AKTIN NÖVÜ
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
QƏBUL EDİLDİYİ TARİX
01.12.2009
QEYDİYYAT NÖMRƏSİ
9
ADI
“Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas sorğu kitabçası”na (hissə 75) əlavələr
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikası Normativ Aktlarının Bülleteni (Dərc olunma tarixi: 31-12-2009, Nəşr nömrəsi: 11-12)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
070.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
3488
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
“Dövlət qeydiyyatına alınmışdır”

“Dövlət qeydiyyatına alınmışdır”

Təsdiq edilmişdir

Azərbaycan Respublikasının

Azərbaycan Respublikasının

Ədliyyə Nazirliyi

Əmək və Əhalinin Sosial

Qeydiyyat № 3488

Müdafiəsi Nazirliyi Kollegiyasının

16 dekabr 2009-cu il

01 dekabr 2009-cu il

 

tarixli, 9 №-li qərarı ilə

Nazir müavini _______ Toğrul Musayev

Nazir _________ Fizuli Ələkbərov

 

 

“Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas sorğu kitabçası”na (hissə 75) əlavələr [1]

 

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 57-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1997-ci il 29 mart tarixli 16-4/3 nömrəli kollegiya qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 1997-ci il 4 aprel tarixdə dövlət qeydiyyatına alınmış (şəhadətnaməmə № 40) “Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas sorğu kitabçası”na (hissə 75) aşağıdakı əlavələr edilsin:

“Təhsil, təlim-tərbiyə sahəsində qulluqçu vəzifələrinin adı və dərəcə diapazonu” cədvəlinin “Vəzifələr” qrafasının XIII bölməsində “Konsertmeyster” vəzifəsindən sonra “Tyutor” vəzifəsi, cədvəlin “Dərəcələr diapazonu” qrafasında isə bu vəzifəyə uyğun olaraq “11- 13” rəqəmləri, kitabçanın “Tarif-ixtisas xüsusiyyətləri” hissəsinin XIII bölməsində “Konsertmeyster” vəzifəsinin tarif-ixtisas xüsusiyyətlərindən sonra aşağıdakı məzmunda “Tyutor” başlığı altında, bu vəzifənin tarif-ixtisas xüsusiyyətləri əlavə edilsin:

 

“Tyutor

 

Əmək funksiyası. Tələbələrin akademik maraqlarını qoruyur və müdafiə edir. Tədris prosesinin təşkili ilə bağlı zəruri məlumatları və sənədləri tələbələrə təqdim edir. Tələbələrin fərdi tədris və iş planlarının tərtibi üçün onlara qrup halında və ya fərdi məsləhətlər verir. İl ərzində müntəzəm olaraq akademik məsləhətləşmələr təşkil edir.

Müəyyən edilmiş müddətlərdə tələbələrin fərdi tədris planlarının qəbulunu təşkil edir və istiqamətlər (ixtisaslar, proqramlar) üzrə iş planlarının tərtib edilməsində iştirak edir. Tələbələrə fərdi tədris planında dəyişiklik aparmağa yardım göstərir. İstiqamətlər (ixtisaslar, proqramlar) üzrə təhsil almaq üçün lazım olan metodik materialların vaxtında hazırlanmasına və mövcudluğuna, eləcə də tələbələrin fənlər üzrə attestasiyasının keçirilməsinə nəzarət edir. Ali məktəbin rəhbərliyi tərəfindən təşkil olunan nəzarət komissiyalarının işində iştirak edir.

Bilməlidir: ali təhsillə bağlı qanunvericilik aktlarını; pedaqogika və psixologiyanı; fənn tədris metodikasını; təlim-tərbiyənin təşkili prinsiplərini; tədrisin təşkili məsələlərini; Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq normativ sənədlərini; tələbələrlə ünsiyyətdə olmaq qaydasını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali pedaqoji təhsil, əmək stajına tələb qoyulmadan.

11-ci dərəcə: III kateqoriyalı ali təhsil müəssisələrində;

12-ci dərəcə: II kateqoriyalı ali təhsil müəssisələrində;

13-cü dərəcə: I kateqoriyalı ali təhsil müəssisələrində.”.

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 20 dekabr 2017-ci il tarixli 18-1 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının Qərarı

 

BÜLLETENƏ EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

 



[1] 20 dekabr 2017-ci il tarixli 18-1 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının Qərarı ilə ləğv edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status