AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
10.07.2009
QEYDİYYAT NÖMRƏSİ
121
ADI
“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Nizamnaməsi”nin təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 11-07-2009, Nəşr nömrəsi: 149), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-07-2009, Nəşr nömrəsi: 07, Maddə nömrəsi: 524)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
340.000.000
010.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Nizamnaməsi”nin təsdiq edilməsi haqqında

“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Nizamnaməsi”nin təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının fəaliyyətini təmin etmək məqsədi ilə qərara alıram:

1. “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

2.1. qüvvədə olan qanunvericilik aktlarının bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 10 iyul 2009-cu il

                   № 121

 


 

 

Azərbaycan Respublikası Prezidentinin

2009-cu il 10 iyul tarixli 121 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının

 

N İ Z A M N A M Ə S İ

 

I. ÜMUMİ MÜDDƏALAR

 

1.1. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyası (bundan sonra – Akademiya) Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 2 iyun tarixli 2850 nömrəli Sərəncamına əsasən yaradılmışdır və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (bundan sonra – Nazirlik) üçün xüsusi ixtisaslı ali təhsilli kadrların hazırlanmasını, əməkdaşların əlavə təhsilini, fövqəladə hallar sahəsində fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki tətbiqi elmi tədqiqatları aparan ali təhsil müəssisəsidir. [1]

1.2. Akademiya öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Nazirliyin kollegiyasının qərarlarını, Azərbaycan Respublikasının fövqəladə hallar nazirinin (bundan sonra – Nazir) əmr və sərəncamlarını, digər normativ hüquqi aktları, habelə bu Nizamnaməni rəhbər tutur.

1.3. Akademiya hüquqi şəxsdir, müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, bayrağa, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri, Nazirliyin və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

1.4. Akademiyanın saxlanma xərcləri, tədris və elmi fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunvericiliklə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.

1.5. Akademiya Bakı şəhərində yerləşir.

 

II. AKADEMİYANIN FƏALİYYƏT İSTİQAMƏTLƏRİ

 

2.1. Akademiya aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:

2.1.1. həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi və yanğın təhlükəsizliyi mühəndisliyi ixtisasları üzrə kadrların hazırlanması;

2.1.2. Nazirliyin fəaliyyət istiqamətləri üzrə sahələrdə kadrların əlavə təhsilinin həyata keçirilməsi; [2]

2.1.3. fövqəladə hallar sahəsində elmi-tədqiqatların aparılması;

2.1.4. metodiki işin təşkili və təkmilləşdirilməsi;

2.1.5. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlər.

 

III. AKADEMİYANIN VƏZİFƏLƏRİ

 

3.1. Akademiya aşağıdakı vəzifələri yerinə yetirir:

3.1.1. yüksək ixtisaslı mütəxəssislər hazırlayır;

3.1.2. kadrların əlavə təhsilini həyata keçirir; [3]

3.1.3. tədris prosesinin normativ hüquqi aktlara və normativlərə uyğun həyata keçirilməsini təmin edir;

3.1.4. kursantların (müdavimlərin) və dinləyicilərin təlim-tərbiyə prosesini təşkil edir;

3.1.5. fövqəladə hallar sahəsində elmi-tədqiqatlar aparır;

3.1.6. qanunvericiliyə uyğun olaraq yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanmasını həyata keçirir;

3.1.7. müvafiq tədris planlarını və proqramlarını hazırlayır və təsdiq edir;

3.1.8. fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi araşdırmalar aparır, dövlət qurumları üçün məlumat-analitik, elmi-metodik materiallar, tövsiyələr hazırlayır;

3.1.9. əlavə təhsili və ixtisaslarının artırılması sahəsində tələbatı öyrənir və müvafiq təkliflər verir; [4]

3.1.10. Akademiyanın maddi-texniki və metodiki bazasının, tədris və elmi fəaliyyətinin inkişafı üzrə təkliflər verir;

3.1.11. fəaliyyət prosesində müasir elmi-texniki vasitələrdən səmərəli istifadəni təmin edir;

3.1.12. nazirlik sistemində qanunvericiliyə uyğun olaraq ehtiyat kadrların formalaşdırılması işində iştirak edir;

3.1.13. təhsil alanların ixtisas attestasiyasını həyata keçirir;

3.1.14. elmi-nəzəri biliklərin yayılmasında iştirak edir və maarifləndirmə işi aparır;

3.1.15. qanunvericiliyə uyğun olaraq dövlət sirrinin və məxfilik rejiminin qorunması və təhlükəsizliyin təmin olunması üçün zəruri tədbirləri həyata keçirir;

3.1.16. Akademiyaya ayrılan büdcə və digər maliyyə vəsaitlərindən təyinatı üzrə istifadə olunmasını təmin edir;

3.1.17. qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.

 

IV. AKADEMİYANIN HÜQUQLARI

 

4.1. Akademiya aşağıdakı hüquqlara malikdir:

4.1.1. Azərbaycan Respublikasının qanunvericiliyinə və bu Nizamnaməyə uyğun olaraq tədris prosesini sərbəst həyata keçirmək;

4.1.2. Akademiyanın tədris-metodiki, elmi-tədqiqat, analitik-informasiya və digər fəaliyyətini planlaşdırmaq və həyata keçirmək;

4.1.3. təlimin forma və metodlarını müəyyən etmək;

4.1.4. qanunvericiliyə müvafiq olaraq müqavilə əsasında ödənişli təhsil xidmətləri göstərmək;

4.1.5. tədris prosesinin texniki-metodiki təminatını təşkil etmək və təkmilləşdirmək;

4.1.6. Akademiyanın fəaliyyətinin təşkili məqsədi ilə öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan aktlar qəbul etmək;

4.1.7. tədris fənləri üçün ayrılan vaxt hesabına tədris-düşərgə toplanışları və təlimləri keçirmək;

4.1.8. tədris-metodiki və digər sənədləri çap etmək, redaksiya-nəşriyyat işlərini həyata keçirmək;

4.1.9. mütəxəssisləri qanunvericiliklə müəyyən olunmuş qaydada öz fəaliyyətinə cəlb etmək;

4.1.10. Akademiyanın işçilərinə qanunvericiliklə müəyyən edilmiş qaydada fəxri adların verilməsi, dövlət təltiflərinə və mükafatlarına təqdim edilməsi barədə Nazirliyə təkliflər vermək;

4.1.11. elmi və elmi-praktiki konfranslar (müşavirələr, toplanışlar, seminarlar və bu kimi digər tədbirlər) keçirmək;

4.1.12. qanunvericiliyə uyğun olaraq ödənişli kurslar təşkil etmək;

4.1.13. Akademiyanın fəaliyyət istiqamətləri üzrə digər təhsil müəssisələrinin elmi-pedaqoji heyətinin ixtisasının artırılmasını həyata keçirmək;

4.1.14. təhsilin yekunlarına görə kursant (müdavim) və dinləyicilərin peşəkar biliklərini və işgüzar keyfiyyətlərini qiymətləndirmək və onların müvafiq xidmət sahələrində istifadə olunmaları barədə tövsiyələr vermək;

4.1.15. Akademiyanın strukturunun təkmilləşdirilməsi, ştat cədvəlində dəyişikliklər edilməsi və maddi-texniki təminatının yaxşılaşdırılması ilə bağlı Nazirliyə təkliflər vermək;

4.1.16. internet saytının yaradılmasını, qanunvericiliyə uyğun olaraq müvafiq informasiyaların həmin saytda yerləşdirilməsini və yeniləşdirilməsini təmin etmək;

4.1.17. Akademiyanın səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarından, hüquqi və fiziki şəxslərdən zəruri məlumatların alınması barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

4.1.18. qanunvericiliklə müəyyən olunmuş qaydada öz səlahiyyətləri daxilində beynəlxalq təşkilatlarla, xarici dövlətlərin müvafiq qurumları ilə əməkdaşlıq etmək və təcrübə mübadiləsi aparmaq;

4.1.19. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

 

V. AKADEMİYANIN STRUKTURU VƏ İDARƏ EDİLMƏSİ

 

5.1. Akademiyanın strukturu və ştat cədvəli Nazir tərəfindən təsdiq edilir.

5.2. Akademiyanın strukturuna rəhbərlik, fakültələr, kafedralar, şöbələr, katiblik, kitabxana və digər struktur bölmələri daxil edilir. Akademiyanın nəzdində Akademiyanın fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada təhsil müəssisələri və digər qurumlar yaradıla bilər.

5.3. Akademiyanın struktur bölmələrinin fəaliyyəti Akademiyanın Elmi Şurası (bundan sonra - Elmi Şura) tərəfindən qəbul edilən və Akademiyanın rəisi (bundan sonra - rəis) tərəfindən təsdiq edilən əsasnamələrlə müəyyən edilir.

5.4. Akademiyada idarəetmə Azərbaycan Respublikasının qanunvericiliyinə və bu Nizamnaməyə uyğun olaraq həyata keçirilir.

5.5. Akademiyanın rəhbərliyi rəisdən ,bir birinci müavindən və iki müavindən ibarətdir. Rəhbərlik Akademiyanın fəaliyyətinin bütün məsələlərinə baxır və həll edilməsini təmin edir. [5]

5.6. Rəis Nazirin təqdimatına əsasən Azərbaycan Respublikasının Prezidenti tərəfindən, rəis müavinləri isə rəisin təqdimatına əsasən Nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər.

5.7. Akademiyanın fəaliyyətinə ümumi rəhbərliyi Nazirlik həyata keçirir.

5.8. Akademiyanın fəaliyyətinə cari rəhbərlik rəis tərəfindən həyata keçirilir.

5.9. Rəis:

5.9.1. Akademiyaya həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə və hüquqların həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır;

5.9.2. Azərbaycan Respublikasının qanunvericiliyinə və bu Nizamnaməyə əsasən Akademiyanın tədris, tədris-metodiki, elmi-tədqiqat və maliyyə-təsərrüfat fəaliyyətinə rəhbərlik edir;

5.9.3. dövlət orqanlarında, idarələrində və təşkilatlarında, digər yerli və beynəlxalq təşkilatlarla münasibətlərdə Akademiyanı təmsil edir, Akademiyanın adından əqdlər bağlayır, etibarnamələr verir, banklarda və digər kredit təşkilatlarında hesablar açır;

5.9.4. Akademiyanın struktur bölmələrinin fəaliyyətini tənzimləyən əsasnamələri təsdiq edir;

5.9.5. Akademiyanın daxili intizam qaydalarını təsdiq edir;

5.9.6. Nazirliyə Akademiyanın ştat sayı, struktur bölmələrinin yaradılması, yenidən təşkili və ləğv edilməsi barədə təkliflər verir, ştat cədvəlini təsdiq olunmaq üçün təqdim edir;

5.9.7. Akademiyada maddi vəsaitlərin uçotunu təşkil edir, onlardan istifadəyə nəzarət edir, öz səlahiyyəti çərçivəsində Akademiyanın əmlakına və vəsaitlərinə dair sərəncam verir;

5.9.8. Akademiyanın fəaliyyəti ilə bağlı məsələlərin Nazirliyin kollegiyasının müzakirəsinə çıxarılması üçün təşəbbüs göstərir, həmin məsələlərin kollegiyanın müzakirəsinə hazırlanmasını təmin edir;

5.9.9. Nazirliyin iş planında və kollegiyasının qərarlarında, Nazirin əmr və sərəncamlarında nəzərdə tutulmuş aidiyyəti tədbirlərin yerinə yetirilməsini təmin edir;

5.9.10. öz səlahiyyətləri daxilində icrası məcburi olan əmr, sərəncam və yazılı göstərişlər verir;

5.9.11. Akademiyanın işçilərinə hərbi və xüsusi rütbələrin verilməsi barədə Nazirliyə təqdimat verir;

5.9.12. Akademiyanın rəis müavinlərinin və digər işçilərinin səlahiyyətlərini müəyyən edir, vəzifə təlimatlarını təsdiq edir;

5.9.13. Akademiyanın işçilərinin əməyinin ödənilməsini və onların həvəsləndirilməsini təşkil edir;

5.9.14. Akademiyada kargüzarlıq və arxiv işinin aparılmasını, dövlət sirrinin qorunmasını, təhlükəsizlik tədbirlərinin həyata keçirilməsini və məxfilik rejiminə riayət olunmasını təmin edir;

5.9.15. Akademiyada vətəndaşların qəbulunu və müraciətlərinə baxılmasını təmin edir;

5.9.16. Akademiyanın fəaliyyəti ilə bağlı Elmi Şuranın səlahiyyətlərinə aid edilməyən digər məsələləri həll edir.

5.10. Rəis özünün ayrı-ayrı səlahiyyətlərinin icrasını müvafiq əmrlə rəis müavinləri və Akademiyanın digər vəzifəli şəxslərinə həvalə edə bilər.

5.11. Akademiyanın fəaliyyətinin mühüm məsələlərinin müzakirəsi üçün Elmi Şura yaradılır.

5.12. Elmi Şuranın tərkibinə rəis (Elmi Şuranın sədri), rəis müavinləri, fakültə rəisləri, aparıcı kafedraların rəisləri (müdirləri) və digər mütəxəssislər daxil edilirlər.
Elmi Şuranın tərkibinə, həmçinin Nazirliyin rəhbərliyi ilə razılaşdırılmaqla Nazirliyin struktur bölmələrinin rəhbərləri daxil edilə bilər.

5.13. Elmi Şuranın tərkibi rəisin təqdimatı ilə Nazir tərəfindən təsdiq edilir. Elmi Şuranın üzvlərinin səlahiyyət müddəti 5 ildir. Elmi Şuranın üzvlərinin səlahiyyətlərinə Elmi Şuranın qərarı ilə vaxtından əvvəl xitam verilə bilər.

5.14. Elmi Şuranın fəaliyyəti qanunvericiliyə uyğun olaraq təşkil edilir. Elmi Şura ictimai əsaslarla fəaliyyət göstərir.

5.15. Elmi Şuranın qərarı rəisin əmri ilə təsdiq olunur.

5.16. Elmi Şura:

5.16.1. tədris, təlim-tərbiyə, metodiki və elmi-tədqiqat işlərinin mühüm məsələlərini həll edir;

5.16.2. kadrların hazırlanması və əlavə təhsili istiqamətində təkliflər verir; [6]

5.16.3. tədris planları və proqramlarının layihələrini, metodiki, təlim-tərbiyə, elmi-tədqiqat, redaksiya-nəşriyyat işlərinin və elmi-pedaqoji kadrların əlavə təhsili planlarının layihələrini müzakirə edir; [7]

5.16.4. Akademiyanın və onun müvafiq struktur bölmələrinin hesabatını dinləyir;

5.16.5. dərsliklərin, dərs vəsaitlərinin, monoqrafiyaların, elmi və elmi-metodiki ədəbiyyatın digər növlərinin layihələrini müzakirə edir;

5.16.6. yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanması istiqamətində iş aparır;

5.16.7. Akademiyanın işçilərinə elmi və elmi-pedaqoji fəaliyyətə görə elmi adların verilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”yə uyğun olaraq vəsatət qaldırır; [8]

5.16.8. qanunvericiliyə uyğun olaraq dissertasiyaların mövzularını müəyyən edir; [9]

5.16.9. Akademiyanın maddi-texniki bazasını təkmilləşdirmək və inkişaf etdirmək tədbirlərini müzakirə edir;

5.16.10. adlı təqaüdlərin verilməsi üçün kursant (müdavim) və dinləyicilər sırasından namizədləri təsdiq edir;

5.16.11. Akademiyanın struktur bölmələrinin fəaliyyətini tənzimləyən əsasnamələri qəbul edir;

5.16.12. Akademiyaya müvafiq ixtisaslar üzrə qəbul və namizədlərin seçilməsi qaydaları barədə rəisə təkliflər verir; [10]

5.16.13. Akademiyanın nizamnaməsinə dəyişikliklər və əlavələr edilməsi barədə təkliflərə baxır;

5.16.14. elmi-tədqiqatların prioritet istiqamətlərini müəyyən edir, elmi-tədqiqat planlarını və onların yerinə yetirilməsi üzrə hesabatları, pedaqoji kadrların hazırlanması və əlavə təhsili planlarını təsdiq edir; [11]

5.16.15. müraciət etmiş şəxslər sırasından doktoranturaya qəbul, dissertant təhkim olunma,  habelə yaradıcılıq məzuniyyətlərinin verilməsi üçün namizədləri tövsiyə edir; [12]

5.16.16. Akademiyanın fəxri adlarını təsis edir və həmin adları verir;

5.16.17. Akademiyanın yerli və beynəlxalq assosiasiyalara, digər birliklərə daxil olması və onlardan çıxması məsələlərinə dair təkliflər verir;

5.16.18. səlahiyyətlərinə aid edilmiş digər məsələlərə baxır.

 

VI. AKADEMİYADA TƏDRİS İŞİNİN TƏŞKİLİ

 

6.1. Akademiyaya qəbul qanunvericiliyə uyğun olaraq həyata keçirilir.

6.2. Akademiyada tədris işinin məqsədi tədris və təcrübə məşğələlərini keçirməkdən, peşəkarlıq keyfiyyətlərinə malik xüsusi ixtisaslı kadrlar hazırlamaqdan ibarətdir.

6.3. Tədris işi Elmi Şura tərəfindən qəbul və müəyyən olunmuş qaydada təsdiq edilmiş peşə təhsili proqramlarına və tədris planlarına müvafiq təşkil olunur və qanunvericiliyə uyğun standartlar tətbiq edilməklə aparılır.

6.4. Akademiyada tədris, təlim və qiymətləndirmənin qanunvericiliklə müəyyən olunmuş formalarından istifadə edilir.

6.5. Akademiyada tədris əyani və qiyabi formalarda təşkil olunur.

6.6. Akademiya tədris prosesinin forma, metod və vasitələrini müəyyən edərkən, peşə təhsili proqramlarının və tədris planının tam həcmdə mənimsənilməsinə şəraiti təmin edir.

6.7. Akademiyada təlim-tərbiyə işinin məqsədi kursant (müdavim) və dinləyicilərdə yüksək vətəndaşlıq məsuliyyəti hissini aşılamaqdan, onları vətənpərvərlik, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, insan hüquq və azadlıqlarına hörmət ruhunda tərbiyə etməkdən, onlarda peşə və mənəvi-psixoloji keyfiyyətlər formalaşdırmaqdan ibarətdir.

6.8. Akademiyada metodiki işin məqsədi təhsilin səmərəli forma və metodlarından, müasir texnologiya və texniki vasitələrdən istifadə etməklə təhsil prosesinin elmi təşkilini işləyib hazırlamaqdan, fövqəladə hallar orqanlarının iş təcrübəsini, normativ sənədləri və pedaqoji fəaliyyətin qabaqcıl nümunələrini öyrənmək, ümumiləşdirmək və təhsil prosesinə tətbiq etməkdən, metodiki materialları elmi əsaslarla hazırlamaqdan, tədris-təlim prosesinin maddi-texniki təminatını təkmilləşdirməkdən ibarətdir.

6.9. Akademiyada kadrların əlavə təhsilinin məqsədi əməkdaşların peşə hazırlığını, qabaqcıl metodlara əsaslanan nəzəri biliklərinin və təcrübələrinin artırılmasını təmin etməkdən ibarətdir. [13]

6.10. Akademiya kadrların əlavə təhsilini qanunvericiliyə uyğun olaraq təşkil edir və aparır. [14]

 

VII. AKADEMİYANIN ELMİ-TƏDQİQAT FƏALİYYƏTİ

 

7.1. Akademiyada elmi-tədqiqat fəaliyyətinin məqsədi aşağıdakılardır:

7.1.1. fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi araşdırmaların aparılmasını, elmi-tədqiqat, elmi-texniki və digər işlərin həyata keçirilməsini təmin etmək; [15]

7.1.2. elmi xarakterli tapşırıqları icra etmək;

7.1.3. kadrlarının elmi potensiallarından səmərəli istifadə etmək yolu ilə təlimin keyfiyyətini yüksəltmək;

7.1.4. professor-müəllim heyətinin ixtisas səviyyəsini artırmaq;

7.1.5. elmi-tədqiqatların nəticələrinin və nailiyyətlərinin tətbiqini təşkil etmək;

7.1.6. tədris və elmi proseslərin vəhdətini təmin etmək;

7.1.7. elmi-tədqiqat işlərinin nəticələrini tədris prosesində və aidiyyəti dövlət orqanlarının və təşkilatlarının təcrübi fəaliyyətində tətbiq etmək;

7.1.8. elmi-tədqiqat işlərinin əsas istiqamətləri üzrə milli və beynəlxalq təcrübəni öyrənmək və ümumiləşdirmək;

7.1.9. müraciət əsasında dövlət və qeyri-dövlət qurumları üçün analitik, məsləhət və proqnozlaşdırma fəaliyyətini həyata keçirmək;

7.1.10. normativ hüquqi aktların layihələrinin hazırlanmasında və ekspertizasının keçirilməsində iştirak etmək;

7.1.11. milli və xarici ekspertlərin iştirakı ilə elmi seminarlar, konfranslar, simpoziumlar və konqreslər keçirmək.

7.2. Akademiyada elmi tədqiqat işlərinin istiqamətləri Elmi Şura tərəfindən müəyyən olunur.

7.3. Akademiyanın elmi-tədqiqat fəaliyyəti Nazirliklə razılaşdırılmaqla Elmi Şura tərəfindən təsdiq olunmuş perspektiv və cari planlara uyğun olaraq həyata keçirilir.

7.4. Akademiya elmi-tədqiqat fəaliyyətini qanunvericiliyə uyğun olaraq həyata keçirir.

 

VIII. AKADEMİYANIN DAİMİ HEYƏTİ

 

8.1. Akademiyanın daimi heyəti rəhbərlikdən, professor-müəllim heyətindən, elmi işçilərdən və ştat cədvəli ilə müəyyən olunmuş digər işçilərdən ibarətdir.

8.2. Akademiyanın daimi heyətinə aid vəzifələrə kadrların təyin və azad edilməsi Nazir tərəfindən həyata keçirilir.

8.3. Professor-müəllim heyəti və elmi işçi vəzifələrinə peşə hazırlığına, sağlamlığına və mənəvi keyfiyyətlərinə görə müasir tələblərə uyğun dərs demək və elmi tədqiqatlar aparmaq bacarığına malik şəxslər təyin edilirlər.

8.4. Elmi ad və elmi dərəcəyə, müvafiq ali təhsilə, pedaqoji təcrübəyə malik şəxslər professor-müəllim heyəti vəzifələrinə təyinat zamanı üstünlüyə malikdirlər. [16]

8.5. Akademiyanın daimi heyətinə daxil olan şəxslərin əməyinin ödənilməsi və digər təminatları qanunvericiliyə uyğun olaraq müəyyən edilir.

8.6. Akademiyanın daimi heyətinə daxil olan şəxslərə qanunvericiliyə uyğun olaraq həvəsləndirmə tədbirləri tətbiq edilə bilər.

8.7. Daxili intizam qaydalarını və əmək intizamını pozduqlarına görə Akademiyanın daimi heyətinə daxil olan şəxslərə qanunvericiliyə uyğun olaraq intizam tədbirləri tətbiq edilə bilər.

8.8. Akademiyanın professor-müəllim heyəti və elmi işçiləri aşağıdakı vəzifələri yerinə yetirirlər:

8.8.1. Akademiyanın fəaliyyət istiqamətləri üzrə vəzifələrin həyata keçirilməsini təmin etmək;

8.8.1-1. təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək; [17]

8.8.2. təhsil proqramlarının (kurikulumların) mənimsənilməsini təmin etmək, keyfiyyətli təhsil vermək, kursant (müdavim) və dinləyicilərin bilik və bacarıqlarını obyektiv qiymətləndirmək; [18]

8.8.3. dəyişən heyəti fiziki və psixi zorakılığın bütün formalarından qorumaq, zərərli vərdişlərdən çəkindirmək, onların təhlükəsizliyinin və sağlamlığının mühafizəsində iştirak etmək;

8.8.4. dəyişən heyətdə fəal vətəndaş mövqeyi formalaşdırmaq, onları vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə etmək, müstəqil həyata və əmək fəaliyyətinə hazırlamaq;

8.8.5. dəyişən heyətdə Azərbaycan Respublikasının müstəqilliyinə, Konstitusiyasına və qanunlarına, dövlət rəmzlərinə, Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, dilinə, adət və ənənələrinə, milli və ümumbəşəri dəyərlərə, cəmiyyətə, ətraf mühitə hörmət və qayğı hissləri aşılamaq;

8.8.6. etik davranış qaydalarına, pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək;

8.8.7. elmi iş aparmaq, onun nəticələrinin tədris prosesinə və Nazirliyin qurumlarının praktiki iş fəaliyyətinə tətbiqində iştirak etmək, kursant (müdavim) və dinləyiciləri bu işə cəlb etmək;

8.8.8. ixtisas və elmi-pedaqoji səviyyəsini yüksəltmək, elmi araşdırmalar aparmaq, qabaqcıl pedaqoji təcrübəni, müasir interaktiv təlim metodlarını, innovasiyaları öyrənmək və tətbiq etmək, əlavə məşğələlər keçirmək;

8.8.9. daxili intizam qaydalarına əməl etmək və əmək müqaviləsi ilə müəyyənləşdirilmiş əmək funksiyalarını yerinə yetirmək; [19]

8.8.10. qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

8.9. Akademiyanın professor-müəllim heyəti və elmi işçiləri aşağıdakı hüquqlara malikdirlər:

8.9.1. tədris prosesinin təmin olunmasına yönəldilən tədris vasitə və metodlarını, tədrisin formasını sərbəst seçmək, tədris-metodik vəsaitlərlə təmin olunmaq; [20]

8.8.9-1. dəyişən heyətin şərəf və ləyaqətinə hörmət etmək;

8.8.9-2. Akademiyanın rəhbərliyi, psixoloqu və həmkarları ilə əməkdaşlıq etmək, dəyişən heyətin təlimi və inkişafı ilə bağlı məsləhətləşmələr aparmaq;

8.8.9-3. attestasiyadan keçmək; [21]

8.9.2. Akademiyada vəzifə tutmaq, seçkili vəzifələrə seçmək və seçilmək; [22]

8.9.2-1. normal əmək, elmi-pedaqoji iş və təhsil şəraiti ilə, müasir standartlara cavab verən texnologiyalarla təmin olunmaq;

8.9.2-2. bu Nizamnaməyə uyğun olaraq, təhsil prosesinin təşkilində və idarə olunmasında fəal iştirak etmək, təkliflər irəli sürmək;

8.9.2-3. şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək;

8.9.2-4. əlavə təhsil almaq və elmi dərəcəsini yüksəltmək;

8.9.2-5. qanunlara və Azərbaycan Respublikası Prezidentinin aktlarına uyğun olaraq mükafatlandırılmaq və təltif olunmaq; [23]

8.9.3. Akademiyanın laboratoriyalarından, kabinetlərindən, auditoriyalarından, kitabxanalarından, habelə kompyuter və digər texniki vasitələrindən istifadə etmək;

8.9.4. müşavirələrdə, seminarlarda, konfranslarda və digər bu kimi tədbirlərdə iştirak etmək;

8.9.5. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

8.10. Professor-müəllim heyətinə və elmi işçilərə fəxri adların verilməsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilir.

8.11. Nazirliyin və Akademiyanın yüksək ixtisaslı işçilərə olan tələbatı nəzərə alınaraq Akademiyada qanunvericiliyə uyğun olaraq elmi-pedaqoji və elmi kadrların hazırlığı təşkil edilir və həyata keçirilir.

8.12. Akademiyanın professor-müəllim heyətinin ixtisasının artırılması tədris-metodik və elmi işin bütün növlərinin aparılması zamanı, həmçinin ixtisas biliklərinin təkmilləşdirilməsi üçün müstəqil iş prosesində həyata keçirilir.

8.13. Akademiyanın professor-müəllim heyətinin əlavə təhsili Nazirliyin qurumlarında, ixtisasartırma və kadrların yenidən hazırlanması müəssisələrində və elmi-tədqiqat idarələrində həyata keçirilir. [24]

8.14. Akademiyanın daimi heyətinə daxil olan digər işçilərin əmək münasibətləri, onların hüquq və vəzifələri Azərbaycan Respublikasının normativ hüquqi aktları, Akademiyanın daxili qaydaları və vəzifə təlimatları ilə müəyyən edilir.

8.15. Akademiya “Elm haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dissertasiya şuraları yaratmaq hüququna malikdir. [25]

 

IX. AKADEMİYANIN DƏYİŞƏN HEYƏTİ

 

9.1. Akademiyanın dəyişən heyəti Akademiyada təhsil alan kursantlardan (müdavimlərdən), dinləyicilərdən və doktorantlardan (dissertantlardan) ibarətdir.

9.2. Kursantlar (müdavimlər) – Akademiyada əyani formada təhsil alan şəxslərdir.

9.3. Dinləyicilər – Akademiyada ixtisasını artıran və yenidən hazırlıq keçən, həmçinin Akademiyada qiyabi formada təhsil alan şəxslərdir.

9.4. Doktorantlar (dissertantlar) – Akademiyanın müvafiq struktur bölməsində xüsusi elmi hazırlıq keçən şəxslərdir. [26]

9.5. Kursantlar (müdavimlər) hərbi qeydiyyatdan çıxarılaraq Nazirliyin xüsusi qeydiyyatında saxlanılırlar və həqiqi hərbi xidmətdə hesab edilirlər. Kursantlar həqiqi hərbi xidmətdə hesab edilirlər. [27]

9.6. Akademiyaya qəbul edilənədək müddətli həqiqi hərbi xidmət keçməmiş kursantlar (müdavimlər) hərbi hazırlıq kursu keçdikdən sonra onlara müvafiq hərbi və ya xüsusi rütbə verilir. Akademiyaya qəbul edilənədək hərbi və ya xüsusi rütbəsi olan şəxslərin həmin rütbələri saxlanılır. [28]

9.7. Akademiyanın dəyişən heyəti aşağıdakı hüquqlara malikdirlər:

9.7.1. mənəvi-psixoloji cəhətdən sağlam pedaqoji mühitdə dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq;

9.7.2. Akademiyanın mövcud infrastrukturundan (tədris-istehsalat, elmi tədqiqat, informasiya, mədəni-məişət, idman, sağlamlıq mərkəzlərindən, laboratoriyalardan, kitabxanalardan və s.) istifadə etmək;

9.7.3. elmi tədqiqat fəaliyyəti ilə məşğul olmaq;

9.7.4. müəyyən edilmiş qaydada təhsil müəssisəsini və ixtisasını dəyişmək;

9.7.5. təhsil prosesinin təşkilində və idarə olunmasında fəal iştirak etmək, öz fikir və mülahizələrini sərbəst ifadə etmək;

9.7.6. Akademiyanın elmi, ictimai, sosial və mədəni həyatında, elmi cəmiyyətlərin, dərnəklərin, assosiasiyaların, birliklərin və digər təşkilatların yaradılmasında iştirak etmək; [29]

9.7.7. Akademiyanın səhiyyə və sağlamlıq xidmətindən istifadə etmək; [30]

9.7.8. təhsillə bağlı inkişafyönlü tədbirlərdə (olimpiada, bilik yarışları, fənn müsabiqələri, konfrans, seminar, proqram və layihələrdə) iştirak etmək; [31]

9.7.9. təhsildə, elmi-tədqiqat işində müvəffəqiyyətlərinə və Akademiyanın ictimai həyatında fəal iştirakına görə mükafatlandırılmaq, təltif olunmaq;

9.7.9-1. həyat və sağlamlığı üçün təhlükəsiz və zərərsiz təhsil şəraiti ilə təmin olunmaq;

9.7.9-2. şərəf və ləyaqəti aşağılayan fiziki, mənəvi və psixoloji zorakılıq hallarından, insan hüquqlarına zidd hərəkətlərdən müdafiə olunmaq;

9.7.9-3. biliyinin yenidən qiymətləndirilməsini tələb etmək;

9.7.9-4. “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ödənişsiz psixoloji yardım almaq; [32]

9.7.10. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

9.8. Akademiyanın dəyişən heyətinin vəzifələri aşağıdakılardır:

9.8.1. təhsil sahəsində qanunvericiliyin tələblərinə, etik normalara və təlim-tərbiyə prosesi ilə bağlı qaydalara əməl etmək;

9.8.2. dövlət təhsil standartlarına uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmək;

9.8.3. üzrsüz səbəblərdən dərsdənyayınma hallarına yol verməmək, verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək;

9.8.4. daimi heyətin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;

9.8.5. dövlət və xidməti sirri qorumaq;

9.8.6. Akademiyanın əmlakını, kitabxana fondunu qorumaq, ərazidə, tədris və digər otaqlarda təmizliyə və qaydalara riayət etmək;

9.8.7. texnika və digər vasitələrdən istifadə zamanı təhlükəsizlik, o cümlədən yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etmək;

9.8.8. Akademiyanın ərazisindən kənarda kursant (müdavim) adını uca tutmaq, ictimai-asayiş qaydalarına, vətəndaşlarla münasibətdə etik davranış qaydalarına riayət etmək; [33]

9.8.9. dövlət, cəmiyyət, ailə və özü qarşısında məsuliyyətini dərk etmək; [34]

9.8.10. Akademiyanın ənənələrini qorumaq və artırmaq;

9.8.10-1. sağlam həyat tərzi keçirmək; [35]

9.8.11. qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

9.9. Dəyişən heyətin tərkibinə daxil olan şəxslər göstəricilərinə, elmi-tədqiqat işlərində fəal iştirakına və xidməti borclarını nümunəvi yerinə yetirdiklərinə görə qanunvericiliyə uyğun olaraq həvəsləndirilirlər.

9.10. Dərs əlaçıları olan, elmi-tədqiqat işlərində fəal iştirak edən kursantlar (müdavimlər) adlı təqaüdlərlə mükafatlandırıla bilərlər.

9.11. Dəyişən heyətin tərkibinə daxil olan şəxslərə intizam qaydalarını pozduqlarına və təhsildə müvəffəqiyyətsizliyə görə intizam tədbirləri (məzəmmət, töhmət və s.) tətbiq edilə bilər.

9.12. Dəyişən heyətin tərkibinə daxil olan şəxslərə həvəsləndirmə və intizam tədbirləri Nazirlik tərəfindən müəyyən edilmiş qaydada tətbiq edilir.

9.13. Dəyişən heyətin tərkibinə daxil olan şəxslər aşağıda göstərilən əsaslardan biri olduqda Akademiyadan xaric edilə bilərlər:

9.13.1. öz arzusu ilə;

9.13.2. digər təhsil müəssisəsinə keçirilməsi ilə əlaqədar;

9.13.3. səhhətinə görə (xüsusi-həkim ekspertiza komissiyasının qərarına əsasən);

9.13.4. təhsil alanı Akademiyaya göndərən qurumun qərarına əsasən;

9.13.5. təhsildə müvəffəqiyyətsizliyə görə;

9.13.6. bu Nizamnaməni və Akademiyanın daxili iltizam qaydalarını kobudcasına və ya dəfələrlə pozduqlarına görə.

9.14. Dəyişən heyətin tərkibinə daxil olan şəxslərin başqa təhsil müəssisələrinə keçirilməsi, Akademiyadan xaric edilməsi və Akademiyaya bərpa olunması qanunvericiliyə uyğun olaraq həyata keçirilir.

9.15. Dövlət buraxılış imtahanlarını müvəffəqiyyətlə vermiş məzunlara qanunvericiliyə uyğun olaraq dövlət imtahan komissiyasının qərarı ilə müvafiq ixtisas dərəcəsi verilir, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan təhsil haqqında dövlət sənədi – diplom və döş nişanı təqdim olunur. [36]

9.16. Əyani təhsil almış məzunlara qanunvericiliyə uyğun olaraq “leytenant” hərbi rütbəsi, müdavim olmuş məzunlara isə həmçinin müvafiq xüsusi rütbə verilir. [37]

9.17. Akademiyada müvafiq əlavə təhsil proqramlarının sonunda şəxslərə qanunvericiliyə uyğun olaraq müvafiq sənəd verilir. [38]

9.18. Akademiyaya müvafiq ixtisaslar üzrə qəbulu Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir. [39]

9.18-1. Nazirlik qəbul planı barədə təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir. Azərbaycan Respublikasının Nazirlər Kabineti isə qəbul planı barədə təkliflərini Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyaya təqdim edir. [40]

9.19. Akademiyaya qəbul olunmaq istəyən şəxslər Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun tələblər əsasında, Nazirlik tərəfindən müəyyən edilmiş qaydada seçildikdən sonra Akademiyaya qanunvericiliyə uyğun olaraq keçirilən qəbul imtahanlarında iştirak edə bilərlər.

 

X. AKADEMİYANIN BEYNƏLXALQ ƏMƏKDAŞLIĞI

 

Akademiya xarici əlaqələri və beynəlxalq əməkdaşlığı, Akademiyada xarici ölkə vətəndaşlarının təhsili və ixtisasartırmalarını dövlətlərarası müqavilələr, Nazirlik ilə xarici ölkələrin aidiyyəti dövlət orqanları arasında bağlanmış sazişlər əsasında həyata keçirir.

 

XI. AKADEMİYANIN MALİYYƏ-TƏSƏRRÜFAT FƏALİYYƏTİ

 

11.1. Akademiya dövlət büdcəsindən ayrılan vəsaitlərlə yanaşı ödənişli təhsildən, bağlanmış müqavilələr əsasında ödənişli əsaslarla digər təşkilatların işçilərinin əlavə təhsilindən, həmçinin elmi-tədqiqat işlərindən və qanunvericiliklə nəzərdə tutulan digər mənbələrdən vəsaitlər əldə edə bilər. [41]

11.2. Akademiya öz vəzifələrini yerinə yetirmək məqsədi ilə büdcədənkənar vəsaitləri, qrantları, fiziki və hüquqi şəxslərin, o cümlədən xarici fiziki və hüquqi şəxslərin, beynəlxalq təşkilatların məqsədli ianələrini istifadə etməklə xüsusi fondlar yaratmaq və onlardan istifadə etmək hüququna malikdir.

11.3. Akademiyanın maddi-texniki bazasını torpaq sahələri, binalar, tikililər, müxtəlif qurğular, laboratoriya avadanlığı, tədrisin texniki vasitələri, dərsliklər, dərs vəsaitləri, digər metodiki materiallar, elmi və bədii ədəbiyyat, xüsusi texnika, nəqliyyat vasitələri, maşın və avadanlıqlar, tədris-idman bazaları, habelə başqa maddi-texniki təchizat vasitələri təşkil edir.

11.4. Akademiya ona ianə şəklində verilən pul vəsaitləri, əmlak və başqa mülkiyyət obyektləri, habelə Akademiyanın öz fəaliyyətindən əldə etdiyi gəlirlər və bu gəlirlər hesabına əldə edilən əmlak və qeyri-əmlak hüququ obyektləri üzərində mülkiyyət hüququna malikdir.

11.5. Akademiyaya təhkim edilmiş torpaq sahələri onun daimi istifadəsindədir.

11.6. Akademiya əldə edilən gəlirlərdən və mülkiyyət obyektlərindən tədris, elmi və maddi bazanın inkişafı, işçilərin sosial-məişət şəraitinin yaxşılaşdırılması, habelə öz fəaliyyəti ilə bağlı digər ehtiyaclar üçün qanunvericiliyə uyğun olaraq istifadə edir.

11.7. Akademiyanın daimi heyətinə daxil olan şəxslərin əmək haqqının miqdarı və forması Akademiya işçilərinin əmək haqqı fondu hədlərində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müəyyən edilir. Akademiyanın öz maliyyə vəsaitləri hesabına vəzifə maaşlarına əlavə ödəniş və artırmalar müəyyən oluna, mükafatlar və digər həvəsləndirici ödənişlər verilə bilər. Artırmaların, əlavə ödənişlərin, mükafatların və digər ödənişlərin miqdarı üçün son hədd qoyulmur və onların miqdarını Akademiya müəyyən edir.

11.8. Kursantların (müdavimlərin) pul, geyim, ərzaq və yaşayış yeri (yataqxana, kazarma) təminatı qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən həyata keçirilir.

11.9. Akademiya öz fəaliyyətinin nəticələrinin uçotunu aparır, müəyyən olunmuş qaydada statistik və maliyyə hesabatlarını aidiyyəti üzrə təqdim edir, Nazirlik qarşısında fəaliyyətinin nəticələri barədə hesabat verir.

 

XII. AKADEMİYANIN YENİDƏN TƏŞKİLİ VƏ LƏĞV EDİLMƏSİ

 

Akademiyanın yenidən təşkili və ləğvi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85)

2.       11 iyun 2013-cü il tarixli 904 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 12 iyun 2013-cü il, № 127; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 06, maddə 632)

3.       11 fevral 2015-ci il tarixli 464 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 12 fevral 2015-ci il, № 033, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 2, maddə 126)

4.       15 fevral 2016-cı il tarixli 774 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 23 fevral 2016-cı il, № 41; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 238)

5.       7 sentyabr 2016-cı il tarixli 1041 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1478)

6.       15 may 2017-ci il tarixli 1380 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 18 may 2017-ci il, № 105, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 784)

7.       21 iyul 2017-ci il tarixli 1549 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 25 iyul 2017-ci il, № 158, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №7 , maddə 1359)

8.       1 mart 2019-cu il tarixli 560 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 3 mart 2019-cu il, № 51, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №3, maddə 401)

9.       27 fevral 2020-ci il tarixli 948 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 28 fevral 2020-ci il, № 45, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 106)

10.    5 fevral 2021-ci il tarixli 1281 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 6 fevral 2021-ci il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2 maddə 123)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə  təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Nizamnaməsi”nin 1.1-ci bənddə “ixtisaslarının artırılmasını və fövqəladə hallar sahəsində elmi tədqiqat işlərinin aparılmasını təmin edən dövlət ali təhsil-elm müəssisəsidir” sözləri “əlavə təhsilini, fövqəladə hallar sahəsində fundamental və tətbiqi elmi tədqiqatları aparan ali təhsil müəssisəsidir” sözləri ilə əvəz edilmişdir.

 

21 iyul 2017-ci il tarixli 1549 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 25 iyul 2017-ci il, № 158, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №7 , maddə 1359) ilə “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Nizamnaməsi”nin 1.1-ci bənddə və 3.1.8-ci yarımbənddə “fundamental” sözündən sonra “, nəzəri-metodoloji, pedaqoji-metodiki” sözləri əlavə edilmişdir.

 

[2] 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə  təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Nizamnaməsi”nin 2.1.2-ci bənddə “ixtisaslarının artırılması və yenidən hazırlanması” sözləri “əlavə təhsilinin həyata keçirilməsi” sözləri ilə əvəz edilmişdir.

 

[3] 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə  təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Nizamnaməsi”nin 3.1.2-ci bənddə “ixtisaslarının artırılmasını və yenidən hazırlanmasını” sözləri “əlavə təhsilini” sözləri ilə əvəz edilmişdir.

 

[4] 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə  təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Nizamnaməsi”nin 3.1.9-cu bənddə “ixtisaslarının artırılması” sözləri “əlavə təhsili” sözləri ilə əvəz edilmişdir.

 

[5] 7 sentyabr 2016-cı il tarixli 1041 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1478) ilə “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Nizamnaməsi”nin 5.5-ci bəndində “və üç rəis müavinindən” sözləri “,bir birinci müavindən və iki müavindən” sözləri ilə əvəz edilmişdir.

 

[6] 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə  təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Nizamnaməsi”nin  5.16.2-ci bənddə “, yenidən hazırlanması və ixtisaslarının artırılmasını təkmilləşdirmək” sözləri “ əlavə təhsili” sözləri ilə əvəz edilmişdir.

 

[7] 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə  təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Nizamnaməsi”nin  5.16.3-cü bənddə “ixtisaslarının artırılması” sözləri “əlavə təhsili” sözləri ilə əvəz edilmişdir.

 

[8] 27 fevral 2020-ci il tarixli 948 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 28 fevral 2020-ci il, № 45, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 106) ilə “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Nizamnaməsi”nin 5.16.7-ci yarımbəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

5.16.7. Akademiyanın elmi-pedaqoji işçilərinə elmi adların verilməsi üçün qanunvericiliklə müəyyən olunmuş qaydada vəsatət qaldırır;

 

[9] 27 fevral 2020-ci il tarixli 948 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 28 fevral 2020-ci il, № 45, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 106) ilə “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Nizamnaməsi”nin 5.16.8-ci yarımbəndində “təsdiq” sözü “müəyyən” sözü ilə əvəz edilmişdir.

 

[10] 1 mart 2019-cu il tarixli 560 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 3 mart 2019-cu il, № 51, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №3, maddə 401) ilə “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Nizamnaməsi”nin 5.16.12-ci yarımbəndində “qəbul planı” sözləri “müvafiq ixtisaslar üzrə qəbul” sözləri ilə əvəz edilmişdir.

 

[11] 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə  təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Nizamnaməsi”nin 5.16.14-cü bənddə “yenidən hazırlanması” sözləri “əlavə təhsili” sözləri ilə əvəz edilmişdir.

 

[12] 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə  təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Nizamnaməsi”nin 5.16.15-ci bənddə “(dissertanturaya) qəbul,” sözləri “qəbul, dissertant təhkim olunma,” sözləri ilə əvəz edilmişdir.

 

[13] 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə  təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Nizamnaməsi”nin 6.9-cu bənddə “ixtisasının artırılmasının və yenidən hazırlanmasının” sözləri “əlavə təhsilinin” sözləri ilə əvəz edilmişdir.

 

[14] 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə  təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Nizamnaməsi”nin 6.10-cu bənddə “ixtisasının artırılmasını və yenidən hazırlanmasını” sözləri “əlavə təhsilini” sözləri ilə əvəz edilmişdir.

 

[15] 21 iyul 2017-ci il tarixli 1549 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 25 iyul 2017-ci il, № 158, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №7 , maddə 1359) ilə “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Nizamnaməsi”nin 7.1.1-ci yarımbənddə “və tətbiqi-nəzəri” sözləri “, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi” sözləri ilə əvəz edilmişdir.

 

[16] 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə  təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Nizamnaməsi”nin 8.4-cü bənddə “alimlik dərəcələrinə” sözləri “elmi dərəcəyə” sözləri ilə əvəz edilmişdir.

 

[17] 5 fevral 2021-ci il tarixli 1281 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 6 fevral 2021-ci il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2 maddə 123) ilə “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Nizamnaməsi”nə yeni məzmunda 8.8.1-1-ci yarımbənd əlavə edilmişdir.

 

[18] 5 fevral 2021-ci il tarixli 1281 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 6 fevral 2021-ci il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2 maddə 123) ilə “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Nizamnaməsi”nin 8.8.2-ci yarımbənddə “tədrisin yüksək səviyyədə aparılmasını, tədris planları və proqramlarının səmərəli və tam yerinə yetirilməsini təmin etmək” sözləri “təhsil proqramlarının (kurikulumların) mənimsənilməsini təmin etmək, keyfiyyətli təhsil vermək” sözləri ilə əvəz edilmişdir.

 

[19] 5 fevral 2021-ci il tarixli 1281 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 6 fevral 2021-ci il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2 maddə 123) ilə “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Nizamnaməsi”nin 8.8.3 – 8.8.6-cı, 8.8.8-ci və 8.8.9-cu yarımbəndlər yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

8.8.3. kursant (müdavim) və dinləyiciləri hərtərəfli tərbiyə etmək, mədəni və yaradıcı inkişafına şərait yaratmaq, onlarda zəruri peşə keyfiyyətlərini formalaşdırmaq;

8.8.4. mənəvi dəyərlərə - həqiqətə, ədalətə, vətənpərvərliyə, humanizmə və başqa keyfiyyətlərə məhəbbət aşılamaq;

8.8.5. Azərbaycanın və Azərbaycan xalqının tarixinə, milli mədəni dəyərlərinə dərin hörmət hissi yaratmaq;

8.8.6. pedaqoji etikaya, əxlaqa riayət etmək, kursant (müdavim) və dinləyicilərin ləyaqətinə, şərəfinə hörmətlə yanaşmaq;

8.8.8. öz elmi-nəzəri səviyyələrini, pedaqoji və peşə ixtisaslarını artırmaq;

8.8.9. Akademiyanın daxili intizam qaydalarına riayət etmək;

 

[20] 5 fevral 2021-ci il tarixli 1281 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 6 fevral 2021-ci il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2 maddə 123) ilə “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Nizamnaməsi”nin 8.9.1-ci yarımbənddə “seçmək və tətbiq etmək” sözləri “, tədrisin formasını sərbəst seçmək, tədris-metodik vəsaitlərlə təmin olunmaq” sözləri ilə əvəz edilmişdir.

 

[21] 5 fevral 2021-ci il tarixli 1281 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 6 fevral 2021-ci il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2 maddə 123) ilə “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Nizamnaməsi”nə yeni məzmunda 8.8.9-1 – 8.8.9-3-cü yarımbəndlər əlavə edilmişdir.

 

[22] 5 fevral 2021-ci il tarixli 1281 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 6 fevral 2021-ci il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2 maddə 123) ilə “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Nizamnaməsi”nin 8.9.2-ci yarımbənd yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

8.9.2. Elmi Şuraya seçmək və seçilmək;

 

[23] 5 fevral 2021-ci il tarixli 1281 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 6 fevral 2021-ci il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2 maddə 123) ilə “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Nizamnaməsi”nə yeni məzmunda 8.9.2-1 – 8.9.2-5-ci yarımbəndlər əlavə edilmişdir.

 

[24] 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə  təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Nizamnaməsi”nin 8.13-cü bənddə “ixtisasının artırılması” sözləri “əlavə təhsili” sözləri ilə əvəz edilmişdir.

 

21 iyul 2017-ci il tarixli 1549 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 25 iyul 2017-ci il, № 158, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №7 , maddə 1359) ilə “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Nizamnaməsi”nin 8.13-cü bəndindən “və elmi-tədqiqat idarələrində” sözləri çıxarılmışdır.

 

[25] 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə  təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Nizamnaməsi”nin 8.15-ci bənddə “alimlik dərəcələrini” sözləri “elmi dərəcə” sözləri ilə əvəz edilmişdir.

 

21 iyul 2017-ci il tarixli 1549 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 25 iyul 2017-ci il, № 158, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №7 , maddə 1359) ilə “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Nizamnaməsi”nin 8.15-ci bəndi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

8.15. Akademiyada elmi dərəcə almaq üçün dissertasiyaları müzakirə etmək məqsədi ilə müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış şura yaradıla bilər.

 

[26] 21 iyul 2017-ci il tarixli 1549 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 25 iyul 2017-ci il, № 158, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №7 , maddə 1359) ilə “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Nizamnaməsi”nin 9.4-cü bəndində “elmi və elmi-pedaqoji” sözləri “xüsusi elmi” sözləri ilə əvəz edilmişdir.

 

[27] 11 fevral 2015-ci il tarixli 464 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 12 fevral 2015-ci il, № 033, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 2, maddə 126) ilə 9.5-ci bənddə “və həqiqi hərbi xidmətdə hesab edilirlər” sözləri çıxarılmışdır və yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.

 

15 fevral 2016-cı il tarixli 774 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 23 fevral 2016-cı il, № 41; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 238) ilə 9.5-ci bəndində “uçotdan” sözü “qeydiyyatdan” sözü ilə, “uçotunda” sözü isə “xüsusi qeydiyyatında” sözləri ilə əvəz edilmişdir.

 

[28] 11 fevral 2015-ci il tarixli 464 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 12 fevral 2015-ci il, № 033, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 2, maddə 126) ilə 9.6-cı bənddən “(müdavimlər)” və “və ya xüsusi” sözləri çıxarılmışdır.

 

[29] 5 fevral 2021-ci il tarixli 1281 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 6 fevral 2021-ci il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2 maddə 123) ilə “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Nizamnaməsi”nin 9.7.1 – 9.7.6-cı yarımbəndlər yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

9.7.1. təhsilin, elmin, texnikanın və mədəniyyətin müasir səviyyəsinə uyğun müvafiq biliklərə yiyələnmək;

9.7.2. Akademiyanın tədris, maddi-texniki və sosial-məişət bazasından istifadə etmək;

9.7.3. elmi fəaliyyətin bütün sahələrində iştirak etmək;

9.7.4. elmi işlər nəşr etdirmək;

9.7.5. təhsilin təşkili, idarəolunması və təkmilləşdirilməsində iştirak etmək;

9.7.6. təhsilin, intizamın və məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı məsələlərin müzakirəsində, müəyyən olunmuş qaydada Elmi Şuranın işində, Akademiyada fəaliyyət göstərən özünüidarə orqanlarında, yaradıcılıq dərnəklərinin işində, idman bölmələrində iştirak etmək;

 

[30] 5 fevral 2021-ci il tarixli 1281 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 6 fevral 2021-ci il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2 maddə 123) ilə “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Nizamnaməsi”nin 9.7.7-ci yarımbənddən “və sağlamlıq” sözləri çıxarılmışdır.

 

[31] 5 fevral 2021-ci il tarixli 1281 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 6 fevral 2021-ci il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2 maddə 123) ilə “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Nizamnaməsi”nin 9.7.8-ci yarımbənd yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

9.7.8. Akademiyada keçirilən ictimai və mədəni-kütləvi tədbirlərdə iştirak etmək, diskussiya klubları, dəyirmi masalar təşkil edib keçirmək;

 

[32] 5 fevral 2021-ci il tarixli 1281 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 6 fevral 2021-ci il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2 maddə 123) ilə “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Nizamnaməsi”nə yeni məzmunda 9.7.9-1 – 9.7.9-4-cü yarımbəndlər əlavə edilmişdir.

 

[33] 5 fevral 2021-ci il tarixli 1281 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 6 fevral 2021-ci il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2 maddə 123) ilə “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Nizamnaməsi”nin 9.8.8-ci yarımbənddən “, vətəndaşlarla münasibətdə etik davranış qaydalarına” sözləri çıxarılmışdır.

 

[34] 5 fevral 2021-ci il tarixli 1281 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 6 fevral 2021-ci il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2 maddə 123) ilə “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Nizamnaməsi”nin 9.8.1 – 9.8.4-cü yarımbəndlər və 9.8.9-cu yarımbənd yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

9.8.1. qanunlara əməl etmək, bu Nizamnaməni, habelə Akademiyanın daxili iltizam qaydalarını bilmək və yerinə yetirmək;

9.8.2. ixtisas üzrə nəzəri biliklərə və əməli vərdişlərə yiyələnmək, biliklərini daim artırmaq və dərinləşdirmək;

9.8.3. tədris tapşırıqlarını müəyyən edilmiş müddətlərdə yerinə yetirmək;

9.8.4. əxlaq və etik normalara, birgə yaşayış qaydalarına riayət etmək;

9.8.9. dövlət maraqlarının, insan və vətəndaş hüquq və azadlıqlarının fəal müdafiəçisi olmaq, özündə yüksək mənəvi keyfiyyətlər tərbiyə etmək;

 

[35] 5 fevral 2021-ci il tarixli 1281 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 6 fevral 2021-ci il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2 maddə 123) ilə “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Nizamnaməsi”nin yeni məzmunda 9.8.10-1-ci yarımbənd əlavə edilmişdir.

 

[36] 5 fevral 2021-ci il tarixli 1281 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 6 fevral 2021-ci il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2 maddə 123) ilə “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Nizamnaməsi”nin 9.15-ci bənddə “təhsil sənədi” sözləri “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan təhsil haqqında dövlət sənədi – diplom” sözləri ilə əvəz edilmişdir.

 

[37] 11 fevral 2015-ci il tarixli 464 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 12 fevral 2015-ci il, № 033, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 2, maddə 126) ilə 9.16-cı bənddə “və ya” sözləri “, müdavim olmuş məzunlara isə həmçinin” sözləri ilə əvəz edilmişdir.

 

[38] 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə  təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Nizamnaməsi”nin 9.17-ci bənddə “ixtisasın artırılması və yenidən hazırlanma təlimlərinin yekununda” sözləri “müvafiq əlavə təhsil proqramlarının sonunda” sözləri ilə əvəz edilmişdir.

 

[39] 11 iyun 2013-cü il tarixli 904 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 12 iyun 2013-cü il, № 127; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 06, maddə 632) ilə 9.18-ci bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

9.18. Akademiyaya qəbul planı Nazirliyin ehtiyacları əsasında hazırlanır və qanunvericiliyə uyğun olaraq təsdiq edilir.

 

15 may 2017-ci il tarixli 1380 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 18 may 2017-ci il, № 105, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 784) ilə “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Nizamnaməsi”nin 9.18-ci bəndində “Prezidenti yanında Təhsil üzrə Komissiya” sözləri “Nazirlər Kabineti” sözləri ilə əvəz edilmişdir.

 

1 mart 2019-cu il tarixli 560 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 3 mart 2019-cu il, № 51, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №3, maddə 401) ilə “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Nizamnaməsi”nin 9.18-ci bəndində “qəbul planını” sözləri “müvafiq ixtisaslar üzrə qəbulu” sözləri ilə əvəz edilmişdir.

 

[40] 11 iyun 2013-cü il tarixli 904 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 12 iyun 2013-cü il, № 127; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 06, maddə 632) ilə “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Nizamnaməsi”nin 9.18-1-ci bənd əlavə edilmişdir.

 

15 may 2017-ci il tarixli 1380 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 18 may 2017-ci il, № 105, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 784) ilə “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Nizamnaməsi”nin 9.18-1-ci bəndi ləğv edilmişdir.

 

[41] 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Nizamnaməsi”nin 11.1-ci bənddə “ixtisaslarının artırılmasından” sözləri “əlavə təhsilindən” sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status