AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
19.01.2010
QEYDİYYAT NÖMRƏSİ
11
ADI
"Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı"nın təsdiq edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi və bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-01-2010, Nəşr nömrəsi: 01, Maddə nömrəsi: 57)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
19.01.2010
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
190.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
"Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı"nın təsdiq edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi və bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi haqqında

"Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı"nın təsdiq edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi və bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 29.0.25-ci və 21.5-ci maddələrinə müvafiq olaraq orta ixtisas təhsili proqramlarının müvafiq ixtisaslar üzrə ali təhsil proqramlarına uyğunluğunun təmin edilməsi məqsədi ilə və "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı" təsdiq edilsin (əlavə olunur). [1]

2. "Ali və orta ixtisas təhsili istiqamətlərinin və ixtisaslarının siyahısı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 9 yanvar tarixli 4 nömrəli qərarının 1-ci bəndi çıxarılsın.

3. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Magistr proqramlarının siyahısı haqqında" 1997-ci il 20 may tarixli 54 nömrəli və "Ali və orta ixtisas təhsili istiqamətlərinin və ixtisaslarının siyahısı haqqında" 1997-ci il 9 yanvar tarixli 4 nömrəli qərarlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 30 iyun tarixli 119 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №6, maddə 440; 2009-cu il, №1, maddə 29) 2-ci bəndi çıxarılsın.

4. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali və orta ixtisas təhsili istiqamətlərinin və ixtisaslarının siyahısı haqqında" 1997-ci il 9 yanvar tarixli 4 nömrəli və "Magistr proqramlarının siyahısı haqqında" 1997-ci il 20 may tarixli 54 nömrəli qərarlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 25 aprel tarixli 75 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, №4, maddə 389; 2009-cu il, №1, maddə 29) 1-ci bəndi çıxarılsın.

5. "Ali və orta ixtisas təhsili istiqamətlərinin və ixtisaslarının siyahısı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 9 yanvar tarixli 4 nömrəli qərarına əlavələr və dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 17 may tarixli 82 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, №5, maddə 331; 2009-cu il, №1, maddə 29) qüvvədən düşmüş hesab edilsin.

6. "Ali və orta ixtisas təhsili istiqamətlərinin və ixtisaslarının siyahısı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 9 yanvar tarixli 4 nömrəli qərarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 18 yanvar tarixli 8 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, №1, maddə 87; 2009-cu il, №1, maddə 29) qüvvədən düşmüş hesab edilsin.

7. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

 

Bakı şəhəri, 19 yanvar 2010-cu il

      № 11

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2010-cu il 19 yanvar tarixli 11 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Orta ixtisas təhsili üzrə ixtisasların

 

TƏSNİFATI

 

1. TƏHSİL İXTİSASLARI QRUPU

040101

Fiziki tərbiyə müəllimliyi (ümumi orta təhsil bazası üçün)

040102

Texnologiya müəllimliyi

040103

Peşə təlimi

040104

Musiqi müəllimliyi

040105

İnformatika müəllimliyi (ümumi orta təhsil bazası üçün)

040106

Təsviri incəsənət müəllimliyi

040107

İbtidai sinif müəllimliyi

040108

Ailə və ev təhsili

040109

Məktəbəqədər təhsildə korreksiyaedici təlim

040110

Məktəbəqədər təlim və tərbiyə

040111

Rəqs müəllimliyi [2]

2. HUMANİTAR VƏ SOSİAL İXTİSASLAR QRUPU

040201

Hüquq mühafizə fəaliyyəti

040202

Kitabxana – informasiya təminatı

040203

Arxiv işi və kargüzarlıq

3. MƏDƏNİYYƏT VƏ İNCƏSƏNƏT İXTİSASLARI QRUPU

040301

Muzey işi və abidələrin mühafizəsi

040302

İnstrumental ifaçılıq (alətlər üzrə)

040303

Xanəndəlik

040304

Vokal sənəti

040305

Xor dirijorluğu

040306

Musiqi nəzəriyyəsi

040307

Xoreoqrafiya sənəti

040308

Estrada sənəti

040309

Xalq çalğı alətləri  ifaçılığı (alətlər üzrə)

040310

Aşıq sənəti

040311

Dekorativ tətbiqi incəsənət və xalq sənəti

040312

Teatr dekor sənəti

040313

İşıq və səs rejissoru

040314

Bədii yaradıcılıq işi

040315

Rəngkarlıq

040316

Rəssamlıq

040317

Qrafika

040318

Heykəltəraşlıq

040319

Dizayn

4. İQTİSADİYYAT VƏ İDARƏETMƏ İXTİSASLARI QRUPU

040401

Mühasibat uçotu

040402

Maliyyə işi

040403

Vergi və vergitutma

040404

Bank işi

040405

Sığorta işi

040406

Statistika

040407

Menecment

040408

Gömrük işi

040409

Marketinq

040410

Bələdiyyə təsərrüfatının təşkili

040411

Kommersiya

040412

Reklam işi

040413

Turizmin iqtisadiyyatı [3]

5. TEXNİKİ VƏ TEXNOLOJİ İXTİSASLAR QRUPU

040501

Faydalı qazıntı yataqlarının axtarışı və kəşfiyyatı

040502

Faydalı qazıntı yataqlarının yeraltı işlənilməsi

040503

Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı

040504

Neft və qaz quyularının qazılması

040505

Neft və qaz yataqlarının istismarı

040506

Neft-qaz kəmər və anbarlarının tikintisi və istismarı

040507

Neft və qaz emalı

040508

Neft-qaz qurğuları və avadanlıqları

040509

Elektrik stansiyalarının və yarımstansiyaların elektrik avadanlıqlarının quraşdırılması

040510

Elektrik təchizatı

040511

Elektrik maşınları və avadanlıqları

040512

İstilik energetik qurğuları

040513

İstilik təchizatı və istilik texnikası avadanlıqları

040514

Maşınqayırma texnologiyası

040515

Texnoloji maşın və avadanlıqlar

040516

Qaynaq istehsalının metallurgiyası, texnologiyası və avadanlığı

040517

Gəmiqayırma

040518

Gəmi energetik qurğularının istismarı

040519

Gəmi enerji avadanlıqlarının və avtomatik vasitələrinin istismarı

040520

Gəmi sürücülüyü

040521

Gəmilərin təmiri

040522

Gəmi maşın və mexanizmlərinin quraşdırılması, onlara texniki xidmət

040523

Lokomotiv və elektrik qatarı təsərrüfatı

040524

Vaqon və refrijerator təsərrüfatı

040525

Yerüstü və yeraltı dəmir yolunun elektrikləşdirilməsi və təchizatı

040526

Avtomobil və traktorqayırma

040527

Nəqliyyat vasitələrinin texniki istismarı (nəqliyyat növləri üzrə)

040528

Qaldırıcı-nəqliyyat, tikinti maşın və avadanlıqlarının texniki istismarı

040529

Nəqliyyatda daşımaların təşkili

040530

Yol hərəkətinin təşkili

040531

Diaqnostika üsul və cihazları

040532

Biotexniki və tibbi aparatlar

040533

Tibbi avadanlıqların quraşdırılması, texniki təmiri və istismarı

040534

Poçt rabitəsi

040535

Radiorabitə, radio verilişləri və televiziya

040536

Çoxkanallı telekommunikasiya sistemləri

040537

Avtomatik idarəetmə sistemləri

040538

Nəqliyyatda avtomatika, telemexanika (nəqliyyat növləri üzrə)

040539

Rabitə qovşaqları və kommunikasiya sistemləri

040540

Rabitə sistemlərinin idarə olunmasının informasiya hesablama vasitələri

040541

Rabitə xətt şəbəkəsi və xətt qurğuları

040542

Mobil şəbəkə sistemləri və operatorluğu

040543

Kompüter şəbəkələri

040544

Kompüter sistemləri və kompleksləri

040545

Kompüter şəbəkələrinin və hesablama texnikasının təmiri və servis xidməti

040546

Avtomatlaşmış sistemlərin və hesablama texnikasının proqram təminatı

040547

İnformasiyanın işlənməsinin və idarəetmənin avtomatlaşdırılmış sistemləri

040548

İnformasiya texnologiyası sistemləri

040549

İnformasiya təhlükəsizliyi təminatının təşkili

040550

Telekommunikasiya sistemlərinin informasiya təhlükəsizliyi

040551

Avtomatlaşdırılmış sistemlərin informasiya təhlükəsizliyi

040552

Bina və qurğuların tikintisi və istismarı

040553

Mühəndis qurğularının tikintisi və istismarı

040554

Geodeziya və xəritəçilik

040555

Tikinti məmulatları və konstruksiyaları istehsalı

040556

Sənaye avadanlıqlarının quraşdırılması və texniki istismarı

040557

Qaz təchizatı sistemi və avadanlıqlarının quraşdırılması və istismarı

040558

Su təchizatı və suayırma

040559

Daxili sanitar texniki və ventilyasiya qurğularının quraşdırılması və istismarı

040560

Sənaye və mülki binaların elektrik avadanlıqlarının quraşdırılması və istismarı

040561

Avtomobil yolları və aerodromların tikintisi, istismarı və təmiri

040562

Kimyəvi birləşmələrin keyfiyyətinə analitik nəzarət

040563

Neft və qaz kimyası polimerlərinin kimyəvi texnologiyası

040564

Poliqrafiya istehsalatının texnologiyası

040565

Ağac emalı texnologiyası

040566

Əmtəəşünaslıq və istehlak mallarının ekspertizası

040567

Trikotaj istehsalının texnologiyası

040568

Toxuculuq texnologiyası

040569

Tikiş məmulatlarının texnologiyası

040570

Geyimlərin modelləşdirilməsi və konstruksiya edilməsi

040571

Balıq və balıq məhsullarının texnologiyası

040572

Ət və süd məhsullarının texnologiyası

040573

Şərabçılıq və qıcqırtma istehsalatının texnologiyası

040574

Konservləşdirmə və qida konsentratları texnologiyası

040575

İaşə məhsullarının texnologiyası

040576

Çörək, makaron, unlu qənnadı məmulatlarının texnologiyası

040577

Taxıl və taxıl məhsullarının saxlanması və emalı texnologiyası

040578

Qida sənayesi, iaşə və ticarət sistemində sanitar gigiyena təhlükəsizliyi

040579

Yanğın təhlükəsizliyi

040580

Ətraf mühitin qorunması və təbii ehtiyatlardan səmərəli istifadə

040581

Metrologiya

6. KƏND TƏSƏRRÜFATI İXTİSASLARI QRUPU

040601

Aqronomluq

040602

Zootexniklik

040603

Baytarlıq

040604

Yer quruluşu və torpaq müfəttişliyi

040605

Aqrar (fermer) təsərrüfatının təşkili

040606

Balıqçılıq

040607

Meşə və meşə-park təsərrüfatı

040608

Aqrar təsərrüfatının mexanikləşdirilməsi

7. SƏHİYYƏ, RİFAH VƏ XİDMƏT İXTİSASLARI QRUPU

040701

Müalicə işi

040702

Hərbi feldşer işi

040703

Mamalıq işi

040704

Tibbi profilaktika

040705

Ortopedik stomatologiya

040706

Əczaçılıq

040707

Tibb bacısı işi

040708

Tibbi optika

040709

Laboratoriya diaqnostikası

040710

Sosial iş

040711

İdman və müalicə masajı

040712

Bədən tərbiyəsi və idman

040713

Fövqəladə vəziyyətdə mühafizə

040714

Turist, mehmanxana təsərrüfatının təşkili və idarə edilməsi

040715

Turizm və onun təşkili

040716

Bələdçilik işi

040717

Turist və sanatoriya-kurort komplekslərində tibbi xidmətin təşkili

040718

Mehmanxana-turist və sanatoriya-kurort komplekslərində iaşə və servis

040719

Məişət və radioelektron aparatlarının servisi

040720

Nəqliyyat vasitələrinin təmiri və servisi

040721

İaşə müəssisələrinin servisi

040722

Milli musiqi alətlərinin istehsalı və təmiri

040723

Zərgərlik məmulatları və bəzək əşyalarının hazırlanması

040724

Rekreasiya, idman və sağlamlıq turizmi [4]

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       10 aprel 2017-ci il tarixli 135 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 aprel 2017-ci il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 4, maddə 622)

2.       17 aprel 2020-ci il tarixli 140 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 aprel 2020-ci il, № 74, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 4, maddə 487)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 17 aprel 2020-ci il tarixli 140 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 aprel 2020-ci il, № 74, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 4, maddə 487) ilə 1-ci hissəsi ləğv edilmişdir.

 

[2] 10 aprel 2017-ci il tarixli 135 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 aprel 2017-ci il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 4, maddə 622) ilə “1. Təhsil ixtisasları qrupu” bölməsinə “040111 Rəqs müəllimliyi” sətri əlavə edilmişdir.

 

[3] 10 aprel 2017-ci il tarixli 135 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 aprel 2017-ci il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 4, maddə 622) ilə “4. İqtisadiyyat və idarəetmə ixtisasları qrupu” bölməsinə “040413 Turizmin iqtisadiyyatı” sətri əlavə edilmişdir.

 

[4] 10 aprel 2017-ci il tarixli 135 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 aprel 2017-ci il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 4, maddə 622) ilə “7. Səhiyyə, rifah və xidmət ixtisasları qrupu” bölməsinə “040724 Rekreasiya, idman və sağlamlıq turizmi” sətri əlavə edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status