısı” bölməsi yeni redaksiyada təsdiq edilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

 

I. Evdə təhsil almaq hüququ verən xəstəliklərin

SİYAHISI

 

I. Ümumtəhsil məktəbinin proqramı ilə Somatik xəstəliklər

 

Fasiləsiz residivlənən aktiv fazada olan gedişli revmatizm (stasionardan evə yazıldıqdan sonra uşaqların bir - iki il fərdi məşğələlərə ehtiyacı vardır).

Pankardit (stasionar və ya sanatoriyadan evə yazıldıqdan sonra uşaqların bir və ya iki il fərdi məşğələlərə ehtiyacı vardır).

Subkompensasiya və dekompensasiya mərhələlərində olan ürəyin anadangəlmə qüsurları.

Tez-tez baş verən təngnəfəslik sianoz tutmaları ilə gedən ağır dərəcəli Fallo tetradası.

Prosesin yayılması və nəzərə çarpan intoksikasiya ilə gedən III dərəcəli xronik pnevmoniya.

Tez-tez təkrarlanan ağır tutmalar və ya uzunmüddətli asmatik vəziyyətlə gedən bronxial astma.

Nevrotik sindromla gedən xroniki qlomerulonefrit.

Böyrək çatışmazlığı simptomları müşahidə edilən xronik diffuz qlomerulonefrit.

Residivləşən gedişli və böyrək çatışmazlığı simptomları ilə gedən xronik pielonefrit.

Assitlə müşayiәt olunan xroniki hepatit və qara ciyərin sirrozu.

Mikovissidozun ağır formaları.

Hemofiliyanın ağır forması (hərəkətin məhdudlaşması ilə müşayiət olunan).

Hərəkətin məhdudlaşması, oynaqların kobud morfofunksional pozğunluqları ilə müşayiət olunan revmatoid artriti.

Şəkərli diabetin ağır formaları.

Leykozlar.

İrsi koaqulopatiyalar (vilimbrant xəstəliyi, trombasteniya).

İmmun trombastenit purpura xəstəliyinin xroniki forması.

X - histnositozlar (Hend-Süller-Krissen, Tatarinov).

Toplanma xəstəlikləri (Toze, Niman-Pik, Landinq, Volman, Tandasir).

Hemorraqik hematomezenximae displaziya.

Talassemiyanın ağır formaları.

Anadangəlmə sferositar anemiyanın ağır formaları.

Hipoplastik anemiya.

Qazanılma immunçatışmazlığı sindromu (QİÇS) və insan immunçatışmazlığı virusu ilə yoluxanlar (IIV).

Xondrodistrofiya və xondrodisplaziya.

 

Nevroloji xəstəliklər

 

Miopatiya, anadangəlmə və irsi mənşəli torzion distoniya və digər davamlı hipergenetik sindromlar zamanı dayaq-hərəkət aparatının funksiyasının pozulması.

Keçirilmiş poliomielitdən sonra dayaq-hərəkət aparatının ağır pozulmaları.

Keçirilmiş ensefalomielit və poliradikulonevritdən sonra ağır qalıq əlamətləri.

 

Cərrahi xəstəliklər

 

Aşağı ətrafların iflici və çanaq orqanlarının funksiyalarının pozulması ilə müşayiət olunan onurğa beyni dəbəliyi (yırtıcı).

Uşaq serebral iflici (təhsilini bitirənədək).

Anusun arteziyası nəcis saxlaya bilməməklə (enkoprez).

Müxtəlif xəstəliklər zamanı aşağı ətrafların iflici.

Koksit gips sarğısında olarkən dayaq-hərəkət sisteminin xroniki xəstəlikləri (xroniki ostiomielit, sümük - oynaq vərəmi).

Anadangəlmə xəstəliklər və zədələnmələrlə əlaqədar dayaq-hərəkət aparatındakı cərrahi əməliyyatlardan sonrakı vəziyyət (müalicənin sonunadək hərəkətin çətinləşməsi baş verən hallarda).

Hərəkətin mümkünsüzlüyü ilə gedən dayaq-hərəkət aparatının pozulması (oxuduğu məktəbin nəzdində 6 aydan 1 ilədək).

Mədə-bağırsaq traktında aparılan ağır cərrahi əməliyyatlardan sonra baş verən bağırsaq fistulları (1 il müddətinə).

 

Dəri xəstəlikləri

 

Kəskinləşmiş vəziyyətdə olan yayılmış ekzemalar.

Psoriatik eritrodermiyalar.

Aztropatik psoriaz.

Herb prurioqosu.

Dyurinq dermatiti (kəskinləşmə dövründə),

İxlioz formalı eritrodermiya.

Bulloz epidermoliz (ağır formaları).

Enterpatik akrodermatit (ağır formaları).

Kəskin qırmızı qurdeşənəyi.

Şiddətli yayılmış sklerodermiya.

Piqmentli kseroderma ağır xroniki gedişli.

 

Psixonevroloji xəstəliklər

 

Epilepsiya kəskinləşmə mərhələsində, tez-tez qıcolma əlamətləri ilə.

Nevrozların ağır formaları, o cümlədən enkoprez, gündüz enurezi, dekompensasiya mərhələsində olan kəkələmə.

Ruhi xəstəliklər (şizofreniya, psixozlar), kəskinləşmə mərhələsində.

Müxtəlif etiologiyalı (infeksion, somatik) ensefaloastenik əlamətlər.

 

2. Xüsusi təhsil məktəbinin proqramı ilə

 

Aşağıdakı sindromlarla kəskinləşmiş debillik mərhələsində olan oliqrofreniya:

a) tez-tez baş verən gündüz epilepsiya tutmaları;

b) ağır ensefaloastenik vəziyyət;

c) enkoprez və gündüz enurezi;

ç) hərəkət oyanıqlığı sindromu;

d) reaktiv vəziyyət.

Ağıl azlığı ilə olan epilepsiya (tez-tez gündüz tutmaları ilə).

Üzvi proseslər kəskinləşmə mərhələsində.

 

3. Somatik, psixonevroloji xəstəlikləri olan şagirdlərə sadələşdirilmiş rejimin yaradılması (əlavə istirahət günü, bəzi dərslərdən azad olunma, natamam fərdi təhsilə keçirilməsi)

 

Somatik xəstəliklər

 

Anadangəlmə eferositar anemiya (ağır və orta dərəcədə).

Hemofiliya.

Hipoplastik anemiya.

Göz xəstəliklərinin ağır forması (göz əzələlərinin iflici, göz almasının çıxarılması, cərrahi əməliyyatdan sonrakı vəziyyət).

 

Psixonevroloji xəstəliklər

 

Ruhi xəstəliklər (şizofreniya, müxtəlif etnologiyalı psixozlar), natamam kompensasiya mərhələsində.

Epilepsiya - kəskinləşmə mərhələsində (tutmaların tezləşməsi, distrofiyanın olması).

Beyində cərrahiyyə əməliyyatı aparıldıqdan sonra serebral çatışmazlığı.

Ağır kəllə zədələnməsindan və ağır keçən infeksiyalardan sonra baş verən ensefaloastenik vəziyyət.

 

[2] 26 oktyabr 2020-ci il tarixli 412 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 oktyabr 2020-ci il, № 223, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 10, maddə 1300) ilə “Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısı və evdə təhsilin təşkili Qaydaları”nın II bölməsinin 3-cü hissəsində “qüsurlu” sözü “pozuntusu olan” sözləri ilə əvəz edilmişdir.

 

[3] 17 dekabr 2015-ci il tarixli 384 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 dekabr 2015-ci il, № 281, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №12, maddə 1581) ilə “Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısı və evdə təhsilin təşkili Qaydaları”nın II hissəsinin 4-cü bəndinin altıncı abzasında “yerindən” sözü “yeri üzrə qeydiyyat haqqında” sözləri ilə əvəz edilmişdir.

 

[4] 29 mart 2010-cu il tarixli 53 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 3, maddə 264) ilə “Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısı və evdə təhsilin təşkili Qaydaları”nın 6-cı bəndi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

Azərbaycan Respublikasının Təhsil Qanununa uyğun olaraq evdə təhsil üç pillədən ibarətdir:

ibtidai (I-IV siniflər);

əsas (V-IX siniflər);

orta (X-XI siniflər). edilmişdir.

27 fevral 2020-ci il tarixli 69 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 mart 2020-ci il, № 47, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 216) ilə “Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısı və evdə təhsilin təşkili Qaydaları”nın II bölməsinin 6-cı hissəsindən “ibarət üç mərhələdən” sözləri çıxarılmışdır.

 

[5] 29 mart 2010-cu il tarixli 53 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 3, maddə 264) ilə “Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısı və evdə təhsilin təşkili Qaydaları”nın 11-ci bəndi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

Gündəlik dərslərin miqdarı I pillədə 2, II və III pillədə 3 saatdan artıq ola bilməz.

 

[6] 29 mart 2010-cu il tarixli 53 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 3, maddə 264) ilə “Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısı və evdə təhsilin təşkili Qaydaları”nın 13-cü bəndi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

II pilləni müvəffəqiyyətlə başa vuran şagirdlərə əsas məktəbi bitirmək barədə şəhadətnamə, III pillənin məzunlarına orta təhsil haqqında attestat verilir.

27 fevral 2020-ci il tarixli 69 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 mart 2020-ci il, № 47, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 216) ilə “Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısı və evdə təhsilin təşkili Qaydaları”nın II bölməsinin 13-cü hissəsində “səviyyəsini başa vuran şagirdlərə müvafiq dövlət sənədi,” sözləri “və (və ya)” sözləri ilə əvəz edilmişdir.

 

[7] 29 mart 2010-cu il tarixli 53 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 3, maddə 264) ilə “Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısı və evdə təhsilin təşkili Qaydaları”nın 18-ci bəndində “buraxılış və sinifdən-sinfə keçirilmə imtahanlarından” sözləri “attestasiya, yekun və digər qiymətləndirmələrdən” sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status