AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
16.06.2009
QEYDİYYAT NÖMRƏSİ
93
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş "Vergi ödəyicisinə verilmiş vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları"na əlavə edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-06-2009, Nəşr nömrəsi: 06, Maddə nömrəsi: 494)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
16.06.2009
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.000.000
100.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş "Vergi ödəyicisinə verilmiş vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin dep

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş "Vergi ödəyicisinə verilmiş vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları"na əlavə edilməsi barədə

 

AZƏRBAYCAN  RESPUBLİKASININ NAZİRLƏR  KABİNETİNİN QƏRARI

 

Vergi ödəyiciləri tərəfindən ƏDV-nin depozit hesabı vasitəsilə aparılan  əməliyyatların tənzimlənməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alir:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, 12, maddə 1354; 2008-ci il, 2, maddə 127; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 16 aprel tarixli 64 nömrəli qərarı) ilə təsdiq edilmiş "Vergi ödəyicisinə verilmiş vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin    əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları"na aşağıdakı məzmunda 4.10-cu bənd əlavə edilsin:

"4.10. ƏDV qeydiyyatında olan vergi ödəyiciləri tərəfindən ƏDV tutulan əməliyyat tam və ya qismən ləğv edildikdə (mal tam və qismən geri qaytarıldıqda), əməliyyatın xarakteri dəyişdikdə, əməliyyat baş tutmadıqda, qiymətlərin aşağı düşməsi və ya hər hansı digər səbəbdən əməliyyat üçün razılaşdırılmış kompensasiya dəyişdikdə, vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi üçün əsas verən hallar üzə çıxdıqda, ƏDV-rıin geri qaytarılması tələb olunarsa, bu halda ƏDV ödəyicisi malların (işlərin, xidmətlərin) dəyərini öz bank hesabından digər ƏDV ödəyicisinin bank hesabına, depozit hesabına daxil olmuş ƏDV məbləğini isə vəsaiti köçürən ƏDV ödəyicisinin ƏDV depozit hesabına qaytarmalıdır.".

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

 

 

Bakı şəhəri, 16 iyun 2009-cu il

№ 93

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status