AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
05.08.2009
QEYDİYYAT NÖMRƏSİ
116
ADI
Azərbaycan Respublikasında arıçılıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-08-2009, Nəşr nömrəsi: 08, Maddə nömrəsi: 669)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
05.08.2009
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
100.000.000
150.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikasında arıçılıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında

Azərbaycan Respublikasında arıçılıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Arıçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 aprel tarixli 82 nömrəli Fərmanının 1.4-cü, 1.5-ci, 1.6-cı, 1.7-ci, 1.9-cu, 1.10-cu, 1.11-ci, 1.14-cü və 1.16-cı bəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Həvəskar və peşəkar arıçılıqla məşğul olma Qaydası”, “Arıxanalara baytarlıq-sanitariya pasportunun (şəhadətnaməsinin) verilmə Qaydası və Forması”, “Bal arısı cinslərinin və populyasiyalarının rayonlaşdırılması Qaydası”, “Dövlət seleksiya-damazlıq (genofond) arıxanalarının yaradılması Qaydası”, “Arıçılıq təsərrüfatlarının qeydiyyatı Qaydası”, “Arıçılığa dair statistik məlumatların tərtibi və təqdim edilməsi Qaydası və Forması”, “Arı ailəsinin standart gücünün müəyyən edilməsi Qaydası”, “Rayonlaşdırılmamış an cinslərinin Azərbaycan Respublikasının ərazisinə gətirilməsi Qaydası” və “Arı xəstəliklərinin müalicəsində istifadə edilən dərman vasitələrinin Siyahısı” təsdiq edilsin (əlavə olunur). [1]

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri  A. RASİZADƏ

Bakı şəhəri, 5 avqust 2009-cu il

№ 116

 


 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2009-cu il 5 avqust

tarixli 116 nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

Həvəskar və peşəkar arıçılıqla məşğul olma

Qaydası

 

1. Ümumi müddəa

 

Bu Qayda «Arıçılıq haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 aprel tarixli 82 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdı, həvəskar və peşəkar arıçılıqla məşğul olma qaydasını müəyyən edir.

 

2. Həvəskar arıçılıqla məşğul olma

 

2.1.   Azərbaycan Respublikasının vətəndaşları, hüquqi və fiziki şəxsləri, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər həvəskar və peşəkar arıçılıqla məşğul ola bilərlər.

2.2.   Əsas iş yerindən əlavə, məşğuliyyət kimi özəl təsərrüfatında standart gücə uyğun arıxanası olan şəxslər həvəskar arıçılardır.

 

2.3.     Həvəskar arıçılar arıçılıqla əlaqədar bilikləri, qulluq və saxlama qaydalarını onlar üçün təşkil edilmiş kurslarda, peşəkar arıçılardan, bu sahəyə aid ədəbiyyatlardan və təlimatlardan öyrənirlər.

2.4.     Həvəskar arıçı «Arıçılıq haqqında» Azərbaycan Respublikasının Qanununda göstərilən tələblərə ciddi əməl edir.

2.5. Həvəskar arıçılıq təsərrüfatlarına baytarlıq (baytar sanitariya) pasportu (şəhadətnaməsi) verilir. [2]

 

3. Peşəkar arıçılıqla məşğul olma

 

3.1.   Peşəkar arıçılara arıçılıq sahəsində kursları, ali, orta və peşə məktəblərini bitirən, standart gücə uyğun arı ailəsi saxlayan fiziki və hüquqi şəxslər daxildirlər.

3.2.   Peşəkar arıçı arıxanada damazlıq-seleksiya işlərini aparır, bu sahəyə elmin nailiyyətləri və qabaqcıl təcrübəni tətbiq edir, damazlıq işini yaxşılaşdırmaq məqsədi ilə ana arıları və arı ailələri yetişdirib satır.

3.3.   Yüzdən artıq arı ailəsi olan, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab verən, 100 faiz arı genofonduna uyğun təmizlikdə yetişdirilən, arıxanada arı ailəsinin 40 faizi yüksək bonitirə sinfinə aid olan və hər an ailəsindən 15-20 kq bal alan təsərrüfatlar peşəkar arıçının arıxanası hesab edilir. [3]

3.4.   «Azərbaycan Respublikasında damazlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 31 iyul tarixli 175 nömrəli qərarına əsasən özəl damazlıq işi ilə məşğul olan peşəkar arıçının arıxanası standart gücə malik arı ailələrindən ibarət olduğu təqdirdə, dövlət reyestrinə daxil edilir və onlara Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şəhadətnaməsi verilir.

3.5.   Bütün peşəkar arıçılıqla məşğul olan təsərrüfatlara baytarlıq-sanitariya pasportu (şəhadətnaməsi) verilir.

3.6.   Peşəkar arıçının təsərrüfatı əmtəəlik arıçılıq məhsulları istehsal edir, onun satışı ilə məşğul olur, yarmarkalarda və sərgilərdə iştirak edir.

3.7. Peşəkar arıçının damazlıq təsərrüfatı əsasən yüksək məhsuldar ana arılarının və ailələrinin yetişdirilməsi, reproduksiya edilməsi və təkrar istehsalı ilə məşğul olur.

3.8. Peşəkar arıçılıq təsərrüfatları “Arıçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 5.0.2-ci maddəsi ilə müəyyən edilmiş tələblərə riayət edilməsi, arıçılıq sahəsində dövlət nəzarətinin həyata keçirilməsi üçün zəruri şərait yaratmaq və nəzarət orqanının verdiyi göstərişləri icra etmək, aidiyyəti üzrə statistik məlumatları (sənədləri) təqdim etmək vəzifələrini və digər tələbləri yerinə yetirirlər. [4]

 


 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2009-cu il 5 avqust

tarixli 116 nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

Arıxanalara baytarlıq-sanitariya pasportunun (şəhadətnaməsinin) verilmə Qaydası və Forması [5]

 

1. Ümumi müddəalar

 

1.1.     Bu Qayda «Arıçılıq haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 aprel tarixli 82 nömrəli Fərmanının 1.5-ci bəndinə əsasən hazırlanmışdır və arıxanalara baytarlıq-sanitariya pasportunun (şəhadətnaməsinin) (bundan sonra — pasport (şəhadətnamə)) verilmə qaydasını və formasını müəyyən edir.

1.2.     Mülkiyyət formasından asılı olmayaraq, uçota alınmış arıxanalarda müalicə-profilaktika tədbirlərinin həyata keçirilməsi məqsədi ilə arıxanalara baytarlıq-sanitariya pasportu (şəhadətnaməsi) verilir.

1.3 Pasport (şəhadətnamə) Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və onun yerli orqanları tərəfindən verilir. [6]

 

2. Arıxanalara baytarlıq-sanitariya pasportunun (şəhadətnaməsinin) verilməsi qaydası

 

2.1. Pasport (şəhadətnamə) almaq üçün hüquqi və ya fiziki şəxslər (bundan sonra - ərizəçi) müvafiq dövlət baytarlıq orqanına ərizə ilə müraciət edirlər.

Ərizədə aşağıdakılar öz əksini tapmalıdır:

hüquqi şəxslər üçün - hüquqi şəxsin adı, hüquqi ünvanı;

fiziki şəxslər üçün - soyadı, adı, atasının adı, şəxsiyyəti təsdiq edən vəsiqə haqqında məlumatlar (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı).

Ərizə ilə birlikdə aşağıdakı sənədlər təqdim olunmalıdır:

-  arıçılıq təsərrüfatları barədə məlumat;

-  arı ailələrinin miqdarı (hər növ üzrə) barədə məlumat;

-  arıçılıq təsərrüfatlarının uçota alınması barədə bildiriş;

-  arıçılıq təsərrüfatlarının yerləşdiyi yer barədə məlumat.

2.2. Ərizəçidən bu Qaydada nəzərdə tutulmayan sənədlərin tələb olunmasına yol verilmir.

2.3. Pasport (şəhadətnamə) aşağıdakı hallarda verilir:

2.3.1.   bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulmuş sənədlər təqdim edildikdə;

2.3.2.   müvafiq dövlət baytarlıq orqanı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada arıxanaya baxış keçirildikdən sonra.

2.4. Arıçılıq təsərrüfatlarına pasport (şəhadətnamə) almaq üçün təqdim edilən sənədlər pasport (şəhadətnamə) verən orqan tərəfindən qəbul edilir, qeydə alınır. Ərizə daxil olduğu gündən 10 gün müddətində arıxanaya baxış keçirildikdən sonra çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda, pasport (şəhadətnamə) həmin gün verilir.

2.5. Pasport (şəhadətnamə) bu Qaydanın əlavəsində göstərilən Formaya uyğun tərtib edilir və kötüyü qaytanlanmış jurnalda qeyd edilməklə saxlanılır.

2.6.       Pasportda (şəhadətnamədə) dəyişiklik və düzəlişlərin aparılmasına yol verilmir.

2.7.       Arıçılıq təsərrüfatının rəhbəri ona verilmiş pasportdan (şəhadətnamədən) yalnız özü istifadə edə bilər.

2.8.    Pasport (şəhadətnamə) müvafiq blanklarda tərtib edilir. Bu pasport (şəhadətnamə) onu verən orqanın rəhbəri və ya onun həvalə etdiyi vəzifəli şəxs tərəfindən imzalanır və imza həmin orqanın möhürü ilə təsdiq edilir.

2.9.    Pasportda (şəhadətnamədə) arıçılıq təsərrüfatının rəhbərinin imzası olur.

2.10.   Pasport (şəhadətnamə) Azərbaycan dilində tərtib edilir.

2.11.   Pasport (şəhadətnamə) və ya onun surəti müxtəlif xətlə, rənglə və şriftlə yazıldıqda, düzəliş edildikdə, möhürsüz olduqda, yaxud möhür aydın oxunmadıqda, sənədi imzalayan mütəxəssisin vəzifəsi və soyadı, adı, atasının adı, imzası qeyd edilmədikdə və sənədin verilmə tarixi, həmçinin tələb olunan digər məlumatlar göstərilmədikdə, etibarsız sayılır.

2.12.   Pasportun (şəhadətnamənin) verilməsindən imtina edildikdə, bu barədə ərizəçiyə imtinanın səbəbləri göstərilməklə, 3 (üç) iş günü müddətində yazılı məlumat verilir.

2.13.    Pasportun (şəhadətnamənin) verilməsindən imtina barədə qərardan qanunvericiliyə uyğun olaraq, aidiyyəti dövlət orqanına və ya məhkəməyə şikayət verilə bilər.

2.14.    Hüquqi şəxs ləğv edildikdə, həmin şəxsə verilən müvafiq pasport (şəhadətnamə) öz hüquqi qüvvəsini itirir.

Vəfat etmiş fiziki şəxsin adına verilən pasport (şəhadətnamə) onun varisləri üçün həmin sənədlərdə göstərilən müddət və şərtlərlə öz qüvvəsini saxlayır.

2.15.   Hüquqi şəxs yenidən təşkil edildikdə, onun adı və fiziki şəxsin şəxsiyyət sənədinə dair məlumatlar (seriya, nömrə, kim tərəfindən və nə vaxt verilmişdir, ünvanı) dəyişdikdə, yaxud pasport (şəhadətnamə) itirildikdə, ərizəçi 10 (on) gün müddətində pasportun (şəhadətnamənin) bu Qaydaya uyğun yenidən rəsmiləşdirilməsi üçün ərizə təqdim etməlidir.

2.16.   Pasport (şəhadətnamə) yenidən rəsmiləşdirildiyi müddətdə ərizəçi öz fəaliyyətini əvvəlki pasport (şəhadətnamə) əsasında, pasport (şəhadətnamə) itirildikdə isə müvafiq dövlət orqanlarının verdiyi dublikat əsasında həyata keçirir.

2.17.   Pasport (şəhadətnamə) və ya onun dublikatı müvafiq dövlət orqanının rəhbəri və ya onun həvalə etdiyi vəzifəli şəxs tərəfindən imzalanır və imza həmin orqanın möhürü ilə təsdiq edilir.

2.18.   Pasportu (şəhadətnaməni) verən dövlət orqanı verdiyi, qeydə aldığı və ləğv etdiyi pasportun (şəhadətnamənin) bu məqsəd üçün nəzərdə tutulmuş jurnalda qeydiyyatım aparır. Jurnalda pasportun (şəhadətnamənin) nömrəsi, müddəti, fiziki və hüquqi şəxsin soyadı, adı və atasının adı, ünvanı, baxışın tarixi, arı ailələrinin miqdarı, arıxananın sanitar vəziyyətinin qiymətləndirilməsi, onun epizootik vəziyyəti və tövsiyə olunan baytarlıq tədbirləri qeyd edilir.

2.19. Arıçılıq təsərrüfatı ləğv edildikdə pasport (şəhadətnamə) müvafiq dövlət baytarlıq idarəsinə qaytarılır.

 

3. Arıxanalara verilən baytarlıq - sanitariya pasportunun (şəhadətnaməsinin) ləğv edilməsi

 

3.1. Arıxanalara verilən pasport (şəhadətnamə) aşağıdakı hallarda ləğv edilir:

3.1.1.    pasport (şəhadətnamə) sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə;

3.1.2.    pasport (şəhadətnamə) sahibi tərəfindən bu Qaydanın tələblərinə əməl edilmədikdə;

3.1.3.    pasportun (şəhadətnamənin) verilməsi üçün təqdim edilən sənədlərdə qeyri-dürüst və təhrif olunmuş məlumat aşkar edildikdə;

3.1.4. arıçılıq təsərrüfatlarının məhsulları təhlükəsizlik və keyfiyyət normalarına uyğun olmadıqda və bunun nəticəsində insanların həyat və sağlamlığına təhlükə törədə biləcək hallar aşkar edildikdə;

3.1.5.  ölkə ərazisində epizootik vəziyyət dəyişdikdə;

3.1.6.  məhkəmənin müvafiq qərarı olduqda;

3.1.7.  hüquqi şəxs ləğv edildikdə;

3.2. Pasport (şəhadətnamə) verən müvafiq dövlət baytarlıq orqanı pasportun (şəhadətnamənin) ləğv edilməsi haqqında qərar qəbul etdiyi andan 3 (üç) gün müddətində yazılı surətdə pasportun (şəhadətnamənin) sahibinə məlumat göndərir.

 


"Arıxanalara baytarlıq – sanitariya pasportunun (şəhadətnaməsinin) verilmə Qaydası və Forması"na

əlavə

 

BAYTARLIQ - SANİTARİYA

PASPORTUNUN(ŞƏHADƏTNAMƏSİNİN) FORMASI

 

Pasport (şəhadətnamə) ____

 

Mən, aşağıda imza edən baytar həkimi, həmin baytarlıq şəhadətnaməsini vermişəm.

_________________________________________________________________________________

(təsərrüfatın adı, sahibkarın soyadı, adı və atasının adı)

 

ona görə ki, ona məxsus arıxanada miqdarda arı ailəsi

________________________________________________________________________ yerləşir

(yerin adı, ünvanı)

 

Baytarlıq tədbirlərinin aparılması həvalə edilir_________________________________

_________________________________________________________________________________

(baytar mütəxəssisinin soyadı, adı və atasının adı)

Verilmə tarixi «_____»____________20____il

 

Rayonun baş baytar həkimi______________________________

(soyadı, adı və atasının adı)

 

M.Y.

Arıçılıq təsərrüfatının rəhbəri_______________

 

___________________________________________________________________________________________________

(soyadı, adı və atasının adı, imza)

 


 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2009-cu il 5 avqust

tarixli 116 nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

Bal arısı cinslərinin və populyasiyalarının rayonlaşdırılması

Qaydası

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda «Arıçılıq haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 aprel tarixli 82 nömrəli Fərmanının 1.6-cı bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və bal arısı cinslərinin və populyasiyalarının rayonlaşdırılması qaydasını müəyyən edir.

1.2. Azərbaycan Respublikasında yerli bal arısı genefonduna Bozdağ Qafqaz arı cinsinin Qabaqtəpə və Qonaqkənd arı populyasiyaları, Sarı Qafqaz arı cinsinin Azərbaycan, Naxçıvan və Talış populyasiyaları daxildir.

 

2. Bal arısı cinslərinin və populyasiyalarının rayonlaşdırılması

 

2.1.     Arıçılıqda damazlıq işini düzgün təşkil etmək və onun məhsuldarlığını artırmaq, bal arısı cinslərinin və populyasiyalarının genofondunun qorunub saxlanılmasını, təkmilləşdirilməsini, onların çoxaldılmasını və istifadəsinin yaxşılaşdırılmasını təmin etmək üçün bal arısı cinsləri və populyasiyaları rayonlaşdırılır, onların ayrılıqda qeydiyyatı aparılır. [7]

2.2.     Bal arısı cinslərini və onların populyasiyalarını müxtəlif mövsümlərdə illik nektar gəliri və su mənbələri ilə fasiləsiz təmin etmək məqsədi ilə onların respublikanın aran, dağətəyi və dağlıq bölgələrinə il ərzində 4-5 dəfə köçürülməsi nəzərə alınaraq, rayonlaşdırılması təmin edilməlidir.

2.3.     Təbii coğrafi iqlim şəraitinə uyğunlaşması və xəstəliklərə dözümlülüyü, eyni zamanda bitki örtüyünə olan tələbatı nəzərə alınaraq, arı ailələrini köçürmək məqsədi ilə bal arısı cinsləri və populyasiyaları aşağıdakı kimi rayonlaşdırılmalıdır:

2.4.      

Bal arısı cinslərinin adı

Bal arısı cinslərinin populyasiyaları

Rayonların adları

Köçürülən ərazilər

Bozdağ Qafqaz

Qabaqtəpə

Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Göygöl, Goranboy, Bərdə, Tərtər, Füzuli, Qubadlı, Zəngilan, Laçın və Cəbrayıl, Əsgəran, Ağdərə, Şuşa, Xocalı, Kəlbəcər

Kiçik Qafqazın dağlıq və dağətəyi bölgələri: Gədəbəy, Daşkəsən, Göygöl, Goranboy, Şəmkir, Qubadlı, Zəngilan, Laçın, Cəbrayıl, Əsgəran, Ağdərə, Şuşa, Xocalı, Füzuli, Kəlbəcər, Samux Aran bölgələri: Qazax, Ağstafa, Tovuz, Bərdə, Yevlax, Ağdaş, Göyçay, Kürdəmir, Ağcabədi, Beyləqan, Saatlı, Sabirabad, İmişli

 

 

Qonaqkənd

Qusar, Quba, Xaçmaz, Şabran, Xızı, Siyəzən, Abşeron, Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Şəki, Oğuz, Qax, Zaqatala və Balakən [8]

Böyük Qafqazın dağlıq və dağətəyi bölgələri: Quba, Qusar, Xızı, Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ, Şəki, Oğuz, Qax, Zaqatala, Balakən Aran bölgələri: Xaçmaz, Şabran, Siyəzən, Abşeron

Sarı Qafqaz

Azərbaycan

Yevlax, Mingəçevir, Ağdaş, Göyçay, Kürdəmir, Ağcabədi, Beyləqan, Saatlı, Ucar, Zərdab, Sabirabad, İmişli, Neftçala, Salyan, Biləsuvar, Hacıqabul, Füzuli, Şirvan, Ağdam, Xocavənd

Aran bölgələri: Yevlax, Ağdaş, Göyçay, Kürdəmir, Ağcabədi, Beyləqan, Saatlı, Sabirabad, İmişli, Neftçala, Salyan, Biləsuvar, Hacıqabul, Mingəçevir, Şirvan, Ağdam Dağlıq və dağətəyi bölgələr: Gədəbəy, Daşkəsən, Göygöl, Goranboy, Şəmkir, Qubadlı, Zəngilan, Laçın, Cəbrayıl, Əsgəran, Ağdərə, Şuşa, Xocalı, Füzuli, Xocavənd

 

 

Talış

Astara, Lənkəran, Masallı, Lerik, Yardımlı və Cəlilabad

Talış dağlarının dağlıq, dağətəyi və aran bölgələri: Astara, Lənkəran, Masallı, Lerik, Yardımlı və Cəlilabad

 

 

Naxçıvan

Naxçıvan Muxtar Respublikası

Naxçıvan Muxtar Respublika-sının dağlıq, orta dağlıq və düzənlik əraziləri: Ordubad, Şahbuz, Sədərək, Babək, Culfa və Kəngərli

 

2.4. Arıçılıq subyektləri (həvəskar arıçılıqla məşğul olan subyektlər istisna olmaqla) arı cinslərinin və onların populyasiyalarının rayonlaşdırılması prinsiplərinə riayət etməyə borcludurlar.

2.5.    Bir rayonda bu Qaydanın 2.3-cü bəndində qeyd olunan arı cinsləri və onların populyasiyalarından başqa, digər cinslərin yetişdirilməsinə və saxlanılmasına yol verilmir.

2.6.    Yerli arı genofondunun mühafizəsi və arı xəstəliklərinin yayılmasının qarşısının alınması üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin razılığı olmadan bal arısının Azərbaycan Respublikasının ərazisinə kənardan gətirilməsi və Azərbaycan Respublikasının ərazisindən çıxarılması qadağandır.

2.7.    Nəticələrindən asılı olaraq arıçılıq sahəsində tövsiyələrin verilməsi məqsədi ilə dünyada geniş yayılmış yüksək məhsuldar bal arısı cinslərinin yerli şəraitə uyğunlaşdırılması və onların rayonlaşdırılması üzrə elmi tədqiqat və sınaq tədbirlərinin həyata keçirilməsi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin razılığı və nəzarəti altında elmi tədqiqat təşkilatlan tərəfindən aparılır.

 


 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2009-cu il 5 avqust

tarixli 116 nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

Dövlət seleksiya-damazlıq (genofond) arıxanalarının yaradılması

Qaydası

 

1. Ümumi müddəa

 

Bu Qayda «Arıçılıq haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 aprel tarixli 82 nömrəli Fərmanının 1.7-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və arıçılıq sahəsində dövlət seleksiya-damazlıq (genofond) arıxanalarının yaradılması qaydasını müəyyən edir.

 

2. Dövlət seleksiya-damazlıq (genofond) arıxanalarının təşkili

 

2.1. Yerli arı genofondunun qorunub saxlanılması, təkmilləşdirilməsi, yaxşılaşdırılması, ölkə arıçılığının təmiz cinsli, yüksək məhsuldar an ailələrinə və ana arıya olan tələbatının ödənilməsi
məqsədi ilə dövlət seleksiya-damazlıq (genofond) arıxanaları yaradılır.

2.2.   Dövlət seleksiya-damazlıq (genofond) arıxanaları Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təqdimatına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə yaradılır.

2.3.   Dövlət seleksiya-damazlıq (genofond) arıxanaları dövlətin mülkiyyətində saxlanılır və onların maliyyə təminatı fəaliyyətlərindən əldə olunan vəsaitlər, kreditlər, qrantlar, hüquqi və fiziki şəxslər tərəfindən verilən ianələr və qanunvericilikdə nəzərdə tutulmuş digər mənbələr hesabına formalaşır.

2.4.      Dövlət seleksiya-damazlıq (genofond) reproduktiv arıxanalarında 500-dən artıq arı ailəsi olmalıdır.

2.5.      Dövlət seleksiya-damazlıq (genofond) arıxanalarının hər birinə çəmən-otlaq sahəsi təhkim olunur. Arıxana su mənbəyi olan dağlıq, dağətəyi və aran ərazilərində yaradılır.

 

3. Dövlət seleksiya-damazlıq (genofond) arıxanalarının vəzifələri

 

3.1.      Seleksiya-damazlıq proqramlarının həyata keçirilməsində iştirak edən arıçılıq subyektləri proqramda əks olunan tədbirlərin yerinə yetirilməsinə borcludurlar.

3.2.      Ana və erkək arıların, arı ailələrinin bonitirəsi, bal arısı cinslərinin və populyasiyalarının aprobasiyası, təsdiq edilməsi, patentləşdirilməsi və istifadəsi «Seleksiya nailiyyətləri haqqında» və «Damazlıq heyvandarlıq haqqında» Azərbaycan Respublikasının qanunlarına uyğun həyata keçirilir.

3.3.      Azərbaycan Respublikasında yetişdirilən arı cinsləri və populyasiyalarının seleksiya qruplarına və damazlıq özəklərinə mənsub arı ailələrinin satış məqsədi ilə ixracı qanunvericilikdə nəzərdə tutulmuş qaydada tənzimlənir.

3.4.      Dövlət seleksiya-damazlıq (genofond) arıxanaları:

3.4.1. dünyada geniş yayılmış yüksək məhsuldar bal arısı cinslərinin və onların populyasiyalarının yerli şəraitə uyğunlaşmasını, yerli arı cinslərinin və populyasiyalarının genofondunun yaxşılaşdırılmasında onlardan istifadə edilməsini və rayonlaşdırılmasını sınaqdan keçirir, təcrübələr aparır, nəticəsi barədə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə vaxtaşırı məlumat verir, digər təsərrüfatlara seleksiya-damazlıq işləri sahəsində tövsiyələr verir;

3.4.2.  yüksək məhsuldarlıq qabiliyyətinin gələcək nəslə ötürülməsini təmin edən, xəstəliyə dözümlü, yerli şəraitə uyğunlaşan və az beçə verən damazlıq arı ailələrinin yetişdirilməsini təmin edir;

3.4.3.   arıxanada arı ailələrinin miqdarım ildən-ilə genişləndirir, onların məhsuldarlığını yüksəldir və ekoloji cəhətdən keyfiyyətli arıçılıq məhsulları istehsalını artırır, arıçılığı geniş təbliğ edir, elmin nailiyyətlərinin və mütərəqqi texnologiyaların tətbiqinə nail olur;

3.4.4.   arıçılığa dair beynəlxalq sərgilərdə, yarmarkalarda, konfrans və simpoziumlarda iştirak edir;

3.4.5. bölgədə yerləşən əmtəəlik arıxananın rəhbərlərinin, mütəxəssislərinin, habelə digər işçilərin vaxtaşırı seminar-müşavirəsini keçirir, seleksiya-damazlıq sahəsi üzrə mütəxəssis kadrların yetişdirilib hazırlanmasında, təkmilləşdirilməsində iştirak edir.

 

 


 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2009-cu il 5 avqust

tarixli 116 nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

Arıçılıq təsərrüfatlarının uçotu Qaydası

 

1. Bu Qayda «Arıçılıq haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 aprel tarixli 82 nömrəli Fərmanının 1.9-cu bəndinə əsasən hazırlanmışdır və arıçılıq təsərrüfatlarının qeydiyyatı qaydasını müəyyən edir. [9]

2. Arıçılıq təsərrüfatlarının qeydiyyata alınması statistik məlumatların hazırlanmasına, planlaşdırmanın dəqiq aparılmasına, arıxanaların köçürülməsinə nəzarət edilməsinə, baytarlıq-sanitariya tədbirlərinin həyata keçirilməsinə, arıxanaların sığortalanmasına, kənd təsərrüfatı bitkilərinin zərərvericiləri ilə mübarizə apararkən arıçılara məlumat verilməsinə, entomofil kənd təsərrüfatı bitkilərinin tozlanması işinin yaxşılaşdırılmasına xidmət edir.

3. Arıçılıq təsərrüfatlarının qeydiyyatını müvafiq ərazilər üzrə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin müvafiq yerli qurumları (bundan sonra - yerli qurum) həyata keçirir.

Arıçılıq təsərrüfatının rəhbəri qeydiyyata durmaq üçün müvafiq ərazi üzrə yerli quruma ərizə ilə müraciət etməlidir. Ərizədə arıçılıq təsərrüfatının rəhbərinin soyadı, adı, atasının adı, yaşayış yeri və arıçılıq təsərrüfatının yerləşdiyi, yaz-yay və payız aylarında köçürüldüyü ərazilərin adları, arı ailələrinin sayı, onların orta məhsuldarlığı, təsərrüfatın sağlamlığı barədə baytar həkiminin arayışı və aparılan baytarlıq tədbirləri barədə məlumatlar göstərilməlidir. Arıçılıq təsərrüfatının rəhbərinin şəxsiyyətini təsdiq edən sənədin surəti ərizəyə əlavə edilməlidir.

4.   Arıçılıq təsərrüfatlarının qeydiyyatını aparan yerli qurum ərizəyə 2 gündən gec olmayaraq baxmalıdır. Qeydiyyatı aparan yerli qurum bu müddət ərzində təsərrüfatın qeydiyyata götürülməsi barədə onun rəhbərinə bildiriş verir.

5.   Arıçılıq təsərrüfatlarının rəhbəri dəyişdikdə, təsərrüfatın yeni rəhbəri bu barədə onun qeydiyyatını aparan yerli quruma 3 gün müddətində yazılı məlumat verməlidir.

6. Arıçılıq təsərrüfatlarının qeydiyyatının aparılması üçün statistika orqanları tərəfindən təsdiq edilmiş formaya uyğun yerli qurum bu məqsəd üçün qeydiyyat kitabı tərtib edir. Qeydiyyat kitabında arıçılığa dair məlumatlar qeyd edilir.

7.    Arıçılıq təsərrüfatları ləğv edildikdə, həmçinin arı ailələri özgəninkiləşdirildikdə və hər hansı təbii fəlakət və xəstəliklər nəticəsində məhv olduqda 5 gün müddətində yerli quruma məlumat verilir və qeydiyyat kitabında müvafiq qeydlər aparılır.

8.    Hər bir yerli qurum qeydiyyata aldığı arıçılıq təsərrüfatları barədə məlumatlan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin aparatına təqdim edir.

9.    Arıçılıq təsərrüfatlarının qeydiyyatını aparan müvafiq yerli qurum hər rübdən sonrakı ayın 10-dək uçota götürülmüş təsərrüfatlar barədə müvafiq ərazi statistika orqanına məlumat verməlidir.

 


 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2009-cu il 5 avqust

tarixli 116 nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

Arıçılığa dair statistik məlumatların tərtibi və təqdim edilməsi Qaydası və Forması

 

1. Ümumi müddəa

 

Bu Qayda və Forma «Arıçılıq haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 aprel tarixli 82 nömrəli Fərmanının 1.10-cu bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və arıçılıq təsərrüfatlarında statistik məlumatların tərtibi və təqdim edilməsi qaydasını, onun formasını və ona daxil edilən göstəriciləri müəyyən edir.

 

2. Arıçılıq təsərrüfatlarında statistik məlumatların tərtibi və təqdim edilməsi

 

2.1.    Arıçılıq təsərrüfatları tərəfindən hazırlanan ilkin məlumatlar (arı ailələrinin sayı, arıların cinsi, məhsuldarlığı, məhsul istehsalı və s.) onun fəaliyyətini əks etdirən əsas sənəddir.

2.2.    Arıçılıq təsərrüfatları arıxananın daimi yerləşdiyi ərazidəki müvafiq dövlət orqanlarına qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlar təqdim etməlidirlər.

2.3.    Hər il yanvarın 1-i vəziyyətinə mülkiyyət formasından asılı olmayaraq, arıçılıq təsərrüfatları, həvəskar və peşəkar arıçılıqla məşğul olan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyən etdiyi Forma əsasında (əlavə olunur) statistika orqanlarına hesabat təqdim edirlər.

2.4. Həvəskar arıçılıqla məşğul olan təsərrüfatlar haqqında məlumatlar Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin apardığı seçmə müayinə üsulu ilə ildə bir dəfə toplanır.

2.5. Statistik Hesabat Formasında arıçılıq təsərrüfatı üzrə aşağıdakı məlumatlar olmalıdır:

-  rayonun adı;

-  kənd inzibati ərazi vahidi;

-  kəndin (qəsəbənin) adı;

-  təsərrüfatın mülkiyyət forması;

-  təsərrüfat rəhbərinin soyadı və adı, onun ünvanı və telefon nömrəsi;

-  arı cinsinin adı;

-  arı cinsinin populyasiyasının adı;

-  arı ailələrinin və ana arıların sayı;

-  yeni alınmış arı ailələrinin sayı;

-  il ərzində xəstəlikdən məhv olmuş arı ailələrinin sayı;

-  bal istehsalı (kq);

-  mum istehsalı (kq);

-  vərəmum istehsalı (kq);

-  arı südü (qr);

-  çiçək tozu (kq);

- güləm istehsalı (kq).

2.6. Hər il yanvarın 1-i vəziyyətinə olan arıçılıq təsərrüfatlarının (payız baxışı zamanı əldə edilmiş göstəricilər əsasında) məlumatlarını rayon və şəhər statistika idarələri Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə təqdim edirlər.

 


 

"Arıçılığa dair statistik məlumatların tərtibi və təqdim edilməsi Qaydası və Forması"na

əlavə

 

ARIÇILIĞA DAİR STATİSTİK HESABAT FORMASI

 

1.  Rayonun adı

2.  Ərazi vahidi

3.  Kəndin (qəsəbənin) adı

4.  Mülkiyyət növü

5.  Arı cinsinin adı

6.  Arı cinsinin populyasiyasının adı

7.  Arı ailələrinin və ana arıların sayı

8.  Yeni alınmış arı ailələrinin sayı

9.  İl ərzində xəstəlikdən məhv olmuş an ailələrinin sayı

 

 

 

 

 

 

 

Göstəricilər

Ölçü vahidi

Sətrin kodu

İlin

əvvəlinə

qalıq

İl ərzində cəmi istehsal (arı yemi üçün saxlanılan bah daxil etməklə)

Onlardan satılmışdır(ilin əvvəlinə qalıq daxil olmaqla)

İlin

axırına qalıq (kq)

miqdar

(kq)

dəyəri (manat)

A

 

B

1

2

3

4

5

Bal

Mum Vərəmum

Arı zəhəri

Arı südü

Çiçək tozu Güləm

kq

kq

kq

q

q

kq

kq

01

02

03

04

05

06

07

 

 

l

 

 

 

Təsərrüfat rəhbərinin soyadı və adı  ____________________________

Ünvanı, telefon nömrəsi                     ____________________________

 

 


 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2009-cu il 5 avqust

tarixli 116 nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

Arı ailəsinin standart gücünün müəyyən edilməsi

Qaydası

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda «Arıçılıq haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 aprel tarixli 82 nömrəli Fərmanının 1.11-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və arı ailəsinin
standart gücünü müəyyən edir.

1.2. Bal arılarının məhsuldarlığı, arı ailəsinin inkişafının artım sürəti, erkən yazda yaşlı arıların yeniləri ilə əvəz olunma müddətinin qısa olması və xəstəliklərə dözümlülüyü ailədə olan arıların miqdarından asılı olduğundan, arı ailələrinin standart gücü müəyyən edilir.

 

2. Arı ailəsinin standart gücünün müəyyən edilməsi

 

2.1. Arı ailələrinin sayının qeydiyyatı onların standart gücü nəzərə alınmaqla aparılır. [10]

2.2. Arı ailələrinin müxtəlif mövsümlər üzrə standart gücü aşağıdakı göstəricilər əsasında müəyyən edilir:

-  payız dövründə, arı ailələri qışlamaya qoyulduqda, pətəkdə 2,5-2,8 kq və ya 25-28 min arı, 20-25 kq ehtiyat qış yemi və iki yaşdan çox olmayan ana arı olduqda;

-  erkən yaz dövründə, arı ailələri qışlamadan çıxdıqda, pətəkdə 1,5-2 kq və ya 15-20 min arı və 5-8 kq ehtiyat bal olduqda;

-  yayda, əsas nektar yığımı dövründə pətəkdə 3-3,5 kq və ya 30-35 min arı olduqda.

2.3.    Arı ailələri yuxarıda müəyyən edilmiş standart gücə malik olduqda, normal arı ailəsi hesab olunur.

2.4.    Arı ailələrinin sayının qeydiyyatı onların standart gücü nəzərə alınmaqla, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin müvafiq yerli qurumları ilə birlikdə arıçılıq təsərrüfatları tərəfindən aparılır.

2.5.    Standart gücə uyğun gəlməyən zəif arı ailələrinin qeydiyyatı aparılarkən, onlar köməkçi arı ailəsi kimi qeyd olunur. Ailədə azı 1-1,2 kq və ya 10-12 min an və 3-5 kq ehtiyat bal olduqda, həmin an ailəsi köməkçi arı ailəsi hesab olunur.

2.6.    Əsas nektar yığımı dövründə köməkçi arı ailələrinin bal toplama qabiliyyətinin zəif olmasını nəzərə alaraq, bal məhsuldarlığını artırmaq məqsədi ilə 2 və ya 3 köməkçi arı ailəsi birləşdirilərək, standart gücə çatdırıla bilər.

2.7.    Peşəkar arıçılıqla məşğul olunan arıxanalarda an ailələrinin standart gücü nəzərə alınmaqla, bu məqsəd üçün tərtib olunmuş jurnalda qeydlər aparılır.


 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2009-cu il 5 avqust

tarixli 116 nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

 

Rayonlaşdırılmamış arı cinslərinin Azərbaycan Respublikasının ərazisinə gətirilməsi

Qaydası

 

1.     Bu Qayda «Arıçılıq haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 aprel tarixli 82 nömrəli Fərmanının 1.14-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və rayonlaşdırılmamış arı cinslərinin Azərbaycan Respublikasının ərazisinə gətirilməsini tənzimləyir.

2.     Arıçılıq subyektləri ölkəyə rayonlaşdırılmamış arı cinsləri gətirməmişdən əvvəl Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə ərizə ilə müraciət edir və ərizədə arı cinsinin gətirilməsinin məqsəd və səbəblərini göstərir. Ərizəyə həmin arı cinsinin məhsuldarlığını və bioloji xüsusiyyətlərini əks etdirən məlumatlar əlavə olunur. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin icazəsindən sonra, xarici ölkələrdən Azərbaycan Respublikasına arı cinsləri idxal edilə bilər.

3.     Arı ailələrində keçici arı xəstəlikləri olan ölkələrdən arı cinslərinin və onların populyasiyalarının gətirilməsinə yol verilmir.

4. Rayonlaşdırılmamış arı cinslərinin və onların populyasiyalarının idxalından əvvəl Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin tələblərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş sənədlər təqdim olunur. [11]

5.  Azərbaycan Respublikasına xarici ölkələrdən rayonlaşdırılmamış arı cinsləri və onların populyasiyaları Akademik F.Ə.Məlikov adına Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutu, Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutu, Milli Elmlər Akademiyasının müvafiq
institutları və müqavilə əsasında layihələrin həyata keçirilməsi ilə əlaqədar digər müvafiq təşkilatlar tərəfindən elmi tədqiqatlar aparmaq və onları sınaqdan keçirmək məqsədi ilə gətirilə bilər.

6. Ölkəyə idxal olunmuş arı cinsləri, onların ailələri dövlət damazlıq və baytarlıq qanunvericiliyinin tələblərinə uyğun olaraq, yerli arıxanalardan təcrid olunmuş formada saxlanılır.

7. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin icazəsi ilə xaricdən gətirilmiş, elmi tədqiqat sınaqlarından keçmiş və respublikanın təbii-iqlim şəraitinə uyğunlaşmış an cinslərinin üzərində damazlıq-seleksiya işləri aparılır.

 

 


 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2009-cu il 5 avqust

tarixli 116 nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

Arı xəstəliklərinin müalicəsində istifadə edilən dərman vasitələrinin

Siyahısı

 

1. Ümumi müddəalar

 

1.1.     Bu Siyahı «Arıçılıq haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 aprel tarixli 82 nömrəli Fərmanının 1.16-cı bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və arı xəstəliklərinin müalicəsində istifadə edilən dərman vasitələrinin siyahısını əhatə edir.

1.2.     Arı xəstəliklərinin müalicəsində istifadə edilən dərman vasitələrinin siyahısına aşağıdakılar daxildir:

 

1.

Akarasan

2.

Amipil

3.

Amipol

4.

Apiask

5.

Apilinol

6.

Apistin

7.

Apiprotekt

8.

Apitak

9.

Apifit

10.

Arı poliviti

11.

Askozol

12.

Askonzal

13.

Askool

14.

Askopol

15.

Askosan

16.

Askosin

17.

Askostat

18.

Baktopol

19.

Bivar

20.

Bivarool

21.

Biovetin

22.

Biomitsin

23.

Bipin

24.

Varroaset

25.

Varroatin

26.

Varroabraulin

27.

Varroapol

28.

Varrool

29.

Vetsan

30.

Qanşqa turşusu

31.

Quzuqulağı turşusu

32.

Güveset

33.

Dikobin

34.

Dilabik

35.

Endonukliaza

36.

Enteroseptol

37.

Endoqlyukin

38.

Eritromitsin

39.

Etildixlorbenzilat

40.

Efirsulfonad

41.

Yantrin

42.

Yodoxlorin

43.

Kanvil

44.

Kanamitsin

45.

Keltan

46.

Kiresidin

47.

Klotrin

48.

Kovitsan

49.

Levomisetin

50.

Mentol

51.

Metilsalisilat

52.

Mikosan

53.

Monomitsin

54.

Muravinka

55.

Naftalin

56.

Neomitsin

57.

Nistatin

58.

Novarsenol

59.

Nozedin

60.

Nozemat

61.

Nozematol

62.

Norsulfazol natri

63.

Oksivit

64.

Oksitetrasiklin

65.

Paqp

66.

Polizin

67.

Polisan

68.

Polisot

69.

Kas-81 preparatı

70.

Pçelka

71.

Rahəb-1

72.

Rahəb-2

73.

Ribonukleaza

74.

Sanazin

75.

Sintomitsin

76.

Stimovit

77.

Streptomitsin

78.

Natrium sulsimit

79.

Sulfadimezin

80.

Sulfantrol

81.

Sulfapridin

82.

Süd turşusu

83

Tanis

84.

Teda

85.

Tedion

86.

Tetrasiklin

87.

Timol

88.

Unisan

89.

Fenotiazin

90.

Fitovarroasid

91.

Folbeks

92.

Formiset

93.

Fumagilin

94.

Fumisan

95.

Xarvin

96.

Xlortetrasiklin

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       25 iyun 2010-cu il tarixli 122 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 6, maddə 566)

2.       13 fevral 2015-ci il tarixli 38 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 fevral 2015-ci il, № 42, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №2, maddə 227)

3.       23 may 2019-cu il tarixli 238 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 may 2019-cu il, № 115, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 971)

4.       7 fevral 2020-ci il tarixli 37 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 fevral 2020-ci il, № 31, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 188)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



[1] 7 fevral 2020-ci il tarixli 37 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 fevral 2020-ci il, № 31, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 188) ilə 1-ci hissədə “uçotu” sözü “qeydiyyatı” sözü ilə əvəz edilmişdir və həmin hissədən “Arıxanalara baytarlıq-sanitariya pasportunun (şəhadətnaməsinin) verilmə Qaydası və Forması”,” sözləri çıxarılmışdır.

 

[2] 7 fevral 2020-ci il tarixli 37 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 fevral 2020-ci il, № 31, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 188) ilə “Həvəskar və peşəkar arıçılıqla məşğul olma Qaydası”nın 2.5-ci və 3.5-ci bəndlər ləğv edilmişdir.

 

[3] 7 fevral 2020-ci il tarixli 37 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 fevral 2020-ci il, № 31, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 188) ilə “Həvəskar və peşəkar arıçılıqla məşğul olma Qaydası”nın 3.3-cü bəndində “mövcud yerli standartlara” sözləri “qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə” sözləri ilə əvəz edilmişdir.

 

[4] 7 fevral 2020-ci il tarixli 37 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 fevral 2020-ci il, № 31, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 188) ilə “Həvəskar və peşəkar arıçılıqla məşğul olma Qaydası”nın 3.8-ci bəndində “arıçılığa dair normativ sənədlərin tələblərinə, baytarlıq (baytarlıq-sanitariya) qaydalarına” sözləri “Arıçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 5.0.2-ci maddəsi ilə müəyyən edilmiş tələblərə” sözləri ilə əvəz edilmişdir.

 

[5] 7 fevral 2020-ci il tarixli 37 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 fevral 2020-ci il, № 31, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 188) ilə “Arıxanalara baytarlıq-sanitariya pasportunun (şəhadətnaməsinin) verilmə Qaydası və Forması” və ona əlavə ləğv edilmişdir.

 

[6] 13 fevral 2015-ci il tarixli 38 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 fevral 2015-ci il, № 42, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №2, maddə 227) ilə “Arıxanalara baytarlıq-sanitariya pasportunun (şəhadətnaməsinin) verilmə Qaydası və Forması”nın 1.3-cü bəndində “Dövlət Baytarlıq Xidməti” sözləri “Dövlət Baytarlıq Nəzarəti Xidməti” sözləri ilə əvəz edilmişdir.

23 may 2019-cu il tarixli 238 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 may 2019-cu il, № 115, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 971) ilə “Arıxanalara baytarlıq-sanitariya pasportunun (şəhadətnaməsinin) verilmə Qaydası və Forması”nın 1.3-cü bəndində “Dövlət Baytarlıq Nəzarəti Xidməti” sözləri “Aqrar Xidmətlər Agentliyi” sözləri ilə əvəz edilmişdir.

 

[7] 7 fevral 2020-ci il tarixli 37 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 fevral 2020-ci il, № 31, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 188) ilə “Bal arısı cinslərinin və populyasiyalarının rayonlaşdırılması Qaydası”nın 2.1-ci bəndində “uçotu” sözü “qeydiyyatı” sözü ilə əvəz edilmişdir.

 

[8] 25 iyun 2010-cu il tarixli 122 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 6, maddə 566) ilə təsdiq edilmiş “Bal arısı cinslərinin və populyasiyalarının rayonlaşdırılması Qaydası”nın 2.3-cü bəndinin “Rayonların adları” və “Köçürülən ərazilər” sütunlarında Dəvəçi sözü Şabran sözü ilə əvəz edilmişdir.

 

[9] 7 fevral 2020-ci il tarixli 37 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 fevral 2020-ci il, № 31, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 188) ilə “Arıçılıq təsərrüfatlarının uçotu Qaydası”nın adında, 1-9-cu hissələrində ismin müvafiq hallarında “uçot” sözü ismin müvafiq hallarında “qeydiyyat” sözü ilə əvəz edilmişdir.

 

[10] 7 fevral 2020-ci il tarixli 37 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 fevral 2020-ci il, № 31, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 188) ilə “Arı ailəsinin standart gücünün müəyyən edilməsi Qaydası”nın 2.1-ci, 2.4-cü bəndlərində və 2.5-ci bəndinin birinci cümləsində “uçotu” sözü “qeydiyyatı” sözü ilə əvəz edilmişdir.

 

[11] 13 fevral 2015-ci il tarixli 38 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 fevral 2015-ci il, № 42, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №2, maddə 227) ilə “Rayonlaşdırılmamış arı cinslərinin Azərbaycan Respublikasının ərazisinə gətirilməsi Qaydası”nın 4-cü hissəsində “Dövlət Baytarlıq Xidmətinin” sözləri “Dövlət Baytarlıq Nəzarəti Xidmətinin” sözləri ilə əvəz edilmişdir.

23 may 2019-cu il tarixli 238 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 may 2019-cu il, № 115, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 971) ilə “Rayonlaşdırılmamış arı cinslərinin Azərbaycan Respublikasının ərazisinə gətirilməsi Qaydası”nın 4-cü hissəsində “Nazirliyinin Dövlət Baytarlıq Nəzarəti Xidmətinin” sözləri “Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin” sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status