AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
08.05.2009
QEYDİYYAT NÖMRƏSİ
810-IIIQD
ADI
“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik və əlavələrin edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 06-06-2009, Nəşr nömrəsi: 121), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-06-2009, Nəşr nömrəsi: 06, Maddə nömrəsi: 400)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
080.000.000
090.000.000
100.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik və əlavələrin edilməsi barədə

“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik və əlavələrin edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №2, maddə 79) aşağıdakı dəyişiklik və əlavələr edilsin:

1. 2.1.2.6-cı maddədə “Azərbaycan Respublikası Milli Bankının (bundan sonra – Milli Bank) uçot dərəcəsinin 1,8 mislindən” sözləri “bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən” sözləri ilə əvəz edilsin;

2. 2.1.9-cu maddədə “Milli Bank” sözləri “Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra - Mərkəzi Bank)” sözləri ilə əvəz edilsin;

3. Qanunun mətnində “Milli” sözü “Mərkəzi” sözü ilə əvəz edilsin;

4. Aşağıdakı məzmunda 8.1.20-ci maddə əlavə edilsin və 8.1.20-ci maddə müvafiq olaraq 8.1.21-ci maddə hesab edilsin:

“8.1.20. qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir;”

5. 26-cı maddə aşağıdakı redaksiyada verilsin:

“Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 (otuz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir.”.

II. 2009-cu il yanvarın 1-dən sonra Mərkəzi Bankın uçot dərəcəsinin 1,8 mislindən yuxarı faiz dərəcələri ilə, lakin “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən ediləcək faiz dərəcəsinin yuxarı həddinədək olan faiz dərəcələri ilə cəlb edilmiş əmanətlər qorunan əmanətlər hesab edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 8 may 2009-cu il.

№ 810-IIIQD

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status