AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
12.05.2009
QEYDİYYAT NÖMRƏSİ
264
ADI
“Nüvə terrorçuluğu əməlləri ilə mübarizə haqqında” beynəlxalq konvensiyada nəzərdə tutulmuş səlahiyyətli orqanların müəyyən edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 14-05-2009, Nəşr nömrəsi: 102), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-05-2009, Nəşr nömrəsi: 05, Maddə nömrəsi: 345)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
430.000.000
440.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
“Nüvə terrorçuluğu əməlləri ilə mübarizə haqqında” beynəlxalq konvensiyada nəzərdə tutulmuş səlahiyyətli orqanların müəyyən edilməsi barədə

“Nüvə terrorçuluğu əməlləri ilə mübarizə haqqında” beynəlxalq konvensiyada nəzərdə tutulmuş səlahiyyətli orqanların müəyyən edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan Respublikasının 2008-ci il 2 dekabr tarixli 725-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Nüvə terrorçuluğu əməlləri ilə mübarizə haqqında” Beynəlxalq Konvensiyanın 7-ci maddəsinin 4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. “Nüvə terrorçuluğu əməlləri ilə mübarizə haqqında” Beynəlxalq Konvensiyanın 7-ci maddəsinin 4-cü bəndində nəzərdə tutulmuş səlahiyyətli orqanlar qismində Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi müəyyən edilsin. [1]

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndinə uyğun olaraq “Nüvə terrorçuluğu əməlləri ilə mübarizə haqqında” Beynəlxalq Konvensiyanın 7-ci maddəsinin 4-cü bəndində nəzərdə tutulmuş səlahiyyətli orqanların müəyyən edilməsi barədə Birləşmiş Millətlər Təşkilatının Baş katibinə müvafiq bildiriş göndərsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 12 may 2009-cu il

                    № 264

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       3 mart 2017-ci il tarixli 1275 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 5 mart 2017-ci il, № 50, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 353)

 

SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 3 mart 2017-ci il tarixli 1275 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 5 mart 2017-ci il, № 50, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 353) ilə 1-ci hissəsində “Milli Təhlükəsizlik Nazirliyi” sözləri “Dövlət Təhlükəsizliyi Xidməti” sözləri ilə əvəzə edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status