AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
08.02.2010
QEYDİYYAT NÖMRƏSİ
718
ADI
Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 09-02-2010, Nəşr nömrəsi: 30), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 28-02-2010, Nəşr nömrəsi: 02, Maddə nömrəsi: 99)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
430.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında

Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

2009-cu il fevralın 10-da Əl-Küveyt şəhərində imzalanmış və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 aprel tarixli 232 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın yaradılması haqqında Saziş”in icrasını və ikitərəfli əlaqələrin genişləndirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi aşağıdakı heyətdə təsdiq edilsin: [1]

 

Komissiyanın həmsədri [2]

 

Azərbaycan Respublikasının xarici işlər naziri

 

Komissiyanın üzvləri

 

Azərbaycan Respublikası maliyyə nazirinin müavini

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini

Azərbaycan Respublikası energetika nazirinin müavini

Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini

Azərbaycan Respublikası təhsil nazirinin müavini

Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini

Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri

Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti

Azərbaycan Respublikasının Küveyt Dövlətində fövqəladə və səlahiyyətli səfiri.

 

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi barədə Küveyt Dövləti tərəfinə müvafiq bildiriş göndərsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 8 fevral 2010-cu il

                  № 718

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.             13 sentyabr 2010-cu il tarixli 325 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 09, maddə 773)

2.             8 fevral 2012-ci il tarixli 2022 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Azərbaycan” qəzeti, 12 fevral 2012-ci il, № 34, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 02, maddə 130)

3.             10 fevral 2014-cü il tarixli 105 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Respublika” qəzeti, 12 fevral 2014-cü il, № 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 2, maddə 112)

4.             27 iyun 2014-cü il tarixli 194 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 29 iyun 2014-cü il, № 136, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №6, maddə 644)

5.             21 noyabr 2014-cü il tarixli 374 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1414)

6.             16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384)

7.             07 sentyabr 2016-cı il tarixli 2321 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Respublika” qəzeti, 09 sentyabr 2016-cı il, № 198, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1518)

8.             1 avqust 2018-ci il tarixli 227 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 8, maddə 1677)

9.             23 iyul 2021-ci il tarixli 2803 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 25 iyul 2021-ci il, № 152, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, №7, maddə 816)

 

SƏRƏNCAMA  EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



[1] 13 sentyabr 2010-cu il tarixli 325 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 09, maddə 773) ilə 1-ci bəndində “Şahin Abdullayev” sözləri “Tural Rzayev” sözləri ilə əvəz edilmişdir.

8 fevral 2012-ci il tarixli 2022 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Azərbaycan” qəzeti, 12 fevral 2012-ci il, № 34, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 02, maddə 130) ilə “Teymur Mehdiyev - Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini” sözləri “Ədalət Vəliyev - Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini” sözləri ilə, “Elmar Qasımov - Azərbaycan Respublikası təhsil nazirinin müavini” sözləri “Qulu Novruzov - Azərbaycan Respublikası təhsil nazirinin müavini” sözləri ilə və “Aftandil Babayev - Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti sədrinin müavini” sözləri “Avtandil Babayev - Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini” sözləri ilə əvəz edilmişdir.

10 fevral 2014-cü il tarixli 105 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Respublika” qəzeti, 12 fevral 2014-cü il, № 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 2, maddə 112) ilə 1-ci hissəsində “sənaye və energetika nazirinin müavini” sözləri “energetika nazirinin müavini” sözləri ilə əvəz edilmişdir.

27 iyun 2014-cü il tarixli 194 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 29 iyun 2014-cü il, № 136, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №6, maddə 644) ilə 1-ci hissəsində “Niyazi Səfərov - Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini” sözləri “Sahil Babayev - Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye nazirinin müavini” sözləri ilə əvəz edilmişdir.

21 noyabr 2014-cü il tarixli 374 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1414) ilə 1-ci hissədə “rabitə və informasiya texnologiyaları” sözləri “rabitə və yüksək texnologiyalar” sözləri ilə əvəz edilmişdir.

16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384) ilə 1-ci hissədən “və sənaye” sözləri çıxarılmışdır.

07 sentyabr 2016-cı il tarixli 2321 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Respublika” qəzeti, 09 sentyabr 2016-cı il, № 198, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1518) ilə 1-ci hissəsində “Qulu Novruzov” sözləri “Ceyhun Bayramov” sözləri ilə, “Qüdrət Qurbanov - Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi” sözləri “Ehtiram Rəhimov - Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası rəisinin müavini” sözləri ilə, “Akif Əlizadə” sözləri “İbrahim Quliyev” sözləri ilə və “Tural Rzayev” sözləri “Elxan Qəhrəmanov” sözləri ilə əvəz edilmişdir.

1 avqust 2018-ci il tarixli 227 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 8, maddə 1677) ilə 1-ci hissəsində “Musa Pənahov - Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini” və “Ehtiram Rəhimov - Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası rəisinin müavini” sözləri çıxarılmışdır.

1 avqust 2018-ci il tarixli 227 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 8, maddə 1677) ilə 1-ci hissəsində “rabitə” sözündən əvvəl “nəqliyyat, “ sözü əlavə edilmişdir.

 

[2] 23 iyul 2021-ci il tarixli 2803 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 25 iyul 2021-ci il, № 152, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, №7, maddə 816) ilə 1-ci hissə ilə təsdiq edilmiş Komissiyanın tərkibi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Komissiyanın həmsədri

Elmar Məmmədyarov

-  Azərbaycan Respublikasının xarici işlər naziri

Komissiyanın üzvləri:

Azər Bayramov

- Azərbaycan Respublikası maliyyə nazirinin müavini

Sahil Babayev

- Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini

Tofiq Rəfiyev

- Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini

Natiq Abbasov

- Azərbaycan Respublikası energetika nazirinin müavini

Ədalət Vəliyev

- Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini

Ceyhun Bayramov

- Azərbaycan Respublikası təhsil nazirinin müavini

Abbas Vəlibəyov

- Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Elmir Vəlizadə

- Azərbaycan Respublikası nəqliyyat,rabitə və yüksək texnologiyalar nazirinin müavini

Səfər Mehdiyev

- Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini

Elşad Nəsirov

- Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti

Sabir İlyasov

- “Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti

Avtandil Babayev

- Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini

İbrahim Quliyev

- Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti

Elxan Qəhrəmanov

- Azərbaycan Respublikasının Küveyt Dövlətindəkifövqəladə və səlahiyyətli səfiri

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status