AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
07.07.2009
QEYDİYYAT NÖMRƏSİ
105
ADI
“Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-07-2009, Nəşr nömrəsi: 07, Maddə nömrəsi: 602)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
07.07.2009
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
100.000.000
150.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
AZƏRBAYCAN RESPUBLİKASININ

“Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Taxıl haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 iyul tarixli 370 nömrəli Fərmanının icrasının təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 745 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları" təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə tapşırılsın ki, bir ay müddətində:

2.1. həmin Qaydalarda səlahiyyətlərinə aid edilmiş normativ və digər sənədlərin nümunələrini hazırlasın və müvafiq qaydada təsdiq etsin;

2.2. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə həmin Qaydaların 8.3-cü bəndində nəzərdə tutulmuş hesabatın formasını təsdiq edilmək üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri   A.RASİZADƏ

 

Bakı şəhəri, 7 iyul 2009-cu il

№ 105

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2009-cu il 7 iyul tarixli 105 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi

 

Q A Y D A L A R I

 

1. ÜMUMİ MÜDDƏALAR

 

1.1. Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları (bundan sonra - Qaydalar) “Taxıl haqqında” Azərbaycan Respublikası Qanununun 8.5-ci maddəsinə və “Taxıl haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 iyul tarixli 370 nömrəli Fərmanının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 745 nömrəli Fərmanına əsasən hazırlanmışdır və respublikada Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi qaydalarını tənzimləyir.

1.2. Dövlət Taxıl Fondu (bundan sonra - Fond) Azərbaycan Respublikasının mülkiyyətidir və Fondda taxıl saxlanılır.

Bu Qaydaların məqsədləri üçün taxıl dedikdə, buğda nəzərdə tutulur.

1.3. Fond Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin sərəncamına verilir, onun idarə edilməsi, Fonda taxılın tədarük edilməsi, saxlanması və yeniləşdirilməsi səlahiyyətləri dövlət sifarişçisi kimi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (bundan sonra - Dövlət Sifarişçisi) tərəfindən həyata keçirilir.

1.4 Azərbaycan Respublikasının Nazirlər Kabineti Fonda taxılın tədarükü və Fonddan istifadəsi və yeniləşdirilməsi barədə müvafiq qərar qəbul edir və Dövlət Sifarişçisi tərəfindən həyata keçirilir.

 

2. FONDA TAXIL TƏDARÜKÜNÜN TƏŞKİLİ

 

2.1.  Fonda taxılın tədarükü Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi həcmdə Dövlət Sifarişçisi tərəfindən həyata keçirilir.

2.2.  Fonda bu Qaydaların 1 nömrəli əlavəsindəki tələblərə cavab verən taxıl tədarük edilir.

2.3.     Zərurət olduğu hallarda Dövlət Sifarişçisi tərəfindən bu Qaydaların 1 nömrəli əlavəsində nəzərdə tutulan tələblərə əlavə və dəyişikliklər edilməsi barədə müvafiq qaydada vəsatət qaldırıla bilər.

2.4.     Dövlət Sifarişçisi tərəfindən Fonda taxılın tədarükü bu Qaydaların şərtlərinə uyğun olaraq və qanunvericilikdə nəzərdə tutulmuş qaydada istehsalçılarla (daxili və xarici malgöndərənlərlə) satınalma müqaviləsinin bağlanması yolu ilə həyata keçirilir.

2.5.     Fonda taxılın tədarük edilməsi, saxlanması, istifadəsi, yeniləşdirilməsi və kənara verilməsi tədbirlərinin həyata keçirilməsi məqsədi ilə müvafiq tələblərə və keyfiyyət göstəricilərinə riayət olunması üçün məntəqələrdə laboratoriyalar yaradılır.

 

3. FONDDA TAXILIN SAXLANMASI

 

3.1. Fonda tədarük olunan taxıl, bir qayda olaraq, Dövlət Sifarişçisinin saxlanma məntəqələrində (elevatorlarında) saxlanılır.

Dövlət Sifarişçisinin saxlanma məntəqələrində taxılın hər hansı bir səbəbdən saxlanması mümkün olmadıqda, həmin məhsul müqavilə əsasında hüquqi və fiziki şəxslərə məxsus saxlanma məntəqələrində (elevatorlarda və anbarlarda) saxlanılır.

3.2.  Tədarük olunan taxılın saxlanma məntəqələrinə qəbulu zamanı taxıl mütləq təmizləmə prosesini keçməlidir və bu Qaydaların 2 nömrəli əlavəsindəki tələblərə cavab verməlidir.

3.3.  Dövlət Sifarişçisi tərəfindən taxılın saxlanması məqsədi ilə müqavilə bağlanılacaq saxlanma məntəqələri (elevatorlar və anbarlar) bu Qaydaların 3 nömrəli əlavəsində nəzərdə tutulan tələblərə cavab verməlidirlər.

3.4.  Dövlət Sifarişçisi tərəfindən Fonda taxılın saxlanması üçün qəbulu zamanı aşağıdakılar nəzərə alınmalıdır:

-    saxlanmaq üçün qəbul olunan taxılın bu Qaydaların 3.2-ci bəndində nəzərdə tutulan tələblərə uyğun olması;

-    saxlanma məntəqələrində taxılın eyni növ, çeşid və keyfiyyət göstəricilərinə uyğun yerləşdirilməsinin zəruriliyi;

-    Dövlət Sifarişçisi tərəfindən təsdiq edilmiş formada 2 (iki) nüsxədən ibarət qəbul aktının tərtib olunması.

3.5. Qəbul aktının tərtib olunması üçün malgöndərənlər tərəfindən aşağıdakı sənədlər təqdim edilməlidir:

3.5.1. daxili malgöndərənlərdən alınan taxılın qəbulu üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən taxıla verilmiş daxili karantin sertifikatının surəti. [1]

3.5.2. idxal olunan taxılın qəbulu üçün:

- gömrük bəyannaməsi;

- taxıl istehsal olunduğu ölkənin səlahiyyətli orqanı tərəfindən verilmiş uyğunluq sertifikatı;

- taxıl istehsal olunduğu ölkənin səlahiyyətli orqanı tərəfindən verilmiş mənşə sertifikatı;

- idxal olunan taxılın qəbulu üçün müvafiq qaydada tanınmış və ya Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən taxıla verilmiş qida təhlükəsizliyi (sağlamlıq) sertifikatı. İdxal olunan taxıl məhsullarının istehsalçısı qida təhlükəsizliyi qeydiyyatından keçdiyi halda, həmin istehsalçının məhsullarına qida təhlükəsizliyi (sağlamlıq) sertifikatı tələb olunmur. [2]

- taxıl istehsal olunduğu ölkənin səlahiyyətli orqanı tərəfindən verilmiş fitosanitar sertifikatı.

3.6.    İdxal olunan taxılın qəbul edilməsi üçün akt Dövlət Sifarişçisinin nümayəndəsi, saxlanma məntəqəsinin rəhbəri və ya onu əvəz edən şəxs və məntəqədə yaradılmış laboratoriyanın nümayəndəsi tərəfindən imzalanır. Müvafiq sənədlər əlavə olunmaqla, imzalanmış aktın bir nüsxəsi Dövlət Sifarişçisində, bir nüsxəsi isə saxlanma məntəqəsində qalır.

3.7.    Daxili malgöndərənlərdən Fonda taxılın qəbulu üçün akt malgöndərən, saxlanma məntəqəsinin rəhbəri və ya onu əvəz edən şəxs, məntəqədə yaradılmış laboratoriyanın nümayəndəsi tərəfindən imzalanır. Aktın bir nüsxəsi malgöndərəndə, bir nüsxəsi isə saxlanma məntəqəsində qalır.

3.8. Dövlət Sifarişçisi tərəfindən saxlanma müddəti başa çatmamış taxılın keyfiyyətli və təhlükəsiz saxlanmasını təmin etmək məqsədi ilə həmin məhsulun müvafiq hissəsi yenidən işlənilə (qurudula, zərərsizləşdirilə, soyudula, təmizlənə) bilər.

3.9.      Saxlanma məntəqələri hər ay saxlanan taxılın hərəkətinin vəziyyəti və miqdarı haqqında Dövlət Sifarişçisinə onun təsdiq etdiyi formada hesabat təqdim edirlər.

3.10.    Saxlanma məntəqələri taxılın tam həcmdə kəmiyyət və keyfiyyət baxımından təhlükəsizliyini təmin etməklə, onun saxlanması müddətlərinə (2 nömrəli əlavə) əməl olunmasına məsuliyyət daşıyırlar.

3.11. Fondda saxlanan taxıl Dövlət Sifarişçisi tərəfindən sığortalanmalıdır.

Sığorta ilə əhatə olunan risklərin növləri Dövlət Sifarişçisi tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilir.

3.12. Saxlanma zamanı bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq təbii itkilər baş verdikdə, yaranan ziyan saxlanma məntəqəsi tərəfindən Dövlət Sifarişçisinin razılığı ilə aktlaşdırılır.

Aktla rəsmiləşdirilmiş təbii itki saxlanma məntəqəsinin balansından silinir, onun həcmi isə Dövlət Sifarişçisi tərəfindən taxılın yeniləşdirilməsi çərçivəsində bərpa olunur.

 

4. TAXILIN İSTİFADƏSİ

 

4.1. Fonddan taxılın istifadəsi fövqəladə hallarda istehlakçıların bu məhsullara olan tələbatını ödəmək, beynəlxalq öhdəlikləri yerinə yetirmək və lazım gəldikdə, daxili bazarda taxıl məhsullarının kəskin qiymət dəyişmələrinin qarşısını almaq məqsədi ilə həyata keçirilir.

4.2.        Fonddan taxılın istifadəsi üçün qərar Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin, Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin razılaşdırılmış təklifləri əsasında qəbul edilir. [3]

4.3.       Dövlət Sifarişçisi Fonddan taxılın istifadəsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının icrasını təmin edir.

4.4.   Fonddan taxılın istifadə üçün buraxılması (satılması) bazar qiymətlərinə əsasən həyata keçirilir. Bu zaman taxılın tədarük qiymətlərindən aşağı qiymətə satılmaması üçün onun qiymətinin ölkədaxili bazar qiymətləri konyunkturasının imkan verdiyi dərəcədə saxlanılmasına cəhd edilir.

4.5.   Fonddan taxılın istifadəsi daxili bazarda həmin məhsulun kəskin qiymət artımının qarşısının alınması məqsədi ilə həyata keçirilirsə, taxıl bazar qiymətlərindən aşağı qiymətə satıla bilər. Bu halda satış qiyməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilməlidir.

4.6. Azərbaycan Respublikasının beynəlxalq öhdəlikləri, o cümlədən humanitar yardımların göstərilməsi ilə əlaqədar Fondda saxlanan taxıldan istifadə olunması barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qərar qəbul edildikdə, istifadəyə yönəldilən taxılın dəyəri Fonda dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

4.7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına uyğun olaraq Fonddan taxılın istifadə üçün buraxılması bu Qaydaların 5 nömrəli əlavəsindəki tələblərə uyğun olaraq, franko-anbar şərtləri ilə bu Qaydaların 4.6-cı bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, alıcı tərəfindən onun dəyəri əvvəlcədən ödənildikdən sonra (fors-major halları istisna olmaqla) həyata keçirilir.

 

5. SAXLANAN TAXILIN YENİLƏŞDİRİLMƏSİ

 

5.1. Fondda saxlanan taxılın yeniləşdirilməsi aşağıdakı hallarda həyata keçirilir:

- bu Qaydaların 2 nömrəli əlavəsində müəyyən edilən saxlanma müddətinin 2/3 hissəsi başa çatdıqda;

- bu Qaydaların 4-cü hissəsində nəzərdə tutulmuş istifadə hallarının zərurəti yarandıqda.

5.2.   Fondda saxlanan taxıla xəstəlik və zərərvericilərin sirayət etməsi nəticəsində xarab olmaq təhlükəsi yarandıqda, həmin məhsul daha tez yeniləşdirilə bilər.

5.3.   Fondda saxlanan taxılın 5.1-ci və 5.2-ci bəndlərə uyğun yeniləşdirilməsi barədə Dövlət Sifarişçisinin, saxlanma məntəqəsi rəhbərinin və ya onu əvəz edən şəxsin və məntəqədə yaradılmış laboratoriyanın nümayəndəsinin iştirakı ilə müvafiq qaydada akt tərtib olunur.

5.4. Fondda saxlanan taxılın yeniləşdirilməsi, yəni həmin məhsulun daxili bazara satış üçün buraxmaqla əvəzinə yeni taxılın tədarük edilməsi məqsədi ilə buraxılması zamanı məhsulun keyfiyyət göstəriciləri bu Qaydaların 6 nömrəli əlavəsində nəzərdə tutulan tələblərə uyğun olmalıdır.

5.5. Fonddan taxılın yeniləşdirilməsi üçün buraxılması (satılması) bazar qiymətlərinə əsasən həyata keçirilir. Bu zaman taxılın tədarük qiymətlərindən aşağı qiymətə satılmaması üçün onun qiymətinin ölkədaxili bazar qiymətləri konyunkturasının imkan verdiyi dərəcədə saxlanılmasına cəhd edilir.

 

6. SAXLANMA MƏNTƏQƏSİNDƏN TAXILIN KƏNARA VERİLMƏSİ

 

6.1. Saxlanma məntəqəsindən taxılın kənara verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə aşağıdakı hallarda həyata keçirilir:

-  taxılın istifadə üçün verilməsi;

-  taxılın yeniləşdirilməsi üçün verilməsi;

-  Dövlət Taxıl Fondunun ləğv edilməsi və yaxud yenidən təşkil edilməsi (birləşməsi, qoşulması, bölünməsi, ayrılması, çevrilməsi) nəticəsində verilməsi.

6.2. Saxlanma məntəqəsindən taxılın kənara verilməsi təhvil-təslim aktı ilə rəsmiləşdirilir.

 

7. FONDUN FƏALİYYƏTİNİN MALİYYƏ TƏMİNATI

 

7.1.  Dövlət Taxıl Fondunun fəaliyyətinin təmin edilməsi ilə əlaqədar Fonda taxılın tədarükü, saxlanması, istifadəsi və yeniləşdirilməsi dövlət büdcəsində bu məqsədlə nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilir.

7.2.  Dövlət büdcəsindən bu məqsədlə ayrılan maliyyə vəsaitləri hesabına tədarük edilərək istifadə olunan və ya yeniləşdirilən taxıldan əldə olunan vəsaitlər yenidən Fondun maliyyə ehtiyatına yönəldilir.

7.3.  Fondda taxılın istifadəsi və ya yeniləşdirilməsi ilə əlaqədar maliyyə əməliyyatlarından əmələ gələcək vəsait fərqi aşağıdakı qaydada tənzimlənir:

-  artıqlıq Fondun maliyyə ehtiyatının yaradılmasına yönəldilir;

-  əskiklik Fondun maliyyə ehtiyatı hesabına, onun həcmi kifayət etmədiyi təqdirdə, dövlət büdcəsi hesabına örtülür.

 

8. FONDUN SAXLANMASI BARƏDƏ HESABAT VƏ İNVENTARLAŞDIRMA

 

8.1. Fonda taxılın tədarükü, saxlanması, istifadəsi və yeniləşdirilməsi haqqında uçot və hesabatın aparılması Dövlət Sifarişçisi tərəfindən həyata keçirilir.

8.2. Dövlət Sifarişçisi Dövlət Taxıl Fondunun nəzərdə tutulan həcminin və çeşidinin formalaşmasına məsuliyyət daşıyır və hər altı aydan bir Fondun formalaşması və istifadəsi, habelə maliyyə, kredit və maddi ehtiyatlarının təminatı barədə hesabatı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir.

8.3. Hesabatın təqdim edilmə forması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunur.

8.4. Fondda saxlanan taxıl üzrə əmlakın və öhdəliklərin faktiki mövcudluğunu aşkar etmək, onların mühasibat uçotu hesablarında düzgün əks etdirilməsini yoxlamaq üçün hər il bu əmlakın və öhdəliklərin inventarlaşdırılması aparılır.

 

9. FONDUN YENİDƏN TƏŞKİLİ VƏ LƏĞV EDİLMƏSİ

 

Fondun yenidən təşkili və ləğv edilməsi qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilir.

 


 

 

“Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”na

1 nömrəli əlavə [4]

 

Dövlət Taxıl Fonduna tədarük olunan taxıl üçün tələblər

 

1. Dənin naturası (bir litrlik purkalarda qramla):

1.1. 1-ci və 2-ci sinif buğdalar üçün

1.2. 3-cü sinif buğda üçün

- ən azı770q/l

- ən azı 750 q/l

2. Zibil qarışığı:

2.1. 1-ci, 2-ci və 3-cü sinif buğdalar üçün

- ən çoxu 1,5 faiz

3. Dən qarışığı:

 

3.1. 1-ci, 2-ci və 3-cü sinif buğdalar üçün

- ən çoxu 3 faiz

4. Nəmlik:

4.1. 1-ci, 2-ci və 3-cü sinif buğdalar üçün

 

- ən çoxu 13 faiz

5. Yaş qlütenin miqdarı:

 

5.1. 1-ci sinif buğda üçün

5.2. 2-ci sinif buğda üçün

5.3. 3-cü sinif buğda üçün

- ən azı 32 faiz

- ən azı 28 faiz

- ən azı 23 faiz

6. Qlüten indeksi:

 

6.1. 1-ci və 2-ci sinif buğdalar üçün

6.2. 3-cü sinif buğda üçün

- 50-85 vahid

- 65-80 vahid

7. Şüşəvarilik:

 

7.1. 1-ci və 2-ci sinif buğdalar üçün

7.2. 3-cü sinif buğda üçün

- ən azı 60 faiz

- ən azı 40 faiz

8. Zülalın quru maddəyə görə kütlə payı:

 

8.1. 1-ci sinif buğda üçün

- ən azı 14,5 faiz

8.2. 2-ci sinif buğda üçün

- ən azı 13,5 faiz

8.3. 3-cü sinif buğda üçün

- ən azı 12 faiz

9. Düşmə ədədi:

 

9.1. 1-ci və 2-ci sinif buğdalar üçün

- 250-350 saniyə

9.2. 3-cü sinif buğda üçün

- 200-350 saniyə

10. Cücərmiş dən:

 

10.1. 1-ci, 2-ci və 3-cü sinif buğdalar üçün

- ən çoxu 1 faiz

11. Xarab olmuş dən:

 

11.1. 1-ci, 2-ci və 3-cü sinif buğdalar üçün

- ən çoxu 1 faiz

12. Mineral qarışığı:

 

12.1. 1-ci, 2-ci və 3-cü sinif buğdalar üçün:

 

12.1.1. daş, qum, torpaq, çınqıl və digər elementlər

- ən çoxu 0,3 faiz

12.1.1.1. çınqıl

- ən çoxu 0,1 faiz

13. Sedimentasiya göstəricisi:

 

13.1. 1-ci və 2-ci sinif buğdalar üçün

- 50 ml-dən çox

13.2. 3-cü sinif buğda üçün

- 35-50 ml

14. Toksiki qarışıqlar (zəhərli toxumlar, fuzariozlu dənlər, çovdar mahmızı, çürümüş dənlər):

 

14.1. 1-ci, 2-ci və 3-cü sinif buğdalar üçün

- ən çoxu 0,05 mq/kq

15. Qoxu və dad - sağlam buğda dəninə məxsus olmayan bütün digər qoxu və dad

- yol verilmir

16. Sürmə ilə sirayətlənmiş dənlər

- yol verilmir

17. Zərərvericilərlə zədələnmiş dənlər

- yol verilmir

18. Digər əlamətlər – karantin xəstəlikləri və bütün digər təhlükəli xəstəliklər, tərkibi toksiki elementlər, radio-nukleidlər, pestisidlərlə çirklənmiş dənlər, həmçinin ekoloji baxımdan əlverişsiz təsərrüfatlarda istehsal edilmiş dənlər

 

 

 

- yol verilmir

 

 


 

 

“Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”na

2 nömrəli əlavə [5]

 

Dövlət Taxıl Fondunda saxlanmağa qoyulan taxıl üçün tələblər

 

1. Dənin naturası (bir litrlik purkalarda qramla):

1.1. 1-ci və 2-ci sinif buğdalar üçün

1.2. 3-cü sinif buğda üçün

- ən azı 770 q/l

- ən azı 750 q/l

2. Zibil qarışığı:

2.1. 1-ci, 2-ci və 3-cü sinif buğdalar üçün

- ən çoxu 1,5 faiz

3. Dən qarışığı:

 

3.1. 1-ci, 2-ci və 3-cü sinif buğdalar üçün

- ən çoxu 3 faiz

4. Nəmlik:

4.1. 1-ci, 2-ci və 3-cü sinif buğdalar üçün

 

- ən çoxu 12 faiz

5. Yaş qlütenin miqdarı:

 

5.1. 1-ci sinif buğda üçün

5.2. 2-ci sinif buğda üçün

5.3. 3-cü sinif buğda üçün

- ən azı 32 faiz

- ən azı 28 faiz

- ən azı 23 faiz

6. Qlüten indeksi:

 

6.1. 1-ci və 2-ci sinif buğdalar üçün

6.2. 3-cü sinif buğda üçün

- 50-85 vahid

- 65-80 vahid

7. Şüşəvarilik:

 

7.1. 1-ci və 2-ci sinif buğdalar üçün

7.2. 3-cü sinif buğda üçün

- ən azı 60 faiz

- ən azı 40 faiz

8. Temperatur - qızışmanın təhlükəli həddi:

8.1. 1-ci, 2-ci və 3-cü sinif buğdalar üçün

 

- ən çoxu 23°C

9. Zülalın quru maddəyə görə kütlə payı:

 

9.1. 1-ci sinif buğda üçün

- ən azı 14,5 faiz

9.2. 2-ci sinif buğda üçün

- ən azı 13,5 faiz

9.3. 3-cü sinif buğda üçün

- ən azı 12 faiz

10. Cücərmiş dən:

10.1. 1-ci, 2-ci və 3-cü sinif buğdalar üçün

 

- ən çoxu 1 faiz

11. Qoxu və dad – sağlam buğda dəninə məxsus olmayan bütün digər qoxu və dad

 

- yol verilmir

12. Sürmə ilə sirayətlənmiş dənlər

- yol verilmir

13. Zərərvericilərlə zədələnmiş dənlər

- yol verilmir

14. Digər əlamətlər - karantin xəstəlikləri və bütün digər təhlükəli xəstəliklər, tərkibi toksiki elementlər, radio-nukleidlər, pestisidlərlə çirklənmiş dənlər, həmçinin ekoloji baxımdan əlverişsiz təsərrüfatlarda istehsal edilmiş dən

 

 

 

- yol verilmir

15. Dənin saxlanma müddəti (məhsul ilindən):

 

15.1. 1-ci, 2-ci və 3-cü sinif buğdalar üçün

- ən çoxu 8 ay

 

 


 

 

“Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”na

3 nömrəli əlavə

 

TAXILIN SAXLANMASI MƏQSƏDİ İLƏ MÜQAVİLƏ BAĞLANILACAQ SAXLANMA MƏNTƏQƏLƏRİNƏ (ELEVATORLARA VƏ ANBARLARA) TƏLƏBLƏR

 

1. Saxlanma məntəqələrinin (elevatorların və anbarların) ərazisi və ona aid olan bütün binalar, tikililər və qurğularla birlikdə hasarlanmalı, texniki təhlükəsizlik və sanitariya qaydalarına ciddi əməl olunması, sahədən atmosfer və yeraltı suların novlara axıdılması təmin edilməlidir.

2.  Saxlanma məntəqələrinin (elevatorların və anbarların) ətrafı asfaltlanmış və qəbul edilmiş normalara uyğun işıqlandırılmış olmalıdır.

3.  Taxılın saxlanması üçün müvafiq texniki avadanlıqlarla təchiz edilmiş işlək vəziyyətdə olan metal və ya beton konstruksiyalı məntəqələr (elevatorlar və anbarlar) olmalıdır.

4.  Saxlanma məntəqələri (elevatorlar və anbarlar) nəmlik daxil ola bilən və ya tutumunda nəmlik yüksək olan binalar olmamalıdır.

5.  Saxlanma məntəqələrində (elevatorlarda və anbarlarda) taxılın saxlanması prosesində dənin saxlanması temperaturunun 10-15 °C-dən çox olmaması şəraiti təmin olunmalıdır.

6.  Taxılın havalandırılması, soyudulması və yerinin dəyişdirilməsi üçün siloslardan ən azı biri ehtiyatda olmalıdır.

 


 

 

“Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”na

4 nömrəli əlavə

 

DÖVLƏT TAXIL FONDUNDA SAXLANMAĞA QOYULAN TAXILIN TƏBİİ İTKİ NORMALARI [1]

 

(malın kütləsinə görə faizlə)

I. Dəmir yolu nəqliyyatı ilə daşınmalar zamanı

-  1000 km-ə qədər məsafədən

-  1000 km-dən 2000 km-ə qədər məsafədən

- 2000 km-dən artıq olan məsafədən

-0,05

-0,07

-0,09

II. Avtomobil nəqliyyatı ilə daşınmalar zamanı

 

-  500 km-ə qədər məsafədən

-  500 km-dən 1000 km-ə qədər məsafədən

- 1000 km-dən artıq olan məsafədən

-0,25

-0,55

-0,85

III. Beton konstruksiyalı elevatorlarda saxlanma zamanı

 

- 3 aya qədər saxlandıqda

- 3 aydan 6 aya qədər saxlandıqda

- 6 aydan çox saxlandıqda

-0,052

-0,067

-0,127

IV. Metal konstruksiyalı elevatorlarda saxlanma zamanı

 

- 3 aya qədər saxlandıqda

- 3 aydan 6 aya qədər saxlandıqda

- 6 aydan çox saxlandıqda

-0,45

-0,52

-0,60

V. Taxılın qablaşdırılması və yüklənməsi zamanı

-0,55

VI. Dəmir yolu nəqliyyatından elevatora və əksinə boşaldılma zamanı

-0,25

VII. Avtomobil nəqliyyatından elevatora və əksinə boşaldılma zamanı

-0,25

VIII. Gəmidən birbaşa elevatora və əksinə boşaldılma zamanı

-0,45

IX. Gəmidən dəmir yolu və avtomobil nəqliyyatına, həmçinin əksinə boşaldılma zamanı

-0,15

 

 


 

 

“Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”na

5 nömrəli əlavə [6]

 

Dövlət Taxıl Fondundan istifadəyə buraxılan taxıl üçün tələblər

 

1. Dənin naturası (bir litrlik purkalarda qramla):

1.1. 1-ci və 2-ci sinif buğdalar üçün

1.2. 3-cü sinif buğda üçün

- ən azı 770 q/l

- ən azı 750 q/l

2. Zibil qarışığı:

2.1. 1-ci, 2-ci və 3-cü sinif buğdalar üçün

- ən çoxu 1,5 faiz

3. Dən qarışığı:

 

3.1. 1-ci, 2-ci və 3-cü sinif buğdalar üçün

- ən çoxu 3 faiz

4. Nəmlik:

4.1. 1-ci, 2-ci və 3-cü sinif buğdalar üçün

 

- ən çoxu 12 faiz

5. Yaş qlütenin miqdarı:

 

5.1. 1-ci sinif buğda üçün

5.2. 2-ci sinif buğda üçün

5.3. 3-cü sinif buğda üçün

- ən azı 32 faiz

- ən azı 28 faiz

- ən azı 23 faiz

6. Qlüten indeksi:

 

6.1. 1-ci və 2-ci sinif buğdalar üçün

6.2. 3-cü sinif buğda üçün

- 50-85 vahid

- 65-80 vahid

7. Şüşəvarilik:

 

7.1. 1-ci və 2-ci sinif buğdalar üçün

7.2. 3-cü sinif buğda üçün

- ən azı 60 faiz

- ən azı 40 faiz

8.Temperatur-qızışmanın təhlükəli həddi:

8.1. 1-ci, 2-ci və 3-cü sinif buğdalar üçün

 

- ən çoxu 23°C

9. Cücərmiş dən:

 

9.1. 1-ci, 2-ci və 3-cü sinif buğdalar üçün

- ən çoxu 1 faiz

10. Xarab olmuş dən:

 

10.1. 1-ci, 2-ci və 3-cü sinif buğdalar üçün

- ən çoxu 1 faiz

11. Mineral qarışığı:

 

11.1. 1-ci, 2-ci və 3-cü sinif buğdalar üçün:

 

11.1.1. daş, qum, torpaq, çınqıl və digər elementlər

- ən çoxu 0,3 faiz

11.1.1.1. çınqıl

- ən çoxu 0,1 faiz

12.Toksiki qarışıqlar (zəhərli toxumlar, fuzariozlu dənlər, çovdar mahmızı, çürümüş dənlər):

 

12.1. 1-ci, 2-ci və 3-cü sinif buğdalar üçün

- ən çoxu 0,05 mq/kq

13. Qoxu və dad - sağlam buğda dəninə məxsus olmayan bütün digər qoxu və dad

 

- yol verilmir

14. Sürmə ilə sirayətlənmiş dənlər

- yol verilmir

15.Zərərvericilərlə zədələnmiş dənlər

- yol verilmir

16.Digər əlamətlər-karantin xəstəlikləri və bütün digər təhlükəli xəstəliklər, tərkibi toksiki elementlər, radio-nukleidlər, pestisidlərlə çirklənmiş dənlər, həmçinin ekoloji baxımdan əlverişsiz təsərrüfatlarda istehsal edilmiş dənlər

 

 

 

- yol verilmir

 

 


 

 

“Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”na

6 nömrəli əlavə [7]

 

Dövlət Taxıl Fondunun yeniləşdirilməsi zamanı taxıl üçün tələblər

 

1. Dənin naturası (bir litrlik purkalarda qramla):

1.1. 1-ci və 2-ci sinif buğdalar üçün

1.2. 3-cü sinif buğda üçün

- ən azı 770 q/l

- ən azı 750 q/l

2. Zibil qarışığı:

2.1. 1-ci, 2-ci və 3-cü sinif buğdalar üçün

- ən çoxu 1,5 faiz

3. Dən qarışığı:

 

3.1. 1-ci, 2-ci və 3-cü sinif buğdalar üçün

- ən çoxu 3 faiz

4. Nəmlik:

4.1. 1-ci, 2-ci və 3-cü sinif buğdalar üçün

 

- ən çoxu 12 faiz

5. Yaş qlütenin miqdarı:

 

5.1. 1-ci sinif buğda üçün

5.2. 2-ci sinif buğda üçün

5.3. 3-cü sinif buğda üçün

- ən azı 32 faiz

- ən azı 28 faiz

- ən azı 23 faiz

6. Qlüten indeksi:

 

6.1. 1-ci və 2-ci sinif buğdalar üçün

6.2. 3-cü sinif buğda üçün

- 50-85 vahid

- 65-80 vahid

7. Şüşəvarilik:

 

7.1. 1-ci və 2-ci sinif buğdalar üçün

7.2. 3-cü sinif buğda üçün

- ən azı 60 faiz

- ən azı 40 faiz

8. Temperatur - qızışmanın təhlükəli həddi:

8.1. 1-ci, 2-ci və 3-cü sinif buğdalar üçün

 

- ən çoxu 23°C

9. Qoxu və dad - sağlam buğda dəninə məxsus olmayan bütün digər qoxu və dad

 

- yol verilmir

10. Sürmə ilə sirayətlənmiş dənlər

- yol verilmir

11.Zərərvericilərlə zədələnmiş dənlər

- yol verilmir

12. Digər əlamətlər - karantin xəstəlikləri və bütün digər təhlükəli xəstəliklər, tərkibi toksiki elementlər, radionukleidlər, pestisidlərlə çirklənmiş dənlər, həmçinin ekoloji baxımdan əlverişsiz təsərrüfatlarda istehsal edilmiş dənlər

 

 

 

- yol verilmir

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       6 sentyabr 2010-cu il tarixli 162 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 9, maddə 828)

2.       14 fevral 2014-cü il tarixli 46 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 fevral 2014-cü il, № 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №02, maddə 201)

3.       13 may 2016-cı il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 may 2016-cı il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 955)

4.       30 avqust 2018-ci il tarixli 367 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 sentyabr 2018-ci il, № 195, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №8, maddə 1817)

5.       30 dekabr 2019-cu il tarixli 521 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 dekabr 2019-cu il, № 293, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №12, maddə 2101)

6.       21 avqust 2021-ci il tarixli 236 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 avqust 2021-ci il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 962)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



[1] Nəzərə alınmayan itkilər təbii itki normasının 1 faizi qədərdir.



[1] 30 avqust 2018-ci il tarixli 367 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 sentyabr 2018-ci il, № 195, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №8, maddə 1817) ilə “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nın 3.5.1-ci yarımbəndinin ikinci abzasında “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi” sözləri “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi” sözləri ilə əvəz edilmişdir.

30 dekabr 2019-cu il tarixli 521 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 dekabr 2019-cu il, № 293, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №12, maddə 2101) ilə “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nın 3.5.1-ci yarımbəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

3.5.1. daxili malgöndərənlərdən alınan taxılın qəbulu üçün:

- Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən taxıla verilmiş uyğunluq sertifikatının surəti;

- Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən taxıla verilmiş daxili karantin sertifikatının surəti.

 

[2] 30 dekabr 2019-cu il tarixli 521 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 dekabr 2019-cu il, № 293, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №12, maddə 2101) ilə “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nın 3.5.2-ci yarımbəndin beşinci abzası yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

- taxıl istehsal olunduğu ölkənin səlahiyyətli orqanı tərəfindən verilmiş keyfiyyət sertifikatı;

 

[3] 14 fevral 2014-cü il tarixli 46 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 fevral 2014-cü il, № 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №02, maddə 201) ilə “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nın 4.2-ci bəndində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.

13 may 2016-cı il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 may 2016-cı il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 955) ilə edilmiş “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nın 4.2-ci bəndindən “və Sənaye” sözləri çıxarılmışdır.

 

[4] 21 avqust 2021-ci il tarixli 236 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 avqust 2021-ci il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 962) ilə “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”na 1 nömrəli əlavə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

 

“Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”na

1 nömrəli əlavə

Dövlət Taxıl Fonduna tədarük olunan taxıl üçün tələblər

I. Dənin naturası (bir litrlik purkalarda qramla):

buğda üçün

- 750 q/l-dən az olmamaqla

II. Alaq otlan (zibil) qarışığı (faizlə)

buğda üçün

- 2 faizdən çox olmamaqla

III. Dən qarışığı (faizlə):

 

buğda üçün

- 5 faizdən çox olmamaqla

IV. Nəmlik (faizlə) - bütün bitkilər üçün

- 13,0 faizdən çox olmamaqla

V. Yapışqanlıq - 3-cü sinif buğda üçün yapışqanlığın keyfiyyəti

- 23 faizdən az olmamaqla

- 2-ci qrupdan aşağı olmamaqla

VI. Şüşəvarilik

 

-1-ci və 2-ci sinif buğdalar üçün

-3-cü və 4-cü sinif buğdalar üçün

- 60 faizdən az olmamaqla

- məhdudlaşdırılmır

VII.        İy və dad - bütün bitkilər üfunət, səməni, acıyovşan və ya dənli bitkilərə xas olmayan və onların emalı məhsullarına keçən (kerosin, benzin, sarımsaq və buna oxşar maddələr) digər iy və dad

- yol verilmir

VIII. Sürmə ilə sirayətlənmiş dənlər

- yol verilmir

IX. Anbar ziyanvericiləri ilə sirayətlənmə bütün bitkilər üçün

- yol verilmir

X. Digər əlamətlər-bütün bitkilər üçün karantin və iqtisadi cəhətdən təhlükəli xəstəlik, zərərverici və alaq otlarının toxumları olan dən (heyvanların yoluxucu və ya tarlada qışlayan xəstəliklərlə sirayətlənmiş, tərkibi toksiki elementlər, radionukleidlər, pestisidlərlə çirklənmiş dənlər, həmçinin ekoloji baxımdan əlverişsiz təsərrüfatlarda becərilmiş məhsul)

- yol verilmir

 

[5] 6 sentyabr 2010-cu il tarixli 162 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 9, maddə 828) ilə "Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları"na 2 nömrəli əlavə — "Dövlət Taxıl Fondunda saxlanmağa qoyulan taxıl üçün tələblər"in XII bəndində "1 il" sözləri "8 ay" sözləri ilə əvəz edilmişdir.

21 avqust 2021-ci il tarixli 236 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 avqust 2021-ci il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 962) ilə “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”na 2 nömrəli əlavə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

 

“Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”na

2 nömrəli əlavə

 

Dövlət Taxıl Fondunda saxlanmağa qoyulan taxıl üçün tələblər

I. Dənin naturası (bir litrlik purkalarda qramla):

1.1. buğda üçün

- 750 q/l-dən az olmamaqla

II. Alaq otlan (zibil) qarışığı (faizlə):

 

2.1. buğda üçün

- 2 faizdən çox olmamaqla

III. Dən qarışığı (faizlə):

 

3.1. buğda üçün

- 5 faizdən çox olmamaqla

IV. Nəmlik (faizlə) - bütün bitkilər üçün

- 12 faizdən çox olmamaqla

V. Temperatur - bütün bitkilər üçün qızışmanın təhlükəli həddi

- 23 °C-dən çox olmamaqla

VI. Yapışqanlıq - 3-cü sinif buğda üçün yapışqanlığın keyfiyyəti

-   23 faizdən az olmamaqla

- 2-ci qrupdan aşağı olmamaqla

VII. Şüşəvarilik

 

1-ci və 2-ci sinif buğdalar üçün

3-cü və 4-cü sinif buğdalar üçün

- 60 faizdən az olmamaqla    

- məhdudlaşdırılmır

VIII. İy və dad – bütün bitkilər üfunət, səməni, acıyovşan və ya dənli bitkilərə xas olmayan və onların emalı məhsullarına keçən (kerosin, benzin, sarımsaq və buna oxşar maddələr) digər iy və dad

- yol verilmir

IX. Sürmə ilə sirayətlənmiş dənlər

- yol verilmir

X. Anbar ziyanvericiləri ilə sirayətlənmə - bütün bitkilər üçfin

- yol verilmir

XI.          Digər əlamətlər-bütün bitkilər üçün karantin və iqtisadi cəhətdən təhlükəli xəstəlik, zərərverici və alaq otlarının toxumları olan dən (heyvanların yoluxucu və ya tarlada qışlayan xəstəliklərlə sirayətlənmiş, tərkibi toksiki elementlər, radionukleidlər, pestisidlərlə çirklənmiş dənlər, həmçinin ekoloji baxımdan əlverişsiz təsərrüfatlarda becərilmiş məhsul)

- yol verilmir

XII. Dənin saxlanma müddəti (dən üçün məhsul ilindən)

- ən çoxu 8 ay

12.1. buğda üçün

 

 

[6] 21 avqust 2021-ci il tarixli 236 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 avqust 2021-ci il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 962) ilə “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”na 5 nömrəli əlavə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

 

“Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”na

5 nömrəli əlavə

 

DÖVLƏT TAXIL FONDUNDAN İSTİFADƏYƏ BURAXILAN TAXIL ÜÇÜN TƏLƏBLƏR

I. Dənin naturası (bir litrlik purkalarda qramla):

buğda üçün

- 750 q/l-dən az olmamaqla

II. Alaq otları (zibil) qarışığı (faizlə):

 

buğda üçün

- 2 faizdən çox olmamaqla

III. Dən qarışığı (faizlə):

 

buğda üçün

- 5 faizdən çox olmamaqla

IV. Nəmlik (faizlə) - bütün bitkilər üçün

- 12 faizdən çox olmamaqla

V. Temperatur - bütün bitkilər üçün qızışmanın təhlükəli həddi

- 23 °C-dən çox olmamaqla

VI. Yapışqanlıq - 3-cü sinif buğda üçün

yapışqanlığın keyfiyyəti

-   23 faizdən az olmamaqla

- 2-ci qrupdan aşağı olmamaqla

VII. Şüşəvarilik

 

-1 -ci və 2-ci sinif buğdalar üçün

-3-cü və 4-cü sinif buğdalar üçün

- 60 faizdən az olmamaqla

- məhdudlaşdırılmır

VIII. İy və dad - bütün bitkilər üfunət, səməni, acıyovşan və ya dənli bitkilərə xas olmayan və onların emalı məhsullarına keçən (kerosin, benzin, sarımsaq və buna oxşar maddələr) digər iy və dad

- buraxılan məhsul sağlam dənlərə xas olan rəngə, iyə və dada malik olmalıdır

IX. Sürmə ilə sirayətlənmiş dənlər

- yol verilmir

X. Anbar ziyanvericiləri ilə sirayətlənmə - bütün bitkilər üçün

- yol verilmir

XI. Digər əlamətlər-bütün bitkilər üçün karantin və iqtisadi cəhətdən təhlükəli xəstəlik, zərərverici və alaq otlarının toxumları olan dən (heyvanların yoluxucu və ya tarlada qışlayan xəstəliklərlə sirayətlənmiş, tərkibi toksiki elementlər, radionukleidlər, pestisidlərlə çirklənmiş dənlər, həmçinin ekoloji baxımdan əlverişsiz təsərrüfatlarda becərilmiş məhsul)

- yol verilmir

XII. Mineral qarışığı (daş, qum, torpaq və digər elementlər)

 

buğda üçün

-0,17 faizdən çox olmamaqla

XIII. Xarab olmuş dənlər

 

buğda üçün

-1,0 faizdən çox olmamaqla

XIV. Cücərmiş dənlər

 

buğda üçün

-3,0 faizdən çox olmamaqla

XV. Fuzariozlu dənlər

 

buğda üçün

-1,0 faizdən çox olmamaqla

 

[7] 21 avqust 2021-ci il tarixli 236 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 avqust 2021-ci il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 962) ilə “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”na 6 nömrəli əlavə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

 

“Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”na

 

6 nömrəli əlavə

 

DÖVLƏT TAXIL FONDUNUN YENİLƏŞDİRİLMƏSİ ZAMANI TAXIL ÜÇÜN TƏLƏBLƏR

I. Dənin naturası (bir litrlik purkalarda qramla):

buğda üçün

- 750 q/l-dən az olmamaqla

II. Alaq otlan (zibil) qarışığı (faizlə):

 

buğda üçün

- 2 faizdən çox olmamaqla

III. Dən qarışığı (faizlə):

 

buğda üçün

- 5 faizdən çox olmamaqla

IV. Nəmlik (faizlə) – bütün bitkilər üçün

- 13,0 faizdən çox olmamaqla

V. Temperatur - bütün bitkilər üçün qızışmanın təhlükəli həddi

- 23 °C-dən çox olmamaqla

VI. Yapışqanlıq - 3-cü sinif buğda üçün yapışqanlığın keyfiyyəti

- 23 faizdən az olmamaqla

- 2-ci qrupdan aşağı olmamaqla

VII. Şüşəvarilik

 

-1-ci və 2-ci sinif buğdalar üçün

-3-cü və 4-cü sinif buğdalar üçün

- 60 faizdən az olmamaqla

- məhdudlaşdırılmır

VIII.       İy və dad - bütün bitkilər üfunət,  səməni, acıyovşan və ya dənli bitkilərə xas olmayan və onların emalı məhsullarına keçən (kerosin, benzin, sarımsaq və buna oxşar maddələr) digər iy və dad

- yol verilmir

IX. Sürmə ilə sirayətlənmiş dənlər

- yol verilmir

X.    Anbar ziyanvericiləri ilə sirayətlənmə -

bütün bitkilər üçün

- yol verilmir

XI. Digər əlamətlər-bütün bitkilər üçün karantin və iqtisadi cəhətdən təhlükəli xəstəlik, zərərverici və alaq otlarının toxumları olan dən (heyvanların yoluxucu və ya tarlada qışlayan xəstəliklərlə sirayətlənmiş, tərkibi toksiki elementlər, radionukleidlər, pestisidlərlə çirklənmiş dənlər, həmçinin ekoloji baxımdan əlverişsiz təsərrüfatlarda becərilmiş məhsul)

- yol verilmir

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status