AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
05.10.2009
QEYDİYYAT NÖMRƏSİ
164
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına dəyişikliklər və əlavələr edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-10-2009, Nəşr nömrəsi: 10, Maddə nömrəsi: 853)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
01.01.2010
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
080.000.000
090.000.000
100.000.000
120.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına dəyişikliklər və əlavələr edilməsi haqqında

Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına dəyişikliklər və əlavələr edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

"Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli 835-IIIQD nömrəli Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 iyul tarixli 119 nömrəli Fərmanının 1-ci bəndinin icrası məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 10 dekabr tarixli 194 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 804; 2002-ci il, № 10, maddə 641, № 12, maddə 749; 2003-cü il, № 7, maddə 391; 2006-cı il, № 1, maddə 59, №4, maddə 373) ilə təsdiq edilmiş "Bakıelektrikşəbəkə" və "Sumqayıtelektrikşəbəkə" səhmdar cəmiyyətlərinin idarəetməyə verilməsi ilə bağlı "Azərenerji" səhmdar cəmiyyətinin dövlət büdcəsinə və digər subyektlərə yaranan borcları üzrə hesablaşma Qaydası"nın 3.1-ci bəndində "vergi hesab-fakturalarını" sözlərindən əvvəl "elektron" sözü əlavə edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 27 avqust tarixli 118 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 8, maddə 662; 2005-ci il, № 2, maddə 134; 2006-cı il, № 3, maddə 299; 2009-cu il, № 2, maddə 157) ilə təsdiq edilmiş "Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları"nın 1.2-ci bəndindən "vergi hesab-fakturaları və" sözləri, 2.1.1-ci bəndinin birinci abzasından və 2.2-ci bəndindən "(vergi hesab-fakturaları istisna olmaqla)" sözləri çıxarılsın.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 40 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 188; 2008-ci il, № 1, maddə 46) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarına görə verginin ödənilməsi xüsusiyyətləri, habelə "Fərqlənmə nişanı" və "Xüsusi fərqlənmə nişanı"nın tətbiq edilməsi Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:

3.1. 3.4-cü bənddə "balansında" sözü "mülkiyyətində" sözü ilə əvəz edilsin;

3.2. 3.5-ci bənddə "həmin avtomobil nəqliyyatı vasitələrinin sahibləri" sözləri "mülkiyyətində avtomobil nəqliyyatı vasitələri olan vergi ödəyiciləri"sözləri ilə əvəz edilsin;

3.3. 3.6-cı bənddə "sahibi" sözü "mülkiyyətçisi" sözü ilə, "sahib" sözü isə "mülkiyyətçi" sözü ilə əvəz edilsin.

4. "Xarici ölkələrin diplomatik və konsulluq nümayəndəliklərinin, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəsmi istifadəsi, həmçinin bu nümayəndəliklərin diplomatik və inzibati-texniki işçilərinin, o cümlədən onlarla yaşayan ailə üzvlərinin şəxsi istifadəsi üçün nəzərdə tutulan mal və xidmətlərə görə əlavə dəyər vergisinin sıfır (0) dərəcə ilə tutulması Qaydaları"nın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 27 mart tarixli 89 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 3, maddə 308) aşağıdakı dəyişikliklər edilsin:

4.1. həmin qərarla təsdiq edilmiş "Xarici öikələrin diplomatik və konsulluq nümayəndəliklərinin, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəsmi istifadəsi, həmçinin bu nümayəndəliklərin diplomatik və inzibati-texniki işçilərinin, o cümlədən onlarla yaşayan ailə üzvlərinin şəxsi istifadəsi üçün nəzərdə tutulan mal və xidmətlərə görə əlavə dəyər vergisinin sıfır (0) dərəcə ilə tutulması Qaydaları"nın 3.3-cü bəndinin birinci, ikinci, üçüncü abzaslarında, 3.4-cü bəndinin birinci, ikinci abzaslarında, 4.1-ci bəndinin yeddinci abzasında ismin müvafiq hallarında "vergi hesab-fakturası"sözlərindən əvvəl "elektron" sözü əlavə edilsin;

4.2. həmin Qaydalara 1 nömrəli əlavənin "Bildirişin arxa hissəsi"nin 5-ci bəndində "vergi hesab-fakturası" sözlərindən əvvəl "elektron" sözü əlavə edilsin;

4.3. həmin Qaydalara 5 və 6 nömrəli əlavələrin "İlkin sənədlərin siyahısı"nda "vergi hesab-fakturası" sözlərindən əvvəl "elektron" sözü əlavə edilsin.

5. "Vergi ödəyicisinə verilmiş vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları"nın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 12, maddə 1354; 2008-ci il, № 2, maddə 127; 2009-cu il, № 4, maddə 282, № 6, maddə 494) aşağıdakı dəyişikliklər edilsin:

 5.1. adında və 1-ci bəndində "vergi hesab-fakturası" sözlərindən əvvəl "elektron" sözü əlavə edilsin;

5.2. həmin qərarla təsdiq edilmiş "Vergi ödəyicisinə verilmiş vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları"nın adında və mətnində ismin müvafiq hallarında "vergi hesab-fakturası" sözlərindən əvvəl "elektron" sözü əlavə edilsin.

6. Bu qərar 2010-cu il yanvarın 1-dən qüvvəyə minir.

 

 Azərbaycan Respublikasının Baş naziri    A.RASİZADƏ

 

Bakı şəhəri, 5 oktyabr 2009-cu il

№ 164

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status