AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
02.01.2003
QEYDİYYAT NÖMRƏSİ
834
ADI
“Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-01-2003, Nəşr nömrəsi: 01, Maddə nömrəsi: 26)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.000.000
110.000.000
150.000.000
190.000.000
440.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
"Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dәyişikliklәr və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında

“Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

"Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar olaraq onun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

qüvvədə olan qanunvericilik aktlarının "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

öz səlahiyyətləri daxilində həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki: [1]

2.1. "Xarici investisiyanın qorunması haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin üçüncü hissəsində, 16-cı maddəsinin altıncı hissəsində, 17-ci maddəsinin üçüncü hissəsində (birinci halda) və 41-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi həyata keçirir, həmin Qanunun 8-ci maddəsində və 31-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər; [2]

2.2. "Xarici investisiyanın qorunması haqqında" Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin üçüncü hissəsində (ikinci halda) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

2.3. "Sahibkarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 2-ci və 3-cü bəndlərində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi həyata keçirir;

2.4. Azərbaycan Respublikasının Təhsil Qanununun 44-cu maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Təhsil Nazirliyi və müvafiq yerli icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində həyata keçirirlər;

2.5. "Sovxoz və kolxozların islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər;

2.6. "Təbii inhisarçıların siyahısının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin Qərarının 2-ci bəndində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi öz səlahiyyətləri daxilində həyata keçirirlər;

2.7. "İnvestisiya fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü bəndində, 14-cü maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi həyata keçirir, həmin Qanunun 12-ci maddəsinin 2-ci bəndində (birinci halda) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər; [3]

2.8. "İnvestisiya fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci bəndində (ikinci halda) nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.9. "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinin 5-ci bəndinin ikinci abzasında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər; [4]

2.10. "Valyuta tənzimi haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi həyata keçirir. [5]

3. Müəyyən edilsin ki, "Qrant haqqında" Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 4-cü və 5-ci bəndlərində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini qeyri-kommersiya hüquqi şəxslərə münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, dini təşkilatlara və qurumlara münasibətdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi, kommersiya hüquqi şəxslərə münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi həyata keçirir. Qeydə alınmayan qrant verilməsi və ya alınması haqqında müqavilələr (qərarlar) üzrə əməliyyatlar keçirilə bilməz. Azərbaycan Respublikasında fəaliyyət göstərən dini təşkilatlar və qurumlar yalnız xarici ölkələrin hüquqi və fiziki şəxslərindən qrantın alınması (verilməsi) haqqında müqavilə (qərar) qeydiyyata alındıqdan sonra həmin qrantları istifadə edə və onlar üzrə əməliyyatlar apara bilərlər. Qrant alınması (verilməsi) haqqında müqavilələrin və ya qərarların sürətləri qrantı verən və ya alan şəxs tərəfindən müvafiq olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə, Azərbaycan Respublikasının Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinə və ya Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə təqdim edilir. Azərbaycan Respublikasının Nazirlər Kabineti qrant alınması (verilməsi) haqqında müqavilələrin və ya qərarların sürətlərini qeydiyyat üçün təqdim etməyən qrant alan hüquqi şəxslər üçün müvafiq məsuliyyətin müəyyən edilməsinə dair təkliflərini, qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların) qeydiyyata alınmasının qaydalarını Azərbaycan Respublikasının Prezidentinə bir ay müddətində təqdim etsin. [6]

 

Heydər ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 2 yanvar 2003-cü il

    № 834

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       6 iyul 2006-cı il tarixli 426 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 7, maddə 590)

2.       10 mart 2008-ci il tarixli 725 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 3, maddə 174)

3.       21 dekabr 2009-cu il tarixli 200 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 25 dekabr 2009-cu il, № 287, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 12, maddə 988)

4.       15 mart 2010-cu il tarixli 236 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 18 mart 2010-cu il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 3, maddə 187)

5.       2 iyul 2010-cu il tarixli 291 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 4 iyul 2010-cu il, № 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 7, maddə 610)

6.       14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 may 2014-cü il, № 101)

7.       24 iyul 2014-cü il tarixli 239 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 27 iyul 2014-cü il, № 160; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 821)

8.       31 oktyabr 2014-cü il tarixli 334 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Respublika” qəzeti 02 noyabr 2014-cü il, № 239, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1219)

9.       16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 10 mart 2008-ci il tarixli 725 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 3, maddə 174) ilə 2-ci bəndinin on birinci abzası çıxarılmışdır.

Redaksiyada deyilirdi:

"İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi həyata keçirir;

 

[2] 6 iyul 2006-cı il tarixli 426 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 7, maddə 590) ilə 2-ci bəndinin ikinci abzasından “8-ci maddəsində,” və “, 31-ci maddəsinin ikinci hissəsində” sözləri çıxarmışdır və “həyata keçirir” sözlərindən sonra “, həmin Qanunun 8-ci maddəsində və 31-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər” sözləri əlavə edilmişdir.

 

15 mart 2010-cu il tarixli 236 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 18 mart 2010-cu il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 3, maddə 187) ilə 2-ci bəndinin ikinci abzasından və 41-ci maddəsinin üçüncü hissəsində sözləri çıxarılmışdır.

 

31 oktyabr 2014-cü il tarixli 334 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Respublika” qəzeti 02 noyabr 2014-cü il, № 239, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1219) ilə 2-ci hissəsinin ikinci-on birinci abzaslar müvafiq olaraq 2.1-2.10-cu bəndlər hesab edilmişdir.

 

[3] 6 iyul 2006-cı il tarixli 426 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 7, maddə 590) ilə 2-ci bəndinin səkkizinci abzasından “12-ci maddəsinin 2-ci bəndində (birinci halda) və” sözləri çıxarılmışdır və “həyata keçirir” sözlərindən sonra “həmin Qanunun 12-ci maddəsinin 2-ci bəndində (birinci halda) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər” sözləri əlavə edilmişdir.

 

2 iyul 2010-cu il tarixli 291 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 4 iyul 2010-cu il, № 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 7, maddə 610) ilə 2-ci bəndinin ikinci və səkkizinci abzaslarında "Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi" sözləri "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi" sözləri ilə əvəz edilmişdir.

 

[4] 16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384) ilə 2.1-ci və 2.7-ci bəndlərindən (hər iki halda), 2.3-cü, 2.5-ci, 2.6-cı və 2.9-cu bəndlərindən “və Sənaye” sözləri çıxarılmışdır.

 

[5] 14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 may 2014-cü il, № 101) ilə 2-ci hissəsinin ikinci (hər iki halda), dördüncü, altıncı, yeddinci, səkkizinci (hər iki halda), onuncu və on ikinci abzaslarında “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.

 

31 oktyabr 2014-cü il tarixli 334 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Respublika” qəzeti 02 noyabr 2014-cü il, № 239, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1219) ilə 2.10-cu bənddə “öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi həyata keçirirlər” sözləri “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi həyata keçirir” sözləri ilə əvəz edilmişdir.

 

[6] 21 dekabr 2009-cu il tarixli 200 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 25 dekabr 2009-cu il, № 287, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 12, maddə 988) ilə 3-cü bəndinin ikinci cümləsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Qrant alınması (verilməsi) haqqında müqavilələrin və ya qərarların qeydiyyatdan keçirilməsi həmin qrantın istifadə edilməsi və onlara dair bank əməliyyatlarının aparılması üçün mütləq şərt hesab edilə bilməz.

 

14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 may 2014-cü il, № 101) ilə 3-cü hissəsinin birinci və dördüncü cümlələrində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.

 

24 iyul 2014-cü il tarixli 239 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 27 iyul 2014-cü il, № 160; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 821) ilə 3-cü hissə ləğv edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status